Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-376/2020 22.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, «Papanin» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,251 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx xxx 2020-ci il tarixdə, saat 16:33 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 59 saylı binanın arxasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın arxa sol cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,251 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, «Papanin» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,016 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 18:34 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən «Möhtəşəm» şadlıq sarayının arxasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən sarı rəngli «kinder» oyuncaq qutusunun içərisində 07 ədəd siqaretin gümüşü kağızına bükülmüş, təmiz çəkiləri 0,050 qram, 0,047 qram, 0,040 qram, 0,031 qram, 0,046 qram, 0,35 qram, 0,037 qram və 02 ədəd rəngsiz polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qram və 0,430 qram, ümumi təmiz çəkisi 1,016 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində o, özünə narkotik vasitə almaq üçün Bakı şəhəri, «Papanin» adlanan əraziyə getmiş, orada adını bilmədiyi və tanımadığı şəxsdən 40 manat pul verib şəxsi istifadəsi üçün bir ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə narkotik vasitə olan heroin almışdır. Bundan sonra o, Sumqayıt şəhərinə qayıtmışdır. Həmin gün saat 16:33 radələrində o, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yaşadığı evin yaxınlığında piyada gedərkən bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona narkotik vasitənin qəbulunda və gəzdirilməsində şübhəli şəxs olduğunu, buna görə də üzərində şəxsi axtarış keçiriləcəyini və şəxsi axtarış keçirilən zamanı videoçəkilişdən istifadə ediləcəyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Polis əməkdaşları ondan üzərində narkotik maddə olub-olmadığını soruşmuşlar. O, əynindəki qara rəngli şalvarın arxa sol cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, polis əməkdaşlarına narkotik vasitəni həmin gün Bakı şəhəri, «Papanin» adlanan ərazidən tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları müvafiq sənədləşmə işlərinin aparılması üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Onlar polis bölməsinə gəldikdən sonra onun üzərindən aşkar edilərək götürülmüş heroin tərəziyə qoyularaq çəkilmiş, protokol tərtib edilmiş, onlar tərtib edilmiş protokolu imzalamışlar. O, narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə Bakı şəhərində, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 40 manata almış və özünün üzərində saxlamışdır. O, narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində o, özünə narkotik vasitə almaq üçün yenə Bakı şəhəri, «Papanin» adlanan əraziyə getmişdir. O, orada adını bilmədiyi və tanımadığı şəxsə 100 manat pul verib şəxsi istifadəsi üçün 09 ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin bükümlərin 07 ədədi siqaretin gümüşü kağızına, 02 ədədi isə rəngsiz sellofana bükülmüş vəziyyətdə olmuşdur. O, narkotik vasitəni aldıqdan sonra Sumqayıt şəhərinə qayıtmışdır. O, həmin bükümləri cibində olan sarı rəngli «kinder» oyuncaq qutusunun içərisinə yığmışdır. Saat 18:20 radələrində o, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində «Möhtəşəm» şadlıq sarayının arxa tərəfində aldığı narkotiki istifadə etmək üçün özünə yer axtarmışdır. Bu vaxt üç nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona narkotik vasitənin qəbulunda və gəzdirilməsində şübhəli şəxs olduğunu, üzərində şəxsi axtarış keçiriləcəyini və şəxsi axtarış keçirilən zamanı videoçəkilişdən istifadə ediləcəyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Polis əməkdaşları ondan üzərində narkotik maddə olub-olmadığını soruşmuşlar. O, əynindəki göy rəngli şalvarın sağ yan cibindən sarı rəngli «kinder» oyuncaq qutusunun içərisinə yığdığı 09 ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, polis əməkdaşlarına narkotik vasitəni həmin gün Bakı şəhəri, «Papanin» adlanan ərazidən tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları müvafiq sənədləşmə işlərinin aparılması üçün onu Sumqayıt ŞPİ-nin 1ci PB-nə dəvət etmişlər. Onlar polis bölməsinə gəldikdən sonra onun üzərindən aşkar edilərək götürülmüş heroin tərəziyə qoyularaq çəkilmiş, protokol tərtib edilmiş, onlar tərtib edilmiş protokolu imzalamışlar. O, narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmamışdır. O, həmin narkotik vasitəni özünün şəxsi istifadəsi üçün almışdır. Onun narkotik vasitə olan heroini satmaq məqsədi olmamışdır. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Şahid6 göstərdi ki, X3 İdarəsinin 1-ci Polis Bölməsinin cinayətaxtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və Sumqayıt ŞPİ-nin Kriminalistik Təhqiqatlar Bölməsinin kriminalisti, polis kapitanı X1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında saat 16:33 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 59 saylı binanın arxa tərəfində olan zaman kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqə sonra onlar Elmin adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görmüş, ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, buna görə də onlar tərəfindən həmin ərazidə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılacağını izah edərək Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra videoçəkiliş davam etdirilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sol cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisindəki spesifik iyə malik olan, qəhvəyi rəngli maddənin nə olduğu soruşulduğu zaman o, bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyi və nə məqsədlə üzərində saxladığı soruşulan zaman o, həmin narkotik maddəni xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxsla birlikdə müvafiq sənədləşmə aparılması üçün Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə getmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, həmin protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzalamışlar. İstintaq zamanı şahidlər - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid5 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid-Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və Sumqayıt ŞPİ-nin Kriminalistik Təhqiqatlar Bölməsinin kriminalisti, polis kapitanı Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında saat 18:34 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən «Möhtəşəm» şadlıq sarayının arxa tərəfində kriminalist Elnur Qocayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqə sonra onlar Elmin adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görmüş, ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən həmin ərazidə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağını izah edərək Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etdirilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sarı rəngli «kinder» oyuncaq qutusunun içərisində olan 07 ədəd siqaretin gümüşü kağızına bükülmüş və 02 ədəd rəngsiz sellofan paketə bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülülərin içərisindəki spesifik iyə malik olan, qəhvəyi rəngli maddənin nə olduğu soruşulduğu zaman o, bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda o, həmin narkotik maddəni xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 40 manata aldığını demişdir. Sonra onlar Təqsirləndirilən şəxsla birlikdə müvafiq sənədləşmə aparılması üçün Sumqayıt şəhər Pİnin 1-ci PB-nə getmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, həmin protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar protokolu imzalamışlar. İstintaq zamanı şahidlər-Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 16:33-də Sumqayıt şəhərində tutulmuşdur. (i.v. 106) İş materiallarında olan Şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokolda Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v. 115) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/775 saylı, xx xxx 2020ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs..” və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdə maddə, təmiz çəkisi 0,251 qram olan kustar üsulla hazrılanmış narkotik vasitə-heroindir. Heroin xx xxxx 2005ci il tarixli Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir. (i.v. 123-124) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Məmmədov X2 ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 146) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,251 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,201 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 150) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi Sumqayıt şəhər Narkoloji Dispanserinin 1386 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Məmmədov X2 şəhər Narkoloji Dispanserində “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. (i.v. 156) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi 1 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli, 367 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində qeydiyyatda yoxdur. (i.v. 157) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1502 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 65-66) İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18:34-də Sumqayıt şəhərində tutulmuşdur. (i.v. 16) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokolda Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v. 22-23) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/1058 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxsR” və s. qeydlər olan zərfdəki 9 ədəd bükümdə maddələr, ümumi təmiz çəkisi 1,016 qram olan kustar üsulla hazrılanmış narkotik vasitə-heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir. (i.v. 31-32) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-131/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni xx xxxxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 75-76) İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-229/2015 saylı, xx xxxx 2015ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azaldılaraq 01 il 06 ay cəza saxlanılmış, xx.xx.2016-cı ildə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. (i.v. 158-160, 175-177) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsyaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 173A) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin ümumi çəkisi 1,016 qram olan, əlavə məhkəmə-kimyəvi ekspertizası təyin edilərkən 09 bükümdə olan narkotik vasitə olan heroinin kimyəvi tədqiqatlardan sonra çəkisi 0,926 qram qalmış, 0,926 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 189) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/1098 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxsR” və s. qeydlər olan zərfdəki ümumi sayı 9 ədəd bükümdəki heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər (i.v. 202-203) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş hər iki diskdəki videogörüntülərdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,251 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,016 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə istintaqı zamanı özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal onun təkrar cinayət törətməsidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etdiyi cinayətin ictimai təhlükəliliyi azalmamışdır və o hələ də cəmiyyət üçün təhlükəlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin cəzasını 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar 325,38 (üç yüz iyirmi beş manat otuz səkkiz qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - X3 İdarəsinin saxlanc anbarında saxlanılan, çəkisi 0,201 qram narkotik vasitə olan heroin və çəkisi 0,926 qram narkotik vasitə olan heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın və cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 325,38 (üç yüz iyirmi beş manat otuz səkkiz qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Maddi sübut-X3 İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra çəkisi 0,201 qram və 0,926 qram narkotik vasitə olan heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-376/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-376/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver