Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-370/2023 03.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 10-cu mikrorayon, Kristal ünvan 2 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 12:24-dən 12:29 radələrinədək olan müddətdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, S.Bədəlbəyli küçəsi istiqamətində hərəkətdə olan **-AE-*** dövlət qeydiyyat nişanlı 7A marşrut avtobusunda olan sərnişin Zərərçəkmiş şəxs1 əynindəki qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus 370 manat dəyərində Viyetnam istesalı, 256 GB yaddaşlı, SM-A525F/DS modelli “Samsung Galaxy A52” markalı mobil telefonu çıxarmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 370 (üç yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2022ci il tarixdə, saat 13:45-dən 13:55 radələrinədək olan müddətdə Sumqayıt şəhəri, 34-cü məhəllə, 20 Yanvar küçəsi ərazisində yerləşən 30 nömrəli marşrut dayanacağının yaxınlığında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli paltosunun sağ yan cibindən sonuncuya məxsus 300 manat dəyərində Çin istehsalı, 128 GB yaddaş tutumlu “Redmi Note 11” markalı mobil telefonu çıxarmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saai 12 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisindən azyaşlı oğlunu 23 saylı məktəbə aparmaq üçün 7A marşurut xətli avtobusuna minmiş, avtobusa mindiyi zaman ondan bir az aralıda bir xanımın ayaq üstə dayandığını və qara rəngli, qısa qollu uzun gödəkçəsinin sağ yan cibində böyük ölçülü mobil telefonun olduğunu görmüş, həmin telefonu xanımın sağ yan cibindən bir az çölə çıxdığı üçün onu götürməyə çalışmış, bir az ətrafa baxıb yanındakı insanların diqqətinin onda olmadığına əmin olub xanıma tərəf yaxınlaşmağa başlamışdır. Həmin xanım bir az keçmiş irəliyə gedərək ön oturacaqda əyləşmiş və xanımın əyləşdiyini görüb o düşənə yaxın olduğu üçün və telefonun bir az da onun cibindən çölə çıxılı vəziyyətdə olduğunu görüb və həm də düşməli olduğu üçün tez əlindən tutan oğluyla avtobusun sürücüsünə yaxınlaşmış və xanıma hiss etdirmədən cibindən “Samsung” markalı mobil telefonunu götürmüş və sürücüyə qəpikləri uzadıb azyaşlı oğluyla birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Hədəf’ hazırlıq kursunun yaxınlığında aşağı düşüb uşağını məktəbə aparmışdır. Uşağı məktəbə qoyduqdan sonra mobil telefonu götürüb Sumqayıt şəhəri 2-ci mikrərayon ərazisində yerləşən “Sülh telekom” mağazasına getmiş, mağazada həmin telefonu şəxsiyyət vəsiqəsilə telefon satan adını bilmədiyi şəxsə təqdim edib özünə məxsus olduğunu bildirmişdir. Həmin telefonu ucuz qiymətə 70 manata mağazaya satmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 13:35 radələrində yaşadığı evdən çıxıb Sumqayıt şəhəri,3-cü məhəllədə yerləşən “Kolxoz” bazarı adlanan yerə özü üçün alt geyimlərinə baxmaq üçün getmiş, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində 30 saylı şəhər xətt avtobus dayanacağının arxa hissəsində yerləşən dükanda olan geyimlərə baxarkən hamin vaxt yanından 40-45 yaşlarında qadın keçmişdir. Həmin qadının əynində olan qara rəngli paltosunun sağ yan cibində mobil telefonun olmasını, həmin mobil telefonun yarı hissəsinin cibindən çöldə qalmasını görmüş, həmin qadının arxasıyca təxminən 2 metr hərəkət edən hissədə sıxlıqdan istifadə edib qadının cibində olan mobil telefonu əlinin 2 barmağıyla götürüb oradan uzaqlaşmış, mobil telefonu oğurladıqdan sonra Sumqayıt şəhəri, 2-ci mikrorayon, ərazisində yerləşən "Sülh telecom" adlı mağazaya özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini verib imza edərək 80 manata satmışdır. Həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş, hər iki mobil telefonu mağazatya satarkən şəxsiyyət vəsiqəsinin surətini təqdim edib imza etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı ödəmişdir. Himayəsində 2 azyaşlı övladı vardır. Məhkəmədən nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zəzərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə xəstəxanada olan həyat yoldaşının yanına getmək məqsədi ilə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisindən 7A marşurut xətt avtobusuna minmiş, avtobusa mindiyi zaman cibində özünə məxsus qara rəngli “Samsung Galaxy A52” markalı mobil telefonuyla qaynanası ilə saat 12:14 radələrində zəng vuraraq təkrar telefonunu uzun qolsuz qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Bir az ayaq üstə dayandıqdan sonra irəlidə oturacağın boşaldığını görüb keçib irəlidəki oturacaqda əyləşmişdir. Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində “Bazarstore” marketin yanındakı dayanacağa yaxınlaşdıqda cibinə əl atıb mobil telefonunu götürmək istədikdə telefonunun cibində olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş, bundan sonra ətrafı bir az axtarıb tapmadıqda bu barədə 102 xidmətinə məlumat vermişdir. Həmin mobil telefonu 1 ilə yaxındır ki, Bakı şəhərindən telefon dükanından 790 manata almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 13:45 radələrində yaşadığı evdən çıxıb "Karvan” adlanan ticarət mərkəzindən Sumqayıt şəhəri, 34-cü məhəlləyə düşən ərazidə 30 saylı şəhər xətt avtobusunun dayanacağının arxası ilə hərəkət edib marşuruta tərəf getmiş, həmin vaxt əynində qara rəngli paltonun sağ yan cibində özünə məxsus qara rəngli “Xiomi 11" markalı mobil telefon olmuşdur. Təxminən 5 dəqiqə sonra əlini cibinə atıb mobil telefonu götürüb zəng etmək istəyəndə mobil telefonunun cibində olmadığını görmüş, həmin vaxt mobil telefonunun oğurlandığını fikirləşdiyi üçün bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və həmin gün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. O, cibindən mobil telefonu oğurlayan şəxsi tanımamış və həmin vaxt onu görməmişdir. Redmi Note 11 markalı mobil telefonu 6 ay bundan əvvəl 630 manata almışdır.. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən "Sülh telecom” mağazasında satıcı kimi işləyir. Həmin mağazada Rüstəmlə birlikdə şərik olaraq fəaliyyət göstərir. Mağazada mobil telefonların satışı, alışı və işlənmiş mobil telefonların ehtiyat hissələrinin də satışı ilə məşğul olurlar. xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində işlədiyi mağazaya 1 nəfər şəxs gələrək Xiomi Note 11 markalı mobil telefonu göstərib evin mobil telefonu olduğunu və pul lazım olduğu üçün satmaq istədiyini demiş, mobil telefonu ehtiyat hissəsi kimi ala biləcəyini dedikdə o heç bir problem olmadığını və təcili pul lazım oİduğu üçün satacağını bildirmişdir. Həmin vaxt Rüstəm mağazaya daxil olmuş, o da mobil telefona baxıb əgər normaldırsa al demiş və çıxıb getmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin üzərində olduğunu soruşduqda şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu və həmin mobil telefon İMEİ kodu **********19838 və 128 GB yaddaşında olmuşdur. Ceyhuna buna görə 75 manat pul vermişdir. Həmin mobil telefonun ehtiyat hissələrini adlarını bilmədiyi və tanımadığı müştərilərə satmış, sonradan istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Rüstəm mağazada olarkən Samsung A52 markalı mobil telefonu da şəxsiyyət vəsiqəsini təqdim edərək ona satdığı məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə mağazada olmadığı üçün Ceyhunu görməmiş və onu tanımamışdır. Ceyhun xx.xx.2022-ci il tarixdə mağazaya gələrkən Rüstəm mağazaya sonradan girmiş və 1 dəqiqə müddətinə mağazanı tərk etmişdir. Təhqiqat araşdırması zamin Təqsirləndirilən şəxs ona təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətini təhqiqatçıya təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən "Sülh telecom” mağazasında satıcı kimi işləyir. Həmin mağazada Amidlə birlikdə şərik olaraq fəaliyyət göstərir. Mağazada mobil telefonların satışı, alışı və işlənmiş mobil telefonların ehtiyat hissələrinin də satışı ilə məşğul olurlar. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında işlədiyi mağazaya 1 nəfər şəxs gələrək ona Samsung A52 markalı mobil telefonu göstərib pul lazım olduğu üçün satmaq istədiyini demiş, həmin şəxsin şəxsiyyət vəsiqəsinin üzərində olduğunu soruşduqda şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Həmin vaxt həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuş, Ceyhuna buna görə 70 manat pul vermişdir. Həmin mobil telefonu tanımadığı müştəriyə satmışdır. Sonradan istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Amid mağazada olarkən Xiomi markalı mobil telefonu da şəxsiyyət vəsiqəsini təqdim edərək ona satdığı məlum olmuşdur. Sumqayıt ŞPİ-nin 4-cü PB-də Təqsirləndirilən şəxs satdığı mobil telefonun oğurluq olmasını bilmişdir. xx.xx.2022-ci il tarixdə Ceyhun mağazada olarkən o, mağazaya sonradan girmiş və 1 dəqiqə müddətinə mağazanı tərk etmişdir. Həmin vaxt Amid ona Xiomi markalı mobil telefon göstərərək almaq istədiyini dedikdə o, əgər problemi yoxdursa almasını demiş və satan şəxsin üzünə baxmayaraq mağazadan çıxmışdır. Həmin vaxt Ceyhunun üzünü görməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin inzibati binasında xx.xx.2022-ci il tarixdə saat 22:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-511/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, həmin cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanmış cinayət işi həmin məcəllənin 177.2.2 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü i tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilməsi üçün ağ rəngli kağız qutuda təqdim edilmiş, üzərində heç bir markalanma yazısı olmayan 01 (bir) ədəd ağ rəngli disk “HP” markalı kompyuterə daxil edildikdən sonra, kompyuterin "Windows Media” proqramı işə salındıqda diskin yaddaşında 1 ədəd CD diskin yaddaşında 119828 kb həcmində və 75828 kb faylın olduğu müəyyən olundu. Həmin fayla kompyuterin “siçan” adlanan aləti vasitəsilə toxunduqda isə 1-ci faylın yaddaşında 11 dəqiqə 20 saniyə, 2-ci faylın 08 dəqiqə 15 saniyə davam edən, rəngli formatda video görüntünün olduğu da müəyyən olundu. Faylda olan 1-ci video görüntüdə xx.xx.2022-ci il tarixdə saat 12:29 radələrində əynində qara gödəkçəli, çiynində uşaq çantası və əlində qara rəngli çətir tutmuş, üzü saqqalı olan şəxsin Təqsirləndirilən şəxs olduğu müşahidə olunur. Təqsirləndirilən şəxs avtobusdan uşaqla birlikdə düşməsi görüntülənir. İkinci videoda xx.xx.2022-ci il tarixdə saat 12:24 radələrində hündür boylu, əynində qara gödəkçəli, çiynində uşaq çantası və əlində qara rəngli çətir tutmuş, üzü saqqalı Təqsirləndirilən şəxs avtobusun içərisində dayanmış Zərərçəkmiş şəxs1 yaxınlaşaraq fikrini Zərərçəkmiş şəxs1 cibinə cəmləndirərək sonradan Zərərçəkmiş şəxs1 qarşıya keçib oturmasından istifadə edərək önə keçməsi görüntülənir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/733 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların qutuları üzərindəki məlumatlara əsasən həmin telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: -01 ədəd qara rəngli Viyetnam istehsalı, 256 GB yaddaş tutumlu, “Samsung Galaxy A52” markalı, “SM-A525F/DS” model mobil telefon - 370.0 manat; -01 ədəd qara rəngli Çin istehsalı, 128 GB yaddaş tutumlu, “Redmi Note 11” markalı, mobil telefon – 300,0 manat. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 177.2.1 və 180-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şahid1 və Şahid2 barəsində Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Nəqliyyat MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Ələkbərli Banu və xx.xx.2014-cü il təvəllüdlü Ələkbərli Hüseyn adlı övladları vardır. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Yeni yaşayış massivi 1-3-5-ci məhəllələr üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş 135 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəmişdir, onunla barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ondan şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar olaraq zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 04 (ay) ay 11 (on bir) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 370/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 359/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 04 (dörd) ay 11 (on bir) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, Kristal ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-370/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-370/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver