Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-370/2025 30.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Şamaxı rayonu, Ərçiman ərazi dairəsi, Ərçiman kəndində qeydiyyatda olmaqla. ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz, olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs Xüsusi Dövlət Mühafizə Xidmətinə aid olan, hərrac yolu ilə satışa çıxarılmış avtomobillərin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində sonuncunun 2023-cü ilin noyabr ayında hissə-hissə olmaqla, yəni 2023-cü ilin noyabr ayının əvvəlləri, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində 2000 manat, həmin gün axşam saatlarında. Bakı şəhəri. Səbail rayonunda yerləşən ’’Qurd Qapısı” adlı restoranın qarşısında 1000 manat, eləcə də, Zərərçəkmiş şəxs özünə məxsus hesab kartının balansından Təqsirləndirilən şəxs tanışı Elçin Əlixevə məxsus 416973******6521 nömrəli. Kapital Bank tərəfindən verilmiş hesab kartının balansına xx.xx.2023-cü il tarixdə saat 17:56-da göndərdiyi 1200 manat və xx.xx.2023-cü il tarixdə, saat 20:43-də Sumqayıt şəhəri, Azərbaycan küçəsi ərazisində yerləşən “El Markef’in içərisində quraşdırılmış "mpay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 700 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs 'xnrəddiıı oğluna ümumilikdə 4900 (dört min doqquz yüz) manat məbləğində maddi ziyan xurmaqla dələduzluq elmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, onun zərərçəkmiş şəxsi aldatmaq fikri olmamışdır. Buna görə də, Namiqə heç vaxt şikayətini geri götürməsini bildirməmişdir. Zərərçəkmiş şəxslə münasibətləri yaxşı olmuş, bir-birilərinin xeyir-şər məclislərində iştirak ediblər. Hətta onun zərərçəkmiş şəxsə xeyiri də olmuşdur. Onun adına ola torpağı var onu başqa bir şəxslə mebel qarşılığında əvəz etmiş və buna görə sonuncu ona ödəniş edəcəkdir. Həmin pul ilə zərərçəkmiş şəxsin ziyanını xx.xx.2025-ci il tarixədək tamamilə bağlayacaqdır. Məsələ ilə bağlı bildirir ki, o, dövlət tərəfindən hərraca çıxarılan avtomobilləri dost-tanışlarının adına alaraq Namiqə satırdı. Namiqə 6-7 dəfə bu formada maşın satmışdır. Namiq həmin avtomobilləri etibarnamə əsasında öz adına keçirdirdi. Sonuncu dəfə alınması planlaşdırılan avtomobili ala bilməmiş, Namiqin pulu isə onda qalmışdır. Pulu geri qaytarmayaraq şəxsi ehtiyacları üçün xərcləmişdir. Namiqə isə bu barədə məlumat verməmişdir. O, başqa şəxslərə də bu qaydada avtomobil satmış, lakin heç bir problemlə qarşılaşmamışdır. Onun istintaq və məhkəmədən yayınmaq fikri olmamışdır. Ümumillikdə zərərçəkmiş şəxsə 4900 manat ziyan dəymişdir. Əməlindən peşmandır. Məhkəmənin ədalətli qərar qəbul edəcəyinə inanır. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs 2023-cü il tarixdən tanıdığını, sonuncuya 4900 manat borcu olduğunu qeyd edərək bildirmişdir ki, o Namiqə hərraca çıxarılmış dövlət qurulmarına aid istifadədə olmuş avtomobillərin alınmasında köməklik edə biləcəyini demiş və hətta 2023-cü ildə Azərbaycan Beynəlxalq Bankı ASC-yə aid qeyd olunan avtomobillərin hərrac yolu ilə alınmasında köməklik də etmiş, Namiq hərracdan 3 ədəd avtomobil almışdır. 2023-cü ilin noyabr ayında o. Namiqlə görüşüb Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən 6 ədəd ’’Chevrolet Niva” markalı avtomobillərin hər biri 7000 manatdan olmaqla hərraca çıxarılacağını, həmin avtomobillərə görə 6 min manat ödəyəcəyi təqdirdə qeyd olunan avtomobilləri hərraca çıxarılan qiymətə alınmasında Namiqə köməklik edəcəyini demişdir. Namiq tərəddüd etməmiş, onun təklifi ilə razılaşmışdır. 2023- cü ilin noyabr ayında. Bakı şəhəri. Binəqədi rayonunda yerləşən “Varovski” adlanan ərazidə Namiqlə görüşmüşdür. Orada Azərbaycan Milli Qvardiyasının inzibatı binasının qarşısında Namiq və tanışı Ələsgərlə görüşmüşdür. O Namiqə Ələsgəri dostu kimi təqdim edib, onun xahişi ilə həmin şəxsin hərraca çıxarılacaq avtomobillərə baxış keçirilməsinə onlara köməklik edəcəyini demişdir. Namiq ondan avtomobillərin hərracdan daha ucuz qiymətə alınmasında Ələsgərin köməklik edib-etməyəcəyini soruşduqda, o. Ələsgərin hərracla hər hansı bir əlaqəsənin olmadığını demişdir, lakin həmin gün inzibati binanın qarşısında üç saatdan artıq müddətdə gözləmələrinə baxmayaraq onlara binaya daxil olmağa icazə verilməmişdir. Ələsgər, avtomobillərə baxmaları üçün şərait yaradacağına çalışacağını demişdir. Onlara həmin ərazidən ayrılıb Ələsgərə məxsus "Lexus markalı avtomobilə yaxınlaşmışlar. Ələsgər sükan arxasına, Namiq sağ ön oturacağa, o isə arxa -oturacağa əyləşmişdir. Avtomobildə olarkən Namiq 2000 manat pulu cibindən çıxarıb ona təqdim elmişdir. O. pulu sayaraq təhvil almışdır. Bundan sonra onlar sağollaşaraq hər biri öz işlərinin arxasınca getmişlər. Həmin gün nahardan sonra o. Namiqə zəng edərək yenidən Azərbaycan Milli Qvardiyasının qarşısına çağırmışdır. Namiq ondan çağırışın səbəbini soruşduqda, o Şahid dediyi şəxsin zəng edib avtomobillərə baxmaq üçun şərait yaradacağını bildirdiyini demişdir. Namiq Sumqayıt şəhərindən çıxıb üzü Bakı şəhəri istiqamətdində getmişdir. Lakin yolda zəng edərək tıxac olduğunu deyib ləngiyəcəyini bildirmişdir. Saat 18 radələrində o. Namiqə zəng edərək. Ələsgərin tanışının çıxıb getdiyini, onların özlərinin isə Bakı .əhəri. Səbail rayonunda yerləşən "Qurd Qapısı” adlı restorana gedəcəklərini demişdir. Namiq deyilən ünvana gedib orada onlarla görüşmüşdür. Görüş zamanı Namiq ona avtomobillərlə bağlı öz narazılığını bildirib səhər görüş zamanı hərraca çıxarılacaq avtomobillərdən bir neçəsini uzaqdan gördüyünü, lakın həmin avtomobillərin saz vəziyyətdə olmadığını demişdir. O. Namiqə haqq verib, həmin avtomobillərin müəyyən məbləğdə təmir xərclərinə ehtiyacları olduğunu bildirmişdir. Namiq ona avtomobillərin texniki vəziyyətinə görə hər biri 500 manat olmaqla cəmi 3000 manat ödəniş edə biləcəyini demiş və 1000 manat pulu çıxarıb ona vermişdir. 17.1 1.2023-cü il tarixdə o, Namiqə zəng edərək hərracın başlanmasına 3 gün qaldığını, hərracın keçirilməsində iştirak etmək hüququ əldə etməsi üçün 1900 manat beh ödəməli olduğunu demişdir. Namiq ona Sumqayıt şəhərində olduğunu üzərində cəmi 1200 manat pul olduğunu demişdir. O isə Namiqə Sumqayıt şəhərindən Bakı şəhərinə gec çalacağım, üzərində olan 1200 manat pulu Namiqə göndərəcəyi kart hesabına göndərməsini, qalan 700 manat pulu isə günün sonunda göndərməsini xahiş etmiş və Elçin Əliyevə məxsus hesab kartının nömrəsini Namiqə göndərmişdir. Həmin gün Namiq onun dediyim kart hesabının balansına 1900 manat pul göndərmişdir. Lakin Namiqdən almış olduğu 4900 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində Namiqi aldadaraq 6000 manat pul verəcəyi təqdirdə hərraca çıxarılacaq avtomobillərin hərrac qiymətinə alınmasında ona köməklik edə biləcəyini, lakın Zərərçəkmiş şəxs ilkin olaraq 3000 manat pul verdiyini, sonradan o, Namiqə hərracda iştirak etmək uçun beh ödəməli olduğunu deyib əlavə olaraq 1900 manat pul aldığını, ilk 3000 manat pulu Namiqin ona Bakı şəhərində verdiyini, 1200 manat pulu öz kart hesabından dediyi hesaba köçürdüyünü, qalan 700 manat pulu isə Sumqayıt şəhərində yerləşən ödəmə terminalından onun göndərdiyi bank hesabına yüklədiyini, həmin vaxt maddi sıxıntıları olduğundan həmin pulları öz ehtiyaclarına xərclədiyini.Şahid onun əməlindən məlumatı olmadığını. Ələsgərin, sadəcə olaraq hərraca çıxarılacaq avtomobillərə baxış keçirməyi üçün onlara köməklik edəcəyini, lakın edəcəyi köməkliyin qarşılığında Ələsgərə hər hansı vəd vermədiyini, Zərərçəkmiş şəxs göndərdiyi kart hesabının Ələsgərin oğlu Elçinə məxsus olduğunu, belə ki, onun özündə kart olmadığından Ələsgərdən kart istədiyini və Ələsgər də həmin vaxt üzərində olan, oğluna məxsus kartı ona verdiyini, Namiqin göndərdiyi pulu çıxartdıqdan sonra həmin kartı Ələsgərə qaytardığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, dövlət tərəfindən hərraca çıxarılan avtobilləri alırmış. Sonuncu dəfə Dövlət Xüsusi Mühafizə Xidmətinə məxsus avtomobillərin hərraca çıxarılaraq satılacağını bilmiş, təqsirləndirilən şəxs ona Ələsgər adlı şəxslə tanış edərək sonuncunun köməyi vasitəsi ilə avtomobilləri ala biləcəyini bildirmişdir. Həmin Ələsgər adlı şəxsin Dövlət Xüsusi Mühafizə Xidmətində çalışdığını bildirirək məsələdə onlara köməklik edəcəyini və hər işə görə ona hörmət edilməli olduğunu bildirmişdir. O, etiraz etməmişdir. Onlar sözügedən xidmətin qarşısında görüşmüş, İsa ona içəri keçmək üçün təxminən 2000 manat beh vermək lazım olduğunu bildirmiş, o da razılaşaraq ödəniş etmişdir. Daha sonra onlar ayrıldıqdan sonra təxminən saat 18 radələrində İsa hesaba pul köçürməli olduğunu, onun bacara bilməyəcəyindən İsaya o pulu göndərməsini bildirmiş və İsa da onun adından ödəniş edəcəyini qeyd etmişdir. Təxminən 10 gündən sonra hərracla maraqlandıqda maşınların satıldığını öyrənmiş, notariat xidmətinə yaxınlaşaraq hesabındakı pulları götürmək istəyəndə oradan bildirilmişdir ki, onun hesabına pul vurulmamışdır. Ümumillikdə bu məsələ ilə bağlı ona 4900 manat ziyan dəymişdir. Hazırki vaxtadək ona heç bir ödəniş edilməmişdir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 2 il müddətdir ki, tanıdığını qeyd edərək bildirmişdir ki. 2023-cü ilin novabr ayında İsa ona zəng edərək, yaşadığı evin yaxınlığında yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının ərazisində olan, hərraca çıxarılmış avtomobillərə baxmaq istədiyini, bunun üçün həmin yerə gəldiyini bildirmişdir. Az müddət sonra İsa, adının Namiq olduğunu sonradan öyrəndiyi tanımadığı bir şəxslə onun yaşadığı evin yaxınlığına getmiş və onlar görüşmüşdür. İsa onun əvvəllər XDMX-də xidmət cldivi və həmin orqandan təqaüdə çıxdığını bildiyi üçün, hərraca çıxarılmış sözügedən avtomobillərə baxmaqda köməklik etməsini xahiş elmişdir. O, həmin şəxslərlə birlikdə Qvardiyanın giriş qapısına yaxınlaşıb hərraca çıxarılan avtomobillərə baxmaq istədiklərini bildirdikdə NBMdə olan əməkdaşlar avtomobillərə baxmağa icazə verilmədiyini bildirmişlər və onlar geri qayıtmışlar. Namiq və İsa onun avtomobilinə əyləşib bir-neçə dəqiqə söhbət etdikdən sonra çıxıb getmişlər və o da həmin ərazidən uzaqlaşmışdır. Bir neçə gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə, axşam saatlarında İsa ilə növbəti görüşlərinin birində. İsa tanışının İsaya pul göndərəcəyini, ancaq hesab kartının üzərində olmadığını bildirmiş və öz hesab karlını ona verməsini xahiş elmişdir. O, oğlu Elçin Əliyevin adma olan, ancaq onun istifadə etdiyi, kapital bankdan verilmiş hesab kartını İsaya vermişdir. İsa hesab kartının balansına göndərilmiş ümumilikdə 1900 manat vəsaiti kartdan çıxardıb nəğdiləşdirdikdən sonra hesab kartını ona qaytarmışdır. Ancaq hesab kartına İsanın hansı tanışının vəsait göndərdiyini bilməmişdir. Bir müddət sonra öyrənmişdir ki, həmin vəsaiti hesab kartının balansına Zərərçəkmiş şəxs göndərmişdir və İsa. Zərərçəkmiş şəxs hərraca çıxarılmış XDMX-nin avtomobillərini almaqda köməklik edəcəyini vəd verib aldadaraq həmin məbləği ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. - Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09:30-da ünvan 2 ünvanında saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli AR CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X6 adında övladı vardır. - Cinayət işinin materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, xx.xx.2023cü il tarixdə 1200 manat və 700 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iddiasından görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 4900 manat məbləğində pulun və ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” -143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə təqsirləndirilən zərərçəkənə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurduğu hallarda 178.1-ci maddə ilə məsuliyyət daşıyır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmənin hazırlıq və baxış iclasında təqsirləndirilən şəxsə CM-nin 73-1-ci maddəsinin tələbi, yəni əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi imkanı izah edilsə də təqsirləndirilən şəxs vurulmuş zərəri ödəmək fikrində olmadığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.1-ci maddəsi (Dələduzluq) cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Dələduzluq cinayəti talama cinayətləri kateqoriyasına daxil olsa da başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” - 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” - 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması və 59.2-ci maddəsinə əsasən əməlindən peşman olması onun cəzasını yüngülləşdirən haldır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq cinayəti - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki: - Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməlidir, ona görə ki, təsiqləndirilən şəxsin etibardan sui-istifadə edərək aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu və zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 02 (iki) ədəd ödəniş qəbzləri cinayət işi materiallarında saxlanılmalıdır. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-370/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 741/2025 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs tərəfindən cavabdeh X3 qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən maddi ziyanın (zərərin) əvəzi olaraq 4900 (dörd min doqquz yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 80 (səksən) manat məbləğində pulun mülki cavabdehdən (təqsirləndirilən şəxsdən) alınaraq ona ödənilməsinə dair məhkəmə tərəfindən qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmə istintaqı dövründə Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 4900 (dörd min doqquz yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 80 (səksən) manat vəsait məbləğində təsdiqini tapdığından həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilənləri məhkəmə nəzərə alaraq hesab edir ki, iddia tələbinin maddi ziyan hissəsi- 4900 (dörd min doqquz yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 80 (səksən) manat məbləğində pul təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdehdən tutularaq zərərçəkmiş şəxsə (mülki iddiaçıya) ödənilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu ümumilikdə 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin. Vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 4900 (dörd min doqquz yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 80 (səksən) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş iki (iki) ədəd ödəniş qəbzləri cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-370/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-370/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver