Məhkəmə qərarları › İş №1(060)-377/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-377/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-377/2024 03.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, X4 və X5 X13 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 və X8 xüsusi ittiham qaydasında şikayətlə X6 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs X13 X1 əri, X5 isə keçmiş kürərəkni olmuşdur. Belə ki, cavabdeh X13 onları tam olaraq yaxşı tanımaqla tərbiyələrinə və qadın olaraq əxlaqlarına tam bələd olmuşdur. Lakin buna baxmayaraq o, əsassız şər və böhtan olan tələblərlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnsan X12 Baş İdarəsinə onların qadın satmaqları ilə insan alveri ilə məşğul olmaqları barədə müraciət etmişdir. Onun etdiyi müraciətin əsassız olması, həmin orqanda baxılan zaman öz təsdiqini tapmamış və sonda iş üzrə onun yazdığı ərizəsinin şər və böhtan olması cinayət işinin başlanmasının rədd edilməsi və bu halın təsdiq edilməməsi ilə bağlı prosessual qərarla təsdiq olunmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs X13 onların barəsində sosial şəbəkələrdə şər və böhtan olaraq onun bacısını 5000 ABŞ dollara salmağı ilə bağlı və əxlaqsız olmağı ilə bağlı paylaşımlar etmişdir. Buna dair sənədləri və sosial şəbəkələrdə etdiyi yayımı iddia ərizəsinə əlavə edir. İlk əvvəl Tural Bağırovun şikayətlərini bir aqressivliyinə vətəndaş olaraq dözsələr də o, artıq onların barəsində Sosial şəbəkələrdə əxlaqları, şərəfləri, ailə və şəxsiyyətləri barədə yalan məlumatlar yaymaqla nüfuzlarına, şərəflərinə və işgüzar nüfuzlarına xələl gətirən yalan məlumatlarla çıxış etməyə davam edir. Qeyd etdikləri və cavabdehin hərəkətlərinin yalan, şər və böhtan olması yuxarda qeyd etdikləri orqanın prosessual sənədlərində, materiallarda və iddia ərizəsinə əlavə etdiyi sənədlərdə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs X13 barəsində böhtanla bağlı hərəkətlərinə münasibətdə onu AR CM-nin 147-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasına dair qərar çıxarılmasını xahiş edir. Məhkəmənin ilkin hazırlıq iclasında iştirak etmiş xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək bildirdi ki, X13 onun keçmiş həyat yoldaşıdır. Birgə nikahlarından bir övladları vardır. X13 ilə 2019-cu ildə nikahlarını pozmuşlar. Həmin vaxtdan aralarında məhkəmə mübahisələri olmuşdur. X13 onun və anası X8 barəsində bacısını Türkiyə Respublikasına satması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnsan X12 Baş İdarəsinə şikayət etmiş, həmin məlumatı sosial şəbəkələrdə də paylaşaraq onlara şər, böhtan atmışdır. Bu barədə məhkəməyə disk təqdim edir. Məhkəmənin ilkin hazırlıq iclasında iştirak etmiş xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək bildirdi ki, X13 onun keçmiş kürəkənidir. X13 onu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnsan X12 Baş İdarəsinə şikayət etdiyinə görə onun barəsində xüsusi ittihamla məhkəməyə müraciət etmişdir. Bundan başqa X13 dəfələrlə təhqir edərək şər böhtan atır. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 barəsində verilmiş xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək ədalətli qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6, 302.1.7, 302.1.8 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə və şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunun tələbinə görə xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər..... Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayətdə X6 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmiş, lakin Cinayət Məcəlləsində müstəqil olaraq məsuliyyət yaradan 147-ci maddə mövcud deyil, şəxsi qanuni əsaslar olduqda yalnız CM-nin 147.1 və ya 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb etmək ola bilər. Başqa sözlə xüsusi ittihamçılar X9 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin hansı bəndi ilə ittiham etmələri qeyri-müəyyəndir. Bundan başqa qeyd olunur ki, X6 X4 və X8 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnsan X12 Baş İdarəsinə etmiş olduğu şikayət kütləviliyi əks etdirmədiyindən məlumatların kütləvi çıxış şəklində yayılması hesab edilmir. Eyni zamanda xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər yalnız məhkəmənin xx.xx.2024-cü il tarixində keçirilmiş ilkin hazırlıq iclasında iştirak etmiş, sübut qismində məhkəməyə disk təqdim etmişlər. Tərəflərindən təqdim edilmiş sübutun tədqiq edilməsi məqsədi ilə üç dəfə təxirə salınmış məhkəmə hazırlıq iclaslarında üzrsüz səbəbdən iştirak etməmişlər. Yalnız məhkəməyə əsassız ərizə və teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin təxirə salınma barədə hər hansı əsaslı səbəb göstərməmişlər. Bununla da xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmişlər. Azərbaycan Respublikası CPM-nin 302.1.3-ci maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 və X5 X13 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar