Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-37/2022 16.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, 52-ci məhəllə, ev 216-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 21, mənzil 11-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 mart 2021-ci il tarixdən 25 mart 2021-ci tarixə keçən gecə qabaqcadan aralarında razılaşmaya əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən "xxxx" Marketin qapısında olan qıfılı özü ilə gətirdiyi dəmir alətlə sıxıb açandan sonra ikisi də marketə qanunsuz daxil olmuş, sonra o, içəridən bir ədədinin qiyməti 02 (iki) manat olan ümumilikdə 14 (on dörd) manat dəyərində 07 qutu nazik göy “X5” markalı, bir ədədinin qiyməti 02 (iki) manat olan ümumilikdə 08 (səkkiz) manat dəyərində 04 qutu nazik boz “X3” markalı, bir ədədinin qiyməti 02 (iki) manat olan ümumilikdə 06 (altı) manat dəyərində 03 qutu nazik qara “Viceroy N-Series” markalı, bir ədədinin qiyməti 02 (iki manat) manat olan ümumilikdə 08 (səkkiz manat) manat dəyərində 04 qutu nazik qara “X4” markalı, bir ədədinin qiyməti 1,8 (bir manat səksən qəpik) manat olan ümumilikdə 7,2 (yeddi manat iyirmi qəpik) manat dəyərində 04 qutu “Bakı Blue” markalı, bir ədədinin qiyməti 2,5 (iki manat əlli qəpik) manat olan ümumilikdə 10 (on) manat dəyərində 04 qutu “West Silver” markalı, bir ədədinin qiyməti 3,2 (üç manat iyirmi qəpik) olan ümumilikdə 9,6 (doqquz manat altmış qəpik) manat dəyərində 03 qutu “Kingston King” markalı, bir ədədinin qiyməti 1,8 (bir manat səksən qəpik) manat olan ümumilikdə 09 (doqquz) manat dəyərində 05 qutu ağqırmız “Argo” markalı, bir ədədinin qiyməti 3,2 (üç manat iyirmi qəpik) manat olan ümumilikdə 9,6 (doqquz manat altmış qəpik) manat dəyərində 03 qutu “Kingston King”, bir ədədinin qiyməti 1,8 (bir manat səksən qəpik) manat olan ümumilikdə 09 (doqquz) manat dəyərində 05 qutu ağ-göy “Argo” markalı, bir ədədinin qiyməti 2,2 (iki manat iyirmi qəpik) olan ümumilikdə 6,6 (altı manat altmış qəpik) manat dəyərində 03 qutu “İmperial Classic black” markalı, bir ədədinin qiyməti 1,8 (bir manat səksən qəpik) manat olan ümumilikdə 3,6 (üç manat atmış qəpik) manat dəyərində 02 qutu “X6” markalı, bir ədədinin qiyməti 3,5 (üç manat əlli qəpik) manat olan ümumilikdə 10,5 (on manat əlli qəpik) manat dəyərində 03 qutu “Kent nanotek” markalı, bir ədədinin qiyməti 2,8 (iki manat səksən qəpik) manat olan ümumilikdə 19,6 (on doqquz manat altmış qəpik) manat dəyərində 07 qutu “LD club extra” markalı, bir ədədinin qiyməti 3,7 (üç manat yetmiş qəpik) manat olan ümumilikdə 48,1 (qırx səkkiz manat on qəpik) manat dəyərində 13 qutu “Sobranie slim blues” markalı, bir ədədinin qiyməti 2,8 (iki manat səksən qəpik) manat olan ümumilikdə 42 (qırx iki) manat dəyərində 15 qutu “LD club platinium lss” markalı, bir ədədinin qiyməti 2,1 (iki manat on qəpik) manat olan ümumilikdə 39,9 (otuz doqquz manat doxsan qəpik) manat dəyərində 19 qutu “Whincester comp.blue” markalı, bir ədədinin qiyməti 2,1 (iki manat on qəpik) manat olan ümumilikdə 39,9 (otuz doqquz manat doxsan qəpik) manat dəyərində 19 qutu “Whincester ksss silver” markalı, bir ədədinin qiyməti 2,3 (iki manat otuz qəpik) manat olan ümumilikdə 46 (qırx altı) manat dəyərində 20 qutu “Rothmans demi silver” markalı, bir ədədinin qiyməti 02 (iki) manat olan ümumilikdə 32 (otuz iki) manat dəyərində 16 qutu “X4” markalı, bir ədədinin qiyməti 1,8 (bir manat səksən qəpik) manat olan ümumilikdə 28,8 (iyirmi səkkiz manat səksən qəpik) dəyərində 16 qutu “Argo nano blue” markalı, bir ədədinin qiyməti 1,8 (bir manat səksən qəpik) manat olan ümumilikdə 37,8 (otuz yeddi manat səksən qəpik) manat dəyərində 21 qutu “Argo compact blue” markalı, bir ədədini qiyməti 1,8 (bir manat səksən qəpik) manat olan ümumilikdə 39,6 (otuz doqquz manat altmış qəpik) manat dəyərində 22 qutu “Magna carbon blue” markalı, bir ədədinin qiyməti 2,3 (iki manat otuz qəpik) manat olan ümumikdə 50,6 (əlli manat altmış qəpik) manat dəyərində 22 qutu “Rothmans click abmer” markalı, bir ədədinin qiyməti 3,5 (üç manat əlli qəpik) olan ümumilikdə 80,5 (səksən manat əlli qəpik) dəyərində 23 qutu “Kent HD Neo” markalı, bir ədədinin qiyməti 02 (iki) manat olan ümumilikdə 46 (qırx altı) manat dəyərində 23 qutu “Viceroy nano blue” markalı, bir ədədinin qiyməti 1,8 (bir manat səksən qəpik) manat olan ümumilikdə 43,2 (qırx üç manat iyirmi qəpik) manat dəyərində 24 qutu “Magna Carbon black” markalı, bir ədədinin qiyməti 3,4 (üç manat qırx qəpik) olan ümumilkdə 85 (səksən beş) manat dəyərində 25 qutu “Winston XS Style Silver” markalı, bir ədədinin qiyməti 2,1 (iki manat on qəpik) manat olan ümumilikdə 54,6 (əlli dörd manat altmış qəpik) manat dəyərində 26 qutu “Winchester comp silver” markalı, bir ədədinin qiyməti 2,1 (iki manat on qəpik) manat olan ümumilikdə 56,7 (əlli altı manat yetmiş qəpik) manat dəyərində 27 qutu “Winchester ksss blue” markalı, bir ədədinin qiyməti 2,3 (iki manat otuz qəpik) manat olan ümumilikdə 62,1 (altmış iki manat on qəpik) dəyərində 27 qutu “X7 Silver” markalı, bir ədədinin qiyməti 1,8 (bir manat səksən qəpik) manat olan ümuilikdə 39,6 (otuz doqquz manat altmış qəpik) manat dəyərində 22 qutu “Argo ks red” markalı, bir ədədinin qiyməti 3,5 (üç manat əlli qəpik) manat olan ümumilikdə 101,5 (bir yüz bir manat əlli qəpik) manat dəyərində 29 qutu “Kent nanotek neo 04” markalı, bir ədədinin qiyməti 1,8 (bir manat səksən qəpik) manat olan ümumilikdə 45 (qırx beş) manat dəyərində 25 qutu “Bakı Blue siqaret” markalı, bir ədədinin qiyməti 02 (iki) manat olan ümumilikdə 50 (əlli) manat dəyərində 25 qutu “X3 siqaret” markalı, bir ədədinin qiyməti 1,8 (bir manat səksən qəpik) manat olan ümumilikdə 54 (əlli dörd) manat dəyərində 30 qutu “Prima deluxe blue” markalı, bir ədədinin qiyməti 02(iki) manat olan ümumilikdə 58 (əlli səkkiz) manat dəyərində 29 qutu “Viceroy deluxe blue” markalı, bir ədədinin qiyməti 2,3 (iki manat otuz qəpik) mant olan ümumilikdə 73,6 (yetmiş üç manat altmış qəpik) manat dəyərində “Rothmans Demi blue” markalı, bir ədədinin qiyməti 3,2 (üç manat iyirmi qəpik) manat olan ümumilikdə 92,8 (doxsan iki manat səksən qəpik) manat dəyərində “Kingston silver” markalı, bir ədədinin qiyməti 3,5 (üç manat əlli qəpik) manat olan ümumilikdə 119 (bir yüz on doqquz) manat dəyərində 34 qutu “Kent HD 8 Futura” markalı, bir ədədinin qiyməti 3,4 (üç manat qırx qəpik) manat olan ümumilikdə 119 (bir yüz on doqquz) manat dəyərində 35 qutu “Winston XS Silver” markalı, bir ədədinin qiyməti 02 (iki) manat olan ümumilikdə 62 (altmış iki) manat dəyərində 31 qutu “X5 siqaret” markalı, bir ədədinin qiyməti 2,3 (iki manat otuz qəpik) manat olan ümumilikdə 89,7 (səksən doqquz manat yetmiş qəpik) manat dəyırində 39 qutu “Pall Mall american nights” markalı, bir ədədinin qiyməti 3,7 (üç manat yetmiş qəpik) manat olan ümumilikdə 151,7 (bir yüz əlli bir manat yetmiş qəpik) dəyərində 41 qutu “Sobranie slim Whites” markalı, bir ədədinin qiyməti 2,2 (iki manat iyirmi qəpik) manat olan ümumilikdə 88 (səksən səkkiz) manat dəyərində 40 qutu “İmperial Classic QS silver” markalı, bir ədədinin qiyməti 2,5 (iki manat əlli qəpik) manat olan ümumilikdə 112,5 (bir yüz on iki manat əlli qəpik) manat dəyərində 45 qutu “West silver” markalı siqaretləri, bir ədədinin qiyməti 3,5 (üç manat əlli qəpik) manat olan ümumilikdə 140 (bir yüz qırx manat) dəyərində 40 ədəd “Duracell HNDC 2A” markalı, bir ədədinin qiyməti 3,5 (üç manat əlli qəpik) manat olan ümumilikdə 280 (iki yüz səksən manat) dəyərində 80 ədəd “Duracell HNDC 3A” markalı enerji qidalandırıcıları, ümumilikdə 16,90 (on altı manat doxsan qəpik) manat dəyərində 02 ədəd “X2 2” spirtli içkisini, dəyəri 7,7 (yeddi manat yetmiş qəpik) olan 01 ədəd “Xan Çinar araq 700 Ml” spirtli içkisini, 200 (iki yüz) manat dəyərində olan 01 ədəd Kamera blok yaddaşını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-ə 2864,50 (iki min səkkiz yüz altmış dörd manat əlli qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur və məhkumluğu ödənilməmişdir. 24.03.2021-ci il tarixdə əvvəllər iş yoldaşı olmuş Hüseynlə 17-ci mikrorayon ərazisində qarşılaşmışdır. Söhbət əsnasında Hüseynə 17-ci mikrorayon ərazisində yerləşən "xxxx" marketdən oğurluq etməyi təklif etmiş və Hüseynə içəriyə girməyin asan olduğuna inandırmış, Hüseyn də onunla razılaşmışdır. 24.03.2021-ci il tarixdən 25.03.2021-ci il tarixə keçən gecə Hüseynlə birlikdə qeyd edilən marketin yaxınlığına getmişlər. Ətrafda heç kimin olmadığını gördükdə o, marketin giriş qapısına yaxınlaşmışdır. Hüseyn isə kənarda dayanaraq ətrafı müşahidə etmişdir. Özü ilə apardığı dəmir alətlə qıfılın dəmirini və qapını sıxıb açmışdır. O, içəri daxil olduqdan sonra Hüseyn də arxası ilə gəlmişdir. İlk öncə marketin giriş hissəsində sol tərəfdə kassanın arxasında kameranın yaddaş blokunu çıxartmışdır. Daha sonra marketin içərisində olan saxlanc yerinə gedərək plastik qapının şüşəsini əlindəki dəmir alətlə sındıraraq çərçivədən içəri daxil olmuşdur. İçəridə olan müxtəlif markalı siqaretləri dörd ədəd sellofan paketə yığaraq çərçivədən çölə qoyaraq özü də çərçivədən çıxmışdır. Çıxandan sonra Hüseyn ona həmin torbaları daşımağa kömək etmiş, çıxdıqda vitrində olan müxtəlif ölçülü və müxtəlif sayda batereyaları götürərək əlindəki sellofan torbalardan birinə atmışdır. Marketdən çıxdıqdan sonra Hüseynlə ayrılmış və 21-ci mikrorayon ərazisinə gedərək həmin malları tanıdığı yarımçıq tikilinin həyətinə qoymuş, 25.03.2021ci il tarixdə səhər saatlarında qeyd edilən yerə gedərək həmin malların bir hissəsini götürüb bir gün ərzində Sumqayıt şəhəri ərazisində tanımadığı şəxslərə satmışdır. Satdığı mallardan 600 (altı yüz) manat gəlir əldə etmiş və həmin gün yəni, 25.03.2021-ci il tarixdə Hüseynlə görüşərək əldə etdiyi pulun 300 (üç yüz) manatını ona vermişdir. Əldə etdiyi pulu şəxsi tələbatları üçün xərcləmiş, kameranın yaddaş blokunu Saray bağları ərazisində kanala atmışdır. Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən aptekdən oğurluq etdiyini, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğunu, narkotik maddə qəbul etmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 24.03.2021-ci il tarixdə əvvəllər iş yoldaşı olmuş Dadaşla 17-ci mikrorayon ərazisində qarşılaşmışdır. Söhbət əsnasında Dadaş ona 17-ci mikrorayon ərazisində yerləşən "xxxx" marketdən oğurluq etməyi təklif etmiş, onu içəriyə girməyin asan olduğuna inandırmış, o, Dadaşla razılaşmışdır. 24.03.2021-ci il tarixdən 25.03.2021-ci il tarixə keçən gecə Dadaşla birlikdə qeyd edilən marketin yaxınlığına getmişlər. Ətrafda heç kimin olmadığını gördükdə Dadaş marketin giriş qapısına yaxınlaşmışdır. O isə kənarda dayanaraq ətrafı müşahidə etmişdir. Dadaş özü ilə gətirdiyi dəmir alətlə qıfılın dəmirini, daha sonra qapını sıxıb açmışdır. İçəri daxil olduqdan sonra o, da arxası ilə getmişdir. Dadaş ilk öncə marketin giriş hissəsində sol tərəfdə kassanın arxasında kameranın yaddaş blokunu çıxartmışdır. Daha sonra marketin içərisində olan saxlanc yerinə gedərək plastik qapının şüşəsini əlindəki dəmir alətlə sındıraraq çərçivədən içəri daxil olmuş, içəridə olan müxtəlif markalı siqaretləri dörd ədəd sellofan paketə yığaraq çərçivədən çölə qoyaraq özü də çərçivədən çıxmışdır. Çıxandan sonra o, Dadaşa həmin torbaları daşımağa kömək etmiş, çıxdıqda vitrində olan müxtəlif ölçülü və müxtəlif sayda batereyaları Dadaş götürərək əlindəki sellofan torbalardan birinə atmışdır. Marketdən çıxdıqdan sonra Dadaşla ayrılmış və o, evə getmiş, 25.03.2021-ci il tarixdə axşam saatlarında Dadaşla görüşmüş və Dadaş ona 300 (üç yüz) manat pul vermişdir. Əldə etdiyi pulu şəxsi tələbatları üçün xərclədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" Market MMC-nin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22.01.2019-cu ildən "xxxx" X1 Cəmiyyətində İdari İşlər Şöbəsində bölmə rəhbəri kimi fəaliyyət göstərir. Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən "xxxx" Market işlədiyi MMC-yə məxsusdur. 24.03.2021-ci il tarixdən 25.04.2021-ci il tarixə keçən gecə həmin naməlum şəxs və ya şəxslər marketin qapısını sındıraraq içəri daxil olaraq içəridən ərzaq mallarını, kamera blok yaddaşını və DVR oğurlayaraq "xxxx" Market MMC-yə ümumilikdə 1983,44 (bir min doqquz yüz səksən üç manat qırx dörd qəpik) manat maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" Market MMC-yə vurulan maddi ziyan ödənilməmişdir. Onların barəsində qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan "xxxx" Market MMC-nin nümayəndəsi Nümayəndə 25.02.2022-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" Market MMC-yə vurulan maddi ziyan ödənilməmişdir və onların barəsində qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 55-in qarşısında olan "xxxx" marketdə müdir müavini vəzifəsində işləyir. 25.03.2021-ci il tarixdə səhər saatlarında işə gəldikdə marketin qapısının sındırılmış vəziyyətdə olduğunu görmüş və içəri keçmişdir. İçəri keçdikdə piştaxtaların dağıdılmış vəziyyətdə olduğunu görüb oğurluq olduğunu bilmişdir. Bundan sonra o, baş verən hadisə ilə bağlı DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Baş vermiş hadisə zamanı naməlum şəxs və ya şəxslər içəridən 07 qutu nazik göy “Want”, 04 qutu nazik boz “Want”, 03 qutu nazik qara “Viceroy”, 04 qutu nazik qara “Want”, 05 qutu nazik qara “Argo”, 02 qutu boz “İmperial Classic”, 03 qutu qara “İmperial Classic”, 03 qutu qara-qızılı“Kingston”, 03 qutu qara-boz “Kingston”, 04 qutu boz “West”, 04 qutu “Bakı”, 05 qutu ağ-göy “Argo”, 05 qutu ağqırmızı“Argo” markalı siqaretlər, 03 qutu “kent nanotek”, 07 qutu “LD club extra”, 13 qutu “Sobranie slim blues”, 15 qutu “LD club platinium lss”, 19 qutu “Winchester comp. blue”, 19 qutu “Winchester ksss silver”, 20 qutu “Rothmans demi silver”, 16 qutu “X4” , 16 qutu “Argo nano blue”, 21 qutu “Argo compact blue”, 22 qutu “Magna carbon blue”, 22 qutu “Rothmans click abmer”, 23 qutu “Kent HD 4 Neo”, 23 qutu “Viceroy nano blue”, 24 ədəd “Magna Carbon black”, 25 qutu “Winston XS Style silver”, 26 qutu “Winchester comp silver”, 27 qutu “Winchester ksss blue”, 27 qutu “X7 Silver”, 22 qutu “Argo ks red”, 29 qutu “kent nanotek neo 04”, 25 qutu “Bakı blue siqaret”, 25 qutu “X3 siqaret”, 30 qutu “Prima deluxe blue”, 29 qutu “Viceroy deluxe blue”, 32 qutu “Rothmans Demi blue”, 29 qutu “Kingston silver”, 34 qutu “Kent HD 8 Futura”, 35 qutu “Winston XS Silver”, 31 qutu “Argo KS Blue”, 31 qutu “X5 siqaret”, 39 qutu “Pall Mall american nights”, 41 qutu “Sobranie slim Whites”, 40 qutu “İmperial Classic QS silver”, 45 qutu “West silver” siqaretlər, 48 ədəd “Duracell HBDC 2 A”, 80 ədəd “Duracell HBDC 3 A” batareykalar, 02 ədəd “X2 2”, 01 ədəd “X8 700 Ml” spirtli içkiləri, 01 ədəd Kamera blok yaddaşını oğurlamışlar. Baş verən hadisə zamanı "xxxx" Market MMC-ə 1983,44 (bir min doqquz yüz səksən üç manat qırx dörd qəpik) manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 iyun 2021-ci il tarixli 9/3200 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən 12 adda təzə vəziyyətdə olan malların 2021-ci ilin mart ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 100,60 (bir yüz manat altmış qəpik) manat müəyyən edilir. Qərarda qeyd edilən 37 adda malların 2021-ci ilin mart ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 2547,0 (iki min beş yüz qırx yeddi) manat müəyyən edilir. Digər 2 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, həcmi, yaddaşı və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 12.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-216/2021 saylı, 14.05.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12.05.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 12.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 14.05.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-419/2020 saylı, 18.11.2020-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-419/2020 saylı, 18.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-261/2021 saylı, 16.12.2021-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-419/2020 saylı, 18.11.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi “08 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 (bir) il azaldılmışdır. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin 910 nömrəli, 24.02.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 419/2020 saylı, 18.11.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 12.05.2021-ci il tarixədək cəzasının 04 (dörd) ay 24 (iyirmi dörd) gününü çəkmiş, cəzasının 01 (bir) ili “08 noyabr – Zəfər Günü münasibətilə amnistiya aktı ilə azaldılmış və çəkilməmiş cəzası 01 (bir) il 01 (bir) ay 02 (iki) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhəri 50-52-ci məhəllə komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-419/2020 saylı, 18.11.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası cəzası 06 (altı) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən birləşdirilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 12.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş hüquqi şəxs ”Al” Market MMC-yə dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs1 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 25,0 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 16.03.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, zərərçəkmiş hüquqi şəxs ”Al” Market MMC-yə dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 25,0 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-419/2020 saylı, 18.11.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 06 (altı) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 12.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkizi) gün müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16.03.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Zərərçəkmiş hüquqi şəxs ”Al Market” MMC-yə dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydad tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-37/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-37/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver