Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-371/2021 19.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortatəhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu, Suarası kəndində qeydiyyatda olmaqla həmin Sumqayıt şəhəri, “Azərkimya İ.B Etilenpolitelen” zavodunun ərazisində fərdi evdə yaşayan barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Müzəfər oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıqmiqdarında ümumilikdə 0,452 qram çəkidə psixotrop maddə metamfetamini və 0,453 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlamaqla üzərində daşımış, 27.02.2021-ci il tarixdə saat 12:27-də Sumqayıt şəhəri, “Azərkimiya İ.B Etilen-politelen” ərazisində Sumqayıt ŞPİ-nin ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan açıq qəhvəyi rəngli şalvarın arxa hissəsində qara rəngli kəmərinə bərkitdiyi qəhvəyi rəngli taxta qutunun içərisində 01 (bir) ədəd üzərində ”Uber” yazısı olan plastik qutuda 0,402 qram və 01 (bir) ədəd bükümdə 0,051 qram ümumilikdə 0,453 qram çəkidə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə 0,019 qram, 01 (bir) ədəd bükümdə 0,067, 01 (bir) ədəd bükümdə 0,070 qram və 01 (bir) ədəd bükümdə 0,296 qram çəkidə ümumi təmiz çəkiləri 0,452 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir ədəd elektorn tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 27 fevral 2021-ci il tarixdə yaşadığı ərazidə 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuş, tutularkən üzərində 1-2 dəfəlik istifadə üçün marixuana olmuş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərində guya aşkar olunmuş digər narkotik vasitələr ona məxsus olmamış, tərəzinin ora haradan gəlib çıxmasını bilməmiş, istintaq zamanı məcburiyyət qarşısında qalaraq etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs Müzəfər oğlunun məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddətdir səhhətində ağrıları olduğundan narkotik tərkibli maddələr qəbul edirmiş. 27.02.2021-ci il tarixdə Sumqayıt şəhəri, “Azərkimiya İ.B. Etilen-politelen” zavodunun ərazisində olan zaman 2 nəfər mülki geyimli 3 nəfər polis formasında şəxslər ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qəbulunda və üzərində gəzirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Həmin vaxt ona şübhəli bilindiyi üçün saxlandığını bildirmişlər. Həmin vaxt ona hüquq və vəzifələri barədə məlumat verilmiş və üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getmək lazım olduğunu və orada dövlət hesabına vəkilin iştirakı ilə üzərində baxış keçiriləcəyini demişlər. Həmin vaxt video çəkiliş aparılmış və Təqsirləndirilən şəxs buna da etiraz etməmişdir. PB-nə gedərəkən video çəkiliş daynmamış və PB-də da ona hüquqları izah edilmiş və sonra üzərində hər hanasısa bir qadağan olunmuş qanunla qadağan edilmiş əşyanın olub-olmadığı barədə sual verilmiş, ona görə də əynində olan şalvarın kəmərin altında olan taxta qutunu çıxartmış və masanın üzərində qoynuşdur. Həmin qutunu açıldıqdan sonra qutuya baxış zamanı qutunun içərsindən 1 ədəd kibrit qutsunun içərsində olan yaşıl rəngli narkotik vasitə marixuana, 3 ədəd şəffaf rəngli sellofana və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngdə olan narkotik vasitə olan metafetamin və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş spesefik iyə malik olan narkotik vasitə olan heroin, bir ədəd plastik qabda olan narkotik vasitə olan heroin, 2 ədəd gümüşü rəngli bükümdə narkotik vasitə marixuananın toxumları və bir ədəd qara rəngli elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı üzərində aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri özünə məxsus olduğunu demiş və Xızı rayonu ərazisində tanımadığı şəxsdən aldığını demiş, daha sonra həmin narkotik vasitələr və psixotrop maddələr elektron tərəzidə çəkilmiş və ekspertiza tədiqatına təqdim edilməsi üçün qablaşdırlmış, bu barədə protokol tərtib edilmiş ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır.Həmçinin 01 mart 2021-ci il tarixində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində qutuda aşkar olunmuş marixuana, heroin və metamfetaminin ona məxsus olduğunu. Tərəzini isə təxminən bir ilə əvvəl narkotik vasitələrin satışı ilə məşğul olarkən aldığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, "Qəfər" adlı şəxsin narkotik vasitlərin daşınmasında saxlanmasında və istifadə edilməsi barəsində Sumqayıt ŞPİ-nin 2-ci PN-nə məlumat daxil olmuşdur. Ona görə də, "Qəfər" adlı şəxsin müayyən edilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PN-nin əmliyyat müvəkkili, polis baş leyetnantı X4 tərəfindən 27.02.2021-ci il tarixdə" Əməliyyat axtarış tədbirlərinin keçirləməsinə dair " qərar qəbul edilmişdir. 27.02.2021-ci il tarixdə Qəfər adlı şəxs Sumqayıt şəhəri, "Azərkimiya Etilen-Politelen" zavodun ərazidə saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün tərəflərindən Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətrilmişdir. Orada onun üzərində narkotik vasitə olduğunu demişdir. Həmin vaxt Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, Taleh Abdulayev orada olan Sumqayıt şəhər 1 saylı Vəkil Büsrosunun vəkili İsməli Kazımov şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etmiş və Təqsirləndirilən şəxs razılığı əsasında onamüdafiəçi təyin edilmişdir. Həmin vaxt təhiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmçinin onun üzərində video kamerdan istifadə edib çəkliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs etiraz etmədiyindən, daha sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə isə Təqsirləndirilən şəxs əynindəki SumqayıtŞPİ-nin 2-ci PB-nintəhqiqatçısı, Taleh Abdullayev orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi İsməli Kazımovun iştirakı ilə narkotik tərkibli maddələri qanunsuz əldə edilməsində, daşınmasında və saxlanılmasında şübhəli olduğundan saxlanıldığını izah edilmiş, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs Müzəfər oğlu olduğunu bildirmiş, saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı vəkil Bürosundan dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verilmiş, bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsiaxtarışaparılacağı barədə məlumat verilmiş və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi zaman, Qəfər üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirməklə, əynindəki şalvaın arxa cibindən 01 ədəd qəhvəyi rəngli taxta qutunu cıxartmış və orada içərsindən 01 ədəd elektron tərəzi 01 ədəd üzərində Uber yazısı olan plastik qutu və bükmlər görəmək olur. Daha sonra bir ədəd kibrit qutusunda yaşıl rəngli kütlə tərəzidə çəkildiyi zaman çəkisi 2,42 qram olmuş, bir ədəd siqaret filterin çəkisi 0,89 qram, bir ədəd bükmüdə toxumların çəkisi 1,40 qram, həmçinin qutuda aşkar edilmiş kristalik ağ rəngli maddələr olan bükümlər ayrı ayrlıqda çəkilmiş və çəkiləri 0,50, 0,47, 0,56 və 0,17 qram çəkidə olduğu müayyən edilmişdir.Həmçinin bir ədəd gümüşü rəngli bükümdə 0,23 qram çəkidə və bir ədəd plastik qabla birlikdə çəkilən içərsində qəhvə rəngli kütlənin çəkisi 7, 11 qram olduğu müayyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 5 manatlıq, 9 ədəd 1 manatlıq 1 ədəd 10 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinazları özünə qaytarılmışdır. Digər aşkar edilmiş əşylar isə müvafiq qaydada qablaşdırılmış və götürülmüşdür. HəmçininTəqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edildi, həmin protokol ucadan oxundu, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edildi, öz növbəsində protokolu imzalamışdır.Həmçinin üzərində aşkar edilmiş elektron tərəzinin özünə məxsus olduğunu və həmin tərəzi ilə əvvələr narkotik vasitələrin satışı ilə məşğul olduğu zaman narkotik çəkdiyini əlavə olaraq qeyd etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, "Qəfər" adlı şəxsin narkotik vasitlərin daşınmasında saxlanmasında və istifadə edilməsi barəsində Sumqayıt ŞPİ-nin 2-ci PN-nə məlumat daxil olmuşdur. Ona görə də, "Qəfər" adlı şəxsin müayyən edilməsi üçün tərəfindən 27.02.2021-ci il tarixdə" Əməliyyat axtarış tədbirlərinin keçirləməsinədair "qərar qəbul edilmişdir. 27.02.2021-ci il tarixdə Qəfər adlı şəxs Sumqayıt şəhəri, "Azərkimiya Etilen-Politelen" zavodun ərazidə saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün tərəflərindən Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətrilmişdir. Orada onun üzərində narkotik vasitə olduğunu demişdir. Həmin vaxt Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, Taleh Abdulayev orada olan Sumqayıt şəhər 1 saylı Vəkil Büsrosunun vəkili İsməli Kazımov şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etmiş və Təqsirləndirilən şəxs razılığı əsasında ona müdafiəçi təyin edilmişdir. Həmin vaxt təhiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmçinin onun üzərində video kamerdan istifadə edib çəkliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs etiraz etmədiyindən, daha sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə isə Təqsirləndirilən şəxs əynindəki Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, Taleh Abdullayev orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi İsməli Kazımovun iştirakı ilə narkotik tərkibli maddələri qanunsuz əldə edilməsində, daşınmasında və saxlanılmasında şübhəli olduğundan saxlanıldığını izah edilmiş, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs Müzəfər oğlu olduğunu bildirmiş, saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı vəkil Bürosundan dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verilmiş, bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi zaman, Qəfər üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirməklə, əynindəki şalvaın arxa cibindən 01 ədəd qəhvəyi rəngli taxta qutunu cıxartmış və orada içərsindən 01 ədəd elektron tərəzi 01 ədəd üzərində Uber yazısı olan plastik qutu və bükmlər görəmək olur. Daha sonra bir ədəd kibrit qutusunda yaşıl rəngli kütlə tərəzidə çəkildiyi zaman çəkisi 2,42 qram olmuş, bir ədəd siqaret filterin çəkisi 0,89 qram, bir ədəd bükmüdə toxumların çəkisi 1,40 qram, həmçinin qutuda aşkar edilmiş kristalik ağ rəngli maddələr olan bükümlər ayrı ayrlıqda çəkilmiş və çəkiləri 0,50, 0,47, 0,56 və 0,17 qram çəkidə olduğu müayyən edilmişdir.Həmçinin bir ədəd gümüşü rəngli bükümdə 0,23 qram çəkidə və bir ədəd plastik qabla birlikdə çəkilən içərsində qəhvə rəngli kütlənin çəkisi 7, 11 qram olduğu müayyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 5 manatlıq, 9 ədəd 1 manatlıq 1 ədəd 10 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinazları özünə qaytarılmışdır. Digər aşkar edilmiş əşylar isə müvafiq qaydada qablaşdırılmış və götürülmüşdür. HəmçininTəqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edildi, həmin protokol ucadan oxundu, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edildi, öz növbəsində protokolu imzalamışdır.Həmçinin üzərində aşkar edilmiş elektron tərəzinin özünə məxsus olduğunu və həmin tərəzi ilə əvvələr narkotik vasitələrin satışı ilə məşğul olduğu zaman narkotik çəkdiyini əlavə olaraq qeyd etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X3 ifadəsində göstərdi ki,"Qəfər" adlı şəxsin narkotik vasitlərin daşınmasında saxlanmasında və istifadə edilməsi barəsində Sumqayıt ŞPİ-nin 2-ci PN-nə məlumat daxil olmuşdur. Ona görə də, "Qəfər" adlı şəxsin müayyən edilməsi üçün 2-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X5 tərəfindən 27.02.2021-ci il tarixdə" Əməliyyat axtarış tədbirlərinin keçirləməsinədair "qərar qəbul edilmişdir. 27.02.2021-ci il tarixdə Qəfər adlı şəxs Sumqayıt şəhəri, "Azərkimiya Etilen-Politelen" zavodun ərazidə saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün tərəflərindən Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətrilmişdir. Orada onun üzərində narkotik vasitə olduğunu demişdir. Həmin vaxt Sumqayıt tərəfindən Sumqayıt şəhər 1 saylı Vəkil Büsrosundan vəkil şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etmiş və Təqsirləndirilən şəxs razılığı əsasında ona müdafiəçi təyin edilmişdir. Həmin vaxt tərəfindən ona hüquq və vəzifələri izah edilmiş,ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmçinin onun üzərində video kamerdan istifadə edib çəkliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirilmiş,Təqsirləndirilən şəxs etiraz etmədiyindən, daha sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə isə Qəfər üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirməklə, əynindəki şalvaın arxa cibindən 01 ədəd qəhvəyi rəngli taxta qutunu cıxartmış və orada içərsindən 01 ədəd elektron tərəzi 01 ədəd üzərində Uber yazısı olan plastik qutu və bükmlər görəmək olur. Daha sonra bir ədəd kibrit qutusunda yaşıl rəngli kütlə tərəzidə çəkildiyi zaman çəkisi 2,42 qram olmuş, bir ədəd siqaret filterin çəkisi 0,89 qram, bir ədəd bükmüdə toxumların çəkisi 1,40 qram, həmçinin qutuda aşkar edilmiş kristalik ağ rəngli maddələr olan bükümlər ayrı ayrlıqda çəkilmiş və çəkiləri 0,50, 0,47, 0,56 və 0,17 qram çəkidə olduğu müayyən edilmişdir.Həmçinin bir ədəd gümüşü rəngli bükümdə 0,23 qram çəkidə və bir ədəd plastik qabla birlikdə çəkilən içərsində qəhvə rəngli kütlənin çəkisi 7, 11 qram olduğu müayyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 5 manatlıq, 9 ədəd 1 manatlıq 1 ədəd 10 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinazları özünə qaytarılmışdır. Digər aşkar edilmiş əşylar isə müvafiq qaydada qablaşdırılmış və götürülmüşdür. HəmçininTəqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edildi, həmin protokol ucadan oxundu, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edildi, öz növbəsində protokolu imzalamışdır.Həmçinin üzərində aşkar edilmiş elektron tərəzinin özünə məxsus olduğunu və həmin tərəzi ilə əvvələr narkotik vasitələrin satışı ilə məşğul olduğu zaman narkotik çəkdiyini əlavə olaraq qeyd etmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş X2 məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, sonuncu da X1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına ağ rəngli kağız qutusunda əlavə yaddaşında isə 01 (bir) ədəd “00790” adlı 27.02.2021-ci il tarixdə çəkilmiş, 2 600 808 kb həcmində, 29 dəqiqə 15 saniyyə davam edən, rəngli formatda, video görüntüsü olan diskə baxış keçirilrlmiş, həmin diskdə olan video görüntüdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan marixuananın aşkar edilməsi əks olunduğu üçün həmin CD disk maddi sübut kimi tanınaraq və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə–bioloji ekspertizasının 27 fevral 2021-ci il tarixli 7/236 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərində aşkar edilərək 0,762 qram çəkidə olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kağız paketdəki sellofan bükümün içərisndə 01 ədəd günüsü rəngli kağız bükümdə ümümi təmiz çəkisi 0,821 qram olan bitki toxumları çətənə (kannabis) bitkisin toxumlarıdır, onlar narkotik vasitələrin siyahısına aid deyil.
1. Marixuananın təmiz çəkisi - 0,762 qramdır. (Qeyd: istifadə olundu cəmi- 0,02 qram, qalıq 0,742 qramdır.
2. Toxumların ümumi məkisi 0,821 qram, tədqiqata istifadə olundu -0,02 qram tədqiqata istifadı olundu -0,02 qram, qalıq 0,801 qramdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə– kimyəvi ekspertizasının 27 fevral 2021-ci il tarixli 6/835 №-li rəyindən görünür ki, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,067 qram, 0,070 qram , 0,296 qram ümumi təmiz çəkiləri 0,452 qram ağ rəngli, kristalşəkili kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. 01 ədəd bükümdə və 01 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 0,051 qram, 0,402 qram, ümumi təmiz çəkiləri 0,453 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. ( Metamfetaminin təmiz çəkisi 0,452 qr tədqiqata sərf edildi, 0,08 qr, qalıq 0,372 qr, Heroin ümumi təmiz çəkisi 0,453 qr, tədqiqata sərf edildi 0,06 qalıq 0,393 qr) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 29.04.2021-ci il tarixli 1319nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələndə aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamsını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına ağ rəngli kağız qutusunda əlavə yaddaşında isə 01 (bir) ədəd “00790” adlı 27.02.2021-ci il tarixdə çəkilmiş, 2 600 808 kb həcmində, 29 dəqiqə 15 saniyə davam edən, rəngli formatda, video görüntüsü olan diskə baxış keçirilrlmiş, həmin diskdə olan video görüntüdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan marixuananın aşkar edilməsi əks olunduğu üçün həmin CD disk maddi sübut kimi tanıyaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 28 fevral 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki. iş üzrə 01 ədəd elektron tərəfzi, 01 ədəd taxta örtüklü qutu, 04 ədəd siqaret kartonu,, ümumilikdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,742 qram çəkidə narkotik vasitə olan marixuana, 0,372 qram çəkidə metamfetamin, 0,821 qram çətənə bitkisinin toxumları, 0,393 qram çəkidə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddii sübut kimi tanınmış və və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsin özündə əks etdirən diskə Məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki,diskdə 29 dəqiqə 15 saniyədən ibarət videofayl vardır. Həmin fayldakı görüntülərə baxış keçirilərkən müəyyən olundu ki, görüntünün 02 dəqiqə 20-ci saniyəsində küçə ilə hərəkət edən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılır. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra polis əməkdaşları ona özünü təqdim edərək hansı səbəbdən saxlandığını bildirirlər. Daha sonra çəkiliş dayandırılmadan çəkilişin 03-cü dəqiqə 45-ci saniyəsində Təqsirləndirilən şəxs polis avtomaşınına mindirilərək polis bölməsinə gətirilir. Görüntünün 11-ci dəqiqə 55-ci saniyəsində Təqsirləndirilən şəxs 2-ci Polis Bölməsinə gətirilərək xidməti otaqların birində 13-cü dəqiqə 20-ci saniyəsində vəkil Kazımov İsməli ona təqdim olunur, hüquq vəvəzifələrinə dair bildiriş ona təqdim edilərək tanış etdirilir və daha sonra şübhəli şəxsə üzərində qeyri-qanuni gəzdirdiyi narkotik vasitənin olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs şalvarının bel hissəsindən taxta mücrünü çıxardaraq, həmin mücrünün özünə məxsus olduğunu bildirərək onun içərisində öz istifadəsi üçün götürdüyü narkotik vasitələrin olduğunu bildirir. Həmin mücrünün içərisindən bir kibrit qutusunu çıxardaraq onu açır və onun içərisindəki qurudulmuş ota bənzər kütlənin marixuanna olduğunu bildirərək, daha sonra mücrüdən falqa kağızlarını çıxardaraq narkotik vasitəni çəkmək üçün istifadə etdiyini bildirir, bundan sonra kağızlardan birinin içərisindən 08 ədəd toxumu açıb göstərərk nəşənin toxumu olduğunu bildirir,daha sonra 02 ədəd trubkanı çıxardaraq narkotik vasitəni çəkmək üçün istifadə etdiyini bildirir. Bundan sonra digər bir bükümü açır və həmin bükümün də içərisində 41-ədəd toxum aşkar olunur.01 ədəd bükümü açaraq həmin bükümdə metamfetamin olduğunu və özünün istifadə etdiyini bildirir.Həmin narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün Xızı rayonundan aldığını bildirir. Daha sonra başqa bir bükümdə 03 ədəd toxumu çıxardaraq onun da narkotik vasitənin toxumu olduğunu bildirir. İçərisi boş olan bükümlərin isə içərisinin boş olduğunu özü bildirərək həmin bükümləri cırır. Daha bir bükümü açaraq içində az bir miqdarda metamfetamin adlı narkoik vasitə olduğunu bildirir. Təhqiqatçı bükümün boş olduğunu bidirdikdə isə Təqsirləndirilən şəxs stolun üzərində olan ağ kütlə qırıntılarını göstərərək bunların metamfetamin olduğunu bükümü açarkən yerə töküldüyünü deyir.Bükümlərin altında olan elektron tərəzini çıxardaraq onun evdə olduğunu, özünün mücrünün içərisinə qoydğunu bildirdi.Təqsirləndirilən şəxs daha sonra qaramtıl rəngli kütləni göstərərək onu narkotik vasitəni çəkdiyi trubkanın içərisindən çıxartdığını bildirir. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və məhkumluğu olmayan şəxs kimi hesab edilməlidir. Cinayət işinin materiallarından görünür ki,210730121 saylı cinayət işi 28 fevral 2021-ci il tarixində Sumqayıt ŞPİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başlanmışdır. 27 fevral 2021-ci il tarixində 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirələrinin keçirilməsinə dair qərar qəbul edilmiş və həmin tarixdə 2-ci Polis Bölməsinin rəisi Xalid Günəşov tərəfindən əməliyyat tədbirinin keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Cinayətişininmateriallarında olan 27 fevral 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixində saat 12:27-də Sumqayıt şəhəri Azərkimya İB Etilen Polietilen zavodunun ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Abdullayev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat Sumqayıt şəhər Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərarı ilə təmin edilmiş və sonuncu barəsində 03 ay müddətinə, yəni 27 may 2021-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizalarının rəyləri, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələrdən yalnız marixuannanın ona məxsus olduğunu, digər narkotik vasitələrin ona məxsus olmadığını, narkotik vasitələrin satşı ilə məşğul olmadığını, tərəzinin haradan gətirildiyini bilmədiyini göstərsə də cinayət işinin materiallarında olan maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxışın keçirilməsinə dair diskə baxış zamanı Təqsirləndirilən şəxs Azərkimya İB-nin Etilen Poletilen zavodunun həyətində polis əməkdaşları tərəfindən tutulması və daha sonra çəkiliş adavam etdirilməklə onun 2-ci Polis Bölməsinə gətirilməsi, üzərində olan taxta örtüklü mücrünü təqdim etməsi və həmin mücrünün içərisindən olan narkotik vasitələrin özünün hər bir narkotik vasitənin izahını verməklə bükümlərdə olan narkotik vasitələrin hansı narkotik vasitələr olduğunu bildirməsi, həmçinin mücrüdə olan əşyaların təyinatını sərbəst şəkildə deməsi diskdəki görüntülərdə öz əksini tapmışdır. Qeyd olunanlar məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid1, Şahid2,Taleh Abdullayevin ifadələri ilə də tam təsdiq olunmuşdur. Həmçiinin, təqsirləndirilən şəxsin üzərindən 3 fərqli adda narkotik və psixotrop maddələrin və elektorn tərəzinin aşkar edilməsi, təqsilrəndirilən şəxsin öz ifadəsindən və ifadəsinin sonluğuna öz xətti ilə yazılmış əlavə onun məhkəmə iclasında verdiyi ifadənin özünümüdafiə xarakterli olduğunu bir daha təsdiq edir. Bu səbəbdən də Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır, cinayət işinin digər materialları ilə öz təsdiqini tapmır və sübut kimi qəimətləndirilməməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdakı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri işin faktiki hallarına uyğun olduğundan həmin ifadələr sübüt kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1) Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs himayəsində 2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan bir övladı vardır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan uşağın olması onun cəzasını yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldən peşman olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, 01 ədəd elektron tərəfzi, 01 ədəd taxta örtüklü qutu, 04 ədəd siqaret kartonu,, ümumilikdə ekspertiza tədqiqatından sonra qalıq qalmış, 0,372 qram çəkidə narkotik vasitə olan metamfetamin, 0,821 qram çətənə bitkisinin toxumları, 0,393 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasına ehtiyac olmamasını nəzərə alaraq ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 188,72 (yüz səksən səkkiz manat yetmiş iki qəpik) Təqsirləndirilən şəxs oğundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 16may 2021-ci il tarixli (iş № 1(060)-371/2021) qərarını icra edərək, 18 may 2021-ci il tarixli 481 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd elektron tərəzi, 01 ədəd taxta örtüklü qutu, 04 ədəd siqaret kartonu, ümumilikdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,372 qram çəkidə narkotik vasitə olan metamfetamin, 0,821 qram çətənə bitkisinin toxumları, 0,393 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 188,72 (yüz səksən səkkiz manat 72 qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Pərviz Hacıyev