Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-376/2021 06.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1995-ci ildə Abşeron rayonu Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02.03.2021-ci il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.404 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq, üzərində saxlamış, 05.03.2021-ci il tarixdə saat 15:11-də Sumqayıt şəhəri S.Vurğun küçəsi “Kapital Arenanın” qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy və çəhrayı rənglərdən ibarət gödəkçəsinin sağ yan cibində saxladığı “Argo” markalı siqaret qutusundan göy rəngli siqaret kağızı bükümünün daxilindəki göy rəngli siqaret kağızı bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi xalis çəkisi 0,404 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək, götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 05.03.2021-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə bağlı Abşeron rayanu Novxanı qəsəbəsinə getmişdir. Sumqayıt şəhərinə qayıtmaq üçün Novxanı qəsəbəsində məscidin yaxınlığında dayandığı vaxt üzdən tanıdığı, adını bilmədiyi şəxs yaxınlaşıb onunla söhbətləşməyə başlamışdır. Söhbət əsnasında həmin şəxs ona özündə psixotrop maddə olan metamfetamin olduğunu, istərsə ona satacağını bildirərək əlində saxladığı göy rəngli bükümü göstərmişdir. Kənar şəxslər olduğu üçün açıb içərəsinə baxa bilməmişdir. Keyfiyyətinin necə olduğunu soruşanda həmi şəxs onu əmin etmişdir ki, narazı qalmayacaqdır. O, razılaşıb 10 manat pul verib həmin psixotrop maddə olan metamfetamini almışdır. Yol marşurutu ilə Sumqayıt şəhərinə getmişdir. Saat 15:11-də Kapital Arenanın yaxınlığından keçən zaman ona polis əməkdaşları yaxınlaşmışdırlar. Əynində polis forması olan sonradan adının Kənan Hacıyev olduğunu bildiyi şəxs ona narkotik vasitələrin qanunsuz dövriyyəsində, saxlanılmasında, daşınmasında şübhəli olduğunu bildirib şübhəli şəxs qismində saxlanıldığını demişdir. Sonra onu saxlayan polis əməkdaşları bir-bir özlərini təqdim etmişdirlər. Əynində polis forması olan digər şəxs videoçəkiliş aparırmış. Ondan vidoçəkilişin aparılmasına etirazının olub-olmaması soruşulmuşdur. O, heç bir etirazının olmadığını demişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi və sənədləşdirmə işləri davam etdirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 4-cü PBnə dəvət etmişdirlər. O, təkliflə razılaşmışdır. Videoçəkiliş davam etməklə onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışdırlar. Orada xidməti otaqlardan birində ona hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi təqdim edilərək hüquqlarımın həmin müdafiəçi tərəfindən qorunmasına ertirazımın olub-olmamasını soruşmuşlar. O, heç bir etirazımın olmadığını bildirmişdir. Hüquq və vəzifələrinə dair ona bildiriş təqdim edilmişdir. Bildirişlə tanış olmuşdur. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmamasını əgər varsa təqdim etməyini demişdir. O, əynindəki tünd göy və çəhrayı rəngli gödəkçənin sağ yan cibindən Arqo markalı siqaret qutusunu çıxarıb araşdırmaya təqdim etmişdir. Arqo markalı siqaret qutusunun içərisi yoxlanılan zaman əvvəlcədən içərisinə qoyduğu bir-birinin içərəsində olan iki ədəd göy rəngli siqaret kağızına bükülmüş 01 büküm aşkarlanaraq açılmışdır. İçərəsindəki ağ rəngli kristal formasındakı kütləni görən təhqiqatçı ondan həmin kütlənin tərkibi barədə soruşmuşdur. O, həmin kütlənin psixotrop maddə olan metamfetamın olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərimdən çıxan həmin büküm qablaşdırılıb möhürlənmişdir. Digər əşyalar əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Videoçəkiliş sonlandırılıqdan sonra sənədləşmə işləri aparılıb şəxsi axtarışa dair protokol tərtib edilmişdir. Həmin protokol tərəfindən imzlandmışdır saxlanılarkən və ya polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən həmçininin sonradan polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki psixi zorakılıq tətbiq edilməmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 05.03.2021-ci il tarixdə qərəzsiz və etirbarlı mənbədən Sumqayıt şəhəri S.Vurğun küçəsi Kapital Arena ərazisində Teymur adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin əldə olunması və üzərində daşıması barədə ona məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbəliyə məruzə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq qrup yaradılmış və o, həmin qrupa daxil edilmişdir. Həmin gün saat 15:11-də Sumqayıt şəhəri S.Vurğun küçəsi Kapital Areanının yaxınlığında Teymurun keçib gedəcəyi yerdə pusqu qurmuşdurlar. Təhqiqatçının göstərişi ilə videoçəkiliş işə salınmışdır. Teymur videoçəkiliş aparıldığı yer istiqamətində irəliləyəndə o, və digər polis əməkdaşları yaxınlaşıb onu saxlammışdırlar. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Kənan Hacıyev saxlanılan şəxsə yaxınlaşıb özünü təqdim edib saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra onlar bir-bir özlərini təqdim etmişdirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, gəzdirilməsi və istifadəsində şübhəli olduğundan saxlanıldığını bildirib, hüquq və vəzifələrinə dair tərtib olunmuş A4 vərəqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri ilə tanış olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkətinin keçiriləcəyini, lakin saxlanıldığı yerdə şərait olmadığını, odur ki, videoçəkiliş dayanmadan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gedəcəklərini, orada vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini demişdir. Saxlanılan şəxs təhqiqatçının bildirdiklərinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs qara rəngli BMW markalı avtomobilin arxa salonuna əyləşdirib oradan çıxmışdırlar. Təxminən 5 dəqiqəyə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasının həyətinə çatmışdırlar və saxlanılan şəxsi avtomobildən endirib xidməti otaqlardan birinə salmışdırlar. Təhqiqatçı vəkil Müdafiəçi saxlanılan şəxsə təqdim etmişdirlər. Kənan Hacıyev saxlanılan şəxsə üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy və çəhrayı rənglərdən ibarət gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Argo” markalı siqaret qutusu çıxarıb stolun üzərinə qoymuşdur. Təhiqatçı Arqo markalı siqaret qutusunu açanda qutunun daxilində 01 ədəd göy rəngli kağız büküm müşahidə etmişdir. Təhiqatçı həmin bükümü də açmışdır. Həmin bükümün daxilindən də göy rəngli büküm çıxmışdır. Həmin büküm açıldıqda isə içərəsində ağ rəngli kristallardan ibarət kütlə müşahidə etmişdir. Müvafiq suallara uyğun olaraq Təqsirləndirilən şəxs bükümün daxilindəki kütlənin psixotrop maddə olan “şüşə” yəni metamfetamin olduğunu, həmin kütləni 05.03.2021-ci il tarixdə Novxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat qarşılığında, özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Saxlanılan şəxsin üzərindən aşkarlanaraq götürülmüş 01 ədəd büküm elektron tərəzinin üzərinə qoyularaq çəkilçişdir. Şəxsi axtarış zamanı digər sübut əhəmiyyətli fakt növü aşkar edilməmişdir. Təhqiqatçının məruzəsi ilə videoçəkiliş yekunlaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş metamfetamin kütləsi bükümündə istifadə edilən materiallarla birgə qablaşdırılıb DİN-in möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış istintaq hərəkətinə dair tərtib olunmuş protokol o, və digər iştiarkçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06.03.2021-ci il tarixli 6/917 №li rəyində görünür ki, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,404 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: metamfetamin təmiz çəkisi-0,404 qram, təqdiqata sərf olundu-0,05 qram, qalıq-0,354 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07.04.2021-ci il tarixli 991 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,354 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05.03.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 07.03.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-376/2021 saylı, 14.06.2021-ci il tarixli qərarı ilə barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26.06.2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və təqsirini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05.03.2021-ci il tarixdən 07.03.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutlduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 26.06.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,354 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05.03.2021-ci il tarixdən 07.03.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutlduğu müddət çıxılaraq ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26.06.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,354 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 qəzə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-376/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-376/2021
06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver