Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-374/2025 03.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Saray bağları yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə xeyli miqdarda təmiz çəkisi 0,354 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, 17 mart 2025-ci il tarixdə saat 15:09-da Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisi 25 saylı yaşayış binasının arxasında saxlanılaraq üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, X4 oğlu qonşusudur. İlqar da onun kimi narkotik vasitələrdən istifadə edir. Belə ki, 17 mart 2025-ci il tarixdə səhər saatlarında İlqarla görüşüb narkotik maddə alıb istifadə etmək qərarına gəlmiş bu məqsədlə birlikdə avtobusla Bakı şəhərinə yollanmış, 20 Yanvar metrostansiyası ərazisində avtobusdan düşmüşlər. Həmin vaxt onlara tanımadıqları şəxs yaxınlaşmış, o həmin şəxsə 15 manat verib şəxsi istifadəsi üçün 01 büküm heroin almışdır. İlqar İmambaxışov da həmin şəxsdən 01 büküm heroin almışdır. Həmin gün günorta radələrində İlqarla birlikdə Sumqayıt şəhərinə gəlmiş və 13-cü mikrorayon ərazisində təcili-tibbi yardım stansiyasının yaxınlığında saat 15 radələrində binanın arxa tərəfindən keçib gedərkən onlara bir neçə şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmişlər. İlqarla onun nədə şübhəli olduqlarını bildirərək üzərlərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşı əvvəlcə İlqar İmambaxışova üzərində qanunla qadağan olunmuş hər hansı predmetin və ya narkotik maddənin olub-olmadığını, olduğu təqdirdə təqdim etməsini təklif etmiş, İlqar 01 büküm narkotik vasitə heroini çıxararaq polis əməkdaşına təqdim etmiş, həmin büküm elektron tərəzidə çəkilmiş, daha sonra qablaşdırmışdır. Daha sonra polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya narkotik maddənin olub-olmadığını, olduğu təqdirdə təqdim etməsini təklif etmiş, o, 01 bükümdə heroini əynindəki şalvarının cibindən çıxararaq təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra qablaşdıralaraq götürülmüşdür. Bundan sonra müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt ŞPİ-nə gedəcəkləri onlara bildirilmiş və İlqar İmambaxışovla birlikdə onu ŞPİ-nə gətirmişlər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələrini izah etdikdən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, videoçəkilişlə üzərinə yenidən şəxsi axtarış keçirilərkən, şalvarının cibində olan və üzərində ***-***-**-** mobil nömrə olan 01 ədəd “Samsung’' markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışda iştirak edən polis əməkdaşı onu Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində 25 saylı binanın arxa tərəfində saxlanıldığını və üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edərək zərfə qablaşdırıldığını bildirmiş və həmin zərfi təhqiqatçıya təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş o, eləcə də müdafiəçisi digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışlar. Əməlindən peşmandır, bir daha narkotikdən istifadə etməyəcəyinə söz verir. Himayəsində ahıl yaşlı anası vardır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq məhkəmədən barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 17 mart 2025-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, 17 mart 2025-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs və onun yanında olan digər şəxs X4 oğlu Sumqayıt şəhəri, 13-cü mikrorayon, 25 saylı yaşayış binasının arxasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılmış, onlara özlərini təqdim etdikdən sonra nədə şübhəli olduqlarını izah edib, üzərlərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan sonra İlqar İmambaxışovdan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya narkotik vasitə olub-olmadığı, olduğu təqdirdə təqdim etməsini təklif etmiş, o, əynində olan qara gödəkçənin cibindən 01 ədəd büküm çıxarıb ona təqdim etmişdir. Həmin bükümü açdıqda, içərisində narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, zərfə qoyulub qablaşdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya narkotik vasitənin olub-olmaması olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan şalvarın cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Bükümdə narkotik vasitə heroinə bənzər kütlə olmuşur. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra ekspertiza tədqiqatına göndərilməsi məqsədilə zərfə qoyularaq qablaşdırmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirərkən, onun şalvarının cibindən 01 ədəd mobil telefon aşkar edilmiş və təhqiqata təqdim olunması üçün özünə qaytarılmışdır. Bundan sonra müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt ŞPİ-nə gedəcəkləri bildirilmiş və birlikdə ŞPİ-nə gəlmişlər. Təqsirləndirilən şəxs xidməti otaqların birində hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim edilmişdir. Yenidən onun üzərində şəxsi axtarış keçirilmiş, cibində olan 01 ədəd mobil telefonu aşkar edilərək götürülmüşdür. Sonuncunun üzərindən baxış keçirilərkən qablaşdırılaraq götürülmüş büküm təhqiqatçıya təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 Şahid2la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikdən sonra ifadələri elan edilməklə tədqiq edilmiş şahidlər Şahid4 və baş əməliyyat müvəkkili Şahid2 da ibtidai istintaq zamanı Şahid2la eyni məzmunlu ifadə verdikləri müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 mart 2025-ci il tarixdə (saat 16:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı qərarı ilə cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 17 mart 2025-ci il tarixdə, saat 15:09-da Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 23); Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 52-53); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı həmin tarixdə ifadəsi alınmışdır. (i.v.59-61); Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.62-63); “Şübhəli şəxsin üstünün yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə saat 15:09-da Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində, 25 saylı yaşayış binasının arxasında X4 oğlu ilə birlikdə piyada hərəkətdə olarkən, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz olaraq üzərində saxlaması və gəzdirməsində şübhəli şəxs qismində saxlanılmış, əməliyyat tədbirinin keçirilməsi mobil telefon vasitəsilə qeydə alınmışdır. Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs və İlqar İmambaxışovun üzərində ümumi yoxlama və götürülmə aparılmamışdan əvvəl onlardan üzərlərində qanunla qadağan edilmiş predmet və ya əşyanın olub-olmaması soruşulmuş, olarsa təqdim etmələri təklif olunmuşdur. İlqar İmambaxışov əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf polietilen büküm çıxarıb təqdim etmiş, bükümü açdıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Bükümün içərisindəki kütlə elektron tərəzidə çəkilmiş və 0.57 qram çəkidə olduğu müəyyən olunmuş, daha sonra həmin büküm 01 ədəd zərfə qoyulub qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra İlqar İmambaxışovun üzərində şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuş və təhqiqata təqdim olunması üçün özünə qaytarılmışdır. Daha sonra saxlanılan Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı əşya və ya narkotik vasitənin olub-olmadığı soruşularaq, varsa təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmiş, bükümü açdıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Büküm içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və 0,57 qram çəkidə olduğu müəyyən olunmuş, daha sonra 01 ədəd zərfə qoyulub qablaşdırılaraq, DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli şalvarının sol yan cibindən 01 ədəd '‘Samsung'' markalı mobil telefon aşkar olunmuş və təhqiqata təqdim olunması üçün özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. (i.v. 10-11) “Şəxsi axtarışın keçirilməsi haqqında” protokolda “Şübhəli şəxsin üstünün yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protolda göstərilənlər bir daha öz əksini tapmışdır. (i.v. 32-33) AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional Bölməsinin 3-16-16-2-20/103/2025 nömrəli, 18 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Saxlanılan Təqsirləndirilən şəxs ...; sözləri və imzalar olan kağız paketdəki 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,354 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; Ekspertiza təcrübəsindən sonra 01 ədəd bükümdə olan 0,354 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən tədqiqata 0,05 qram sərf edilmiş, 0,304 qram narkotik vasitə heroin qalıq qalmışdır. Heroin AR 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v.41-44); AR Səhiyyə Nazirliyi Respublika X5 Hüquqi şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1813 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsda opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 103-104); Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. “mobil telefona baxış keçirilməsi haqqında” 20 mart 2025-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrəyə gələn və gedən SMS mesajlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı mətn müəyyən olunmamış, mobil telelfon Fərzəliyevin özünə qaytarılmışdır. (i.v. 75-76) DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 101-102) Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. “Sübutların qiymətləndirilməsi haqqında” 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir, onun barəsində CMnin 234.2-ci maddəsi ilə cinayət təqbinin başlanılması rədd edilmiş, iş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, kimyəvi ekspertizanın, narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 7516 saylı rəyi, MTE-nın xx.xx.2024-cü il tarixli 2007 saylı rəyi, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol, sübut növü kimi tanınmışdır. İş üzrə Təqsirləndirilən şəxsun üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,354 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,304 qram qalıq çəkisi məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİnin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. 02 ədəd DVD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır.(i.v. 107-117); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən narkotik vasitə heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarın minimum həddindən artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun”Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Qanunvericiliyin tələblərindən göründüyü ki, Təqsirləndirilən şəxs əvvəllər yalnız bir dəfə məhkum olunmuş və məhkumluğunun ödənildiyi gündən 5 ildən artıq müddət keçmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki və yeganə məhkumluq həyatı yaşaması halı onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmamalıdır. CM-nin 58-ci maddəsində cəza təyin edərkən cinayətin xarakterinin mütləq nəzərə alınmalı olduğu təsbit edilmişdir. Nəzəriyyədə cinayətin xarakteri dedikdə qəsdin obyekti, təqsirin forması və əməlin CM-nin 15-ci maddəsi ilə məhz hansı cinayətlər kateqoriyasına aid edildiyi nəzərdə tutulmuşdur. Araşdırılan cinayət əməlinin qəsd etdiyi obyekt bilavasitə Təqsirləndirilən şəxs özünə yönəlmiş, yəni əslində bu cinayəti törətməklə o, məhz öz sağlamlığını təhlükə altına salmışdır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin ictimai təhlükəliyinin xarakterini, yəni qəsd etdiyi obyektin sonuncunun sağlamlığı ilə əhatə olunduğu qənaətinə gəlir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxsun cəzasını yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarının xeyli miqdarın minumum həddinə çox yaxın olmasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, ibtidai istintaq zamanı 17 mart 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 0,304 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 63 (altmış üç) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sumqayıt şəhəri, Saray bağları yaşayış massivi, fərdi ev ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Saray bağları yaşayış massivi, fərdi ev ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,304 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən iki ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-374/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-374/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver