Məhkəmə qərarları › İş №1(060)-37/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-37/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-37/2023 25.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs , Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1957-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, təqaüdçü, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8711/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında icra məmuru tərəfindən çıxarıldığı ünvan 7ömrəli mənzilə dair heç bir sahiblik, istifadə və ya sərəncam vermə hüququ olmadığı halda, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-529/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2955/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair” iddiasının təmin olunmamasına baxmayaraq qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, yəni Azərbaycan Respublikası Konstitusiyasının 29 və 129-cu maddələrinin, Mülki Məcəlləsinin 139, 139-1, 146, 152, 153 və 157-ci maddələrinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qeyd edilən mənzilə köçürülməsi üçün məhkəməyə müraciət etməli olduğu halda xx.xx.2022-ci il tarixdə mənzilin mühafizə altında olmamasından istifadə edərək ünvan 7ömrəli mənzilə özbaşına daxil olması, mənzilin dəmir seyf qapısının kilidini qanunsuz olaraq dəyişdirməsi, mənzildə yaşayan eyni zamanda mülkiyyətçi olan Zərərçəkmiş şəxs əşyalarını xeyir-şər evinə daşıması və yaşamaq üçün həmin mənzilə köçməsi, daha sonra ailəsini də onunla yaşamaq üçün dəvət etməsindən ibarət Zərərçəkmiş şəxs tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək sonuncunun konstitusiyon hüquqlarını pozması, ünvan 7ömrəli mənzilə sahiblik və mənzilində yaşamaq hüququndan məhrum etməsi ilə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Dadaş Fərhadov tərəfindən 17 sentyabr 2021-ci il tarixdə ünvan 7ömrəli mənzildən könüllü şəkildə çıxarılmış və Zərərçəkmiş şəxs həmin mənzilə köçürülmüşdür. 01 dekabr 2021-ci il tarixədək o, ünvan 7ömrəli mənzilə daxil olmamışdır. 01 dekabr 2021-ci il tarixdə DİN Baş Mühafizə İdarəsi Sumqayıt şəhər Mühafizə İdarəsinin ona ünvanlanmış məktubunu aldıqdan sonra ona məlumu olmuşdur ki, ünvan 7ömrəli mənzilin mühafizəsi 01 dekabr 2021-ci il tarixdə dayandırılmışdır. Bunu bildikdən sonra o, 01 dekabr 2021-ci il tarixdə ünvan 7ömrəli mənzilə daxil olmaq istəmişdir. 01 dekabr 2021-ci il tarixdə mənzilin seyf qapısının aşağıdakı kilidinin qırıq olduğunu görmüşdür. 17 sentyabr 2021-ci il tarixdə mənzildən çıxarılarkən icra məmuru seyf qapının yuxarıdakı kilidinin açarını istəmədiyi üçün seyf qapının yuxarıdakı kilidinin açarları onda qalmışdır. Zərərçəkmiş şəxs icra məmuru tərəfindən evə köçürülərkən seyf qapının aşağıdakı kilidini dəyişdirmiş, yuxarıdakı kilidi isə dəyişdirməmişdir. Ona görə də həmin açar vasitəsi ilə Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11, mənzil 31-ə daxil olmuşdur. 01 dekabr 2021-ci il tarixədək o, ailəsi ilə birlikdə ünvan 7ömrəli mənzillə yanaşı olan dostu Məhərrəm müəllimin mülkiyyətində olan mənzil 32-də qalmışdır. Hal-hazırda dostu Məhərrəm müəllimin mənzilindən yardımçı ev kimi, yəni 01 dekabr 2021-ci il tarixdən təkcə yatmaq üçün istifadə etmişlər. 01 dekabr 2021-ci il tarixdə ünvan 7ömrəli mənzilə onunla birlikdə bütün ailə üzvləri daxil olmuşdur. Məhərrəmin evi 01 (bir) otaqlı olduğundan onlar orada qala bilmirmişlər. 01 dekabr 2021-ci il tarixdə ünvan 7ömrəli mənzilə onunla birlikdə həyat yoldaşı X6, qızları Liftiyeva Xoşqədəm, Liftiyeva Gülnar, Liftiyeva Günel, oğlu Liftiyev Orxan, nəvələri daxil olmuşlar. ünvan 7ömrəli mənzildən köhnə televizor, köhnə soyuducu, 02 ədəd köhnə qoltuqlu stol, 01 ədəd açılıb-bağlanan yataq, 01 ədəd döşək, 01 ədəd yorğanı Bəndalı adlı şəxslə 36-cı məhəllədə yerləşən Xeyir-şər evinin saxlanc yerinə qoymuşlar. Xeyir-şər evinə nəzarət edən Səməd adlı şəxs qonşu olmuşdur. Mənzildən əşyaları çıxartdıqdan sonra o, Səməddən əşyaları Xeyir-şər evinə qoymağı xahiş etmişdir. Hal-hazırda həmin əşyalar səliqəli şəkildə 36-cı məhəllədəki Xeyir-şər evindədir. ünvan 7ömrəli mənzildə başqa qiymətli heç nə olmamışdır. Təkcə həmin mənzilin siqnalizasiya aparatı var ki, həmin aparat halhazırda ondadır. Zərərçəkmiş şəxs onlar mənzilə daxil olduqdan birinci dəfə 25 yanvar 2022ci il tarixdə tarixdə ünvan 7ömrəli mənzilə gəldikdə o, Bakı şəhərində olmuşdur. Evdəkilər ona zəng edərək Zərərçəkmiş şəxs evin qapısında olduğunu və evə girmək istədiyini bildirmişlər. O, dərhal DİN 102 qaynar xəttinə zəng edərək bu barədə bildirmiş və həmin mənzilə gəlmişdir. Həmin vaxtı ünvan 7ömrəli mənzildə onun ailəsindən heç kim olmamış, işdə olmuşlar. Mənzilə gəldikdə Xalidin ünvan 7ömrəli mənzilin seyf qapısını qırmağa çalışdığını, orada Xalidi, onun qardaşını və polis işçilərinin olduğunu görmüşdür. 26 yanvar 2022-ci il tarixdə o, Sumqayıt ŞPİ-nin 3-cü PB-də izahat yazaraq ailəsi ilə birlikdə ünvan 7ömrəli mənzilə necə daxil olduğunu bildirmişdir. Hal-hazırda məhkəmə mübahisələri davam edir, Sumqayıt Şəhər Məhkəməsnin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun Zərərçəkmiş şəxsv qarşı iddia tələbi üzrə qeyd olunun mübahisəli mənzilin üzərinə həbs qoyulmuşdur. Növbəti məhkəmə prosesi 2022-ci ilin sentyabr ayına təyin edilmişdir. 01 dekabr 2021-ci ilədək Məhərrəmin mənzilində qalmışlar. Törətdiyi əməldən peşman deyildir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdə ünvan 7ömrəli mənzili 40.000 (qırx min) manata almış, lakin həmin ilin dekabr ayından Təqsirləndirilən şəxs öz ailə üzvləri ilə birlikdə qeyriqanuni onun mənzilinə daxil olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs və ailə üzvlərinin onun mənzilindən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2015-ci il tarixdən başlayaraq 2021-ci il tarixədək olan dövrdə bütün məhkəmə instansiyalarını udduqdan sonra Ali Məhkəmənin qərarı ilə qüvvdə saxlanılmış Sumqayıt Şəhər Məhkəməsinin qərarı Sumqayıt şəhər İcra və probasiya şöbəsi tərəfindən icra olunaraq Təqsirləndirilən şəxs və ailə üzvləri ona məxsus olan ünvan 7ömrəli mənzildən xx.xx.2021-ci il tarixdə çıxarılmış və bununla bağlı akt tərtib olunmuşdur. Təqsirləndirilən şəxs və ailə üzvləri evdən çıxarıldıqdan sonra həmin evə 02 ədəd xalça, 01 ədəd çarpayı, divan dəsti, yemək masası, 01 ədəd köhnə model televizor, televizor altlığı, soyuducu və digər əşyaları evinə daşıyaraq köçmüş, lakin Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə onun mənzilinə yanaşı olan mənzildə, yəni Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11, mənzil 32-də kirayə qaldığı üçün onun ailəsini hər gün təhqir edərək bezdirdiklərindən o, həmin mənzildə yaşamamışdır. xx.xx.2022-ci il tarixdə ünvan 7ömrəli mənzilinə getdiyi zaman həmin mənzilin dəmir seyf qapısının kilidinin dəyişdirildiyini və evdə heç kəsin olmadığını görmüşdür. xx.xx.2022-ci il tarixdə mənzilinin qabağında olarkən istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə X5 ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə zəng etdikdə onun mənzilinin mühafizədən çıxarılması barədə məlumat verilmiş və bundan onun xəbərinin olmamasını bildirdikdə isə Tahir müəllimlə əlaqə saxlaması deyildikdən sonra Tahir müəllimin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, Tahir müəllim onun mənzilini qorumadıqlarını bildirərək telefonu üzünə söndürmüşdür. Daha sonra DİN-nin 102 qaynar xəttinə zəng edərək Təqsirləndirilən şəxs tərəfindən mənzilinin qıfılının dəyişdirilməsi barədə məlumat verdikdə onun Sumqayıt ŞPİ-nin 3-cü PB-yə müraciət etməsi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-ində olduqda bu barədə ərizə yazdıqdan sonra ilk öncə ondan, daha sonra Təqsirləndirilən şəxs çağırılaraq izahat alınmış və Təqsirləndirilən şəxs evinin kilidini dəyişdirdiyini etiraf etmişdir. xx.xx.2022-ci il tarixdə o, qardaşı Şahid1 ilə birlikdə ünvan 7ömrəli mənzilinə gedərək Təqsirləndirilən şəxs tərəfindən dəyişdirilmiş kilidini sökməyə başlayarkən Təqsirləndirilən şəxs və ailə üzvləri onlara hücum çəkərək mane olmuşlar. Təqsirləndirilən şəxs onu xuliqan adlandırıb başına oyun açacağı ilə hədələmişdir. Təqsirləndirilən şəxs onun mənzilinə qanunsuz daxil olaraq onun əşyalarını mənzildən çıxartıdığını da polis bölməsində izahat yazarkən etiraf etmişdir. Hazırda həmin əşyaların harda olmasını bilmir və ona təqdim edilməmişdir. Təqsirləndirilən şəxs və ailə üzvlərinin belə qanunsuz hərəkətlərinə görə o, ailəsi ilə birlikdə kirayə qaldığı mənzil üçün hər ay 230 (iki yüz otuz) manat kirayə pulu ödəmişdir. 230 (iki yüz otuz) manat onun əmək haqqısının üçdə birini təşkil etdiyi üçün o, maddi baxımından sıxıntılar çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərinə görə ona həm mənəvi, həm də maddi ziyan dəymişdir. Bundan başqa o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun mənzilinə nə vaxt daxil olmasını bilmir, lakin ünvan 7ömrəli mənzilində sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 20:17-də olmuşdur. Mənzilinə hər dəfə daxil olduqda X5 məlumat bazasından onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə sms məlumat gəlmişdir. Ona görə Elman X1 mənzilinin mühafizə olunmaması barədə rəsmi məlumat aldıqdan sonra mənzilinə qanunsuz daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Tahir müəllimlə danışdıqdan sonra ona məlum olmuşdur ki, onun mənzili xx.xx.2021-ci il tarixdən mühafizə edilməmişdir. Elə ona görə də, Təqsirləndirilən şəxs onun mənzilinə qanunsuz daxil olduqda ona sms məlumat gəlməmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-də izahatı alınarkən X4 verilən evin mühafizədən çıxarılması ilə bağlı məktubu təqdim etmişdir. X4 Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11, mənzil 31-in mühafizəsinin dayandırılması barədə heç bir məlumat verilməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə məlumatı olmuşdur. Məlumatı olmadığından o, hər ay 35 (otuz beş) manat pulu X5 hesabına köçürmüşdür. xx.xx.2021-ci il tarixdə X5 işçisi Tahir müəllim ona zəng edərək onu öz iş otağına gəlməsini bildirmişdir. Orada olarkən ona, mənzilin problemli olduğu üçün Təqsirləndirilən şəxs tərəfindən X5 mənzili qoruduğuna görə şikayətlər yazıldığını və bunun problemlər yaradacağından qorxduqlarını, həmin mənzilin mühafizədən çıxarılması barədə ərizə yazması və onun belə ərizə yazmağına baxmayaraq X13 həminki qaydada yenə ünvan 7ömrəli mənzilinin mühafizəsini təmin ediləcəyi bildirilmişdir. Həmin gün onu X5 rəisi Elçin Bəşirov da qəbul edərək onun hər ay ödədiyi 35 (otuz beş) manatdan onlara 10 (on) manat pulun qaldığını və Təqsirləndirilən şəxs tərəfindən edilən şikayətlərdən bezdiklərini bildirmişdir. Amma sonradan ona məlum olmuşdur ki, Tahir onu aldadıb və mənzili mühafizə edilməmişdir. ünvan 7ömrəli mənzildən Təqsirləndirilən şəxs və ailəsi icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə məcburi çıxarıldıqdan sonra həmin evə 02 ədəd xalça, 01 ədəd çarpayı, divan dəsti, yemək masası, 01 ədəd köhnə model televizor, televizor altlığı, soyuducu və digər əşyaları daşımış və bundan əlavə xx.xx.2021-ci il tarixdə X13 ilə ünvan 7ömrəli mənzilin mühafizə edilməsinə dair müqavilə imzalandıqdan sonra 1100 (bir min yüz) manat dəyərində evə siqnalizasiya avadanlığı qoşulmuşdur. Həmin avadanlığın hazırda yerində olub-olmaması barədə məlumatı yoxdur. xx.xx.2022-ci il tarixdə o və qardaşı Şahid1 ünvan 7ömrəli mənzildə olarkən seyf qapının hər iki kilidin dəyişdirildiyindən onlar evə daxil ola bilməmişlər. Seyf qapının aşağıdakı kilidini qırdıqlarında yuxarıdakı kilidin də dəyişdirildiyini başa düşmüşlər. İkinci kilidi qırmağa çalışdıqları zaman Təqsirləndirilən şəxs və ailəsi onlara mane olmuş və təhqir edərək başına oyun açacaqları, habelə özlərinə xəsarət yetirəcəkləri və onu tutduracaqları ilə hədələmişlər. Bundan sonra o, ünvan 7ömrəli mənzilinə getməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 qardaşı Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, 1989-cu ildən DİN Baş Mühafizə İdarəsi Sumqayıt şəhər Mühafizə İdarəsində mühafizə inspektoru vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yerləşən 31 nömrəli mənzilin mühafizə edilməsi barədə müraciəti əsasında xx.xx.2021-ci il tarixli əmr ilə ünvan 7ömrəli mənzil siqnalizasiya sistemlərinin vasitəsilə MMM-ə qoşulmaqla 1-ci tutucu qrup tərəfindən mühafizəyə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yerləşən 31 nömrəli mənzilin mühafizəsinin müvəqqəti olaraq dayandırılması ilə bağlı müraciəti əsasında həmin mənzilin mühafizəsi xx.xx.2021-ci il tarixdən eyni tarixli əmr əsasında dayandırılmışdır. Mühafizə ilə bağlı xx.xx.2021-ci il tarixli müqavilə bağlanıldıqdan bir müddət sonra o, ünvan 7ömrəli mənzilin mübahisəli olduğunu bilmişdir. Mənzilin mübahisəli olması səbəbindən Sumqayıt şəhər Mühafizə İdarəsinin rəisi tərəfindən ona məsələnin araşdırılması tapşırıldığı üçün Zərərçəkmiş şəxs məhkəmə sənədlərini tələb etmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş məhkəmə qərarlarından müəyyən etmişdir ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11, mənzil 31 Zərərçəkmiş şəxs mülkiyyətindədir. Mühafizə dövüründə Elman Lifitiyev DİN-nin Baş mühafizə idarəsinə və digər orqanlara Sumqayıt şəhər Mühafizə İdarəsindən şikayət ərizələri yazaraq xidmətilərinə mane olmağa çalışmışdır. Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11, mənzil 31-ə gələn elektrik xəttinin ana xəttdən tez-tez ayrılması səbəbindən yalançı həyəcan siqnalları MMM-ə düşdüyündən mühafizənin əməkdaşları teztez həmin mənzilə getməli olurmuşlar. Sonradan onlara məlum olmuşdur ki, ünvan 7ömrəli mənzilin elektrik xəttini ana xəttdən ayıran Elman Lifityevdir. Ona görə də, Sumqayıt şəhər Mühafizə İdarəsinin rəisi Elçin Bəşirovun göstərişi əsasında o, ünvan 7ömrəli mənzilin müliyyətçisi Zərərçəkmiş şəxs İdarəyə çağırıb evin mübahisəni həll edib-etməməsi ilə maraqlanmışdır. İdarədə Zərərçəkmiş şəxs onun, daha sonra rəisləri Elçin Bəşirovun qəbulunda olduğu zaman onlar bu məsələlərin mənzilin mühafizəsini çətinləşdirdiyini bildirdikdə Zərərçəkmiş şəxs ünvan 7ömrəli mənzilin mühafizəsinin müvəqqəti dayandırılması ilə bağlı həmin gün, yəni xx.xx.2021-ci il tarixdə ərizə yazmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ünvan 7ömrəli mənzilin müafizəsinin davam etdirilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Mühafizə İdarəsinə daxil olmuş, lakin Sumqayıt şəhər Mühafizə İdarəsinin rəisi Elçin Bəşirovun göstərişi əsasında xx.xx.2022-ci il tarixli məktubla həmin mənzilin mühafizəsinin məhkəmə prosesi bitdikdən sonra davam etdirilməsinin mümkün olması bildirilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək ünvan 7ömrəli mənzilin qapısının açarının dəyişilməsi barədə məlumat verdikdə o, Xalidə İdarəyə gəlməsini bildirmiş və xx.xx.2022-ci il tarixdə həmin mənzilə Təqsirləndirilən şəxs qanunsuz daxil olduğunu eşitmişdir. Bundan başqa o ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Sumqayıt şəhər Mühafizə İdarəsində olarkən mühafizənin dayandırılması ilə bağlı ərizə yazdığı zaman o, Zərərçəkmiş şəxs ünvan 7ömrəli mənzilin mühafizəsinin xx.xx.2021-ci il tarixdən dayandırılacağı barədə məlumat verdiyindən əlavə olaraq Zərərçəkmiş şəxs həmin mənzilin mühafizəsinin dayandırılması barədə rəsmi və ya şifahi olaraq məlumat verməmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Mühafizə İdarəsinə daxil olmuş müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixdə ünvan 7ömrəli mənzilin mühafizəsinin xx.xx.2021-ci il tarixdən dayandırılması barədə rəisləri Elçin Bəşirovun imzası ilə rəsmi məlumat verilmişdir. Təqsirləndirilən şəxs müraciətinə yazdıqları xx.xx.2021-ci il tarixli cavab məktubu Elmanın müraciətində yaşadığı ünvan kimi qeyd etdiyi ünvan 6ilmişdir. ünvan 7ömrəli mənzilin mühafizəsinin dayandırlması barədə məlumatı o, Təqsirləndirilən şəxs İdarəyə ünvanlandığı şikayət ərizəsinə cavab olaraq rəsmi şəkildə bildirmişdir. Elman Lifityev Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11, mənzil 31-ə qanunsuz daxil olarkən MMM-ə siqnal daxil olmamışdır, ona görə ki, xx.xx.2021-ci il tarixdən mühafizə dayandırılmışdır. Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11, mənzil 31-in enerji xəttindən ayrılması səbəbindən və ya hasnsısa digər səbəbdən MMM-ə daxil olmuş həyəcan siqnalları ilə əlaqədar MMM-ə daxil olmuş həyəcan siqnallarının səbəbini araşdırmaq məqsədi ilə mülkiyyətçi müvafiq mənzilə dəvət olunur. Mülkiyyətçinin iştirakı ilə onun tərəfindən qapı açılır və mənzilə baxış keçirilir. Bundan sonra mülkiyyətçi ona məxsus kodu yığaraq Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşlarının iştirakı ilə qapını bağlayır. Mülkiyyətçi gəlməsə Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşlarının mənzilə daxil olmaq səlahiyyəti yoxdur. Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşlarında mənzillərin açarları da mövcud deyildir. Ona görə də, Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları mənzilə getdikdən sonra qapısının açıq qalması mümkün deyildir. MMM-ə daxil olmuş həyəcan siqnalları daxil olan kimi mülkiyyətçiyə siqnalın səbəbi barədə məlumat verilir. MMM-ə daxil olmuş həyəcan siqnalları işıq keçə də daxil ola bilər. Bu zaman mülkiyyətçiyə məlumat verilməklə eyni zamanda mənzildə işıq keçdiyinə görə siqnalizasiya apratının akumlyatorunun gücü ilə 08 (səkkiz) saat işləyə biləcəyi barədə məlumat verilir. İş materiallarında olan video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntüdə çəkilişi aparan şəxsin və arxa fondan səsi gələn şəxsin Şahid1 olduğu, palıdı qəhvəyi rəngli köynəkdə, üzərində paxlavari naxışlı boz rəngli qollu gödəkçəli geyimdə olan şəxsin isə Zərərçəkmiş şəxs müəyyən edildi. Baxış zamanı Sumqayıt şəhəri, 36-cı məhəllə, bina 5/11-in 57 nömrəli girişinin qarşısında qara şalvarlı, qollu, uzun, qara balonka gödəkçəli, başında göy şərfli xanımın Sumqayıt səhəri, 36-cı məhəllə, bina 5/11-də yaşayan qonşu olduğu, açıq qəhvəli rəngli pençəkli və rəngli şalvarda olan xanımın Təqsirləndirilən şəxs bacısı qızı olduğu, qara şalvarlı, bir neçə rəngli qollu və papaqlı gödəkçədə olan xanımın Təqsirləndirilən şəxs qızı Xoşqədəm olduğu, sarı koftalı, qolsuz zolaqlı gödəkçəli, açıq göy rəngli dizi yırtıq cins şalvarda olan xanımın Təqsirləndirilən şəxs gəlini olduğu, açıq narıncı rəngli şalvar və eyni rəngli uzun qollu koftalı, qara qolsuz gödəkçəli xanımın X11 olduğu, Təqsirləndirilən şəxs qızları Günel və Xoşqədəmin Zərərçəkmiş şəxs və Şahid1 “get vızqırt”, “işverən” deyərək təhqir eməsi, mənzilə daxil olmalarına haqq qazandırdıqları, mənzilin artıq mühafizə edilməməsi barədə Təqsirləndirilən şəxs məktub gəldiyini, “sən açacaqsan biz açacıyıq”, “xəbərin olmur biz açırıq” deyərək mənzilə girdiklərini demələri müşahidə olunur. İş materiallarında olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan AN – İ №0477807 nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən göürnür ki, Zərərçəkmiş şəxs ünvan 7ömrəli mənzili 34150.00 (otuz dörd min bir yüz əlli) manata X10 almışdır. İş materiallarında olan Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli və xx.xx.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7ömrəli mənzili xx.xx.2014-cü il tarixdən Zərərçəkmiş şəxs mülkiyyətindədir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X7, X8, X9, X12, X15 və X16 iddiaçı Zərərçəkmiş şəxs məxsus ünvan 7ömrəli mənzildən çıxarılmaqları qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-90/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8711/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1059/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-90/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2701/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, X18 ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2014-cü il tarixdə ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 42.3 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilinə dair bağlanmış AN – İ №0477807 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilmiş və Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli və xx.xx.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv olunmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2955/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2701/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və Təqsirləndirilən şəxs cavabdehlər Zərərçəkmiş şəxs və X14 qarşı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrindən aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 529/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2955/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs arvadı X3, qızları Xoşqədəm, Gülnar və Günel Liftiyevaların və nəvələrinin ünvan 7ömrəli mənzilinə daxil olmaları hissəsində Azərbaycan Respublikası CM-nin 322-ci naddəsi üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək və Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, onun xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında icra məmuru tərəfindən çıxarıldığı ünvan 7ömrəli mənzilə dair heç bir sahiblik, istifadə və ya sərəncam vermə hüququ olmadığı halda, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-529/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2955/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair” iddiasının təmin olunmamasına baxmayaraq qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qeyd edilən mənzilə köçürülməsi üçün məhkəməyə müraciət etməli olduğu halda xx.xx.2022-ci il tarixdə ünvan 7ömrəli mənzilə özbaşına daxil olması, mənzilin dəmir seyf qapısının kilidini qanunsuz olaraq dəyişdirməsi, mənzildə yaşaması Zərərçəkmiş şəxs konstitusiyon hüquqlarını pozmuş, ünvan 7ömrəli mənzilə sahiblik və mənzilində yaşamaq hüququndan məhrum etməsi ilə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar