Məhkəmə qərarları › İş №1(060)-366/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-366/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-366/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs anket məlumatları istintaqa məlum olmayan Rauf adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0.077 qram, 0.438 qram, ümumi təmiz çəkisi 0,515 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 21 oktyabr 2021 -ci il tarixdə, saat 09:50 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cu mikrorayon. 29/4 nömrəli evin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,077 qram. 0.438 qram, ümumi təmiz çəkisi 0.515 qram olan qəhvəyi rəngli maddələr tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 21 oktyabr 2021-ci il tarixdə təxminən saat 09:50-də tanışı Raminlə birgə Raminin yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon ev 29/4 saylı binanın qarşısında olduqları zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını dedikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduqlarını bildirib bununla əlaqədar olaraq videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deməklə onarı Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Onlar etiraz etməmiş və polislərlə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri barədə ona bildiriş təqdim edildikdən sonra ona təqdim olunmuş vəkili X2 iştirakı və onun icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq polis əməkdaşları üzərində narkotik vasitə olubolmamasını soruşmuşlar. O, da polis əməkdaşlarına əynindəki göy rəngli cins şalvarının sağ yan cibindəki 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Polis əməkdaşları bükümlərdəki qəhvəyi rəngli, spesifik iyə malik kütləni gördükdə o, bildirmişdir ki, qəhvəyi rəngli kütlə narkotik vasitə heroindir. Sorğu zamanı o, bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroini əvvəldən tanıdığı Rauf adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Ramin də onun kimi narkotik vasitə istifadəçisidir və o, da narkotik vasitəni Raufdan almışdır. Bundan başqa şəxsi axtarış zamanı üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan heroin olan bükümlər onun iştirakı ilə ayrı-ayrılıqda tərəzidə çəkilmiş və bükümlərdən birinin çəkisinin 0,16 qram, digərinin çəkisinin isə 0,54 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Rauf adlı şəxsin soyadını, atasının adını, yaşadığı ünvanı bilmir, mobil nömrəsini isə xatırlamır, ancaq görsə dərhal tanıyar. Bu vaxta qədər heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, atasının İ Qarabağ müharibəsində şəhid olduğunu və himayəsində yaşlı anasının olmasını göstərərək, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid2 Rövşən oğlu ifadəsində göstərdi ki, 21.10.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, istintaq-əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 4-cu mikrorayon, 29/4 nömrəli evin qarşısına getmişlər. Həmin gün saat 09:50 radələrində bir nəfər şəxsin Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun gəldiyini görüb ona yaxınlaşaraq o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nə getməli olacaqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün xidməti avtomobillə onu Sumqayıt ŞPİ-nə aparmışlar. Sumqayıt şəhər Pİ-də xidməti otaqlarının birində təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və Sumqayıt ŞPİ-nə gətirildiyini demişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı üçün hüquq və vəzifələri haqqında məlumat verib, bildirişi təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd gümüşü rəngli kağıza bükümləri təqdim etmişdir. Bükümlərdəki qəhvəyi rəngli, spesifik iyə malik kütləni gördükdə Təqsirləndirilən şəxs bildirmişdir ki, qəhvəyi rəngli kütlə narkotik vasitə heroindir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroini əvvəldən tanıdığı Rauf adlı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün almışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş bükümlər onun iştirakı ilə ayrı-ayrılıqda tərəzidə çəkilmiş və bükümlərdən birinin çəkisinin 0,16 qram, digərinin çəkisinin isə 0,54 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid3 Şahid2 Rövşən oğlunun ifadəsinə uyğun ifadə verdi. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 21.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan heroin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının 22.10.2021 -ci il tarixli 6/4709 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi olan. “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0.077 qram, 0,438 qram, ümumi təmiz çəkisi 0,515 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki iki ədəd bükümlərdə olan və üzərində “Ramin Balaəmiyevin üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki iki ədəd bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. (Qeyd: heroinin ümumi təmiz çəkisi-0,515 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq 0,415 qram.). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 05.02.2022-ci il tarixli 967 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 16.11.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X4 06.01.1994-cü ildə Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və atasının Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 21.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23.10.2021-ci il tarixli qərarla CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarlarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seilərək MSY-dən azad edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan və şəxsin tutmadan azad edilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 16.02.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və 18.02.2022-ci il tarixli qərarla o, MSY-dən azad olunaraq barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxılanılmışdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 12.04.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 13.05.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 25.04.2022-ci li tarixli 17/40-1874 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 22.04.2022-ci il tarixdə tutularaq 25.04.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs 21.10.2021-ci il tarixdən 23.10.2021-ci il tarixədək, 16.02.2022-ci il tarixdən 18.02.2022-ci il tarixədək və 22.04.202-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 2 (iki) ay 26 (iyirmi altı) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut ümumi 0,415 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 91,76 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2022-ci il tarixli (iş № 1(060)-366/2022) qərarını icra edərək, 15 mart 2022-ci il tarixli 495/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21.10.2021-ci il tarixdən 23.10.2021-ci il tarixədək, 16.02.2022-ci il tarixdən 18.02.2022-ci il tarixədək və 22.04.202-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 2 (iki) ay 26 (iyirmi altı) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut olan ümumi 0,415 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 91,76 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar