Məhkəmə qərarları › İş №1(060)-366/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-366/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-366/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, azərbaycan respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatsız yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci il tarixdə saat 22 radələrində “BC” kateqoriyalı, AD 074844 seriyalı sürücülük vəsiqəsi əsasında "xxxx" MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Mercedes-Benz Vito minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı Quba yolunun, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində Quba rayonu istiqamətində saatda 70 km surətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, yəni avtomibili yaşayış məntəqəsində 60 km/saatdan artıq sürətlə idarə edərək və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hadisə zamanı sürücü nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq öz hərəkəti istiqamətində yolu sağ tərəfdən sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sağ hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya ümumilikdə sol baldır sümüklərinin orta 1/3-nin açıq yerdəyişən sınığı, sağ diz oynağının əziyi, sol bazu oynağının, döş qəfəsinin əziyi, burun sümüklərinin qapalı sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmiş, eyni zamanda həmin hərəkətləri ilə "xxxx" MMC-yə məxsus “Mercedes-Benz Vito minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ehtiyatsızlıqdan ümumilikdə 880 (səkkiz yüz səksən) manat manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ilin əvvəllərində lizinq müqaviləsi ilə Mercedes Vito minik markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomaşın almış və taksi fəaliyyəti ilə məşğul olmuşdur. 18.01.2021-ci il tarixdə təxminən saat 21 radələrində idarə etdiyi Mercedes Vito markalı **-PX-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhərindən Sumqayıt şəhəri istiqamətdə hərəkət edərkən, Bakı- Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində Türkan kafesinin qarşısından keçdiyi zaman yolun sağ hərəkət hissəsi ilə təxminən 60-70 km/saat sürətlə hərəkət etdiyi zaman yolun sağ kənarında bir nəfər qadın dayandığını görmüşdür, qadını təxminən 100 metr məsafədən görmüşdür, həmin qadın hərəkət etməmişdir, təxminən 80 metr məsafə qalmış qadın yolu sağdan sola keçmək üçün qaçmışdır, avtomaşının həmin qadına dəyəcəyini görüb sükanı sola döndərmiş, lakin sol tərəfdə dəmir arakəsmə olduğundan dəyəcəyini görmüş və bu zaman avtomaşının sağ ön hissəsi qadına dəymiş və avtomaşını saxlamışdır. Yolun kənarında olan bir nəfər tanımadığı şəxs həmin qadının qolundan tutub yerdən sürüyərək yoldan kənara çıxarmışdır ki, avtomaşınlar həmin qadını əzməsin, o da avtomaşını kənarda saxlamışdır, polis əməkdaşları artıq qadının yanında olmuş və polis əməkdaşları TTY xidmətinə zəng edərək, məlumat vermiş və xəsarət alan qadın xəstəxanaya aparılmışdır. Hadisə zamanı hərəkət sürəti təxminən 60-70 km/saat olmuş, həmin qadını 100 metr məsafə qaldığı zaman görmüşdür, 80 metr qaldıqda isə həmin qadın yola daxil olmuş, buna görə də ayaq əyləcini sıxıb, sükanı sola döndərsə də qadın hərəkətini dayandırmayaraq yolun sol tərəfi istiqamətdə getməyə davam etdiyindən avtomaşının sol ön hissəsi ona dəymişdir. O, hadisə yerindən qaçmamış, spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı ödəmişdir, özünü təqsirli bilir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır. Ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Xahiş edir ki, barəsində olan cinayət işinə xitam verilsin. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 18.01.2021-ci il tarixdə saat 22 radələrində Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisində yolun kənarı ilə hərəkət edərək, öz evi istiqamətində yəni yolun Quba istiqamətində olan hissəsi ilə Bakı istiqamətində hərəkət edərək yolun qarşı tərəfinə, yəni Bakı istiqamətində baxdığı sağ tərəfə keçmək istəmişdir. Yolun qarşı tərəfində küçə itləri olduğundan bir qədər çəp hərəkət etmişdir. Yolun bir qədərin keçdikdən sonra ona maşın dəymişdir. Bu zaman huşunu itirmiş, özünə gəldiyi zaman artıq xəstəxanada olmuşdur. Maşının işıqlarını görmüş, məsafənin nə qədər olduğunu bilməmiş, həmin vaxtı tək olmuşdur. Təqsirləndirilən şəxs əvvəlcə onun müalicəsinə 1500 manat pul vermiş, məhkəmədə də razılaşmışlar. Ona görə də, təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən zərər ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xtam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 29 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayəti yoxdur, ona dəyən zərər ödənilmişdir. Ona görə də xahiş edir ki, işin icraatına xitam verilsin. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, 2008-ci ildən DİO-da, 2020-ci ildən isə Qubadlı RPŞ-nin DYPB-nin baş inspektoru vəzifəsində ximət edir. 18.01.2021-ci il tarixdə saat 22 radələrində Qubadlı RPŞ-nin növbətçi hissəsinin məlumatına əsasən Bakı Quba yolunun Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsinə, “Türkan” kafesinin qarşısına getmiş, orada piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verdiyini görmüşdür. Belə ki, tünd göy rəngli “Mercedes-Benz Vito” markalı **-PX-*** dövlət nömrə nişanlı avtomaşın piyadanı vurmuş və həmin piyada TTY xidmətinin köməkliyi ilə xəstəxanaya göndərilmişdir. Sürücü avtomaşını hadisə yerində saxlamış, özü də avtomaşının yanında dayanmışdır. Sonradan sürücü sərxoşluq vəziyyətinin müayinəsindən keçirildikdə onun sərxoş olmadığı müəyyən edilmişdir. O, hadisə yerinə çatdığı zaman avtomaşın artıq piyadanı vurmuş, hadisə yerində dayanmışdır. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs hadisə ilə bağlı göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 18.01.2021-ci il tarixli protokola əsasən yol-nəqliyyat hadisəsi yeri Bakı-Quba yoludur, yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti qurudur, yol örtüyünün eni 12 m., hərəkət zolaqlarının sayı 3 m., hərəkət hissəsinin eni 4 metrdir. (i. v. 4-10) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus AD 074844 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyası üzrə sürücülük hüququ vardır. (i.v.19) İş materiallarında olan AD № 762891 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes-Benz Vito minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. (i.v.21) İş materiallarında olan "xxxx" MMC-nin verdiyi etibarnamədən görünür ki, "xxxx" MMC-yə məxsus Mercedes-Benz Vito minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 11.01.2021-ci ildən 21.01.2021-ci ilədək Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. (i.v.22) İş materiallarında olan "xxxx" MMC-nin məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus Mercedes-Benz Vito minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs 18.01.2021-ci ildə Bakı Quba yolunun, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi törətmiş, avtomobilə 880 manat maddi ziyan dəymişdir. Lakin bununla bağlı şikayət və tələbləri yoxdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 19 mart 2021-ci il tarixli 304 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol baldır sümüklərinin orta 1/3-nin açıq yerdəyişən sınığı. Sağ dizin oynağının əziyi, Sol bazu oynağının, döş qəfəsinin əziyi. Burun sümüklərinin qapalı sınığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 18.01.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. (i.v.58-61) İş materiallarında olan məhkəmə yol-nəqliyyat ekspertizasının 16 mart 2021-ci il tarixli 8/374 saylı rəyindən görünür ki, “X6” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol-Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs "X6" markalı avtomobili yaşayış məntəqəsində 60km/saatdan artıqü yəni 70km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “Yol-Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v.54-57) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 338 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 18.01.2021-ci il tarixdə saat 22.10-da sərxoş olmamışdır. (i.v.14) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin 24.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 64) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 18.02.2021-ci il tarixli, 302-873-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15.04.2017-ci il tarixdə AD 074844 saylı “BC” kateqoriyalı 10 illik sürücülük vəsiqəsi almışdır. Kompyüter bazasına əsasən sürücülükdən məhrum edilənlər arasında yoxdur. (i.v. 52) İş materiallarında olan xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. (i.v.97) İş materiallarında olan “Qətimkan tədbiri seçmə barədə” 25 aprel 2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 89-90,92) “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanununun tələblərini və yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün qərarın surəti Sumqayıt şəhər Polis İdarəsinə göndərilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən 10 (on) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar