Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-37/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittiham müdafiəsi şöbəsinin prokuroru Nəbiyev Tural Hüseyn oğlunun, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1971-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,396 qram çəkidə psixatrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 20.05.2020-ci il tarixdə saat 12:58 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi ərazisində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə, təmiz çəkisi 0,396 qram ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 20 may 2020-ci il tarixdə saat 10:00 radələrində evdə yəni İnşaatçılar qəsəbəsi ev 16/39. Mənzil 13 ünvanında olmuşdur. Səhər-səhər yanında onunla birgə yaşayan adı Billur olan qadın olmuşdur. Polis əməkdaşı olan Bəxtiyar və onun dəstəsi onun mənzilinə girmişlər. Bəxtiyar Cinayət axtarış şöbəsinin ya rəisi ya rəis müavinidir. Onun evində axtarış keçirərək 220 manat pulu götürmüşlər. Axtarış zamanı narkotik vasitə tapa bilməyərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunacağını, buna razı olmasa isə ona küllü miqdarda narkotik vasitəni saxlama və daşımağa görə ittiham elan olunacağını demişlər. O da qorxduğundan buna razı olmuşdur. Daha sonra onu Kotec deyilən əraziyə gətirmişlər və orada həyətdə təxminən saat 13 radələrində çəkiliş aparmışlar. Ona narkotik vasitəni verərək onu sağ cibinə qoymasını və daha sonra çəkiliş zamanı çıxartmasını demişlər və üzərində axtarış keçirəndə də sağ cibini yoxlamışlar. İzahatını polis bölməsində vermiş, polis əməkdaşlarının təqdim etdiyi sənədlərə imza etmişdir. Onun evinə daxil olan polis əməkdaşlarından Bəxtiyar və Vüsal adlı şəxsi tanımışdır. Evinə təxminən həmin vaxtı 10-a yaxın polis nəfərinin daxil olmuş və onun evində olan xanıma zor tətbiq etmişlər. Onu çəkiliş aparılan yerə piyada aparmışlar. Orada guya onun tutulmasına dair çəkiliş aparmışlar, mənzildə olarkən yanında olan qadını döydüklərini, onun özünü isə yüngülvari vurduqlarını, hətta keçiriyi stressdən Billur adlı qadının hamilə olduğundan uşağı itirdiyini, Kotec qəsəbəsində çəkiliş aparılınadək 2 saat bölmənin həyətində «Niva» markalı avtomobildə qolunda qandal oturduğunu, əvvəllər narkotik vasitələrdən istifadə etsə də tutulanadək uzun müddətdir istifadə etmədiyini, günahsız yerə neçə aydır həbsdə olduğunu və bu səbəbdən də Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxsi tanıyır. Onun adın Sahib soyadı Əmirovdur. Əvvəllər məhkum olunmuş şəxs kimi tanıyır. Həmin şəxsi narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə daxil olmuş məlumat əsasında Kotec qəsəbəsində tutduqlarını, əməliyyatın üzərindən xeyli müddət keçdiyindən üzərindən hansı narkotik vasitənin çıxmasını xatırlamadığını, ya heroin ya da metamfetamin olduğunu, lakin onu 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən tutulduğunu dəqiq xatırladığını, tutularkən orada Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının iştirak etmədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, tutularkən Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq edilmədiyini, onun mənzilinə polis nəfərlərinin daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 şahid qismində ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs cxidmət etdiyi ərazinin sakini kimi tanıdığını, dəqiq tarix yadında qalmasa da təxminən 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Kotec qəsəbəsi ərazisində tutduqlarını, üzərində narkotik vasitə aşkar olunduğunu, üzərindən uzun müddət keçdiyindən dəqiq hansı narkotik vasitənin aşkar olunması yadında qalmasa da, ya heroin ya da metamfetamin olduğunu, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, onu Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən yaradılmış əməliyyat qrupu tərəfindən tutulduğunu, tutularkən ona qarşı hər hansı zor tətbiq olunmadığını, tutulduqdan sonra onun polis bölməsinə gətirildiyini və müvafiq rəsmiləşdirmənin aparıldığını, Təqsirləndirilən şəxs mənzilinə Sumqayıt ŞPİ-nin əməkdaşlarının getmədiyini, Təqsirləndirilən şəxs 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən tutulduğunu bildirdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 da Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş və şahid qismində ifadə vermiş X8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tutulanadək bir neçə aydır ki, Təqsirləndirilən şəxslə birgə yaşadığını, 20 may 2020-ci il tarixində səhər saat 10:00 radələrində qapının döyüldüyünü, qapını açmaq üçün qapıya yaxınlaşdığını, qapıda işıq pulu üçün gəldiklərini dediklərini və qapını açmağını dediklərini, qapını açdıqlarını, qapını açan kimi içəri təxminən 10 yaxın mülki geyimdə olan şəxslərin daxil olduqlarını və daha sonra özlərini polis əməkdaşları kimi təqdim etdiklərini, polis əməkdaşlarının içəri daxil olaraq onu divara söykədiklərini, daha sonra Sahibi tutduqlarını, evdə olan 200 manat pulu və onun pul qabında olan 20 manat pulu da götürdüklərini, evdə olan əşyaları və ərzağı dağıtdıqlarını, Sahibi soyundurmaq istəsələr də onlara yalvararaq buna qoymadığını, o, səs-küy saldığından sakit olması üçün başından 2 dəfə vurduqlarını, daha sonra Sahibi əli qandallı apardıqlarını, daha sonra Sahibin anasıgilə gedib məsələni danışdığını, Sahibi maşında saxladıqlarını, həmin vaxt Sahibdən 2 aylıq uşağa hamilə olduğunu və keçirdiyi stress nəticəsində uşağın tələf olduğunu, polislərin onu harasa şikayət etsə onu da həbs edəcəkləri və Sahibə çox “iş” verəcəkləri ilə hədələdiklərini, polis nəfərlərindən «Vüsal» adlı polis əməkdaşını tanıdığını, onun Sumqayıt ŞPİ-nin əməkdaşı olduğunu dediyini, Vüsalın onu hədələyərək əgər şikayət etsə ona 8 il həbs veriləcəyini dediyini, o, polislərin hərəkətləri ilə bağlı DİN-in 102 Xidmətinə şikayət etsə də lakin polislərin hədələrindən qorxaraq 102 Xidmətinə etdiyi şikayəti geri götürdüyünü, Sahibi mənzildən çıxardıqdan sonra mülki maşina oturtduqlarını, daha sonra onu Polis bölməsinin yanına gətirsələr də bir neçə saat maşında saxladıqlarını, o Sahibə yaxınlaşa bilmədiyini, onun istifadə etdiyi mobil telefon nömrəsinə polis nəfərləri tərəfindən tanımadığı nömrələrdən təhdidlər daxil olduğundan nömrəni qırıb ataraq uşağını da götürərək Qəbələ şəhərinə getdiyini bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş Hacıyev Bəxtiyar Vaqif oğlu məhkəmə iclasında biri-birini təkzib edən ifadələr verərək göstərdi ki, 20.05.2020-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin satışı ilə bağlı məlumat daxil olmuş və daxil olmuş əməliyyat məlumatını əsasında əməliyyat qrupu təşkil edilmiş və Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yaşadığı evinin yanında tərəflərindən tutularaq polis bölməsinə təhvil verilmişdir. Daha sonra şahid Hacıyev Bəxtiyar Vaqif oğlu məhkəmə istintaqı zamanı tərəflərin verdiyi sualları cavablandıraraq verdiyi ifadəyə ziddiyyətli ifadə verərək Təqsirləndirilən şəxs tutularkən orada olmadığını, ora sonradan gəldiyini, Təqsirləndirilən şəxs tutulduğu vaxt və saatı dəqiq xatırlamadığını, şəxsin tutulduğu yerin evinin yaxınlığındakı məktəbin ətrafı olduğunu, Təqsirləndirilən şəxs tutulan yerdə polis əməkdaşlarından Orxanın orada olduğunu, Sumqayıt şəhər prokurorluğunaa verdiyi izahatını təsdiq etdiyini, Təqsirləndirilən şəxs cibgirliklə məşğul olub özünə xəsarət yetirmə ehtimalı olduğuna görə keçirilmiş əməliyyatda iştirak etdiyini bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş X11 ifadəsində göstərdi ki, hal-hazırda təqsiləndirilən şəxs Təqsirləndirilən şəxsdir. Onun Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yaşadığını bilir, günortaya yaxın ona zəng gəlmiş və polis əməkdaşları Sumqayıt şəhəri Kotec qəsəbəsində tədbirdə olduqlarını və orada saxlanılan şəxsin 4-cü Polis bölməsinə aparılmalı olduğunu bildirmişlər, ora gələrək saxlanılan şəxsi yəni Təqsirləndirilən şəxs avtomaşınla polis bölməsinə aparmışdır. Həmin vaxtı orada idarənin və şöbənin əməkdaşları da olmuş, orada bir nəfər qadın da olmuş, Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmişdir. Sumqayıt şəhər prokurorluğunda verdiyi izahatı təsdiq etdiyini, Təqsirləndirilən şəxs CAŞ əməkdaşlarının tutduğunu, 4-cü Polis bölməsinin əməkdaşlarının tutmadığını, Təqsirləndirilən şəxs tutan şəxslərin polis bölməsinin əməkdaşları olmadığını, təhqiqatçının da orada olduğunu bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində ifadə vermiş X12 ifadəsində, Təqsirləndirilən şəxs övladına baxıcılıq etdiyini, həmçinin onun yoldaşı ilə Sahibin dost olduqlarını, dəqiq tarixi xatırlamasa da təxminən 2020-ci ilin may ayının 20- 21-i tarixlərində uşağı təhvil verməyə gələndə Sahibi yaşadığı evinin yaxınlığında qolu qandallı “sportivni” formada mülki geyimdə olan şəxslər tərəfindən aparılarkən döngədə gördüyünü, onu maşına qoyub apardıqlarını gördüyünü, bu gördüklərindən sonra Sahibin anasına bu barədə məlumat verdiyini, Sahibi aparan polis əməkdaşlarının mülki formada olduqlarını bildirmişdir. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə iclasına çağırılmış və şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş təhqiqatçısı polis polkovnikleytenantı X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 20.05.2020-ci il tarixdə 4-cü Polis Bölməsinə onun barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Kotec qəsəbəsi ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Üzərində aşkar olunmuş narkotik vasitə ilə bağlı rəsmiləşdirmənin aparılması üçün o, 4-cü Polis Bölməsinə gətirilmişdir. Rəsmiləşdirmə aparılarkən müdafiəçi iştirak etməmişdir. Yalnız rəsmiləşdirmə aparıldıqdan sonra Müdafiəçi1 gələrək şəxsi axtarışın keçirilməsinə dair protokolla tanış olmuşdur. Protokolda Müdafiəçi1 iştirak etməsi qeyd olunsa da müdafiəçi iştirak etməmiş və bu səbəbdən də müdafiəçi həmin protokola tanış olduqdan sonra altından tanış olmasına dair qeyd edərək imza etmişdir. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə iclasına çağırılmış və şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin istintaqının onun tərəfindən aparılmış, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi ifadə verməkdən imtina etmiş və istintaq zamanı da ifadə verməkdən imtina edərək protokolları imzalamaqdan imtina etmişdir. Onunla digər şahidlər arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı o, 20.05.2020-ci il tarixdə yaşadığı İnşaatçılar qəsəbəsi ev 16/39, mənzil 13 ünvanında tutulduğunu və tutulan zaman üzərində narkotik vasitə olmadığını bildirdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -cinayət işinin materiallarında olan cinayət işinin başlanmasına və icraata qəbul edilməsinə dair 21.05.2020-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis baş leytenantı Seymur Xəlilzadə tərəfindən icraatına qəbul olunmuşdur. (cild İ, i.v.1); -cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 20 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2020-ci il tarixdə saat 13:02-də şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i.v.17); -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild İ, i.v.48); -Sumqayıt şəhər Məhkəməsinin (hakim Rövşən Xəlilov) 21 may 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v 67-68); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Xalq Məhkəməsinin 06.05.1992-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 95-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Xalq Məhkəməsinin 18.08.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 93-3-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəscəzasına məhkum edilmiş, Yasamal rayon Məhkəməsinin 24.05.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublilkası CM-nin 234.1, 177.2.2, 66.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 25.02.2010-cu il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 177.2.2, 67.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 2 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin 03.02.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay azadlıqan məhrumetmə cəzasına məhkum edilmiş, 28.06.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin 20.05.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılaraq cəzasının sonu ilə azad olunmuşdur, Sumqayıt şəhər Məhkəməsinin 12.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28.12.2019-cu ildə Nizami rayon Məhkəməsinin qərarı ilə cəzasından 06 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. (cild İ, i.v 79-82); -Cinayət işinin materiallarında olan 1 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şifahi və ya yazılı şikayət daxil olmamışdır. - Cinayət işinin materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 20.05.2020-ci il tarixli, 6/848 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…..vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....» yazısı olan zərfdəki, 01 ədəd bükümdə, təmiz çəkisi - 0,396 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının 20.05.2020-ci il tarixli, 6/848 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,346 qram çəkidə psixtorop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. - Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının «04».06.2020-ci il tarixli, «1477» saylı rəyindən görünür ki, Əmiov Sahib Əsgər oğlunda NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. -Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuş psixatrop maddə metamfetaminin ilkin çəkisi 0,396 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertiza nəticəsində qalıq, xalis çəkisi 0,346 qram çəkidə psixatrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. -Cinayət işinin materiallarında olan istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin Pİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutulmasına dair görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. - Cinayət işinin materiallarında olan 20 may 2020-ci il tarixli şəxsi axtarışın keçirilməsinə dair protokoldan görünür ki, axtarış keçirilərkən şübhəli şəxsin müdafiəçisi Müdafiəçi1 iştirak etməmişdir. Protokolun sonuna müdafiəçi tərəfindən imza edilərək «tanış oldum» qeydi verilmişdir. Həmçinin cinayət işinin materiallarında olan 24 iyul 2020-ci il tarixli üzləşdirmədə dindirmə protokollarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs şahidlər Şahid1 və Şahid3lə üzləşmə zamanı 20.05.2020-ci il tarixində yaşadığı ünvan 2 ünvanından tutulduğunu, tutularkən üzərində narkotik vasitə olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 24 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərardan görünür ki, məhkəmə kimyəvi ekspertizasının 20.05.2020-ci il tarixli, 6/848 saylı və məhkəmə narkoloji ekspertizasının 04.06.2020-ci il tarixli, 1477 saylı rəyləri, şahidlər Şahid1, Şahid3, Şahid2 ifadələri, üzləşdirmə protokolları iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Sumqayıt şəhər Prokurorluğundan alınaraq iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 254c-20 saylı cinayət işinin başlanmasının rədd edilməsinə dair materiallarda olan Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-ın rəis müavini Hacıyev Bəxtiyar Vaqif oğlunun aparılmış araşdırma zamanı Sumqayıt şəhər Prokurorluğunda verdiyi izahatında 20.05.2020-ci il tarixində saat 10:00 radələrində bir neçə polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 38/06 ünvanında yerləşən 13 nömrəli mənzilə getdiklərini, ora çatdıqda Sahibin yataqxananın həyətində iynə ilə bədəninə narkotik vasitə yeritdiyini görərək adını bilmədiyi bir qadının ona xəbər xəbər verməyə çalışsa da cəld tərpənərək Sahibi tutduqlarını, Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsin deyə onun qollarından tutduqlarını, onu Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə apardıqlarını və tutma haqqında protokol tərtib edildikdən sonra onu MSY-yə təhvil verdiklərini bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Sumqayıt şəhər Prokurorluğundan alınaraq iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 254c-20 saylı cinayət işinin başlanmasının rədd edilməsinə dair materiallarda olan Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-ın kiçik inspektoru X2 aparılmış araşdırma zamanı Sumqayıt şəhər Prokurorluğunda verdiyi izahatında 20.05.2020-ci il tarixində saat 10:00 radələrində CAŞın rəis müavini Bəxtiyar Hacıyev, o və bir neçə polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 38/06 ünvanında yerləşən 13 nömrəli mənzilə getdiklərini, ora çatdıqda Sahibin yataqxananın həyətində iynə ilə bədəninə narkotik vasitə yeritdiyini görərək adını bilmədiyi bir qadının ona xəbər xəbər verməyə çalışsa da cəld tərpənərək Sahibi tutduqlarını, Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsin deyə onun qollarından tutduqlarını, onu Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə apardıqlarını və tutma haqqında protokol tərtib edildikdən sonra onu MSY-yə təhvil verdiklərini bildirmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-ın rəis müavini Hacıyev Bəxtiyar Vaqif oğlu və CAŞ-ın kiçik inspektoru X11 28 oktyabr 2020ci il tarixində məhkəmə istintaqı zamanı şahid qismində ifadə verərək Sumqayıt şəhər Prokurorluğunda aparılmış araşdırma zamanı 04.07.2020-ci il tarixində verdikləri Təqsirləndirilən şəxs 20.05.2020-ci il tarixində saat 10:00-da yaşadığı evinin həyətində yataqxananın yaxınlığında narkotik vasitəni özünə yeridərkən Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu, 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən deyil məhz idarənin əməkdaşları tərəfindən tutulduğunu göstərdiyi izahatlarını təsdiq etdiklərini bildirsələr və məhkəmə istintaqı zamanı da izahatlarına oxşar məzmunlu ifadə versələr də məhkəmə istintaqı zamanı ifadə verdikdən sonra 09.11.2020-ci il tarixində ərizə ilə Sumqayıt şəhər Prokurorluğuna müraciət edərək 4-cü Polis Bölməsinə kömək məqsədi ilə getdiyini, Təqsirləndirilən şəxs tutulmasında iştirak etmədiyini, lakin ilkin izahatında belə göstərmədiyindən yenidən izahatının alınmasını xahiş etmişdir. Həmin ərizə ilə bağlı Sumqayıt şəhər prokuroru tərəfindən heç bir əsas olmadan cinayət işinin başlanmasının rədd edilməsinə dair 254c-20 saylı material üzrə qəbul edilmiş qərar ləğv edilərək yenidən Hacıyev Bəxtiyar Vaqif oğlunun, X2 izahatları alınmış və həmin izahatlarında qeyd olunan şəxslər əvvəllər prokurorluqda və məhkəmədə verdikləri izahat və ifadələrdən imtina edərək Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmələrinə, o tutulduqdan sonra 4-cü Polis Bölməsinə getmələrinə dair yeni izahatlar vermişlər. Bundan başqa, Məhkəmə istintaqı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasını üzərindən xeyli vaxt keçdiyindən üzərində hansı narkotik vasitələrin aşkar olunmasına xatırlamadıqlarını bildirən şahidlər Şahid1, Şahid3 təxminən tutulmadan 06 ay sonra yenidən izahat verərək cinayət işi üzrə Polis İdarəsində istintaq zamanı vermiş olduqları ifadənin eynisini 14 və 18 noyabr 2020-ci il tarixli izahatlarında göstərərək hətta narkotik vasitənin aşkar olunduğu bükümün rəngini dəqiqliklə göstərmişlər. Qeyd olunan xüsusatlar məhkəmədə şahid qismində ifadə vermiş şahidlər Şahid1, Şahid3 və Şahid2 məhkəmədə verdikləri ifadələrinin qeyri-səmimi, həqiqətə uyğun olmayan olduğunu göstərir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət Prosessual Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, işdəki sübutları işin halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən ictimai təhlükəli əməl törədilməmişdir, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmir və Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ibtidai istintaq zamanı verilmiş olduğu şahid ifadələrinə əsaslandığından və şahid ifadələri digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ittiham əsaslı hesab edilə bilməz. İlk olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində deyil, yaşadığı İnşaatçılar qəsəbəsindəki mənzilində Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu və tutularkən üzərində narkotik vasitə olmadığını, tutulduqdan sonra bir neçə saat polis bölməsinin yanında saxlanıldıqdan sonra Kotec ərazisinə aparılaraq orada çəkiliş aparıldığını, metamfetamin adlanan narkotik vasitənin ona verilərək həmin narkotik vasitənin ona verilərək üzərində olmasını etiraf etməsi ilə bağlı ona hədə-qorxu gəlindiyini bildirmiş, həmçinin şübhəli şəxs kimi tutularkən və bölməyə gətirildikdən sonra narkotik vasitənin aşkar edilməsinə dair protkol tərtib edilərkən müdafiəçisinin iştirak etmədiyini, mənzilində tutularkən onunla birgə yaşayan Billur adlı qadının onun yanında olduğunu, onun və həmin qadının zorakılığa məruz qaldığını, hətta polis əməkdaşları tərəfindən onların mənzilindən 220 manat pullarının polis nəfərləri tərəfindən götürüldüyünü, həmin polis əməkdaşlarından CAŞ-ın rəis müavini Bəxtiyar Hacıyevin və inspektor Vüssal Abbasovun onun mənzilinə gəldiklərini və onu 4-cü polis bölməsinə apardıqları göstərmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdikləri məhkəmə istintaqı zamanı Hacıyev Bəxtiyar Vaqif oğlunun, X11, X8 və X3 ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan başqa, şəxsin şübhəli şəxs kimi tutulduqdan sonra, şəxsi axtarışın keçirilməsinin nəticələri Polis Bölməsində sənədləşdirilərkən şübhəli şəxsin müdafiəçisinin iştirak etməməsi də məhkəmə istintaqı zamanı 4-cü polis bölməsinin təhqtiqatçısı Quliyev Rafiq tərəfindən verilmiş ifadə ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi yardım almaq hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarını qanuna uyğun həyata keçirməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərar). Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir. Qərarda vurğulanmışdır ki, şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin qorunması üçün müdafiəçi müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirak etməklə öz prosessual vəzifələrini yerinə yetirir. Cinayət prosesində müdafiəçinin qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının və vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi son nəticədə ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə kimi çıxış edir. Qeyd olunmalıdır ki, Məcəllənin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi Cinayət-Prosessual Məcəlləsinin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda Cinayət-Prosessual Məcəlləsinin imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Qərarın nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Cinayət işinin materiallarından da göründüyü kimi, iş materiallarına 20.05.2020-ci il tarixli müdafiəçilərinin siyahısının şübhəli şəxsə təqdim olunmasına dair protokol əlavə olunsa da və şəxsi axtarışın keçirilməsinə dair protokolda müdafiəçinin iştirakı qeyd olunsa da, məhkəmə istintaqı zamanı şəxsi axtarışın keçirilməsi zamanı müdafiəçinin iştirak etməməsi və onun ümumiyyətlə şəxsi axtarışın rəsmiləşdirilməsi zamanı polis bölməsinə dəvət olunmaması və bu barədə ona məlumat verilməməsi məhkəmə istintaqı ilə müəyyən edilmişdir. Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Bu mövqedən yanaşaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, işdəki sübutları işin halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən ictimai təhlükəli əməllərin törədilməsi sübuta yetirilmir. Bu səbəbdən də sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə sonuncuya bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs oğlunun CM-nin 234.1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Cinayət işi üzrə tərtib olunmuş ittiham aktında göstərilir ki,Təqsirləndirilən şəxs törətdiyini cinayət əməli zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadəsi, ifadənin yerində yoxlanılması protokolu, ekspert rəyi və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Ona görə Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünümüdafiə kimi qiymətləndirilməlidir. İlk olaraq məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi Azərdmaycan Respublikasının CPM-nin 145 və 146-cı maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində irəli sürülmüş ittiham ibtidai istintaq zamanı polis nəfərlərinin verilmiş olduğu ifadələrinə, şəxsi axtarışın keçirilməsinə dair protokola əsaslandığından, qeyd olunan şahidlər Şahid1 Şahid3 və Şahid2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə Sumqayıt şəhər prokurorluğunda aparılmış araşdırma zamanı vermiş olduqları izahatlarla ziddiyyət təşkil etdiyindən və həmin ifadələr təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlarla bağlı məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və Hacıyev Bəxtiyar Vaqif oğlunun ifadələri və həmin şəxslərin 2020-ci ilin iyul ayının 4-də Sumqayıt şəhər prokurorluğunda Təqsirləndirilən şəxs müraciəti əsasında aparılmış araşdırma zamanı vermiş olduqları ilkin izahatlarla təkzib olunduğundan, eyni zamanda Təqsirləndirilən şəxs tutulmasının yeri və vaxtı, digər halları ilə bağlı məhkəmədə verdiyi ifadəsi şahid Bəxtiyar Hacıyevin və Vüsal Abbasovun məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə və Sumqayıt şəhər Prokurorluğunda aparılmış 254c-20 saylı araşdırma materialları ilə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında Məhkəmədə şahid qismində dindirilmiş Billur Məmmədova və Leyla Zeynalovanın ifadələri ilə tam təsdiq olunduğundan, verilmiş ittiham isə toplanmış digər sübutların məcmusu ilə sübuta yetirilmədiyindən həmin ittiham əsaslı hesab edilə bilməz. Bu səbəbdən də şahidlər Şahid1 Şahid3 və Şahid2 istintaq zamanı şahid kimi Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ilə tutulmasına dair verdiyi ifadələri və şübhəli şəxsin üzərində axtarışın keçirilərək narkotik vasitənin aşkar edilməsinə dair tərtib edilmiş protkol və şübhəli şəxsin tutulmasını əks etdirək CD diskdəki görüntülər mötəbər sübut kimi qiymətləndirilə bilməz və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir və yuxarıda qeyd olunan şahid ifadələri arasındakı ziddiyyətlər və iş üzrə bütün şübhəli hallar təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətində formalaşmış təcrübəyə əsasən (Hoanq Fransaya qarşı) bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs 20.05.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulduqdan sonra onun üzərində şəxsi axtarışın keçirilməsi və sonuncunun şübhəli şəxs kimi tutulduqdan sonra ilkin izahatı alınarkən müdafiəçi iştirak etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən yazılmış həmin ərizədə onun tutulma anının dəqiq olaraq 12:58 olaraq göstərməsi, həmçinin Müdafiəçi1 ona təqdim edilməsini göstərdiyi izahatın yazılması zamanı müdafiəçinin iştirak etməməsi və izahatın sonunda tanış oldum qeydini edilməsi həmin izahatın ona elan olunmuş ittihamın əsası kimi götürülməsini istisna edir. Həmçinin Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 126.2-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Deveyer Belçikaya qarşı işində qeyd edir ki, fərdin cinayət hüquq pozuntusu törətdiyinə dəlalət edən və ya şübhəli şəxs qismində onun vəziyyətinə mühüm təsir göstərən ehtimalların olduğu barədə səlahiyyətli dövlət hakimiyyət orqanı tərəfindən ona rəsmi məlumatın verilməsi cinayət ittihamının irəli sürülməsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Salduz Türkiyəyə qarşı işində AİHM qeyd edib ki, Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnun kifayət qədər praktiki və səmərəli olması üçün vəkilin yardımı bir qayda olaraq şübhəli şəxs polis tərəfindən ilk dəfə dindirilərkən təmin edilməldir. Bu hüququn məhdudlaşdırılmasına yol verilə bilən xüsusi halların mövcudluğu istisna təşkil edir və bu cür halların mövcudluğu sübuta yetirilməlidir. Hətta hüququn məhdudlaşdırılmasına əsas verən səbəblər olsa da onlar ərizəçinin hüquqlarına zidd təsir göstərməməlidir. Belə ki, vəkilin iştirakı olmadan dindirmə zamanı ərizəçinin polisə verdiyi etiraf xarakterli ifadə onun məhkum edilməsi üçün sübut qismində qəbul edilə bilməz. İfadə verməmək və özünə qarşı ittihama yardım etməmək hüquqlarının pozulması ilə əldə edilmiş sübutlara gəldikdə, Məhkəmə xatırladır ki, bu hüquqlar hamılıqla tanınan beynəlxalq standartlardır və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması anlayışının təməlində durur. Onların mahiyyəti, inter alia, təqsirləndirilən şəxsi dövlət orqanlarının qanunsuz məcburetmə tədbirindən müdafiə etməkdən və bununla da ədalət mühakiməsinin yanlış şəkildə həyata keçirilməməsinə və Konvensiyanın 6-cı maddəsinin məqsədlərinin yerinə yetirilməsinə yardım etməkdən ibarətdir. Özünə qarşı ittihama yardım etməmək hüququ konkret olaraq onu nəzərdə tutur ki, cinayət işində ittiham tərəfi təqsirləndirilən şəxsə qarşı mövqeyini sübut etmək üçün təqsirləndirilən şəxsin iradəsinə zidd olaraq məcburetmə və ya təzyiq vasitəsilə əldə edilmiş sübutlardan istifadə etməməlidir. (bax: inter alia, “X4rşı” (Saunders v. the United Kingdom,17 December 1996, § 68, Reports 1996-Vİ); “Heni və Makginess İrlandiyaya qarşı” (Heaney and McGuinness v. İreland, no. 34720/97, § 40, ECHR 2000-Xİİ) və yuxarıda qeyd edilən “Yallo Almaniyaya qarşı”, 100-cü bənd). Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən hallar baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Cənnətov Azərbaycana qarşı işi arasında olan bənzərlik həmin presedentlərin hazırki işə tətbiqini şərtləndirir. Qeyd olunan Məhkəmə qərarında qeyd olunur ki, məhkəmənin rolu təkcə müəyyən bir sübut növünün - məsələn, daxili qanunlar baxımından qanunsuz olaraq əldə edilmiş sübutların qəbul edilə biləcəyini və ya həqiqətən ərizəçinin günahkar olub olmadığını müəyyənləşdirmək deyil. Cavablandırılması lazım olan sual həm də məhkəmə prosesinin, o cümlədən dəlilin əldə edilmə üsulunun ədalətli olub-olmamasıdır. Məhkəmə prosesinin bütövlükdə ədalətli olub-olmadığını müəyyənləşdirərkən, müdafiə hüquqlarına hörmət edilib-edilməməsinə də diqqət yetirilməlidir. Ərizəçiyə sübutların həqiqiliyinə etiraz etmək və onun istifadəsinə qarşı çıxmaq imkanı verildiyi xüsusən araşdırılmalıdır. Əlavə olaraq, əldə edilmiş şərtlərin etibarlılığına və ya dəqiqliyinə şübhə edib-etməməsi də daxil olmaqla, dəlillərin keyfiyyəti nəzərə alınmalıdır Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu mövqedən yanaşaraq Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasına qəbul olunarkən ilkin tibbi müayinəsinə dair sənəddən görünür ki, onun bədənində xəsarət izləri olsa da, onun məhkəmə tibbi ekspertizası 22 iyun 2020-ci il tarixdə yəni şübhəli şəxs kimi tutulandan bir aydan artıq müddətdən sonra keçirilmişdir ki, bu da onun bədən səthində həmin xəsarət izlərinin müəyyən edilməməsini labüd edir. Barberra, Messege və Habordo İspaniyaya qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, təqsirli şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələbinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Qafqen Almaniyaya qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Məhkəmə təkrarlayır ki, Razılığa gəlmiş Dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini təmin etmək Konvensiyanın 19-cu maddəsinə əsasən onun vəzifəsidir. Xüsusilə, yerli məhkəmələrin faktlar və ya qanunun tətbiqi ilə əlaqədar yol verdikləri səhvləri Konvensiyada təsbit edilmiş hüquq və azadlıqları pozmursa həmin çatışmazlıqların araşdırılması Məhkəmənin funksiyasına daxil deyil. Baxmayaraq ki, Konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə baxışını təmin edir, həmin maddə sübutların qəbuledilənliyi ilə əlaqədar hər hansı qaydanı təsbit etmir. Həmin məsələ ilk növbədə milli qanunvericilik əsasında tənzim edilir. (bax: “Sçenk İsveçrəyə qarşı” (Schenk v. Switzerland, 12 July 1988, §§ 45-46, Series A no. 140); “Teixeyra de Kastro Portuqaliyaya qarşı” (Teixeira de Castro v. Portugal, 9 June 1998, § 34, Reports 1998İV) və “Heqlas Çexiyaya qarşı” (Heglas v. the Czech Republic, no. 5935/02, § 84, 1 March 2007). Bununla müvafiq sübutların, misal üçün milli qanunvericiliyə əsasən qanunsuz əldə edilmiş sübutların, qəbul edilməsi məsələsi Məhkəmə tərəfindən araşdırılmamalıdır. Məhkəmə bütövlükdə icraatın, o cümlədən sübutların əldə edilməsi məsələsinin ədalətli olub olmadığını müəyyən etməlidir. Buraya həm bütövlükdə qanunsuzluğun, həm də Konvensiyada təsbit edilmiş hər hansı digər hüquq pozuntusu aşkar olunsa həmin pozuntunun təbiəti də araşdırılmalıdır (bax: inter alia, “X17rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000V); “P.Q. və C.H. Birləşmiş Krallığa qarşı” (P.G. and J.H. v. the United Kingdom, no. 44787/98, § 76, ECHR 2001-İX) və “X13rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002İX). Bütövlükdə məhkəmə prosesinin ədalətli olub olmadığını müəyyən etmək üçün müdafiə tərəfinin hüquqlarına hörmət edilib-edilmədiyinə də diqqət yetirmək lazımdır. Konkret olaraq ərizəçiyə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanının verilib verilmədiyi araşdırılmalıdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən, sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına qoyub qoymadığı da nəzərə alınmalıdır. Əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunmursa, onda prosesin ədalətli olub-olmadığının müəyyən edilməsi ilə bağlı hər hansı problem yaranmır, lakin qeyd etmək lazımdır ki, sübutlar ciddidirsə və onların etibarlı olmaması riski yoxdursa, müvafiq surətdə, sübutların iş üzrə digər materiallarla təsdiq edilməsinə də ehtiyac az olur (bax: inter alia, yuxarıda qeyd edilən “X17rşı”, 35-ci və 37-ci bəndlər, yuxarıda qeyd edilən “X13rşı”, 43-cü bənd və yuxarıda qeyd edilən “Yallo Almaniyaya qarşı”, 96-cı bənd). Bununla əlaqədar Məhkəmə sübutların icraatın nəticəsi üçün həlledici olub olmadığına diqqət yetirir (müqayisə et: xüsusilə, yuxarıda qeyd edilən “X17rşı”, 35-ci və 37-ci bəndlər). Konkret olaraq Konvensiyanın müəyyən edilmiş pozuntusunun təbiətinə gəldikdə, Məhkəmə xatırladır ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu ilə əldə edilmiş sübutların istifadəsi nəticəsində məhkəmə baxışının bütövlükdə Konvensiyanın 6-cı maddəsinə zidd olaraq bütövlükdə ədalətsiz olub olmadığını müəyyən etmək üçün işin bütün halları, o cümlədən ərizəçinin hüquqi yardım almaq hüququnun təmin olunub olunmaması, həmçinin sübutların keyfiyyəti və vacibliyi araşdırılmalıdır (bax: yuxarıda qeyd edilən “X17rşı”, 35-40-cı bəndlər; yuxarıda qeyd edilən “P.Q. və C.H. Birləşmiş Krallığa qarşı”, 77-79-cu bəndlər və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC],no. 4378/02, §§ 94-98, ECHR 2009- ...) həmin işlərdə Konvensiyanın 6-cı maddəsinin pozuntusu aşkar edilməmişdir). Lakin, Konvensiyanın 3-cü maddəsinə zidd olaraq əldə edilmiş sübutların istifadəsi ilə əlaqədar xüsusi diqqət yetirilir. Konvensiya ilə təmin olunan ən mütləq və əsas hüquqlarından birinin pozuntusu nəticəsində əldə edilmiş sübutun istifadəsi hətta həmin sübutların qəbul edilməsi məhkum etmə üçün həlledici olmasa belə icraatın ədalətliliyi ilə əlaqədar həmişə ciddi məsələlər qaldırır (bax: “İçöz Türkiyəyə qarşı” (İçöz v. Turkey (dec.), no. 54919/00, 9 January 2003); yuxarıda qey edilən “Yallo Almaniyaya qarşı”, 99-cu və 104-cü bəndlər; “Göçmen Türkiyəyə qarşı” (Göçmen v. Turkey, no. 72000/01, §§ 73-74, 17 October 2006) və yuxarıda qeyd edilən “Harutünyan Ermənistana qarşı”, 63-cü bənd). İstintaq orqanı həmin Təqsirləndirilən şəxs üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiklərini təkzib edən sübutları toplamamaqla yanaşı nəzərə almamışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.17-ci maddəsinə əsasən təqsirli olmadığını bildirmək təqsirləndirilən şəxsin hüququ kimi nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. X25 Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşıiş üzrə 09.03.2006-cı il tarixli, Fadin Rusiyaya qarşı iş üzrə 27.07.2006-cı il tarixli, Lenskaya Rusiyaya qarşı iş üzrə 29.01.2009-cu il tarixli qərarına və radçikov Rusiyaya qarşı 24.05.2007-ci il tarixliqərarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan-təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Eyni zamanda, təqsirləndirilən şəxs həm polis idarəsində aparılmış istintaq həm də məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2345.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. “İnsan Hüquqlarının və X7 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. “Yanoseviç İsveçə qarşı” məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi bildirdi ki, sübutetmə yükü ittiham tərəfin üzərinə düşür və hər bir halda şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Məhkəmənin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəcinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə bir daha qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində irəli sürülmüş ittiham ibtidai istintaq zamanı polis nəfərlərinin verilmiş olduğu ifadələrinə, şəxsi axtarışın keçirilməsinə dair protokola əsaslanır. Cinayət işinin materiallarında olan şəxsi axtarışın keçirilməsinə dair dair 20.05.2020-ci il tarixli protokoldan görünür ki, X14 şübhəli şəxs kimi tutulmasında iştirak etmiş 4-cü Polis Bölməsinin əməkdaşları əməliyyat müvəkkilləri Şahid1, Şahid3, Şahid2, KTB-nin inspektoru Orxan Aslanovun iştirak etdikləri göstərilsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tutulmasında Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-ın rəis müavini Bəxtiyar Hacıyev və CAŞ-ın kiçik inspektoru Vüsal Abbasovun iştirak etmələri Bəxtiyar Hacıyev və Vüsal Abbasovun məhkəmədə verdiyi ifadələrlə və onların Sumqayıt şəhər Prokurorluğuna verdikləri ilkin izahatlarla, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında Məhkəmədə dindirilmiş Billur Məmmədova və Leyla Zeynalovanın ifadələri ilə tam təsdiqini tapır. X22 da verdiyi ifadəsində, həmçinin onun və Bəxtiyar Hacıyevin Sumqayıt şəhər Prokurorluğunda verdikləri ilkin izahatlarında Billur Məmmədovanın 20.05.2020-ci il tarixində Təqsirləndirilən şəxs tutularkən orada olması öz təsdiqini tapır. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən İnşaatçılar qəsəbəsində yaşadığı mənzilində tutulmasına dair ibtidai istintaqda və məhkəmə istintaqında göstərdikləri də Abbasov Vüsal və Bəxtiyar Hacıyevin ifadələri, Sumqayıt şəhər prokurorluğunda verdikləri ilkin izahatlarla, həmçinin şahidlər Billur Məmmədova ilə Leyla Zeynalovanın ifadələri ilə təsdiqini tapır. Şahidlər Şahid1, Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrlə məhkəmə istintaqı zamanı verdiyi ifadələr və daha sonra Sumqayıt şəhər prokurorluğunda aparılmış araşdırma zamanı vermiş olduqları izahatlarla ziddiyyət təşkil etdiyindən və həmin ifadələr təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlarla bağlı məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və Hacıyev Bəxtiyar Vaqif oğlunun ifadələri və həmin şəxslərin 2020-ci ilin iyul ayının 4-də Sumqayıt şəhər prokurorluğunda Təqsirləndirilən şəxs müraciəti əsasında aparılmış araşdırma zamanı vermiş olduğu ilkin izahatlarla təkzib olunduğundan, eyni zamanda Təqsirləndirilən şəxs tutulmasının yeri və vaxtı, digər halları ilə bağlı məhkəmədə verdiyi ifadəsi şahid Bəxtiyar Hacıyevin və Vüsal Abbasovun məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə və Sumqayıt şəhər Prokurorluğunda aparılmış 254c-20 saylı araşdırma materialları ilə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında Məhkəmədə şahid qismində dindirilmiş Billur Məmmədova və Leyla Zeynalovanın ifadələri ilə tam təsdiq olunduğundan, irəli sürülmüş ittiham toplanmış digər sübutların məcmusu ilə sübuta yetirilmədiyindən ittiham əsaslı hesab edilə bilməz. Həmçinin Məhkəmə bir daha qeyd edir ki, cinayət işi və ya cinayət təqibi ilə bağlı əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar cinayət təqibi ilə bağlı sübut kimi qəbul edilə bilməz, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. Çünki həmin sübutlar həm cinayət prosessual qanunvericiliyin, həm də Avropa İnsan Hüquqları Konkensiyasının tələbləri pozulmaqla əldə edilmişdir. Bundan başqa, ittihamın irəli sürülməsi üçün əsas olmuş narkotik vasitənin aşkar olunmasının nəticələrinin rəsmiləşdirilməsi zamanı müdafiəçinin dəvət olunmaması da həmin sübutların Məhkəmə tərəfindən əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar kimi qiymətləndirməyə əsas verir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, bu sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların istintaq zamanı yoxlanmaması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmələndirir və Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona istinad olunan cinayəti törətməkdə təqsirli olmadığına dair məhkəmədə qəti inam yaradır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir və ona bəraət verilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 may 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə keçirildiyindən, həmin ittiham üzrə təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qafqen Almaniyaya qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Hərtərəfli və səmərəli istintaqın aparılmasına dair tələblə əlaqədar Məhkəmə təkrarlayır ki, hər hansı şəxs polis və ya digər dövlət nümayəndəsinin sərəncamında olarkən onlar tərəfindən Konvensiyanın 3-cü maddəsinə zidd olan pis rəftara məruz qaldığı barədə inandırıcı iddia irəli sürürsə, Dövlətlərin “yurisdiksiyası altında olan hər kəs üçün ... Konvensiyada ... müəyyən olunmuş hüquq və azadlıqları təmin etməkdən” ibarət ümumi öhdəliyini nəzərdə tutan Konvensiyanın 1-ci maddəsi ilə birlikdə götürülməklə, 3-cü maddə dolayısı ilə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Konvensiyanın 2-ci maddəsi əsasında aparılan araşdırma kimi bu araşdırma da məsuliyyət şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnməlidir (bax: inter alia, yuxarıda qeyd edilən “Assenov və digərləri Bolqarıstana qarşı”, 102-ci bənd; yuxarıda qeyd edilən “Labita İtaliyaya qarşı”, 131-ci bənd; yuxarıda qeyd edilən “Çamdərəli Türkiyəyə qarşı”, 36-37-ci bəndlər və yuxarıda qeyd edilən “X6rşı”, 81-ci bənd). Təcrübədə istintaqın səmərəli aparılması üçün Konvensiyanın 3-cü maddəsinə zidd olan davranışın cəzalandırılması məqsədilə Dövlət tərəfindən cinayət hüquq normalarının tətbiqi zəruri şərt hesab edilir (müqayisə et: mutatis mutandis, “M.C. Bolqarıstana qarşı” M.C. v. Bulgaria, no. 39272/98, §§ 150, 153 and 166, ECHR 2003-Xİİ; yuxarıda qeyd edilən “Nikolova və Veliçkova Bolqarıstana qarşı”, 57-ci bənd və yuxarıda qeyd edilən “Çamdərəli Türkiyəyə qarşı”, 38-ci bənd). Odur ki, Məhkəmədə cinayət işinin baxılmasının nəticələrinə dair Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X9, Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı X16 barəsində xidməti fəaliyyətlərində yol verdikləri nöqsanarla bağlı xüsusi qərar çıxarılmalıdır. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 31 iyul 2020-ci il tarixli (iş № 1(060)-380/2020) qərarını icra edərək, 05 avqust 2020-cu il tarixli 795/2020 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilsin. Barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilsin. Məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Məhkəmədə cinayət işinin baxılmasının nəticələrinə dair Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X9, Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı X16 barəsində xidməti fəaliyyətlərində yol verdikləri nöqsanarla bağlı xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-37/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-37/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver