Məhkəmə qərarları › İş №1(060)-367/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-367/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-367/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, y\x ev 25, otaq 513A-da qeydiyyatda olan və Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 1, mənzil 21-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,383 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 04:30 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən Tac restoranının qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs başında olan qara rəngli qış papağından 01 ədəd ağ rəngli kağıza bükülmüş halda təmiz çəkisi 0,383 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 2007-ci ildən narkotik vasitə aludəçisidir, narkotik vasitə istifadə edir. xx.xx.2022-ci il tarixdə səhər saat 04:30 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən Tac restoranının qarşısında olan zaman polis geyimində 3 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdiriİməsində şübhəli olduğunu biİdirib Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. Etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə gəlmişdir. Bölmənin xidməti otaqlarının birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Vəkilə etiraz etməmiş, daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər, bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan Samsunq markalı ağ rəngli mobil telefonu, başında qara rəngli qış papağından 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü, qara rəngli gödəkçənin sol yan cibindən 01 qutu kibriti, şalvarının sağ yan cibindən 01 qutu maqna adlanan siqareti, şalvarının sol yan cibindən 01 ədəd qara rəngli cib dəsmalını və 01 ədəd aspirin adlanan dərmanı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş ağ rəngli kağız bükümdə narkotik vasitə olan kakos olduğunu, həmin maddəni digər büküm ilə birlikdə xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Saray qəsəbəsində yaşayan Seymur adlı şəxsdən 10 manata aldığını, 01 ədəd bükümünü istifadə etdiyini, üzərindən aşkar olunmuş bükümü isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm açılan zaman bükümün içərisindən 02 ədəd siqaretin qızılı rəngli kağızlarına bükülmüş bükümlər, tünd-qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunsa da 02 ədəd qızılı rəngli bükümlərin içərisindən hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra həmin maddələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Etdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyün polis nəfəridir, xx.xx.2022-cü il tarixdə saat 04:30 radələrində 9144 çağırışlı avtopatrulda post yoldaşları polis nəfərləri Şahid3, Şahid1 ilə birlikdə 45-ci məhəllə daxilində xidmət aparırmışlar. Xidmət apardıqları ərazidə oğurluq hadisələri, narkotik istifadəsi geniş şəkildə yayıldığından diqqətlə ətrafa nəzər yetirmişlər. Bu zaman Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən "Tac” restoranının qarşısında küçədə bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslə profilaktiki söhbətlər aparmışlar, onun bu saatda küçədə olmasının səbəbini soruşmuşlar, bu zaman həmin şəxs onların suallarına qeyri səmimi cavablar verdiyi üçün həmin şəxsi ərazidə baş vermiş oğurluq hadisəsində iştirakı olub-olmamasını müəyyənləşdirmək üçün 3-cü polis bölməsinə gətirib təhvil verən zaman bölmənin qarşısında həmin şəxs üzərində narkotik vasitə əlduğunu onlara bildirmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxs əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs əğlunun üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə vəkil dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini və üzərində qeyri-qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan Samsunq markalı ağ rəngli mobil telefonu, başında qara rəngli qış papağından 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü, qara rəngli gödəkçənin sol yan cibindən 01 qutu kibriti, şalvarının sağ yan cibindən 01 qutu maqna adlanan siqareti, şalvarının sol yan cibindən 01 ədəd qara rəngli cib dəsmalını və 01 ədəd aspirin adlanan dərmanı çıxardıb təqdim etmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağ rəngli kağız bükümdə narkotik vasitə olan kakos duğunu, həmin maddəni digər büküm ilə birlikdə xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Saray qəsəbəsində yaşayan Seymur adlı şəxsdən 10 manata aldığını, 01 ədəd bükümünü istifadə etdiyini, üzərindən aşkar olunmuş bükümü isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm açılan zaman bükümün içərisindən 02 ədəd siqaretin qızılı rəngli kağızlarına bükülmüş bükümlər, tünd-qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunsa da 02 ədəd qızılı rəngli bükümlərin içərisindən hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Daha sonra həmin maddələr elektron tərəzidə çəkilmiş, təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid4, Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfərləri Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etdilər. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 04:30-da Sumqayıt şəhəri, 45-ci məhəllə, Tac restoranının qarşısında tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-488/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 04:30 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən Tac restoranının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3cü PB-nə dəvət edilmiş, Sumqayıt ŞPİ-nin PPXT-nin nəkdaşlan Şahid2, Şahid1, Şahid3 asil oğlunun, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid4 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt 1 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması eıtimal edilən narkotik vasitələri, qanımla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan Samsunq markalı ağ rəngli mobil telefonu, başında qara rəngli qış papağından 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü, qara rəngli gödəkçənin sol yan cibindən 01 qutu kibriti, şalvarının sağ yan cibindən 01 qutu maqna adlanan siqareti, şalvarının sol yan cibindən 01 ədəd qara rəngli cib dəsmalını və 01 ədəd aspirin adlanan dərmanı çıxardıb təqdim etdi. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağ rəngli kağız bükümdə narkotik vasitə olan kakos olduğunu, həmin maddəni digər büküm ilə birlikdə xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Saray qəsəbəsində yaşayan Seymur adlı şəxsdən 10 manata aldığını, 01 ədəd bükümünü istifadə etdiyini, üzərindən aşkar olunmuş bükümü isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Həmin büküm açılan zaman tükümün içərisindən 02 ədəd siqaretin qızılı rəngli kağızlarına bükülmüş bükümlər, tünd-qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunsa da 02 ədəd qızılı rəngli bükümlərin içərisindən hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən başqa hər hansı əşya aşkar edilmədi. Daha sonra həmin maddələr elektron tərəzidə çəkildi, 01 ədəd ağ rəngli kağız olduğundan təhqiqatçı X3 tərəfindən müvafiq qaydada qablaşdırıldı və Azərbaycan Respublikası DİN-nin 127 saylı möhürü İlə möhürləndi. Həmin diskdəki videogörüntülər məhkəmə iclasında da nümayiş etdirildi və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/6897 saylı, xx.xx.2022ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 127 nömrəli” dairəvi möhür əksi olan, “vət.Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,383 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 1866 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,383 qram heroin tədqiqat zamanı aparılmış kimyəvi təədqiqatlardan sonra qalıq çəkisi 0,333 qram heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddəsilə 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 66.5 və 69.3-cü maddəsilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 66.5-ci maddəsi və 01 il 06 ay azadlıqdan məhrumetmə czasının müəyyən edilməsinə dair müddəalar hökmdən xaric edilmiş və onun üzərində CM-nin 234.1, 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, hökmlə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhumetmə cəzasının çəkilmiş hissəsi olan 01 il 02 ay 28 gün ona təyin olunmuş qəti cəza müddətindən çıxılmış və onun çəkilməmiş olan 03 ay müddətinə azadlıqdan məhumetmə cəzasının başlanğıcı 15 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 369 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,383 qram heroin tədqiqat zamanı aparılmış kimyəvi təədqiqatlardan sonra qalıq çəkisi 0,333 qram heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,383 qram çəkidə narkotik maddə heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini xx.xx.2022-ci il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-353/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü mübahisələndirilmiş, apellyasiya və kassasiya instansiyalarında baxılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə həmin hökm qüvvədə saxlanmışdır. Hazırkı iş üzrə törədilmiş cinayət Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-353/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü qüvvəyə minməzdən əvvəl törədilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair plenum qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinici iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Ona görə də, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-353/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə toplanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun bu iş üzrə tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,333 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-353/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-353/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzadan çəkdiyi 1 il 2 ay 28 gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 03 (üç) ay 02 (iki) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,333 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar