Məhkəmə qərarları › İş №1(060)-37/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-37/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-37/2025 16.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər X23, X17 və X18 nümayəndəsi X2 Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X12 iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs13 özünü dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərlə əlaqələri olan şəxsi kimi təqdim edərək, həmin şəxslərin vasitəsi ilə Sumqayıt şəhərində “Stansiya Sumqayıt” ərazisində yeni inşa olunmuş binadan ona müharibə veteranlığına görə mənzil veriləcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs13 05 oktyabr 2022-ci il tarixdə, Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioneer market” dükanının yanında 7000 manat nağd şəkildə, 12 oktyabr 2022-ci il tarixdə sonuncu tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioneer market” dükanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə Səlimovun “Leo Bank” kartının hesabına göndərdiyi 250 manat pulu nağdlaşdıraraq, ümumilikdə 7250 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə, zərər çəkmiş Zərərçəkmiş şəxs13 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə özünü tanışı Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan yüksək vəzifəli şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək, həmin şəxslərin vasitəsi ilə istənilən şəxsə müəyyən edilmiş təqaüd məbləğini artıra biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunun oğlu Ümüd Əsədlinin əlilliyə görə olan təqaüdünün məbləğini artıracağına dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs3 22 dekabr 2022-ci il tarixdə cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanında 3000 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 özünü Səhiyyə Nazirliyi sistemində çalışan vəzifəli şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək, həmin şəxslərin vasitəsi ilə onu Sumqayıt şəhərində yerləşən tibb müəssisələrindən birinə tibb bacısı kimi işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs2 2023-cü ilin yanvar ayının sonlarında, dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə, N.Nərimanov prospekti, 2/59 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında 4500 manat pul vəsaitini aldıqdan sonra kompyuter vasitəsi ilə «verilir Zərərçəkmiş şəxs2 ondan ötrü ki, o, 2004-cü ildə Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində tibb bacısı ixtisası üzrə əyani təhsil formasını bitirmiş və ona 5491 qeydiyyat nömrə ilə AA №126700 saylı diplom verilmişdir, yararsız vəziyyətə düşdüyü üçün yenisi ilə bərpa edilsin, 01 dekabr 2023-cü il tarixdən Zərərçəkmiş şəxs2 təqdim edilsin» məzmunlu, yuxarı hissəsində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi” K497№, 21 noyabr 2023-cü il tarixi qeyd olunan, aşağı hissəsində “X36”, “Nazir müavini İlqar Qasımov” sözləri, imzalar və möhür olan hüquq verən rəsmi sənəd hesab olunan arayışı elektrofotoqrafik çap qurğusunda (sürətçıxaran, lazer printer və s.) çap etməklə montaj edib istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlayıb həmin sənədi vədini yerinə yetirməsi görüntüsü yaratmaq üçün Zərərçəkmiş şəxs2 təqdim etməklə aldadaraq ondan aldığı 4500 manat məbləğində pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində çalışan yüksək vəzifəli şəxslərlə əlaqələri olan şəxsi kimi təqdim edərək, həmin şəxslərin vasitəsi ilə istənilən şəxsi hərbi hissələrin birində işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunu Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə müddətsiz hərbi qulluqçu kimi işə düzəldəcəyinə dair vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs3 2023-cü ilin fevral ayının əvvəllərində cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanında 3000 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 özünü Azərbaycan Respublikası Səhiyyə Nazirliyində çalışan yüksək vəzifəli şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək həmin şəxslərin vasitəsi ilə onu əvvəl çalışdığı Sumqayıt şəhəri 4 saylı xəstəxanaya tibb bacısı kimi işə bərpa edəcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verməklə aldadaraq, Zərərçəkmiş şəxs4 həmin işin görülməsi müqabilində 2023-cü ilin mart ayının ortalarında, dəqiq günü istintaqa məlum olmayan vaxtda Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Dədə Qorqud” restoranında 1500 manat, 2023-cü ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan vaxtda Sumqayıt şəhəri, 13-cü mikr, ünvan 5 ünvanında yerləşən 3 saylı Notariat ofisinin qarşısında 1500 manat pul vəsaitini aldıqdan sonra, kompyuter vasitəsi ilə “Zərərçəkmiş şəxs4 Sumqayıt Tibb Mərkəzi PHŞ-nin 4 nömrəli xəstəxanasına 16 noyabr 2023-cü il tarixdən 3 ay müddətinə əmək müqaviləsi əsasında 1,0 ştat vahidi üzrə kiçik tibb bacısı (sanitarka) vəzifəsinə işə qəbul edilsin. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq hesablansın” məzmunlu, yuxarı hissəsində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ƏMR” “487№”, “27 oktyabr 2023-cü il” qeyd olunan, «Sumqayıt Tibb mərkəzi», “X42”, “X20” ünvanlanmış və aşağı hissəsində «X36», «Nazir müavini İlqar Qasımov» sözləri, imzalar və möhür olan hüquq verən rəsmi sənəd hesab olunan əmrin surətini şırnaqlı printerdə çap etməklə montaj edib istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlayıb, həmin sənədi vədini yerinə yetirməsi görüntüsü yaratmaq üçün Zərərçəkmiş şəxs4 təqdim etməklə aldadaraq, ondan aldığı ümumilikdə 3000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 özünü Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatının məsul vəzifəli şəxsi kimi təqdim edərək ona gəlini Mahmudova Məsumə Bəxtiyar qızını Sumqayıt şəhəri ərazisində yerləşən bağçalardan birinə müəllimə işinə qəbul etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə aldadaraq Zərərçəkmiş şəxs5 həmin işin görülməsi müqabilində 10 iyul 2023-cü il tarixdə sonuncunun yaşadığı ünvan 7 ünvanında 5000 manat, 12 iyul 2023-cü il tarixdə həmin ünvanda 2000 manat, ümumilikdə 7000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 özünü dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək həmin şəxslərin vasitəsi ilə onun dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verib aldadaraq, həmin işin görülməsi müqabilində 5000 manat pul istədikdən sonra Zərərçəkmiş şəxs7 12 iyul 2023-cü il tarixdə, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Məktəbli” mağazasının qarşısnda 2500 manat, 22 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən “Babadağ” kafesində 2500 manat, ümumilikdə 5000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs9 özünü dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim edərək onu həmin şəxslərin vasitəsi ilə dövlət orqanlarında işə düzəldəcəyinə dair həqiqətə uyğun olmayan yalan məlumatlar verərək, həmin şəxslərin vasitəsi ilə Zərərçəkmiş şəxs9 Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat Rəhbəri vəzifəsinə təyin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində 08 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən “Şaurma” kafesində Zərərçəkmiş şəxs9 8900 manat pul vəsaitini aldıqdan sonra, kompyuter vasitəsi ilə “Zərərçəkmiş şəxs9 Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat rəhbəri vəzifəsinə 23 yanvar 2024-cü il tarixindən təyin edilsin. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq hesablansın.” məzmunlu, yuxarı hissəsində “Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Aparatı”, «25 dekabr 2023-cü il», “3/1 l/4- K15378-2/2023”qeyd olunan, «Sumqayıt Apellyasiya Məhkəməsinin X37” ünvanlanmış və aşağı hissəsində «Ümumi şöbənin müdiri Orxan Cəbrayılov» sözləri və imzalar olan, həmçinin “İşə qəbul olunma barədə”, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının qərarı ilə Zərərçəkmiş şəxs9 14 fevral 2024-cü il tarixindən Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat rəhbəri vəzifəsinə təyin edilsin. Əmək haqqı ştat1 cədvəlinə uyğun olaraq 2860 manat hesablansın” məzmunlu, yuxarı «hissəsində Azərbaycan Respublikası Məhkəmə-X38» sözləri «23 yanvar 2024-cü il» tarix və №1-3K-12024 nömrəsi qeyd olunan, aşağı hissəsində «Məhkəmə Hüquq Şurasının rəhbəri Kərəm Mansurov sözləri və imza olan, hüquq verən rəsmi sənədləri elektrofotoqrafik çap qurğuda (sürətçıxaran, lazer printer və s.) çap etməklə montaj edib istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlayıb həmin sənədi vədini yerinə yetirməsi görüntüsü yaratmaq üçün Zərərçəkmiş şəxs9 təqdim etməklə aldadaraq ondan aldığı 8900 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs6 özünü Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində çalışan yüksək vəzifəli şəxsin dostu kimi təqdim edərək ona qızı X6 Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan xüsusi tipli internat məktəbinə tərbiyəçi-müəllim kimi işə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, bu işin görülməsi müqabilində 2023-cü ilin avqust ayının sonlarında, dəqiq günü istintaqa məlum olmayan tarixdə ondan Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən 2 saylı “Asan Xidmət” mərkəzinin inzibati binasında 7500 manat pul vəsaitini aldıqdan sonra, kompyuter vasitəsi ilə “X5 və Təhsil Nazirliyinin Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbinə xx.xx.2023-cü il tarixdən tərbiyəçi (müəllimə) vəzifəsinə işə qəbul edilsin. Ştat cədvəlinə uyğun olaraq əmək haqqı hesablansın.” məzmunlu, yuxarı hissəsində «Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Əmri» sözləri “27 sentyabr 2023-cü il” tarix və K401 №-li, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya ünvanlanmış, aşağı hissəsində «X30» imza və möhür olan hüquq verən rəsmi sənədləri şırnaqlı printerdə çap etməklə montaj edib istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlayıb həmin sənədi vədini yerinə yetirməsi görüntüsü yaratmaq üçün Zərərçəkmiş şəxs6 təqdim etməklə aldadaraq ondan aldığı 7500 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü Bakı şəhər İcra Hakimiyyətinin İnsan Resursları şöbəsinin əməkdaşı təqdim edərək Sumqayıt şəhərində yerləşən məktəblərdən birinə müdir təyin etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək onu Sumqayıt şəhəri 28 saylı orta məktəbə direktor vəzifəsinə təyin etdirəcəyi barədə yalan vəd verib aldadaraq bu işin görülməsi üçün müqabilində Zərərçəkmiş şəxs1 28 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı notariat ofisinin binasında 15000 manat, 09 oktyabr 2023-cü il tarixdə həmin ünvanda 5000 manat, ümumilikdə 20000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs10 dövlət orqanlarında yüksək vəzifədə işləyən şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək, həmin şəxslərin vasitəsi ilə onun yaxın adamlarını dövlət orqanlarına işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək həmin şəxslərin vasitəsi ilə sonuncunun oğlu Şahid9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nəzirliynin DOST mərkəzinə şöbə müdiri vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu işin görülməsi müqabilində Zərərçəkmiş şəxs10 02 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən poliklinikanın yanında 9000 manat, 12 oktyabr 2023-cü il tarixdə ünvan 11 ünvanında yerləşən “Sumqayıt Hospital” klinikasının qarşısında 1500 manat pulunu nağd şəkildə, 20 oktyabr 2023-cü il tarixdə sonuncu tərəfindən işlədiyi ünvan 13 ünvanında yerləşən “SOCAR” şirkətinə məxsus “X11”-də, xidəməti otağında bir kart tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 4127 2093 0860 1274 nömrəli kart hesabına göndərdiyi 584 manat pulu nağdlaşdıraraq, ümumlikdə 11084 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs15 özünü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə çalışan şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək, həmin şəxslərin vasitəsi ilə onu həmin xidmətə orkestr solisti işinə qəbul etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verib aldadaraq bu işin görülməsi müqabilində, Zərərçəkmiş şəxs15 27 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 15 ünvanında yerləşən “Mərkəzi Poçt”-un yanında 5500 manat nağd şəkildə alıb, 28 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən «Səda» marketdə olan ödəmə terminalı vasitəsi ilə onun kart hesabına mədaxil edilmiş 563 manatı nağdlaşdıraraq aldıqdan sonra, kompyuter vasitəsi ilə “Zərərçəkmiş şəxs15 Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinə 01 fevral 2024-cü il tarixindən 1.0 ştat cədvəlinə uyğun olaraq Solist vəzifəsinə təyin edilsin. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 1150 manat hesablansın” məzmunlu, yuxarı hissəsində «Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti» sözləri, xx.xx.2024-cü il tarix, 1..7 № qeyd olunan, aşağı hissəsində “Dövlət sərhəd xidmətinin rəisi, general polkovnik Elçin Quliyev” sözləri və imza olan hüquq verən rəsmi sənəd hesab olunan əmrin surətini elektrofotoqrafik çap qurğuda (sürətçıxaran, lazer printer və s.) çap etməklə montaj edib istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlayıb həmin sənədi vədini yerinə yetirməsi görüntüsü yaratmaq üçün Zərərçəkmiş şəxs15 təqdim etməklə aldadaraq ondan aldığı ümumilikdə 6063 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs15 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs14 özünü Bakı şəhəri İcra hakimiyyətinin məsul vəzifəli işçisi kimi təqdim edərək müxtəlif şəxslərə əlillik dərəcəsi təyin etdirə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verib, ona sinəsində olan batığa görə əlillik dərəcəsi təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu işin görülməsi müqabilində Zərərçəkmiş şəxs14 10 noyabr 2023-ci il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “14 mərtəbəli binanın yanı” adlanan ərazidə 4000 manat nağd şəkildə, 17 noyabr 2023-cü il tarixdə sonuncu tərəfindən yaşadığı ünvan 15 ünvanda yerləşən mənzildə birkart tətbiqi vasitəsi ilə Səlimovun istifadəsində olan 4127 2093 0860 1274 nömrəli bank kartının hesabına göndərdiyi 510 manatı nağdlaşdıraraq və 20 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “14 mərtəbəli binanın yanı” adlanan ərazidə 200 manat nağd şəkildə verdiyi, ümumilikdə 4710 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə, Zərərçəkmiş şəxs14 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq özgənin xeyli miqdarda əmlakını keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs8 özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə çalışan şəxslərlə əlaqəsi olan şəxs kimi təqdim edərək, həmin şəxslərin vasitəsi ilə istənilən şəxsə təqaüd təyin etdirə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə, arvadı Tacir Cəlilovaya təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, bu işin görülməsi müqabilində Musadan xx.xx.2024-ctı il tarixdə özünün yaşadığı ünvan 16 ünvanında 8000 manat məbləğində pul vəsaitini alaraq ələ keçirməklə, Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 özünü Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə çalışan şəxslərlə əlaqəsi olan şəxs kimi təqdim edərək sonuncuya xarici dövlət ali məktəbləri tərəfindən verilmiş diplomları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınmasını təmin etdirə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumat verməklə, sonuncunun Gürüstan Respublikası Marneuli X16 tərəfindən verilmiş ali təhsil alması barədə diplomunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınmasını təmin etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu işin görülməsi müqabilində xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «Markova» Ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs11 6000 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs11 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə X19 özünü dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək həmin şəxslərin vasitəsi ilə sonuncunun oğlunu işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumat verməklə, Zərərçəkmiş şəxs16 oğlu Əli Məmmədlini Sumqayıt şəhəri Şəhər Salma və Arxitektura İdarəsinə Kompyuter mütəxəssisi işinə qəbul etdirəcəyini yalan vəd verib aldadaraq, bu işin görülməsi müqabilində Zərərçəkmiş şəxs16 11 dekabr 2023-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən avtovağzalın yanında 1500 manatı nağd şəkildə alaraq, 05 fevral 2024-cü il tarixdə sonuncu tərəfindən yaşadığı Sumqayıt şəhəri 10cu mikrorayon “Kristal ünvan 17 ünvanda bir kart tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi bank kartının hesabına göndərilmiş 400 manat, 08 fevral 2024-cü il tarixdə həmin ünvandan həmin qaydada göndərilmiş 600 manat, ümumilikdə 2500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş Firdosi Məmmədova eyni miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs12 özünü dövlət orqanlarında yüksək vəzifədə çalışan şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək, həmin şəxslərin vasitəsi ilə onu işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumlat verməklə, Zərərçəkmiş şəxs12 onu X22 sıravi rəis heyəti vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində ondan 27 mart 2024-cü il tarixdə sonuncunun qohumu X7 vasitəsi ilə Masallı rayonu, Xıdırlı kəndində yerləşən “Ocaq market” mağazasında quraşdırılmış “E manat” terminalından onun 4127 2093 0860 1274 nömrəli kart hesabına göndərdiyi 5000 manat, 28 mart 2024-cü il tarixdə digər qohumu Şahid2 vasitəsi iləMasallı rayonu, Binə Xocavar kəndində yerləşən “Sənan market” mağazasında quraşdırılmış “Milliön” terminalı vasitəsi ilə həmin kart hesabına göndərdiyi 5010 manat, 02 may 2024-cü il tarixdə özü tərəfindən Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Gövhər market” mağazasında quraşdırılmış “Mpay” terminalı vasitəsi ilə həmin kart hesabına göndərdiyi 320 manat pulu nağdlaşdıraraq, ümumilikdə 10330 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs12 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə təqsirləndirirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilədək Sumqayıt şəhər Bələdiyyəsinin üzvü, eyni zamanda YAP-nın Sumqayıt şəhər Təşkilatının baş məsləhətçisi vəzifəsində işləmiş, həmin vəzifədə çalışarkən Sumqayıtın təhsil sahəsi üzrə kuratoru olmuşdur. Lakin, sonradan işdən çıxmış və uzun müddətdir ki, işsiz olması ilə əlaqədar böyük məbləğdə borcları yaranmışdır. Bu səbəbdən hansısa yolla ailəsini dolandırmağa məcbur olub müxtəlif şəraitdə və müxtəlif şəxslər vasitəsi ilə tanış olduğu bir neçə nəfərə ayrı-ayrı vaxtlarda özünü Azərbaycan Respublikasının müxtəlif nazirliklərində rəhbər şəxslərin dostu və ya qohumu kimi təqdim edərək aldadıb həmin şəxslərə işə düzəlmək, təqaüd düzəltmək və ya hər hansı bir vəzifəyə təyin etmək üçün tanışları vasitəsi ilə köməklik etmək adı ilə aldadıb ayrı-ayrı məbləğlərdə pullar alaraq şəxsi ehtiyaclarına xərcləmişdir. Belə ki, ilk dəfə 2022-ci ilin sentyabr ayının sonlarında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs13la görüşərkən ona yalandan müharibə veteranı olmasına əsaslanaraq onun üçün 7250 manata Sumqayıt şəhəri Stansiya Sumqayıt adlanan ərazidə yeni inşa olunmuş binalardakı mənzillərdən birini alacağını demişdir. 05 oktyabr 2022-ci il tarixdə onlar Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən Pioner marketin yanında görüşərkən Mahir ona 7000 manat pul vermiş, o, həmin pulu özünün şəxsi ehtiyaclarına və bir neçə şəxsə olan borclarının bir qisminin ödənməsinə sərf etmişdir. Bundan bir həftə sonra, yenə də pula ehtiyacı olduğuna görə Mahirə zəng edib yalandan onun mənzil məsələsi artıq həll olunduğunu, sənədləşmə aparıldığını deyərək əlavə 250 manat pul istəmişdir. Mahir onun Leo bank kartına 250 manat pul köçürmüş, o, həmin pulu da nağdlaşdırıb özünün ehtiyaclarına xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs13 vurmuş oduğu ziyan məbləğini ödəmiş, qarşı tərəfin ona qarşı şikayət və tələbi qalmamış, barışmışlar. Bundan başqa Zərərçəkmiş şəxs3 onun oğlu Ümüd Əsədlinin xəstəlik müavinətini bərpa edəcəyini həmçinin özünü Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə müddətsiz hərbi qulluqçü kimi işə düzəldəcəyinə söz verərək ondan cəmi 4500 manat məbləğində pul alıb özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan Aygün aldadıldığını başa düşüb verdiyi pulları qaytarmağını tələb etməyə başlamış, o da, həmin məbləği Aygünə hissə-hissə olsa da tam olaraq qaytarmışdır. Həmçinin qeyd etmişdir ki, ittihamda Aygünün ifadəsinə əsasən ondan 6000 manat pul aldığı qeyd olunmuş və bununla razı deyil, belə ki, ona 6000 manat deyil, 4000 manat vermiş, odur ki, ona vurulan ziyanı tam ödəmişdir. Bundan başqa 2022-ci ilin noyabr-dekabr ayları ərəfəsində Zərərçəkmiş şəxs2 onların evində olarkən Sevincə yalandan demişdir ki, özününü əlaqələrindən istifadə edərək 4500 manata onu Sumqayıt şəhərində yerləşən tibb müssisələrindən birinə tibb işçisi düzəldə bilər. 2023-cü ilin yanvar ayının sonlarında Sevinc onun təklifini qəbul etmiş və 2023-cü ilin yanvar ayının sonlarında dəqiq xatırlamadığı tarixdə Sevinc “Unibank’ın Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən filialının qarşısında ona 4500 manat pul vermiş, o, Sevincə mart ayının sonlarında uzağı aprel ayının əvvəllərində işə başlayacağını vəd etmiş, həmin vaxt çatanda Sevinc işin düzəlmədiyini görüb pulunu istədikdə o, aldatmağa davam edərək kompyuter vasitəsi ilə Zərərçəkmiş şəxs2 2004-cü ildə Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində tibb bacısı ixtisası üzrə əyani təhsil formasını bitirməsi və ona 5491 qeydiyyat nömrə ilə AA №125700 saylı diplom verilməsi, yararsız vəziyyətə düşdüyü üçün yenisi ilə bərpa edilməsi 01 dekabr 2023-cü il tarixdən Zərərçəkmiş şəxs2 təqdim edilməsi» məzmunlu X31 Musayev və nazir müavini İlqar Qasımov tərəfindən imzalanmış və möhürü olan sənəd hazırlamışdır. Həmin imzaları və möhürü internet saytlarından köçürmə yolu ilə bu məktuba köçürmüş sonra çap edib Sevincə vermişdir ki, Sevinc onun verdiyi sözə əməl etməsinə daha da inansın. Lakin, sonradan Sevinc aldadıldığını anlayıb, pulunu istəmiş və o, hissə-hissə həmin puldan 3080 manat qaytarmış, 1420 manatı isə qaytara bilməmişdir. Bundan başqa qeyd edir ki, Zərərçəkmiş şəxs4 əvvəl çalışdığı Sumqayıt şəhəri 4 saylı xəstəxanaya tibb bacısı kimi işə bərpa edəcəyinə söz verməklə aldadıb ondan 2023-cü ilin mart ayının ortalarında Sumqayıt şəhərində yerləşən “Dədə Qorqud” restoranında 1500 manat, 2023-cü ilin sentyabr ayında Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən notariat ofisinin qarşısında 1500 manat almışdır. O, 1 ay ərzində Samirəni işə düzəlməsi barədə əmr alacağını vəd etmiş, ona görə də guya sözünə əməl etdiyi görünüşü yaratmaq üçün özü kompyuter vasitəsi ilə Azərbaycan respublikası Səhiyyə Nazirliyinin rekvizitləri olan blankda Sumqayıt Tibb Mərkəzi X42n direktoru Səkinə Sadıxovaya «Əliyev Samirə Akif qızının Sumqayıt Tbb məprkəzi PHŞ-nin 4 nömrəli xəstəxanasına 16 noyabr 2023-cü il tarixdən 3 ay müddətinə əmək haqqı müqaviləsi əsasında 1:0 ştat vahidi üzrə kiçik tibbi bacısı (sanitarka) işinə qəbul edilməsi və əmək haqqı ştat cədvəlinə uyğun olaraq hasablanması» barədə X36 və nazir müavini imzaları və möhürlə təsdiq olunan məktub forması hazırlayıb printer vasitəsi ilə çap edərək həmin sənədin surətini Samirəyə vermiş, hazırladığı bu saxta sənəddə imza və möhürü internet saytlarından köçürmə etmişdir. Lakin, Samirə yenə işə çağırılmadığını görüb aldadıldığını başa düşərək verdiyi pulu tələb etmiş, o, hissə-hissə Samirənin pulunun hamısını qaytarmışdır. Bundan başqa, qeyd edir ki, Zərərçəkmiş şəxs5 gəlini Məsumə Mahmudovanı Sumqayıt şəhəri ərazisində yerləşən bağçalardan birinə müəllimə kimi işə düzəldəcəyinə söz verib ondan 10 iyul 2023-cü il tarixdə yaşadığı Sumqayıt şəhəri 52-ci məhəllədə yerləşən mənzildə 5000 manat, 12 iyul 2023-cü il tarixdə həmin ünvanda 2000 manat, cəmi 7000 manat pul alaraq şəxsi ehtiyaclarına xərcləmiş, həmin məbləğdən Zərərçəkmiş şəxs5 1000 manat qaytarmaqla hal-hazırda 6000 manat borcu qalmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs7 2-ci qrup əlillik təqaüdünü bərpa edəcəyinə söz verməklə aldadıb bu məqsədlə ondan 12 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən “Məktəbli” mağazasının qarşısında 2500 manat, 22 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində yerləşən “Babadağ” kafesində 2500 manat, cəmi 5000 manat pul alaraq şəxsi ehtiyaclarına xərcləməklə hal-hazıra kimi həmin pulu ona qaytarmamışdır. Bundan başqa, 2023-cü ilin avqust ayının əvvəllərində əvvəldən tanıdığı Zərərçəkmiş şəxs9 ona iş axtardığını bildirərkən o, yalandan özünün yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə onu 10000 manata Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat Rəhbəri vəzifəsinə düzəldə biləcəyini demişdir. Şəhla razılaşaraq 08 avqust 2023-cü il tarixdə onunla birlikdə “Assesbank”-ın Sumqayıt şəhər filialına getmiş, Şəhla bankdan dəqiq bilmədiyi məbləğdə pul götürmüş, birlikdə Sumqayıt şəhəri 5-ci mikr-da yerləşən Şaurma restoranına gəlmişlər. Orada Şəhla ona 7000 manat pul vermiş və bundan artıq pulu olmadığını demişdir. O, razılaşıb pulu almış və 1 ay müddətinə işə qəbulu barədə əmr veriləcəyini vəd etmişdir. Bir aydan sonra Şəhla işə çıxmadığına görə ona zəng edərək verdiyi pulu istədikdə o, yalandan demişdir ki, narahatçılığa əsas yoxdur, əmrin verilməsi bir qədər ləngisə də, vəd etdiyi iş düzələcəkdir. Bir müddət keçdikdən sonra Şəhlanın ondan pulunu istəməməsi üçün onu yenə də aldatmaq məqsədi ilə özü komyuter vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinin aparatının şöbə müdiri tərəfindən Sumqayıt Apellyasiya məhkəməsinin sədrinə Zərərçəkmiş şəxs9 23 yanvar 2024-cü il tarixdən Sumqayıt Apellyasiya məhkəməsinin aparat rəhbəri təyin olunmasına dair məktub hazırlamış, internet saytlarında şöbə müdirinin imzasını bu məktuba köçürüb printerdə çap edərək sənədin fotoşəkilini çəkib, Vatsapt şəbəkəsi ilə Şəhlanın telefonuna göndərmiş və bir daha onu əmin etmişdir ki, guya artıq boynuna götürdüyü işi həll etmişdir. Bununla da Şəhla inanaraq xx.xx.2024-cü tarixədək gözləmişdir. Lakin, həmin tarixdə də Şəhla onu işə çağıran olmadığınə görüb verdiyi pulunu istəmiş, o, yenə yalandan işə düzəlmə məsələsinin həl olunduğunu bildirib, yaxın günlərdə əmri veriləcəyinə əmin olması üçün kompyuter vasitəsi ilə «məhkəmə hüquq şürasının rəhbəri» adından «Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının qərarı ilə Zərərçəkmiş şəxs9 Əldəddin qızının 14 fevral 2024-cü il tarixdən Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat Rəhbəri vəzifəsinə təyin olunması, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 2860 manat hesablanması barədə» əmr hazırlayıb əvvəlki kimi internet saytlarından Kərəm Mansurovun imzasını köçürüb bu əmrə yerləşdirib printer vasitəsi ilə çap etmiş və həmin sənədin kserosurətini Şəhlaya vermişdir. Şəhla bu dəfə də işə düzəlmədiyini görüb aldadıldığını başa düşmüş və ondan pulunu istəmişdir. Lakin, bu günədək imkanı olmadığına görə Şəhlanın pulunu qaytarmamışdır. Lakin elan edilmiş ittihamda Şəhlanın ifadəsinə əsasən ondan 8900 manat aldığını qəbul etmir, o, Şəhladan 7000 manat pul aldığını və hələ də qaytarmadığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 özü ümumi tanışları vasitəsi ilə onunla tanış olub və qızı İlknur Həsənzadəni Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan xüsusi tipli internat məktəbinə tərbiyəçi-müəllimə kimi işə düzəltmək istədiyini bildirmiş, o, İlknuru həmin işə dəzəldəcəyinə söz verib aldadaraq 2023-cü ilin avqust ayının sonlarında Sumqayıt şəhəri Bulvar küçəsində yerləşən 2 saylı “Asan Xidmət” mərkəzinin inzibati binasında Zərərçəkmiş şəxs6 7500 manat pul almış, bundan sonra o Səadəti verdiyi vədin doğru olmasına inandırmaq üçün, əvvəlki epizodlarda olduğu kimi, kompyuter vaitəsi ilə “İlknur Həsənzadənin Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan xüsusi tipli internat məktəbinə tərbiyəçi-müəllimə” işinə qəbul olunması barədə Elm və Təhsil Nazirinin imzası və nazirliyin möhürü ilə təsdiq olunmuş 27 sentyabr 2023-cü il tarixli əmr hazırlayıb, bu sənədin surətini çıxarıb ona vermişdir. Sonradan Səadət onu aldatdığını başa düşüb pullarını tələb etmiş və həmin məbləğin 4000 manatını qaytararaq 3500 manat borcu qalmışdır. Bundan başqa, ”Facebook” səhifəsində qiyabi olaraq tanıdığı Zərərçəkmiş şəxs1 ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul imtahanlarının müsabiqə mərhələsini keçən müəlliməllərin siyahısında olduğunu gördükdə qərara gəlmişdir ki, özünü Kəmaləyə Bakı Şəhəri İcra Hakimyətinin İnsan Resusları şöbəsinin əməkdaşı kimi təqdim edərək onu direktor təyin etmək adı ilə aldadıb, pulunu ələ keçirsin. Bu məqsədlə Kamalə Bağırovanın mobil telefonunu tapıb “Watsap” proqramı vasitəsi ilə ona zəng edərək özünü insan resusları şöbəsinin əməkdaşı kimi təqdim etmiş, 20000 manat müqabilində onu məktəb direktoru vəzifəsinə keçirə biləcəyini demiş, Kəmalə Sumqayıt şəhəri 28 saylı orta məktəbə direktor vəzifəsinə keçmək istədiyini, lakin cəmi 15000 manat pulunun olduğunu, qalan 5000 manatı borc-xərc edib direktor təyin edilməsi barədə əmr çıxandan sonra verəcəyini bildirmiş və şərt kəsmişdir ki, həmin pulu notarial qaydada borc müqaviləsi bağlamaqla verəcəkdir. O, razılaşmış və 28 sentyabr 2023-cü il tarixdə Kəmalə ilə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı notariat kantorunda kredit müqaviləsi bağladıqdan sonra oradaca 15000 manat pulu Kəmalə oğlu Abdulxalıqın iştirakı ilə ona vermişdir. Həmin pulu öz şəxsi borclarına paylamış, lakin ona yenə pul lazım olduğuna görə bir neçə gündən sonra Kəmaləyə zəng vuraraq qalan 5000 manatı verməyəcəyi halda məsələnin həllində problem yaranacağını bildirərək, 5000 manatı da təcili çatdırmasını istəmişdir. Kəmalə 9 oktyabr 2023-cü il tarixdə ona zəng vuraraq 5000 manatı düzəltdiyini, lakin hal-hazırda işləri olduğundan özü gələ bilmədiyini, pulu qohumu Şahid10lə göndərəcəyini deyərək yenə də həmin 5000 manata görə Vüqarla borc müqaviləsi bağlanmasını istəmişdir. O, razılıq vermiş və Vüqar adlı şəxslə 19 oktyabr 2023-cü il tarixdə eyni ünvanda 3 saylı notariat kontorunda görüşüb kredit müqaviləsi bağlandıqdan sonra Vüqar ona 5000 manat vermişdir. Həmin pulla da, borclarının bir qismini qaytarmışdır. O, Kəmaləyə bir ay ərzində direktor təyin olunacağına söz versə də, həmin vaxt bitdikdən sonra Kəmalə onunla tez-tez əlaqə saxlayıb işinin nə yerdə olduğunu, nədən məsələnin yubandığını soruşmuş, o isə müxtəlif bəhanələr gətirmək məcburiyyətində qalmış, nəhayət dekabr ayının ortalarında Kəmalə aldadıldığını başa düşüb 20000 manatı geri tələb etmişdir, lakin vəsaiti geri qaytara bilməmişdir. Bundan başqa 2023-cü ilin sentyabr ayının sonlarında Feysbuk sosial şəbəkəsində əvvəldən tanıdığı Zərərçəkmiş şəxs10 ilə yazışarkən ona yalan olaraq etibarlı adamını məktəb, bağça, səhiyyə, mədəniyyət, FHN-yi, hərbi və DSMF sahələrində işə qəbul etdirə biləcəyini demişdir. Cahid ali təhsilli oğlu Kazım üçün iş axtardığını dedikdə ona yalandan demişdir ki, qayınatası və yüksək vəzifədə işləyən qohumlarının və özünün əlaqəsində olan adamların vasitəsi ilə Kazımı 9000 manata Əmək və Əhalinin Sosial Müdaifə Nazirliyinin DOST mərkəzinə şöbə müdiri vəzifəsinə təyin etdirə bilər. Cahid ona inanaraq razılaşmış və 02 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən poliklinikanın yanında ona 9000 manat pul vermiş və o, demişdir ki, uzağı 45 günə Kazım vəzifəyə təyin olunacaqdır. Həmin pulu özünün ehtiyaclarına və borclarının bir qisminin ödənilməsinə sərf etmiş, 10 gündən sonra yenə pula ehtiyacı olduğuna görə Cahidə zəng edib artıq Kazımın DOST mərkəzinin kadrlar şöbəsinə 1500 manat əlavə pul verilməli olduğunu demişdir. Cahid razılaşaraq Sumqayıt şəhərində 12-ci mikrorayonda yerləşən Sumqayıt Hospitalın qarşısında ona 1500 manat pul vermiş və o, demişdir ki, 10-15 günə əmr olacaq. Həmin pulu da özünün ehtiyaclarına xərcləmişdir. 20 oktyabr 2023-cü il tarixdə yenidən Cahidə zəng edib bəzi xırda rüsumların ödənilməsi üçün 584 manat pulun verməli olduğunu və təcili kartına köçürməsini demişdir. Bir qədər sonra Cahid onun kart hesabına 584 manat pul köçürmüş, 16 yanvar 2024-cü il tarixdə Watsapt vasitəsi ilə Cahidin telefonuna Kazımın 24 yanvar 2024-cü il tarixdə saat 15:00-da Abşeron DOST mərkəzinə gəlməsi barədə xəbərdarlıq məktubunun fotoşəkilini göndərmişdir. Həmin məktub özü kompyuter vasitəsi ilə saxta hazırlamışdır. 24 yanvar 2024-cü il tarixdə Cahidə zəng edib Kazımı DOST mərkəzində qəbul etməli olan adamların işləri çıxdığına görə qəbulun təxirə salındığını demişdir. Hesab etmşdir ki, Kazım DOST mərkəzinə getsə orada çağırılmadığını öyrəndikdən sonra onun onları aldatdığını başa düşəcəkdir. Bu səbədən həmin gün Watsap vasitəsi ilə Cahidə Kazımın DOST mərkəzinə şöbə müdiri təyin olunması barədə, xx.xx.2024-cü il tarixdə Kazımın işə başlaması barədə özü kompyuter vasitəsi ilə saxta hazırladığı əmrin fotoşəklini göndərmiş və demişdir ki, bu tarixdə Kazımı işə çağıracaqlar. Sonradan Cahid göstərilən tarixdən xeyli müddət keçməsinə baxmayaraq Kazımı işə çağıran olmadığını görüb bu barədə ondan soruşmuş, eyni zamanda aldadılmasından şübhələnməyə başlayıb verdiyi pulları tələb etmişdir. Onun pulu olmadığına görə Cahidin pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş mülki iddanı qəbul etmir. Bundan başqa 2023-cü ilin noyabr ayının sonlarında Şəhla rəfiqəsi Zərərçəkmiş şəxs15 ilə birlikdə onunla Sumqayıt şəhərində görüşərkən Şəhla ondan X25 Xidmətinin orkestrına solist işinə düzlətməsini xahiş etmiş və o tanışlarının vasitəsi ilə bu məsələni 5500 manata həll edəcəyini yalan olaraq vəd etmişdir. Tahirə razılaşaraq 27 noyabr 2023-cü il tarixdə Tahirə, Şəhla və o, Sumqayıt şəhərində Mərkəzi Poçtun yanında görüşərkən Tahirə ona 5500 manat pul və özünə aid müvafiq sənədələri vermiş, 28 noyabr 2023-cü il tarixdə yenə də pula ehtiyacı olduğuna görə Tahirəyə zəng edib əlavə rüsumların ödənilməsi bəhanəsi ilə ondan 563 manat istəyərək özünün kart hesabının fotoşəklini Tahirəyə göndərdikdən sonra Tahirə onun həmin kartına 563 manat pul göndərmişdir. Tahirənin ona verdiyi 6063 manat pulun hamısını özünün ehtiyaclarına, bəzi borclarının bir qisminin ödənilməsinə xərcləmişdir. O, Tahirəyə tezliklə işə qəbul olnacağını dediyinə görə bir neçə gündən sonra Tahirə ondan işlə bağlı maraqlanmağa başlamış və o, Tahirənin şübhələnməməsi üçün kompyuter vasitəsi ilə Dövlət Sərhəd Xidməti sədrinin imzası ilə Tahirənin sərhəd xidmətinin hərbi orkestrinə solist işinə düzəlməsi barədə saxta əmir hazırlamışdır. İmzanı internet saytından götürüb yazdığı sənədə köçürmüş və printerdə çap etdikdən sonra fotoşəkilini çəkərərək həmin fotonu Tahirənin telefonuna göndərmişdir. Bir neçə gündən sonra Tahirə həmin əmrin saxta olduğunu başa düşüb verdiyi 6063 manatı tələb etməyə başlamışdır. Lakin imkanı olmadığına görə hal-hazıradək Tahirənin pulunu qaytarmamışdır. Tahirə Xudiyeva tərəfindən verilmiş mülki iddianı qəbul etmir, mülki iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Bundan başqa 2023-cü ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhərində sifariş etdiyi taksidə gedərkən sürücü-sonradan adını bildiyi Zərərçəkmiş şəxs14 ilə söhbət edərkən özünü Bakı şəhəri İcra hakimiyyətinin işçisi kimi təqdim etmiş, Əli isə döş qəfəsindəki batığa görə hərbi xidmətə yararsız hesab edildiyini ona bildirmişdir. O, Əliyə əgər istəyərsə 4000 manat müqabilində ona bu qüsuruna görə əlillik dərəcəsi təyin etdirə və bunun əsasında pensiya ala bilcəyinə dair yalan olaraq vəd etmiş, həmçinin özünün mobil nömrəsini ona verərək, ehtiyac olarsa zəng etməsinin mümkünlüyünü bildirmişdir. Bundan bir neçə gün sonra, 10 noyabr 2023-cü il tarixdə Əli atası ilə birlikdə onunla Sumqayt şəhəri “14 mərtəbəli binanın yanı” adlanan ərazidə görüşmüş və bir daha vəd etmişdir ki, uzağı dekabr ayının sonunadək Əlinin əlillik dərəcəsini təyin etdirəcəkdir. Bundan sonra, Əli ona 4000 manat pul verib ayrılmış, həmin pulu özünün ehtiyacına xərcləmişdir. 17 noyabr 2023-cü il tarixdə Əliyə zəng edib yalandan sənədləşmə aparılması adı ilə əlavə 500 manat tələlə olunduğunu deyərək həmin məbləği özünün bank kartının hesabına köçürməsini istəmişdir. Bir qədər sonra 1 kart tətbiqi vasitəsi ilə Əli onun kartına 500 manat köçürtmüş, həmin pulu da özünün ehtiyaclarına xərcləmişdir. 20 dekabr 2024-cü il tarixdə yenidən pula ehtiyacı olduğuna görə Əliyə zəng edib yalandan yenə də sənədləşmə üçün 200 manat verməli olduğunu bildirmiş, Əli onunla 14 mərtəbəli binanın yanı adlanan ərazidə görüşüb ona 200 manat vermişdir. Lakin sonradan Əli onun tərəfindən aldadıldığını və verdiyi vədə əməl etmədiyini görüb dəfələrlə zəng edib pulunu tələb etmiş, hər dəfə Əliyə müxtəlif bəhanələr gətirib gözləməsini söyləsə də, sonradan ondan yayınıb zənglərinə cavab verməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs8 arvadı X14 təqaüd düzəldəcəyini söz verərək aldadıb, ondan 03 yanvar 2024-cü il tarixdə yaşadığı ünvan 18 ünvanında 8000 manat pulu alaraq şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazıra kimi Musaya hər hansı məbləğdə pul qaytarmamışdır. Bundan başqa, 2023-cü ilin sonlarında Zərərçəkmiş şəxs9 bacısı Zərərçəkmiş şəxs11 ona Gürüstan Respublikasında Universitetdə ali təhsil almağı barədə diplomunun Elm və Təhsil Nazirliyi tərəfindən tanınmasına köməklik etməsini xahiş etmiş və o, bu işi yaxın adamlarının vaitəsi ilə 6000 manata həl edəcəyini yalandan vəd etmişdir. Belə ki, xx.xx.2024cü il tarixdə Şəfəqlə Sumqayıt şəhərində bazarın yaxınlığında yerləşən “Markova” Ticarət mərkəzinin qarşısında görüşmüş, Şəfəq ona 6000 manat pulu, diplomunu, qiymət cədvəlini vermişdir. Həmin vaxt 6000 manat pul almağını kağıza yazaraq həmin vərəqi Şəfəqə verib demişdir ki, təxminən 1 ay ərzində diplomunun tanınmasının təsdiqinə dair sənədi ona verəcəkdir. Lakin sonradan Şəfəq üçün bir iş görməmiş və aldığı pulları özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Şəfəq aldadıldığını başa düşüb verdiyi pulları istəsə də, imkanı olmadığına görə onun pulunu qaytarmamışdır. Bundan başqa, 2023-cü ilin dekabr ayının əvvəllərində ümumi tanışlarının vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs16 ona oğlu Əlinin hazırda Türkiyə Respublikasında robortmühəndisliyi ixtisası üzrə ali təhsil aldığını və oğlunu Sumqayıtda ixtisasına uyğun bir işə qəbul etdirmək istədiyini bildirmiş, o, Firdovsiyə yalandan 2500 manata Əlini Sumqayıt Şəhərsalma və Arxitektura idarəsinə kompyuterlə bağlı olan işə düzəldəcəyini vəd etmişdir. Firdovsi ona inanaraq razılaşmış və 11 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhər avtovağzalının yanında ona 1500 manat nağd şəkildə pul verib qalan 1000 manatı iş düzələndən sonra verəcəyini demişdir. O, 1500 manat pulu borc alması və 1 ay müddətində qaytaracağı barədə Firdovsiyə yazılı qəbz vermiş və eyni zamanda bildirmişdir ki, bir ay ərzində Əli artıq işə qəbul edilib işə başlayacaq. Bir aydan sonra Firdovsi işdən bir xəbər çıxmadığını görüb ona zənglər edib Əlinin işi bağlı maraqlandıqda o, müxtəlif bəhanələr gətirib yaxın günlərdə Əlinin işə qəbulu barədə əmr veriləcəyini demişdir. 2024-cü ilin fevral ayının əvvəllərində pula ehtiyacı olduğuna görə yenidən Firdovsiyə zəng edib artıq məsələ həll olunma üzrə olduğunu, qalan 1000 manatı çatdırmalı olduğunu demişdir. Firdovsi onun bank kartına 05 fevral 2024-cü il tarixdə 400, 08 fevral 2024-cü il tarixdə isə 600 manat köçürtmüş, lakin vaxt çatanda Firdovsi ondan nəticə və ya verdiyi pulları istəsə də, o, bəhanələr gətirmiş, lakin sonradan zənglərə cavab verməmişdir. Bundan başqa 2023-cü ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs12 ümumi tanışları Rəfailin vasitəsi ilə onunla tanış olaraq onu DİO-da polis nəfəri vəzifəsinə düzəltməyini xahiş etdikdə o, yalandan bu işi 10500 manata düzəldəcəyini bildirmiş, İslam razılaşıb ona bu işlə məşğul olmasını deyərək, bankdan kredit götürüb istədiyi məbləği verəcəyini bildirmişdir. Belə ki, 2024-cü ilin mart ayının axırlarında İslama zəng edərək onun işi ilə bağlı təcili olaraq pulu vermək lazım olduğunu demiş, bir qədər sonra İslam ona zəngə edərək hələlik bankdan pul götürə bilmədiyini, amma qohumunun ona hazırda 5000 manat borc pul verə biləcəyini bildirmişdir. O, işin əvvəli üçün bu qədər bəs edəcəyini deyib özünün kart nömrəsini İslama verib, pulu həmin kart hesabına köçürməsini tapşırmışdır. Az sonra onun kartına 5000 manat köçürülmüşdür. Ertəsi gün yenidən İslama zəng edib təcili olaraq 5000 manat istəyərək əks halda işinin alınmayacağını söyləmişdir. Bir qədər sonra İslam onun həmin kartına daha 5000 manat köçürtmüşdür. 02 may 2024-cü il tarixdə yenidən İslama zəng edərək artıq bütün işlərin həll olunduğunu, tibbi komissiyadan keçib həkim rəyi alınması üçün əlavə 320 manat pul lazım olduğunu demiş və İslam həmin məbləğdə pulu həmin tarixdə onun eyni kart hesabına köçürtmüşdür. O, İslamdan aldığı pulları da digərləri kimi, borclarının bir qisminin ödənilməsinə və digər şəxsi ehtiyaclarına xərcləmiş, İslama isə söz vermişdir ki, may ayının sonunadək işə çıxacaqdır. Lakin, pulları alandan sonra İslamın zənglərinə cavab verməmişdir.Təqsirləndirilən şəxs qeyd edilən cinayətləri tək törətdiyini, kənar şəxslərin onun bu niyyətindən xəbərlərinin olmadığını və heç kimə pul vermədiyini göstərmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərəçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 30 illik pedaqoji staja malik olmaqla, 1993-cü ildən Sumqayıt şəhəri 23 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. 2023-cü ilin aprel ayında ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə qəbul imtahanlarında iştirak edib yüksək bal toplayaraq, müsabiqə mərhələsinə buraxılmış və 2023-cü ilin sentyabr ayında müsabiqə mərhələsindən də keçdikdən sonra ona imtahan nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. Həmin müsabiqədən iki gün sonra yəni 21 sentyabr 2023-cü il tarixdə onun mobil nömrəsinə ***-***-**-** nömrəsində zəng qəbul edilmiş və zəng edən şəxs adının Təqsirləndirilən şəxs olduğunu, Bakı şəhər İcra Hakimiyyətinin İnsan Resursları şöbəsinin əməkdaşı olduğunu, onun ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə qəbul imtahanlarının 4-cü mərhələsindən keçməməsi barədə məlumatının olduğunu, lakin hər hansı bir pul vəsaiti ödənilmədən kimsənin onu direktor təyin etməyəciyini, bu işdə ona köməklik edə biləcəyini bildirmişdir. O, Elbrusdan barəsində məlumatları haradan əldə etdiyini və mobil telefon nömrəsini kimdən götürdüyünü soruşduqda Elbrus ona işi ilə əlaqədar bütün məlumatların onda toplandığını bildirmişdir. O, direktor vəzifəsinə hansı yolla qəbul ola biləcəyini soruşduqda Elbbus 20000 manat müqabilində onu Sumqayıt şəhəri 28 saylı orta məktəbə direktor vəzifəsinə təyin etdirə biləcəyini söyləmişdir. O, bu məbləğin çox olduğunu, fikirləşib ona bir cavab verəcəyini bildirmiş, evində oğlu Abdulxalıqla məsləhətləşərkən sonuncu bu fürsəti əldən verməyib, özünün müalicəsi üçün toplanan 15000 manatı verib vəzifəyə təyin olunmasını məsləhət görmüşdür. Bu səbəbədən 3-4 gün sonra Elbrusa zəng vurub bu iş üçün yalnız 15000 manat pul vəsaiti verə biləcəyini, başqa hər hansı bir məbləğdə pulu olmadığını bildirmiş, Elbrus İlkin mərhələ üçün 15.000 manatın kifayət edəcəyini, lakin təyinat olduqdan sonra qalan 5000 manatın da verilməli olduğunu söylədikdə o, razılaşmış və pul verməsini sübut etmək üçün notarial qaydada borc müqaviləsi bağlamağı təklif etmişdir. Elbrus təklifi qəbul etmiş və 28 sentyabr 2023-cü il tarixdə o, oğlu Abduxaliqlə birlikdə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı notariat ofisinə gedib orada Elbrusa 15.000 manat pulu vermiş və daha sonra birlikdə notariat ofisinə gedib onun Elbrusa 1 ay müddətinə 15000 manat borc pul verməyi barədə kredit müqaviləsi bağlamışlar. Elbrus pulu aldıqdan sonra uzağı bir ay ərzində onun direktor təyin edilməyi barədə əmrin olacağını bildirmişdir. Bundan bir neçə gün sonra, yəni təxminən 2023-cü ilin oktyabr ayının əvvəllərində Elbrus ona Watsap vasitəsi ilə yazaraq qalan 5000 manat verilmədən işin düzəlmədiyini bildirmişdir. O, məcbur olub yaxın adamlarından borc alaraq 5000 manatı toplamış, Elbrusa pulu düzəltdiyini, lakin onunla notariusa getməyə vaxtının olmadığını, bu səbəbdən pulu başqa yaxın adamı ilə göndərəcəyini deyərkən Elbrus heç bir problemin olmadığını bildirmişdir. Beləliklə, 09 oktyabr 2023-cü il tarixdə qardaşının yaxın dostu olan Şahid10 Mirbağı oğlu ondan 5000 manatı alıb 3 saylı notariat kontoruna gedərək orada pulu Elbrusa vermiş və öz adından Elbrusla notarial qaydada kredit müqaviləsi bağlamışdır. 2023cü ilin əvvəllərində Elbrusun söz verdiyi vaxt bitdikdə ondan əmrinin niyə görə gecikdiyini soruşduqda Elbrus arada bayram günlərinin olması ilə əlaqədar işlərin bir qədər yubandığını, bir neçə günə məsələnin həll olunacağını bildirmişdir. Daha bir neçə gün sonra 28 saylı orta məktəbə müvəqqəti direktor təyin edildiyini eşitmiş bundan sonra Elbrusdan şübhələnməyə başlayaraq və o, Vüqarla birlikdə Sumqayıt şəhəri “Kimyaçılar” sarayının qarşısına gedib orada Elbrusla görüşmüş və 28 saylı orta məktəbə başqa şəxsin direktor təyin oldunduğunu bildirərək vermiş olduğu pulu geri tələb etmişdir. Elbrus həmin təyinatın müvəqqəti olduğunu, artıq onun işlərinin tam hazır olduğunu və bir neçə gündən sonra direktor kimi əmrini verəcəyini bildirib daha bir neçə gün gözləməsini istəmişdir. O, çarəsiz qalıb bir neçə gün də gözləmiş və nəhayət aldadıldığını başa düşüb Elbrusdan verdiyi pulu geri tələb etməyə başlamışdır. Elbrus işin alınmadığını etiraf edib pulun qaytarılması üçün dekabr ayının ortalarına kimi, daha sonra isə sonuna kimi vaxt istəmişdir. Lakin həmin müddətdə də müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Hazırda Elbrus ondan almış olduğu pulu geri qaytarmamış, bu səbədən Elbrusdan şikayətçidir. Elbrusa ən ağır cəza verilməsini, vurmuş olduğu ziyanın geri qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirmişdir ki, övladı X13 2023-cü ilin iyul ayında BDU-nin filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmiş, bununla əlaqədar onun Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan xüsusi tipli internat məktəbinə tərbiyəçi-müəllim kimi işə düzəltmək istəmişdir. Lakin İlknurun təhsili pedaqoji olmadığından bu mümkünsüz olmuşdur. Təxminən 2023-cü ilin avqust ayının sonlarında iş yoldaşı Südabə müəllimə ilə söhbət edərkən qızının işə düzəlməsi barədə danışdıqda sonuncu tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin ona kömək edə biləcəyini bildirdikdə, Südabədən onu Elbrusla tanış etməsini xahiş etmişdir. Elə həmin gün o, Südabə ilə birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Araz market” mağazası ilə üzbəüz yerləşən kafedə Elbrusla görüşmüş və Elbrusa qızının Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan xüsusi tipli internat məktəbinə tərbiyəçi müəllim kimi işə düzəltmək istədiyini, lakin qızının pedaqoji təhsilinin olmadığını bildirmişdir. Elbrus ona təhsil nazirinin müavininin onun dostu olduğunu, 7500 manat müqabilində onun qızını 1 ay ərzində həmin işə düzəldə biləcəyini demiş, o, razılıq vermiş və həmin məbləğdə pulun verilməsinini təsdiqi üçün notarial qaydada borc müqaviləsi bağlamağı təklif edərək, həmin gün bir neçə saat sonra onlar Sumqayıt şəhər bulvarında yerləşən “Asan Xidmət-2” mərkəzində görüşüb notarial qaydada borc müqaviləsi bağladıqdan sonra 7500 manat pulu Elbrusa vermişdir. Elbrus uzağı 2023-cü ilin sentyabr ayının axırı, oktyabr ayının əvvəllərində İlknurun işə başlayacağını bildirmişdir. Lakin Elbrusun söz verdiyi vaxt çatdıqda qızının işinin alınmadığını görüb ondan işin yubanma səbəbini soruşmuş, Elbrus kiçik problemlərin çıxdığını, bu səbəbdən də İlknurun əmrinin yubandığını bildirmişdir. Lakin, vaxt keçdikcə Elbrusun onu aldadaraq pulunu ələ keçirdiyini anlamış, verdiyi pulu geri tələb etmişdir. Elbrus pulu qaytarmaq üçün vaxt istəmiş və noyabr ayının sonlarınadək ona 4000 manat qaytarsa da, qalan pulu qaytarmamış, Elbrusun ona 3500 manat borcu qalmışdır. Elbrusdan şikayətçidir, ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dinidrilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. O, 1 illik tibb kursu bitirmiş və qeyri rəsmi olaraq müxtəlif şəxslərin evlərinə gedib sistem qoşub, iynə vurmuşdur. O, dəfələrlə Elbrusun evində olub onun ailə üzvlərinə qeyd etdiyi formada tibbi yardım göstərmiş və bu münvalla yaxın münasibətləri yaranmışdır. Təxminən 2022-ci ilin noyabr-dekab aylarında növbəti dəfə Elbrusun evində olarkən Elbrus ona Səhiyyə Nazirliyi sistemindəki əlaqələrindən istifadə edib onu xəstəxanalardan birinə tibb bacısı kimi işə düzəldə biləcəyini təklif edib bunun üçün ondan 4500 manat pul istəmiş, o, razılıq verərək 2023-cü ilin yanvar ayının sonlarında iki bankdan kredit götürərək 4500 manat pulu toplayıb Elbrusa bu barədə məlumat vermişdir. Bu ərəfədə Elbrus onun tanışı Zərərçəkmiş şəxs3 onu hərbiçi işinə düzəldəcəyini vəd eldib 6000 manat pulunu almışdır. Bu səbəbdən təxminən 2023-cü ilin yanvar ayının sonlarında o, Aygünlə birlikdə Elbrusla Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında görüşərək Elbrusa 4500 manat pulu Aygünün iştirakı ilə vermişdir. Elbrus pulu alıb 2023-cü ilin mart ayı ərzində, uzağı aprel ayının əvvəllərində xəstəxanalardan birində rəsmi qaydada işə başlayacağını bildirmiş, həmçinin Aygünə də tezliklə iş məsələsinin həll olunacağını bildirmişdir. Bundan sonra, o, işə çağıralacığını gözləmiş, vəd edilən vaxtda heç bir işə dəvət olunmadığını görüb Elbrusla əlaqə saxlayaraq işin niyə yubandığını soruşmuşdur. Elbrus bəzi sənədləşmə problemlərinin yarandığını, tezliklə tibb bacısı kimi işə qəbul olunması barədə əmr veriləcəyini bildirmişdir. Lakin, bir neçə ay keçdikdən sonra hər hansı bir irəliləyişin olmadığını görüb Elbrusun onu aldatdığını başa düşərək verdiyi pulu geri tələb etmişdir. Bundan sonra, Elbrus 2023-cü ilin oktyabr ayına kimi 2500 manatı qaytarmış, lakin sonradan ödənişdən yayınmışdır. Hazırda, Elbrus ondan aldığı 4500 manata pulun 2500 manatın qaytarmış 3000 manatını qaytarmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, cəzalanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin fevral ayının axırları, mart ayının əvvəllərindən rəfiqəsi Sevinc vasitəsi ilə tanımışdır. Belə ki, Sevinc Elbrusun yüksək vəzifəli şəxslərlə əlaqəsi olduğunu, hər yerdə sözünün keçdiyini bildirmişdir. 2023-cü ilin mart ayında o, Elbrusa əvvəl kiçik tibb bacısı kimi çalışdığı Sumqayıt şəhəri 4 saylı xəstənaya yenidən işə düzəlmək istədiyini bildirmiş və Elbrus 4500 manat müqabilində onu həmin xəstəxanaya əvvəlki işinə bərpa etdirəcəyini vəd etmişdir. O, Elbrusa bu məbləğdə pulu olmadığını bildirdikdə Elbrus hələlik 1500 manat və sənədləri verməsini istəyərkən sonrasını müzakirə edəcəklərini bildirmişdir. Təxminən 2023-cü ilin mart ayının ortalarında Elbrusla Sumqayıt şəhəri “Dədə Qorqud” restoranında görüşərək ona 1500 manat pulu və özünə aid sənədləri vermiş, Elbrus pul və vəsənədləri götürərək 1 ay ərzində işə qəbul olunması barədə əmrin çıxacağını bildirmişdir. Lakin, aylar keçsə də işi düzəlmədiyini görüb Elbrusdan bu barədə soruşmuş, sonuncu 1500 manatla iş düzəlmədiyini heç olmasa 3000 manat olsa məsələni tezliklə həll edəcəyini söyləmişdir. Beləliklə də, o, 2023-cü sentyabr ayında Elbrusla Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən notarial kontorunun qarşısında Elbrusa əlavə 1500 manat verərək, notarial kontorda guya kredit müqaviləsi bağlamışlar. Elbrus yenə 1 ay ərzində işinin həll olunacağını bildirsə də, lakin yenə vaxt keçdikcə işə qəbul olunması barədə heç bir xəbər çıxmadığını görüb Elbrusun onu aldatdığını başa düşmüş və verdiyi pulu geri tələb etmişdir. Elbrus ondan aldığı cəmi 3000 manat pulu şəxsi ehtiyaclarına xərclədiyini etiraf edərək tezliklə pulu qaytaracağını bildirmişdir. 2023-cü ilin dekabr ayında ona 1500 manat qaytarmış qalan 1500 manatı qaytaracağını bildirsə də, qaytarmamışdır. Qalıq 1500 manat vəsaitin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 göstərmişdir ki, 2-ci qrup əlildir, bununla əlaqədar 340 manat təqaüd alır, həmin pul isə ailəsini dolandırmağa kifayət etmir. Həyat yoldaşı Tacirə Cəlilova 1966-cı il təvəllüdlü olduğundan ona yaşa görə təqaüd düşmədiyi üçün, ona da təqaüd düzəltmək qərarına gəlmiş və bu barədə tanışı Şahid4lə söhbət edərkən sonuncu Təqsirləndirilən şəxs adlı şəxsi tanıdığını, həmin şəxsin yüksək vəzifəli şəxslərlə əlaqəsi olmasını, ona bu işdə köməklik edə biləcəyini söyləmişdir. Onun xahişi ilə 02 yanvar 2024-cü il tarixdə Məhərrəm onu Elbrusla Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Şaurma” kafesində görüşdürmüş, həmin vaxt o, həyat yoldaşına təqaüd düzəltmək istədiyini bildirmiş, Elbrus özünü Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifə tutan tanışlarının olduğunu, onların əli ilə onun arvadının vaxtından əvvəl təqaüd almasına köməklik edəcəyini, lakin bunun üçün 8000 manat pul vermək lazım olduğunu bildirmişdir. O, Elbrusa inanmış və qohumlarından borc edib 8000 manat pul toplayaraq ertəsi gün yəni 03 yanvar 2024-cü il tarixdə yeznəsi Şahid8 və Məhərrəmlə birlikdə Elbrusun yaşadığı Sumqayıt şəhəri “Bağça şəhər” Y\M-də yerləşən evinə gedib 8000 manat pulu Elbrusa vermişdir. Nicat onun pulu Elbrusa verməsi prosesini telefonunun fotokamerası vasitəsi ilə çəkmişdir. Elbrus pulu aldıqdan bir ay sonra, yəni 2024cü ilin fevral ayının 5-dək arvadının təqaüd məsələsinin həll olunacağını və ayda 400 manat təqaüd alacağını bildirmişdir. O, inanaraq həyat yoldaşının təqaüd alacağı günü gözləmiş, lakin deyilən vaxt çatdıqda hər hansı bir təqaüd məsələsinin həll olunmadığını görüb başa düşmüşdür ki, Elbrus onu aldatmışdır. Bu səbəbdən Elbrusdan verdiyi 8000 manat pulu geri tələb etmiş, Elbrus həmin puldan 2500 manatını Məhərrəmə qaytardığını, qalan 5500 manat pulu tezliklə qaytaracağını bildirsə də, hal-hazıra kimi pulunu qaytarmamışdır. Elbrusdan şikayətçidir, vurulmuş ziyanın geri ödənilməsini tələb edir. Məhkəmə iclasında məhkəməyə ünvanladığı teleqrama uyğun olaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımış, vaxtaşırı Feysbuk sosial şəbəkəsində əlaqə saxlamışlar. Belə ki, 2023-cü ilin avqust ayında Elbrusla sosial şəbkədə yazışarkən özünə iş axtardığını dedikdə Elbrus onu işə düzəldə biləcəyini söyləmiş və onlar bu məsələ ilə bağlı Sumqayıt şəhərində 5-ci mikrorayon ərazisində yerləşən Şaurma restoranında görüşdükdə Elbrus «Paşayevlər» ailəsinə məxsus daş karxanasının işlərini görən qohumunun vasitəsi ilə onu Sumqayıt Apellyasiya məhkəməsinin aparat rəhbəri vəzəifəsinə düzəldəcəyini vəd edərək bunun üçün 10000 manat pul verməli olacağını bildirmişdir. O, 08 avqust 2023-cü il tarixdə «Accesbank” ASC-ın Sumqayıt şəhər filialından 8900 manat kredit götürüb yenidən “Şaurma” restoranına gəlmiş, orada həmin pulu Elbrusa vermişdir. Qalan pulu işə çıxandan sonra verəcəyinə söz vermişdir. Həmin vaxt Elbrus ona sentyabr ayının 10-da Sumqayıt Apellyasiya məhkəməsinin aparat rəhbəri vəzifəsinə təyin olunacağını bidirmiş, lakin deyilən vaxtda onu işə çağıran olmamışdır. O, Elbrusa zəng edib pulu qaytarmasını tələb etmiş, Elbrus and içərək tezliklə işin düzələcəyinə bir daha söz vermişdir. Bir müddət keçmiş, dekabr ayında Elbrus ona 23 yanvar 2024-cü il tarixdə onun Sumqayıt Apellyasiya məhkəməsinin aparat rəhbəri vəzifəsinə təyin olunmağına dair həmin məhkəmənin sədrinə ünvanlanmış məktub vermiş, o, məktubu ailə üzvülərinə və yaxınlarına göstərmişdir. Lakin 23 yanvar 2024-cü il tarixdə onu işə çağıran olmadığını görüb, aldadıldığını anlamış, bu səbəbdən Elbrusla mübahisə edərək pulunu qaytarmasını tələb etmişdir. Bir neçə gündən sonra Elbrus ona Məhkəmə Hüquq Şurasının rəhbəri tərəfindən imzalanmış “14 fevral 2024-cü il tarixdən Sumqayıt Apellyasiya Məhkəməsinin aparat rəhbəri vəzifəsinə təyin olunmağı və 2800 manat əmək haqqı hesablanması” barədə məktub vermişdir. Lakin yenə də, onu işə çağıran olmadığını görüm qəti şəkildə aldadıldığını anlamışdır. İndiyədək ona vurulmuş ziyan qaytarılmamış, bu səbəbdən vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən bacısı Zərərçəkmiş şəxs9 vasitəsi ilə tanımış, aralarında heç bir ədavət olmamışdır. 2023-cü ilin avqust ayında Elbrus Şəhlanı Sumqayıt Apellyasiya məhkəməsinə “Aparat rəhbəri” vəzifəsinə təyin etdirəcəyini vəd edib pul alaraq Şəhlanın deyilən vəzifəyə təyin olunması barədə sənədlər vermişdir. Həmin sənəddə göstərilmişdi ki, 2024-cü ilin yanvar ayının 23-dən Şəhla işə çıxacaqdır. Həm buna, həm də əvvəlki tanışlıqlarına görə onun da Elbrusa inamı yaranmış, buna görə Elbrusla görüşüb ona X1 ali təhsil alması barədə diplomunun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınmasına köməklik etməsini istəmişdir. Elbrus bu işi 6000 manata həll edəcəyinə söz vermiş, o, inanaraq xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində bazarın yaxınlığında yerləşən “Markova” Ticarət mərkəzinin qarşısında Elbrusa 6000 manat pulu, diplomunu, qiymət cədvəlini vermiş, Elbrus da, ondan pul almasını kağıza yazaraq həmin vərəqi ona verərək demişdir ki, bu işi təxminən 1 ay ərzində görüb qurtaracaq və onun diplomunun tanınmasının təsdiq edilməsi barədə sənədi verəcəkdir. Lakin, bu günədək, Elbrus müxtəlif bəhanələr gətirib onu aldatmış, nə diplomunu təsdiq etdirmiş, nə də verdiyi pulu qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində bildirmişdir ki, orta ixtisaslı müsiqi müəlliməsi və müğənnidir. 2023-cü ilin payız aylarında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin orkestrinə solist müğəni işinə düzəlmək istədiyini rəfiqəsi Zərərçəkmiş şəxs9 bildirdikdə, Şəhla özünü Elbrus adlı tanışının 8900 manata Sumqayıt Apellyasiya məhkəməsinə aparat rəhbəri vəzifəsinə düzəltdiyini, həmin adamın əlaqələrinin çox olmasını bildirmiş və artıq həmin işə düzəlməsi barədə Elbirsun ona verdiyi məktubu göstərmişdir. Bu onda inam yaratmış, Elbrusun onun da işini düzəltməsi üçün Şəhladan bununla bağlı Elbrusa müraciət etməsini xahiş etmişdir. Şəhla onun yanında Elbrusa zəng edib onun solist işinə düzələməsinə köməklik etməsini xahiş etmiş, Elbrus onu həmin işə 5500 manata düzəldə biləcəyini bildirmişdir. O, razılaşıb 27 noyabr 2023-cü il tarixdə Şəhla ilə birlikdə Sumqayıt şəhərində Mərkəzi Poçtun yanına gəlib Elbrusla görüşmüş, sonuncuya 5500 manat pulu və özünə aid müvafiq sənədələri vermişdir. 28 noyabr 2023-cü il tarixdə Elbrus zəng edərək 563 manat əlavə rüsum ödənilməsi üçün pul istəmiş və o, Sumqayıt şəhərində 17-ci mikrorayonun ərazisində yerləşən “Səda” marketdə olan ödəmə terminalı vasitəsi ilə Elbrusun kart hesabına 563 manat pul mədaxil etmişdir. Elbrus ona tezliklə işə qəbul olunmasına dair əmr olacağını desə də, bir neçə gündən sonra ondan bu barədə maraqlandıqda, Elbrus ona Watsap vasitəsi ilə onun DSX-nin orkestrinə solist kimi işə qəbul olunmağı barədə əmrin fotoşəklini göndərmişdir. Sonradan o, bu əmrin saxta olduğunu öyrənmiş və aldadıldığını başa düşərək Elbrusa və onun həyat yoldaşına dəfələrlə zəng edib verdiyi 6063 manat pulu qaytarmasını tələb etmişdir. Elbrus hər dəfə pulu qaytaracağını yalan deyərək onu süründürdüyünə görə ondan şikayət etmişdir. Elbrusdan şikayətçidir, məhkəmədən Elbrusa ən ağır cəza verilməsini, mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində növbəti dəfə Elbrus ona demişdir ki, Sumqayıt şəhərində Stansiya Sumqayıt ərazisində yeni inşa olnmuş mənzillər satış çıxarılır, onun müharibə veteranlığı güzəştinə görə birdəfəlik 7250 manat pul ödəyərsə həmin mənzillərdən birini onun üçün ala bilər. O, münasibətlərinin yaxınlığına əsasən bu sözlərə inanaraq 2022-ci ilin oktyabr ayının 5-də Sumqayıt şəhəri 45-ci məhəllədə Pioner marketin yanında Elbrusa nağd şəkildə 7000 manat pul vermiş, 12 oktyabr 2022-ci il tarixdə Elbrus ona zəng edib, artıq mənzil məsələsi həll olunduğunu deyərək sənədləşmə üçün əlavə 250 manat pul lazım olduğunu bildirib həmin pulu kartına atmasını istəmişdir. O da, həmin tarixdə Sumqayıt şəhəri 45-ci məhəllədə Pioner marketində yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə Elburusun “Leo bank” kartına 250 manat mədaxil etmişdir. Elbrus noyabr ayının 8-də Zəfər Bayramı günü mənzillər paylananda onun mənzilinin təhvil veriləcəyini demiş olsa da, həmin tarix çatmış, lakin onu mənzil verilməmişdir Bundan sona Elbrus onu aldadıb pulunu ələ keçirdiyini başa düşmüşdür. Elbrusdan pulunu tələb etmiş, hazırki dövrədək Elbrus və ailə üzvüləri hissə-hissə onun pulunu tam ödəmişdir. Hazırda Elbrusa qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2-ci qrup 1-ci Qarabağ müharibəsi əlili olaraq 2022-ci ilin sentyabr ayınadək 850 manat pensiya almış, sonradan pensiyasının verilməsi Əmək və Əhalinin Sosial Müdafə Nazirliyi tərəfindən dayandırılmış, buna baxmayaraq heç yerə müraciət etməmişdir. 2023-cü ilin iyul ayın əvvəllərində qonşusu Elburusla söhbət əsnasında pensiyasının dayandırıldığını dedikdə Elburus yaxın tanışı Elburus Səlimovun yuxarı vəzifədə yaxşı adamlarının olduğunu, onun vasitəsi ilə pensiyasını bərpa etdirə biləcəyini demiş və o, inanaraq həmin şəxslə görüşməyə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə qonşusu Elburus tanışı Elburus Səlimovla birlikdə işlətdiyi Sumqayıt şəhər 50-ci məhəllə ərazisində yerləşən “Babadağ” kafesinə gəlmiş, üçü bir masa arxasında oturub çay içib söhbət edərkən Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra X40 Azərbaycan partiyasında işlədiyini, Sosial Müdafiə Nazirliyində yuxarı vəzifədə tanışlarının vasitəsi ilə onun əlilliyini bərpa edə biləcəyini deyərək bunun üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Söhbət əsnasında qonşusu Elburus orada Elburus Səlimovun bir necə adamın əlilliyini bərpa etdirdiyini, bəzi insanları işə düzəltdiyini dediyinə görə o, Elburus Səlimova inanmış və ona özünə məxsus şəxsiyyət vəsiqəsinin sürətini, həkim qərarının sürətini vhatsap vasitəsi ilə göndərmiş, 12.07 2023-cü 11 tarixdə “Muğan Bank”-dan 2500 manat kredit götürüb Sumqayıt şəhər 13-cü mkr-da yerləşən “Məktəbli” mağazasının yaxınlığında Elburus Selimova vermişdir. Elburus pulu aldıqdan sonra işə başlayacağını, yerdə qalan pulu da tezliklə düzəldib verməsini istəmiş, o da razılaşaraq xx.xx.2023-cü il tarixdə tanışlarından borc edərək 2500 manat toplayıb, həmin pulu özünün işlətdiyi kafedə işçisi Əsmərin yanında Elburus Səlimova vermiş, Elburus pulu aldıqdan sonra tezliklə işi həll edəcəyini və yenidən pensiya alacağını vəd etmişdir. Bir müddət sonra işlərin uzandığını görüb Elbrusa zəng etdikdə Elburus hər dəfə müxtəlif bəhanələr gətirib işi tezliklə həll edəcəyini desə də, sonradan ümumiyyətlə onun telefonlarına cavab verməmişdir. Elbru Səlimovdan şikayətçidir, vurulmuş ziyan məbləğinin geri qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, gəlini Məsumə Mahmudova 2023-cü ildə bağçaya müəllimə işinə qəbul imtahanında az bal topladığına görə işə qəbul olunmamış, 2023-cü ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri 17-ci mikr, 40-cı binanın həyətini süpürərkən həmin binada yaşayan və hərbiçi kimi tandığı Şahid5 adlı şəxsə gəlini Məsumənin imtahandan bir balla kəsildiyini bildirmiş və onun işə düzəlməsi üçün yol axtardığını demişdir. Şahid5 onun Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, sonuncunun məsul vəzifədə çalışdığını, bu işdə köməklik edə biləcəyini bildirmişdir. Sonra onun xahişi ilə Şahid5 Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evə gəlib ilk dəfə orada tanış olmuşlar. Təqsirləndirilən şəxs özünün əlaqələri vasitəsi ilə 7000 manat müqabilində gəlinini bağçaya müəllimə kimi işə düzəldə biləcəyini söyləmiş" və o razılaşaraq 10 iyul 2023-cü il tarixdə yaşadığı evdə gəlini Məsumə və oğlu Rasimin yanında Elbrusa 5000 manat, 12 iyul 2023-cü il tarixdə yenə həmin evdə Elbrusa əlavə 2000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra 45 gün ərzində, yəni 2023-cü ilin sentyabr ayının 18-də Məsumənin işə çıxacağını vəd etmişdir. Lakin, Elbrusun dediyi vaxt tamam olduqda Məsumənin hər hansı bir baxçada işə düzəlmədiyini, Elbrusun onu aldadaraq 7000 manat pulunu ələ keçirdiyini başa düşüb pulunu qaytarmasını tələb etmişdir. Elbrus işin alınmadığını etiraf edərək bir neçə gün ərzində pulu qaytaracağını bildirsə də, yalnız 2024-cü ilin yanvar ayında ona 1000 manat qaytarmış, hazırda qalan 6000 manat pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 göstərmişdir ki, 2023-cü ilin noyabr ayının əvəllərində taksi fəaliyyəti göstərərək idarə etdiyi avtomobillə sonradan tanıdığı Təqsirləndirilən şəxs sifariş etdiyi ünvana apararkən yolda söhbət zamanı Elbrus ona Bakı şəhəri icra hakimiyyətində işlədiyin, o isə döş qəfəsindəki batığa görə hərbi xidmətə yararsız hesab edildiyini bildirmişdir. Elbrus ona bu qüsuruna görə 4000 manat müqabilində əlillik dərəcəsi təyin etdirə biləcəyini bildirmişdir. Bu barədə atası ilə məsləhətləşib qərarına gəldikdən sonra 10 noyabr 2023-cü il tarixdə Elbrusla Sumqayt şəhəri “14 mərtəbəli binanın yanı” adlanan ərazidə görüşmüş, özünün idarə etdiyi avtomobildə atasının iştirakı ilə Elbrusa 4000 manat pul vermişdir. Elbrus onlara əlillik dərəcəsinin dekabr ayının sonunadək təyin ediləcəyini vəd etmiş, 17 noyabr 2023-cü il tarixdə Elbrus ona sənədləşmə aparılması üçün əlavə 500 manat tələb olunduğunu deyərək həmin pulu özünün ona bildirdiyi kartının hesabına köçürməsini istəmişdir. O, yaşadığı H.Tağıyev qəsəbəsində yerləşən evdə olarkən 1 kart tətbiqi vasitəsi ilə Elbrusun kart hesabına 510 manat pul mədaxil etmiş, daha sonra 20 dekabr 2024-cü il tarixdə Elbrus yenə də sənədləşmə üçün pul lazım olduğunu deyərək əlavə 200 manat pul istəmişdir. Onlar yenə də Sumqayıt şəhərində “14 mərtəbəli binanın yanı” adlanan ərazidə görüşərkən 200 manatı Elbrusa nəğd şəkildə vermişdir. Beləliklə Elbrus onu aldadaraq 4710 manat pulunu ələ keçirərək bu miqdarda ziyan vurmuşdur. Şikayətçidir, vurulmuş ziyanın geri qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımamış, münasibəti olmamışdır. 2023-cü ilin dekabr ayını əvvəllərində tanışlarıdan Elbrusun bir neçə adamı işə düzəlmə məsələni həll etdiyini eşitmiş və Türkiyə Respublikası Kayseri Universitetində ali təhsil alan oğlu Əli Məmmədlini Elbrusun vasitəsi ilə işə düzəltmək qərarına gələrək onun barəsində maraqlandıqda sonuncunun yüksək vəzifədə işlədiyini öyrənmiş və buna görə Elbrusa inamı daha da artmışdır. Beləliklə, Elbrusun nömrəsini tapıb ona zəng edərək oğlunun işə qəbul məsələsi ilə bağlı müraciət edərək onunla görüşüb oğlunun işə düzəlməsi barədə müraciət etmiş, Elbrus ona oğlunu Sumqayıt Şəhərsalma və Arxitektura idarəsinə kampyuterlə bağlı olan işə düzəldə biləcəyini bildirərək bunun üçün 2500 manat pul istəmişdir. O, razılaşmış və 11 dekabr 2023-cü il tarixdə Elbrusa Sumqayıt şəhər avtovağzalının yanında oğlu Əlinin şəxsiyyət vəsiqəsinin surətini 1500 manat məbləğində pulu nəğd şəkildə verib, qalan 1000 manatı isə iş düzələndən sonra verəcəyini bildirmişdir. Elbrus ondan 1500 manat pulu borc alması və 1 ay müddətində qaytaracağı barədə vərəqdə borc müqaviləsi yazmışdır ki, guya bu ondan pul almasının sübutu olacaqdır. Elbrus ona bir ay ərzində Əlinin işə qəbul edilib fəaliyyətə başlayacağını vəd etsə də, işdən bir xəbər çıxmamış, Elbrus hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində Elbrus ona zəng edərək artıq məsələ həll olunmaq üzrə olduğunu və qalan 1000 manatı ona çatdırmasını istəmiş, o da Elbrusun bank kartına 05 fevral 2024-cü il tarixdə 400, 08 fevral 2024-cü il tarixdə isə 600 manat köçürmüşdür. Elbrusun vəd etdiyi vaxt gəlib çatsa da, oğlunun işə düzəlmədiyini görüb şübhələnmiş, eyni zamanda verdiyi pulu qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq 2500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib bu miqdarda ziyan vurmuşdur. Şikayətçidir, vurulmuş ziyanın geri qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin fevral ayının əvvəllərində tanışı Rafael Elbrus adlı tanışının ona qohumlarından kimi isə Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini bildirməsini xəbər verərkən o, Rəfaelə DİO-ya polis nəfəri kimi işə düzəlmək istədiyini söyləmişdir. Bundan sonra Rafael Elbrusa onun istəyini bildirmiş, Elbrus problemin olmadığını deyib, sadəcə onunla görüşmək istəmişdir. Beləliklə 2024-cü ilin fevral ayının ortalarında o, Elbrusa zəng etmiş və görüş təyin edərək onun yaşadığı evdə görüşmüş, Elbrus onu DİO-na polis nəfəri kimi işə qəbul etdirəcəyini vəd edib bunun üçün 11.000 manat pul lazım olacağını, onun üçün tanışlarının vasitəsi ilə bu məsələni 10500 manata həll edəcəyini bildirmişdir. O, razılıq verərək bankdan kredit götürüb ona verəcəyini bildirmiş, lakin bankda sənədləşmə işləri yubanmışdır. 2024-cü ilin mart ayının axırlarında Elbrus ona zəng edərək təcili pulu vermək lazım olduğunu deməsinə görə o, çarəsiz qalıb Masallı rayonu Çaxırlı kəndində yaşayan əmisi oğlu Elvinə zəng edərək polisdə işə qəbul olunması üçün təcili 10.000 manat pul lazım olduğunu, bir neçə günə kredit alıb qaytaracağını vəd etmiş, Elvin yalnız 5000 manat köməklik edə biləcəyini söyləmişdir. O, bu barədə Elbrusa bildirdikdə sonuncu razılaşaraq ilkin işlərin görülməsi üçün 5000 manatın kifayət edəcəyini demiş və özünün bank kartının nömrəsini ona bildirib pulun bu karta yüklənməsini istəmişdir. O da, həmin kartın nömrəsini Elvinə göndərmiş, sonuncu 27 mart 2024-cü il tarixdə yaşadığı Masallı rayonu Xıdırlı kəndində “Ocaq market” mağazasında yerləşən “Emanat” terminalından 3 dəfəyə 5000 manatı Elbrusun kart hesabına yükləyib qəbzlərin şəklini “Vatsapp” vasitəsi ilə ona göndərmişdir. Elbrus da pulun ona çatdığını təsdiq etmişdir. Ertəsi gün yəni 28 mart 2024-cü il tarixdə Elbrus ona zəng edərək qalan 5000 manatı da təcili göndərmək lazım olduğunu, əks halda işin alınmayacağını deyərkən o, məcbur olub Masallı rayonu Çaxırlı kəndində yaşayan digər əmisi oğlu Şahid2 zəng edib ondan 5000 manat borc istəmişdir. Həmin gün Bəxtiyar rayonun Binə Xocavar kəndində yerləşən “Sənan market” mağazasında quraşdırılmış “Milli ön” terminalı vasitəsi ilə 3 dəfəyə 5010 manat pulu Elbrusun hesab kartına göndərmiş, daha sonra göndərmə qəbzlərinin fotoşəkilini “Vatsapp” vasitəsi ilə ona göndərmişdir. Elbrus qeyd olunan pulları da almasını təsdiq edərək 01 may 2024-cü il tarixədək onun artıq polis nəfəri kimi işə başlayacağını vəd etmişdir. 2024-cü ilin aprel ayında o, bankdan kredit götürüb qohumlarının borcunu qaytarmışdır. 02 may 2024-cü il tarixdə Elbrus ona zəng edərək artıq bütün işlərin həll olunduğunu, tibbi komissiyadan keçib həkim rəyi alınması üçün əlavə 320 manat pul lazım olduğunu bildirmiş, o da həmin məbləğdə pulu həmin tarixdə Sumqayıt şəhəri 9-cu mikr ərazisində yerləşən “Gövhər market” mağazasında quraşdırılmış “Mpay” terminalı vasitəsi ilə Elbrusa məxsus kart hesabına göndərmişdir. Lakin bundan sonra Elbrusun mobil telefonları söndürülmüş və onunla heç cür əlaqə saxlaya bilməmişdir. Beləliklə Elbrus onu aldadaraq 10330 manat plunu ələ keçirmişdir. Şikayətçidir, vurulmuş ziyanın geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər iş prosesində tanımışdır. 2023-cü ilin sentyabr ayının sonlarında Elbrus ona Feysbuk sosial şəbəkəsində dostluq mesajı göndərmiş, ona mesaj yazaraq etibarlı adamın məktəb, bağça, səhiyyə, mədəniyyət, FHN-yi, hərbi və DSMF sahələrində işə qəbul olunmaları ilə bağlı kömək etməyə imkanının olduğunu bildirmişdir. O, Elbrusa oğlu Kazımın ali təsil aldığını, lakin onun üçün uyğun iş tapılmadığını deyəndə Elbrus qayınatası tərəfdən yüksək vəzifədə işləyən qohumları olduğunu, əlaqələrinin çox geniş olmasını və 9000 manata Kazımı asanlıqla Əmək və Əhalinin Sosial Müdaifə Nazirliyinin DOST mərkəzinə şübə müdiri vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. O, razılaşaraq 02 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən poliklinikanın yanında Elbrusa 9000 manat pulu nağd şəkildə vermiş, Elbrus ona uzağı 30-45 günə Kazımın vəzifəyə təyin olunacağını vəd etmişdir. Bundan 10 gün sonra yəni 12 oktyabr 2023-cü il tarixdə Elbrus ona zəng edib artıq Kazımın işi düzəlmək üzrə olduğunu bilidrərək demişdir ki, DOST mərkəzinin kadrlar şöbəsinə 1500 manat əlavə pul verilməlidir. O, razılaşaraq Elbrusla Sumqayıt şəhərində 12-ci mikrorayonda yerləşən Sumqayıt Hospitalın qarşısında görüşüb ona 1500 manat pulu şəxsən nağd şəkildə vermiş, Elbrus yaxın 10-15 gün ərzində əmrinin verilcəyəni vəd etmişdir. 20 oktyabr 2023-cü il tarixdə Elbrus yenidən ona zəng edib bəzi xırda rüsumların ödənilməsi üçün 584 manat pul istəmiş, o Sumqayıt şəhərində yerləşən iş yerində olarkən öz kart hesabından Elbrusun adına olan kart hesabına 584 manat pul ödəmişdir. Həmin vaxt Elbrus yenə də onu arxayın edərək yaxın müddətdə Kazımın deyilən vəzifəyə təyinatı barədə əmrin surətini təqdim edəcəyini bildirmişdir. 16 yanvar 2024-cü il tarixdə Elbrus Vatsapt ani mesajlaşma tətbiqi vasitəsi ilə onun telefonuna «Kazımın 24 yanvar 2024-cü il tarixdə saat 15:00-da Abşeron DOST mərkəzinə gəlməsi» barədə xəbərdarlıq məktubunun fotoşəkilini göndərmiş, 24 yanvar 2024cü il tarixdə isə Elbrus ona zəng edib demişdir ki, Kazımı DOST mərkəzində qəbul etməli olan adamların işləri çıxdığına görə qəbul təxirə salınıb. Həmin gün Elbrus yenidən ona Vatsapt vasitəsi ilə «Kazımın DOST mərkəzinə şöbə müdiri təyin olunması», xx.xx.2024-cü il tarixdə işə başlaması barədə əmrin surətinin fotoşəklini göndərmiş, həmin tarixdə onun işə çağıracağını demişdir. Lakin deyilən vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Kazımı işə çağıran olmamış, bununla bağlı Elbrusdan soruşduqda, o, müxtəlif yalan bəhanələr gətirərək onu aldatmışdır. O, aldadıldığını başa düşüb verdiyi pulu tələb etsə da, Elbrus bu günədək onun pulunu qaytarmamışdır. Qeyd edir ki, Təqsirləndirilən şəxs şikayətçidir, onu ağır maddi duruma salmışdır, hələ də bankdan götürdüyü pula görə faiz məbləği ödəyir. Bu səbəbdən Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilməsini, vermiş olduğu mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibitdai istintaqda verdiyi ifadəsinin məzmununa uyğun ifadə vermiş, əlavə olaraq məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Mirbağır oğlu və X4 Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək analoji ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 1992ci ildən zabit rütbəsində hərbi xidmətdə olmuş və 2015-ci ildə öz arzusu ilə polkovnikleytenant rütbəsində təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs iş prosessində tanımışdır. Təxminən 2023-cü ilin əvəllərində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Qold Qayalı” mağazasında alış-veriş edərkən orada təsadüfən Elbrusla rastlaşmışdır. Elbrus həmişəki kimi rəsmi geyimdə kostyum və qalstukda olmuş və söhbətləşərkən Elbrus halhazırda da yüksək vəzifədə çalışdığını bildirərək ona demişdir ki, yaxın qohumlarından kimisə işə düzəltmək və ya digər köməkliklər göstərmək lazım olarsa müraciət etməsini təklif etmişdir. Onlar bir-birinə telefon nömrələrini vermiş, təxminən 2023-cü ilin iyul ayının əvvəllərində yaşadığı binanın həyətində süpürgəçi işləyən Səmayə adlı qadın gəlini Mahmudova Məsumə Bəxtiyar qızının 2023-cü ildə imtahan yolu ilə bağçaya müəllimə kimi işə düzəlmək istəsə də imtahanda bir balı çatmadığını və bu səbəbdən işə qəbul olunmadığını deyərək Məsumənin işə qəbul olunması üçün yol axtardığını ona bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs dediklərini xatırlayaraq Səmayəyə Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, sonuncunun məsul vəzifədə çalışdığını, bu işdə ona köməklik edə biləcəyini bildirmiş, Səmayə ondan Elbrusla onu tanış etməsini xahiş etmişdir. Elə həmin gün o, Elbrusa zəng vurub Səmayənin gəlinin işə düzəlməsi barədə bildirdikdə Elbrus bu işin həll etməyin onun üçün problem olmadığını bildirərək Səmayə ilə görüşməyə razılıq vermişdir. O, Səmayəyə zəng edib bu barədə xəbər vermiş və Səmayə hal-hazırda yaşadığı evdə olduğunu bildirdiyinə görə o, Elbrusla həmin ünvana getmişdir. Səmayə Elbrusla tanış olduqdan sonra Elbrus ona öz əlaqələri vasitəsi ilə 7000 manat müqabilində onun gəlinini bağçaya müəllimə kimi işə düzəldə biləcəyini bildirmişdir. Səmayə razılaşmış, tezliklə pulu düzəldib ona verəcəyini bildirmişdir. Bundan sonra, o, Səmayə ilə rastlaşdıqda, Səmayə ona bildirmişdir ki, ilk görüşlərindən bir neçə gün sonra Elbrusa ilk əvvəl 5000 manat, daha sonra isə iki min manat pul vermiş, Elbrus da gəlininin sentyabr ayının ortalarına kimi işə başlayacağına söz vermişdir. Bu səbəbdən Elbrusu onunla tanış etməsinə görə minnətdarlığını bildirmişdir. Bundan başqa, eyni vaxtlarda 1-2 gün fərqlə qonşusu Firdovsi 2ci qrup müharibə əlili olduğuna görə əvvəllər hər ay 850 manat pensiya aldığını, lakin 2022-ci ilin sentyabr ayından pensiyasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən dayandırıldığını deyərək pensiya ödənişinin necə bərpa elətdirə biləcəyini soruşmuşdur. O , Firdovsiyə Təqsirləndirilən şəxs barəsində danışıb onun vasitəsi ilə pensiyanı bərpa elətdirə biləcəyini söyləmiş, Firdovsi ondan özünü Elbrusla tanış etməsini xahiş etmiş və Elbrusa zəng edib bu barədə bildirərək xx.xx.2023-cü il tarixdə Elbrusla birlikdə Firdovsinin işlətdiyi Sumqayıt şəhər 50-ci məhəllə ərazisində yerləşən “Babadağ” kafesinə getmişlər. Onlar bir masa arxasında oturub çay içib söhbət edən zaman Firdovsi Elbrusa özü barədə məlumat verdikdən sonra Elburus Səlimov özünün yüksək vəziədə işlədiyini, Sosial Müdafiə Nazirliyində yuxarı vəzifədə tanışlarının olduğunu, onların vasitəsi ilə onun əlilliyini bərpa edəcəyini bildirərək bunun üçün 5000 manat pul lazım olduğunu söyləmiş, Firdovsi Elburusa inanıb onunla razılaşmışdır. Bir neçə gün sonra Firdovsi ona bildirmişdir ki, Elbrusa lazımi sənədləri və istədiyi pulu vermişdir. Bundan bir müddət keçdikdən sonra aydın olmuşdur ki, Elbrus həm Səmayəni, həm də Firdovsini aldadaraq onların pullarını ələ keçirib. Həm Səmayə, həm də Firdovsi dəfələrlə ona müraciət edərək onları Elbrusla onun tanış etdiyini bildirməklə pullarının geri alınmasını xahiş etdikdə o, Elbrusa zəng vurub alınan puları qaytarmasını tələb etmişdir. Lakin, Elbrus hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə pulu qaytaracağını bildirmişdir. Bildiyi qədərilə Elbrus 2024-cü ilin yanvar ayında Səmayədən aldığı 7000 manat puldan 1000 manatını qaytarmış, Firdovsiyə ümumiyyətlə pul qaytarmamışdır. O, Səmayə və Firdovsini Elbrusla tanış etsə də, onların Elbrusa pul vermə proseslərinin heç birində iştirak etməmiş, həmin pulların harada verilməsindən xəbəri olmamış, həmçinin Elbrus aldığı pullardan ona hər hansı bir məbləğdə pul verməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxsla 2019-cu ildə rəsmi nigaha daxil olmuş, bu nigahdan iki azyaşlı övladları dünyana gəlmişdir. Onlar evlənənədək Elbrus işləsə də, sonradan işdən azad olunmuş və daha işləməmişdir. O, “N” saylı hərbi hissədə qulluqçu işləməyə başlamış və hazırda da işləyir. Elbrusun müxtəlif şəxslərdən onlara hansısa işləri düzəldəcəyini vəd edərək pulları alması barədə sonradan xəbər tutmuşdur. Belə ki, həmin şəxslərin əksəriyyəti onların evinə gəlib, Elbrus tərəfindən aldadılması barədə məlumat vermiş, bəziləri isə Elbrusa zəng edib pullarını tələb etmələrinin şahidi olmuşdur. Elbrusun həmin şəxslərə pul qaytarmalı olduğunu biləndən sonra bəziləri şəxsən onunla telefon vasitəsi ilə danışmış, o, bu şəxləri sakitləşdirməyə çalışmışdır. Elbrus pulu hansı tarixdə qaytaracığını deyəndə o, da, ərinin sözlərinə dəstək olmuşdur. Lakin Elbrusun bu şəxslərdən aldığı pulları hara və kimlərə xərcləməsindən, verməsindən xəbəri və bu hadisələrlə əlaqəsi olmamışdır. Elbrusun pul aldığı şəxsləri tanımır, heç biri ilə əyani görşüməmiş, onlardan nə qədər pul aldığını bilmir. Məhkəməyə ərizə ilə müraciət edən Şahid4 ərizəsində üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, bu səbəbdən məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid4 ibitadi istintaq zamanı tədqiq edilərək elan edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2012-ci ildən tanımış, dəfələrlə Elbrusla görüşüb söhbətlər etmiş və Elbrusu yüksək vəzifəli şəxslərlə əlaqəsi olan şəxs kimi tanımışdır. Lakin, Elbrusu son bir neçə ildə görməmişdir. Təxminən 2023-cü ilin noyabr ayının sonlarında onlar Sumqayıt şəhəri 9-cu mikr ərazisində yerləşən “Araz market” mağazasının qarşısında təsadüfən rastlaşarkən Elbrus hazırda Bakı şəhəri İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyini, vətəndaşların sosial problemlərinin həll olunmasında bir çox şəxsə köməklik göstərdiyini, yaxınlarının işinə köməklik lazım olarsa ona müraciət etməsini deyərək özünün mobil telefon nömrəsini ona vermişdir. Təxminən 2024-cü ilin yanvar ayının əvvəllərində tanışı Musa heç yerdə işləmədiyini və 2-ci qrup əlilliklə əlaqədar 340 manat təqaüd aldığını, həmin pulun isə ailəsini dolandırmağa kifayət etmədyini, həyat yoldaşı Tacir Cəlilovanın 1966-cı il təvəllüdlü olmaqla yaşa görə təqaüd almadığını, lakin hansısa yolla arvadına təqaüd düzəltmək istədiyini ona bildirdikdə Elburusun dediklərini xatırlamış və Musaya tanışı Təqsirləndirilən şəxs yüksək vəzifəli şəxslərlə əlaqəsi olduğunu, bəlkə Elbrusun bu işi düzəldə biləcəyini söyləmişdir. Musanın xahişi ilə onu 02 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri 3-cü mikr ərazisində yerləşən “Şaurma” kafesində Elbrusla görüşdürmüş, bu zaman Musa həyat yoldaşına təqaüd düzəltmək istədiyini bildirdikdə Elbrus özünü Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifə tutan tanışlarının vasitəsi ilə Musanın arvadının vaxtından əvvəl təqaüd almasına köməklik edə biləcəyinə vəd etmiş və bildirmişdir ki, bunun üçün 8000 manat pul vermək lazımdır. Ertəsi gün Musa 8000 manat pul düzəltdiyini bildirmiş və onlar Elbrusun yaşadığı Sumqayıt şəhəri “Bağça şəhər” Y/M-də yerləşən evinə gedərək orada Musa Elbrusa 8000 manat pul vermiş, həmin vaxt Musanın yanında olan kürəkəni Nicat mobil telefonu vasitəsi ilə pulun Elbrusa verilməsinin fotoşəkilini çəkmişdir. Elbrus pulu aldıqdan sonra Musaya bir ay müddətində yəni 2024-cü ilin fevral ayının 5-dək arvadının təqaüd məsələsinin həll olunacağını və ayda 400 manat təqaüd alacağını bildirmişdir. Bundan sonra, onlar Elbrusun evindən çıxmış və ayrılaraq hərə öz evinə getmişdir. Lakin, bir müdət sonra Musa ona zəng edib Elbrusun heç bir işi həll etmədiyini, onu aldatdığını bildirdikdə, o, Elbrusa zəng vuraraq bu barədə soruşmuş, Elbrus isə tezliklə məsələsi həll edəcəyini bildirsə də, hələ də pulu qaytarmamışdır. O, özü də Elbrusa inanaraq onun şəxsi əlaqələri vasitəsi ilə Musanın işini həll edəcəyinə inanmış, Elbrusun Musanı aldatmaq fikrində olmasından xəbəri olmamış, həmçinin Elbrus Musadan aldığı 8000 manat puldan ona heç bir məbləğdə pul verməmiş, sonuncunun bu barədə göstərdikləri yalandır. Sadəcə olaraq Musa özü ona söz vermişdi ki, işi alınacağı təqdirdə ona “şirinlik” verəcək. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ibitdai istintaq zamanı analoji ifadələr verərək Zərərçəkmiş şəxs12 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid9 ifadəsində Zərərçəkmiş şəxs10 göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid7 analoji ifadə verərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid8 Kinyaz oğlu analoji ifadə verərək Zərərçəkmiş şəxs8 göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (cild İ, i.v.1); Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri başlanmış ********* nömrəli cinayət işi ilə Sumqayıt ŞPİ-də istintaqı aparılan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrə ilə davam etdirilmişdir. (cild İ, i.v12- 13) Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında Sumqayıt ŞPİ-nin 3-cü PB-də toplanmış HK -1/364 saylı təhqiqat materialı xx.xx.2024-cü il tarixdə ********* saylı cinayət işinə birləşdirilmişdir. (cild 1 iş vər 14) Zərərçəkmiş şəxs9 şikayət ərizəsi əsasında Sumqayıt ŞPİ-nin 4-cü PB-də toplanmış HK-1/977 saylı təhqiqat materialı xx.xx.2024- cü il tarixdə ********* saylı cinayət işinə birləşdirilmişdir. (cild 1 iş vər. 159) X10 şikayət ərizəsi əsasında Sumqayıt ŞPİ-nin 4-cü PB-də toplanmış HK-1/978 saylı təhqiqat materialı xx.xx.2024- cü il tarixdə ********* saylı cinayət işinə birləşdirilmişdir. (cild 1 iş vər. 185) Zərərçəkmiş şəxs15 şikayət ərizəsi əsasında Sumqayıt ŞPİ-nin 4-cü PB-də toplanmış HK-1/979 saylı təhqiqat materialı xx.xx.2024-cü il tarixdə ********* saylı cinayət işinə birləşdirilmişdir. (Cild 1 iş vər. 218) Zərərçəkmiş şəxs7 şikayət ərizəsi əsasında Sumqayıt ŞPİ-nin 5-ci PB-də toplanmış HK-1/348 saylı təhqiqat materialı xx.xx.2024- cü il tarixdə ********* saylı cinayət işinə birləşdirilmişdir. (cild 1 iş vər. 233) Zərərçəkmiş şəxs5 şikayət ərizəsi əsasında Sumqayıt ŞPİ-nin 4-cü PB-də toplanmış HK-1/1004 saylı təhqiqat materialı xx.xx.2024-cü il tarixdə ********* saylı cinayət işinə birləşdirilmişdir. (Cild 1 iş vər. 250) ********* nömrəli cinayət işi 02 may 2024-cü il tarixdə ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqı sonuncu nömrə altında davam etdirilmişdir. (cild 2 iş vər.1) Zərərçəkmiş şəxs16 şikayət ərizəsi əsasında Sumqayıt ŞPl-nin 1-ci PB-də toplanmış HK-1/827 saylı təhqiqat materialı 20 may 2024-cü il tarixdə ********* saylı cinayət işinə birləşdirilmişdir. (cild 1 iş vər. 12-13) Zərərçəkmiş şəxs12 şikayət ərizəsi əsasında Sumqayıt ŞPİ-nin İŞ-də toplanmış HK- 1/925 saylı təhqiqat materialı xx.xx.2024-cü il tarixdə ********* saylı cinayət işinə birləşdirilmişdir. (cild 2 iş vər.109) Zərərçəkmiş şəxs14 şikayət ərizəsi əsasında Sumqayıt ŞPİ-nin 3-cü PB-də toplanmış HK-1/1089 saylı təhqiqat materialı xx.xx.2024-cü il tarixdə ********* saylı cinayət işinə birləşdirilmişdir. (cild 2 iş vər. 190) İş üzrə təyin olunmuş məhkəmə sənədlərin texniki ekspertizasının 20 iyun 2024-cü il tarixli 3-16-16/2-5/708/2024 rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Səhiyyə Nazirliyinin adından 21 noyabr 2023-cü il tarixli K497 nömrəli arayış, Məhkəmə-Hüquq Şurasını aparatının adından 23 yanvar 2024-cü il tarixli 1-3/1K-1 nömrəli əmrin, Bakı Apellyasiya Məhkəməsi aparatının adından 25 dekabr 2023-cü tarixli 3/1 l/4-kl4378-2/2023 nömrəli əmrinin, Dövlət Sərhəd Xidmətinin adından xx.xx.2024-cü il tarixli 1.7 nömrəli əmrinin surətləri elektrofotoqrafik çap qurğuda (surətçıxaran, lazer printer və s.) çap edilmişdir. Tədqiqata təqdim edilmiş Səhiyyə Nazirliyinin adından 27 oktyabr 2023-cü il tarixli 487 nömrəli əmrinin, Elm və Təhsil Nazirliyinin adından 27 sentyabr 2023-cü il tarixli K401 nömrəli əmrinin surətləri şıranqlı printerdə çap edilmişdir.

2. Tədqiqata təqdim olunmuş Səhiyyə Nazirliyinin adından 27 oktyakbr 2023-cü il tarixli 487 nömrəli əmrinin və 21 noyabr 2023-cü il tarixli K497 nömrəli arayışının, Məhkəmə-Hüquq Şurasını aparatının adından 23 yanvar 2024-cü il tarixli 1-3/1 K -1 nömrəli əmrinin, Bakı Apellyasiya Məhkəməsinin aparatının adından 25 dekabr 2023-cü tarixli 3/11/4-kl4378- 2/2023 nömrəli əmrinin, Elm və Təhsil Nazirliyinin adından 27 sentyabr 2023-cü il tarixli K401 nömrəli əmrinin Dövlət Sərhəd Xidmətinin adından xx.xx.2024-cü il tarixli 1.7 nömrəli əmrinin surətlərinin montaj edilərək hazırlanması ehtimal olunur. Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə CM-nin 178.2.2 və 178.2.4-cü madələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 2 iş vər. 222) Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2 iş vər.73-75) Sumqayıt şəhər məhkəməsinin 16 may 2024-cü il tarixli qərarına əsasən iş üzrə Təqsirləndirilən şəxs barəsində əvvəli 14 may 2024-cü il tarixdən hesablanmaqla 01 avqust 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild 2 iş vər.73-75); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (cild 2, i.v 81-83 ) Təqsirləndirilən şəxs əməli 22 iyun 2024-cü il tarixdə CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrinə tövsif olunaraq ona qeyd olunan maddələrlə yenidən ittiham elan edilmişdir. (cild 2 iş vər.92-94) DİN-nin BƏSİİ-dən əldə olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “cinayət əməlinin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqnda” 21 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2, 178.2.4cü maddələrindən həmin məcəllənin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrinə tövsif edilmiş və ona qeyd olunan maddələrlə yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs CM-nin 310-cu maddəsi ilə ittiham elan edilməsi rədd edilmiş, Şahid4, Şahid5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2 və Rəfail adlı şəxs barəsində CM-nin 178.2.1, 178.2.2 178.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 onun oğlu Kazımı işə düzəldəcəyini vəd edərək sonuncuya 16 yanvar 2024-cü il tarixdə Watsap ani mesajlaşma tətbiqi vasitəsilə Şahid9 24 yanvar 2024-cü il tarixdə saat 15:00-da Abşeron DOST mərkəzinə gəlməsi barədə xəbərdarlıq məktubunun hazırlanması, 24 yanvar 2024-cü il tarixdə isə Şahid9 DOST mərkəzinə şöbə müdiri təyin olunaraq qanunsuz sənəd hazırlanması ilə bağlı ittiham elan edilməsi rədd edilmişdir. Təqsirləndirilən şəxs ifadəsi, zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslər Firovsi Əliyevə və Zərərçəkmiş şəxs11 ayrı-ayrılıqda onlardan aldığı pulların borc olaraq göstərdiyi qəbzlər iş üzrə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Təyin edilmiş məhkəmə sənədlərinin texniki ekspertizasaının 20 iyun 2024-cü il tarixli 3-16-16/2-5/708/2024 nömrəli rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq saxta hazırlayıb Zərərçəkmiş şəxs4 verdiyi üzərində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əmr” qeyd edilmiş, 487 saylı 27 oktyabr 2023-cü il tarixli üzərində Nazir müavini İlqar Qasımov və X36 sözlərinin qarşısında imzalar və həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin möhürü olan sənəd, Zərərçəkmiş şəxs2 təqdim etdiyi üzərində Azərbaycan Respublikasının gerbi olan, həmin gerbin alt hissəsində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi” sözləri yazılmış 21 noyabr 2023-cü il tarixli K497 qeydiyyat nömrəsi olan alt hissəsində nazir müavini İlqar Qasımov və X36 sözlərinin qarşısında imza və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin möhürü olan arayışın, Zərərçəkmiş şəxs9 verdiyi üst hissəsində Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Aparatı” sözləri olan, alt hissəsində ümumi şöbənin müdiri Orxan Cəbrayılov sözləri altında imza olan 23 dekabr 2023-cü il tarixli 3/114- K15378-2023 tarixli, həmçinin üst hissədə gerbin altında Azərbaycan Respublikası Məhkəmə-Hüquq şürasının Aparatı sözlərinin qarşısında imza olan 23 yanvar 2024-cü il tarixli 1-3/1K-1 2024-cü il tarixli sənədlər, Zərərçəkmiş şəxs6 verdiyi üst hissəsində gerbin altında “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Əmri” sözləri, alt hissəsində isə “X30” sözlərinin qarşısında imza və təhsil Nazirliyinin möhürü olan 27 sentyabr 2023-cü il tarixli K401 saylı sənədin, Zərərçəkmiş şəxs15 Fərrus qızının təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 1272 saylı, alt hissəsində DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin imzası və möhürü olan sənəd iş üzrə maddi sübut kimi tanınmış, həmin sənədlərin 3-16-16/2- 5/508/2024 nömrəli rəyə əlavə olunaması nəzərə alınmışdır. (cild İİİ, i.v 40-68), Elektron məhkəmə informasiya sisteminə baxış zamanı Təqsirləndirilən şəxs birinci nikahından 2, sonuncu, yəni 05 iyul 2021-ci il tarixdə Şahid6 ilə bağlanmış nikahdan isə 2 azyaşlı övladının olması müəyyən edilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs13 17 oktyabr 2024-cü il tarixli ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəmiş, barışmışlar, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti qalmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 16 yanvar 2025-ci il tarixli ərizəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxsla barışmış, sonuncu ona vurulmuş ziyanı ödəmiş, şikayət və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 14094 manat pulun və ödənilmiş 133 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs15 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 6063 manat pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. X29 31-ci bəndinə görə Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin məcəllənin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla bütün epizodlar üzrə özünü təqsirli bilməsi, yalnız Zərərçəkmiş şəxs4 və Şəhlə Xudiyeva münasibətdə qismən təqsirli bilməsi barədə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdərmək məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2, 178.2.4-cü və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını, ümumi ziyan məbləğindən qismən ödəməsini, əməlindən peşman olmasını CM-nin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, 16 zərəçəkmiş şəxsdən yalnız ikisi ilə barışıq əldə etməsini, qalan zərəçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayətçi olmaqla onların mövqeyini, silsilə xarakterli dələduzluq əməllərini törətməsini, ağır maddi sosial vəziyyəti olan şəxslərin etibarından sui istifadə edərək və müxtəlif üsullarla aldadaraq pu vəsaitlərini ələ keçirməsini, o cümlədən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olması qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sosial cəhətdən ağır maddi durumda olan sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.2.2, 178.2.4-cü və 320.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həmin məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılmalı, nəticədə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli 14 may 2024-cü il tarixdən hesablanmaqla, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar-27 oktyabr 2023-cü il tarixli 487 nömrəli əmrin və 21 noyabr 2023-cü il tarixli 4497 nömrəli arayışın, Məhkəmə Hüquq Şurası aparatının adından 23 yanvar 2024-cü il tarixli, 1-3/1K-1 nömrəli əmrin, Bakı Apellyasiya Məhkəməsinin aparatının adından verilmiş 25 dekabr 2023-3/11/4-k14378-2/2023 nömrəli əmrin, Elm və Təhsil Nazirliyinin adından verilmiş 27 sentyabr 2023-cü il tarixli K401 nömrəli əmrin, Dövlət Sərhəd Xidmətinin adından verilmiş 12 yanvar 2024-cü tarixli 1.7 nömrəli əmrin surətləri iş materiallarında saxlanılmalıdır. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş mülki iddia qismən olmaqla, Zərərçəkmiş şəxs15 tərəfindən verilmiş mülki iddia isə tam təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68- ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan mülki iddia ərizəsindən və əlavə olunmuş qəbzdən görünür ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs10 vurulmuş ziyanın əvəzi olaraq Təqsirləndirilən şəxs 14094 manat məbləğində pul tələb etsə də, təqsirləndirilən şəxs ondan işlərin görülməsi məqsədilə 11084 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Lakin Zərərçəkmiş şəxs10 təqsirləndirilən şəxsdən əlavə olaraq tələb etdiyi 3010 manat məbləğində mənəvi zərərin vurulmasına dair hər hansı sübütü mülki iddia ərizəsinə əlavə etməmiş, məhkəməyə təqdim etməmişdir. Məhkəmə belə olan halda hesab edir ki, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 11084 manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 133 manat cəmi 11217 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs10 xeyrinə ödənilməlidir. İş materiallarında olan digər mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs15 vurulmuş ziyanın əvəzi olaraq Təqsirləndirilən şəxs 6063 manat məbləğində pul vəsaitini tələb etmişdir. Həm təqsirləndirilən şəxsin, o cümlədən zərəçəkmiş şəxsin ibitdai istintaq zamanı və məhkəmə iclasında vermiş olduğu ifadələrindən müəyyən edilmişdir ki, həqiqətən də göstərilən məbləğdə vəsait Təqsirləndirilən şəxs tərəfindən aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirilmişdir. Məhkəmə belə olan halda hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 6063 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs15nn xeyrinə ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 34 (otuz dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 204 (iki yüz dörd) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü və 320.1-ci maddələri ilə təqsirli bilinsin, həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 320.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs10 mülki iddiası qismən təmin edilsin, 11084 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi 134 manat-ümumilikdə 11218 (on bir min iki yüz on səkkiz) manat pul Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs10 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs15 mülki iddiası təmin edilsin, 6063 (altı min altmış üç) manat məbləğində dəymiş ziyan məbləği Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs15n ödənilsin. İş üzrə digər zərərçəkmiş şəxslərə onlara dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübutlar – 27 oktyabr 2023-cü il tarixli 487 nömrəli əmrin və 21 noyabr 2023-cü il tarixli 4497 nömrəli arayışın, Məhkəmə Hüquq Şurası aparatının adından 23 yanvar 2024-cü il tarixli, 1-3/1K-1 nömrəli əmrin, Bakı Apellyasiya Məhkəməsinin aparatının adından verilmiş 25 dekabr 2023-3/11/4-k14378-2/2023 nömrəli əmrin, Elm və Təhsil Nazirliyinin adından verilmiş 27 sentyabr 2023-cü il tarixli K401 nömrəli əmrin, Dövlət Sərhəd Xidmətinin adından verilmiş 12 yanvar 2024-cü tarixli 1.7 nömrəli əmrin surətləri iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 204 (iki yüz dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar