Məhkəmə qərarları › İş №1(060)-370/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-370/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-370/2022 31.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvələr məhkum olunmamış, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan, barəsində ”həbs“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə saat 09:00 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən "Cordinal” optik mağazasının qarşısında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs mobil nömrəsini istəyən zaman sonuncunun ona mobil nömrəsini verməkdən imtina etməsindən sonra aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı sonuncunun üz və bədən nahiyyəsinə ülgüclə qəsdən bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol əlin arxa səthinin İV əl daraq sümüyünün proyeksiyasının 02 ədəd, sol əlin arxa səthinin İİ əl daraq sümüyü proyeksiyasının, sol əlin ovuc səthinin iç hissəsinin, sağ əlin 01 barmağının əsas falanqasının ovuc səthinin, sağ əlin İ barmağının orta falanqasının ovuc səthinin, sağ əlin İİ əl daraq sümüyü proyeksiyasının arxa səthinin, sol qulaqarxası nahiyyənin, boyun sol yan səthinin orta 1/3 kəsilmiş yaralarından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən salış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqadarından artıq miqdarda təmiz çəkisi 0,610 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 10 yanvar 2022-ci il tarixdə saat 15:10-da Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə elməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı yaşadığı Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, 25-ci məhəllədəki binanın qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPl-ııin 4-cü PB-nin inzibati binasına gəlirilmiş və Sumqayıt ŞPİ-nin 4-cü PB-də onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol döş cibindəki qızılı rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,610 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 128 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 dekabr 2021-ci il tarixdə saat 09:00 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən "Cordinal” optik mağazasının qarşısında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs mobil nömrəsini istəyən zaman sonuncunun ona mobil nömrəsini verməkdən imtina etməsindən sonra aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı sonuncunun üz və bədən nahiyyəsinə ülgüclə qəsdən bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Lakin Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Belə ki, 10 yanvar 2022-ci il tarixdə səhər saatlarında evdə tək olan zaman polis əməkdaşları evə gələrək onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. O üzərində narkotik vasitənin olmadığını bildirdi, lakin PB-də polis əməkdaşları ona daha ağır maddə ilə ittiham irəli sürülməsi barədə təzyiq göstərmişlər və o da üzərində narkotik vasitə olduğunu boynuna almışdır. Ona görə də, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128 və 234.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ünvan 3 ünvanında yaşamışdır. Əvvələr məhkum olmamış, subaydır. Təxminən 3-4 il olar ki, narkotik vasitə heroini zərdə yandırıb tüstüsünü qəbul etmişdir. Heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. Nərmin İbrahimov onun keçmiş həyat yoldaşı olmuşdur. 2019-cu ildə onlar məhkəmənin qərarı ilə boşanmışlar. Nərmin ona son dövrlərdə uşaqlarının üzünü göstərmədiyinə görə Nərminə dəfələrlə zəng etsə də, Nərmin onun telefonunu açmamış və daha sonra isə mobil nömrəsini dəyişmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində keçmiş həyat yoldaşı Nərmin İbrahimovun ona övladları ilə əlaqə saxlamağa imkan vermədiyi üçün sonuncunun işlədiyi Sumqayıt şəhəri, 16-cı məhəllə ərazsindəki “Cordinal” optika mağazasına getmiş və Nərmini çölə çağırmışdır. Bir müddət Nərmin ilə uşaqları ona göstərməməsinə görə söhbət etdikdən sonra aralarında narazalıq yaranmış və bu zaman əlində olan ülgüc ilə Nərminin üz nahiyyəsinə bir neçə dəfə xəsarət vurmağa başlamışdır. Həmin ülgüc Nərminin boyun nahiyyəsini və əl nahiyyəsini kəsmişdir. O, Nərmindən xeyli sayda qan axdığını görüb oradan cəld uzaqlaşmışdır. Onun Nərmini öldürmək fikri olmamış, sadəcə Nərminə acıqlı olduğu üçün yüngülvarı sonuncunun gözünün qorxutmaq məqsədi ilə ülgüc ilə xəsarət yetirmişdir. Nərmini ülgüc ilə vurması ilə bağlı Sumqayıt ŞPİ-də cinayət işi başlanmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində yaşadığı ünvan 2nındakı binanın qarşısında piyada hərəkətdə olan zaman mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşmışlar və özlərinin polis işçiləri olduqlarını bildirdikdən sonra ona üzərində narkotik vasitə daşımasından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİnin 4-cü PB-nə aparılacağını bildirmişlər. Həmin vaxt həmin üç nəfərdən biri onun əllərindən möhkəm yapışdıqlarına görə o, öz istifadəsi üçün üzərində gəzdirdiyi heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən Polis Bölməsinə aparılmışdır. Sumqayıt ŞPİ-nin 4-cü PB-də xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. O, da əynində olan qara rəngli gödəkcənin sol döş cibində siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin bükümün içində heroin olduğunu təhqiqatçıya demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinin elektron tərəzidə çəkilmiş və həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq imzalanmışdır. Sumqayıt ŞPİ-nin 4-cü PB-da ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlələr heroin olmuş, ona məxsus olmuş və həmin heroini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 manata almışdır. Həmin heroini öz istifadəsi üçün üzərində gəzdirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hal hazırda ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxsla 2010-cu il tarixdə ailə həyatı qurmuş və bu evlilikdən 01 oğlan övladları vardır. 2019-cu il tarixdə Maqsudun narkotik maddə aludəçisi olduğunu və onu incitdiyini görərək Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə o, Maqsudan boşanmışdır. Maqsuddan boşandığı gündən bəri daima Maqsud onun işlədiyi aptekə gələrək orada ona hədə qorxu gəlmiş və onu tez-tez narahat etmişdir. xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Maqsud onun işlədiyi Sumqayıt şəhəri, 16 məhəllədə yerləşən “Cardinal” optika mağazasına gəlmiş və işlədiyi dükandan çölə çağırmışdır. O, çölə çıxmaq istəsə də, iş yoldaşı Lamiyə ona çölə çıxmamağı demişdir. O, da müdriyyətin yanında biabr olmamaq üçün çölə çıxmışdır. Bu zaman Maqsud ona yaxınlaşıb ondan mobil nömrəsini istəmişdir. O, da Maqsuda mobil nömrəsini verməyəcəyini söyləyən zaman Maqsud onun üz nahiyəsinə sillə ilə zərbə endirmiş və daha sonra boğaz nahiyyəsinə əli ilə sürtməyə başlamışdır. O, da ilk vaxtlar nə baş verdiyini bilməmiş və əlini boğazına aparanda yenə Maqsud əli ilə onun sağ əl nahiyyəsinə sürtməyə başlamışdır. O, əlindən və boğazından qan axdığını görmüş və Maqsudun əlinə baxanda sonuncunun əlində ülgüc olduğunun şahidi olmuşdur. O, qan axdığına görə özünü itirmiş və Maqsud da əlini cibinə qoyub oradan uzaqlaşmışdır. Hadisə işlədiyi Sumqayıt şəhəri, 16-cı məhəllə yerləşən “Cordinal” optikin qarşısında baş vermiş, 3-4 dəqiqə davam etmiş, hadisə zamanı Lamiyə olub keçəni gözləri ilə görmüşdür. Ətrafda kənar şəxlsər olmamışdır. Hadisə zamanı Maqsud onu vursa da o, Maqsudu vurmamış və toxunmamışdır. Maqsud onu əlindəki ülgüc ilə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı Bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 10 yanvar 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər polis leytenantı Şahid3 da iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 15:00 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Maqsudu yaşadığı Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, 25-ci məhəllədəki evinin qarşısında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamışlar və yaxınlaşıb hər iki tərəfdən Maqsudun əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini Maqsuda təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılacağını Maqsuda bildirmişlər. Bundan sonra Maqsud müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra 4-cü PB-nə gətirilmişdir. 4-ci PB-də Təqsirləndirilən şəxs X4 tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə könüllü sürətdə verməsini təklif etmiş və bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol döş cibindən 01 ədəd bükümdə siqaretin qızılı rəngli kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Həmin büküm sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılaraq möhürlənmişdir. İstintaq hərəkətinin davamında Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə səhər radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi tanımadığı şəxsdən 10 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis polkovnik leytenantı Rafiq Quliyev Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Sonra təhqiqatçı X2suz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında şübhəli bilindiyi üçün 4-cü PB-nə gətirildiyini bildirir. Həmin vaxt ŞPİ-nin əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt Regional Vəkil Bürosunun X3 təqdim edilir. X4 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs heç bir etrazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol döş cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümü içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin “heroin” olduğunu, həmin maddəni, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını söyləyir. Həmin büküm təhqiqatçı tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddə aşkar olunur. Həmin büküm sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ülgüclə vuraraq ona xəsarət yetirməsi ilə bağlı görüntüləri özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntülərdən müəyyən olunur ki, hadisə yeri Sumqayıt şəhəri, 16-ci məhəllədə yerləşən "Cordinal" optika mağazasının qarşısıdır. Təqsirləndirilən şəxs əvvəlcə Nərmin Bağırovanı çölə çağırır və bir müddət onlar söhbət etdikdən sonra əlindəki lezva və ya ülgüclə onun üz və bədən nahiyyəsinə bir neçə dəfə xəsarət yetirir. Bu zaman Nərmin Bağırova qan axdığını görüb kənara çəkilir və Təqsirləndirilən şəxs da heç bir söz demədən oradan sakitcə uzaqlaşaraq gedir. Hadisə zamanı ətrafda kənar şəxslər olmur və toplaşmamışdır. Hadisə 2-3 dəqiqə davam edir. Şifahi sorğu zamanı Zərərçəkmiş şəxs videogörüntüdə olan şəxsin özünün olduğunu, Təqsirləndirilən şəxs da həmin görüntüdəki Nərmin Bağırovu vuran şəxsin özünün olduğunu söyləyir. Hər iki şəxs də hadisənin bü cür yəni videogörüntüdə olduğu kimi cərəyan etdiyini bildirir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 dekabr 2021-ci il tarixli, 1639 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol əlin arxa səthinin İV əl daraq sümüyünün proyeksiyasının 2 ədəd,sol əlin arxa səthinin İİ əl daraq sümüyü proyeksiyasının, sol əlin ovuc səthinin iç hissəsinin, sağ əlin İ barmağının əsas falanqasının ovuc səthinin, sağ əlin İ barmağının orta falanqasının ovuc səthinin, sağ əlin İİ əl daraq sümüyü proyeksiyasının arxa səthinin, sol qulaqarxası nahiyyənin, boyun sol yan səthinin orta 1/3 kəsilmiş yaraları. Qeyd olunan xəsarətlər iti kənara və uca malik olan əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi, özü özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2022-ci il tarixli, 6/141 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «... vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri olan bir ədəd zərfədəki, bir ədəd bükümdə təmiz çəkisi 0,610 qram olan qəhvəyyi rəngli maddə kustar üsulla hazırlanmış heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,610 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,560 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2022-ci il tarixli, 830 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,610 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq çəkisi 0,560 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ülgüclə vuraraq ona xəsarət yetirməsi ilə bağlı görüntüləri özündə əks etdirən bir ədəd CD Compact disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-17/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyazlı uşağı vardır (xx.xx.2014-cü il təvəllüdlü Bağırov Bağır Maqsud oğlu). İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Sumqayıt Tibb Mərkəzi” X7 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 551 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “X1 Mərkəzi” PHŞ Sumqayıt şəhər 2 nömrəli ASM-nin psixiatrik kabinetinə müraciət etməmiş və ambulator kartoçkası yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanderi tərəfindən verilmiş 4218 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanderində qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində AZərbaycan Respublikası CM-nin 234.2 və 221-ci maddələrinin tərkib əlamətləri olmadığına görə onun barəsində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,610 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertiza nəticəsində qalıq çəkisi 0,560 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,560 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar