Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-37/2024 01.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyat olmaqla, ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədilə, onun cinayətkar niyyətindən məlumatsız olan həyat yoldaşı Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 sonuncunun həyat yoldaşı Şahid2 "xxxx" neft şirkətində fəhlə vəzifəsinə işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində 2022-ci ilin iyun ayında hissəhissə olmaqla, yəni xx.xx.2022-ci il tarixdə, saat 09:18-də Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanında yerləşən Rəvan marketdə quraşdırılmış “E-manat” Ödəmə terminalı vasitəsi ilə onun 5522 0993 4521 4704 hesab nömrəli bank kartına göndərdiyi 300 manat, xx.xx.2022-ci il tarixdə saat 10:52də Zərərçəkmiş şəxs1 xahişi ilə sonuncunu həyat yoldaşı Şahid2, Qusar rayon Hil kəndində yerləşən OBA marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə onun eyni hesab nömrəli bank kartına göndərdiyi 250 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Qusar rayon Hil kəndində yerləşən OBA marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə onun eyni hesab nömrəli bank kartına göndərdiyi 150 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 700 (yeddi yüz ) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakmı əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə onun cinayətkar niyyətindən məlumatsız olan həyat yoldaşı Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 "xxxx" neft şirkətinin nəzdində olan, Bakı şəhərində yerləşən uşaq bağçalarından birinə baxıcı vəzifəsinə işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində 2022-ci ilin avqust-oktyabr aylarında hissə-hissə olmaqla, yəni 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 əvəzindən Qusar rayon Hil kəndində yerləşən “Oba” marketdəki Ödəmə terminalı vasitəsi ilə onun 5522 0993 4521 4704 hesab nömrəli bank kartına göndərdiyi 350 manat, bundan təxminən 10 gün sonra Zərərçəkmiş şəxs2, Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən “Qayalı” ərzaq marketində quraşdırılan ödəmə terminalı vasitəsi ilə onun eyni hesab nömrəli bank kartına göndərdiyi 450 manat, 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 xahişi ilə sonuncunun həyat yoldaşı Şahid3 yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP Yataqxanası, otaq 3 ünvanında öz bank kartından mobil tətbiq vasitəsilə onun eyni hesab nömrəli bank kartına göndərdiyi 60 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 860 (səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, 2022-ci ilin may ayında onun həyat yoldaşı Şahid1, Elnarənin iş yoldaşı Zərərçəkmiş şəxs1 adlı qadının həyat yoldaşı Şahid2 heç bir yerdə işləmədiyini, Zərərçəkmiş şəxs1 həyat yoldaş Şahid2 işə düzəltməkdə köməklik etməsini xahiş etmişdir. O, Mayanın həyat yoldaşı Şahid2 1550 manat müqabilində "xxxx" şirkətində işə düzəldə biləcəyini demiş və həmin 1550 manat pulun 700 manatını öncədən ödənilməli olduğunu və pulu göndərməsi üçün ona məxsus debit kartının nömrəsini Zərərçəkmiş şəxs1 bildirməsini Elnarədən xahiş etmişdir. Onun həyat yoldaşı Elnarə bu barədə Zərərçəkmiş şəxs1 bildirdikdən sonra, Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid2 "xxxx" neft şirkətində fəhlə kmi işə düzəltməsi üçün onun Azərbaycan Beynəlxalq Bankına aid **********214704 hesab nömrəli debit kartına xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 250 manat pul göndərmişdir. Təxminən 7 gün sonra o, Mayanın həyat yoldaşı Şahid2 tezliklə işə çıxacağını həyat yoldaşı Elnarəyə bildirmiş və Mayanın sözügedən iş üçün verməli olduğu 150 manat pulu onun hesab kartına göndərməsini Mayaya deməsini Elnarədən xahiş etmiş, Elnarə də, öz növbəsində onun sözünü Mayaya çatdırmışdır. Elə həmin gün Maya onun debit kartına 150 manat pul göndərmişdir. O, Mayanın həyat yoldaşını işə düzəltməsi üçün Zərərçəkmiş şəxs1 ona göndərdiyi ümumilkdə 700 manat pulu hesab kartından çıxardıb nəğdiləşdirərək öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2022-ci ilin avqust ayında onun həyat yoldaşı Elnarə, Zərərçəkmiş şəxs1 bacısı Zərərçəkmiş şəxs2 heç bir yerdə işləmədiyini bildirib Laləni işə düzəltməkdə köməklik edə biləcəyini soruşduqda o, 2500 manat pul müqabilində Laləni "xxxx"ın nəzdində olan, Bakı şəhərində yerləşən uşaq bağçalarından birinə baxıcı vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Bu barədə onun həyat yoldaşı Elnarə, Zərərçəkmiş şəxs2 dedikdə Lalə 2500 manat verməyə imkanı olmadığını bildirdiyi üçün o, Lalənin pulu hissə-hissə, yəni bir qismini öncədən, bir qismini isə işə düzəldikdən sonra ödəyə biləcəyini bildirmişdir. Lalə 2022-ci ilin avqust ayının əvvəlləri 400 manat, təxminən 10 gün sonra 350 manat, bundan təxminən 10 gün sonra 50 manat pulu onun debit kartına göndərmişdir. Bir müddət sonra, yəni 2022-ci ilin oktyabr ayında o, həyat yoldaşı Elnarəyə, qısa müddət ərzində Lalənin “işi” düzələcəyini, sənədləşmə işləri üçün təcili olaraq 60 manat pul gərəkdiyini, Lalənin onun hesab kartına 60 manat göndərməsini Laləyə deməsini bildirmiş, Elnarə onun dediklərini Laləyə çatdırmış və həmin gün Lalə onun kartına 60 manat pul göndərmişdir. O, Lalənin işə düzəlmək üçün onun hesab kartına göndərdiyi ümumilkidə 860 manat pulu kartdan çıxardıb öz ehtiyacları üçün xərcləmişdir. Onun pula ehtiyacı olduğu üçün bu addımı atmış, əslində iş düzəltmək imkanı və niyyəti olmamış, zərərçəkmiş şəxslərin adatılmasından həyat yoldaşı Elnarənin xəbəri olmamışdır. Hazırda zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxslərlə barışdıqlarını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi olmadığını, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onlayn şəkildə kosmetik vasitələr satışı ilə məşğul olur, Şahid1 ilə onlayn satış fəaliyyəti göstərəkən tanış olmuşdur. 2022ci ilin may ayında o, Elnarə ilə votsap vasitəsi ilə danışarkən söhbət əsnasında həyat yoldaşının işsiz olduğunu, qazanc əldə edə bilmədiyini bildirdikdə, Elnarə həyat yoldaşı Təqsirləndirilən şəxs SOCAR neft şirkətində işlədiyini, onun həyat yoldaşı Şahid2 SOCAR-da işə düzəldə biləcəyini demişdir. Bu barədə həyat yoldaşı İmrana bildirmiş, İmran razı olmamamasına baxmayaraq o, yenidən Elnarə ilə əlaqə saxlamış və təklifi ilə razı olduğunu deyərək, Eldarın həyat yoldaşını hansı işə düzəldəcəyini, nə qədər məvacib alacağını, onun həyat yoldaşının işə düzəlməsi üçün nə qədər pul verməli olduğunu soruşduqda, Elnarə onun həyat yoldaşının dənizdə işləyəcəyini, aylıq 2000 manat maaş alacağını, həyat yoldaşının sözügedən işə düzəlməsi üçün 1550 manat verməli olduğunu bildirmişdir. Elnarə ilə onun arasında olan növbəti söhbətlər zamanı o, 1550 manat ödəməyə imkanı çatmadığını bildirdikdə, Elnarə, pulun bir hissəsini, yəni 700 manatı öncədən, qalan hissəsini-850 manatı isə İmran işə çıxdıqdan sonra ödəyə biləcəyini bildirmişdir. O, Elnarənin təklifi ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə o, Bakı şəhərində, işlədiyi kosmetik məhsulların onlayn satışı ilə məşğul olan firmanın Bakı şəhəri, Əhmədli metrostansiyasının yaxınlığında yerləşən ofisindən 300 manat məvacibini alıb, həmin ərazidə yerləşən ödəmə terminalı vasitəsi ilə, Elnarənin öncədən ona verdiyi “Azərbaycan Beynəlxalq Bank”-a aid 5522 0993 4521 4704 hesab nömrəli bank kartına göndərmişdir. Həmçinin onun xahişi ilə həyat yoldaşı İmran xx.xx.2022-ci il tarixdə Qusar rayon Hil kəndində yerləşən OBA marketdə quraşdırlmış e- Manat milli ödəmə terminalından həmin 5522 0993 4521 4704 nömrəli bank kartına 250 manat pul göndərmişdir. Təxminən 7 gün sonra, xx.xx.2022-ci il tarixdə Elnarə yenidən vatsap vasitəsi ilə onunla əlaqə saxlayaraq onun həyat yoldaşının yaxın günlərdə işə çıxacağını bildirib, razılaşmalarına uyğun olaraq verməli olduğu 150 manat pulu göndərməsini istəmişdir. Elə həmin gün, o, yaşadığı Qusar rayon Hil kəndində yerləşən OBA marketdə quraşdırılmış e-Manat milli ödəmə terminalından həmin 5522 0993 4521 4704 nömrəli bank kartına 150 pul göndərmişdir. Beləliklə, Eldarın onun həyat yoldaşını SOCAR neft şirkətində işə düzəltməsi üçün Şahid1 verdiyi hesab kartına ümumilikdə 700 manat pul göndərmişdir. Bundan başqa onun bacısı Zərərçəkmiş şəxs2 işsiz olduğu üçün o, Eldarın onun bacısı Laləni də işə düzəltməsini Elnarədən xahiş etmişdir. Elnarə, X4 Bakı şəhərində, SOCAR neft şirkətinin nəzdində olan uşaq bağçalarının birində işə düzəldə biləcəyini bildirib, bunun üçün ümumilikdə 2500 manat pul gərəkdiyini, ilkin olaraq 850 manatı, qalan hissəsini isə Lalə işə düzəldikdən sonra verə biləcəklərini bildirmişdir. Bu səbəbdən, öz aralarında danışmaları üçün o, Lalə ilə Elnarəni tanış etmişdir. Lalənin pulu olmadığı üçün ondan 350 manat borc pul istəmişdir və həmin pulu Elnarənin göndərdiyi həmin 5522 0993 4521 4704 nömrəli “Azərbaycan Beynəlxalq Bank” kartına göndərməsini xahiş etmişdir. O, 2022-ci ilin iyul ayında 350 manat pulu Qusar rayonunda yerləşən marketlərin birindəki Ödəmə terminalı vasitəsi ilə Eldarın sözügedən hesab kartına 350 manat pul göndərmişdir. Eldarın Laləni işə düəltmək üçün öncədən istədiyi pulun qalan hissəsini isə Lalə özü, təxminən 2022-ci ilin oktyabr ayınadək Eldarın sözügedən hesab kartına göndərmişdir. 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs onun həyat yoldaşı İmranı Bakı şəhərində yerləşən SOCAR neft şirkətinin inzibati binasına aparıb göstərərək, İmranın həmin yerdə işləyəcəyini bildirmişdir. Ancaq xeyli müddət keçməsinə baxmayaraq Eldar, onun həyat yoldaşı İmranı işə düzəltmədiyi üçün o, 2023-cü ilin yanvar ayında Bakı şəhər, Nizami rayonunda yerləşən "xxxx" Neft Şirkətinə getmiş və orada yaxınlaşıb Təqsirləndirilən şəxs adlı şəxsin işləyib işləmədiyini soruşduqda, Təqsirləndirilən şəxs orada işləmədiyini, belə bir adam tanımadıqlarını bildirmişlər. Bundan sonra aldadılğını başa düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 qız tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayında onun bacısı Zərərçəkmiş şəxs1, tanışı Elnarənin həyat yoldaşı Təqsirləndirilən şəxs vasitəsi ilə Mayanın həyat yoldaşı İmranı SOCAR neft şirkətində işə düzələcəyini, "xxxx"-ın Bakı şəhərində yerləşən uşaq bağçasında baxıcı işi üzrə vakansiya olduğunu, onu da orda işə düzəldə biləcəklərini və bunun üçün Təqsirləndirilən şəxs 2500 manat pul istədiyini bildirərək, əlaqə saxlaması üçün Eldarın həyat yoldaşı Elnarənin mobil telefon nömrəsini ona, onun mobil telefon nömrəsini isə Elnarəyə vermişdir. Elə həmin ərəfələrdə Şahid1 vhatsapp vasitəsi ilə onunla əlaqə saxlamış və sözügedən “iş” barədə söhbət etmişdir. Elnarə həyat yoldaşı Eldarın onu "xxxx"-ın nəzdində olan, Bakı şəhərində yerləşən uşaq bağçalarından birində baxıcı vəzifəsinə işə düzəldəcəyini və bunun müqabilində 2500 manat pul verməli olduğunu ona bildirmişdir. Lakin o, pulu olmadığını, daha aşağı qiymətə “iş”ini həll etmələrini xahiş etmişdir. Elnarə pulu hissə hissə ödəyə biləcəyini bildirmiş və ondan ilk olaraq 350 manat pul istəmişdir. Pulu olmadığı üçün o, bacısı Mayadan 350 manat borc pul istəmiş və həmin pulu Elnarənin ona göndərdiyi Təqsirləndirilən şəxs adına olan hazırda xatırlamadığı “Azərbaycan Beynəlxalq Bank”a aid kart hesabına yükləməsini xahiş etmişdir. Maya, 2022-ci ilin avqust ayında, Qusar rayon Hil kəndindən Elnarənin əri Təqsirləndirilən şəxs kartına 350 manat pul göndərmişdir. Təxminən 10 gün sonra Elnarə vhatsapp vasitəsi ilə yenidən onunla əlaqə saxlayaraq əlavə 450 manat da göndərməsini istəmişdir. Həmin gün o, Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən Qayalı ərzaq marketində quraşdırılan ödəmə terminalından Elnarənin əri Təqsirləndirilən şəxs kartına 450 manat pul göndərmişdir. Həmin vaxtlarda Elnarənin əri Təqsirləndirilən şəxs də ona səsli ismarıclar yazaraq narahat olmamasını, işə düzələcəyini demişdir. 2022-ci ilin oktyabr ayında Elnarə yenidən ona zəng edərək işə düzəlməsi ilə əlaqədar müvafiq sənədləşmə işləri üçün 60 manat pul lazım doluğunu və həmin hesab kartına göndərməsini istəmişdir. Onun xahişi ilə həyat yoldaşı Zahiddin öz bank kartından mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs kartına 60 manat pul göndərmişdir. Beləcə onu "xxxx"-ın Bakı şəhərində yerləşən uşaq bağçasında baxıcı kimi işə düzətməsi üçün Təqsirləndirilən şəxs hesab kartına ümumilkdə 860 manat pul göndərmişdir. Ancaq sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu və onun bacısı Mayanın həyat yoldaşı İmranı işə düzəltmək adı ilə onları aldadaraq pulu ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 onlayn şəkildə kosmetik vasitələr satışı ilə məşğul olarkən 2020-ci il tarixdə Şahid1 adlı qadınla tanış olmuşdur. Maya 2022-ci ilin may ayında Elnarə ilə vhatsapp vasitəsi ilə danışarkən söhbət əsnasında onun işsiz olduğunu, qazanc əldə edə bilmədiyini bildirdikdə, Elnarə həyat yoldaşı Təqsirləndirilən şəxs SOCAR neft şirkətində işlədiyini, onu da SOCAR-da işə düzəldə biləcəyini, onun həyat yoldaşına demişdir. Maya, Elnarənin təklifi barədə ona bildirdikdə o, razı olmadığını desə də, Maya təkrar Elnarə ilə əlaqə saxlayaraq Elnarənin təklifi ilə razı olduğunu deyərək Eldarın onu hansı işə düzəldəcəyini, nə qədər məvacib alacağını, onun işə düzəlməsi üçün nə qədər pul verməli olduğunu soruşduqda, Elnarə onun dənizdə işləyəcəyini, aylıq 2000 manat maaş alacağını, onun sözügedən işə düzəlməsi üçün 1550 manat verməli olduqlarını bildirmişdir. Onun həyat yoldaşı Maya 1550 manat ödəməyə imkanı çatmadığını bildirdikdə, Elnarə pulun bir hissəsini-700 manatı öncədən, qalan hissəsini-850-manatı isə o, işə çıxdıqdan sonra ödəyə biləcəklərini bildirmişdir. Bu münvalla xx.xx.2022-ci il tarixdə Maya ödəmə terminalı vasitəsi ilə, Elnarənin öncədən verdiyi “Azərbaycan Beynəlxalq Bank”-a aid 5522 0993 4521 4704 hesab nömrəli bank kartına 300 manat göndərmişdir. Həmçinin o da Mayanın istəyi ilə xx.xx.2022-ci il tarixdə Qusar rayon Hil kəndində yerləşən OBA marketdə quraşdırlmış e-Manat milli ödəmə terminalından həmin 5522 0993 4521 4704 nömrəli bank kartına 250 manat pul göndərmişdir. Həmin 250 manat pul da Mayaya məxsus olmuşdur. Təxminən 7 gün sonra, xx.xx.2022-ci il tarixdə Elnarə yenidən vhatsapp vasitəsi ilə onun həyat yoldaşı Maya ilə əlaqə saxlayaraq onun yaxın günlərdə işə çıxacağını bildirib, razılaşmalarına uyğun olaraq Mayanın verməli olduğu 150 manat pulu göndərməsini istəmişdir. Elə həmin gün Maya yaşadıqları Qusar rayon Hil kəndində yerləşən OBA marketdə quraşdırılmış e-Manat milli ödəmə terminalından həmin 5522 0993 4521 4704 nömrəli bank kartına 150 manat pul göndərmişdir. Beləliklə, onun həyat yoldaşı Maya Eldarın, onu SOCAR neft şirkətində işə düzəltməsi üçün Şahid1 verdiyi hesab kartına ümumilikdə 700 manat pul göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2022-ci ilin may ayında onun baldızı Zərərçəkmiş şəxs1, sonuncunun tanışı Elnarənin həyat yoldaşı Təqsirləndirilən şəxs vasitəsi ilə Mayanın həyat yoldaşı İmranı SOCAR neft şirkətində işə düzələcəyini, "xxxx"-ın Bakı şəhərində yerləşən uşaq bağçasında baxıcı işi üzrə vakansiya olduğunu, Eldarın onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 da orda işə düzəldə biləcəyini və bunun üçün Təqsirləndirilən şəxs 2500 manat pul istədiyini bildirmişdir. Bu səbəbdən onun həyat yoldaşı Lalə, Eldarın həyat yoldaşı Şahid1 ilə vhatsapp vasitəsi ilə danışdıqda, Elnarə həyat yoldaşı Eldarın Laləni "xxxx"-ın nəzdində olan, Bakı şəhərində yerləşən uşaq bağçalarından birində baxıcı vəzifəsinə işə düzəldəcəyini demiş və bunun müqabilində 2500 manat pul verməli olduğunu bildirmişdir. Lakin Lalə pulu olmadığını, daha aşağı qiymətə “iş”ini həll etmələrini xahiş etmişdir. Belə olan təqdirdə Elnarə Lalənin pulu hissə-hissə ödəyə biləcəyini bildirmiş və Lalədən ilk olaraq 350 manat pul istəmişdir. Lalə pulu olmadığı üçün onun baldızı Mayadan 350 manat borc pul istəmiş və həmin pulu Elnarənin Laləyə göndərdiyi Təqsirləndirilən şəxs adına olan 5522 0993 4521 4704 nömrəli “Azərbaycan Beynəlxalq Bank”a aid kart hesabına yükləməsini xahiş etmişdir. Maya 2022-ci ilin avqust ayında Qusar rayon Hil kəndindən Elnarənin əri Təqsirləndirilən şəxs kartına 350 manat pul göndərmişdir. Təxminən 10 gün sonra Elnarə vhatsap vasitəsi ilə yenidən Lalə ilə əlaqə saxlayaraq əlavə 450 manat da göndərməsini istəmişdir. Həmin gün Lalə Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən Qayalı ərzaq marketində quraşdırılan ödəmə terminalından Elnarənin əri Təqsirləndirilən şəxs 5522 0993 4521 4704 nömrəli kartına 450 manat pul göndərmişdir. Həmin vaxtlarda Elnarənin əri Təqsirləndirilən şəxs də Laləyə səsli ismarıclar yazaraq narahat olmamasını, Lalənin işə düzələcəyini demişdir. 2022-ci ilin oktyabr ayında Elnarə yenidən onun həyat yoldaşı Laləyə zəng edərək Lalənin işə düzəlməsi ilə əlaqədar müvafiq sənədləşmə işləri üçün 60 manat pul lazım doluğunu və Eldarın hesab kartına göndərməsini istəmişdir. Lalənin xahişi ilə o, öz bank kartından mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs kartına 60 manat pul göndərmişdir. Səhəri gün Lalə onun 60 manat pulunu ona qaytarmışdır. Beləcə Lalə, "xxxx"-ın Bakı şəhərində yerləşən uşaq bağçasında baxıcı kimi işə düzətməsi üçün Təqsirləndirilən şəxs hesab kartına ümumilkdə 860 manat pul göndərmişdir. Ancaq sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Laləni və onun baldızı Mayanı aldadaraq Lalənin 860 manat pulunu, Mayanın isə 700 manat pulunu alıb ələ keçirmişdir. Məhkəmə iclasında Şahid1 təqsirləndirilən şəxslə yaxın qohum olduğundan ifadə vermək hüququndan imtina etmişdir. Azərbaycan Respublikası CPM-nin 95.6.4-cü maddəsinə əsasən şahidin özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək hüququ vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” X3 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı-xx.xx.1977-ci il təvəllüdlü Şahid1, oğluxx.xx.2004-cü il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 178.2.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şahid1 barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 rüşvət verməyə təhrik etməsi heç bir istintaq sənədləri ilə təsdiq edilmədiyindən həmin xüsusat üzrə Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə cinayət təqibinin başlanılması Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-yə məxsus 15595 nömrəli, xx.xx.2024-cü il tarixli, 17535 nömrəli, xx.xx.2024-cü il tarixli, 13954 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 390 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizəni, təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-763/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 1360 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-37/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-37/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver