Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-375/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru- Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun Vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 1 (060)317/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 141-də qeydiyyatdaolan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma zamanı elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə, saat 19:00 radələrində yaşadıqları, ünvan 2 ünvanında anası Zərərçəkmiş şəxs Ağarıza qızından 10 manat pul istədikdə Zərərçəkmiş şəxs pulunun olmadığını bildirən zaman aralarındayaranmışmübahisəzamanı sonuncunun yumruqla sinəsinə və baş nahiyəsinə, təpiklə sol buduna vuraraq döş qəfəsinin ön səthinin qançırı, başın sol təpə nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol budun yuxarı 1/3-nin arxa-bayır səthinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində ifadəsində göstərdi ki, 10 ildən çox müddətdir ki, Sumqayıt şəhəri, ST.Sumqayıt yaşayış massivi fərdi həyət evində anası Əminə, qardaşları Hüseynbala və Sübhanla yaşayır.Atası Novruz 2018-ci il tarixdə rəhmətə getmişdir.07.01.2021-ci il tarixdə həmişəki kimi çöldən dəmir tullantılarını yığıb səhər 06 radələrində evə gəlmiş, həmin gün saat 10:00 radələrində yuxudan oyandıqda evin həyətinə qoyduğu dəmir torbanı qapının qarşısında görməmişdir.Həmin vaxt anası Əminə evdə olmuş, ondan dəmir torbanın kimin götürdüyünü soruşduqda anası Əminə torbanı Hüseynbalanın apardığını və dəmirləri satıb pulunu gətirib verəcəyini demişdir.O, buna görəanasına əsəbləşərək onu niyə yuxudan oyatmadığını demiş, anası narahat olmamağını və Hüseynbalanın pulu gətirib verəcəyini bildirmiş, axşama kimi qardaşı Hüseynbalanı gözləsə də o, gəlib çıxmamış, bu səbəbdən saat 19:00 radələrində anasıyla münaqişə etmiş, anası Əminənin onu oyatmadığı və Hüseynbalanın tərəfini tutduğu üçün onu nalayiq ifadələrlə söyüb təhqir edərək evdən çıxıb getmiş, lakin anası Əminəni vurmamış və heç bir xəsarət yetirməmişdir.Həmin gün saat 22:00 radələrində evə gələrkən Hüseynbalanın evdə olduğunu görüb ondan niyə onun dəmirlərini özbaşına apardığını soruşmuş, Hüseynbala ona dəmiri satdığını və 42 manat pul etdiyini deyərək 7 manat pul təklif etmiş, o, buna razı olmamış və aralarında münaqişə baş vermişdir.O, Hüseybalaya ayağıyla təpik atarkən təpik qapının cəftəsinə dəymiş və anası qapı açılan tərəfdə olduğu üçün cəftə onun dirsəyinə dəyərək xəsarət almışdır.Sonra Hüseynbala qaçıb evdən getmiş və o da evdən çıxaraq getmişdir. Anası Əminənin 07.01.2021-ci il tarixdə aldığı bədən xəsarətlərindən məlumatının olmadığını və anası Əminəni döyərək xəsarət yetirmədiyini bildirmişdir.Odur ki, barəsində bəraət hökmü çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs Ağarıza qızı ifadəsində göstərdi ki, 2020-ci ilin may ayından etibarən oğlu Ceyhunun narkotik vasitə istifadəçisi olduğunu öyrənmiş, həmin vaxtdan etibarən Ceyhun onunla ona pul vermək üstündə mübahisələr etmişdir.Mütəmadi olaraq onu döymüşdür. 07 yanvar 2021ci il tarixdə, saat 19:00 radələrində oğlu Ceyhunun evə gəldiyini, ondan 15 manat pul istədiyini, həmin vaxt eyvanda olduğunu, Ceyhuna pulunun olmadığını dediyini, lakin Ceyhunun onu nalayiq sözlərlə təhqir etdiyini biildirmişdir.Ceyhun həmin vaxt onun üstünə gəlmiş, yumruqla başına zərbələr endirmiş, Ceyhun evin soyuducu olan yerinin yanındakı stolun üzərindən dəmirdən olan stəkanı götürüb onun kürək nahiyəsinə vurmuş, daha sonra sinəsinə yumruqla və sol buduna təpiklə zərbələr endirmiş, bundan sonra Ceyhun evdən çıxıb getmişdir. Həmçinin zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə mobil telefonla istifadəsində olan mobil nömrəylə zəng edib bu barədə məlumat vermiş, təxminən 15 dəqiqə sonra 5-ci PB-nin polis əməkdaşları yaşadığı evə gələrək onun ərizəsini almış və həmin günün səhəri xəsarətinin dərəcəsinin təyin edilməsi üçün məhkəmə-tibbi ekspertizasına getmiş, Ceyhunun yalan danışdığını, Ceyhunun yığdığı dəmirlərin Hüseynbala tərəfindən götürülməsi barədə məlumatı olmamış, aralarında olan mübahisə onun Ceyhuna pul verməməyinə görə olmuş, mübahisə təxminən 10 dəqiqə davam etmiş və həmin vaxt evdə heç kim olmamışdır.Hazırda təqsirləndirilən şəxslə barışmamışdır və ona cəza verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərdi ki, 07.01.2021-ci il tarixdə, saat 22:00 radələrində evə gələrkən anası Əminənin baş nahiyyəsinin sol tərəfinin qanamış vəziyyətdə olduğunu görmüş, anası Əminədən nə baş verdiyini soruşduqda Əminə qardaşı Ceyhunla mübahisə etdiyini, Ceyhunun onu döydüyünü, baş nahiyəsinə yumruqla vurduğunu bildirmişdir. anası Əminənin sinəsinə baxdıqda sıyrılmış, sol ayağının buduna baxdıqda isə göyərmiş vəziyyətdə olduğunu görmüşdür, anasının bununla bağlı Sumqayıt ŞPİ-nin 5-ci PB-nə məlumat verdiyini və ərizə yazdığını, Ceyhunun yalan danışdığını, 07.01.2021-ci il tarixdə, saat 22:00 radələrində evə gələrkən Ceyhunun evdə olmadığını, həmin gün Ceyhunu görmədiyini, onun içərisində dəmir tullantıları olan torbasından məlumatı olmadığını və həmin tarixdə Ceyhunla münaqişə etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs Ağarıza qızı və Təqsirləndirilən şəxs ilə üzləşdirilməsinə dair protokoldan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaq oraqına vermiş olduğu ifadəni bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 08.01.2021-ci il tarixli 25 saylı rəyindən görünür ki,1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Ağarıza qızının bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol budun yuxarı 1/3-nin arxa-bayır səthinin dərialtı hematoması, döş qəfəsinin ön səthinin qançırı, başın sol təpə nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi
2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən 07.01.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 07.04.2021-ci il tarixli 07/25 əlavə saylı rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Ağarıza qızının məhkəmə tibbi ekspertizasına qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir:
1. Zərərçəkmiş şəxs Ağarıza qızının bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol budun yuxarı 1/3-nin arxa-bayır səthinin dərialtı hematoması, döş qəfəsinin ön səthinin qançırı, başın sol təpə nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi
2. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən 07.01.2021-ci il tarixdə əmələ gələ bilərdilər, özü tərəfindən özünə yetirilməsi, yıxılarkən əmələ gəlməsi inkar olunur, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər. Cinayət şinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 1(060)-317/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə olduğu 17 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin Rövşən Xəlilov tərəfindən təqdim edilmiş arayışdan görünür ki, həmin hökm qanuni qüvvəsini almışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 16 iyun 2021ci il tarixli 1(060)-317/2021 saylı hökmü ilə ona təyin edilmiş 04 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Cinayət işininmateriallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi 2 Nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli 108 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs 2 nömrədi poliklinikanın psixiatrik kabinetinə müraciət etməyib. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 01 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 221ci maddəsinin əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Onun özünün təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngüllüşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki,Təqsirləndirilən şəxstəqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzanın icrası aidiyyəti üzrə Probasiya şöbəsinə həvalə edilməlidir.Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Sumqayıt şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 1(060)-317/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 17 mart 2021-ci il tarixində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Sumqayıt şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəza ona hazırki hökmlə təyin olunacaq cəzaya qismən toplanmalı və üzərində qəti cəza müəyyən olunmalıdır. Sumqayıt Regional vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17.05.2021-ci il tarixli (iş № 1(060)-375/2021) qərarını icra edərək, 20.05.2021-ci il tarixli 497 saylı orderə əsasən vəkil X2 onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 1(060)-317/2021 saylı hökmü ilə ona təyin olunmuş 04 (dörd) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunmuş cəzayla qismən toplansın və üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: PƏRVİZ HACİYEV