Məhkəmə qərarları › İş №1(060)-375/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-375/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-375/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1959-cu ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Siyəzən şəhəri, Xətai küçəsi, ev 104-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 06 (altı) ədəd kibrit qulusunda, 33 ədəd ayrı-ayrı ağ kağıza bükülmüş bükümlərdə ümumi təmiz çəkisi 35,23 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 20.12.2021-ci il tarixdə saat 20:30-da yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, 764 saylı evin qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gəlirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 06 (altı) ədəd kibrit qutusunda eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 4,22 qram, 3,88 qram, 4,17 qram, 3,72 qram, 4,37 qram, 3.66 qram ümumi təmiz çəkisi 24.02 qram olmaqla 06 (altı) ədəd kibrit qutusundakı marixuana ilə eyni tərkibli olan 33 ədəd ağ kağıza bükülmüş eyni tərkibli təmiz çəkiləri 0,31 qram 0,44 qram olmaqla 06 (altı) ədəd kibrit qutusunda və 33 ədəd bükümdə olan marixuananın cəmi çəkisi 35,23 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul deyildir. Üzərində olan narkotik vasitələri şəxsi istifadəsi üçün almışdır və az miqdarda, yəni 02 (iki) büküm olmuşdur. Polis əməkdaşları tərəfindən yaşadığı evdə tutulmuş, Sumqayıt ŞPİ-nə aparılmışdır. Polis İdarəsində digər narkotik vasitələr və elektron tərəzi onun üzərinə qoyulmuşdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20.12.2021-ci il tarixdə təxminən saat 20:30-da yaşadığı Sumqayıt şəhəri, Betonzavod deyilən ərazidə yerləşən 764 saylı yaşayış evinin qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu Polis İdarəsinə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyisini təklif elmişlər. Həmin vaxt o əynində olan qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünün şəxsiyyət vəsiqəsini və bir ədəd gümüşü rəngli elektron tərəzini, şalvarının sol yan cibindən bir ədəd qara rəngli «Levgoo» markalı mobil telefonunu çıxardıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bağlama açıldıqda içərsində 06 (altı) ədəd kibrit qutusu hər birinin içərisində yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər bitki mənşəli ot kütləsinin və 33 ədəd hər biri ağ rəngli kağıza bükülmüş, hər birinin içərisində yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər bitki mənşəli ot kütləsinin olduğu aşkar edilmişdir. Sorğu zamanı o narkotik vasitənin təsiri altında olduğundan və özündə olmadığı üçün yalandan bildirmişdir ki, guya ondan aşkar olunan maddələri bir il bundan əvvəl Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən şam ağaclarından ibarət sahədə əkib becərmiş, bir hissəsini istifadə etmiş, qalan hissəsini isə özündə saxlamışdır. Əsl həqiqətdə isə o marixuananı tutulmamışdan bir neçə saat əvvəl Bakı şəhəri, 20 yanvar metrostansiyasının yanında olarkən təsadüfən tanış olduğu tanımadığı şəxsdən 150 (bir yüz əlli) manata alaraq özü istifadə etmək üçün üzərində saxlamış, ondan aşkar edilmiş bir ədəd elektron tərəzi özünə məxsus olmuş və həmin tərəzi ilə əldə etdiyi marixuananın çəkisini müəyyən etmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş 06 (altı) ədəd kibrit qutusunda, eləcə də 33 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan narkotik vasitə qurudulmuş marixuana ayrıayrılıqda və birlikdə tərəziyə qoyularaq çəkilmiş və bir ədəd elektron tərəzi ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN- nin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra təqdim etdiyi özünə məxsus bir ədəd qara rəngli «Levgoo» markalı mobil telefon da ayrıca xüsusi qaydada qablaşdırılmışdır. Daha sonra üzərinə axtarış keçirilmiş və bu zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 20.12.2021-ci il tarixdə Sumqayıt şəhərində Rafiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 20.12.2021-cu il tarixdə saat 20:30-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, 764 saylı evin qarşısında müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanıldığı bildirib aidiyyatı üzrə Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. İdarəyə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı Zaur Cəfərov ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş etmiş, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Daha sonra onlar da, özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Rafiq Babayev tərəfindən ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müafiəsini təmin edəcək vəkili Zaur Abbasov təqdim olunmuş, o bildirişlə tanış olub, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O da əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünün şəxsiyyət vəsiqəsini və bir ədəd gümüşü rəngli elektron tərəzini, şalvarının sol yan cibindən bir ədəd qara rəngli «Levgoo» markalı mobil telefonunu çıxardıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bağlama açıldıqda içərsində 06 (altı) ədəd kibrit qutusu, hər birinin içərisində yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər bitki mənşəli ot kütləsinin və 33 ədəd hər biri ağ rəngli kağıza bükülmüş, hər birinin içərisində yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər bilki mənşəli ot kütləsinin olduğu aşkar edilmişdir. Sorğu zamanı Rafiq bildirmişdir ki, ondan aşkar olunan maddələri narkotik vasitə qurudulmuş marixuanadır, həmin maddələri bir il bundan əvvəl Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən ağaclıq sahədə əkib becərmiş, bir hissəsini istifadə etmiş, qalan hissəsini isə özündə saxlayıbmış, ondan aşkar edilmiş bir ədəd elektron tərəzi isə özünə məxsusdur və əkib becərdiyi narkotik vasitəni bükümlərə ayırıb çəkmək məqsədilə özü üçün alıbdır. Daha sonra Rafiqin üzərindən aşkar olunmuş hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuana olan 06 (altı) ədəd kibrit qutusu, eləcə də 33 ədəd ağ rəngli kağıza bükülmüş bükümlər ayrı-ayrılıqda və birlikdə tərəziyə qoyulub çəkilmiş və bir ədəd elektron tərəzi ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Rafiqin təqdim etdiyi özünə məxsus bir ədəd qara rəngli «Levgoo» markalı mobil telefon da ayrıca xüsusi qaydada qablaşdırılmış, daha sonra müvafiq sənədləşdirmə aparılaraq, protokol tərtib edildi və biz həmin protokolu imza etmişlər. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. O saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və elektron tərəzinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Gprüntülərdən müəyyən olunmuşdur ki, 20.12.2021-ci il tarixdə Sumqayıt şəhərində Rafiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında 20.12.2021-cu il tarixdə saat 20:30-da yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, 764 saylı evin qarşısında müəyyən olunaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTBnin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla təhqiqatçı Zaur Cəfərov sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş etmiş, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmiş, daha sonra polis əməkdaşları da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Rafiq Babayev tərəfindən ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müafiəsini təmin edəcək vəkili Zaur Abbasov təqdim olunur, o bildirişlə tanış olub, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilir. O da əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünün şəxsiyyət vəsiqəsini və bir ədəd gümüşü rəngli elektron tərəzini, şalvarının sol yan cibindən bir ədəd qara rəngli «Levgoo» markalı mobil telefonunu çıxardıb təqdim edir. Təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bağlama açıldıqda içərsində 06 (altı) ədəd kibrit qutusu hər birinin içərisində yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər bitki mənşəli ot kütləsinin və 33 ədəd hər biri ağ rəngli kağıza bükülmüş, hər birinin içərisində yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər bitki mənşəli ot kütləsinin olduğu aşkar edilir. Sorğu zamanı Rafiq bildirir ki, ondan aşkar olunan maddələri narkotik vasitə qurudulmuş marixuanadır, həmin maddələri bir il bundan əvvəl Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən ağaclıq sahədə əkib becərib, bir hissəsini istifadə edibdir, qalan hissəsini isə özündə saxlayıbdır, ondan aşkar edilmiş bir ədəd elektron tərəzi isə özünə məxsusdur və əkib becərdiyi narkotik vasitəni bükümlərə ayırıb çəkmək məqsədilə özü üçün alıbdır. Daha sonra Rafiqin üzərindən aşkar olunmuş hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuana olan 06 ədəd kibrit qutusu, eləcə də 33 ədəd ağ rəngli kağıza bükülmüş bükümlər ayrı-ayrılıqda və birlikdə tərəziyə qoyulub çəkildi və bir ədəd elektron tərəzi ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Bundan sonra Rafiqin təqdim etdiyi özünə məxsus bir ədəd qara rəngli «Levgoo» markalı mobil telefon da ayrıca xüsusi qaydada qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 21.12.2021-ci il tarixli 7/1303 saylı rəyindən görünür ki, X2 götürülmüş altı ədəd kibrit qutularda ayrıayrılıqda təmiz çəkiləri 4,22 qram, 3,88 qram, 4,17 qram, 3,72 qram, 4,37 qram, 3,66 qram və otuz üç ədəd ağ kağız bükümlərdə təmiz çəkiləri 0,31 qram - 0,44 qram, ümumi çəkisi 11,21 qram olan bitki mənşəli kütlələr görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Vət. X5 aşkar edilmiş bir ədəd elektron tərəzidə bitki mənşəli narkotik maddələrin izləri yoxdur. Qeyd: Marixuananın təmiz çəkisi - 35,23 qram, tədqiqata sərf edilən miqdar - 0,78 qram, (hər obyektdən 0,02 qram), qalıq - 34,45 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 05.02.2022-ci il tarixli 545 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Sətdar oğlunda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarnda olan əlavə məhkəmə-bioloji ekspertizasının 23.02.2022-ci il tarixli, 7/170 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi sayı otuz üç ədəd kağız bükümlərdə olan maxuanalararın ayrı -ayrılıqda təmiz çəkiləri;. 0,32 qram,0.32 qram,0,42 qram,0,42 qram,0,29 qram,0.30 qram.0,29 qram,0,31 qram. 0,32 qram,0,29 qram,0,29 qram , 0,30 qram,0,29 qram.0,31 qram ,0.35 qram.0,29 qram.0.30 qram,0.29 qram ,0.32 qram, 0.34 qram. 0.30 qram.0,31 qram. 0.29 qram.0,30 qram,0.31 qram ,0,33 qram ,0,30 qram , 0,42 qram,0,31 qram.0,37 qram,0,30 qram,0,34 qram, 0,31 qram., ümumi çəkisi 10.55 qramdır. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20.12.2021-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 22.12.2021-ci il tarixli, 4(060)-681/2021saylı qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20.12.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, 35,23 qram olan narkotik vasitə qurudulmuş marixuana tədqiqatdan sonra qalıq qalmış 34,45 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olanda Sumqayıt Bələdiyyəsinin 1 saylı “İnşaatçı” məhəllə Komitəsi tərəfindən verilmiş 10.02.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 04.03.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X3 üzərində aşkar edilərək götürülmüş narkotik maddə marixuananı əkib becərməklə əldə etməsi xüsusatı öz təsdiqini tapmadığından ona Azərbaycan Respublikası CM-nin 237-ci maddəsində nəzərdə tutulan ittihamın elan olunması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 20.12.2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 35,23 qram olan narkotik vasitə qurudulmuş marixuana tədqiqatdan sonra qalıq qalmış 34,45 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 144,0 (bir yüz qırx dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 34,45 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 144,0 (bir yüz qırx dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar