Məhkəmə qərarları › İş №1(060)-369/2020

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-369/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-369/2020 03.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23, mənzil 32-də qeydiyyatda olan və ünvan 3-də yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,166 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və yaşadığı ünvan 1 ünvanında qanunsuz olaraq tərkiblərində narkotik maddələr olan 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib becərmiş, xx xxxx 2020-ci il tarixdə saat 17:51-də Sumqayıt şəhəri, 1-ci mikrorayon, 4/30 saylı binanın qarşısında Sumqayıt ŞPİnin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyat axtarış tədbirləri zamanı saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən, əynindəki boz rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə 0,166 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, axtarış tədbirinin davamı kimi həmin tarixdə saat 17:56-da onun razılığı əsasında yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı mənzilin eyvanından 01 (bir) ədəd qəhvəyi rəngli dibçəkdə əkərək kultivasiya etdiyi xeyli miqdarda, 03 (üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 45,0 qram əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2020 ci il tarixdə, saat təxminən 18:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, 04/30 saylı binanın 2-ci blokunun qabağında olduğu zaman 3 nəfər mülki geyimli və 2 nəfər polis formasında olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduğunu bildirmişlər. Onlar üzərində narkotik vasitəni gəzdirməsində, satmasında və narkotik tərkibli bitkilərin kultivasiya edilməsində şübhəli olduğunu demişlər, həmin vaxt üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini demişlər. Buna etiraz etməmiş, həmçinin həmin vaxt ona hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş verilmişdir. Həmin vaxt videoçəkilişlə üzərinə axtarış aparılmış və əynində olan boz rəngli cins şalvarının sağ yan balaca cibində saxladığı ağ kağıza bükülmüş narkotik vasitə olan kokos aşkar edilmişdir. Həmin narkotik vasitəni 2 gün əvvəl günorta saatlarında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində tanımadığı şəxsdən 10 manat pula öz şəxsi istifadəsi üçün almış və həmin səbəbdən üzərində daşımaqla saxlayırmış, sonradan polis əməkdaşları onun yaşadığı ünvan 2 ünvanında baxış keçirilməsini istəmişlər, o da buna etiraz etməmiş və razılığı olması barədə də ərizə yazmış, daha sonra onlar ünvan 2 ünvanına getmiş və mənzilin qapısını döydükdə qeyri rəsmi həyat yoldaşı Zeynəb Mustafayeva qapını açmış, mənzilə daxil olduqdan sonra polis əməkdaşları ilə birlikdə onlar evə baxış keçirmişlər və yaşadığı mənzilin eyvanında qəhvəyi rəngli dibçəkdə 03 (üç) ədəd yaş vəziyyətdə olan bitki aşkar edilmişdir. Qabda olan bitkiləri yaşadığı evin ətrafında olduğu zaman qarajların aralarında tapdığını öz müdafiəsi üçün əvvəlcə demiş, lakin həmin bitkiləri özü əkərək öz şəxsi istifadəsi üçün becərmişdir. Bu barədə onunla birlikdə yaşayan həyat yoldaşı X2 heç bir məlumatı olmamışdır. Əməlindən peşmandır. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid3 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Azad adlı şəxsin narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, qəbulu, eləcə də üzərində gəzdirməsi ilə məşğul olması ehtimalı var, ona görə də Azad adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin saxlanması, qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Aqşin Məmmədov tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Azad adlı şəxs – xx xxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işsiz, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23, mənzil 32-də qeydiyyatda olmaqla, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 17:51-də Sumqayıt şəhəri 1-ci mikrorayon, 4/30 saylı binanın qarşısında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis leytenantı Aqşin Məmmədov və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti polis kapitanı Şahid4la yaxınlaşaraq onu saxlamışlar, bundan sonra ona özlərini təqdim edərək, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını demişlər, təhqiqatçı tərəfindən onun hüquq və vəzifələri izah edilməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmçinin onun üzərində video kameradan istifadə edib çəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs etiraz etməmişdir, Ona üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə isə Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş, açıq çəhrayı rəngli maddəni, bundan başqa 15 manat pul, 1 qutu LD markalı siqaret və alışqanı təqdim etmiş, polis əməkdaşı həmin gümüşü rəngli siqaret kağızına bükülmüş, açıq çəhrayı rəngli maddənin nə olduğunu soruşarkən saxlanılmış şəxs həmin bükümdəkinin narkotik vasitə olan heroin olduğunu, təxminən 2 gün əvvəl Sumqayıt şəhəri, 1–ci mikrorayon ərazisində olan zaman tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını, üzərində başqa digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyanın olmadığını bildirmiş, daha sonra polis əməkdaşları tərəfindən saxlanılmış şəxsin üzərində şəxsi axtarış aparıldığı və onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyanın aşkar edilmədiyi müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda baxış keçirmək istədiklərini demişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Videoçəkilişlə Təqsirləndirilən şəxs saxlanıldığı blokun 3-cü mərtəbəsində ortada olan tünd zoğalı rəngli qapıdan mənzilə keçmişlər. Qapını əynində qara köynək və qara şalvar olan qadın açmış, giriş qapısından sağda olan otağa keçəndə orada olan masanın üzərində dörd ədəd gümüşü rəngli içərisi boş olan kağız, alışqan qəlyan üçün tütün qabı görmüşlər, Təqsirləndirilən şəxs soruşularkən həmin əşyaların qəlyan çəkmək üçün ləvazimatlar olduğunu və özünə məxsus olduğunu bildirmişdir, həmin mənzilin eyvanına keçərkən orada xalça sərilmiş masanın üzərində bir ədəd qəhvəyi rəngli dibçəkdə əkilmiş üç ədəd becərilən kökü üstə yaşıl rəngli 3 ədəd kol aşkar olnmuş, Təqsirləndirilən şəxs soruşularkən 4-5 gün qabaq Sumqayıt şəhərində qarajların yanında dibçəyin içində bitən otla birlikdə tapdığını və şəxsi istifadəsi üçün balkona qoyaraq qulluq etdiyini demişdir. Daha sonra ora dəvət edilmiş X4 idarəsinin aqronomu Şahid1 özünü təqdim edərək, həmin aşkar edilmiş qəhvəyi rəngli dibçəkdə bitən üç ədəd kola baxarkən həmin kolların aqrotexniki qaydalara uyğun riayət etməklə əkilib becərildiyini bildirmişdir. Daha sonra mənzilin mətbəxinə baxış aparılmış və orada qanuna zidd heç bir əşya aşkar edilməmiş, mətbəxdə olan qadın özünü X1 təqdim etmiş və Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu demişdir, Təqsirləndirilən şəxs və Zeynəb Mustafayevadan evdə baxış keçirilməsi ilə bağlı hər hanasısa bir şikayət və tələbləri olub-olmadığı sorşularkən heç bir şikayət və tələbləri olmadığını demişlər. Bundan sonra birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PBnə gəlmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş marixuanaya oxşar yaşıl rəngli kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan marixuanaya oxşar yaşıl rəngli kütlə qablaşdırılmış və üzərində iştirakçılar tərəfindən imzalar olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid X5 məhkəmə iclasında Şahid3 ilə eyni məzmunlu ifadə verdi və onun göstərdiklərini təsdiq etdi. Şahid1 Mahir oğlu məhkəmə iclasında göstərdi ki, X4 İdarəsində baş aqronom işləyir. xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış zamanı mütəxəssis kimi iştirak etmişdir. Mənzildə aşkar edilmiş bitkilərə baxış keçirmiş və ona məlum olmuşdur ki, bu bitkilər çətənə kollarıdır və onlara aqrotexniki qaydada qulluq olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Şəxsi axtarış keçirilməsi barədə" protokolda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi öz əksini tapmışdır. (i.v 20) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/1002 saylı, x xxxx 2020ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən..” yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,166 qr olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (i.v. 48-49) İş materiallarında olan ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs yaşadığı mənzilin eyvanından götürülmüş və tədqiqata təqdim edilmiş dibçəkdə 03 (üç) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 45,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.(i.v 53) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd diskdəki videogörüntüdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 94-95) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli " Maddi sübut kimi tanıma haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,116 qram narkotik vasitə heroin və 03 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 44,85 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri və bir ədəd içərisində torpaq olan dibçək maddi sübut kimi tanınmışdır.(i.v84-85) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 93) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli 1567 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadəsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 100-101) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Şöbəsi Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli 1685 saylı arayışından görünür ki, Sarıyev X6 şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 106) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v 123) İş materiallarında olan "Sübutların qiymətləndirilməsi barədə" qərardan görünür ki, şəxsi axtarış keçirilməsi haqqında protokolun əks olunduğu CD diski iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir.(i.v 126-130) İş materiallarında olan tutma protkolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.14) İş materiallarında olan "Qətimkan tədbiri seçilməsi haqqında" xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir.(i.v 79-80) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 3 saylı istintaq təcridxanasının xx xxxxxx 2020-ci tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutularaq xx.xx.2020-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,166 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlaması və qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini xeyli miqdarda kultivasiya etməsi tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etdiyi cinayətin ictimai təhlükəliliyi azalmamışdır və o hələ də cəmiyyət üçün təhlükəlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin cəzasını 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar 203 (iki yüz üç) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPMnin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - X9 İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,116 qram narkotik vasitə olan heroin, 44,85 qram çəkidə 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 01 ədəd qəhvəyi rəngli dibçək məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 203 (iki yüz üç) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut – X9 İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,116 qram narkotik vasitə olan heroin, 44,85 qram çəkidə 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 ədəd qəhvəyi rəngli dibçək məhv edilsin. Əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar