Məhkəmə qərarları › İş №1(060)-365/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-365/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-365/2025 30.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi ilə üzərində 02 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan bağları yaşayış massivi ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq ümumilikdə 0,146 qram çəkidə şəxsi istehlak miqdarında narkotik vasitə heroini və ümumilikdə 0,278 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 17 yanvar 2025-ci il tarixdə saat 16:14-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Aygün” mərasim evinin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd şəffav rəngli sellofanın içərisində 04 (dörd) ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,030 qram, 0,048 qram, 0,034 qram, 0,034 qram, ümumi təmiz çəkiləri 0,146 qram şəxsi istehlak miqdarında xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 04 (dörd) ədəd ağ rəngli kağıza bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,079 qram, 0,074 qram, 0,089 qram, 0,036 qram, ümumi təmiz çəkiləri 0,278 qram xeyli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni, ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, o, tutularkən üzərində 2 büküm narkotik vasitə olmuşdur. Polis əməkdaşları tərəfindən o, bölməyə gətirildikdən sonra bükümlərin sayın 8 ədəd etmişlər. Çəkisindən də göründüyü kimi 8 yerə bölməklə, dörddörd bölmüşlər. Sonra onu 17 yanvarda çəkiliş yerinə gətirib orada narkotiki cibinə qoyub çəkiliş aparmışlar. Çəkiliş aparılmamışdan öncə isə polis əməkdaşları ona vəd verərək bildirmişlər ki, çəkiliş aparıldıqdan sonra onu buraxacaqlar. O, həmin vaxt narkotik vasitənin təsiri altında olduğunu, saat 1 radələrində tutulsa da ittiham aktında onun tutulduğu saatın 17 radələrində olduğu göstərilmişdir. Polis bölməsinə getdikdən sonra orda narkotik bükümlərə bükülmüş və yenidən çəkiliş yerinə qayıdaraq çəkiliş aparılmışdır. Çəkiliş olandan sonra ona bildirmişlər ki, çəkiliş alınmadığı üçün yenidən bölməyə qayıdacaqlar. O, çəkilişdə də reaksiyasından bükümlərin ona məxsus olmadığının hiss olunduğunu bildirdi. O, üzərində yalnız 2 büküm olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirdi. Təxminən saat 15 radələrində o, 3-cü polis bölməsinin qarşısına gəlmişdir. İttiham aktında isə onun 17 radələrində şübhəli şəxs qismində saxlanıldığı, həmin bükümlərin guya onun üzərindən çıxdığı və həmin narkotiki satdığı göstərilmişdir. Halbuki heç bir narkotik satan tutularkən etiraf etmir, qaldı ki, hansısa narkoman narkotik satdığını etiraf etmir. O, cəmi üzərində 2 büküm olduğunu və onu da şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, polisdə ifadə verərkən məcbur olmuş və ona bildirmişlər ki, ya bunu götürməlisən, əks halda bundan da böyüyü üzərinə qoyulacaqdır. Ona vəd verilmişdi ki, buraxılacaqdır, lakin sonradan qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilərkən məlum olmuşdur ki, ona CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Bölmədə izahat verərkən narkotik vasitənin təsiri altında olmuş və qanunları bilməmişdir. Bundan başqa o, polis əməkdaşları ona vəd verdiyi üçün belə bir izahat vermişdir. Ona vəd verən polis əməkdaşlarından birinin adı Məzahir olmuşdur. O, bundan əvvəl də Abşeron rayon Polis İdarəsi tərəfindən tutularkən bundan da çox üzərində narkotik vasitə olmuşdur və onu həbs etməmişlər. Ona görə o, bu səfər də inanmışdır ki, buraxılacaqdır. İndiyə qədər o, heç kəsə narkotik satmamış və pay verməmişdir. Polis əməkdaşları tərəindən də onun kiməsə narkotik satması sübut olunmamışdır. Bölmədə olarkən ona çox fiziki təsir olmasa da tanımadığı polis əməkdaşı tərəfindən cəmi iki yumruq vurulmuşdur. O, ikinci çəkilişdə boyun almadığına görə onu vurmuşlar. Yumruqla sinəsindən iki dəfə vurulduğu üçün xəsarətin izi qalmamışdır. O, tutulandan sonra onu məcbur etmişlər ki, narkotik vasitəni aldığı şəxsə whatssap üzərindən səs göndərmişdir. Halbuki saat 13 radələrində o tutulmuş, bu səs yazısı isə saat 14 radələrində göndərilmişdir. İttiham aktında isə onun 17 radələrində tutulduğu göstərilmişdir. Göründüyü kimi ona narkotik vasitə satan şəxsi polis əməkdaşları əvvəldən tanımışlar. O, tutularkən üzərində iki büküm narkotik vasitə və boş kart olmuşdur. Anten dairəsi çıxarılarsa müəyyən olunacaqdır ki, həmin vaxt o harada olmuşdur. O, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmədən əməlinin CM-nin 234.1ci maddəsinə tövsif edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında elan edilmişdir. Müəyyən edilmişdir ki, xeyli müddət əvvəl narkotik tərkibli və psixotrop maddələr qəbul etməyə başlamış, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə səhər saatlarında yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində olarkən əvvəllər tanıdığı, soyadını, ata adını, yaşadığı ünvanı, eləcə də barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq adının Kənan olduğunu bildiyi şəxsə 50 manat pul verərək, həmin şəxsdən bir hissəsini şəxsi istifadəsi üçün, bir hissəsini isə satıb qazanc əldə etmək üçün ümumilikdə 10 ədəd bükmdə narlolik vasitə heroin və psixotrop maddə metamfetamin almış və üzərində saxlamışdır. Sonradan aldığı həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin iki bükümünü tanımadığı şəxsə 10 manata satmış, qalan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini isə özündə qalmış, həmin gün saat 16:14 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Aygün” mərasim evinin yaxınlığında olarkən ona mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, qəbulu, üzərində gəzdirilməsi və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını bildirib, şifahi şəkildə hüquq və vəzifələrini izah edərək, video çəkliş aparmaqla üzərini yoxlayacaqlarını bildirmişlər. Ona üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməyi təklif edildikdə, buna etiraz etməyərək, polis əməkdaşlarının təklifi ilə əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibində saxladığı, həmin gün səhər saatlarında yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində olarkən əvvəllər tanıdığı, soyadını, ata adını, yaşadığı ünvanı, eləcə də barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq adının Kənan olduğunu bildiyi şəxsə 50 manat pul verərək, həmin şəxsdən bir hissəsini şəxsi istifadəsi üçün, bir hissəsini isə satıb qazanc əldə etmək üçün aldığı, tanımadığı şəxsə iki bükümünü satdıqdan sonra üzərində qalmış bir ədəd sellofandakı ümumilikdə 8 ədəd bükmdə narlolik vasitə heroin və psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin götürüldükdən sonra polis əməkdaşları üzərini əlavə olaraq yoxlamış, həmin vaxt əynindəki gödəkcənin sağ yan cibindən bacısının həyat yoldaşına məxsus bir ədəd bank kartı və əynindəki şalvarının arxa sol cibindən ona məxsus mobil telefonda aşkar edilərək eyni qaydada götürülmüşdür. Bundan sonra polis əməkdaşları təqdim etdiyi içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümlərin hər birinin içərisinə baxış keçirməklə ayrı-ayrılıqda elektron tərəzidə çəkib, çəkilərini müəyyən etmişlər. Təqdim etdiyi narkotik vasitə heroin və psixolrop maddə metamfetamin olan bükümlər elektron tərəzidə çəkilərkən içərisinə narkotik vasitə heroin qablaşdırılmış qızılı rəngli birinci kağız bükümün çəkisinin 0,07 qram, ikinci bükümün çəkisinin 0,09 qram, üçüncü bükümün çəkisinin 0,04 qram, dördüncü bükümün çəkisinin 0,07 qram, içərisinə psixotrop maddə metamfetamin qablaşdırılmış ağ rəngli birinci bükümün çəkisinin 0,13 qram, ikinci bükümün çəkisinin 0,10 qram, üçüncü bükümün çəkisinin 0.05 qram, dördüncü bükümün çəkisinin 0,12 qram olması, narkotik vasitə heroin qablaşdırılmış bükümlərin ümumi çəkilərinin 0,25 qram, psixotrop maddə metamfetamin qablaşdırılmış bükümlərin ümumi çəkilərinin 0,31 qram olması müəyyən edilmiş, bundan sonra isə içərisi boş zərfə qablaşdırılaraq, zərfin üzərində qeydlər aparılmaqla götürülmüşdür. Daha sonra üzərini axtarakən aşkar edilmiş ona məxsus mobil telefon və bacısının həyat yoldaşına məxsus bank kartıda eyni qaydada içərisi boş zərfə qablaşdırılaraq, zərfin üzərində qeydlər aparılmaqla götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etdikdə, etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gəlmiş, polis bölməsində olan zaman isə xidməti otaqlardan birinə dəvət edilmiş, orda ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra isə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Aygün” mərasim evinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən təqdim etdiyi içərisində narkotik vasitə heroin və psixotrop maddə olan bükümlərin qablaşdırıldığı zərf açılaraq içərisinə qablaşdırılmış bükümlərə baxış keçirilmiş, daha sonra isə yenidən qablaşdırılaraq götürülmüşdür. Ondan yenidən təqdim etdiyi bükümlərin içərisindəki maddənin nə olduğunu, nə vaxt, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda təqdim etdiyi sellofan bükümün içərisindəki ağ rəngli kağıza qablaşdırılmış bükümlərdəki maddələrin psixotrop maddə metamfetamin olduğunu, qızılı rəngli kağıza qablaşdırılmış maddələrin narkotik vasitə heroin olduğunu, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə səhər saatlarında yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində olarkən əvvəllər tanıdığı, soy adını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq adının Kənan olduğunu bildiyi şəxsə 50 manat pul verərək, həmin şəxsdən bir hissəsini şəxsi istifadəsi üçün, bir hissəsini isə satıb qazanc əldə etmək üçün ümumilikdə 10 ədəd bükmdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 50 manata aldığını və üzərində saxladığım, sonradan aldığı həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin iki bükümünü tanımadığı şəxsə 10 manata satdığını, qalan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini isə polis əməkdaşları tərəfindən saxlanılarkən onlara təqdim etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları bütün qeyd etdikləri ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcə də digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Xeyli müddət əvvəl narkotik vasitə və psixotrop maddələr qəbul etməyə başladığından, buna görədə qəbul etdiyi narkotik vasitə və psixotrop maddəyə verdiyi pulun bir hissəsini geri əldə etmək üçün qəbul etdiyindən bir qədər çox narkotik vasitə və psixotrop maddə almış, sonra isə aldığı narkotik vasitənin bir hissəsini sataraq narkotik vasitə və psixotrop maddə almaq üçün xərclədiyi pulu geri əldə etmiş, sonuncu dəfədə aldığı narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsindən bir qədər artıq almışdır ki, həmin narkotik vasitə və psixotrop maddənin bir hissəsini satıb veridiyi pulun bir hissəsini geri əldə etsin. Aldığı narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin iki bükümünü tanımadığı şəxsə narkotik vasitə və psixotrop maddə aldıqdan sonra 10 manata satmışdır. Bundan başqa cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə səhər saatlarında yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində olarkən əvvəllər tanıdığı, barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq adının Kənan olduğunu bildiyi şəxsə 50 manat pul verərək, həmin şəxsdən 02 ədəd bükmdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almış və üzərində saxlamışdır. Sonradan həmin gün saat 16:14- da Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Aygün” mərasim evinin yaxınlığında olarkən ona mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, daha sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsi ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını bildirib, üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet varsa təqdim etməyini təklif etmişlər. Buna etiraz etməyərək şəxsi istifadəsi üçün aldığı bir ədəd sellofandakı ümumilikdə iki ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onlara təqdim etdiyi narkotik vasitə və psixotrop maddənin hər bükümünü dörd ədəd xırda bükümlərə bükərək yenidən sellofana qoyub özünə vermiş, həmçinin video çəkliş aparacaqlarını, həmin video çəklişin rəislərinə təqdim etmələri üçün olduğunu, onların dediklərini yerinə yetirsə onu dərhal azad edəcəklərini bildirmişlər. Bundan sonra isə video çəkliş aparılarkən onu yenidən saxlayacaqlarını, onu saxladıqdan sonra üzərində olan sonradan xırda bükmülərə ayırdıqları bükümləri çıxarıb təqdim etməyini, həmin bükümlərdəki narkotik vasitə və psixotrop maddəni həmin gün səhər saatlarında yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində olarkən əvvəllər tanıdığı, ancaq adının Kənan olduğunu bildiyi şəxsə 50 manat pul verərək, on ədəd bükümdə, bir hissəsini şəxsi istifadəsi, bir hissəsini isə satıb qazanc əldə etmək üçün aldığını, narkotik vasitə və psixotrop maddəni aldıqdan sonra iki ədəd bükümdə narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxsə on manata satdığını bildirməsini tapşırmışlar. Onlara inanıb video çəkliş aparılarkən onların tapşırdıqları kimi hərəkət etmiş, həmin vaxt təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları video çəklişin yaxşı alınmadığını, video çəklişin polis bölməsində aparılacağını bildirib, onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmiş, orda polis əməkdaşları ilk dediklərini təkrar edərsə, bu barədə heç kimə məlumat verməsə video çəkliş aparıldıqdan sonra onu buraxacaqlarına yenidən söz vermişlər. Onlara inandığından polis əməkdaşlarının dediyi kimi hərəkət etmişdir. Bundan sonra Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Aygün” mərasim evinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olan və xırda bükümlərə qablaşdırıldıqdan sonra təqdim etdiyi içərisində narkotik vasitə heroin və psixotrop maddə olan bükümlərin qablaşdırıldığı zərf açılaraq içərisinə qablaşdırılmış bükümlərə baxış keçirilmiş, sonra isə yenidən qablaşdırılaraq götürülmüşdür. Daha sonra müəyyən sənədlərə imza etmiş, bundan sonra isə polis əməkdaşları iki gün sonra onu buraxacaqlarını bildirib onu müvəqqəti saxlama yerinə təhvil vermişlər. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilsədə, həmin vaxt hər hansı bədən xəsarəti almamış, ancaq fiziki ağın hiss etmişdir. Narkotik vasitə və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsus olsada, ancaq həmin narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl iki ədəd bükümdə olmuş, polis əməkdaşları onu saxladıqdan sonra aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni xırda bükümlərə ayırmışdır. Məhkəmə istintaqı zamanı ifadəsində şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin gəzdirilməsi və satışı ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəhbərliyə məruzə edildikdən sonra o, Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra 9-cu mikrorayonda “Aygün” mərasim evinin yaxınlığında Turalı saxlayaraq özlərini təqdim etmiş, ona qanunsuz narkotik vasitələrin saxlanması, gəzdirilməsi və satışı ilə məşğul olmasında şübhəli olduğu bildirilərək üzərinə baxış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar etmişlər. Turalı təxminən saat 4 və ya 5 işləmiş saxlayıblar. O, təqsirləndirilən şəxsi saat 13 radələrində saxlanmasının yalan olduğunu, təqsirləndirilən şəxsin üzərinə əlavə narkotik qoyulmasının tamamilə yalan olduğunu bildirdi. Əməliyyat məlumatı Şahid2 daxil olduğu üçün o, kömək məqsədi ilə tədbirdə iştirak etmiş, Turalın kimə narkotik satmasını özü bildirmişdir, adını xatırlamır. Turalın üzərindən 8 büküm narkotik vasitə aşkar edilmiş, həmin narkotiklər heroin və metamfetamin olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsində şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvvəkkili Şahid2 ifadəsində göstərdi ki, 17 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs 9-cu mikrorayonda narkotik vasitə satması barədə əməliyyat məlumatı daxil oldu və bununla əlaqədar əməliyyat qrupu yaradıldı. Daha sonra həmin qeyd olunan əraziyə yollanmışlar və o, qrup rəhbəri olduğu üçün qrupda iştirak edən şəxslərə bildirmişdir ki, həmin şəxsin əlamətlərin o bildiyinə görə, heç kim tez yaxınlaşmasın. Təxminən saat 17:15 radələrində həmin şəxs ordan keçən zaman ona yaxınlaşmış və özlərini təqdim edərək ona üzərində daşınması, gəzdirilməsi qadağan edilmiş qanunsuz əşya və ya predmet varsa təqdim etməsini bildirmişlər. Həmin şəxs könüllü təqdim edərək üzərində narkotik vasitə olduğunu etiraf etmiş və 4 büküm heroin, 4 büküm “patı” təqdim etmişdir. Sorğu zamanı, həmin narkotiki 50 manata adını xatırlamadığı şəxsdən aldığını bildirdi. Aşkar olunmuş narkotik yerində çəkilərək, qablaşdırılmış və yerindəcə möhürlənmişdir. Yerində şərait əlverişsiz olduğuna görə onu 3cü polis Bölməsinə dəvət etmiş və müdafiəçi ilə təmin etmişlər. Bölmədə təhqiqatçının otağında müdafiəçi dəvət olunmuş və onların iştirakı ilə konvert və disk təhqiqatçıya təqdim edilmişdir. Daha sonra təhqiqatçı yenidən şübhəli şəxs Turala aşkar olunmuş narkotiki hardan və necə əldə etdiyini, neçəyə aldığını soruşmuş, orda da Tural dediklərini təkrar danışmışdır. Sonra təhqiqatçı onların iştirakı ilə həmin narkotiki açmış, tərəzidə çəkərək yenidən qablaşdırmış və rəy alınması üçün ekspertiza instutuna göndərilmişdir. Tural saxlanılarkən narkotikin birini və ya ikisini satdığını etiraf etmişdir. Qalanını da satmaq üçün aldığını bildirmişdir. O, Turalı vurmamış və ona heç bir vəd verməmişdir. Şübhəli şəxsin saat 5-ə işləmiş tutulduğunu, ona məcburən kiməsə sms yazdırılmasının yalan olduğunu bildirdi. Turalın kimə narkotik satmasını aşkar edə bilməmişlər. Məhkəmə istintaqı zamanı ifadəsində şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərdi ki, 17 yanvar 2025-ci il tarixdə Tural adlı şəxsin narkotik vasitələrin daşınması, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, qrup rəhbəri Şahid2 olmaqla onlar birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə yollanmış və orada “Aygün” mərasim evinin yanında müşahidə aparmışlar. Turalı müəyyən etdikdən sonra ona yaxınlaşmış və özlərini təqdim edərək ona üzərində daşınması, gəzdirilməsi qadağan edilmiş qanunsuz əşya və ya predmet varsa təqdim etməsini bildirmişlər. Tural könüllü etiraf edərək üzərində narkotik və psixotrop maddə olduğunu etiraf edərək onlara təqdim etmişdir. Daha sonra həmin narkotik və psixotrop maddələr qablaşdırılmış və çəkiliş aparılmışdır. Sonradan 3-cü Polis Bölməsinə getmiş və orada şübhəli şəxs vəkillə təmin edilərək yenidən qablaşdırmalar ekspertiza instutuna göndərilmişdir. Tural saat 5 işləmiş saxlanılmış və onun üzərindən 8 büküm aşkar edilmişdir. Tural özü bildirmişdir ki, kimlərəsə narkotik satıb, lakin Turalın kimə narkotik satmasını müəyyən edə bilməmişlər. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırmasının aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilib, satışı məqsədi ilə daşıması, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 17 yanvar 2025-ci il tarixdə, saat: 16:14 dəqiqədə Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Aygün” mərasim evinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd şəffaf sellofanda 4 ədəd ağ kağıza bükülmüş “metamfetaminə” bənzər kütlə və 4 ədəd qızılı kağıza bükülmüş “heroinə” bənzər kütlə təqdim etdi. Ardınca onun üstünü yoxlanılarkən əynindəki qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd plastik bank kartı və qara rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürüldü. Daha sonra 4 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0,31 qram (birinci büküm 0,13 qram, ikinci büküm 0,13 qram, üçüncü büküm 0,05 qram, dördüncü büküm 0,12 qram), 4 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0,27 qram (birinci büküm 0,07 qram, ikinci büküm 0,09 qram cüncü büküm 0,04 qram, dördüncü büküm 0,07qram) olması müəyyən edildi. Sonra 04 bükümdə psixotrop maddə metamfetaminə bənzər və 04 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr bir zərfdə, 01 ədəd plastik bank kartı və 01 ədəd Samsung markalı mobil telefon digər zərfdə 127 saylı möhür vurulmaqla qablaşdırılaraq, saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalanmaqla götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, o, 17.01 2025-ci il tarixdə səhər saatlarında tanışı Kənan adlı şəxsdən Ceyranbatan qəsəbəsi ərazisində ümumlikdə 10 bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aldığını, həmin bükümlərdən 2 bükümünü Ceyranbatan qəsəbəsi ərazisində tanımadığı şəxsə satdığını, üzərindən aşkar olumuş 1 ədəd şəffaf sellofanda 4 ədəd ağ kağıza bükülmüş “metamfetaminə” bənzər kütlə və 4 ədəd qızılı kağıza bükülmüş “heroinə” bənzər kütlənin 10 bükümdən qalan həmin 8 bükümün olduğunu və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirdi. Üstünü yoxlama Sumqayıt şəhəri 9-cu mikrorayon, “Aygün” mərasim evinin yaxınlığında keçirildi. Üstünü yoxlama zamanı «İphone» markalı videokamera vasitəsi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 Nəsir oğlu tərəfindən video çəkiliş aparıldı. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Aygün mərasim evi”-nin yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 16:14-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış, Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 92/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. - xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılmış, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofanda 24 ədəd qızılı rəngli kağız parçasına bükülmüş narkotik vasitə olan heroinə bənzər, 04 ədəd ağ rəngli kağız parçasına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək elektron tərəzi vasitəsilə çəkilmişdir. Daha sonra həmin kütlələr 01 ədəd zərfə qoyulmaqla qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ceyranbatan bağları ərazisində kənan adlı tanışından 50 manat pul verməklə əldə etdiyini, Kənandan ümumilikdə 10 büküm narkotik maddə aldığını, onlardan iki bükümünü Ceyranbatan ərazisində tanımadığı şəxslərə satdığını bildirmişdir. Baxış zamanı həmçinin Təqsirləndirilən şəxs üzərindən 01 ədəd Samsung” markalı mobil telefon və 01 ədəd plastik kart aşkar edilib 01 ədəd zərfə soyulmaqla qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılmasından ötrü maddi sübut ilə birlikdə 3-cü PB-nə gətirilmişdir. 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim olunan 02(iki) ədəd zərfə baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan 01 (bir) ədəd zərfdə 04 ədəd ağ rəngli kağız parçasına bükülmüş halda və 04 ədəd qızılı rəngli kağız parçasına bükülmüş halda bükümlər olması müəyyən edilərək 01 ədəd zərfə qoyulmaqla yenidən qablaşdırılıb möhürləndi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadə və satış məqsədilə xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ceyranbatan bağları ərazisində Kənan adlı tanışından 50 manat pul verməklə əldə etdiyini, Kənandan ümumilikdə 10 büküm narkotik maddə aldığını, onlardan iki bükümünü Ceyranbatan ərazisində tanımadığı şəxslərə satdığını bildirdi. Həmçinin Şahid1 təqdim etdiyi digər zərfə baxış zamanı oradan 01 ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung A02” markalı mobil telefon və üzərində “Taleh Məmmədov” yazısı olan 4169 7377 5600 3832 saylı plastik kart 01 ədəd zərfə qoyulmaqla qablaşdırıldı. Sonuncu saxlanılan zaman və polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixi təzyiqə məruz qalmadığını qeyd etdi. - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/237 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 127” dairəvi möhür əksi olan, üzərində Təqsirləndirilən şəxs götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,030 qram, 0,048 qram, 0,034 qram, 0,034 qram, ümumi təmiz çəkisi 0,146 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,079 qram, 0,074 qram, 0,089 qram, 0,036 qram, ümumi təmiz çəkisi 0,278 qram olan ağ rəngli, kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr'in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,04 qram sərf edildikdən sonra 0,106 qram heroin, 0,04 qram sərf edildikdən sonra 0,238 qram metamfetamin qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 04 (dörd) ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə heroin və 4 (dörd) ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,030 qram, 0,048 qram, 0,034 qram, .034 qram, ümumi təmiz çəkisi 0,146 qram təşkil edən narkotik vasitə heroin və 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,079 qram, 0,074 qram, 0,089 qram, 0,036 qram, ümumi təmiz çəkisi 0,278 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 0,146 qram olan narkotik vasitə heroindən tədqiqata ümumi 0,04 qram sərf edildikdən sonra qalıq 0,106 qram çəkisinin, ümumi təmiz çəkisi 0,278 qram olan psixotrop maddə metamfetamindən tədqiqata ümumi 0,04 qram sərf edildikdən sonra qalıq 1,238 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. - Abşeron rayon Məhkəməsinin 1(012)-545/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 səkkiz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi ilə üzərində 02 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin 1(012)-545/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkum Təqsirləndirilən şəxs bu günə qədər Abşeron rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmamışdır. - Sumqayıt şəhər Narkoloji Dispanserinin 453 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 03.2024-cü ildən “iki və daha artıq narkotik maddələrin istifadəsindən yaranan psixi və davranış pozuntusu asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefona baxış keçirilərkən mobil telefonun gövdəsinin qara rəngli, arxa yuxarı sağ hissədə foto və video çəklişlər aparmaq üçün qurğusu yerləşdiyi, ön hissəsinin isə qara rəngli şüşə materialından hazırlandığı, mobil telefonun sağ yan hissəsində yerləşən düyməsinə toxunduqda ekranda ağac və bitki foto şəklinin göründüyü, daha sonra ekrana toxunmaqla ekranı yuxarı, sağa və sola doğru hərəkət etdirdikdə ekranda kodlaşma işarəsinin göründüyü, həmin kodılaşmada 7-5-3-6-9 rəqəmlərini ardıcıl olaraq birləşdirdikdə mobil telefonun işlək vəziyyətə gəldiyi, ekranda müxtəlif düymələrin göründüyü, ekranda görünən “WhatsApp” adh düyməyə toxunduqda proqramın işlək vəziyyətə gəldiyi, “WhatsApp” proqramının söhbətlər bölməsinə daxil olduqda orda adları müxtəlif cür qeyd edilmiş şəxslərlə telefondan istifadə edən şəxsin apardığı danışıq, yazışmaları barədə məlumatların göründüyü müəyyən edilmiş, mobil telefona baxış keçirilməsi davam etdirildikdə həmin bölmədə adı “Kenan” kimi qeyd edilmiş Azərbaycan Respublikasında istifadə edilən +994 55 *** ** ** saylı mobil nömrədən istifadə edən şəxslə mobil telefondan istifadə edən şəxs arasında danışıqların həyata keçirildiyi müəyyən edilmiş, həmin danışıqlara baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı məzmunda səs yazılarının olduğu müəyyən edilmişdir. Saat 13:57 “A qələt eliyir, heç harada gedib elemə, getmə yaxşı, getmə heç hara Saat 14:03 He qaqa verdim görüşdüm, Aygünün qabağında verdim, puluda götürdüm, 20 manat məndədi, internetim yoxdu, probasiyayada getməliyəm, mənim özümə heç nə qalmadı, nələri eliyim bə Saat 14:16 Özüdə oxuyursan, qəsdən çıxırsan, bir xətt gedir, səndə indi niyə belə edirsən dərdini de bilək Saat Qardaş cavab verdə niyə oxuyub belə edirsən sən Bundan başqa həmin bölmədə adı “Kenan” kimi qeyd edilmiş Azərbaycan Respublikasında istifadə edilən +994 55 *** ** ** saylı mobil nömrədən istifadə edən şəxslə mobil telefondan istifadə edən şəxs arasında aparılmış “SMS” yazışmalarının fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. Bundan başqa mobil telefona baxış keçirilərkən mobil telefonun yaddaşında adı “Eli Ucuzvari” kimi qeyd edilmiş İran İslam Respublikasında istifadə edilən +98 990 409 5382. adı “Xannn” kimi qeyd edilmiş İran İslam Respublikasında istifadə edilən +98 905 381 5192. adı “İrppp” kimi qeyd edilmiş İran İslam Respublikasında istifadə edilən +98 914 *** **** saylı mobil nömrələrin qeyd edildiyi müəyyən edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü Fərhadova Aişə adlı övladı vardır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Cinayət işi materiallarına əlavə edilmiş üzərində “Bingo” və sair markalanma yazısı olan, yaddaşında 01 (bir) ədəd "İMG 4856” adlı, 261059 kb həcmində, 21 dəqiqə 19 saniyyə davam edən, rəngli formatda və açıq hava şəraitində çəkilmiş video görüntü olan birinci diskə baxış keçirilərkən video görüntünün Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən •'Aygün” mərasim evinin yaxınlığını və ətraf əraziləri əks etdirdiyi, video görüntünün əvvəlində yaşayış binasının, həmin yaşayış binasının qarşısındakı tikilinin və ərazidən keçən çınqıl örtüklü yolun göründüyü, bu cür video görüntünün bir neçə saniyyə davam etdikdən sonra video görüntüdəki yolla əynində qara rəngli gödəkcə və qara rəngli şalvar olan bir nəfər şəxsin video çəkliş aparılan istiqamətdə hərəkət etdiyinin göründüyü, həmin şəxsin video çəkliş aparan şəxs istiqamətində bir neçə metr məsafə qət etdikdən sonra onun hərəkət istiqamətinin sağ hissəsindən bir nəfər, sol hissəsindən isə bir nəfər şəxsin çıxaraq həmin şəxsə yaxınlaşdıqları və onu saxladıqları, daha sonra həmin şəxslərin ardıcıl olaraq özlərini təqdim etdikləri, ilk şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvvəkkili, polis kapitanı Şahid1 olduğunu, ikinci şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvvəkkili, polis mayoru Şahid2 olduğunu bildirdikləri, daha sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək həmin şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində gəzdirilməsi, istifadəsi və satışı ilə məşğul olmaqda şübhəli olduğundan xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən şübhəli şəxs qismində saxlanıldığını bildirdiyi, həmçinin ona hüquq və vəzifələrini izah etdiyi, bundan sonra isə həmin şəxsə üzərində yoxlama aparacağını bildirərək, bundan əvvəl isə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və pridmet varsa təqdim etməsini təklif etdiyi, bu təklifdən sonra saxlanılmış şəxsin əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etdiyi, həmin sellofan bükümün içərisində dörd ədəd bükümdə narkotik vasitə olan, “kakos” adlandırılan heroin, dörd ədəd bükümdə psixotrop maddə olan, “şüşə” adlandırılan metamfetamin olduğunu, həmin psixotrop maddə və narkotik vasitəni yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində əvvəllər tanıdığı, ancaq adının Kənan olduğunu bildiyi şəxsdən on ədəd bükümdə aldığını, narkotik vasitə və psixotrop maddəni aldıqdan sonra iki bükümünü satdığını, qalan narkotik vasitə və psixotrop maddəni isə şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, Sumqayıt şəhərinə tanışı ilə görümək üçün gəldiyini bildirdiyi, bundan sonra saxlanılmış şəxsin üzərinin axtarıldığı, həmin şəxsin əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd bank kartının, əynindəki şalvarın arxa sol cibindən bir ədəd “Samsung" markalı mobil telefon aparatının, əynindəki şalvarın sol yan cibindən bir ədəd siqaret dənəsinin aşkar edildiyi, həmin şəxsin üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilmədiyi, bundan sonra aşkar edilmiş siqaret dənəsinin araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi saxlanılmış şəxsə izah edilərək özünə geri qaytarıldığı, bundan sonra aşkar edilmiş bükümlərin elektron tərəzidə çəkildiyi, içərisində qəhvəyi rəngli maddə olan bükümlərdən ilk bükümün çəkisinin 0,07 qram, ikinci bükümün çəkisinin 0,09 qram, üçüncü bükümün çəkisinin 0,04 qram, dördüncü bükümün çəkisinin 0.07 qram, içərisində ağ rəngli, kristal şəkilli maddələr olan bükümlərdən ilk bükümün çəkisinin 0,13 qram, ikinci bükümün çəkisinin 0.13 qram, üçüncü bükümün çəkisinin 0,05 qram, dördüncü bükümün çəkisinin 0,12 qram, dörd ədəd içərisində qəhvəyi rəngli maddələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkilərinin 0,25 qram, içərisində ağ rəngli, kristal şəkilli maddələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkilərinin 0,31 qram, səkkiz ədəd bükümlər elektron tərəzidə çəkilərkən ümumi çəkilərinin 0,66 qram olmasının müəyyən edildiyi, bundan sonra isə aşkar edilmiş bükümlərin içəris boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, daha sonra saxlanılan şəxsin üzəri yoxlanılarkən aşkar edilərək götürülmüş mobil telefon və bank kartınında içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, üzərində qeydlər aparıldığı, sonra isə iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, sonda özünü təqdim edərək əməliyyat müvvəkkili Şahid1 olduğunu bildirən şəxs tərəfindən məlumat verilərək video çəklişin xx.xx.2025-ci il tarixdə saat 16:15-də başladığı, video çəklişin Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid3 tərəfindən həyata keçirildiyi, video çəklişin saat 16:35-də yekunklaşdırıldığı, digər zəruri istintaq hərəkətlərinin icra edilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gedəcəklərini bildirdiyi, bundan sonra isə video çəklişin dayandığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş üzərində heç bir markalanma yazısı olmavan, yaddaşında 01 (bir) ədəd “VİD_20250117_180857” adlı, ******* kb həcmində, 13 dəqiqə 26 saniyyə davam edən, rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntü olan ikinci diskə baxış keçirilərkən video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik gcxim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı Əlinasir Nəsirli olduğunu bildirdiyi, daha sonra özünü baş təhqiqatçı kimi təqdim edən həmin şəxsin məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməsi, qəbulu, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən '‘Aygün” mərasim evinin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanıldığını, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddəyə bənzər maddələrin aşkar edilərək qablaşdırılmaqla götürüldüyünü, götürülmüş narkotik vasitə və psixotrop maddənin Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvvəkkili Şahid1 tərəfindən təqdim edildiyi barədə məlumat verdiyi, daha sonra xidməti otaqdakı mülki geximli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra baş təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxsində özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 olduğunu bildirdiyi, bundan sonra təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izah edildiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildirişdə təqdim edildiyi, daha sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş zərfin açıldığı, zərfin içərisindən ümumilikdə səkkiz ədəd, dörd ədədi qızıl rəngli kağız bükümlərdə, dörd ədədi ağ rəngli kağız bükümlərdə bükümlərin aşkar edildiyi, bundan sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə müraciət edərək həmin bükümlərin onun üzərindən aşkar edilib edilmədiyini, həmin bükümlərin içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşdğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualları cavablandıraraq həmin bükümlərin polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilərək götürüldüyünü, həmin bükümlərdən dörd ədədinin içərisində narkotik vasitə heroin, dörd ədədinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni yaşadığı Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində ancaq adının Kənan olduğunu bildiyi şəxsdən bir qismini şəxsi istifadəsi üçün, bir qismini isə satıb qazanc əldə etmək məqsədi ilə 50 manata alaraq üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən isə həmin narkotik vasitə və psixotrop maddənin aşkar edilərək götürüldüyünü, narkotik vasitə və psixotrop maddəni əldə edərkən həmin narkotik vasitə və psixotrop maddənin on ədəd bükümdə olduğunu, həmin bükümlərdən iki ədədini sonradan tanımadığı şəxsə satdığını bildirdiyi, bundan sonra aşkar edilmiş həmin bükümlərin yenidən içərisi boş zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, zərfin üzərində qeydlər aparıldığı, zərfin üzərinin ilk əvvəl özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs, sonra müdafiəçi tərəfindən, daha sonra xidməti otaqda olan digər mülki geyimli şəxslər tərəfindən imzalandığı, sonra götürüldüyü, bundan sonra digər zərfin içərisinə baxış keçirildiyi, həmin zərfin içərisindən bir ədəd mobil telefon və bir ədəd bank kartının aşkar edildiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən verilmiş sualların cavablandırılaraq həmin mobil telefonun özünə məxsus olduğunu, üzərində 055 *** ** ** saylı mobil nömrənin olduğunu, aşkar edilmiş bank kartının bacısının həyat yoldaşına məxsus olduğunu, daha sonra aşkar edilmiş mobil telefon və bank kartının yenidən içərisi boş zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, zərfin üzərində qeydlər aparıldığı, zərfin üzərinin ilk əvvəl özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs, sonra müdafiəçi tərəfindən, sonra xidməti otaqda olan digər mülki geyimli şəxslər tərəfindən imzalandığı, sonra götürüldüyü, daha sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərdəki küllənin özünə məxsus olub olmadığını, aşkar edilmiş bükümlərdəki narkotik vasitə və psixotrop maddəni hansı müddətdə istifadə etdiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra verilmiş sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, üzəri yoxlanılarkən aşkar edilmiş bükümlərdəki narkotik vasitə və psixotrop maddəni bir və ya gün yarım ərzində istifadə edəcəyini bildirdiyi, sonda özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəklişin Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3 tərəfindən həyata keçirildiyi barədə məluamt verilməklə, aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. - Məhkəmə-narkoloji ekspertizasının 671 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilmiş, birincisinin üzərində “Bingo” və sair markalanma yazısı olan, yaddaşında 01 (bir) ədəd “İMG_4856” adlı, 261059 kb həcmində, 21 dəqiqə 19 saniyyə davam edən, rəngli formatda və açıq hava şəraitində çəkilmiş, ikincisinin üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 01 (bir) ədəd “VİD_**********0857” adlı, ******* kb həcmində, 13 dəqiqə 26 saniyyə davam edən, rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntü olan 02 (iki) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən aşkar edilərək götürülmüş gövdəsi qara rəngli, arxa yuxarı sağ hissədə foto və video çəklişlər aparmaq üçün qurğusu yerləşən, ön hissəsinin isə qara rəngli şüşə materialından hazırlanmış 01 (bir) ədəd “Samsung” markalı mobil telefon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 04 (dörd) ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə heroin və 04 (dörd) ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq, ümumi təmiz çəkisi 0,146 qram olan narkotik vasitə heroindən tədqiqata ümumi 0,04 qram sərf edildikdən sonra qalıq 0,106 qram çəkisinin, ümumi təmiz çəkisi 0,278 qram olan psixotrop maddə metamfetamindən tədqiqata ümumi 0,04 qram sərf edildikdən sonra qalıq 0,238 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının: - 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. - 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilməsi zamanı onun istifadəsində olan mobil nömrə vasitəsilə ayrı ayrı şəxslərlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı yuxarıda qeyd edilən müxtəlif məzmunlu smslər yazdığı müəyyən edilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin Məcəllənin 234.2-ci maddəsinin tərkibini yaradır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərdə də müəyyən edilmişdir ki, vəkilin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı təqsirləndirilən şəxs narkotik vasitəni təqdim edərək ona məxsus olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (narkotik vasitələrin satışını həyata keçirməməsi) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermiş, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, məhkəmə-kimyəvi ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 səkkiz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi ilə üzərində 02 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bununla da Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,106 qram çəkidə narkotik vasitə heroin və 0,238 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş “Samsung" markalı mobil telefon sahibinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun 03.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-365/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 673 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 110 (bir yüz on) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş olan 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun 03.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,106 qram çəkidə narkotik vasitə heroin və 0,238 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş “Samsung" markalı mobil telefon sahibinə geri qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar