Məhkəmə qərarları › İş №1(060)-378/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-378/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-378/2024 07.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün xeyli miqdarda 01 (bir) ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,158 qram olan ağ rəngli, kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən 26 dekabr 2023-cü il tarixdə, saat 10:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 8/35 saylı binanın qarşısında piyada olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün xeyli miqdarda 01 (bir) ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,206 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən 09 yanvar 2024-cü il tarixdə, saat 11:05 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 8/35 saylı binanın qarşısında piyada olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə və psixotrop maddə alüdəçisidir. Narkotik vasitəni və psixotrop maddəni Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Belə ki, 25 dekabr 2023-cü il tarixdə, axşam saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman orada şəxsiyyəti barədə narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxsə istifadəsi üçün ona pisxotrop maddə metamfetamin satmasını istəmişvə aralarındakı razılıq əsasında həmin şəxsdən 07 (yeddi) manata 01 (bir) ədəd siqaret kağızı bükümündə psixotrop maddə metamfetamin alaraq əynindəki şalvarın sağ yan kiçik cibinə qoyub bundan sonra həmin şəxsdən uzaqlaşaraq yaşadığı ünvana gəlmişdir. Həmin gün bədənində ağrılar olmadığından əldə etdiyi psixotrop maddə metafetamindən istifadə etməmişdir. Lakin növbəti gün, yəni 26 dekabr 2023-cü il tarixdə, səhər saatlarında əldə etdiyi metamfetamindən istifadə etmək qərarına gəlmişdir. Buna müvafiq olaraq yaşadığı ünvanı tərk edib yaxın ərazidə metamfetamindən istifadə edə biləcəyi yer axtarmağa başlamışdır. 26 dekabr 2023-cü il tarixdə, saat 10:00 radələrində yaşadığı, Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 8/35 saylı binanın qarşısında piyada olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməyi ilə bağlı şübhələr olduğunu demiş, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət etmişdirlər, o qarşılıq vermədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan kiçik cibində saxladığı psixotrop maddə metamfetamini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o əynindəki şalvarın sağ yan kiçik cibindən 01 (bir) ədəd siqaret kağızı bükümü çıxardıb təqdim edərək, həmin bükümün içində “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu demişdir. Təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Həmçinin aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Bundan başqa təkrarən 08 yanvar 2024-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman orada narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmasından başqa şəxsiyyəti barədə başqa məlumatı olmayan digər bir şəxslə qarşılaşmışdır. Bədənində ağrılar yarananda istifadə etməyindən ötrü həmin şəxsə istifadəsi üçün ona pisxotrop maddə metamfetamin satmasını istəmiş və aralarındakı razılıq əsasında həmin şəxsdən 05 (beş) manata 01 (bir) ədəd siqaret kağızı bükümündə psixotrop maddə metamfetamin alaraq əynindəki şalvarın sağ yan cibinə qoymuş, bundan sonra həmin şəxsdən uzaqlaşaraq yaşadığı ünvana gəlmişdir. Həmin gün bədənində ağrılar olmadığından əldə etdiyi psixotrop maddə metafetamindən istifadə etməmişdir. Növbəti gün, səhər saatlarında əldə etdiyi metamfetamindən istifadə etmək qərarına gəlmiş, yaşadığı ünvanı tərk edərək yaxın ərazidə metamfetamindən istifadə edə biləcəyi yer axtarmağa başlamışdır. 09 yanvar 2024-cü il tarixdə, saat 11:00 radələrində yaşadığı, Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 8/35 saylı binanın qarşısında piyada olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməyi ilə bağlı şübhələr olduğunu demiş, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət etmişlər, o qarşılıq vermədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan cibində saxladığı psixotrop maddə metamfetamini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaret kağızı bükümü çıxardıb təqdim edərək, həmin bükümün içində mütamfetamin olduğunu demişdir. Təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Həmçinin aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. O narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir, satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Əməlindən peşman olmasını və himayəsində 01 (bir) azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində Şahid4 ifadəsində bildirmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 icraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmış və əməliyyat qrpuna o da daxil olmuşdur. 26 dekabr 2023-cü il tarixdə, saat 10:30 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 8/35 saylı binanın qarşısında piyada olduğunu görmüş ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət etmişdirlər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan kiçik cibindən 01 (bir) ədəd siqaret kağızı bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən 01 (bir) ədəd siqaret kağız bükümün içində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən bükümün içinə baxılıb psixotrop maddə meamfetamin aşkarlanmışdır. Aşkar olunmuş 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və psixotrop maddə kütləsi ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçi olması barədə əməliyyat məlumatları əldə olunsa da, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, həmçinin onun üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini konkret olaraq haradan və ya kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində Şahid3 ifadəsində bildirmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-də cinayət axtarış üzrə kiçik inspektor vəzifəsində işləyir. Polis serjantı rütbəsindədir. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin əməliyyat müvəkili Şahid2 icraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna o da daxil olmuşdur. 09 yanvar 2024-cü il tarixdə, saat 11:05 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 8/35 saylı binanın qarşısında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət etmişlər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaret kağızı bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən 01 (bir) ədəd siqaret kağız bükümün içində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən bükümün içinə baxılmış psixotrop maddə meamfetamin aşkarlanmışdır. Aşkar olunmuş 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və psixotrop maddə kütləsi ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçi olması barədə əməliyyat məlumatları əldə olunsa da, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, həmçinin onun üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini konkret olaraq haradan və ya kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında 26 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, vətəndaş Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixdə, saat 10:30 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 8/35 saylı binanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki şalvarın sağ yan kiçik cibindən 01 (bir) ədəd siqaret kağızı bükümü təqdim etmiş, bükümün içinə baxıldıqda psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüş və elektron tərəzidə çəkilərək çəkisi 0,23 qram olmuşdur. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında 09 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, vətəndaş Təqsirləndirilən şəxs 09 yanavar 2024-cü il tarixdə saat 11:05 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 8/35 saylı binanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki şalvarın sağ yan kiçik cibindən 01 (bir) ədəd siqaret kağızı bükümü təqdim etmiş, bükümün içinə baxıldıqda psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüş və elektron tərəzidə çəkilərək çəkisi 0,31 qram olmuşdur. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 dekabr 2023-cü il tarixli, 6/6563 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” yazıları və imzalar olan 01 ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi -0,158 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi çəkisi - 0,158 qram, tədqiqata sərf edildi cəmi - 0,03 qram, qalıq - 0,128 qram. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2024-cü il tarixli, 6/89 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) E. Hüseynov...” yazılar olan 01 ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,206 qram olan ağ kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi çəkisi - 0,206 qram, tədqiqata sərf edildi cəmi - 0,050 qram, qalıq - 0,156 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X3" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının 14 fevral 2024-cü il tarixli, 950 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,158 və 0,206 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,128 və 0,156 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 02 (iki) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olması barədə əməliyyat məlumatları əldə olunsa da, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini konkret olaraq kimdən, nə vaxt və harada əldə etməsi müəyyən edilməmişdir. Gələcəkdə bu istiqamətdə aparılan əməliyyat-axtarış tədbirləri davamında müsbət nəticə əldə olunacağı təqdirdə əlavə olaraq istintaqa məlumat veriləcəkdir. İş mteriallarında olan 3 nömrəli MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 (bir) azyaşlı uşağı vardır (18 oktyabr 2017-ci X1). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 02 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,158 və 0,206 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,128 və 0,156 qram psixotrop maddə metamfetamin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 146 (bir yüz qırx altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,128 və 0,156 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 02 (iki) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 146 (bir yüz qırx altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar