Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-372/2024 05.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 13.28 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Bağçasaray” yaşayış kompleksinin yaxınlığında olan zaman saxlanılıb Sumqayıt ŞPİ-nə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən həmin narkotik maddə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3i ilə birlikdə yaşayır. Əvvələr məhkum olunmamışdır, subaydır. Təxminən 3-4 il olar narkotik vasitə qurudulmuş marixuana qəbul edir. xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Bağçasaray yaşayış kompleksinin yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirtmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif edən zaman o əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü və sol yan cibində saxlamış olduğu “Nissan Sunny” markalı avtomobilinin açarını təqdim etmişdir. Daha sonra həmin büküm açılan zaman içərisində yaşıl rəngli ot kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o aşkar olunan ot kütləsinin “marixuana” olduğunu, həmin marixuananı polis əməkdaşları tərəfindən tutulduğu gün günorta saatlarında Xızı rayonu, Yeni Yaşma yaşayış massivi ərazisində tanımadığı şəxsdən 30 (otuz) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin büküm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Həmçinin sorğu zamanı o saxlanılan zaman idarə etdiyi “Nissan Sunny” markalı avtomobildən enərək yaxınlıqdakı köşkə yaxınlaşdığını və bu zaman saxlanıldığını, üzərindən aşkar edilmiş 01 (bir) ədəd avtomobil açarının həmin “Nissan Sunny” markalı avtomobilə məxsus olduğunu, avtomobilində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olmadığını bildirmiş və avtomobilə baxış keçirilməsinə heç bir etiraz etmədiyini qeyd edərək bu barədə ərizə yazmışdır. Daha sonra isə Sumqayıt ŞPİ-nin inzibati binasının həyətində olan ona məxsus “Nissan Sunny” markalı avtomobilə baxış keçirilməsi zərurəti yarandığından çəkiliş orada davam etdirilməsi üçün dayandırılmışdır. Daha sonra idarə etdiyi avtomobilə baxış iştirakçıları ilə baxış keçirilən zaman avtomobilin tünd göy rəngli, “Nissan Sunny” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı olduğu müəyyən edilmiş, daha sonra avtomobilin yük yerinə və salonuna baxış keçirilmiş, lakin hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə və s. aşkar edilməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən nə saxlanılarkən, nə də Polis İdarəsində heç bir təzyiq göstərilmədiyini bidirdi. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən Sumqayıt ŞPİ-nin CAŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 17 fevral 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa CAŞ-nin rəisi polis polkovnik-leytenantı Yelmar Mehdiyev başçılıq etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 19:00 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onu Sumqayıt şəhəri, Sülh küçəsi, “Bağçasaray” yaşayış kompleksinin yaxınlığında idarə etdiyi **-CC-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtomobilndən düşərək yaxınlıqdakı köşkə tərəf hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri olaraq birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşaraq hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən avtomobilə mindikdən sonra Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs təhqiqatçı Elnur Feyzullayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunmuş və bu zaman Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü və sol yan cibində saxlamış olduğu “Nissan Sunny” markalı avtomobilin açarını təqdim etmişdir. Həmin büküm açılarkən içərisində yaşıl rəngli, kəskin iyli, quru vəziyyətdə narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Həmin büküm sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş, həmin “marixuanaya” bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. İstintaq hərəkətinin davamında Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Nissan Sunny” markalı avtomobilin açarının ona məxsus olduğunu, həmin avtomobili etibarnamə ilə idarə etdiyini, həmin avtomobildə hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olmadığını bildirmiş və avtomobilə baxış keçirilməsi ilə əlaqədar heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerinə və salonuna baxış keçirilmişi, lakin hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Xızı rayonu, Yeni Yaşma yaşayış massivi ərazisində bir nəfər tanımadığı şəxsdən 30 (otuz) manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik maddə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Feyzullayev tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Sonra təhqiqatçı X3 Abdullayevə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Həmin vaxt Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları özlərini həmin şəxsə təqdim edirlər. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili X1 təqdim edilir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd şəffafsellofana bükülmüş bükümü və sol yan cibində saxlamış olduğu “Nissan Sunny” markalı avtomobilin açarını, həmçinin əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamış olduğu 10 qəpik pulu stolun üzərinə qoyaraq təqdim edir. Həmin 01 (bir) ədəd büküm təhqiqatçı Elnur Feyzullayev tərəfindən açıldıqda içərisindən yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddənin marixuana olduğunu, həmin marixuananı xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Xızı rayonu, Yeni Yaşma yaşayış massivi ərazisində bir nəfər tanımadığı şəxsdən 30 (otuz) manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkilir, maddənin çəkisi 14,03 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə xüsusi qablaşdırılır, DİN-nin 124 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Həmçinin üzərindən aşkar edilmiş 10 qəpik pul özünə qaytarılır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş Nissan Sunny markalı avtomobilin açarının ona məxsus olduğunu, həmin avtomobili etibarnamə ilə idarə etdiyini, həmin avtomobildə hər hansı qanunsuz əşya predmet, narkotik vasitə olmadığını bildirdi və avtomobilə baxış keçirilməsi ilə əlaqədar heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin tünd göy rəngli, “Nissan Sunny” markalı, **- CC-*** dövlət qeydiyyat nişanlı olduğu müəyyən edilir, daha sonra avtomobilin yük yerinə və salonuna baxış keçirilir, lakin hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə aşkar olunmur. Bu barədə şəxsi axtarış keçirilməsinə dair videogörüntüyə aid 01 (bir) ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 17 fevral 2024-cü il tarixli, 7/262 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 13.28 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 13,28 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 13,23 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının 06 mart 2024-cü il tarixli, 1509 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqatır Şəhər Məhkəməsinin 1(060)-372/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və tapıldıqda Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 13,28 qram narkotik vasitə qurudulmuş marixuanadan aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 13,23 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Nissan Sunny” markalı, **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış iştirakçıları ilə birlikdə baxış keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin 255 saylı, xx.xx.2024cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ gözaltı-almacıq nahiyyəsinin qançırı, gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xəsarət alması faktı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nə ünvanlanmış əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı, haradan və kimdən əldə etməsi, eləcə də həmin maddələri kimlərə satıb-satmaması, bundan başqa əvvəllər narkotik vasitənin satışı ilə məşğul olub-olmaması, cinayət əlaqələri, həyat tərzi əməliyyat tədbirləri ilə yoxlanılmış, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə satması və ya onda aşkar olunmuş narkotik vasitə olan marixuananı satmış şəxsin şəxsiyyəti və olduğu yerin müəyyən edilməsi istiqamətində də heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli özünün etirafedici ifadəsi, şahidlərin ifadəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına, cəzanı yüngülləşdirən halı və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat sərf etmişdir. Ona görə də, 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində və xx.xx.2024-cü il tarixdə tutulduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 13,28 qram narkotik vasitə qurudulmuş marixuanadan aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 13,23 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 89.00 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində və xx.xx.2024-cü il tarixdə tutulduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2nı tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 13,23 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin . İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 89.00 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-372/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-372/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver