Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-369/2022 25.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Boris oğlunun, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs iştirakı ilə, 14 avqust 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 23:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən işıq idarəsinin yaxınlığında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs yumruqla vuraraq ona sol gözaltı nahiyyənin və alt göz qapağının dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən “YÜNGÜL” dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs 2018-ci ilin yanvar-fevral alarında ona məxsus olan ünvan 1 ünvanında kirayədə yaşadığı müddətdən tanıyır. Zərərçəkmiş şəxs həmin müddətdə ona məxsus olan mənzildə kirayədə yaşamış, həmin mənzildən çıxdığı zaman da kirayə haqqından 50 manat borclu qalmışdır. Ödəyəcəyini bildirsə də, ödəməmişdir. Həmin vaxtdan o Ruslanı görməmişdir. xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində piyada şəkildə yaşadığı ünvana qayıdarkən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən işıq idarəsinin yaxınlığında əvvəllər mənzilində kirayədə yaşamış X2 görmüşdür. Onunla salamlaşmışlar. Söhbət etmişlər. Söhbət zamanı da o Ruslanın 2018-ci ilin yanvar-fevral aylarında mənzilində kirayədə yaşadığı müddətdə kirayə haqqından borclu qalmış olduğu 50 manat pulu tələb etmişdir. O da hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman ona olan 50 manat borcunu ödəyəcəyini demişdir. O da Ruslana pulunu indi istədiyini demişdir. Ruslan da hazırda imkanı olmadığını bildirərək onun ünvanına nalayiq ifadə bildirib ümumiyyələ həmin pulu verməyəcəyini demişdir. Bundan sonra da o Ruslanın onun ünvanına nalayiq ifadə bildirdiyindən əsəbiləşərək sağ əli ilə sol göz nahiyyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra Ruslan onun barəsində polisə müraciət edəcəyini bildirərək çıxıb getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur, törətdiyi əməldən peşmandır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində piyada şəkildə yaşadığı ünvana qayıdarkən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən işıq idarəsinin yaxınlığında əvvəllər mənzilində kirayədə yaşadığı Təqsirləndirilən şəxs görmüşdür. Onunla salamlaşmışlar. Söhbət etmişlər. Söhbət zamanı da Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar-fevral aylarında onun mənzilində kirayədə yaşadığı müddətdə kirayə haqqından borclu qalmış olduğu 50 manat pulu tələb etmişdir. O da hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman ona olan borcunu ödəyəcəyini demişdir. Lakin o pulunu indi istədiyini demişdir. O da hazırda imkanı olmadığını bildirərək onun ünvanına nalayiq ifadə bildirib ümumiyyətlə həmin pulu verməyəcəyini demişdir. Bundan sonra da Ruslan onun Ruslanın ünvanına nalayiq ifadə bildirdiyindən əsəbiləşərək sağ əli ilə sol göz nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra da o həmin yerdən uzaqlaşaraq polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1 azyaşlı uşağı (xx.xx.2016-cı il təvəllüdlü X4 oğlu) vardır. (i.v 16) İş materiallarında olan xx.xx.2022-ci il tarixli 256 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəaşağıdakı xəsarətlər vardır: sol gözaltı nahiyyənin və alt göz qapağının dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.(i.v 19-21) İş materiallarında olan DİN-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.5-ci maddələrinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 22.05 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.(i.v 29) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 646 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 30) İş materiallarında olan 4 nömrəli xəstəxananın 65 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində “Naməlum səbəbli oliqefreniyanın debillik dərəcəsi” diaqnozu ilə qeydiyyatdadır.(i.v 31) İş materiallarında olan 1 saylı MKS-nın xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 46) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Boris oğlu tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Boris oğluna 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi Boris oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********). Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-369/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-369/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver