Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-368/2023 16.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında 19 avqust 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Asfaltzavod ərazisi fərdi ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə saat 18:00 radələrində qardaşı Şahid3 məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38B, mənzil 12-dəki evində sonuncunun keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs həmin evdən öz cehiz əşyalarını çıxaran zaman əşyaların bir qisminin Zərərçəkmiş şəxs məxsus olmamasını söylədikdən sonra aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan mobil telefonla Zərərçəkmiş şəxs üz nahiyyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alının əzilmiş yarası və burunun əziyindən ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa “YÜNGÜL” zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə o, qardaşı Vüsal, digər qardaşı Vüqarla ünvan 3 ünvanında evdə olan zaman qəfildən qapı döyülmüşdür. Həmin vaxtı vəkil fəaliyyəti ilə məşğul olan Şahid5, Mənzər, Vəzifə, Luba onların evə gəldiklərini görmüşdür. O, bu zaman Günaydan məhkəmənin qətnaməsi və icra məmuru tələb etmişdir ki, gəlib ondan sonra cehizləri götürsün. Həmin vaxtı Şahid5 onlara hədə-qorxu gələrək məhkəmənin qərarının olduğunu onlara söyləmiş və o, da onlardan məhkəmə qərarını istəsə də, Günay onlara həmin qərarı təqdim etməmiş, polisə məlumat verəcəyi ilə onları hədələmişdir. Bundan sonra o da məsələnin cox boyüməməsi üçün evə girmələrinə razılıq vermiş və onların fəaliyyətini mobil telefonda qeydə almağa başlamışdır. Təxminən saat 12:00 radələrindən Mənzər, Luba, Vəzifə evdə cehizlik əşyaları yığmağa başlamışlar. Bir müddət onlar əşylarıni götürüb apardıqdan sonra təxminən saat 18:00 radələrində Mənzər qonaq otağında rəhmətlik anasının aldığı oturacaq stol və stulu, mətbəxt mebelini aparmaq istədiklərini görmüş, həmin vaxtı o, qeyd olunan əşylarin anasının aldığını deyib onları Mənzərə verməkdən imtina etmişdir. Bu vaxtı onların arasında sözlə mübahisə düşməyə başlamışdır. Mənzər və anası Vəzifə onun ünvanına nalayiq sözlər işlətmişlər və daha sonra qəfildən üzərinə hücum çəkmişlər və o, həmin vaxtı özünü müdafiə etmək məqsədi ilə Mənzəri itələmişdir, lakin vurmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, 1989-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hal hazırda Sumqayıt şəhəri, Asfaltzavod ərazisi, fərdi evdə ailəsi ilə birlikdə yaşayır, evlidir və 02 (iki) övladı vardır. Mənzər onun qardaşı Vüsalın keçmiş həyat yoldaşıdır. Belə ki, onlar 2008-ci il tarixdə ailə həyatı qurmuş və onların bu evlilikdən 02 (iki) övladları olmuşdur. Hətta onlar əvvələr bir dəfə evlənib boşanmışlar və daha sonra isə 2015-də yenidən nigaha girmişlər. Vüsalla Mənzər bir yerdə yaşamağa başlamışlar. 2022-ci ilin mart ayının 25-də anası Raya rəhmətə getdikdən sonra Mənzər qadaşı Vüsalı məcbur edərək evi onun adına keçirtməyi söyləmişdir. Qardaşı Vüsal həmin evi ada keçirtmək üstündə Mənzərlə aralarında söz söhbətləri baş vermiş və nəticədə onlar boşanmaq qərarına gəlmişlər. 2022ci ilin dekabr ayının əvvələrində Vüsalla Mənzər məhkəmə qərarı ilə boşanmışlar. Vüsal ona hətta bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Mənzər gəlib evdən öz əşyalarını götürmək istəmişdir. O da Vüsala məhkəmə icraçılarını gözləməyi məsləhət görmüşdür. xx.xx.2022-ci il tarixdə o, qardaşı Vüsal, digər qardaşı Vüqarla ünvan 4 ünvanında evdə olan zaman qəfildən qapı döyülmüşdür. Həmin vaxtı vəkil fəaliyyəti ilə məşğul olan Şahid5, Mənzərin, Vəzifənin, Lubanın onların evinə gəldiklərini görmüşdür. O, bu zaman Günaydan məhkəmənin qətnaməsi və icra məmuru tələb etmişdir ki, gəlib ondan sonra cehizləri götürsün. Həmin vaxtı Şahid5 onlara hədə-qorxu gələrək məhkəmənin qərarının olduğunu onlara söyləmiş və o da onlardan məhkəmə qərarını istəsə də, Günay onlara həmin qərarı təqdim etməmiş, polisə məlumat verəcəyi ilə onları hədələmişdir. Bundan sonra o da məsələnin cox boyüməməsi üçün evə girmələrinə razılıq vermiş və onların fəaliyyətini mobil telefonda qeydə almağa başlamışdır. Təxminən saat 12:00 radələrindən Mənzər, Luba, Vəzifə evdə cehizlik əşyaları yığmağa başlamışlar. Bir müddət onlar əşylarıni götürüb apardıqdan sonra təxminən saat 18:00 radələrində Mənzər qonaq otağında rəhmətlik anasının aldığı oturacaq stol və stulu, mətbəxt mebelini aparmaq istədiklərini görüb həmin vaxtı o, qeyd olunan əşylarin anasının aldığını deyib onları Mənzərə verməkdən imtina etmişdir. Bu vaxtı onların arasında sözlə mübahisə düşməyə başlamışdır. Mənzər və anası Vəzifə onun ünvanına nalayiq sözlər işlətmişlər və daha sonra qəfildən üzərinə hücum çəkmişlər və o, həmin vaxtı özünü müdafiə etmək məqsədi ilə videoçəkiliş apardığı telefonla Mənzərin üz nahiyyəsinə zərbə vurmuş və həmin vaxtı telefonu ona atmamışdır. Həmin vaxt Mənzərin alın nahiyyəsindən qan axtıdğını görüb o, cəld qırağa çəkilmişdir. Bu vaxtı qardaşları Vüqar və Vüsal da onu Mənzərin əlindən almağa başlamışlar. Həmin vaxt Mənzər də onun baş nahiyyəsindən tutmuşdur. Onun xəsarəti olmadığından tibbi ekspertizadan keçməkdən imtina eləmişdir. Hadisədən sonra Mənzərin alın nahiyyəsində qan axdığını görüb onun yanında olanlar Mənzərə tibbi yardım gsötərmişlər. Daha sonra isə onların yanında olan vəkil Günay xanım polsiə məlumat vermiş və daha sonra polis əməkdaşları oraya gəlmişlər. Hadisə zamanı Mənzər onun üzərinə anası ilə birlikdə hücum çəkdiyinə görə o, özünü qorumaq üçün əlindəki telefonla Mənzərin alın nahiyyəsinə vurmuşdur. O, yalnız özünü qorumaq istəmişdir. Hadisə zamanı Mənzər onun baş örtüyündən tutmuş və onun üzərində heç bir xəsarət olmadığına görə tibbi ekspertizdan keçməkdən imtina etmişdir. Onların davası onun çəkilişinə düşməmişdir. Buna baxmayaraq onların evə gəlməsinə dair əlində vidogörüntülər vardır və bunu istintaqa təqdim edə biləcəyini demişdir. Məhkəmədə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, Metalurq sanatoriyasında ailəsi ilə birlikdə yaşayır. Şahid3la 2008-ci ildə ailə həyatı qurmuş və onların bu evlilikdən 02 (iki) övladı olmuşdur. Son zamanlar yoldaşı Vüsalla aralarında mübahisələr yaranmış, bu səbəbdən də o, Vüsalla boşanmaq qərarına gəlmiş və 2022-ci ilin dekabr ayının əvvələrində onlar məhkəmə qərarı əsaıında boşanmışlar. Belə ki, vəkili Günayla yoldaşı Vüsalla danışıb evdə olan cehizlərini çıxartmaq qərarına gəlmişlər. Vüsal da vəkili Günaya gəlib cehizləri evdən götürməyinə razılıq vermişdir. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində o, vəkili Günay, qonşusu Luba, anası Vəzifə ilə birlikdə ünvan 1 ünvandakı evə gəlmişlər. Bu zaman evdə keçmiş həyat yoldaşı Vüsal, baldızları Dilarə və Qumru, qaynı Vüqar onları evdə qarşılamışlar. Həmin vaxt Vüsalın razılığı əsasında onlar yavaş-yavaş evdə olan ona məxsus zehiz əşyalarını yığmağa başlamışlar. Təminən saat 16:00 radələrində evdə olan divan və mətbəxt mebelini götürmək istəyən zaman Qumru qəfildən onlara yaxınlaşıb guya həmin əşyaları onun rəhmətlik anasına məxsus olduğunu demiş, o da həmin əşyları özünün aldığını deyən zaman onların Qumru ilə aralarında sözlə mübahisə yaranmış, o da bu zaman otağa keçmiş, həmin otağın pəncərəsini bağlayan zaman qaynı Vüqar onun arxasınca gəlmiş, ona yaxınlaşıb vurmaq istəyən zaman o, onun əlindən qaçmış və həmin vaxt Qumru qəfildən öz əlində olan mobil telefonu hamının yanında onun üz nahiyyəsinə atmış və nəticədə onun alın nahiyyəsi qanamağa başlamışdır. Bu zaman Qumru da o və onunla gələnlərin ünvanına nalayiq küçə söyüşləri söyməyə davam etmişdir. Bundan sonra qaynı Vüqar da orada yerdə olan güldanı götürüb onun başına vurmaq istəyən zaman Günay xanım araya girmişdir. Bundan sonra o da üzü qan olduğuna görə polisə bu barədə məlumat vermişdir. Hadisə zamanı orada Qumru, qaynı Vüqar, vəkili Günay, yoldaşı Vüsal, anası Vəzifə, Luba olmuşlar. Hadisə zamanı Qumru onun alın nahiyyəsinə özünə məxsus telefonu ataraq xəsarət yetirmişdir. O, hadisə zamanı Qumrunu vurmamış və ona toxunmamışdır. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mənzər onun qızıdır. O, 2008-ci il tarixdə Vüsalla rəsmi nigaha girmiş və onların bu evlilikdən 02 (iki) övladı vardır. 2022-ci ildə onların arasında olan mübahisələrə görə Mənzər və Vüsal bir birindən məhkəmə qərarı ilə dekabr ayının əvvələrində boşanmışlar. X8 yaşadığı evdəki cehizlik əşyaları çıxartmaq məqsədi ilə onların vəkili Şahid5 Vüsalla əlaqə saxlayıb cehizlik əşyları çıxartmaq istədiklərini ona söyləyən zaman Vüsal da buna etiraz etməyib gəlib əşyaları götürməsini onlara demişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Mənzər, Luba, o, vəkil Günayla birlikdə Mənzərin əvvəl yaşadığı ünvan 5 ünvandakı evə gəlmişlər. Onlar evə gələn zaman qapını Vüsal açmış və həmin vaxt evdə Vüsalin bacısı Qumru, qaynı Vüqar evdə olmuşlar. Onlar evə girən zaman Qumru onlardan məhkəmə qərarı istəmiş və onlar da Vüsalın razılığı ilə evə gəldiklərini deyəndə onlara cehizlik əşyalarını evdən çıxarmağa icazə vermişlər. Bundan sonra onlar evdən hissə-hissə cehiz verdiyi əşyları çıxartmağa başlamışlar. Təxminən saat 18:00 radələrində onlar evdə olan stolu, stulu və mətbəxt mebelini aparmaq istəyən zaman Qumru qəfildən əlinə telefon götürüb həmin əşyların anasının aldığını deyib onların ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Bundan sonra qızı Mənzər qəfildən digər otaqdan yanına gəlmiş və həmin vaxtı Qumru əlindəki telefonla qızı Mənzərin üz nahiyyəsinə zərbə endirmişdir. Həmin vaxtı qızı Mənzərin alın nahiyyəsindən qan axmağa başlamışdır. O, da cəld qızına ilkin yardım göstərmişdir. Bu zaman onların yanında olan Günay xanım polisə məlumat vermişdir. Hadisə zamanı qızı Mənzəri Qumru əlindəki telefonla vurmuş, qızı Mənzər Qumrunu vurmamış və ona toxunmamışdır. O da Qumrunu vurmamışdır. Hadisə zamanı Luba, vəkil Günay, Vüqar və Vüsal orada olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, özü Sumqayıt Regional Vəkil Bürosunun vəkili işləyir. Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid3 məhkəmə qərarı ilə boşanmaq üçün ona müraciət etmiş və o, da 2022-ci il tarixdən bəri onunla müqavilə bağlayıb onun vəkili kimi məhkəmədə fəaliyyət göstərirmiş. Belə ki, 2022-ci ilin dekabr ayının əvvələrində Mənzər və Vüsal məhkəmə qərarı ilə boşandıqlarından o, Mənzərin öz cehiz əşylarına çıxarılmasına razılıq verməsi üçün Vüsalla əlaqəyə keçmişdir, watcap ani mesajlaşma sisteminə danışanda özünü Mənzərin vəkili olduğunu deyib birgə razılıq əsasında Mənzərin cehizlik əşyalarını çıxartmasına razılıq verib- verməməsini ondan soruşan zaman ona həmin əşyaları evdən çıxartmağa heç bir etirazının olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Mənzər, Vəzifə, o, Luba ilə birlikdə Mənzərin əvvəl yaşadığı ünvan 6 ünvandakı evə gəlmişlər. Onlar evə gələn zaman qapını Vüsal açmış və həmin vaxtı evdə Vüsalın bacısı Qumru, qaynı Vüqar evdə olmuşlar. Onlar evə girən zaman Qumru onlardan məhkəmə qərarı istəmiş və o, Vüsalın razılığı ilə evə gəldiklərini deyəndə onlara cehizlik əşyalarını evdən çıxarmağa icazə vermişlər. Bundan sonra onlar evdən hissə-hissə cehiz əşyaları çıxartmağa başlamışlar. Təxminən saat 18:00 radələrində evdə olan stolu, stulu və mətbəxt mebelini aparmaq istəyən zaman Qumru qəfildən əlinə telefon götürüb həmin əşyların anasının aldığını deyib onların ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Bundan sonra Mənzər qəfildən digər otaqdan yanlarına gəlmiş və həmin vaxtı Qumru əlindəki telefonla Mənzərin üz nahiyyəsinə zərbə endirmişdir. Həmin vaxtı Mənzərin alın nahiyyəsindən qan axmağa başlamışdır. Onlar da Mənzərə ilkin yardım göstərmişlər. Bu zaman o, polisə məlumat vermişdir. Hadisə zamanı Mənzəri Qumru əlindəki telefonla vurmuş, Mənzər Qumrunu vurmamış və ona toxunmamışdır. Hadisə zaıranı Vəzifə, Luba, Vüqar və Vüsal orada olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hal-hazırda ünvan 7 ünvanında tək yaşayır. Mənzər onun keçmiş həyat yoldaşı, Qumru isə bacısıdır. O, Mənzərlə 2008-ci il tarixdə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən 02 (iki) övladları olmuşdur. Anası Rima rəhmətə getdikdən sonra Mənzər ondan evi onun adına keçirtməyi istəmiş və o, bununla razılaşmaq istmədikdən sonra onların arasında mübahisələr yaranmağa başlamışdır. Nəticədə 2022-ci ilik dekabr ayının əvəvlərində onlar məhkəmə qərarı ilə boşanmışlar. 2022-ci ilin dekabr ayının əvvələrində Günay adlı Mənzərin vəkili onunla əlaqə saxlayaraq Mənzərin cehizlik əşylarını evdən çıxartmaq istədiklərini söyləmişlər. O da buna etiraz etməmiş və onlara gəlib evdən əşylarını götürməsini söyləmişdir. Hətta bu barədə bacısı Qumruya da məlumat versə də, o ona icra məmurlarının razılığı ilə evdən əşyaları çıxartmağı məsləhət görmüşdür. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində o, bacısı Qumru, qaradaşı Vüqar evdə olan zaman Mənzər, vəkili Günay, anası Vəzifə və qonşuları Luba ilə onların yaşadığı ünvan 4 ünvanındakı evinə gəlmişlər. X6 məhkəmə qətnaməsini istəmiş və həmin vaxt Günay yalnız cehizləri götürüb çıxacağını bildirdiyindən onlar da etiraz etməmişlər. Daha sonra Mənzər yanında gələnlərlə birlikdə evdəki cehiz əyalarını yığıb həmin əşyları evdən yavaş-yavaş çıxarmağa başlamışlar. Təxminən saat 17:00 radələrində onlar evdə olan anasının aldığı qonaq stul və stollarını, mətbəxt mebellərini götürmək istəyən zaman Qumru ilə onlar arasında mübahisə yaranmağa başlamışdır. Qumru həmin əşyaları anasının aldığını demişdir. Nəticədə Mənzər ilə Qumru arasında sözlə mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Mənzər anası Vəzifə ilə birlikdə bacısı Qumrunun üzərinə hücum çəkmək istəyən zaman onların arasına girmiş və Mənzər bu zaman bacısının baş nahiyyəsindəki örtüyündən tutmuşdur. Günay xanım da oraya polis əməkdaşlarını çağırmışdır. Hadisə zamanı Qumru telefonu Mənzərə atmamışdır, o yalnız özünü qorumaq məqsədi ilə onu itələmişdir. Hadisə zamanı o, Vüqar, Vəzifə, Luba orada olmuşlar, ətrafa kənar şəxslər toplaşmamışdır. X7 vurmamış, ona toxunmamış və bacısının xəsarət almasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1969 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alının əzilmiş yarası, burunun əziyi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxslər tərəfindən əl telefonu ilə vurmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Ceyranbatan – 1 Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (bir) azyaşlı uşağı vardır (xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3). İş materiallarında olan xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatdan gürünür ki, Təqsirləndirilən şəxs övladı xx.xx.2015-ci il təvəllüdlü X5 uşaq autizmi xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş hadisənin əks olunduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, onun övladı xx.xx.2015-ci il təvəllüdlü X2 uşaq autizmi xəstəliyindən əziyyət çəkməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altna vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş hadisənin əks olunduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altna vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş hadisənin əks olunduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-368/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-368/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver