Məhkəmə qərarları › İş №1(060)-38/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-38/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-38/2021 03.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhər, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 49, mənzil 13-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs İsmayıl oğlunun etibarından sui-istifadə edərək ona əlillik pensiyası və sığortasını düzəldəcəyin vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə xx.xx.2019-cu il tarixdə saat 13:00-da Sumqayıt şəhər avtovağzalında 100 (bir yüz) manat, xx.xx.2019-cu il tarixdə saat 11:00-da Sumqayıt şəhər avtovağzalında 150 (bir yüz əlli) manat, 2019-cu ilin iyul ayının əvvələrində Sumqayıt şəhər 40-cı məhəllə ərazisində yerləşən “Kapital” bankın yaxınlığında 200 (iki yüz) manat, xx.xx.2019-cu il tarixdə saat 16:00-da Sirvan şəhərində yerləşən çayxanda 600 (altı yüz) manat, Əliqardaş İsmayılovun xx.xx.2019-cu il tarixdə saat 12:05-də Şirvan şəhərində yerləşən “Kapital” bankdan Şahid adına köçürdüyü 424 (dörd yüz iyirmi dörd) manat pulu Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Kapital” bankın banomatından xx.xx.2019-cu il tarixdə saat 12:10-da, xx.xx.2019-cu il tarixdə saat 15:30-da Əliqardaş İsmayılovun xx.xx.2019-cu il tarixdə saat 15:12-də Şirvan şəhərində yerləşən “Kapital” bankdan Şahid adına köçürdüyü 700 (yeddi yüz) manat pulu xx.xx.2019-cu il tarixdə saat 15:00-da, xx.xx.2019-cu il tarixdə saat 13:02-də X5 şəhərində yerləşən “Kapital” bankdan Şahid adına köçürdüyü 400(dörd yüz) manat pulu xx.xx.2020-ci ildə saat 13:05-də Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Kapital” bankın bankomatından əldə etməklə zərəçəkmiş Zərərçəkmiş şəxs üımumilikdə 2974 (iki min doqquz yüz yetmiş dörd) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs İsmayıl oğlu ilə 2019-cu ilin iyun ayında tanış olmuşdur. O, Zərərçəkmiş şəxsla tanış olan zaman Əliqardaşın əlillik pensiyasını düzəldilməsində problemlər olduğu üçün o, Əliqardaşa bu məsələni həll edəcəyini demişdir. Bundan sonra o, Əliqardaş ilə Şirvan şəhərində yerləşən parkda oturub çay içə içə söhbət etmişdir. Söhbət zamanı Əliqardaş əli və ayağı iş zamanı xəsarət aldığını və əlillik pensiyası düzəldilməsində çətinlik çəkdiyini demişdir. Bundan sonra o, Əliqardaşa bildirmişdir ki, 2-3 gün sonra onunla əlaqə saxlayacaq ki, Bakıya gəlib Travmatologiya İnstitunda həkimlərdən keçsin. Onların görüşündən 3 gün keçdikdən sonra o, səhər 08:30-da Əliqardaşa zəng edərək təcili Bakı şəhərinə gəlməyini, Travmatologiya İnstutunda həkim komisiyasından keçmək lazım olduğunu bildirmişdir. Telefon danışığı zamanı Əliqardaş ona gəlməsi üçün pulunun olmadığını demiş, o da Əliqardaşa taksi ilə danışıb gəlməyini, pulunun onun verəcəyini demişdir. Əliqardaş yenidən onunla əlaqə saxlayaraq taksinin 50 manata gətirəcəyini demiş, onun da Əliqardaşa gəlməsini və pulunu onun verəcəyini demişdir. Saat 11 radələrində Əliqardaş taksi ilə Travmatologiya İnstitutunun qarşısına gəlmiş və onunla görüşmüşdür. Bundan sonra onlar içəri girmiş və Əliqardaşın göndərişi aldıqdan sonra həkimlərdən keçməyə başlamışdır. Həkim komissiyasından keçdikdən sonra o, Əliqardaşı yola salmışdır. Onlar xx.xx.2019-cu il tarixdə saat 13:00-da Sumqayıt şəhəri avtovağzalında görüşmüşdülər. Biraz söhbət etdikdən sonra o, Əliqardaşın yerinə ərizələr yazacağını bildirib Əliqardaşdan 100 (bir yüz) manat pul istəmişdir. Əliqardaş onun sözü ilə razılaşıb ona 100 (bir yüz) manat pul vermişdir. Bundan sonra çıxıb getmişdir. Təxminən 10 gün sonra yəni xx.xx.2019-cu il tarixdə Əliqardaş yenidən Sumqayıt şəhərinə gəlmiş və saat 11:00 da Əliqardaşla Sumqayıt şəhər avtovağzalında görüşmüşdür. Onlar birlikdə yaxınlıqda olan çayxanaların birinə gedib çay içmişlər. O, görüş zamanı Əliqardaşa arayışları, özünün 3x4 ölçüdə bir neçə ədəd şəkilini və 150 (bir yüz əlli) manat pul istəmişdir. Əliqardaş sənədləri və 150 manat pulu ona vermiş, o, pulu Əliqardaşdan götürəndə yalandan xəstəxanada adına anket açdırmışdır. Əliqardaş onun sözünə inanmışdir. Əliqardaş yenidən Şirvana qayıtmış, bundan sonra Əliqardaş onunla telefon əlaqəsi saxlayaraq əlillik pensiyasının düzəldilməsi məqsədi ilə xəstəxanaya iş yerindən arayış tələb olunduğunu demişdir. Əliqardaş onunla razılaşmış, arayışı iş yerindən alıb və şəkil götürüb iyul ayının əvvəlində yenidən əvvəlki kimi Sumqayıt şəhəri, avtovağzalına gəlib onunla görüşmüşdür. Əliqardaşla biraz söhbət etdikdən sonra sənədi və şəkilləri ona vermişdir. Sonra o, Əliqardaşa xəstəxanada pul lazım olduğunu, həkimlərə və oranın işçilərinə pul verilməli olduğunu demiş və Əliqardaşdan 200 manat pul istəmişdir. Əliqardaşın üzərində pul az olduğuna görə adına olan “Kapital Bank”a məxsus “Birkart” plastik kartında müəyyən bir hissəni Sumqayıt şəhəri ərazisində yerləşən bankomatların birindən çıxarıb 200 manat edib ona vermişdir. Bundan sonra Əliqardaş geri qayıtmış, üstündən bir müddət keçdikdən sonra Əliqardaş onunla danışmağa başlamış və Əliqardaşa yalandan işlərin qaydasında olduğunu demişdir. O, iyul ayının əvvəllərində Şirvan şəhərinə getmiş və Əliqardaş ilə Şirvan şəhərində görüşmüşdür. Əliqardaş yenidən ona yaşayış yerindən arayış vermiş və ondan keçmiş həyat yoldaşını uçot qeydiyyatından çıxarmasında köməklik göstərmişdir. O, isə buna görə Əliqardaşdan 200 manat pul istəmiş və Əliqardaş onunla razılaşıb Şirvan şəhərində yerləşən Əmlak Komitəsinin İdarəsinin qarşısında ona 200 manat pul vermişdir. Əliqardaş pulu ona verəndə yanlarında onunla münasibətdə olan Şahid olmuşdur. Bundan sonra o, Əmlak Komitəsinin Şirvan rayon üzrə İdarəsinə girmiş və 15 dəqiqə sonra çıxaraq Əliqardaşa narahat olmamasını bildirib işlərini həll edəcəyini deyərək çıxıb getmişdir. Əliqardaş onunla əlaqə saxlayıb işin nə yerdə qaldığını soruşmuş, o, isə Əliqardaşa biraz vaxt lazım olduğunu bildirib işin həll olunacağını demişdir. O, iyul ayının əvvələrində Əliqardaş ilə Şirvan şəhərində görüşmüş və Əliqardaşın xəsarəti ilə bağlı sığorta pulunu necə ala biləcəyini ona demişdir. O, Əliqardaşa bu işini həll edə biləcəyini deyib ondan 400 manat pul istəmişdir. Əliqardaş ona 400 manat pulu elə orda vermişdir. O, xx.xx.2019-cu il tarixdə Şirvan şəhərində Əliqardaş ilə görüşmüş, onlarla birlikdə yaxınlıqda yerləşən çayxanaların birində gedib oturmuş və söhbət etmişlər. Söhbət zamanı Əliqardaş ona keçmiş həyat yoldaşının apellyasiya şikayəti verdiyini demişdir. O, isə yalandan Əliqardaşa müqavilə bağlayaq və bütün məhkəmə proseslərinə Əliqardaşın yerinə onun iştirak edəcəyini demişdir. Əliqardaş onunla razılaşdığını, yalandan müqavilə bağladığını və onun həmin müqavilə sənədini qeydiyyatdan keçirmədiyini bildirmişdir. Onun əsas niyyəti Əliqardaşın ona etibar etməsi olmuşdur. Əliqardaş ona müqaviləyə görə 600 manat pul vermişdir. Əliqardaş onunla daim əlaqə saxlayanda o, müxtəlif bəhanələr gətirərək gah zəng gələcəyini, gah da mobil telefonuna mesajın gələcəyini demişdir. xx.xx.2019-cu il tarixdə X1rşısında görüşmüşlər. Görüşmələrinin mənasının əlillik pensiyası ilə bağlı rəyin alınması olmuşdur. Onlar birlikdə İnstitutun içərisinə girmiş və həkimlə görüşmüşlər. Əliqardaş həkimi tanımamış, bütün söhbətləri onun özü həll edəcəyini demişdir. İnstitutda işlərini həll etdikdən sonra çıxmışlar və üzərində pul olmadığı üçün Əliqardaşın ona pulu sabah terminalla və ya poçtla göndərəcəyini demişdir. Səhəri gün yəni xx.xx.2019-cu il tarixdə saat 12:05 radələrində Əliqardaşın terminal vasitəsi ilə 424 manat pulu onun qeyri rəsmi yaşadığı Şahid adına göndərmişdir. xx.xx.2019-cu il tarixdə səhər radələrində o, Əliqardaşa zəng edərək, təcili pul lazım olduğunu və pulun az olduğunu demişdir. Əliqardaş ondan nə qədər lazım olduğunu soruşmuş o, isə 700 manat pul lazım olduğunu demiş, Əliqardaş əvvəl buna etiraz etmiş, o, isə yalandan pulun vacib göndərilməsini dedikdən sonra, Əliqardaş 700 manat pulu “Kapital Bank”ın Şirvan filialı vasitəsi ilə yenidən Şahid adına göndərmişdir. Təxminən 2 gün sonra Əliqardaş yenidən onunla əlaqə saxlamış və işlərin nə yerdə olduğunu soruşmuşdur. O, isə Əliqardaşa hər şeyin qaydasında olduğunu demişdir. xx.xx.2019-cu il tarixdə o, Əliqardaşla əlaqə saxlayaraq rəyin müsbət xarakteriza olunması üçün yenidən pul lazım olduğunu demişdir. xx.xx.2019cu il tarixdə Əliqardaş onunla əlaqə saxlayaraq sonuncu dəfə pul göndərdiyini və işi həll etməyini demişdir. O, isə Əliqardaşa cavabında sonuncu dəfə pul istəməyi olduğunu bildirib daha istəməyəcəyini və işinin tez bir zamanda həll olunacağını Əliqardaşa demişdir. Əliqardaş xx.xx.2019-cu il tarixdə saat 13:02-də yenidən Şirvan şəhəri, Kapital Bank filialından Şahid adına 400 manat pul göndərmişdir. O, Əliqardaşdan qeyd olunan pulları alan zaman niyyəti onun üçün hər hansı bir iş görməmək olmuş, öz məsrəfləri üçün onun pulunu dələduzluqla ələ keçirmək olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fəhlə işləyərək gündəlik çörək pulunu qazanıb öz ehtiyaclarını ödəyir. O, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin iyunun 14-də Şirvan şəhərində tanış olmuşdur. Samirlə tanış olan vaxt yuxarı vəzifələrdə tanış adamlarının olduğunu ona bildirmişdir. O, işdə xəsarət aldığı üçün səhhətində problemlər olmuş, onun pensiyaya ehtiyacı olduğunu Samirə demişdir. O, Samirlə Sumqayıt şəhərində elə həmin gün görüşmüş, Samirin ona Prezident Adminstrasiyasında işlədiyini, yuxarı vəzifələrdə olan dövlət məmurları ilə yaxşı münasibətlərinin olduğunu demişdir. Bu danışıqdan sonra o, Samirə boşandığını və onunla eyni ünvanda olan keçmiş həyat yoldaşını qeydiyyatdan çıxarmaq istədiyini bildirmişdir. Samir onunla razılaşmış və ona müxtəlif sənədləri düzəltməyini xahiş etmişdir. Bundan sonra o, Samirə onun səhhəti ilə bağlı pensiyaya ehtiyacı olduğunu demiş və Samir isə ona bütün işlərini həll edəcəyini demişdir. Samirin xəstəxanalara gedəcəyini, onun yerinə ərizələr yazacağını və xx.xx.2019-cu il tarixdə saat 13:00-da 100 (bir yüz) manat pulu Sumqayıt şəhəri avtovağzalında ondan istəmiş, o da pulu vermişdir. Təxminən 10 gün sonra yəni xx.xx.2019-cu il tarixdə o, Samirlə görüşmək üçün yenidən Sumqayıt şəhərinə gəlmiş və saat 11:00-da Samirlə Sumqayıt şəhər avtovağzalında görüşmüşdür. O, görüş zamanı Samirə istədiyi arayışları, ona məxsus 3x4 ölçüdə bir neçə ədəd şəkilini və 150 (bir yüz əlli) manat pul vermişdir. O, pulu Samirə verəndə Samirin yalandan ona xəstəxanada onun adına anket açdıracağını bildirmişdir. O da Samirin bu sözünə inandığını bildirmişdir. Bundan sonra o, yenidən Şirvana qayıtmışdır. Samir onunla telefon əlaqəsi saxlayaraq onun əlillik pensiyasının düzəldilməsi məqsədi ilə xəstəxnaya onun iş yerindən arayış tələb olunduğunu dermişdir. O da Samirlə razılaşmış, arayışı iş yerindən alıb və şəkil götürüb iyul ayının əvvəldə yenidən əvvəlki kimi Sumqayıt şəhəri, avtovağzalına gəlmiş və Samirlə görüşmüşdür. Samirlə biraz söhbət etdikdən sonra sənədi və şəkilləri Samirə vermişdir. Sonra Samirin ona xəstəxanada pul lazım olduğunu, həkimlərə və oranın işçilərinə pul verilməli olduğunu bildirib ondan 200 manat pul istəmişdir. Üzərində pul az olduğuna görə adına olan “Kapital Bank”a məxsus “Birkart” plastik kartında müəyyən bir hissəni Sumqayıt şəhəri ərazisində yerləşən bankomatların birindən çıxarıb 200 manat Samirə vermişdir. Bundan sonra geri qayıtmışdır. Üstündən bir müddət keçdikdən sonra o, Samirlə danışmağa başlamış və Samir ona işlərin qaydasında olduğunu demişdir. Samir iyul ayının əvvəllərində Şirvan şəhərinə gəlmiş və onun Samirlə Şirvan şəhərində görüşüb yenidən yaşayış yerindən arayış verdiyini və Samirin ondan keçmiş həyat yoldaşını uçot qeydiyyatından çıxarmaq üçün 200 manat pul istədiyini bildirmişdir. O da Samirlə razılaşıb Şirvan şəhərində yerləşən Əmlak Komitəsinin İdarəsinin qarşısında 200 manat pulu Samirə vermişdir. O, pulu Samirə verəndə Samirin arvadı və başqa bir adam da orada olmuşdur. Bundan sonra Samirin Əmlak Komitəsinin Şirvan rayon üzrə İdarəsinə girdiyini və 15 dəqiqə sonra çıxaraq ona narahat olmamağını bildirdib işlərini həll edəcəyini deyərək çıxıb getmişdir. O, Samirlə davamlı olaraq əlaqə saxlayaraq işinin nə yerdə qaldığını soruşmuş, Samir isə ona biraz vaxt lazım olduğunu bildirib işin həll olunacağını demişdir. O, yenidən iyul ayının əvvələrində Samirlə Şirvan şəhərində görüşmüş və Samir ona xəsarəti ilə bağlı sığorta pulu ala biləcəyini deyib ondan 400 manat pul istəmişdir. O, isə Samirin bu təklifi ilə razılaşıb həmin pulu yəni 400 manatı Samirə vermişdir. O, xx.xx.2019-cu il tarixdə Şirvan şəhərində Samirlə görüşmüş və onlar birlikdə yaxınlıqda yerləşən çayxanaların birində gedib oturub söhbət etməyə başlamışlar. Söhbət zamanı o, Samirə keçmiş həyat yoldaşının ondan apellyasiya şikayəti etdiyini demişdir. Samir isə ona müqavilə bağlayıb bütün məhkəmə proseslərinə onun yerinə Samir özü iştirak edəcəyini demişdir. O, Samirlə razılaşmış və Samirlə müqavilə bağlamışdır. Lakin, müqavilənin mahiyəti ona aydın olmamış və müqaviləyə görə Samirə 600 manat pul vermişdir. Bundan sonra onlar ayrılmışlar. O, Samirlə daim əlaqə saxlayanda Samir ona müxtəlif bəhanələr gətirərək gah zəng gələcəyini, gah da mobil telefonununa mesajın gələcəyini demişdir. O, xx.xx.2019-cu il tarixdə X3rşısında onun əlillik pensiyası ilə bağlı rəyin alınması üçün görüşmüş və Samirlə birlikdə Samirin arvadı Gülşənin və yanlarında bir nəfərində olduğunu bildirmişdir. Həmin şəxs Samiri gətirən sürücü olmuşdur. O, Samirlə birlikdə İnstitutun içərisinə daxil olmuş və həkimlə görüşmüşdür. O, həkimi tanımamış, bütün söhbətləri Samir həll etdiyini bildirmişdir. İnstitutda işlərini həll etdikdən sonra çıxmışlar və onun üzərində pul olmadığı üçün Samirə pulu sabah terminalla və ya poçtla göndərəcəyini demişdir. Səhəri gün yəni xx.xx.2019-cu il tarixdə saat 12:05 radələrində o, terminal vasitəsi ilə 424 manat pulu Samirin arvadı Şahid adına göndərmişdir. Lakin, ödəmə zamanı Samirin ***-***-**-** mobil nömrəsini qeyd etmişdir. xx.xx.2019-cu il tarixdə səhər radələrində Samir ona zəng edərək, təcili pul lazım olduğunu və pulun az olduğunu ona demişdir. O, Samirdən nə qədər lazım olduğunu soruşmuş, Samir ona 700 manat pul lazım olduğunu demişdir. O, Samirə öz etirazını bildirib bu qədər pulun nəyə lazım olduğunu soruşmuş, Samir ona pulun vacib bu gün çatdırılmasını demişdir. O, bundan sonra 700 manat pulu “Kapital Bank”ın Şirvan filialı vasitəsi ilə yenidən Samirin arvadı Şahid adına göndərmişdir. Təxminən 2 gün sonra o, yenidən Samirlə əlaqə saxlamış və işlərin nə yerdə olduğunu soruşmuş, Samir isə ona hər şeyin qaydasında olduğunu demişdir. xx.xx.2019-cu il tarixdə Samir onunla əlaqə saxlayaraq rəyin müsbət xarakteriza olunması üçün yenidən pul lazım olduğunu demişdir. xx.xx.2019-cu il tarixdə o, Samirlə əlaqə saxlayaraq ona souncu dəfə pul göndərdiyini, onun işini həll etməsini bildirmişdir. Samir isə ona cavabında sonuncu dəfə pul istəməsi olduğunu bildirib daha istəməyəcəyini və işinin tez bir zamanda həll olunacağını ona demişdir. O, xx.xx.2019-cu il tarixdə saat 13:02-də yenidən Şirvan şəhəri, Kapital Bank filialından Samirin arvadı Şahid adına 400 manat pul göndərmişdir. Bundan sonra o, dəfələrlə Samirlə əlaqə saxlasa da işi ilə bağlı heç bir müsbət nəticə əldə edə bilməmişdir. Baş verən hadisə nəticəsində ona ümumilikdə 2947 manat maddi ziyan dəyrmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilmədiyindən ona qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarından olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 4(057)-73/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülərək 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Hazırda cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 320.1-ci maddəllərinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs İsmayıl oğluna məxsus 200 (iki yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı ilə bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Şirvan şəhər Polis Şöbəsinə göndərilmişdir. Zərərçəkmiş şəxs İsmayıl oğlunun əməlində Azərbaycan Respublikası CMnin 312.1-ci maddəsinin, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi əlamətləri olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-ni 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs İsmayıl oğluna Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia verilmədiyindən, məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs İsmayıl oğluna dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar