Məhkəmə qərarları › İş №1(060)-372/2020

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-372/2020

01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-372/2020 01.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs X2 nümayəndəsi və vəkili X1, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 7-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 05:50 radələrində ünvan 1 ünvanının ümumi istifadə üçün nəzərdə tutulan və qapısı açıq olan qarajından X4 məxsus zəngirli kilidlə bağlanmış 385 (üç yüz səksən beş) manat məbləğində qara-sarı rəngli, 28 ölçülü "Agiom GTC ATX-880" markalı velosipedi zəngiri qırıb gizli talayaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, 4-cü məhəllə, 1 saylı binanın qarşısına gələrək orada binanın 7-ci mərtəbəsində Zərərçəkmiş şəxs2 məxsus su borusuna plastikdən olan qıfılla bağlanmış 300 (üç yüz) manat dəyərində 28 ölçülü "Kross" markalı velosipedi qıfılı qırmaqla gizli talayaraq oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında ailəsi iiə birlikdə yaşayır, maddi vəziyyəti pis olduğuna görə ara-sıra oğurluq edir O ümumiyyətlə binaların bloklarında, qarajlarında velosipedlərin saxlanıldığını bilir, ona görə də binaların bloklarını, qarajlarını gəzərək velosiped olduqdaoğurlamağı fikirləşmişdir. O, 07.01,2020-ci il tarixdə saat təxminən 05:50 radələrində Sumqayıt şəhəri, Bulvar ərazisində gəzəndə orada tikilmiş təzə binalarda velosiped olduğunu fikirləşmiş və oğurluq etmək qərarına gəlmişdir, sonra Bulvar ərazisində yerləşən “Kristal Abşeron”na məxsus binanın həyətinə gələrək həmin vaxtı həyətdə kiminsə olmadığını, həyətə fikir verdikdə həyətin bir neçə yerində binanın qarajına piyadaların düşməsi üçün yerlərin olduğunu və hamısının da açıq olduğunu görmüş və qaraja düşmək qərarına gəlmişdir.O, binanın sağ tərəfində olan üzəri şüşə ilə örtülmüş, lakin qapısı olmayan keçiddən aşağıya, qaraja düşmüş, qarajın içərisində müxtəlif markalı avtomobillərin olduğunu görmüş, qarajı gəzdikdə qarajın yuxarı hissəsində markasını bilmədiyi, lakin təkəri enli olan, qara-sarı rəngli zəncirlə bağlanmış velosipedi görərək dərhal həmin velosipedə yaxınlaşmış və zəncir nazik olduğundan əli ilə zənciri qıraraq velosipedi götürüb binanın həyətinə çıxmış və velosipedi sürə-sürə Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən “Şərq” bazarı deyilən yerə gəlmişdir. O, velosipedi orada kiməsə satacağını fikirləşmiş, orada əvvəllər tanıdığı, mühafizəçi işləyən Ağakərim adlı şəxsi görmüş, söhbət əsnasında velosipedin özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demiş, Ağakərim də ondan neçəyə satdığını soruşduqda, ona 100 manata satdığını demiş və Ağakərim də onunla 70 manata razılşaraq 50 manatı həmin vaxtı verərək velosipedi götürmüş, qalan 20 manatı isə səhərsi gün vermiş, o da həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, bir neçə gün sonra pulu olmadığı üçün yenə velosiped oğurlamaq qərarına gəlmiş,11.01,2020-ci il tarixdə axşam saat təxminən 20.radələrində Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində piyada gəzərkən orada təzə tikilən bina görmüş və həmin binanın blokunun qapısı açıq olduğundan oraya girərək mərtəbələri gəzib velosiped olduqca oğurlamağı fikirləşmiş, həmin binanın blokundan daxil olaraq mərtəbələri gəzərək yuxarı qalxdıqda 7-ci mərtəbədə qapının ağzında olan su borusunun yanında 28 ölçülü velosiped görərək tez oraya yaxınlaşmış, həmin velosiped su borusuna plastikdən olan qıfılla bağlandığından qıfılı əli ilə dartaraq qırmış və velosipedi götürüb aşağıya düşərək sürə-sürə yenə Sumqayıt şəhəri, “Şərq” bazarı adlanan yerə gəlmiş və orada könhə dəmir əşyaları alan, əvvəlcədən tanıdığı Fikrət adlı şəxsi görmüşdür. O, Fikrətə velosipedin özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini demiş, Fikrətlə 70 manata razılaşmış və Fikrət ona 70 manat verərək velosipedi götürmüş, o, həmin pula narkotik aludəçisi olduğundan ağrıları olduğu üçün dərman alıb istifadə etmişdir. O, daha sonra yenidən velosiped oğurlayarkən polis əməkdaşları tərəfindən tutulmuş və o, etdiyi oğurluqları polis əməkdaşlarına danışmışdır. Velosipedləri satdığı şəxslər velosipedlərin oğurluq oiduğunu bilməmişlər, həmin velosipedlərin özünün olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Hazırda etdiyi əmələ görə peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, hazırda Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 1 A, mənzil 26-da ailəsi ilə birlikdə yaşayır. O, özünə məxsus "KROSS” markalı, 28 ölçülü, göy qara rəngli velosipedi 2017-ci ildə Bakı şəhərindən velosiped mağazalarının birindən 600 (altı yüz) manata almış, həmin velosipedi yaşadığı mənzilin yanında olan boruya plastik kilidlə bağlamış, sonuncu dəfə velosipedin xx.xx.2020-ci il tarixdə orda olduğunu görmüş, lakin xx.xx.2020-ci il tarixdə saat təxminən 15:30 radələrində yaşadığı mənzildən çıxaraq işi ilə bağlı getdikdə velosipedin yerində olmadığını, plastik kilidin kəsildiyini görmüşdür. O, velosipedin oğurlandığını anlayaraq Sumqayıt şəhər Polis idarəsinin 4-cü Polis Bölməsinə gedərək ərizə ilə müraciət etmiş, sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş, müəyyən müddətdən sonra velosipedi tapılaraq ona qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 01oktyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ona məxsus velosiped özünə qaytarılmışdır. Buna görə də ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin yüngül cəzaya məruz qalmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 nümayəndəsi X5 bildirmişdir ki, nümayəndəsi olduğu X6 hazırda Rusiya Federasiyasında yaşayır, koronavirus xəstəliyi ilə əlaqədar olaraq ölkəyə qayıda bilmir, ona görə də Şəhanə Rəhimovanın nümayəndəsi kimi çıxış edir. Şəhanə Rəhimova ona bildirmişdir ki, ölkədə olduqda yaşadığı Sumqayıt şəhəri, Bulvar küçəsi, “Kristal Abşeron” yaşayış massivinin qarajında özünə məxsus '‘Agiom GTC ATX-880” markalı velosipedi saxlayaraq hərdən bir sürmüş, sonra yenə velosipedi binanın qarajında saxlamışdır, velosipedi binanın qarajında saxladıqda velosipedin hərəkət etməməsi üçün nazik zəncirlə bağlamışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında velosipedi sürüb sonra qarajda saxlamış, xx.xx.2020-ci il tarixdə təxminən səhər saatlarında velosiped sürmək üçün həyətə düşərək qarajdan velosipedi çıxartmaq istədikdə velosipedin orada olmadığını görmüşdür, sonra mühafizəçiyə məlumat verərək kameraya baxdıqda naməlum şəxsin onun velosipedini oğurladığını görmüşdür, bu barədə polisə məlumat vermişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş, bir neçə gün sonra ona məxsus velosipedi oğurlayan şəxs tutulmuş və onun velosipedi qaytarılmışdır. X2 təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Şahid qismində dindirilmiş Şahid1 Oqtay oğlu göstərmişdir ki, hazırda ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, təxminən bir ildirki, Sumqayıt şəhəri, “Şərq” bazarı adlanan ərazidə mühafizəçi işləyir və Mayıl adlı şəxsi də oradan tanıyır. O, Mayıl adlı şəxsin yalnız adını bildiyini, onunla bağlı başqa məlumatının olmadığını, Mayılın “Şərq” bazarı adlanan ərazidə yerləşən metal qəbulu yerlərinə metal gətirib satdığını, onunla orada tanış olduğunu, lakin onun oğurluq etdiyini ümumiyyətlə bilmədiyini bildirmişdir.xx.xx.2020-ci il tarixdə təxminən saat 07:30 radələrində Mayıl təkərləri enli olan bir velosipedi sürə-sürə onun yanına gəlmiş, Mayıl söhbət əsnasında pula ehtiyacı olduğunu, ona görədə özünə məxsus velosipedi satmaq istədiyini və onun istəyibistəmədiyini soruşmuş, o da Mayıldan neçəyə satdığını soruşduqda Mayıl 100 (yüz) manata satdığını demiş, o, Mayıla velosipedi almaq istədiyini, lakin 70(yetmiş) manat verəcəyini demiş və Mayılla razılaşaraq üzərində olan 50(əlli) manat pulu verərək velosipedi götürmüş, qalan 20(iyirmi) manat pulu isə səhərisi gün, yəni xx.xx.2020-ci il tarixdə Mayıla vermişdir. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hazırda ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır, təxminən 5-6 ildir ki, Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən “Şərq” bazarı adlanan ərazidə dəmir əşyaları alıb satılan yeri işlədir. O, həmişə olduğu kimi xx.xx.2020-ci il tarixdə işə gəlmiş, həmin günü təxminən axşam saatlarında buraya əvvəl yaxınlıqdakı yerlərdə fəhlə işlədiyindən tanıdığı Mayıl adlı şəxs gəlmiş, Mayıl sürdüyü velosipedin özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demiş, o da Mayıldan qiymətini soruşduqda Mayıl 70 manata satdığını demiş və o, Mayılla razılaşaraq pulu verərək velosipedi almış, bir neçə gün sonra həmin velosipedin oğurluq olduğunu və Mayılın oğurladığını öyrənmiş, velosipedi Polis işçilərinə vermişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən, 65 saylı yaşayış binasının avtomaşınların saxlandığı qarajdır. Baxış zamanı qarajda piyadaların giriş-çıxışı üçün nəzərdə tutulmuş 2 ədəd piyada keçidinin olduğu, habelə qarajın avtomaşınların giriş-çıxışı üçün nəzərdə tutlan girişinin açıq olduğu, lakin şlaqbaumla mühafizə olunduğu müəyyən edilmişdir. Baxış zamanı araşdırma üçün əhəmiyyət kəsb etdiyindən müşahidə kameralarının görüntüləri götürülmüşdür. (i.v 6) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD-R 2-52X tipli diskdə olan videogörüntü 1 (bir) hissəlidir. (3470 kb, 00 dəqiqə 13 saniyə). Videogörüntüyə baxandan sonra aydın olur ki, naməlum şəxs xx.xx.2020-ci il tarixdə saat 05:58 radələrində X4 məxsus olan velosipedi götürərək velosipedin saxlandığı yeraltı qarajın piyadalar üçün nəzərdə tutulmuş çıxışından çıxaraq oradan uzaqlaşmışdır.(i.v 10) Həmin disk məhkəmə iclasında da nümayiş etdirilmiş və göstərilənlər təsdiq edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 3953 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkili təqdim olunmuş 1 ədəd 2018-ci ildə 550 manata alınmış, 28 ölçülü, "Agiom GTC ATX-880" markalı velosipedin istifadəsinə 30 faiz köhnəlmə tətbiq edilməklə 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 385,00 manat müəyyən olunur. (i.v 27) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 3956 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkili təqdim olunmuş 1 ədəd 2017-ci ildə 600 manata alınmış, 28 ölçülü, "Kross" markalı velosipedin istifadəsinə 50 faiz köhnəlmə tətbiq etməklə hal-hazırda olan orta bazar qiyməti nəzəri qaydada təxminən 300,00 manat müəyyən olunur. (i.v 55-56) İş materiallarında olan 4-cü PB-nin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v 89) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v 115-116) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Mayılov X7 Şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə AR CMnin 128-ci maddəsi ilə təqsirli bilinib AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. (i.v 165-166) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v 167-169) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v 170) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X3 təqdim etdiyi bir ədəd içərisində videogörüntü olan CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (i.v 173-180) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli həbs-axtarış qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2020-ci il tarixli, xx/xx-3794 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə tutularaq xx xxxxxxxx 2020-ci ildə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. X9 Şöbəsinin xx.xx.2020-ci il tarixli, 3159 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-171/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Sözügedən hökm və onun icrası barədə göstəriş xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icra tədbirlərinə başlanılaraq məhkumun hökm üzrə yaşayış yerinə bildirş göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs şöbəyə gəlib qeydiyyatdan keçmədiyindən hökm üzrə cəzası tam olaraq çəkilməmiş hesab olunmalıdır. Azərbaycan Respublikası CPM-in tələblərinə əməl edərək, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, peşman olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlıdir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilındə müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalıcə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək və xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlandığı iyirmi səkkiz gün müddət bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün qanuni sahibləri X4 və Zərərçəkmiş şəxs2 təhvil verilmiş 02 ədəd velosipedin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək və xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlandığı iyirmi səkkiz gün müddət bir günə iki gün hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 10 (on) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1 maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə X9 Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində hökm qanuni qüvvəyə minənə qədər “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə X9 Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 7 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 (yüz) AZN Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün qanuni sahibləri X4 və Zərərçəkmiş şəxs2 təhvil verilmiş 02 ədəd velosipedin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar