Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-378/2021 13.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, H.Zeynalabdin, Yat-2-də qeydiyyatda olan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində fərdi evdə kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3; 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 iyun 2020-ci il tarixdə gecə 01:00 radələrində Zərərçəkmiş şəxs1 oğluna məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 71A, 6 nömrəli mənzilə giriş qapısının kilidini sındırmaqla qanunsuz daxil olaraq yataq otağında paltar dolabının üstündə olan 50 (əlli) manat dəyərində “Samsung” markalı telefonu və digər yataq otağında saxlanc yeri hesab olunan tumbanın siyirtməsində olan 245 (iki yüz qırx beş) manat nağd pulu gizli talayaraq, ümumilikdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 295 (iki yüz doxsan beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 25 iyun 2020-ci il tarixdə gecə saat 01:00 radələrində X4 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən ev 62, 5 nömrəli mənzilə giriş qapısının kilidini sındırmaqla qanunsuz daxil olub yataq otağında paltar şkafında yerləşən 300 (üç yüz) manat nağd pulu gizli yolla talamağa istəsə də, giriş qapısının kilidinin aça bilmədiyindən öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyərək, özgə əmlakını gizli yolla talamağa cəhd göstərmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədilə 25 iyun 2020-ci il tarixdə gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65, 128 nömrəli mənzilə giriş qapısının kilidini sındırmaqla qanunsuz daxil olaraq yataq otağındakı dolabın üzərində kardon qabın içərisindəki 1160 manat dəyərində 12,29 qram kütləli sırğa cütü-üzük dəstini, 984 manat dəyərində 15,14 qram kütləli sırğa cütü-üzük dəstini, 342 manat dəyərində 4,82 qram kütləli üzüyü, 243 manat dəyərində 3,75 qram kütləli qolbağı, 65 manat dəyərində 1 qram çəkidə 585 əyarlı sırğanı, yataq otağındakı dolabın üzərində digər kardon qutuda olan 455 manat dəyərində 7 qram çəkidə 585 əyarlı 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət dəsti, 585 manat dəyərində 9 qram çəkidə 585 əyarlı 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət dəsti, 195 manat dəyərində 3 qram çəkidə 585 əyarlı qadın boyunbağısını və qonaq otağında yerləşən 450 manat dəyərində “LG” markalı maqnitafonu gizli talayaraq, ümumilikdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 4479 (dörd min dörd yüz yetmiş doqquz) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, o, kirayədə valideynləri ilə birlikdə yaşayır. Əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir, xüsusi karantin rejimi elan edilməmişdən qabaq Sumqayıt şəhər “Karvan” ticarət mərkəzində satıcı işləmişdir. Lakin karantin rejimi ilə bağlı ticarət mərkəzi bağlanmışdır. Bu səbəbdən pulsuz qalmış və qərara gəlmişdir ki, oğurluq etsin. Oğurluq etmək istəyi barədə həbsdə olarkən tanış olduğu Sumqayıt şəhər sakini 10-cu mikrorayon ərazisində yaşayan tanışı Turala demişdir. Tural da təklifi ilə razılaşıb onunla oğurluq etməyə razılaşıb və əlavə olaraq Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində oğurluq etməyi təklif etmişdir. Bu məqsədlə 22 iyun 2020-ci il tarixdə gecə saat 23 radələrindən etibarən Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində gəzməyə başlamışlar. Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 71 a saylı binanın qarşısından keçəndə görmüşlər ki, səhv etmirsə 1-ci blokda 2-ci mərtəbədə yerləşən mənzildə işıq yanmır. Bir müddət gözləyəndən sonra işıqların yanmadığını görüb başa düşmüşlər ki, həmin mənzildə heç kim yoxdur. Bu səbəbdən gecə saat 01 radələrində həmin bloka daxil olub və 2-ci mərtəbəyə qalxıb 6 saylı mənzilə yaxınlaşmışlar. “Youtube” internet saytında mənzillərin giriş qapısının sındırılması üsulları ilə bağlı çoxsaylı videolar mövcuddur və o, həmin videolara mütamadi olaraq baxırmış və mənzilin giriş qapısının kilidini sındırmaq üsulunu öyrənmişdir. Mağazadan aldığı kəlbətinlə həmin evin giriş qapısının kildini sındırıb və bundan sonra hər ikisi evə daxil olmuşdur. Mənzili axtarmağa başlamışlar və o, yataq otağında paltar dolabının üstündə olan “Samsung” markalı telefonu və həmin otaqda tumbanın siyirtməsində olan 200 manat pulu götürmüş, lakin pul və telefon barəsində Turala heç bir söz deməmişdir, yalandan demişdir ki, evdə qiymətli bir şey tapa bilmədi. Tural da evdən qiymətli bir şey tapa bilmədiyini demişdir. Bunda sonra evdən çıxıb və ayrılmışlar. O, tanışı taksi fəaliyyəti ilə məşğul olan Cabirə zəng edib demişdir ki, gəlib onu evə aparsın, belə ki, yolu uzaq olmuşdur. Bir neçə dəqiqə sonra Cabir gəlib onu evə aparmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmiş, telefon isə işləmədiyindən 10-cu mikrorayon ərazisində tullamışdır. Bundan başqa, 24 iyun 2020-ci il tarixdən 25 iyun 2020-ci il tarixə keçən gecə saat 01 radələrində 10-cu mikrorayon ərazisində yerləşən 62 saylı binanın qarşısından keçəndə görmüşdür ki, 1-ci blokda 2-ci mərtəbədə yerləşən mənzildə işıq yanmır. Bir müddət gözləyəndən sonra işıqların yanmadığını görüb başa düşmüşdür ki, həmin mənzildə heç kim yoxdur. Bu səbəbdən gecə saat 01 radələrində həmin bloka daxil olub və 2-ci mərtəbəyə qalxıb 5 saylı mənzilə yaxınlaşmışdır. Üzərində olan kəlbətinlə qapının giriş qapısının kilidini sındırmaq istəsə də, sındıra bilməmiş, fikirləşmişdir ki, mənzilə girib pul və qiymətli qızıl-zinət əşyası olsa götürər, lakin mənzilə daxil ola bilməmiş və tez həmin binadan uzaqlaşmışdır. Lakin bir qədər aralıda yerləşən 65 saylı binanın qarşısından keçəndə 1-ci mərtəbədə yerləşən mənzildə işıqların yanmadığını görüb orada dayanıb və bir qədər keçdikdən sonra yenə işıq yanmadığını görüb evdə heç kimin olmadığını başa düşmüşdür. Gecə saat 02 radələrində 1-ci mərtəbədəki 128 saylı mənzilə yaxınlaşıb və kəlbətinlə giriş qapısının kilidini sındırıb mənzilə daxil olmuşdur. Mənzili axtarmağa başlayıb və yataq otağındakı dolabın üzərində kardon qabın içərisindəki qızıl zinət əşyalarını və qonaq otağında yerləşən “LG” markalı maqnitafonu götürüb evdən çıxmışdır. Maqnitafon əlində olduğundan fikirləşmişdir ki, gecə vaxtı maqnitafonu əlində görən olsa biləcəkdir ki, oğurluqdur ona görə də həmin maqnitafonu 10-cu mikrorayon ərazisində tullamışdır, yerini xatırlamır. Qızıl-zinət əşyalarının bir qismini aparıb Turala vermişdir. Turalgilə tanımadığı taksi ilə getmişdir. Qızılları Turala verməkdə məqsədi isə üstündə qızıllarla tanımadığı taksi sürücüsü ilə evə getmək istəməməyi olmuşdur. Fikirləşmişdir ki, birdən yolda kimsə onu saxlayar, üzərindən qızıl- zinət əşyaları çıxmasın. Turala qızılları verəndə ona heç bir söz deməyib və yalnız bildirmişdir ki, sabah söhbət edərlər, taksi gözləyir. Bir neçə qızıl isə üstündə qalmışdır. Növbəti gün yaşadığı evdə olduğu zaman qapının döyüldüyünü eşidib qapını açmışdır. Qapını döyən polis əməkdaşları olmuşdur. Onlar özlərini təqdim edib ondan ilkin sifahi sorğu zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65, 128 nömrəli mənzildən qızıl-zinət əşyaları oğurluq edib-etmədiyini soruşanda o, oğurluq etdiyini etiraf etmişdir. Polis əməkdaşları onu avtomobilə əyləşdirməmişdən qabaq üzərində olan bir neçə qızılı da yerə atmışdır ki, polisləri üzərində axtarış aparan zaman qızıllar üstündən çıxmasın. O, qeyd etdiyi oğurluqlardan başqa cinayət törətməmişdir. Etdiyi əmələ görə peşmandır, zərərçəkmiş şəxslərlə razılıq əldə etmişdir, Zərərçəkmiş şəxs2 dəymiş ziyan qismən ödənilmiş, qalan hissə ilə bağlı razılığa gəlinmişdir. Məhkəmədən bunların nəzərə alınmasını və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, valideynləri və nənəsi ilə birlikdə yaşayır. Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq təxminən 2 ay olar ki, valideynləri və nənəsi ilə birlikdə dayısına məxsus Sumqayıt şəhəri, Novxanı bağları massivində yerləşən bağ evinə köçmüşlər və hazırda da orada yaşayırlar. Lakin ara-sıra daimi yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65-də yerləşən 128 nömrəli mənzilə yoxlamaq üçün gəlib-getmişdir. 24 iyun 2020-ci il tarixdə saat 21 radələrində yenə yaşadığı evə nəzarət etmək üçün gəlib və hər şeyin qaydasında olduğunu görüb yenidən bağa qayıtmışdır. 25 iyun 2020-ci il tarixdə isə səhər saat 06 radələrində yuxarı mərtəbədə yaşayan qonşusu zəng edib ona demişdir ki, evin giriş qapısı açıq vəziyyətdədir. Buna görə dərhal yaşadığı ünvana gəlmiş və görmüşdür ki, evin giriş qapısı həqiqətən açıqdır, kilidi sındırılmışdır və mənzil özü isə dağınıq haldadır. Evə daxil olmadan dərhal Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə 1-ci PB-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları gələndən sonra birlikdə mənzilə daxil olub və onun iştirakı ilə mənzilə baxış keçirilmişdir. Polis baxış keçirəndən sonra o, özü də mənzilə hərtərəfli nəzər yetirmişdir ki, pulun və hansı əşyaların oğurlanıb-oğurlanmamasını aşkar etsin. Həmin vaxt aşkar etmişdir ki, yataq otağındakı dolabın üzərində kardon qabın içərisindəki 1200 manat dəyərində 15 qram çəkidə, 585 əyarlı, tək briliant qaşlı qadın qızıl üzük və sırğa dəsti, 1000 manat dəyərində 17 qram çəkidə, 585 əyarlı, firuzə qaşlı qadın qızıl üzük və sırğa dəsti, 350 manat dəyərində 5 qram çəkidə, 585 əyarlı, briliant qaşlı qızıl üzük, 200 manat dəyərində 4 qram çəkidə, 585 əyarlı qadın bilərzik, 50 manat dəyərində 1 qram çəkidə, 585 əyarlı, qadın qızıl sırğa və qonaq otağında yerləşən 450 manat dəyərində “LG” markalı maqnitafon oğurlanmışdır. Bölmədə yazdığı ərizə və izahatda qeyd etməsə də sonradan müəyyən etmişdir ki, dediyi əşyalarda başqa yataq otağındakı dolabın üzərində digər kardon qutuda olan 7 qram çəkidə, 585 əyarlı 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət dəst, 9 qram çəkidə, 585 əyarlı 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət dəsti, 3 qram çəkidə 585 əyarlı, qadın boyubağı da oğurlanıb. Oğurluq nəticəsində ona təxminən 4000 (dörd min) manat məbləğində ziyan dəymişdir. Sadaladığı əşyalardan başqa evdən əlavə heç nə oğurlanmamışdır. Onun oğurluğu törətməkdə şübhələndiyi şəxs olmamışdır. O, yaşadığı evin içərisində və yaxınlığında videokamera olmamışdır. İstintaq zamanı məlum olmuşdur ki, oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Ona dəyən ziyanın bir hissəsi ödənilmiş, qalan hissə ilə bağlı Təqsirləndirilən şəxs ailə üzvləri ilə razılığa gəlmişlər. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 13.07.2021-ci il tarixli ərizəsində də göstərmişdir ki, dəyən ziyanın ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Akif oğlu ifadəsində göstərmişdir ki, 20 ildir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 71A, mənzil 6-da ailəsi birlikdə yaşayır. Yaşadığı müddətdə mənzilində heç vaxt oğurluq olmamışdır. Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq 19 iyun 2020-ci il tarixdə ailəsi birlikdə Tovuz rayonuna getmişdir. 23 iyun 2020-ci il tarixdə qapı qonşusu ona zəng edib demişdir ki, yaşadığı evin qapısı açıqdır, buna görə polisə zəng etmişdir. Daha sonra o polis əməkdaşları ilə görüntülü danışmağa başlamış, polislər artıq yaşadığı mənzildə olmuşlar. Polislərlə görüntülü danışarkən görmüşdür ki, mənzili dağınıq haldadır, polislər mənzildə oğurluq olduğunu bildirmişlər. Sonra polislər ona mənzili göstərmiş və polislər ona yataq otağında yerdə olan pul qabını açıb göstərmiş və onlara bildirmişdir ki, orada 245 manat pul olmuşdur, lakin pul qabı boş olmuşdur. Sonra polislər ona digər otaqları göstəmiş, digər otaqlar da dağınıq halda olmuşdur. O, qonşuluqda yaşayan qaynı İlhama da bu barədə məlumat vermiş və İlham da polislər mənzilə baxış keçirəndə orada olmuşdur. Bundan başqa digər yataq otağında şkafın üzərində 50 manat dəyərində “Samsung” markalı mobil telefon da yerində olmamışdır. Həmin mobil telefonun modelini, istehsal ilini və digər göstəricilərini bilməmişdir. Ciddi bir şey oğurlanmadığı üçün o, həmin gün Sumqayıt şəhərinə qayıtmamışdır. Yalnız 2020-ci ilin avqust ayında karantin rejimi bir qədər yumşalanda Sumqayıt şəhərinə, yaşadığı evə qayıtmış və bir daha evə baxış keçirəndə qeyd etdiyi əşyalardan başqa heç bir əşya oğurlanmamışdır. Oğurluq nəticəsində ona 295 (iki yüz doxsan beş) manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Akif oğlu 01 iyul 2021-ci ildə məhkəməyə daxil olmuş teleqramda işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X5 göstərmişdir ki, artıq uzun illərdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 62, mənzil 5-də yaşayır. 23 iyun 2020-ci il tarixdə saat 17:30 radələrində ailəsi birlikdə yaşadığı ünvandan çıxıb bağa getmişlər. Yalnız 25 iyun 2020-ci il tarixdə yaşadığı evə gələndə görmüşdür ki, mənzilin giriş qapısının daxili qıfıllarından biri sındırılmış vəziyyətdədir. O, giriş qapısının 2-ci qıfılını açıb evə daxil olmuş və evdə hər hansı dağıntı izlərinin olmadığını bütün əşyaların yerində olduğunu, heç bir əşyanın oğurlanmadığını aşkar etmişdir. Başa düşmüşdür ki, evdə olmadığı müddətdə, yəni 23 iyun 2020-ci il tarixdən 25 iyun 2020-ci il tarixədək olan müddət ərzində naməlum şəxs yaşadığı evə daxil olub oğurluq etmək istəmiş, lakin giriş qapısının 2-ci qıfılını sındıra bilmədiyi üçün mənzilə daxil ola bilməmişdir. Hadisə nəticəsində evdən heç bir əşya, qiymətli əşya və pul oğurlanmasa da, o, hadisə ilə Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edib məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə 1-ci PB-nin əməkdaşları gəlmiş, polis əməkdaşları gələndən sonra birlikdə mənzilə daxil olmuş və onun iştirakı ilə mənzilə baxış keçirilmişdir. Bir neçə gün sonra polis əməkdaşları müəyyən etmişdirki, evindən oğurluq etmək istəyən şəxs Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxsdur. Hadisə zamanı evində pul və qızıl-zinət əşyası olmamışdır. Hadisə zamanı evdə 300 manat pul olmuşdur. Zərərçəkmiş şəxs X3 04.06.2021-ci ildə məhkəməyə daxil olmuş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Mersedes-benz” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Tural Hacıyevi və Təqsirləndirilən şəxs artıq bir neçə ildir ki, tanıyır. Aralarında qohumluq əlaqəsi yoxdur və əvvəllər aralarında ədavət olmamışdır. Turalla və Rəşadla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuşdur. Azadlığa çıxdıqdan sonra da onlarla münasibətini saxlamışdır. Belə ki, hər ikisi onun kimi Sumqayıt şəhərində yaşayır. 22 iyun 2020-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Veqas” restoranına getmişdir. Orada təsadüfən Tural və Rəşadla rastlaşmışdır. Onlar xahiş etmişlər ki, onları Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisinə aparsın. O, onların xahişini yerə salmayıb avtomobili ilə onları dedikləri yerə aparmış və orada onları düşürmüşdür. 23 iyun 2020-ci il tarixdə gecə saat 02 radələrində Rəşad ona zəng edib demişdir ki, onu düşürdüyü yerdən gəlib götürüb yaşadığı evə aparsın, üzərində pulu yoxdur. O, yenə Rəşadın xahişini yerə salmamış və Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 71A saylı binanın yanından Rəşadı götürüb Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən Nərimanov heykəlinin yanında düşürmüşdür. Bir neçə gün sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət olunmuş və orada ona məlum olmuşdur oldu ki, Rəşad və Tural Sumqayıt şəhəri, 10-cu mikrorayon, ərazisində yerləşən 71A saylı binadakı mənzillərdən birindən oğurluq etmişlər. Oğurluğu isə onları həmin ünvana apardığı gün etdiklərindən o, da bölməyə dəvət olunmuşdur. Onun Rəşad və Turalın Sumqayıt şəhəri, 10-cu mikrorayon, ərazisində yerləşən 71A saylı binadakı mənzillərdən birindən oğurluq etmələrindən heç bir məlumatı olmamışdır. Bu barədə onlar ona heç bir söz deməmişlər. Məhkəmə iclasında Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə məhlə uşağı olduğu üçün uzun illərdir ki, tanıyır və dost münasibətləri olmuşdur. Tural adlı şəxsi təxminən 2 il olar ki, Rəşadın vasitəsi ilə tanımışdır. 25.06.2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 45-ci məhəllə, ərazisində yerləşən TAC restoranında ofisiant işlədiyi üçün oraya təmizlik üçün getmişdir. Həmin vaxt Tural ona yaxınlaşaraq bir neçə qızıl zinət əşyalarını saxlamaq üçün ona vermişdir. Daha sonra isə öyrənmişdir ki, həmin qızıl zinət əşyaları Rəşad tərəfindən mənzildən oğurlanaraq götürülmüşdür. O, Tural və Rəşadın cinayətə meylli şəxslər olduğunu bilmiş, lakin onun Tural və Rəşadın işləri və ya etdikləri ilə heç bir əlaqəsi olmamışdır. Tural ona üzərində zümrüd qaşlı, qızıl üzük və sırğa dəsti, üzərində tək qaşlı qızıl üzük və sırğa dəsti, bir ədəd qızıl üzük və bir ədəd qızıl bilərzik vermişdir. Həmin qızıl zinyət əşyalarını Tural ona verdiyi şəkildə və tamlığı pozulmadan polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs kimi dindirilmiş X8 ifadəsində göstərmişdir ki, kirayədə valideynləri ilə birlikdə yaşayır. 2011-ci ildə ailə həyatı qursa da, 2015-ci ildə boşanmışdır. Həmin nigahdan 2 övladı var və hazırda hər iki övladı keçmiş arvadı ilə Rusiya Federasiyasında yaşayırlar. Həmin nigahdan sonra yenidən ailə qurmuşdur. Bir neçə vaxt işsiz olmuş, heç bir yerdə iş tapa bilməmişdir. Bu səbəbdən çıxış yolunu oğurluq etməkdə görmüşdür. Əvvəllər oğurluq cinayəti üstündə məhkum olunmasa da, “Youtube” internet saytında mənzillərin giriş qapısının sındırılması üsulları ilə bağlı çoxsaylı videolar mövcuddur və o, həmin videolara mütəmadi olaraq baxıb və mənzilin giriş qapısının kilidini sındırmaq üsulunu öyrənmişdir. 31 may 2020-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisinə gəlmişdir. Həmin ərazidə yerləşən 31 saylı yaşayış binasının qarşısından keçərkən həmin binanın ikinci mərtəbəsində yerləşən mənzillərdən birinin işıqlarının yanmadığını görüb mənzildə heç kimin olmamasını başa düşmüşdür. Bundan sonra həmin mənzilin giriş qapısının qarşısına gəlib mənzildə heç kimin olmamasını dəqiqləşdirmək üçün bir neçə dəfə mənzilin qapısını döymüşdür. Qapı açılmadığından tam olaraq mənzildə heç kimin olmamasına əmin olub və bundan sonra üzərində götürdüyü kəlbətinlə mənzilin giriş qapısının qıfılının slindirik mexanizminin üz hissəsini sındırmışdır. Sonra isə vintaçanla qapını açıb içəri daxil olmuşdur. İlk qarşısına çıxan otağa daxil olub otağı axtarmağa başlamışdır. Həmin otaqdakı paltar dolabının içərisini axtardıqda paltarların arasında gizlədilmiş bir ədəd qadın pul kisəsi tapmışdır. Pul kisəsinin içərisini açıb baxdıqda pul kisəsinin içərisindən üç ədəd 200 manatlıq, dörd ədəd 100 manatlıq, üç ədəd 50 manatlıq, digərlərini isə xatırlamadığı pul əskinazlarından ibarət ümumilikdə 1200 manat, beş ədəd 1000 rubl əskinazlardan ibarət 5000 rus rublunun olduğunu müəyyən etmişdir. Digər güzgülü dolabın siyirtmə gözlüyünü açdıqda isə ordan bir neçə ədəd zinət əşyalarının olduğunu görüb bundan sonra mənzili tərk edib çıxıb getmişdir. Səhəri gün isə Sumqayıt şəhəri “Kolxoz” bazarı adlanan əraziyə gedib, əvvəllər tanımadığı, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə yaxınlaşıb rus rublunu azərbaycan manatına dəyişmişdir. Həmin pulun Azarbaycan manatına məzənnəsi 125 manat etmişdir. Daha sonra başqa bir tanımadığı şəxsə yaxınlaşıb zinət əşyalarını da 30 manata satmışdır. Bundan sonra 04 iyun 2020-ci il tarixdə oğurluq yolu ilə əldə etdiyi pulun üzərinə bir miqdarda pul qoyaraq ümumilikdə 1800 manat pulu götürüb Sumqayıt şəhəri ərazisində yerləşən “Onkoloji” xəstəxanaya gedərək həyat yoldaşının xəstəxana xərclərini ödəmişdir. Bundan başqa 22 iyun 2020-ci il tarixdə gecə saat 23 radələrində həbsdə olarkən tanış olduğu Sumqayıt şəhər sakini Rəşadla Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində gəzməyə başlamışdır. Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 71 a saylı binanın qarşısından keçəndə görmüşlər ki, 1-ci blokda 2-ci mərtəbədə yerləşən mənzildə işıq yanmır. Bir müddət gözləyəndən sonra işıqların yanmadığını görüb başa düşmüşlər ki, həmin mənzildə heç kim yoxdur. Bu səbəbdən gecə saat 01:00 radələrində həmin bloka daxil olub və 2-ci mərtəbəyə qalxıb 6 saylı mənzilə yaxınlaşmışlar. Mağazadan aldıqları kəlbətinlə Rəşad həmin evin giriş qapısının kilidini sındırıb və bundan sonra hər ikisi evə daxil olmuşdur. Mənzili axtarmağa başlayıb, lakin evdən heç nə tapmamışlar. Bundan sonra evdən çıxıb və ayrılmışlar. Sonradan bildiyinə görə Rəşad tanışı taksi fəaliyyəti ilə məşğul olan Cabirlə yaşadığı evə getmişdir. 25 iyun 2020-ci il tarixdə Rəşad səhər tezdən gətirib ona bir neçə qızıl-zinət əşyası verib və demişdir ki, həmin qızıl-zinət əşyalarını saxlasın, sonra gəlib onunla söhbət edəcək, başqa ona heç bir söz deməmişdir. Həmin qızılların oğurluq olmasını bilməmişdir. 27 iyun 2020-ci il tarixdə Sumqayıt ŞPİ-nə dəvət olunub və orada ilkin sorğu zamanı ondan Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində mənzillərdən oğurluq edib-etmədiyini soruşanda o, törətdiyi oğurluqlarları etiraf etmişdir. Həmçinin ona məlum olmuşdur ki, Rəşadın ona verdiyi qızıllar da oğurluqdur. Onu da bildirmişdir ki, Rəşad onunla birlikdə daxil olduğu mənzildən 01 ədəd “Samsung” markalı telefon və həmin otaqda tumbanın siyirtməsində olan 200 manat pul oğurlamış, lakin pul və telefon barəsində ona heç bir söz deməmişdir. Rəşadın ona verdiyi qızılları polis əməkdaşlarına təqdim etmişdir. Oğurluq edərkən onları görən olmamış, ondan və Rəşaddan başqa əlavə kimsə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 71a saylı binanın 6 saylı mənzilində törətdikləri oğurluqda iştirak etməmişdir. İş materiallarında olan 10 iyul 2020-ci il tarixli 1873 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(cild-2, i.v 34) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 24 iyul 2020-ci il tarixli tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı AĞır Cinayətlər Məhkəməsinin 04.12.2015-ci il tarixli hökmü ilə AR CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.02.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. 14.06.2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə əməli AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 03 il 09 aya endirilmişdir.(i.v 43-44, 58-66, 2-ci cild) İş materiallarında olan 24 iyul 2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4,82 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aiddir-brilyantdır. Qaşalrın 10 ədədi hər biri 0,003 karat, 1 ədədi 0,007 karatölçüdə olmaqla ümumilikdə 4/3 keyfiyyətlidir. 12,29 qram kütləli sırğa cütü-üzük dəsti 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşların 3 ədədi hər biri 0,112 karat, 46 ədədi hər biri 0,004 karat ölçüdə olmaqla ümumilikdə 4/4 keyfiyyətlidir. 15,14 qram kütləli sırğa cütüüzük dəsti 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli daşlara aid deyildir. 3,75 qram kütləli qolbaq 583\585 əyarlı qızıldan hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş əşyaların və nəzəri təqdim edilmiş əşyaların 2020-ci ilin iyun ayına pərakəndə satış qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 4,82 qram kütləli üzük-342 manat, 12,29 qram kütləli sırğa cütü-üzük dəsti 1160 manat, 15,14 qram kütləli sırğa cütü-üzük dəsti 984 manat, 3,75 qram kütləli qolbaq 243 manat. Nəzəri qaydada 2020-ci ilin iyun ayına 1 qram çəkidə 585 əyarlı sırğa 65 manat, 7 qram çəkidə 585 əyarlı 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət dəst 455 manat, 9 qram çəkidə 585 əyarlı 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət dəst 585 manat, 3 qram çəkidə 585 əyarlı qadın boyunbağısı 195 manat. Nəzəri qiymətləndirilməsi göstərilmiş "LG" markalı maqnitofonun modeli və digər göstəriciləri məlum olmadığından qiymətləndirilmə aparılmamışdır.(i.v.97-98, 2-ci cild) İş materiallarında olan 14 avqust 2020-ci il tarixli "Baxış keçirilməsi haqqında" protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, 12,29 qram kütləli, üzərlərində ümumilikdə 49 ədəd rəngsiz, şəffaf qaş olan, sarı rəngli sırğa cütü-üzük dəstinin elementlərinin, hər birinin üzərində "583" damğası vardır. 15,14 qram kütləli, üzərlərində bənövşəyi rəngli və rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli sırğa cütü-üzük dəstinin elementlərinin hər birinin üzərində "583" damğası vardır. 4,82 qram kütləli 11 ədəd rəngsiz və şəffaf qaş olan, qırmızımtıl-sarı rəngli üzüyün halqasının iç tərəfində "B" "583" damğası vardır. 3,75 qram kütləli qırmızımtıl-sarı rəngli qolbağın qulaqcığında "BÖZ" və "B" "58" damğaları vardır.(i.v 99, 2-ci cild) İstintaq zamanı Şahid2 götürülmüş 3 ədəd üzük, 1 ədəd qolbaq, 2 cüt sırğa maddi sübut kimi tanınaraq və saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılmışdır. (i.v.114-127, 2-ci cild). İş materiallarında olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” 27 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2020-ci il tarixdə tutulmuşdur. (cild-1, i.v. 84-85) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-141/2020 saylı, 29 iyun 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat təmin olunmamış, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. 04 may 2021-ci il tarixədək Təqsirləndirilən şəxs axtarışı ilə bağlı tədbirlər nəticə vermədiyindən və digər təqsirləndirilən şəxs həbsdə olduğundan Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(060)-51/2021 saylı cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair materiallar ayrı icraata ayrılmış və Sumqayıt Şəhər Məhkəməsinin 17.11.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə haqqında axtarış elan olunması nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işi (ayrı icrraata ayrılan iş) üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-51/2021 saylı, 04 may 2021-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən X7 bu hökmlə təyin edilən cəza Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.07.2018-ci il tarixli hökmü ilə (Bakı Apellyasiya Məhkəməsinin 01.11.2018-ci il tarixli qərarı ilə dəyişdirilmiş) təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 06 (altı) gün azadlıqdan məhrumetmə cəzası ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilmiş və X7 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin edilmişdir. 24.05.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş, Azərbaycan Respublikası Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından 07.05.2021-ci il tarixli, 17-40-1796 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05.05.2021-ci il tarixdə tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-378/2021 saylı, 24 may 2021-ci il tarixli qərarı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 56.1.3, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair» 18 mart 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-in 61.1.1-ci maddəsinə əsasən o cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə CM-in 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.12.2015-ci il tarixli hökmü ilə AR CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, cəzanın əvvəli 27.05.2015-ci ildən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22.02.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. 14.06.2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs əməli AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 03 il 09 aya endirilmişdir. Təqsirləndirilən şəxs cəzasının sonu 27.02.2019-cu uldir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 59.1.14 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi Zərərçəkmiş şəxs2 dəymiş ziyanı qismən ödəməsi, əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 05 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27.06.2020-ci il tarixdən 29.06.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə materialların məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 90 (doxsan) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İstintaq zamanı maddi sübut kimi tanınmış 3 ədəd üzük, 1 ədəd qolbaq, 2 cüt sırğa saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Bu nəzərə alınmalıdır. Mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3; 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27.06.2020-ci il tarixdən 29.06.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzanın əvvəli 05 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 90 (doxsan) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Maddi sübut kimi tanınmış 3 ədəd üzük, 1 ədəd qolbaq, 2 cüt sırğanın saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-378/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-378/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver