Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-364/2025 17.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni, 06 (altı) ədəd bükümdə ayr-ayrılıqda təmiz çəkiləri 0,093 qram, 0,131 qram, 0,097 qram, 0,064 qram, 0,095 qram və 0,061 qram, ümumi təmiz çəkisi 0,541 qram olan boz rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” və 01 (bir) ədəd üzərində həmin bükümlərdə olan narkotik vasitə heroinlə eyni kimyəvi tərkibdə olmayan, lakin üzərində narkotik vasitə heroin izləri olan Çin istehsalı olan elektron tərəzini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 18 fevral 2025-ci il tarixdə saat 12:56-da həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, “Ruzi” marketin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəffaf rəngli sellofan kəsiyinin içərisində 06 (altı) ədəd ağ rəngli kağız bükümlərdə, 0,541 qram çəkidə həmin narkotik vasitə “heroin” və həmin cins şalvarının sağ yan cibindən üzərində narkotik vasitə heroin izləri olan 01 (bir) ədəd Çin istehsalı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 18 fevral 2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, “Ruzi” marketdən spirtli içki alıb qayıdan zaman polis əməkdaşları onu saxlamışlar və narkotik vasitə ilə bağlı şübhəli olmasını bildirmişlər. Lain, onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Bundan sonra polis əməkdaşları ona altı büküm narkotik vasitə və bir ədəd elektron tərəzi vermişlər və çəkiliş vaxtı ona ona məxsus olmasını etiraf etməsini tələb etmişlər. O da döyülməkdən qorxduğu üçün videoçəkiliş zamanı həmin 06 ədəd bükümün və 01 ədəd tərəzinin ona məxsus olduğunu etiraf etmişdir. O, heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. Daha sonra polis əməkdaşları onu idarəyə gətirmişlər. İdarəyə gətirilən zaman o, bu barədə vəkilinə heç nə deməmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən də bu barədə heç nə deməmişdir. Polis əməkdaşları onu saxlayarkən və ya daha sonra ona qarşı hər hansı təsir və təzyiq göstərməmişlər, yaxud hədələməmişlər. Lakin, polis əməkdaşlarının dedikləri ilə razılaşması belə təsir və təzyiqlərin olacağından ehtiyat etmişdir. Təqsirləndirilən şəxs son sözündə ona mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında elan edilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, rəngsazdır. Sumqayıt şəhəri, Sevgilim şadlıq sarayının arxasında yerləşən sexdə maşın ustası işləyir, heç vaxt ruhiəsəb xəstəliyi keçirtməmiş və bununla bağlı müalicə almamışdır. O, 18 yaşından narkotik vasitə olan marixuanadan, heroindən, psixotrop maddə olan metamfetamindən inyeksiya yolu ilə istifadə etmişdir. O, əvvəllər məhkum edilmişdir. O, xx.xx.2025-ci il tarixdə günorta saatlarında şəxsi işi ilə bağlı Bakı şəhərinə getmiş, 20 Yanvar adlanan ərazidə olan zaman təsadüfən rastlaşdığı, əvvəllər tanıdığı şəxslə görüşmüş, söhbət əsnasında həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin şəxsin də narkotik vasitə istifadəçisi olduğunu gördüyü üçün ona narkotik vasitə olan “heroin” verməyini xahiş etmişdir. Həmin şəxs ona 70 (yetmiş) manat pul müqabilində 01 (bir) ədəd bükümdə narkotik vasitə “heroin” vermişdir. O, həmin heroini alıb üzərində saxladığı Çin istehsalı olan elektron tərəzidə 06 (altı) ədəd bükümlərə bölərək onları 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinin içərisinə qoymuş və əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 12:55 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Ruzi” marketin yaxınlığında piyada hərəkət edən zaman 3 (üç) nəfər mülki geyimli şəxslər küçədə ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək Sumqayıt şəhər Pİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması, üzərində gəzdirilməsi və satışında şübhəli olduğunu bildirmişlər. Həmin polis əməkdaşlarından biri mobil telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. Daha sonra polis əməkdaşları ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini bildirmiş və videoçəkiliş aparılmaqla üstünü yoxlayacaqlarını demişlər. O, etiraz etməmiş, daha sonra üzərini yoxlamağa başlamamışdan əvvəl polis əməkdaşı ona üzərində qanunla qadağan olunmuş hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşmuşdur. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, üzərində narkotik vasitə olan “heroin” bükümləri olduğunu demişdir. Daha sonra əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin şəffaf rəngli sellofanın içərisində olan ağ rəngli kağız kəsiklərinə bükülmüş vəziyyətdə olan bükümləri və əynindəki göy rəngli cins şalvarının sağ cibindən narkotik vasitəni ölçmək üçün saxladığı Çin istehsalı olan elektron tərəzini çıxardaraq polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı şəffaf rəngli sellofan kəsiyini açmış, içərisində olan 06 (altı) ədəd ağ rəngli kağız kəsiklərində olan bükümləri əvvəlcə birlikdə çəkdikdə, ümumi çəkisinin 1,25 qram, ayrıayrılıqda isə çəkilərinin 0,16 qram, 0,17 qram, 0,24 qram, 0,19 qram, 0,17 qram və 0,19 qram olması müəyyən olunmuşdur. Bundan sonra əməliyyat müvəkkili tərəfindən onun üzərinin yoxlanılması davam etdirilmiş, lakin üzərindən əlavə olaraq heç bir əşya, yaxud, predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı üzərindən aşkar olunmuş narkotik vasitəni haradan, kimdən, nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşmuşdur. O, həmin bükümləri xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar adlanan ərazidən tanımadığı şəxsdən 70 (yetmiş) manat pul müqabilində alıb üzərində saxlamışdır. Daha sonra üzərindən aşkar olunmuş 06 (altı) ədəd bükümdə olan narkotik vasitə “heroinə” bənzər maddə və 01 (bir) ədəd elektron tərəzi Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənərək qablaşdırılmış, qablaşdırılmış zərf əməliyyatçılar və onun tərəfindən imzalanmışdır. Bundan sonra videoçəkliş dayandırılmışdır. Daha sonra əməliyyat müvəkkilləri onu müvafiq sənədləşmə aparılması üçün tutulduğu yerdən birbaşa Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına aparmışlar. İdarəyə çatdıqdan sonra xidməti otaqların birində onun hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında adı olan X9 tərəfindən müdafiə olunmasını xahi etmişdir. Vəkil X9 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə yenidən video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsinə və üzərindən aşkar olunmuş bükümün əməliyyat müvəkkilindən götürülməsinə başlanılmışdır. Çəkiliş Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X5 çıxışı ilə başlamışdır. Təhqiqatçı özünü təqdim etdikdən sonra polis əməkdaşları və vəkil özlərini təqdim etmişlər. Təhqiatçı ona nə üçün saxlanıldığını, daha sonra hüquq və vəzifələrini izah etmişdir. Daha sonra ona bu barədə bildiriş təqdim etmiş, o, hüquq və vəzifələrinin ona aydın olduğunu bildirmiş, ona təqdim olunmuş bildirişi imzalamış və heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı ona Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanlıması, üzərimdə gəzdirilməsi və istifadəsində şübhəli olduğunu üçün saxlanıldığını və Polis İdarəsinə gətirdiklərini, onun yanında dayanan şəxslərin həmin əməkdaşlar olub-olmadığını ondan soruşmuş, o da onu saxlayan polis əməkdaşlarının hazırda yanında dayanan şəxslər olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş bağlamanı göstərmiş, ona üzərindən aşkar olunmuş bağlamanın həmin bağlama olub-olmadığını soruşmuş və o, üzərindən aşkar olunmuş bağlamanın məhz həmin bağlama olduğunu demişdir. O, içərisində narkotik vasitə olan heroini həm satış, həm də şəxsi istifadəsi üçün xx.xx.2025ci il tarixdə günorta saatlarda Bakı şəhəri, 20 yanvar adlanan ərazidə olarkən tanımadığı şəxsdən 70 (yetmiş) manata aldığını, üzərində saxladığını və 01 (bir) ədəd elektron tərəzini isə narkotik vasitəni ölçmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı onun üzərindən aşkar olunmuş və əməliyyat müvəkkili tərəfidən təqdim edilmiş bağlamanı olduğu kimi qəbul etmiş, həmin bağlamanı məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün götürmüşdür. Bundan sonra onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə heç bir əşya, predmet aşkar olunmamışdır. Sonra o, təhqiqatçının və vəkilin suallarını cavablandırmış və saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını demişdir. Bundan sonra videoçəkiliş dayandırılmışdır. O, xx.xx.2025-ci il tarixdə saat 12:56 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, “Ruzi” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılarkən, o cümlədən polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməmişdir. O, narkotik vasitələri adətən təsadüfən rastlaşdığı şəxslərə, bir çətini qramından asılı olaraq 15-20 manat arasında satmışdır. O, üzərindən aşkar olunmuş 06 (altı) ədəd bükümdə narkotik vasitə “heroin”i və 01 (bir) ədəd elektron tərəzini üzərində həm narkotik vasitələrin satışını həyata keçirmək, həm də özü istifadə etmək məqsədi ilə gəzdirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində mobil telefon olmamışdır. Narkotik vasitəni əldə etdiyi şəxs təxminən 45-50 yaşlarında, dolu bədən quruluşlu, orta boylu, bığlı şəxs olmuşdur. Əlində olan göy rəngli boya ləkələri maşın rəngləyərkən ləkənmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, əməliyyataxtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, satışı və saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa İdarənin TŞ-ın baş təhqiqatçısı X7, CAŞ-ın kiçik əməliyyat müvəkkili Şahid3, kiçik əməliyyat müvəkkili Şahid2 və KTB-nin inspektorkriminalisti X14 daxil edilmişdir. Daxil olmuş əməliyyat məlumat əsasında 18 fevral 2025-ci il tarixdə günorta saatlarında Elman Müsəlovun ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən Ruzi marketin yaxınlığında ətraf ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görmüşlər. Həmin ərazidə 18 fevral 2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən saxlamışlar. Özlərini Təqsirləndirilən şəxs təqdim edərək onu narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi və satışı ilə bağlı şübhəli şəxs kimi saxladıqlarını bildirmişlər və ona hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud narkotik vasitə olub-olmamasını soruşan zaman sonuncu üzərində narkotik vasitə olmasını bildirmiş və əynində olan şalvarın cibindən 06 (altı) ədəd bükümdə olan maddələri və 01 (bir) ədəd elektron tərəzini çıxardaraq təqdim etmişdir. Təqdim olunan bükümlərin içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra həmin bükümlər çəkilmiş və aşkar edilmiş elektron tərəzi ilə birlikdə xüsusi qaydada qablaşdırılmışdır. Zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və əməliyyatçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin sonradan Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər bükümləri bir gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığənda tanımadığı şəxsdən 70 manata alaraq üzərində saxladığını demişdir. Sonrakı prossesual sənədləşmənin aparılması məqsədi ilə videoçəkiliş dayandırılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanıldığı yerdən Sumqayıt şəhər Polis İdarəsinə gətirilmişdir. Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqlardan birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, yaxud, predmet aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs öncədən təqdim etdiyi və qablaşdırılmış bağlamanı məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün götürmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə və ya işgəncəyə məruz qalmadığını, narkotik vasitələrdən 17-18 yaşlarından istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütləni bir gün əvvəl Bakı şəhərində, 20 Yanvar adlanan ərazidə olarkən əvvəllər tanımadığı şəxsdən 70 (yetmiş) manat pul müqabilində həm satış, həm də öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektorları Şahid3 və Şahid2 oğlu digər şahid X1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişlər ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 06 ədəd bükümdə olan maddəni və bir elektron tərəzini təqdim edərək, həmin maddələrin narkotik vasitə olan heroin olmasını, narkotik vasitəni həm satış, həm də istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 84-86-cı vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına” dair xx.xx.2025-ci il tarixli protokoldan və həmin tədbir keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən Ruzi marketin yaxınlığında saxlanılmış və sonuncu bundan sonra əynində olan şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli elektron tərəzi, sol yan cibindən isə 06 ədəd bükümdə olan heroinə bənzər kütləni təqdim etmişdir. Həmin maddələr elektron tərəzidə çəkilərkən bükümlər ilə birlikdə çəkisinin müvafiq olaraq 0,16 qram, 0,17 qram, 0,24 qram, 0,19 qram, 0,17 qram və 0,19 qram olması, ümumi çəkisinin isə 1,25 qram olması müəyyən edilmişdir. Həmin bükümlər və elektron tərəzi xüsusi qaydada qablaşdırılaraq götürülmüş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 30-31-ci vərəqələrində olan “şəxsi axtarışın keçirilməsi və təqdim edilmiş əşyanın götürülməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs öncədən təqdim etdiyi və qablaşdırılmış bağlamanı məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün götürmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bağlamada olan 06 ədəd bükümdə olan narkotik vasitə heroni və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etdiyini, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir təzyiq və təsirə məruz qalmadığını, narkotik vasitələrdən 17-18 yaşlarından istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə heroini bir gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 70 manata aldığını, narkotik vasitələri həm satış, həm də öz şəxsi istifadəsi üçün, elektron tərəfizini isə narkotik vasitənin çəkisinin müəyyən edilməsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 19 fevral 2025-ci il tarixli, 6/754 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N “124” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan Heroinə bənzər kütlə; E.Quliyev “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 06 (altı) ədəd bükümdə ayrayrılıqda təmiz çəkiləri 0,093 qram, 0,131 qram, 0,097 qram, 0,064 qram, 0,095 qram və 0,061 qram, ümumi təmiz çəkisi 0,541 qram olan boz rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyil. Qeyd. Heroinin ümumi çəkisi 0,541 qram, tədqiqata sərf edildi – 0,12 qram, qalıq 0,421 qram Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 85-86-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və ekspertiza tədqiqatından sonra qalmış 0,421 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Eyni zamanda “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyanın götürülməsi” zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1396 nömrəli rəyindən görünür ki, müayinə zamanıl Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 123-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20% tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə ona təyin olunmuş islah işləri cəzası 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə ona təyin olunuş azadlığın məhdudlaşdırılması cəzası 300 manat cərimə cəzası ilə əvəz edilmiş və xx.xx.2012-ci ildə cərimə dövlət büdcəsinə tam ödənilmşdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri (aşkar edilmiş narkotik vasitənin ona aidiyyətinin olmaması, həmin narkoti vasitələrin polis əməkdaşları tərəfindən üzərinə qoyulması və heç vaxt narkotik vasitə satışı həyata keçirməməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyaya baxış keçirilməsi, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Bu halı yalnız Təqsirləndirilən şəxs özü də təsdiq etmiş, yalnız bildirmişdir ki, təsir və ya təzyiqlər olmasa da, bunların olacağından ehtiyat etmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 ədəd bükümdə olan narkotik vasitə heronə bənzər kütləni və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olmasını, onu bir gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 70 manata aldığını, narkotik vasitələri həm satış, həm də öz şəxsi istifadəsi üçün, elektron tərəfizini isə narkotik vasitənin çəkisinin müəyyən edilməsi üçün üzərində saxladığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (aşkar edilmiş narkotik vasitənin ona aidiyyətinin olmaması, həmin narkoti vasitələrin polis əməkdaşları tərəfindən üzərinə qoyulması və heç vaxt narkotik vasitə satışı həyata keçirməməsi) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı saxlanıldığı 18 fevral 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1396 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,421 qram çəkidə narkotik vasitə olan heroin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,421 qram çəkidə narkotik vasitə olan heroin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 220 ( iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-364/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-364/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver