Məhkəmə qərarları › İş №1(060)-373/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-373/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-373/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X6 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs - Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 25.02.2022-ci il tarixdə saat 11:00 radələrində ünvan 3 ünvanında yaşayan Müdafiəçi ilə rəsmi nikahda olduğu həyat yoldaşı Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermş mübahisə zamanı sonuncu Müdafiəçi «sol üst göz qapağının sol almacıq nahiyyəsini əhatə edən qançırı və sol gözünün ağlı qişasına qansızma, sol gicgah nahiyyənin dərialtı hematoması» xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa «YÜNGÜL» dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 15 ildir ki, Müdafiəçi ilə ailə həyatı qurmuşdur. Bu nikahdan iki övladları dünyaya gəlmişdir. X1 8, oğulları X12 oğlunun isə 15 yaşı vardır. Əvvəlcədən həyat yoldaşı ilə münasibətləri normal olmamışdır. Belə ki, həyat yoldaşı Müdafiəçi mütaəmadi olaraq heç bir səbəb olmadan yaşadıqları ünvana gələrək münqaişə yaratmışdır. Belə ki, həyat yoldaşı Müdafiəçi hər zaman özünün yaşadığı evin sahibi kimi aparmışdır. Həmin ev isə anası X4 məxsusdur. O hər zaman Müdafiəçi evin əsl sahibinin anası Ofelya olduğunu, ona görə də evə iddia etməsinin əbəs olduğunu bildirmişdir. 25.02.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində həyat yoldaşı Müdafiəçi işdən evə gəlmişdir. Gəldikdən sonra həyat yoldaşı onunla heç bir əsəs olmadan mübahisə etməyə başlamışdır. O, yoldaşından avtomobil üçün pul istəməmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Münaqişə zamanı o həyat yodlaşının sifət nahiyyəsinə əli ilə bir dəfə sillə zərbəsi endirmişdir. Bundan sonra isə həyat yoldaşı polisə müraciət etmək üçün evi tərk etmişdir. Hal-hazırda etdiklərindən peşmandır və həyat yoldaşı ilə barışmışdır. Məhkəmədən həyat yoldaşı ilə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Müdafiəçi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 15 ildir ki, ailə həyatı qurmuşdur. Bu nikahdan iki övladları dünyaya gəlmişdir. X1 8, oğulları X12 oğlunun isə 15 yaşı vardır. Əvvəlcədən həyat yoldaşı ilə münasibətləri normal olmamışdır. Belə ki, həyat Təqsirləndirilən şəxs mütəmadi olaraq heç bir səbəb olmadan yaşadıqları ünvana gələrək münaqişə yaratmışdır. O bununla bağlı dəfələrlə polisə də müraciət etmişdir. Lakin yoldaşı bu hərəkətlərinə yenə də davam etmişdir. 25.02.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində işdən evə gəlmişdir. Evə gəldikdən sora həyat yoldaşı ona məxsus özünə məxsus olan “Reno” markalı avtomobilin nasaz olduğunu bildirərək ondan 1000 manat pul istəmişdir. Lakin o yoldaşına maaşını almadığını bildirmişdir. Bu zaman siə aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı həyat yoldaşı bir neçə dəfə onun baş nahiyyəsinə yumruq zərbələri endirmişdir. O bununla bağlı polisə müraciət etmişdir. Halhazırda isə həyat yoldaşı ilə barışmışdır. Məhkəmədən həyat yoldaşı ilə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 288 saylı, 25.02.2022-ci il tarixli rəyindən görünür ki, Müdafiəçi bədənində «sol üst göz qapağının sol almacıq nahiyyəsini əhatə edən qançırı və sol gözünün ağlı qişasına qansızma, sol gicgah nahiyyənin dərialtı hematoması» xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyalarının) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, 25.02.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa «YÜNGÜL» zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin vət. Müdafiəçi özü-özünə yetirməsi inandırıcıdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 05.04.2022-ci il tarixli Müdafiəçi ərizəsindən görünür ki, sonuncu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs 05.04.2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu zərərçəkmiş şəxs Müdafiəçi ilə barışmışdır və barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏƏSİ tərəfindən verilmiş 11.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəmsinin 30.08.2007-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan mıhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 08.06.2015-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CM-nin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 727 saylı 28.02.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” 4nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 82 saylı, 28.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 4 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 1 Saylı “İnşaatçı” MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 15.03.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt şəhər Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 18.03.2022-ci il tarixli (iş № 1(060)- 373/2022) qərarını icra edərək vəkil X5 onun vəkili təyin etmişdir. Müdafiəçi X7 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddiaİş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar