Məhkəmə qərarları › İş №1(060)-369/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-369/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-369/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs3, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1993-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Cəlilabad şəhəri, Vaqif küçəsi, ev 39-da qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Buta qəsəbəsi, ev 100-də yaşayan, Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, massiv-4, keçid-2 ev 2-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxxxxx 1985-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tərtər şəhəri, M.Hüseynzadə küçəsi ev 10, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 inam və etibarından sui-istifadə edib Bakı şəhərində yerləşən daş sexindən Şəmkir rayonuna müştəriyə daş gətirilməsinə kömək edəcəyinə dair vəd verib aldadaraq 06.06.2020-ci il tarixdə, saat 22:30 radələrində Yevlax şəhərində yerləşən avtovağzalın qarşısında 1360 (bir min üç yüz altmış) manat pulunu ələ keçirirək Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 inam və etibarından sui-istifadə edib 13.08.2020-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs3 mobil nömrəsinə zəng edərək özünü yük avtomobili sürücüsü kimi təqdim edib Şirvan şəhərində üzüm təhənglərini saxlamaq üçün istifadə olunan 1540 (bir min beş yüz qırx) manat dəyərində dirəklərin pulunu verməklə oradan götürüb Mingəçevir şəhərinə gətirəcəyi təqdirdə həmin işin müqabilində dirəklərə verəcəyi puldan başqa 380 (üç yüz səksən) manat məbləğində pul verəcəyini vəd verib aldadaraq Təqsirləndirilən şəxs3lə aralarında qabaqcadan olan razılaşmaya əsasən sonuncunun Zərərçəkmiş şəxs3 zəng edib dirəklərin Şirvan şəhərində olduğunu dəyərək 1540 (bir min beş yüz qırx) manat pulu Hacıqabul rayonu ərazisində yerləşən «Qədirxum» restoranının yanındakı dönərxanaya qoymasını tapşırmış, Zərərçəkmiş şəxs3 da qeyd olunan məbləğdə pulu dönərxanaya qoyduqdan sonra, həmin tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs3lə birlikdə 1540 (bir min beş yüz qırx) manat pulu dönərxandan götürüb ələ keçirərək Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 inam və etibarından sui-istifadə edib 11.09.2020-ci il tarixdə saat 12 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən “Petrol Store” YDM-nin yanında onunla görüşərək idarə etdiyi “MAZ” markalı yük avtomaşını ilə yaxınlıqda olan daş karxanasından döşəmə daşı götürərək Ağdaş rayonuna aparması müqabilində Ağdaş rayonunda 3500 manat pulun ödəniləcəyinə dair vəd verib aldadaraq, döşəmə daşlarının karxanadan götürülməsi üçün ona 2400 manat məbləğində döşəmə daşlarının yalançı qaiməsini verərək sonuncudan 2400 (iki min dörd yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 inam və etibarından sui-istifadə edib 11.09.2020-ci il tarixdə saat 12 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən “Petrol Store” YDM-nin yanında onunla görüşərək idarə etdiyi “MAZ” markalı yük avtomaşını ilə yaxınlıqda olan daş karxanasından döşəmə daşı götürərək Ağdaş rayonuna aparması müqabilində Ağdaş rayonunda 3500 manat pulun ödəniləcəyinə dair vəd verib aldadaraq, döşəmə daşlarının karxanadan götürülməsi üçün ona 2400 (iki min dörd yüz) manat məbləğində döşəmə daşlarının yalançı qaiməsini verərək sonuncudan 2400 (iki min dörd yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 inam və etibarından sui-istifadə edib 13.08.2020-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 mobil nömrəsinə zəng edərək özünü yük avtomobilinin sürücüsü kimi təqdim edib. Şirvan şəhərində üzüm təhənglərini saxlamaq üçün istifadə olunan 1540 (bir min beş yüz qırx) manat dəyərində dirəklərin pulunu verməklə oradan götürüb Mingəçevir şəhərinə gətirəcəyi təqdirdə həmin işin müqabilində dirəklərə verəcəyi puldan başqa 380 (üç yüz səksən) manat məbləğində pul verəcəyini vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 zəng edib dirəklərin Şirvan şəhərində olduğunu dəyərək 1540 (bir min beş yüz qırx) manat pulu Hacıqabul rayonu ərazisində yerləşən «Qədirxum» restoranının yanındakı dönərxanaya qoymasını tapşırmış, Zərərçəkmiş şəxs3 da qeyd olunan məbləğdə pulu dönərxanaya qoyduqdan sonra, həmin tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə birlikdə 1540 (bir min beş yüz qırx) manat pulu dönərxandan götürüb ələ keçirərək Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs3 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Kamaz” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı və eyni markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Həmin avtomobillərlə Tərtər rayonundan Bakı şəhərinə yük daşınması ilə məşğul olmuşdur. 2020-ci ilin iyun ayında qərara gəlmişdir ki, Bakı şəhərindən aqlay daşı gətirmək adı ilə hər-hansı bir yük avtomobilinin sürücüsünü aldadıb pul əldə etsin. Bu məqsədlə sürücü yoldaşı Emin adlı şəxsdən başqa yük daşıyan avtomobil nömrəsi bilib-bilmədiyini soruşmuşdur. Emin də ona ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr verib həmin nömrələrin sahibinin “Ateco” markalı yük daşıyan avtomobili vardır” sözünü demişdir. O, özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə “Ateco” markalı yük maşının sahibinin mobil nömrəsinə zəng etmişdir. Ona özünü Xəyal kimi təqdim edib bildirmişdir ki, Bakıda yükü var onu Şəmir rayonuna aparmaq lazımdır, lakin götürəcəyi yükün pulunu əvvəldən verməlidir, qayıdanda isə yük ondan təhvil götürülən zaman ona yükün pulu geri qaytarılacaq və əlavə olaraq yol haqqı veriləcəkdir. Telefonla onunla danışan Elşad adlı şəxs ona “necə olur aqlayın pulunu mən verirəm, daha sonra isə həmin pul burada sizdən geri alıram” sözünü demişdir. O da ona bildirmişdir ki, aqlayı satan adam hal-hazırda Yevlax rayonundadır və ona pul lazımdır. “Ateco” markalı avtomobilin sürücüsü də buna razı olmuş və onunla görüşmək istədiyini bildirmişdir. O, “Ateco” adlanan yük avtomobilinin sürücüsü Elşad adlı şəxslə Yevlax şəhəri “avtovağzal” adlanan yerdə görüşüb, ona məsələni izah etmişdir. O da yükün pulunu qabaqcadan verməyə razılaşmışdır. Beləliklə o, Elşaddan Yevlax şəhəri “avtovağzal” adlanan ərazidə 1360 (bir min üç yüz altmış) manat pul almışdır. Elşad və yanında olan Vüsal adlı şəxs yenə də onlara inanmadığı üçün onlarla Bakı şəhərinə getməyə məcbur olmuş, Bakı şəhərində “Nasosnu” adlanan ərazidə o Vüsala “mənə sexdən zəng gəlib, sexdə fəhlə yoxdur, gedib fəhlə tapıb gələcəm, səndə ekologiya postuna çatanda mənə zəng vurarsan sizi qarşılayacam” sözünü demişdir. Elşadı və Vüsalı aldatdıqdan sonra onlar onun avtomobildən düşməsinə icazə vermişlər. Avtomobildən düşdükdən sonra isə o, telefonu söndürmüşdür. Ələ keçirtdiyi 1360 (bir min üç yüz altmış) manat pulu özünə sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Tərtər rayon sakini Təqsirləndirilən şəxs3lə Ramizin işlədiyi avtomobil yuma məntəqəsində tanış olmuşdur. Onun qaynı Yusif Tərtər rayon sakini olduğu üçün Tərtər rayonuna gedən zaman onun avtomobilini Ramiz yuduğu üçün Ramizlə həmin vaxt tanış olmuşlar. 12 avqust 2020-ci il tarixdə axşam saat 22 radələrində o, istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Ramizin isifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edərək evdə olub-olmadığını soruşmuş, Ramiz ona evdə olduğunu demişdir. O, Ramizdən hansı küçədə yaşadığını soruşduqda Ramiz Tərtər şəhəri, M.Hüseynzadə küçəsində yaşadığını bildirmişdir. O idarə etdiyi qırmızı rəngli, “Vaz 2107” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ramizin yanına getmişdir. Ramiz onun avtomobilinə minmişdir. O, Ramizə Bakı şəhərinə getdiyini, tək getməməsi üçün onunla gedib-gəlməyini xahiş etmişdir. Ramiz də onunla razı olmuş və onlar birlikdə Tərtər rayonundan Bakı şəhərinə yola düşmüşlər. Yevlax rayonuna çatdıqda hava artıq qaralmış və orada onlar ikisi çayxanada oturub çay içmişlər. Orada o, çöldə bir ədəd yük maşını görmüş və həmin yük maşının arxasında mobil telefon nömrəsi olduğu üçün həmin nömrəni götürmüş və fikirləşmişdir ki, həmin nömrə ilə əlaqə saxlayıb nömrənin sahibini aldadıb pulunu ələ keçirsin. Həmin gecəni avtomobildə Ramiz ilə yatmışlar. 13 avqust 2020-ci il tarixdə saat 09 radələrində yuxudan durduqdan sonra Ramizlə yola düşmüşlər. Yolda olarkən o, Ramizə demişdir ki, gecə yük avtomobilinin arxasından nömrə götürmüş və həmin nömrə ilə əlaqə saxlayıb həmin nömrənin sahibinin pulunu ələ keçirsinlər. Ramiz də onunla razılaşmışdır. Bundan sonra o, istifadəsində olan mobil telefon nömrəsi ilə yük avtomobilinin arxasından götürdüyü nömrəyə zəng vurmuş və Mingəçevir şəhərində yük olduğunu və yük avtomobili lazım olduğunu demişdir. Həmin şəxs isə ona demişdir ki, özü hazırda yüklüdür və başqa tanıdığı şəxsə onun nömrəsini verəcək, onunla danışmasını bildirmişdir. O da razılaşmışdır. Bir neçə dəqiqə sonra ona ***-***-**-** saylı mobil telefon nömrəsindən bir nəfər şəxs zəng vurmuş və Kamaz markalı avtomobilin sürücüsü olduğunu, hazırda Bakı şəhərində olduğunu və lazım olan yerə yük apara biləcəyini demişdir. O da həmin şəxsə yalandan demişdir ki, Mingəçevir şəhərindədir, Şirvan şəhərində üzüm təhənglərinin qurulması üçün istifadə olunan dirəklər var onları gətirmək lazımdır. Həmin sürücü bunun müqabilində nə qədər pul verəcəyini soruşduqda yalandan demişdir ki, 380 (üç yuz səksən) manat pul verəcəkdir. Həmin vaxt o, sürücüdən üstündə pul olub-olmadığını soruşduqda, demişdir ki, üstündə 2000 (iki min) manat pul var. O da həmin sürücüyə demişdir ki, üstündə olan puldan 1540 (bir min beş yüz qırx) manatını orada vermək lazımdır, narahat olmasın, həmin pulu ona Mingəçevir şəhərində verəcəkdir. Həmin vaxt Ramiz də onun yanında olmuş və aralarında olan razılığa əsasən o həmin sürücüyə Ramizin nömrəsini verəcəkdi ki, Ramiz Şirvan şəhərində olan şəxs kimi özünü təqdim edib, yükü vərən şəxs olduğunu bildirsin. Sürücü ilə danışarkən ona inansın deyə demişdir ki, ona 100 (yüz) manat da artıq pul verəcək, sürücü də razılaşmışdır. Bundan sonra o, həmin sürücüyə Ramizin nömrəsin verib demişdir ki, həmin nömrə ilə əlaqə saxlasın, həmin nömrənin sahibi Şirvan şəhərində ona yükü verəcəkdir. Daha sonra telefon danışığını bitirmiş, bir neçə dəqiqə sonra həmin sürücü Ramizə zəng vurmuş və Ramiz həmin sürücüyə Şirvan şəhərində olduğunu və tez gəlməsini bildirmişdir. Ramiz həmçinin həmin sürücüyə demişdir ki, 1540 (bir min beş yüz qırx) manat pulu Hacıqabul rayonuna çatdıqda orada Qədirxum adlı restoranın yanında dönərxanaya verməsini, həmin pulu oradan zavodun müdirinin Elçin adlı şəxsin götürəcəyini demişdir. Yolda olarkən Ramiz həmin sürücü ilə tez-tez əlaqə saxlayırdı ki, guya tələsir, pulu çatdırmaq lazımdır. O sürücü ilə danışarkən ona başqa bir yük avtomobili də tapmağını və Şirvan şəhərinə gəlməyini demişdir, özünü də Azər kimi təqdim etmişdir. Ramiz yol boyu həmin sürücü ilə bir neçə dəfə danışmışdır. Saat 13 radələrində sürücü ilə danışdıqda, Hacıqabul rayonu ərazisində yerləşən Qədirxum restoranının yanındakı dönərxanaya 1540 (bir min beş yüz qırx) manat pul vermişdir. Həmin dönərxananın yerini Ramizə o demişdir ki, sürücüyə desin, çünki Bakı şəhərinə gedib-gələrkən həmin dönərxanadan çox vaxtı dönər almışdır. Sürücü dönərxanaya pulu verdikdən sonra Şirvan şəhərinə getdiyini bildirmişdir. Bundan sonra Ramiz mobil telefonunu söndürmüş, sürücü ona zəng vurmuşdur. O isə həmin sürücüyə yalandan demişdir ki, guya Şirvan şəhərində yükü verməli olan adamın telefonuna zəng çatmır, narahat olmasın, özü yola çıxmış və Şirvan şəhərinə gedir. Bundan sonra sürücü hər dəfə ona zəng vurduqda ona yalandan yolda olduğunu və bir müddət sonra yanında olacağını demişdir. Sonra Hacıqabul rayonuna çatdıqda o yolun kənarında olan dönərxanadan 1540 (bir min beş yüz qırx) manat pulu almış və sonradan mobil telefonunu söndürmüşdür. Həmin puldan 120 (yüz iyirmi) manatı Ramizə vermiş, qalan pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2020-ci ilin sentyabr ayında yaşadığı Qaradağ rayonu Lökbatan qəsəbəsində Vasif adlı şəxslə tanış olmuş, o taksi kimi fəaliyyət göstərirmiş, sonradan bir neçə dəfə görüşmüşlər. 2020-ci ilin sentyabr ayının ortalarında Vasif ona pulunun olmadığını, ona pul lazım olduğunu, Xocahəsən dairəsi yaxınlığında bir daş yüklü avtomaşın gördüyünü, üzərində olan nömrəni götürdüyünü bildirmişdir. Onlar aralarında razılaşmışlar ki, həmin şəxslə telefonla danışsınlar, yer təyin edib çağırsınlar, həmin yerdə onunla görüşüb qəbz versinlər, ondan pul alsınlar və ona yaxınlıqdakı karxanadan daş götürüb rayona aparmasını bildirsinlər. O, telefonla ***-***-**- ** nömrəsindən ***-***-**-** nömrəsinə zəng edərək həmin yük maşının sürücüsü ilə danışmış və ona Ağdaş rayonuna yer döşəmə aparmaq lazım olduğunu bildirib əvvəlcədən 2400 (iki min dörd yüz) manat pul verməli olduğunu demiş, o da razılaşmış, Vasif ilə birlikdə ona məxsus “Opel” markalı avtomobillə Sumqayıt şəhərinə getmişlər. Ceyranbatan qəsəbəsi ərazisində avtomaşını saxlamışlar, həmin şəxslə telefonla danışmışlar, ona Sumqayıt şəhərində gözləməsini, adamın gəlib ondan pul götürəcəyini demişdir. O, avtomaşında qalmış, Vasif maşından düşərək yaxınlıqda dayanmış taksiyə yaxınlaşmış, bir qədər Vasifi gözləmiş və Vasif yenidən eyni taksi ilə geri qayıdıb avtomaşına əyləşmiş və həmin şəxsdən aldığı 2400 manat pul götürdüyünü bildirmişdir. Həmin puldan ona 450 manat pul vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Vasif ilə öz aralarında olan razılaşmaları zamanı Elşad onların yanında olmamış, Elşada həmin puldan heç nə verməmişlər. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında yaşadığı Qaradağ rayonu ərazisində Lökbatan qəsəbəsində avtomobil təmiri ilə məşğul olan tanışı Elşad vasitəsilə Cavid adlı şəxslə tanış olmuşdur. Elşad bildirmişdir ki, Cavid daş karxanasında daş satışı ilə məşğul olur və yaxşı pul qazanır, onu maşını ilə gəzdirsə, ona da yaxşı pul verəcək. Buna görə də 2020-ci ilin sentyabr ayında Elşad ilə Qaradağ rayonu Buta qəsəbəsinə Cavidin yaşadığı ünvana getmişlər. Cavidə Elşad zəng edərək çölə çağırmış, Cavid çölə çıxmış, Elşad onu taksi sürücüsü kimi təqdim etmiş və beləcə Cavid ilə tanış olmuşlar. Bir gün sonra Cavid zəng edərək, onların yaşadığı ünvana çağırmış, onun birlikdə yaşadığı Mələk adlı qadını taksi kimi iş yerinə aparıb gətirməsini demişdir. O, Mələyi aparmış, pulunu Cavid ödəmişdir. Bir neçə gün sonra Mələyi axşam saatlarında işdən evə gətirib düşürdərkən Cavid çölə çıxmış, ona “sabah Mələyi aparıb düşürdükdən sonra gələrsən səninlə işimiz var” sözünü demişdir. O, səhər saatlarında Mələyi işə aparmış və geri qayıtdıqda Cavid həyətə çıxmış və Sumqayıt şəhərinə getmək lazım olduğunu demişdir. O, onunla razılaşmış və birlikdə Sumqayıt şəhərinə getmişlər, yolda Cavid ona danışmışdır ki, bir nəfər yük maşını sürücüsü gələcək, onu Ceyranbatanda maşınında gözləyəcək, o taksi ilə gedib, Sumqayıt şəhəri ərazisində yük maşını sürücüsü ilə görüşüb, onu aldadaraq ondan pul alacaq, ona verdiyi etibarsız qəbzi kamaz sürücüsünə verərək, bir qədər irəlidə karxanadan daş götürüb rayonda baha qiymətə təhvil verəcəyini deməsini izah etmişdir. Lakin, o bundan imtina edərək, qorxub geri qayıtmalarını istəmiş, həmin gün Cavidin istədiyi olmamış, həmin sürücüdən isə pul ala bilməmişdir. Bir gün sonra yəni 11.09.2020-ci il tarixdə Cavid ona zəng edərək, Mələyin yaşadığı ünvana çağırmış, o ora getmiş, yenə də o, onu evə çağırmış, evdə tək olmuş, Cavid bu dəfə ona geniş şəkildə izah etmişdir ki, bir nəfər kamaz sürücüsünü aldadaraq ona etibarsız qəbz verib həmin şəxsdən 2400 (iki min dörd yüz) manat pul alacaqlar. O, bu dəfə Cavidlə razılaşmışdır. O, həmin kamaz sürücüsünün pis insan olduğunu demiş və buna görə də onunla razılaşmışdır ki, həmin şəxsi aldadaraq pulunu ələ keçirsinlər. Cavid ilə birlikdə ona məxsus “Opel” markalı, nömrə nişanın tam xatırlamadığı sonu 541 olan avtomaşınla Sumqayıt şəhəri istiqamətində irəliləmişlər. Cavid ona izah etdiyi kimi Ceyranbatan ərazisində avtomaşını saxlamışdır. Cavid maşında qalmış, o düşərək, yaxınlıqda dayanmış taksiyə yaxınlaşmışdır. Həmin taksi ilə Cavidin dediyi X3 yaxınlığına getmişdir. Orada qara rəngli yük avtomaşın onu gözləmişdir. O taksidən düşüb, yük maşınına yaxınlaşmış, onlar iki nəfər olmuş sərnişin düşməmiş, sürücü qaraşın uca boylu olmuşdur. O, ona yaxınlaşıb, “mən Ruslanın göndərdiyi adamam” demişdir. Cavid ona demişdir ki, onlara adını Ruslan kimi desin. Həmin şəxsə bildirmişdir ki, onun ona verdiyi qəbzlə bir qədər Quba istiqamətində getsin və orada zavoddan döşəmə daşı yükləyib Ağdaş rayonuna aparsın, ona 2400 (iki min dörd yüz) manat pul versin və Ağdaşda ona 3500 (üç min beş yüz) manat ödəniləcək. O, Cavidin ona verdiyi etibarsız qəbzi sürücüyə vermiş, həmin sürücü də ona 2420 (iki min dörd yüz iyirmi) manat pul vermiş, puldan 20 (iyirmi) manatı ona qaytarmış, çünki hiss etmişdir ki, həmin şəxsin bundan başqa pulu yoxdur. Həmin vaxt yenidən Cavid yük avtomaşınının sürücüsünə zəng edərək, guya bir qədər irəlidə karxanada onu gözlədiyini demişdir. O, gəldiyi taksi ilə Ceyranbatan ərazisinə qayıtmış, Cavid onun maşınında olmuş, o, nə etdiyini soruşduqda, cibində olan 12 ədəd 200 manatlıq əskinasları çıxartmış, Cavid 20 manatın nə üçün əksik olduğunu soruşmuş, o da pulu sürücüyə qaytardığını dedikdə Cavid onu danlamışdır. Onlar Lökbatan qəsəbəsinə geri qayıtmışlar. Bundan sonra Cavid yenə də ona belə bir təklif etmiş, lakin, o buna razı olmamış və telefonda onu söyərək, təhqir etmişdir ki, ona bir daha zəng etməsin. Bundan başqa, Təqsirləndirilən şəxs2 Elşadın bu məsələdən heç bir xəbəri olmamış, ona bu barədə heç nə deməmişlər. Cavidlə birlikdə ələ keçirtdiyi 2400 (iki min dörd yüz) manat puldan Elşada heç nə verməmişlər. O, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəmişdir, Zərərçəkmiş şəxs1 ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tərtər şəhərində avtomobil yuma məntəqəsində işləyir. Təxminən 04 avqust 2020-ci il tarixdə işlədiyi avtomobil yuma məntəqəsində Bakı şəhər sakini Cavid ilə tanış olmuşdur. 12 avqust 2020-ci il tarixdə saat 22 radələrində Cavid istifadəsində olan ***-***-**-** saylı nömrə ilə onun isifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək evdə olub-olmadığını soruşmuş, Cavidə evdə olduğunu demişdir. Cavid ondan hansı küçədə yaşadığını soruşduqda M.Hüseynzadə küçəsində yaşadığını demişdir. O, evdən həyətə düşdükdən təxminən 10-15 dəqiqə sonra Cavid idarə etdiyi qırmızı rəngli “Vaz 2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə onun yanına gəlmişdir. O, Cavidin avtomobilinə minmiş, Cavid ona Bakı şəhərinə getdiyini, tək getməməsi üçün yoldaşlı gedib-gəlmələrini xahiş etmiş, o da razı olmuş və onlar birlikdə Tərtər rayonundan Bakı şəhərinə yola düşmüşlər. Yevlax rayonuna çatdıqda hava qaralmış və buna görə Cavidlə Yevlax rayonunda çayxanaların birində oturub çay içmişlər və həmin gecəni avtomobildə yatmışlar. 13 avqust 2020-ci il tarixdə saat 09 radələrində Cavidlə oyanıb yola düşmüşlər. Yolda olarkən Cavid ona demişdir ki, Yevlax rayonunda olarkən hansısa yük avtomobilinin arxasında mobil telefon nömrəsi görüb onu götürüb və həmin nömrə ilə əlaqə saxlayıb həmin nömrənin sahibini aldadıb pulunu ələ keçirsinlər. O da razılaşmış və bundan sonra Cavid həmin nömrəyə zəng vurmuş və həmin nömrənin sahibi ilə danışdıqda həmin şəxs yüklü olduğunu bildirib, başqa tanış yük avtomobil sürücüsünün Cavidlə əlaqə saxlayacağını demişdir. Bir neçə dəqiqə sonra Cavidə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng gəlmiş və həmin şəxs Kamaz markalı yük avtomobilinin sürücüsü olduğunu bildirdikdə, Cavid həmin şəxsə yalandan demişdir ki, guya Mingəçevir şəhərindədir, Şirvan şəhərində üzüm təhənglərini saxlayan dirəklər var, onları Mingəçevir şəhərinə gətirmək lazımdır. Cavid həmin şəxsə bu işin müqabilində 380 (üç yüz səksən) manat verəcəyini bildirmişdir. Sonra Cavid sürücüdən üstündə pul olub-olmadığını soruşduqda, sürücü üstündə 2000 (iki min) manat pul olduğunu bildirmiş, Cavid də həmin sürücüyə demişdir ki, Şirvan şəhərində yükün pulunu vermək lazımdır, həmin pulu versin, narahat olmasın həmin pulu ona qaytaracaqdır. Sürücü də etiraz etməmişdir. Cavid həmçinin həmin sürücüyə demişdir ki, bir nəfər də sürücü tapsın və yük çox olduğu üçün 2 avtomobil ilə yükləri Mingəçevir şəhərinə gətirsinlər. Sonra Cavid həmin şəxsə onun mobil telefon nömrəsini verib demişdir ki, guya o Şirvan şəhərində yükü onlara verən şəxsdir. Bir neçə dəqiqə sonra həmin şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vurmuşdur. Telefon danışığı zamanı o, Cavidin həmin şəxsə dediklərini təsdiqləmiş və Şirvan şəhərində olduğunu, yükü onlara özünün verəcəyini demişdir. Həmin şəxsə 1540 (bir min beş yüz qırx) manat pulu Hacıqabul rayonu ərazisində yerləşən Qədirxum restoranının yanındakı dönərxanaya verməsini bildirmişdir. Cavid özünü Azər kimi təqdim etmiş və dönərxananın yerini ona əvvəlcədən demişdir. Sürücü ona Cavidlə əlaqə saxlayıb onu təkrar yığacağını demişdir. Sonra sürücü Cavidə zəng vurub onun 1540 (bir min beş yüz qırx) manat pulu dönərxanaya qoymasını demişdir. Cavid də narahat olmamağı, məsuliyyətin özündə olduğunu, pulu deyilən yerə qoymağını tapşırmışdır. Sürücü də etiraz etməmişdir. Bundan sonra yol boyu o həmin sürücü ilə əlaqə saxlayıb onu tələsdirirmişdir ki, pulu dönərxanaya versin. Saat 13 radələrində həmin sürücü dönərxanaya pulu verdikdən sonra onunla əlaqə saxlamış və o, dönərçi ilə danışıb həmin pulu götürməsini demişdir. Sonradan o mobil telefonu söndürmüş və həmin şəxs Cavidi yığmağa başlamış və demişdir ki, Şirvan şəhərindədirlər və ona zəng çatmır. Cavid də yalandan demişdir ki, narahat olmasın, özü Mingəçevir şəhərindən çıxıb gəlir. Həmin yük avtomobilinin sürücüsü dəfələrlə yolda olarkən Cavidi yığmış və Cavid hər dəfə bir yer bəhanə edərək yolda olduğunu demişdir. Hacıqabul rayonu ərazisinə çatdıqda Cavid Qədirxum restoranının yanındakı dönərxanadan pulu götürmüş və onlar Bakı şəhərinə yola düşmüşlər. Cavid də həmin vaxt mobil telefonunu söndürmüşdür. Həmin puldan Cavid ona 120 manat vermiş və ona düşən payın olduğunu bildirmişdir. O da həmin pulu götürüb cibinə qoymuşdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismndə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ona məxsus “Ateco” markalı yük maşını ilə rayonlararası yük daşınması işi ilə məşğul olur. Bununla bağlı “whatsapp” ani mesajlaşma tətbiqində “Ateco” markalı yük maşını sürücülərinin bir-biri ilə asan əlaqə yaratması üçün qrup vardır, o da həmin qrupun üzvüdür. 06.06.2020-ci il tarixdə təxminən saat 17 radələrində ona məxsus ***-***-**-** və qohumu X5 məxsus ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən özünü “Ateco” markalı yük maşını sürücüsü Xəyal adı ilə təqdim edən şəxs zəng edərək, Bakı şəhərində aqlay daşı olduğunu, həmin daşı Şəmkir rayonuna gətirmək üçün ona köməklik etməyimi xahiş etmişdir. Yük gətirilməsinə görə ona 450 (dörd yüz əlli) manat ödəyəcəyi barədə razılığa gəlmişdir. Bundan təxminən 30 dəqiqə sonra Xəyal adlı şəxs ona zəng edərək, aqlay daşı satan sex sahibinin Yevlax şəhərində olduğunu, alacağı aqlayın pulunu Yevlaxda müdirə verməli olduğunu, buna görə müdirə 1760 (bir min yeddi yüz altmış) manat pul verilməli olduğunu, aqlayı Bakı şəhərindən götürüb Şəmkir şəhərində müştəriyə təhvil verdikdən sonra onun pulunu və yol haqqını ödəyəcəyini bildirmişdir. O, Xəyal adlı şəxsə inanaraq üzərində pul olmadığını ancaq pulu tapa biləcəyini demişdir. Buna görə qohumu X1 borca pul istəmişdir. Vüsal ona pulun nəyə lazım olduğunu soruşduqda ona Xəyalla aralarında olan razılaşmanı danışmışdır. Bundan sonra Vüsal ona 1000 (bir min) manat pul verə biləcəyini bildirmişdir. Özünün üzərində isə 360 (üç yüz altmış) manat pul var idi. O, 1360 (bir min üç yüz altmış) manat pul düzəltdikdən sonra Vüsal ona boş olduğunu, onunla birlikdə gedə biləcəyini demişdir. Buna görə Vüsalla birlikdə Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Təxminən saat 22 radələrində Yevlax şəhərinə çatana kimi mütəmadi olaraq Xəyal onunla əlaqə saxlamışdır. Onlar Yevlax şəhərinə çatanda orta boylu, saqqallı, 28-30 yaşlarında bir nəfər şəxs onları Yevlax şəhər avtovağzalının giriş hissəsində saxlatmış və onlarla əlaqə saxlayan şəxsin o, olduğunu demişdir. Bundan sonra Xəyal adlı şəxs aqlay sexi müdirinin yaxınlıqda olan ** BH *** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C200” markalı avtomobildə əyləşdiyini, pulu müdirə verib aqlayı Bakı şəhərindən gətirə biləcəyini demişdir. Onlar onun dediklərinə tərəddüd etdikdə Xəyal onlarla ona məxsus yük maşınında zamin kimi gedə biləcəyini, pulu əvvəllcədən verməsində heç bir problemi olmayacağını bildirmişdir. Buna görə o, Qurbanov Vüsalın yanında Xəyal adlı şəxsə 1360 (bir min üç yüz altmış) manat pul vermişdir. Bundan sonra Xəyal, qohumu Vüsal ona məxsus “Ateco” markalı yük maşınına əyləşərək aqlay daşını gətirmək üçün Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Onlar yolda gedərkən, Xəyalla birlikdə su almaq üçün Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən Ləki marketə düşmüşlər və su, siqaret almışlar. Həmin vaxt Xəyal kamera görüntülərinə düşmüşdür. Onlar marketdən çıxdıqdan sonra yollarına davam etmişlər. 07.06.2020-ci il tarixdə səhər saat 07 radələrində onlar Bakı şəhəri Nasosnu adlanan əraziyə çatanda Xəyal maşını saxlatmış və aqlay sexində fəhlə olmadığını, fəhlələri götürüb aqlay sexi olan Sulutəpə qəsəbəsinə gələcəyini demişdir. O, Xəyala inanıb onu maşından düşüb getməsinə etiraz etməmişdir. Bundan sonra onlar yoluna davam etmişlər. Yol gedərkən Vüsal özünə məxsus ***-***-**-** saylı mobil nömrədən Xəyala məxsus ***-***-**-** saylı nömrəyə zəng edərək, harada olduğu barədə məlumat aldıqda onların Sulutəpə qəsəbəsinə gəlmələrini deyərək, həmin yerə gəldikdə onları qarşılayacağını bildirmişdir. Bundan sonra yolda gələrkən Vüsal Xəyala zəng etməyinə baxmayaraq onun telefonu bağladığını və zənglərə cavab vermədiyini görmüşlər. Həmin vaxt Xəyal və Xəyalın müdir kimi təqdim etdiyi şəxsin etibarından sui-istifadə edərək və onu aldadaraq ümumilikdə 1360 (bir min üç yüz altmış) manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini aşkar etmişdir. Sonradan Vüsalın 1000 (bir min) manat pulunu geri qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 özünü Xəyal kimi təqdim edən şəxsə ümumilikdə 1360 (bir min üç yüz altmış) manat pul vermiş, həmin pulu Yevlax şəhər Avtovağzalının giriş hissəsində qohumu X4 iştirakı ilə vermişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan ödənilmədiyindən ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanımır. O, 16 may 2020-ci il tarixdən X7 məxsus olan “Kamaz” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı yük maşınını etibarnamə əsasında idarə edir. 10 avqust 2020-ci il tarixdə saat 14 radələrində “Kamaz” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı yük maşınına kartof yükləyərək Bakı şəhərinə aparmaq məqsədi ilə Tovuz rayonundan Bakı şəhərinə yollanmışdır. Yükü Bakı şəhərində “Meyvəli” deyilən ərazidə boşaltdıqdan sonra maşına yük vurub Tovuz rayonuna qayıtmaq üçün Bakı şəhərində qalmışdır. 13 avqust 2020-ci il tarixdə saat 10:20 radələrində Bakı şəhəri ərazisində yerləşən “Meyvəli” bazarında olan zaman həmkəndlisi Nicat istifadəsində olan ***-***-**-** saylı telefonla onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək harada olduğunu soruşmuşdur. O, Nicata hazırda Bakı şəhəri ərazisində yerləşən “Meyvəli” bazarında olduğunu bildirmişdir. Nicat ona ***-***-**-** saylı telefon nömrəsini verərək həmin şəxsə zəng etməsini, həmin şəxsin yükü olduğunu demişdir. Nicatdan həmin telefon nömrəsinin kimə məxsus olduğunu soruşmuş, Nicat ona həmin telefon nömrəsinin sahibini tanımadığını, həmin nömrənin ona zəng edərək yükü olduğunu, həmin yükü Mingəçevir şəhərinə aparmaq üçün ona yük maşını təşkil etməsini xahiş etdiyini demişdir. Bundan sonra o, istifadəsində olan ***-***-**-** saylı telefonu ilə ***- ***-**-** saylı nömrəyə zəng edərək həmin şəxsə onun nömrəsini Nicatın ona verdiyini, sürücü olduğunu bildirmişdir. Həmin şəxs telefonda adının Azər olduğunu, hal-hazırda Mingəçevir şəhəri, dəmiryolun yaxınlığında “stansiya Mingəçevir” deyilən yerdə olduğunu, Şirvan şəhərində üzüm bağında istifadə olunan xırda beton dirəklərin, “stolpaların” olduğunu, həmin yükü Şirvan şəhərindən Mingəçevir şəhərinə gətirmək lazım olduğunu demişdir. O, özünü Azər kimi təqdim edən həmin şəxsdən yükün müqabilində ona neçə manat pul verəcəyini soruşmuşdur. Azər ona əvvəl həmin yük üçün 380 (üç yüz səksən) manat pul verəcəyini demişdir. O da Azərlə razılaşmış, Azər ondan üstündə pulun olubolmadığını soruşmuşdur. O Azərə üstündə iki min manat pul olduğunu demişdir. Həmin pul onun pulu deyildi, Meyvəli bazarında alqı-satqı ilə məşğul olan İbrahim adlı tanışının pulu idi və həmin İbrahimin pulunu Tovuz rayonunda tanışı Aydın adlı şəxsə çatdırmalı idi. Azər ona hal-hazırda Mingəçevir şəhərində olduğunu, özündən başqa da bir ədəd yük maşını tapmağını, stolpanın 1 ədədinin 3 manat 50 qəpik olduğunu, Şirvan şəhərindən iki yük maşınının hər birinə 220 ədəd stolpa yükləməyi, həmin pulu onun stolpanın sahibinə verməsini, stolpanı maşına yükləmək üçün fəhlələrə 120 manat pul verməsini xahiş etmiş, bunun müqabilində ona əlavə 100 manat pul verəcəyini dedikdə o Azərlə razılaşmışdır. Bundan başqa Azər ona stolpalar ağır olduğu üçün bir yox iki maşına yükləyib gətirmək üçün əlavə bir yük maşını tapmasını xahiş etmişdir. O, Azərə əlavə maşın olduğunu demiş, Şirvan şəhərində kimdən stolpaları götürəcəyini demiş və həmin şəxsin mobil telefon nömrəsini ona verməsini xahiş etmişdir. Azər ona ***-***-**-** saylı nömrəni verərək həmin nömrəyə zəng etməsini, həmin nömrənin sahibinin stolpaları ona verəcəyini demişdir. Həmin vaxt onunla birlikdə Bakı şəhərinə yük gətirmiş həmkəndlisi Şahid2 Şirvan şəhərində yük olduğunu, həmin yükü Mingəçevir şəhərinə aparmaq lazım olduğunu, bunun müqabilində 380 (üç yüz səksən) manat pul verəcəklərini demiş, Rövşən də onunla razı olmuşdur. Bundan sonra o, istifadəsində olan ***-***-**-** saylı telefonu ilə Azərin ona verdiyi ***-***-**-** saylı nömrəyə zəng etmiş, həmin şəxsə nömrəni Azərin verdiyini demiş və yükü haradan yığacağını soruşmuşdur. Həmin şəxs ona Sabirabad rayonundan Şirvan şəhərinə gələn yolda, Şirvan şəhərində dairənin yaxınlığında yolun sağında yerləşən avtomobil təmiri sexlərinin qarşısına gəlib ona zəng etməsini demişdir. O öz idarə etdiyi yük maşını ilə həmkəndlisi Rövşən də öz idarə etdiyi yük maşını ilə Bakı şəhərindən Şirvan şəhərinə yola düşmüşlər. Həmin günü, yəni 13 avqust 2020-ci il tarixdə saat 13:55 radələrində həmin şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edərək harada olduğunu soruşmuşdur. Həmin şəxsə hazırda Hacıqabul rayonu, Nəvahi kəndi ərazisində yerləşən dövlət yol polisi postuna çatdığını bildirmişdir. Həmin şəxs ona demişdir ki, Azərin onda ona çatası 1540 (bir min beş yüz qırx) manat pulu var, Azər həmin şəxsə onda 1540 (bir min beş yüz qırx) manat malın pulunun olduğunu deyib, həmin pulu Hacıqabul rayonu ərazisində yerləşən “Qədirxum” mağazasının qarşısında yerləşən “dönər” satılan yerin kassasına verməsini, həmin pulu oradan stolpa sexinin müdirinin oğlu Elçinin götürəcəyini demişdir. O həmin şəxsə yükü gördükdən sonra pulu verəcəyini bildirmişdir. Həmin şəxs ona Elçinin tələsdiyini, Bakı şəhərinə getdiyini demiş və heç bir narahatçılıq olmadığını bildirmişdir. Bundan sonra o həmin gün saat 14:30 radələrində istifadəsində olan ***-***-**-** saylı telefonu ilə Azərin istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək həmin şəxsin ona 1540 manat pulu Hacıqabul rayonu ərazisində yerləşən “Qədirxum” mağazasının qarşısında yerləşən “dönər” satılan yerin kassasına verməsini dediyini bildirmişdir. Azər ona pulu deyilən yerə yəni, Hacıqabul rayonu ərazisində yerləşən “Qədirxum” mağazasının qarşısında yerləşən “dönər” satılan yerə verməsini, nə problem olsa onluq olduğunu bildirmişdir. O həmin gün saat 15:30 radələrində Hacıqabul şəhəri ərazisində yerləşən “Qədirxum” mağazasının qarşısına gəlmiş və orada dönər satılan yerin kassasında olan adını bilmədiyi şəxsə 1540 (bir min beş yüz qırx) manat pulu vermiş və həmin şəxsə həmin məbləğdə pulu Elçin adlı şəxsin götürəcəyini demiş, həmin kassada olan şəxs də pulu ondan almış, həmin Şirvan şəhərində olan tanımadığı şəxsə zəng edib pulu kassaya verdiyini demiş, bu zaman telefonu kassada olan şəxsə vermiş və kassada olan şəxs də həmin Şirvanda olan şəxslə nəsə danışmış, pulu götürməyə razılaşmış, pulu kassada olan həmin şəxsə vermişdir. Bundan sonra o maşınla Şirvan şəhərinə həmin şəxsin dediyi yerə getmiş və avtomobil təmiri sexinin qarşısında istifadəsində olan ***-***- **-** saylı telefonuyla həmin şəxsin istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edərək Şirvan şəhərində dediyi yerdə olduğunu bildirmişdir. Həmin şəxs ona telefonunun zaryadkası olmadığını, telefonunun sönəcəyini, müdirin oğlu Elçinin 1540 (bir min beş yüz qırx) manat pulu götürüb getdiyini, 30 dəqiqə ərzində gələcəyini demişdir. O 30 dəqiqə gözləsə də, həmin şəxs gəlmədiyi üçün yenidən həmin ***-***-**-** saylı nömrəyə zəng etdikdə qeyd olunan nömrəyə zəng çatmamış, həmin şəxs gəlib onu və Rövşəni stolpalar olan yerə aparmalı idi. Bundan sonra o istifadəsində olan ***-***-**-** saylı telefonu ilə Azərin istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng etmiş, Azərə Şirvanda olan həmin şəxsin onun zənglərinə cavab vermədiyini demişdir. Azər ona həmin şəxsin onun da telefonunu götürmədiyini, iki saat ərzində onun yanına gələcəyini demişdir. O iki saat sexlərin yanında Rövşənlə birlikdə Azəri gözləmişdir. İki saatdan sonra yenə o istifadəsində olan ***-***-**-** saylı telefonu ilə Azərin istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng etmiş, Azər hal-hazırda Ucar rayonunda olduğunu, onun yanına gəldiyini və yolda olduğunu demişdir. Bundan iki saat sonra yenə o Azərin mobil telefonuna zəng etdikdə Azər Hacıqabul rayonu, Muğan qəsəbəsində olduğunu və onun yanına gəldiyini bildirmişdir. O yenə iki saat Azəri orada gözləmişdir. Bundan iki saat sonra yenə Azərin mobil telefonuna zəng etdikdə həmin nömrəyə zəng çatmamışdır. O aldadıldığını başa düşüb Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Azər ona Mingəçevir şəhəri, “stansı Mingəçevirdə” yaşadığını demiş, Azərin şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. ***-***-**-** saylı telefonda onunla danışan şəxsin şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. 13 avqust 2020-ci il tarixdə saat 15:35 radələrində Hacıqabul rayonu ərazisində yerləşən “Qədirxum” mağazasında dönərxanada olan kassirə pulu vermiş və həmin pulu Elçin adlı şəxsin götürəcəyini bildirmişdir. Həmin vaxtı onun yanında Rövşən olmuşdur, başqa heç kim olmamışdır. Onun dönərxanada 1540 (bir min beş yüz qırx) manat pulu verdiyi şəxsin şəxsiyyəti barədə heç bir məlumatım yoxdur. Onun mobil nömrəsini Azərə Nicat adlı həmkəndlisi vermiş, Azər Nicata zəng edib yük maşını lazım olduğunu bildirdikdə Nicat “Kamaz” sürücüsü olan atasına zəng edib, atasının yükü olduğunu biləndən sonra Nicat onun nömrəsini Azərə vermiş, Azər də Nicatın nömrəsini Nicatgilin yük maşınının arxa hissəsindən götürmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus “MAZ” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomaşını ilə fərdi yük daşıma fəaliyyəti ilə məşğul olmaqla, Bakı şəhəri Xocasən yolu yaxınlığında avtomaşınını saxlamış, orada avtomaşının üzərinə yazdığı sifariş nömrəsi vasitəsilə onunla əlaqə saxlanılmış və yükdaşıma xidməti göstərmişdir. Belə ki, özü mişar daşlarını öz pulu ilə alıb, sifarişçiyə bir qədər üzərinə pul qoyaraq satmışdır. 11.09.2020-ci il tarixdə Ağdam rayonundan Bakı şəhərinə beton qrabeli gətirib təhvil vermiş, boş maşını Xocasən yolunda saxlayaraq bibisi oğlu Rəşadət ilə Bakı şəhərində görüşməyə getmiş, onunla görüşüb saat təxminən 14 radələrində birlikdə olduqları zaman ona məxsus ***-***-**-** mobil nömrəsinə tanımadığı ***-***-**-** bir nəfər kişi zəng edərək, onu tanıdığını, guya onun da onu tanıdığını deyib Ağdaş rayonuna tamet, yəni yer örtüyü aparmaq lazım olduğunu, buradan 3 manatdan alıb pulunu özünün ödəməli olduğunu, Ağdaş rayonunda 4 manat 50 qəpiyə onun tanışı olan müştərinin alacağını, pulu nağd Ağdaşda ödəyəcəyini bildirmişdir. O, ondan tameti haradan götürmək barədə soruşduqda, ona “sən narahat olma adam var tapşıracağam o, səninlə görüşsün, qaimə versin, ödəniş et, gəl mən Quba yolunda tamet emalatxanasında səni gözləyirəm, gələrsən, birlikdə götürüb Ağdaşa gedərik, elə mənim maşınım da buradadır, yükləmişəm gəl sən də götür gedək Ağdaşa” sözünü demişdir. O, həmin adamın təxminən tanıdığı Ruslan adlı sürücü olduğunu düşünmüş, lakin pulu olmadığı üçün həmin vaxt yanında olan bibisi oğlu Rəşadət ona bildirmişdir ki, narahat olmasın evdə 3500 (üç min beş yüz) manat pulu var, xeyiri varsa borc kimi verər, sonra qaytarar. O, elə Rəşadətin özü ilə birlikdə onların evindən pulu götürdükdən sonra birlikdə telefonda onunla danışan şəxsin dediyi kimi Sumqayıt şəhəri, Bakı-Quba yolunun kənarında yerləşən “Petrol Storenin” qarşısında dayanmış, həmin ***-***-**-** nömrəsinə zəng edib gəldiyini demiş, bir neçə dəqiqə sonra “Lifan” markalı ağ rəngli üzərində *8585 nömrəsi yazılmış, taksi onun avtomaşınına yaxınlaşmış, bir nəfər təxminən 30 yaşlarında qısa boylu, arıq bədən quruluşlu, üzü az saqqallı, qarabuğdayı ona yaxınlaşıb onu ona zəng edən oğlanın göndərdiyini deyib ona qaimə verərək, pulu 2420 (iki min dörd yüz iyirmi) manat verməsini demişdir. O, pulu ona verdikdə həmin şəxs 2400 (iki min dörd yüz) manat pul götürərək, «20 manat sənin halalın olsun” söhünü demişdir. Həmin vaxt o, telefonda Ruslanla danışmış, sonuncu da ona bildirmişdir ki, qaiməni götürdükdə ona zəng etsin ki, birdən saxta olar. Telefonda danışdıqda qaimənin üzərini oxumuş, Ruslan ona telefonda bildirmişdir ki, hə düzdür, sürüb gəlsin bir iki kilometr qarşıda zavoddadır. O da onun dediyi yerə getmiş, nəzarətçiyə qaiməni təqdim etmiş, ora göndərildiyini demiş, o həmin qaimənin onlara aid olmadığını, saxta olduğunu demiş və başqa zavodlara getməsini demişdir. O, yenidən Ruslana zəng etmiş, Ruslan səhv getdiyini, bir qədər irəlidə qəbirstanlıq olduğunu, oradan yol döndüyünü demiş, o da onun dediyi yerə getsə də orada olmamışdır. Buna görə də yenidən ona zəng etmiş, artıq onun nömrəsinə zəng çatmamışdır. Hələ ki, aldadıldığını düşünməyərək yaxınlıqda olan başqa bir zavoda da yaxınlaşmış, yenə də qaiməni təqdim etdikdə, saxta olduğunu və aldadıldığını bildirmişlər. Həmin vaxt pulu verdiyi yerə qayıdaraq DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan 5-ci Polis Bölməsinə dəvət edilmiş, orada olanları danışaraq yazılı müraciət etmişdir. Hadisədən iki gün sonra Qaradağ rayonu ərazisində daş karxanasına getdiyi zaman əvvəlcədən üzdən tanıdığı sürücü yoldaşı ilə rastlaşmış və söhbət əsnasında ona başına gələnləri danışdıqda, həmin şəxsləri tanıdığını deyib, Ruslan adı ilə danışan şəxsin əslində Cavid olduğunu, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yaşadığını demişdir. Bu barədə 5-ci Polis Bölməsinin əməkdaşı İlqar Hacıyevə məlumat vermişdir. Onunla razılaşmışlar ki, iki gün sonra görüşsünlər, həmin vaxta kimi o, Cavidin kimliyini dəqiqləşdirsin. O, onun adının həqiqətən də Cavid olduğunu dəqiqləşdirib İlqar Hacıyevə məlumat vermişdir. Belə ki, Qızıldaş qəsəbəsindən həmin şəxsi tapıb Cavid telefonda danışan şəxsin onun olduğunu, lakin, onu aldadaraq pulu alan şəxsin Vasif adlı şəxs olduğunu, onun Mələk adlı qadınla birlikdə bunu təşkil etdiyini bildirmiş və onun həmin şəxslərlə əlaqəsi olmadığını demişdir. Cavid və polislərlə birlikdə Vasif adlı şəxsin yaşadığı ünvana getmişlər. O və qohumu onunla gəlmiş, Elməddin və özü kənarda gözləmiş, polis əməkdaşları Cavidlə birlikdə getmiş və bir qədər sonra geri qayıdıb, Cavidin əllərindən qaçdığını bildirmişdir. Cavid polisləri aldadaraq evə tək girərək, Vasifi gətirəcəyini demiş, həyətə daxil olmuş, hasardan tullanaraq qaçmışdır. Sonradan ona bildirilmişdir ki, köməklik etsin, yenidən Cavidi tutsunlar. Cavidin telefonu qalmış və onu ona vermişlər ki, onun qonşuluğunda bir mağazaya versin götürər. Təxminən 10 gün sonra Qaradağ rayonu ərazisində daş karxanasına getdiyi zaman “Fatmanın kafesi” deyilən yerin yaxınlığında Cavidin yolun kənarında dayanaraq yük maşınlarına əl etdiyini görmüşdür. Dərhal bu barədə İlqar Hacıyevə məlumat vermiş, polislər həmin yerə gəlib, Cavid adlı şəxsi polis bölməsinə aparmışlar. Həmin gün saat 23 radələrində Cavidin yenə də kariyerdə olduğunu kimlərisə aldatdığını bildirmiş, ona məlum olmuşdur ki, Cavid çöldədir. Sonradan öyrənmişdir ki, Vasif adlı şəxsin də şəxsiyyəti müəyyən edilmiş, lakin, hələ də ona dəymiş 2400 (iki min dörd yüz) manat maddi ziyan ödənilməmişdir. Hadisədən sonra Rəşadətin ona borca verdiyi 2400 (iki min dörd yüz) manat pulu tam olaraq ona qaytarıb vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2400 (iki min dörd yüz) manatı verdiyi zaman yanında bibisi oğlu Rəşadət olmuş və bütün olanların şahidi olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 15.09.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 15.09.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ona dəymiş maddi ziyanı ödəmədiyindən ona ağır cəza verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 05.12.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 05.12.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Yevlax RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 08.12.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Hacıqabul rayon Məhkəməsinin 10.12.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 15.03.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 17.03.2020-ci il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 31.03.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 08.12.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 10.12.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış videogürüntüləri özündə əks etdirən 02 ədəd DVD disk, «Azercell Telekom», «Bakcell» və "xxxx" MMC-dən daxil olunmuş 03 ədəd CD disklər cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 178.2.1-ci maddələrlə təqsirli bilinərək 02 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 27.12.2019-cu il tarixli qərarı ilə 10 ay 18 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs1 məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 06 (altı) il 11 (on bir) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 01.05.2021-ci il tarixli qərarından görünür ki, X6 və X2 əməlində cinayət tərkibi olmadığından, həmin xüsusatlar üzrə onların barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan Tərtət rayon Mənzil İstehsalat Təmir-İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 evlidir və himayəsində 03 azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məsuliyyətini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məsuliyyətini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən ağırlaşdıran hal əməlində cinayətlərin residivinin olmasıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 himayəsində 03 azyaşlı övladının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəyən maddi ziyanı tam ödədiyinə görə isə Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məsuliyyətini Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 himayəsində 02 azyaşlı övladının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 məsuliyyətini Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il qərarına əsasən Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanin çəkilib qurtarmasi və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. İş materiallarında müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 108 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 108 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 108 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarında müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 32 (otuz iki) saat vaxt sərf etmişdir. Ona görə də 196 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 32 (otuz iki) saat vaxt sərf etmişdir. Ona görə də 196 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə 32 (otuz iki) saat vaxt sərf etmişdir. Ona görə də 196 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 178.2.1 və 178.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 178.2.1 və 178.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinin 27.12.2019-ci il tarixli qərarı üzrə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən şərti olaraq vəxdından əvəvəl azad edildiyi 10 ay 18 gün hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmali, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 08.12.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 05.12.2020-ci il tutulduğu 01 gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, onun məhkəməyədək icraat zamanı həbsdə və ev dustaqlığında olduğu 07 ay 19 gun Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 01 il 03 ay 08 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddələri ilə təqsirli bilinib azadldan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 08.12.2020-ci il tarixdən 10.12.2020-ci il tarixədək həbsdə olduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 04.11.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməlidir. Bundan başqa zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Allaverdi oğluna dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilməlidir. Maddi sübut kimi tanınmış video gürüntüləri özündə əks etdirən 02 ədəd DVD disk, «Azercell Telekom», «Bakcell» və "xxxx" MMC-dən daxil olunmuş 03 ədəd CD disklər cinayət işinin materiallarına saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinin 27.12.2019-ci il tarixli qərarı üzrə 10 ay 18 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 05.12.2021-ci il tarixdə həbsdə olduğu 01 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzadan çıxılsın ona qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 08.12.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı həbsdə və ev dustaqlığında olduğu 07 ay 19 gunün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 01 il 03 ay 08 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 08.12.2021-ci il tarixdən 10.12.2020ci il tarixdə həbsdə olduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) 11 (on bir) ay 28 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Allaverdi oğluna dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Maddi sübut kimi tanınmış video gürüntüləri özündə əks etdirən 02 ədəd DVD disk, «Azercell Telekom», «Bakcell» və "xxxx" MMC-dən daxil olunmuş 03 ədəd CD disklər cinayət işinin materiallarına saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 196 (yüz doxsan altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 196 (yüz doxsan altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 196 (yüz doxsan altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar