Məhkəmə qərarları › İş №1(060)-374/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-374/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-374/2023 30.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01:15 radələrində, Zərərçəkmiş şəxs məxsus olan Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 45-ci məhəllə ərazisində yerləşən “Alsu” geyim və aksesuarlar mağazasının plastik giriş qapısının aşağı hissəsini söküb açma yolu ilə mağazaya qanunsuz daxil olaraq, mağazadan 3 yaşlı uşaq üçün, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, göy və boz rəngli “Kids” firmasına aid, ümumi dəyəri 80 manat olan 10 ədəd cins şalvarı, 5 yaşlı uşaq üçün, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş, təzə vəziyyətdə, göy və boz rəngli “Kids” firmasına aid, ümumi dəyəri 50 manat olan 5 ədəd cins şalvarı, 8 yaşlı uşaq üçün, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, göy və boz rəngli, “Kids” firmasına aid, ümumi dəyəri 60 manat olan 5 ədəd cins şalvarı, 12 yaşlı uşaq üçün, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, göy və boz rəngli “Kids” firmasına aid, ümumi dəyəri 75 manat olan 5 ədəd cins şalvarı, 15 yaşlı uşaq üçün, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, göy və boz rəngli “Kids” firmasına aid, ümumi dəyəri 90 manat olan 5 ədəd cins şalvarı, 3 yaşlı uşaq üçün, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, “Adidas” firmasına aid, ümumi dəyəri 48 manat olan 4 ədəd şalvar və gödəkcə dəstini, 31x42 sm ölçüdə Türkiyə istehsalı olan, üzərində “Rain Baby ” yazısı olan boz-qırmızı rəngli, ümumi dəyəri 24 manat olan 3 ədəd çantanı, kiçik ölçülü, üzərində “Lova” yazısı olan, qırmızı rəngli, ümumi dəyəri 30 manat olan 5 ədəd uşaq çantasını, XL ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, qara rəngli “Lady” firmasına aid, ümumi dəyəri 156 manat olan, 13 ədəd qadın buzqalterini, M ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, qara rəngli “Lady” firmasına aid, ümumi dəyəri 80 manat olan 8 ədəd qadın buzqalterini, XXL ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, ağ rəngli, ümumi dəyəri 160 manat olan 20 ədəd qadın maykalarını, XL ölçüdə, 2022-ci il Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, qara və ağ rəngli, ümumi dəyəri 115 manat olan 23 ədəd qadın tumanlarını, 40 ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, müxtəlif rənglərdə “Da-ye” firmasına aid, ümumi dəyəri 96 manat olan 24 cüt qadın şəpiklərini, 43 ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, müxtəlif rənglərdə “Da-ye” firmasına aid, ümumi dəyəri 100 manat manat olan 20 cüt kişi şəpiklərini, 38 ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, ağ rəngdə, ümumi dəyəri 220 manat olan 10 cüt qadın idman ayaqqabılarını(krasovkalarını), 41 ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, ağ rəngdə, ümumi dəyəri 230 manat olan 10 cüt kişi idman ayaqqabılarını(krasovkaları), 2022-ci il istehsalı, istifadə edilməmiş təzə vəziyyətdə, ümumi dəyəri 240 manat olan 10 ədəd “Diorhome qadın ətirlərini, 2022-ci il istehsalı, istifadə edilməmiş təzə vəziyyətdə, ümumi dəyəri 240 manat olan 10 ədəd “Malekul kişi ətirlərini, 2022-ci il istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, ümumi dəyiri 60 manat olan 200ML, “NİVEA” markalı dezodorantları, üzərində “Rexcool 200ml” yazısı olan, ümumi dəyəri 50 manat olan 10 ədəd dezodorantları, üzərində “EVON” yazısı olan, 10,5x14,5 sm ölçüdə olan (içərisində 1 ədəd dırnaqtutan olması nəzərə alınmaqla) ümumi dəyəri 25 manat olan 5 dəst dırnağa qulluq üçün qablaşmanı gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2229 (iki min iki yüz iyirmi doqquz ) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş itdihamla özünü təqsirli bilərək bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhər 45-ci məhəllə ərazisində gəzərkən 14 mərtəbəli yaşayış binasının yaxınlığında yerləşən “Alsu” qadın geyimləri dükanının qapısının plastik olduğunu görmüş və bu səbəbdən də marketə daxil olmağın daha asan olacağını başa düşərək, həmin marketdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa bir qədər nəzər yetirdikdən sonra heç kimin olmamasından və gecə vaxtı olduğu üçün havanın qaranlıq olmasından istifadə edərək, saat 01:15 radələrində həmin marketin giriş qapısının alt plastik hissəsini söküb içəri daxil olmuşdur. Marketdən torba götürüb əlinə keçən uşaq paltarlarını və çantalarını, qadın alt paltarları, qadın və kişi şəpikləri, qadın və kişi idman ayaqqabıları, qadın elecə də, kişi ətirləri və dezodorantları, saç şampunları, dırnağa qulluq avadanlıqları dəstini götürüb həmin torbalara yığmışdır. Sonra oğurladığı əşyaları götürüb yaşadığı ünvana gedərək əşyaları yaşadığı evə yığmışdır. Sonradan həmin əşyaları satmaq üçün tanışı Mürşüdlə əlaqə saxlayıb onu evinə dəvət etmiş və oğurladığı əşyaların onun özünə məxsus olduğunu bildirib satmaqda ona köməklik etməsini Mürşüddən xahiş etmişdir. Mürşüd onun oğurladığı şeylərin bir hissəsini sataraq əldə etdiyi gəlirdən ona ümumilikdə 200 manat pul vermişdir. Oğurladığı əşyaların bir hissəsini isə o, özü Sumqayıt şəhər 34-cü məhəllə ərazisində yerləşən bazarda tanımadığı küçə satışı ilə məşğul olan şəxslərə satmışdır. O, oğurladığı əşyalardan evində qalan çox az hissəsini isə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polisə təhvil vermişdir. Eyni zamanda bildirdi ki, “Alsu” marketdən oğurladığı əşyaların satışından ümumilkdə 700- 800 manat gəlir əldə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində sözügedən “Alsu” marketdən sözügedən oğurluq hadisəsini törətməkdə hər hansı bir şəxsin ona köməklik etmədiyini, oğurluq edərkən hər hansı bir şəxsin onun oğurluq etdiyini görmədiyini, oğurluq əşyaları satmaqda ona köməklik edən tanışı Şahid və eləcə də, həmin əşyaların bir qismini satdığı digər şəxslərin onun sözügedən əşyaları oğurluq yolu ilə əldə etdiyini bilmədiyini qeyd etmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 8 il müddətdir ki, Sumqayıt şəhər 45-ci məhəllə ərazisində yerləşən “Alsu” geyim mağazasını icarəyə götürüb qadın geyimləri, uşaq geyimləri, ayaqqabılar, kosmetika məhsulları, çanta və bir çox xırdavat malların satışı ilə məşğul olduğunu qeyd edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində mağazanının qapısını bağlayıb evə getmiş, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 08:05 radələrində sözügedən mağazanı açmaq üçün getdikdə mağazanın plastik qapısının aşağı hissəsinin sındırıldığını görmüşdür. Mağazanın içərisinə daxil olduqda mağazadakı malların dağınıq halda olduğunu, bir çox malların isə yerində olmadığını aşkar etmiş və belə olan halda başa düşmüşdür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər mağazanın plastik giriş qapısının aşağı hissəsini sındırıb içəri daxil olaraq mağazadan ona məxsus malları oğurlamışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək mağazasından oğurluq edilməsi barədə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində mağazanızdan 10 ədəd 3 yaşlı uşaq üçün, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, göy və boz rəngli “Kids” firmasına aid, 1 ədədinin topdan satış qiyməti 8 manat olan cins şalvar, 5 ədəd 5 yaşlı uşaq üçün, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, göy və boz rəngli “Kids” firmasına aid, 1 ədədinin topdan satış qiyməti 10 manat olan cins şalvar, 5 ədəd 8 yaşlı uşaq üçün, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, göy və boz rəngli “Kids” firmasına aid, 1 ədədinin topdan satış qiyməti 12 manat olan cins şalvar, 5 ədəd 12 yaşlı uşaq üçün, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, göy və boz rəngli “Kids” firmasına aid, 1 ədədinin topdan satış qiyməti 15 manat olan cins şalvar, 5 ədəd 15 yaşlı uşaq üçün, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, göy və boz rəngli “Kids” firmasına aid, 1 ədədinin topdan satış qiyməti 18 manat olan cins şalvar, 4 ədəd 3 yaşlı uşaq üçün, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, “Adidas” firmasına aid, 1 ədədinin topdan satış qiyməti 12 manat olan şalvar və gödəkcə dəsti, 3 ədəd, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, “Rain Baby ” firmasına aid, 1 ədədinin topdan satış qiyməti 8 manat, maçalka(paralon) materialdan olan uşaq çantaları, 5 ədəd, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, 1 ədədinin topdan satış qiyməti 6 manat, parça materialdan olan 4-6 yaşlı uşaqlar üçün kürəkdən asma uşaq çantaları, 13 ədəd XL ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, qara rəngli “Lady” firmasına aid, 1 ədədinin topdan satış qiyməti 12 manat olan qadın buzqalteri, 8 ədəd M ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, qara rəngli “Lady” firmasına aid, 1 ədədinin topdan satış qiyməti 10 manat olan qadın buzqalteri, 20 ədəd XXL ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, ağ rəngli, 1 ədədinin topdan satış qiyməti 8 manat olan qadın maykaları; 23 ədəd XL ölçüdə, 2022-ci il Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, qara və ağ rəngli, 1 ədədinin topdan satış qiyməti 5 manat olan qadın tumanları, 24 cüt 40 ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, müxtəlif rənglərdə “Da-ye” firmasına aid, 1 cütünün topdan satış qiyməti 4 manat olan qadın şəpikləri, 20 cüt 43 ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, müxtəlif rənglərdə “Da-ye” firmasına aid, 1 cütünün topdan satış qiyməti 5 manat olan kişi şəpikləri, 10 cüt 38 ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, ağ rəngdə, 1 cütünün topdan satış qiyməti 22 manat olan qadın idman ayaqqabıları(krasovkalar), 10 cüt 41 ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, ağ rəngdə, 1 cütünün topdan satış qiyməti 23 manat olan kişi idman ayaqqabıları(krasovkalar), 10 ədəd, 2022-ci il istehsalı, istifadə edilməmiş təzə vəziyyətdə, 1 ədədinin topdan satış qiyməti 24 manat olan “Diorhome qadın ətirləri ; 10 ədəd, 2022-ci il istehsalı, istifadə edilməmiş təzə vəziyyətdə, 1 ədədinin topdan satış qiyməti 24 manat olan “Malekul kişi ətirləri, 10 ədəd, 2022-ci il istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, 1 ədədinin topdan satış qiyməti 5 manat olan 200ML, “NİVEA” markalı dezodorantlar, 10 ədəd, 2022-ci il istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, 1 ədədinin topdan satış qiyməti 4,5 manat olan 200ml, “Rexcool” markalı dezodorantlar, 5 dəst, 1 dəstin topdan satış qiyməti 12 manat olan dırnağa qulluq avadanlıqları dəsti oğurlandığını, sadaladığı şeylərin oğurlanması nəticəsində ona ümumilkdə 1926(min doqquz yüz iyirmi altı) manat maddi ziyan dəydiyini qeyd etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid göstərmişdi ki, izahat vermək üçün polis bölməsinə dəvət edilməzdən təxminən 6 gün əvvəl o, Raufun dəvəti ilə Raufun yaşadığı Sumqayıt şəhər 4cü mkr-da yerləşən mənzili getmiş, evdə olan zaman Rauf ona müxtəlif saylarda uşaq paltarları, uşaq donları, qadın paltarlarını göstərib həmin əşyaları satmağı təklif etmişdir. O, da Raufdan 4-5 dəfə müxtəlif vaxtlarda həmin qadın paltarı, uşaq donları götürüb Sumqayıt şəhəri avtovağzal ərazisində tanımadığı şəxslərə küçədə ucuz qiymətə satmış, həmin əşyaların satışından əldə etdiyi gəlirdən Raufa 200 manat pul vermişdir. Həmçinin o, ifadəsində Raufun sözügedən əşyaları oğurluq yolu ilə əldə etdiyini ona demədiyini o, izahat vermək üçün polisə dəvət edildikdən sonra Raufun sözügedən əşyaları Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində, 14 mərtəbəli yaşayış binasının yaxınlığında yerləşən “Alsu” marketdən oğurlamasını öyrəndiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 42). 01 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 65-67, 81-82). İstintaq müddətində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin İŞ-nə gəlməyərək istintaqdan yayındığı üçün xx.xx.2023-cü il tarixdə onun barəsində axtarış elan edilməklə, cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. (i.v. 103) 14 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verildiyindən, eləcə də cinayət işi üzrə bir sıra zəruri istintaq hərəkətlərinin icra edilməsi zərurəti yarandığından iş üzrə dayandırılmış icraat, həmin tarixdə təzələnmişdir. (i.v. 109-111) 16 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. 21 noyabr 2022-ci il tarixli Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis leytenantı Emin Alışovun tərtib etdiyi hadisə yerinə baxış barədə protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs məxsus olan Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 45-ci məhəllə ərazisində yerləşən “Alsu” geyim və aksesuarlar mağazasında oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. 29 noyabr 2022-ci il tarixli Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis leytenantı Emin Alışovun tərtib etdiyi hadisə yerinə baxış barədə protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş və 01 ədəd 31x42 sm ölçüdə, üzərində “Rain Baby” yazısı olan boz-qırmızı rəngli çanta, 01 ədəd üzərində “Lova” yazısı olan qırmızı rəngli uşaq çantası, 01 ədəd üzərində “Rexcool 200ml” yazısı olan dezodorant, 01 ədəd üzərində “EVON” yazısı olan 10,5x14,5sm ölçüdə olan dırnağa qulluq üçün qablaşma (içərisində 1 ədəd dırnaqtutan olması nəzərə alınmaqla) aşkar edilərək götürülmüşdür. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması protokolundan göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus olan Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 45-ci məhəllə ərazisində yerləşən “Alsu” geyim və aksesuarlar mağazasına oğurluq məqsədilə daxil olmuşdur. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/15 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində qərarda göstərilən 13 adda malların təzə vəziyyətdə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1170,00 manat müəyyən edilir. Tədqiqat obyekləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisa edilmir. Digər 04 adda mallar tədqiqata təqdim edilmədən qiymətləndirmə aparmaq mümkün deyil. Ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş 04 adda təzə vəziyyətdə olan malların yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 24,00 manat müəyyən olunur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 9/15 saylı rəyində Zərərçəkmiş şəxs məxsus marketdən oğurlanmış 38 ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, ağ rəngdə 10 cüt qadın idman ayaqqabıları (krasovkalar), 41 ölçüdə, 2022-ci il, Türkiyə istehsalı olan, istifadə edilməmiş təzə vəziyyətdə, ağ rəngdə 10 cüt kişi idman ayaqqabıları (krasovkaları), 2022-ci il istehsalı, istifadə edilməmiş təzə vəziyyətdə 10 ədəd “Diorhome qadın ətirləri, 2022-ci il istehsalı, istifadə edilməmiş təzə vəziyyətdə 10 ədəd “Malekul kişi ətirləri qiyməti göstərilmədiyindən, həmin əşyaların qiyməti Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi, müvafiq olaraq 220 manat, 230 manat, 240 manat, 240 manat dəyəri əsas götürülmüşdür. ( i.v. 98-102). 17 fevral 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd 31x42 sm ölçüdə, üzərində “Rain Baby” yazısı olan boz-qırmızı rəngli çanta, 01 ədəd üzərində “Lova” yazısı olan qırmızı rəngli uşaq çantası, 01 ədəd üzərində “Rexcool 200ml” yazısı olan dezodorant, 01 ədəd üzərində “EVON” yazısı olan 10,5x14,5sm ölçüdə olan dırnağa qulluq üçün qablaşma (içərisində 1 ədəd dırnaqtutan olması nəzərə alınmaqla) cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi kimi tanınmışdır. (i.v. 147). İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3, 67.1, 68.1.1-1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə Azərbaycan respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli Hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, 28 fevral 2022-ci ildə cəza müddətinin sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza müddətinin sonu ilə azad edilsə də, məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residini yaradır. “sübutların qiymətləndirilməsi haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180-ci maddələrinin tərkib əlamətləri olmadığından ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs oğurladığı əşyaları satdığı şəxslərin həmin əşyaların oğurluq olduğunu bilməsi istintaq zamanı sübuta yetirilmədiyinə görə AR CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd 31x42 sm ölçüdə, üzərində “Rain Baby” yazısı olan boz-qırmızı rəngli çanta, 1 ədəd üzərində “Lova” yazısı olan qırmızı rəngli uşaq çantası, 1 ədəd üzərində “Rexcool 200ml” yazısı olan dezodorant, 1 ədəd üzərində “EVON” yazısı olan 10,5x14,5sm ölçüdə olan dırnağa qulluq üçün qablaşma(içərisində 1 ədəd dırnaqtutan olması nəzərə alınmaqla) cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, ifadənin yerində yoxlanılması, təqdim etmə və götürülmə keçirilməsi haqqında protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahid ifadələri, eləcə də digər istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 149-157); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, o cümlədən 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən halların da nəzərə alına bilməsi təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Republikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan- 01 ədəd 31x42 sm ölçüdə, üzərində “Rain Baby” yazısı olan boz-qırmızı rəngli çanta, 01 ədəd üzərində “Lova” yazısı olan qırmızı rəngli uşaq çantası, 01 ədəd üzərində “Rexcool 200ml” yazısı olan dezodorant, 01 ədəd üzərində “EVON” yazısı olan 10,5x14,5sm ölçüdə olan dırnağa qulluq üçün qablaşma (içərisində 1 ədəd dırnaqtutan olması nəzərə alınmaqla) Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 09 (doqquz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 54 (əlli dörd) manat məbləğində pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək, 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 03 (üç) il 01 (bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd 31x42 sm ölçüdə, üzərində “Rain Baby” yazısı olan boz-qırmızı rəngli çanta, 01 ədəd üzərində “Lova” yazısı olan qırmızı rəngli uşaq çantası, 01 ədəd üzərində “Rexcool 200ml” yazısı olan dezodorant, 01 ədəd üzərində “EVON” yazısı olan 10,5x14,5sm ölçüdə olan dırnağa qulluq üçün qablaşma (içərisində 01 ədəd dırnaqtutan olması nəzərə alınmaqla) Zərərçəkmiş şəxs qaytarılsın. Zərərçəkmiş şəxsə ona dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 54 (əlli dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar