Məhkəmə qərarları › İş №1(060)-372/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-372/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-372/2021 11.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Füzuli qızının iştirakları ilə, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində "polisin nəzarəti altına" vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,226 qram çəkidə narkotik vasitə olan heroin əldə edərək onu üzərində daşıyaraq saxlamış, 12 fevral 2021-ci il tarixdə saat 17:40 radələrində Sumqayıt şəhər Pİ-nin CAŞ-nin və 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 1-ci PB-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın, sağ yan cibindən 1 ədəd qara siqaret kağızının içərisində 4 ədəd gümüşü siqaret kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0.052 qram, 0.062 qram, 0.059 qram, 0.053 qram ümumi təmiz çəkiləri 0.226 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, az bir müddətdir ki, narkotik vasitə olan heroin qəbul edir. 12.02.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 Yanvar metrostansiyası yaxınlığına getmişdir. Orada olarkən tanımadığı bir şəxs ona yaxınlaşıb siqaretinin olub-olmadığını soruşmuş və o, həmin şəxsə siqaret vermişdir. Həmin şəxs siqaretini yandırıb çəkərək, kənardan Təqsirləndirilən şəxs baxmış, o, həmin şəxsdən nə olduğunu soruşduqda həmin şəxs "deyəsən narkotik istifadə edənsən" demişdir. O, əvvəlcə inkar etsə də sonradan arada istifadə etdiyini demişdir. Söhbət zamanı həmin şəxs narkotik aludəçisi olduğunu bildirib və hal-hazırda da üzərində narkotik vasitə olan heroin olduğunun demişdir. Narkotik vasitədən ona da verməsini xahiş etmişdir. Həmin şəxs ondan pulunun olub-olmadığını soruşduqda cibində olan 25 manat pulu çıxardıb, 5 manatı yol pulu saxlamağını deyib həmin şəxsə 20 manat verə biləcəyini demişdir. Həmin şəxs ətrafa baxıb ona siqaret qutusunu verməyini demişdir. O, həmin şəxsə siqaret qutusunu verib və 4 büküm narkotik vasitə olan heroini qutunun içərisinə qoyaraq ona vermişdir.O, sonra bir qədər dayanıb bükümlərə açıb baxdıqdan sonra cibində olan 25 manat puldan 20 manatını siqaret qutusuna qoyub, həmin şəxsə geri qaytarmış, Sumqayıt şəhərinə qayıtmışdır. Həmin narkotiki də Sumqayıt şəhəri ərazisində gizlin bir yerdə istifadə etmək fikrində olmuşdur. 12.02.2021-ci il tarixdə təxminən saat 17:40-da Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində 4 nömrəli məktəbin istixanasının yanı ilə gedərkən, üç nəfər mülki geyimli, şəxs ona yaxınlaşıb, polis əməkdaşıları olduqlarını, onun narkotik vasitələrin qanunsuz saxlanılması, gəzdirilməsində şübhəli olduğunu bildirib və polis bölməsinə getməyini, orada müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməyərək polis bölməsinə getmişdir. Orada otaqlardan birində müdafiəçinin iştirakı ilə axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın, narkotik vasitə və digər kimi maddələrin olub-olmaması barədə sual verilərkən o, buna etiraz etməyib, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Vəkil bürosundan vəkili təqdim edilmişdir. Həmin vaxt videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin qara kağızında siqaretin gümüşü kağızına bükülmüş 4 büküm narkotik vasitə olan heroin aşkar edilmişdir. Polis əməkdaşları narkotik vasitənin haradan əldə etdiyini soruşduqda o, 20 yanvar metro stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmin vaxtı onun üzərindən aşkar olunan heroin tərəziyə qoyularaq çəkilmiş və ona həmin kütlənin ekspertizaya göndəriləcəyi izah olunmuşdur. Heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Əvvəllər məhkum olunmamışdır.Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. FHN-nin DYNX-də yanğınsöndürən işləmişdir.hazırda təqaüddədir. Törətdiyi əməldən peşmandır və ona yüngül cəza verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində ximət edir. X1 narkotik vasitələrdən əldə etmə, saxlama və gəzdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid2, CAŞ-ın kiçik inspektoru polis baş serjantı Vüsal Abbasovdan, 1-ci PB-nin təhqiqatçısı polis mayoru, Ruslan Vəliyevdən və kriminlastik təhqiqatlar bölməsinin inspektoru, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 12.02.2021-ci il tarixdə saat 17:00 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisinə getmişlər. Təxminən saat 17:30 radələrində Ülfət adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs tərəflərindən üzərinə 1-ci PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxsla birlikdə 1-ci PB-nə gəlmişlər. 1-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 1 saylı Vəkil bürosundan vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin qara kağızında siqaretin gümüşü kağızına bükülmüş 4 büküm narkotik vasitə olan heroin aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitənin haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs 20 yanvar metro stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə heroin tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlələr zərfə qoyularaq DİN-nin 126 nömrəli möhürü ilə möhürlənib Təqsirləndirilən şəxs həmin kütlənin Ədliyyə Nazirliyini Məhkəməkimyəvi ekspertizasına göndəriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində ximət edir. X1 narkotik vasitələrdən əldə etmə, saxlama və gəzdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında CAŞ-nin əməliyyat müvəkkili Şahid1, CAŞ-ın kiçik inspektoru polis baş serjantı Vüsal Abbasovdan, 1-ci PB-nin təhqiqatçısı polis mayoru, Ruslan Vəliyevdən və kriminlastik təhqiqatlar bölməsinin inspektoru, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 12.02.2021ci il tarixdə saat 17:00 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisinə getmişlər. Təxminən saat 17:30 radələrində Ülfət adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs tərəflərindən üzərinə 1-ci PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxsla birlikdə 1-ci PB-nə gəlmişlər. 1-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 1 saylı Vəkil bürosundan vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin qara kağızında siqaretin gümüşü kağızına bükülmüş 4 büküm narkotik vasitə olan heroin aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitənin haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs 20 yanvar metro stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə heroin tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlələr zərfə qoyularaq DİN-nin 126 nömrəli möhürü ilə möhürlənib Təqsirləndirilən şəxs həmin kütlənin Ədliyyə Nazirliyini Məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş CAŞ-ın kiçik inspektoru polis baş serjantı Vüsal Abbasov ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində ximət edir. X1 narkotik vasitələrdən əldə etmə, saxlama və gəzdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında CAŞ-nin əməliyyat müvəkkili Şahid1, CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid2, 1-ci PB-nin təhqiqatçısı polis mayoru, Ruslan Vəliyevdən və kriminlastik təhqiqatlar bölməsinin inspektoru, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 12.02.2021ci il tarixdə saat 17:00 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisinə getmişlər. Təxminən saat 17:30 radələrində Ülfət adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs tərəflərindən üzərinə 1-ci PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxsla birlikdə 1-ci PB-nə gəlmişlər. 1-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 1 saylı Vəkil bürosundan vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin qara kağızında siqaretin gümüşü kağızına bükülmüş 4 büküm narkotik vasitə olan heroin aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitənin haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs 20 yanvar metro stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə heroin tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlələr zərfə qoyularaq DİN-nin 126 nömrəli möhürü ilə möhürlənib Təqsirləndirilən şəxs həmin kütlənin Ədliyyə Nazirliyini Məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Cinayət işinin materiallarından görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,226 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,146 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Pİ-nin CAŞ-nin, 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş Məhkəmə-kimyəvi ekspertizasının13.02.2021-ci il tarixli, 6/643 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində“... Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.052 qram, 0.062 qram, 0.059 qram, 0.053 qram; ümumi təmiz çəkiləri 0,226 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 04 bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 25.02.2021-ci il tarixli, 585 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan 12 fevral 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2021-ci il tarixində saat 17:40-da Sumqayıt şəhərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev CPM-nin 153cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan 13 fevral 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında Qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSYdən azad edilmiş və onun barəsində “Polisin nəzarəti altına vermə“ növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 11 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 03.05.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş dağum haqqında AZ İ 515683 və AZ İİ 176476 saydı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1) Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal törətdiyi əməldən səmimi peşman olması, əvvəllər məhkumluğunun olmaması, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqaıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12-13 fevral 2021-ci il tarixlərində 01 (bir) gün Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, təqsirləndirilən şəxsin MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti cəza təyin olknmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,146 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınaraq ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli (iş № 1(060)-372/2021) qərarını icra edərək, 20 may 2021-ci il tarixli 498 saylı orderə əsasən vəkil Müdafiəçi1 Füzuli qızı onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqaıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınsın və ərazi üzrə Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,146 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Füzuli qızının göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar