Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-365/2022 13.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, Qonaqkənd qəsəbə Ə/D, Qonaqkənd qəsəbəsində qeydiyyatda olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 61, mənzil 28-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs o özgə əmlakını gizli olaraq talama məqsədilə 30 dekabr 2021ci il tarixdə, saat 00:05 radələrində, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, “Araz” marketin yaxınlığındakı köşkün qarşısında, Zərərçəkmiş şəxs məxsus olan və sonuncunun əlindən yerə səpələnmiş 350(üç yüz əlli) manat pulu yerdən yığaraq götürmüş, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs bu hərəkətini aşkar etdikdə, Təqsirləndirilən şəxs qolundan tutub saxlayaraq, pulları qaytarmasını tələb etsə də, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məxsus pulları qanunsuz götürüb saxlamasından ibarət hərəkətlərini davam etdirərək, pulları qaytarmaqdan imtina edib, hadisə yerindən qaçıb uzaqlaşmaqla zərərçəkmişə məxsus 350 (üç yüz əlli) manat pulu açıq yolla talayıb soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan edilmiş özünü qismən təqsirli billərək ifadəsində göstərdi ki, 29.12.2021-ci il tarixdən 30.12.2021-ci il tarixə keçən gecə saat təxminən 23:50 radələrində, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Topaz” mərc oyunları salonunun qarşısında olarkən, adının Zərərçəkmiş şəxs olduğunu sonradan öyrəndiyi, bir nəfər tanımadığı şəxsin-təxminən 40-45 yaşlarında olan kişinin sərxoş halda olduğunu, özünü idarə edə bilmədiyini görüb həmin şəxsə, yəni Zərərçəkmiş şəxs yaxınlaşaraq Zərərçəkmiş şəxs evinə yola salmağı təklif edib, sonuncunu qarşı tərəfə 10cu mikrorayon ərazisinə, “Araz” marketin(keçmiş “Azuqə” market) yanına aparıb, taksiyə əyləşib evinə getməsini bildirmişdir. Ancaq Zərərçəkmiş şəxs onun köməyimə ehtiyacı olmadığını deyərək, Zərərçəkmiş şəxs uzaq durmasını tələb etdiyi üçün, o, çıxıb getmişdir. O, təxminən 15 dəqiqədən sonra geri qayıtdıqda, Ceyhunun orada “Araz” marketin yanında olduğunu və siqaret köşkünün qarşısında, yerə dağılmış pullarını yığdığını görüb, Ceyhuna yaxınlaşıb pulları yerdən yığmaqda ona köməklik etməyə başlamış və dəqiq məbləğini bilmədiyi miqdarda pulları, yəni kağız azərbaycan manatlıqlarını yerdən götürüb Ceyhuna vermişdir. O, Ceyhunun sərxoş halda olmasını, özünü idarə edə bilməməsini və onun hərəkətlərini anlamayacağını düşünərək, Ceyhunun yerə dağılmış pullarının bir hissəsini “gizlincə” ələ keçirib mənimsəmək qərarına gəlmişdir. O, 1 ədəd “50” manatlıq əskinası və 2 ədəd “20” manatlıq əskinası yerdən götürüb şalvarının arxa cibinə qoyub oradan uzaqlaşmaq istədikdə Ceyhun onun qolundan tutub onu saxlayaraq Ceyhunun pullarını götürdüyünü gördüyünü deyib, pulları qaytarmasını tələb etmişdir. O, Ceyhunun əlindən çıxaraq uzaqlaşmaq istəsə də, Ceyhun onun arxasınca gedərək, dayanmasını və Ceyhunun pullarını qaytarmasını tələb etmişdir. Belə olan halda o, dayanmış və Ceyhun ona yaxınlaşıb, onun götürdüyü pulları qaytarmasını tələb etmişdir. O, götürdüyü 90(doxsan) manat pulu cibindən çıxardıb 40(qırx) manatını, yəni 2 ədəd “20” manatlıq əskinası Ceyhuna qaytarmış, Ceyhun, onun qaytardığı 40(qırx) manat pulun az olduğunu deyərək, onun götürdüyü digər pulları da qaytarmasını tələb etsə də, o, cəmi 90 manat pul götürdüyünü, götüdüyü pulun 40 manatını artıq qaytardığını bildirmiş, ancaq, “50” manatlıq əskinası Ceyhuna göstərsə də, həmin 50 manatı ona qaytarmaqdan imtina etmiş və pulu cibinə qoyub çıxıb getmişdir. Ceyhun, onun heç bir halda pulu Ceyhuna qaytarmaq fikiri olmadığını anladığı üçün onun arxasınca getməmişdir. Zərərçəkmiş şəxs məxsus açıq yolla taladığı 50(əlli) manat pulu öz ehtiyacları üçün xərcləmiş, hadisə baş verən zaman, yaxınlıqdakı siqaret köşkünün satıcısı, Ceyhunla onun arasında baş verənləri görmüşdür. Hal-hazırda isə törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən qeyd olunanları nəzərə alınmaqla ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 29.12.2021-ci il tarixdə, Sumqayıt şəhəri, “Saray körpüsü”-nün yaxınlığında yerləşən kafelərdən birində, Elçin adlı dostunun doğum günü məclisində bir qədər spirtli içki qəbul etmiş və saat 23:50 radələrində kafedən çıxıb, taksi ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Topaz” mərc oyunları salonuna getmişdir. Orada futbol oyununa 10(on) manat miqdarında mərc hesabı yatıraraq, 30.12.2021-ci ildə saat 00:05 radələrində salondan çıxıb, siqaret almaq məqsədi ilə qarşı tərəfə, yəni Sumqayıt şəhəri 10-cu mirorayon ərazisində “Araz” marketin yaxınlığında yerləşən siqaret köşkünə tərəf getmişdir. Köşkün qarşısında siqaret almaq üçün cibindən pul çıxartmaq istədikdə, cibində olan bütün pulları-915(doqquz yüz on beş) manat pulu yerə səpələnmişdir. O, yerə səpələnmiş pullarını yığmağa başladıqda, tanımadığı şəxs-təxminən 20-25 yaşlarında olan kişi ona yaxınlaşaraq yerə səpələnmiş pullarını yerdən yığmaqda ona köməklik etmək adı ilə onun yerə səpələnmiş pullarının bir hissəsini yerdən götürüb ona versə də, bir hissəsini öz cibinə qoyub, uzaqlaşmaq istəmişdir. Belə olan halda o, həmin şəxsin qolundan tutub saxlayaraq, onun pullarını qaytarmasını tələb etmişdir. Ancaq həmin şəxs, qolunu onun əlindən çəkərək, uzaqlaşmağa başlamışdır. O, həmin şəxsin arxasınca bir qədər gedib, həmin şəxsi geri çağıraraq onun pulunu qaytarmasını tələb etsə də, həmin şəxs onun tələbinə heç bir məhəl qoymayıb və qaçaraq çıxıb getmişdir. Sonra o, taksiyə əyləşib evinə getmişdir. O, evində pullarını saydıqda 910(doqquz yüz on) manat pulundan 350(üç yüz əlli) manatı əksik olduğunu, cibində cəmi 560(beş yüz altmış) manat pulu olduğunu aşkar etmişdir. Belə olan halda o, başa düşmüşdür ki, onun yerə dağılan pullarını yğmaqda kömək etmək adı ilə ona yaxınlaşan həmin şəxs onun ümumilkdə 350(üç yüz əlli) manat pulunu açıq yolla talayaraq mənimsəmişdir. Bu səbəbdən də, o, 30.12.2021-ci il tarixdə DİN-in 102 xidmətinə və ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət edərək, pulunun talanması barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, onun 350 manat pulunu açıq yolla talayan sözügedən şəxs Təqsirləndirilən şəxsdur. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində hadisə baş verən zaman yaxınılqda siqaret köşkündə satıcı işləyən, adını dəqiq bilmədiyi şəxs olduğunu və baş verənləri gördüyünü, onun pulunu açıq talayan şəxsin, yəni Təqsirləndirilən şəxs əlində hər hansı bir silah və ya silah qismində istifadə olunan əşya olmadığını, Sahilin ona yaxınlaşıb köməklik etməyi təklif etdikdə Sahilin hərəkət və davranışlarından niyyətinin ona kömək etmək yox, onun sərxoş olmasından istifadə edərək, onun cibində olan pulunu hər hansı bir yolla ələ keçirib mənimsəmək olduğunundan ehtiyat etdiyi üçün Sahilin köməyinə ehtiyacı olmadığını deyərək, ondan uzaq durmasını tələb etdiyini, Sahilin ona məxsus 90 manat yox, 350 manat pulu açıq taladığını, o, Sahilin, onun pulunu götürdüyünü gördüyünü deyib, Sahilin qolundan tutub saxlayaraq, onun pulunu qaytarmasını tələb etsə də, Sahilin onun tələbinə heç bir məhəl qoymayaraq, qaçıb uzaqlaşdığını, Sahilin ona heç bir pul qaytarmadığını qeyd etmişdir. Bununla yanaşı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ev hörgü ustası işləyir və 29.12.2021-ci il tarixdə, birlikdə çalışdığı qohumu Quliyev Vaqif, onun çalışdığı işin zəhmət haqısı olaraq ona ümumilkdə 1000(min) manat pul vermiş, o, həmin 1000 manat pulun, 25(iyirmi beş) mantını dostunun doğum günü məclisində xərcləmiş, 50(əlli) manatına ət almış, 10(on) manatını Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Topaz” mərc oyunları salonunda mərc hesabına yatırmış, 5 manatını isə taksiyə ödəyib taksi ilə evinə getmişdir. Pulunun 350 manatını isə Təqsirləndirilən şəxs açıq talayaraq mənimsədiyi üçün nəticə də, onun 560(beş yüz altmış) mant pulu qalmışdır. Həmçinin Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə məlumat verərkən, Təqsirləndirilən şəxs ona məxsus 400(dört yüz) manat pulunu taladığını, ərizə və ifadənizdə isə həmin məbləğin 350(üç yüz əlli) manat olduğunu qeyd etməsinə aydınlıq gətirərək, DİN-in 102 xidmətinə məlumat verərkən nisbi olaraq 400 manat bildirdiyini, ancaq Təqsirləndirilən şəxs ona məxsus 350 manat pulu açıq talayaraq mənimsədiyini qeyd etmişdir.Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tamamilə ödənilmişdir və onunla barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 13.04.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam çəkildə ödənilmiş və barışıq əldə etmişlər, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, “Araz” marketin yaxınlığında yerləşən siqaret satışı köşkündə satıcı işlədiyini qeyd edərək bildirmişdir ki, 30.12.2021-ci il tarixdə, gecə saat 00:05 radələrində o, satıcı işlədiyi, siqaret köşkündə olan zaman, təxminən 40-45 yaşlarında, adının Ceyhun olduğunu sonradan öyrəndiyi bir nəfər kişinin sərxoş halda köşkün qarşısında dayandığını və cibindən pul çıxartmaq istəyərkən, cibində olan digər pulların yerə səpələndiyini görmüş, Ceyhun yerə səpələnmiş pullarını yerdən yığmağa çalışmışdır. Bu ərəfədə, onun əvvəlcədən tanıdığı Sahil adlı şəxs Ceyhuna yaxınlaşaraq, yerə səpələnmiş pulları yığmaqda Ceyhuna köməklik etməyə başlamışdır. Bundan sonra o, köşkdən bayıra çıxmış və bir qədər həmin şəxslərə yaxınlaşdıqda Sahilin yerə səpələnmiş pulların bir hissəsini yerdən götürüb Ceyhuna versə də, bir hissəsini digər əli ilə götürüb öz cibinə qoyduğunu görmüşdür. Sonra Sahil çıxıb getmək istədikdə, Ceyhun Sahilin qolundan tutub uca səslə, Sahildən götürdüyü pulları qaytarmasını tələb etmiş, ancaq Sahil Ceyhunun tələblərinə heç bir məhəl qoymayaraq köşkün arxasına tərəf keçmişdir. Ceyhun bir qədər Sahilin arxasınca getsə də, sonradan dayanmış və Sahil qaçıb uzaqlaşmışdır. Bundan sonra Ceyhun da, oradan çıxıb getmişdir. Ceyhun getdikdən az müddət sonra Sahil yenidən onun işlədiyi köşkə yaxınlaşıb, köşkün video müşahidə kamerasının Sahilin üzünü çəkib-çəkmədiyini və Ceyhunun polisə müraciət edibetmədiyini soruşmuşdur. O, Sahilin çıxıb getməsini istədiyi üçün, müşahidə kamerasının Sahilin üzünü çəkmədiyini və Ceyhunun polisə zəng edib şikayət etdiyini bildirmişdir. Bundan sonra Sahil ondan 1 qutu siqaret alıb, pulunu 50(əlli) manatlıq əskinasla ödəmiş və o, pulun qalığını qaytardıqdan sonra Sahil çıxıb getmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş və proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi əməliyyat müvəkkili vəzifəsində xidmət edən, polis leytenantı X3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 34, mənzil 47-də yaşayan Zərərçəkmiş şəxs 30.12.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək, 29.12.2021-ci il tarixdən 30.12.2021-ci il tarixə keçən gecə saat 00:05 radələrində, Sumqayıt şəhəri, 10-cu mirorayon ərazisində, “Araz” marketin yaxınlığında yerləşən siqaret köşkünün qarşısında, Zərərçəkmiş şəxs məxsus olan və əlindən yerə səpələnmiş pulları yerdən yığmaqda Zərərçəkmiş şəxs köməklik edən şəxsin, həmin pulun 350(üç yüz əlli) manat məbləğini Zərərçəkmiş şəxs gözünün qarşısında yerdən götürüb cibinə qoyduğunu, Zərərçəkmiş şəxs, həmin şəxsin qolundan tutub saxlayaraq, pulları qaytarmasını tələb etsə də, sözügedən şəxs Zərərçəkmiş şəxs pulunu qaytarmaqdan imtina edərək sonuncuya məxsus 350(üç yüz əlli) manat pulu talayıb hadisə yerindən qaçdığını bildirmişdir. Zərərçəkmiş şəxs məxsus pulları talayan həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində onun tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və hadisəni törətməkdə şübhəli olan şəxsin xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 10-cu mirorayon, ev 61, mənzil 28-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 31.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində onun tərəfindən saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə gətirilib raport tərtib edilməklə aidiyyatı üzrə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxs və şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 12.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materillarında olan “şübhəli şəxsin tutulması haqqında” 31 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2021-ci il tarixdə saat 17:05 radələrində şübahəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarıdna olan 02 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə Sumqayıt SŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Şamil Məmmədov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materillarında olan “qətimkan tədbiri seçmə haqqında” 02 yanvar 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Sumqayıt şəhər 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, 30 dekabr 2021-ci il tarixdə, saat 00:05 radələrində, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, “Araz” marketin yaxınlığındakı köşkün qarşısında, Təqsirləndirilən şəxs ona məxsus olan və onun əlindən yerə səpələnmiş 350(üç yüz əlli) manat pulu yerdən yığaraq götürdüyünü, o, Təqsirləndirilən şəxs bu hərəkətini aşkar etdikdə, Təqsirləndirilən şəxs qolundan tutub saxlayaraq, onun pullarını qaytarmasını tələb etsə də, Təqsirləndirilən şəxs, ona məxsus pulları qanunsuz götürüb saxlamasından ibarət hərəkətlərini davam etdirərək, pulları qaytarmaqdan imtina edib, hadisə yerindən qaçıb uzaqlaşmaqla ona məxsus 350(üç yüz əlli) manat pulu açıq yolla talayıb soyğunçuluq etdiyini Təqsirləndirilən şəxs üzünə deyərək onu ifşa etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmış şəxsi açıq şəkildə talamasını mübahisələndirmir, sadəcə cinayət əməli nəticəsində əldə etdiyi pul vəsaitinin az olduğunu və 100 manatı keçmədiyini, daha dəqiq 90 manat ələ keçirdiyini və sonrada zərərçəkmiş şəxsin israrı nəticəsində həmin puldan 40 manatını qaytardığını qeyd edir. Bununla bağlı məhkəmə vurğulayır ki, talama dedikdə təqsirkar özü və ya başqa şəxsin xeyrinə özgə əmlakının tamah məqsədilə hüquqazidd, əvəzsiz götürülməsi üçün etdiyi hərəkətdir. Qanuna görə əməlin cinayət sayılması üçün gizli talama cinayətlərində, yəni oğurluqda əldə edilmiş əmlakın dəyərinin 100 manatı keçməsi şərtləndirilmişdirsə, acıq talamada, yəni soyuğunçuluqda əldə edilmiş əmlakın dəyəri əhəmiyyət kəsb etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakteri daşıyır, ifadəsində göstərdiyi ziddiyyətli xüsusatlar, iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri, qeydə alınmış videogörütü ilə yanaşı işin araşdırılan halları ilə təkzib olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2022-ci il tarixli (iş № 1(060)-365/2022) qərarını icra edərək, 18 mart 2022-ci il tarixli 523/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 61, mənzil 28 üvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrası Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-365/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-365/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver