Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-38/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-315/2021 saylı, 02.09.2021-ci il tarixli hökmü ilə 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, Füzuli rayonu Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 22-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 1 ədəd qara rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,018 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofan, 01 ədəd ağ rəngli kağız, 01 ədəd qara rəngli siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,104 qram, 0,952 qram, ümumi təmiz çəkisi 1,096 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eynitərkibli narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 30 aprel 2021-ci il tarixdə saat 22:30-da Sumqayıt şəhər Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “Bazarstore” marketin qarşısında saxlanılıb Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 01 ədəd qara rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,018 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofan, 01 ədəd ağ rəngli kağız, 01 ədəd qara rəngli siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,104 qram, 0,952 qram, ümumi təmiz çəkisi 1,096 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eynitərkibli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, Füzuli rayonu, Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 22-də ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. Təxminən 10 ildir ki, narkotik vasitə istifadə edir və heroin və metamfetamin qəbul edir. Bildirmişdir ki, tutulduğu gün, yəni 30.04.2021-ci il tarixdə təxminən saat 17-18 radələrində Sumqayıt şəhəri, Corat Bağları ərazisində yerləşən “Al marketin” qarşısında olarkən təsadüfən üzdən tanıdığı Ramin adlı şəxsi görmüşdür. O, həmin şəxsin narkotik vasitə qəbul etdiyini və eyni zamanda Ramin də onun narkotik vasitə qəbul etdiyindən bilirmiş. Ağrıları olduğu üçün o, Ramində narkotik vasitə olub olmadığını soruşmuş, həmin şəxs də onda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu demişdir. O, həmin şəxslə razılaşmış və 55 manata 01 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində metamfetamini, 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində heroini, 01 ədəd ağ rəngli kağıza bükülmüş şəffaf rəngli sellofanın içərisində heroini, 01 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində olan heroini almışdır. Ramindən ümumilikdə 01 büküm metamfetamin və 03 büküm heroin almışdır. Həmin maddələri özü istifadə etmək üçün üzərində gəzdirmişdir. 30.04.2021-ci il tarixdə saat 22:20 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində olarkən Yasini görmüş və onlar birlikdə həmin ərazidə yerləşən "Bazarstore" mağazasının qarşısına getmişlər. Saat 22:30-da Yasinlə birlikdə Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən "Bazarstore" mağazasının qarşısında olduqları zaman 3 nəfər mülki geyimdə olan şəxslər polis əməkdaşları olduqlarını bildirərək onlara yaxınlaşmışlar. Hər ikisinə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduqlarını və polis əməkdaşları ilə birlikdə üzərlərinə şəxsi axtarış keçirilməsi üçün Polis Bölməsinə getmək lazım olduğunu demişlər. Onlar da Polis Pölməsinə getməyə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmişlər. Bölməyə gəldikdən sonra onları ayrı-ayrı xidməti otaqlara yerləşdirilmişlər. Polis Bölməsində ona üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyini söyləmişlər, dövlət hesabına vəkil təyin olunmuş, hüquqlarının müdafiə edilməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim olunmuş və o da hüquqlarının X3 tərəfindən müdafiə edilməsinə etiraz etməmişdir. Polis əməkdaşları hüquq və vəzifələri ilə bağlı bildirişi təqdim etmiş, o hüquq və vəzifələrilə tanış olduqdan sonra polis əməkdaşlarına etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulan zaman özü əynində olan tünd-boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofanı təqdim etmişdir. Polis əməkdaşları həmin sellofanı açıb içərisində 01 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində olan metamfetamini, 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində heroini, 01 ədəd ağ rəngli kağıza bükülmüş şəffaf rəngli sellofanın içərisində heroini, 01 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində olan heroini aşkar etmişlər. O, həmin maddələrin özünə məxsus olduğunu bildirmişdir. Aşkar olunan maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, Polis Bölməsinə gətirildiyi müddətdə, habelə Polis Bölməsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz olaraq heç bir hərəkət edilməmişdir. Eləcə də, o, ifadəsində təxminən 10 ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul etdiyini, ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmadığını, narkotik və psixotrop maddələri aldığı Ramin adlı şəxsin ancaq adını bildiyini, onun soyadını, təvəllüdünü, eyni zamanda həmin şəxsin harada yaşadığını da bilmədiyini, onunla təsadüfən rastlaşdığını, Raminin onda mobil nömrəsi olmadığını, özünün mobil telefon istifadə etmədiyini və nömrəsi olmadığını, iş üzrə şahid qismində dindirilmiş Rüstəmov Yasin İbrahim oğlunun ifadəsində onu polis əməkdaşlarına satdığını düşünüb əsəbi olduğu üçün üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini tutulduğu gün ondan 100 manata aldığını bildirdiyini, əvvəldən Rüstəmov Yasin İbrahim oğlunu tanıdığını, həmin şəxsə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satmadığını, ümumiyyətlə Yasinə narkotik vasitə və psixotrop maddə vermədiyini, Yasinin bölmədə qorxduğu üçün narkotik vasitə və psixotrop maddənin onun Yasinə satması ilə bağlı yalan danışdığını, Sumqayıt ŞPİ-nin 4-cü PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşlarının onun üzərinə saxlanıldığı yerdə baxış keçirtmədiyini göstərmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 30.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, Yataqxana 1, otaq 22 ünvanında yaşayan Təqsirləndirilən şəxs və ünvan 2 ünvanında yaşayan Rüstəmov Yasin İbrahim oğlu qanunsuz olaraq narkotik vasitələrin saxlaması, daşıması və gəzdirməsi etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuş və bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq 30.04.2021ci il tarixdə saat 22.30-da Təqsirləndirilən şəxs Abdırahman oğlu və Rüstəmov Yasin İbrahim oğlu Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisi yaxınlığında piyada hərəkət edən zaman həmin şəxlər saxlanılmış, polis əməkdaşları özlərini təqdim edərək həmin şəxslərə narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə dəvət etmiş və heç bir müqavimət göstərmədən birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə gəlmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Tutulduqdan sonra Fəhrada üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf siqaret sellofanına bükülmüş 04 ədəd, ikisi qara rəngli siqaret kağızına, ikisi isə şəffaf sellofana bükülmüş bükümləri təqdim edərək üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının yan və arxa ciblərinə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olan dörd büküm təhqiqatçı tərəfindən açılmış və qara rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddə, digər qara rəngli siqaret kağızına bükülmüş bükümün içərisindən qəhvəyi rəngli tozşəkilli maddə, şəffaf sellofana bükülmüş gümüşü rəngli siqaret kağızının içərisində qəhvəyi rəngli tozşəkilli maddə, bir ədəd şəffaf rəngli siqaret sellofanına bükülmüş qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Daha sonra təhqiqatçı ilk olaraq qara rəngli siqaret kağızına bükülmüş kristalşəkilli maddəni elektron tərəzi vasitəsilə çəkilimş və qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, təqdim etdiyi bükümlərin içərisində olan qəhvəyi rəngli tozşəkilli maddənin “kokos” heroin, kristalşəkilli maddənin isə “şüşə” metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, Bağlar ərazisində Ramin adlı şəxsdən şəxsi istifadəsi üçün 55 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilmədiyini, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etdiyini, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, həmin narkotik maddə olan heroini və metafetamini 30.04.20201-ci il tarixdə Sumqayıt şəhəri bağlar ərazisində Ramin adlı şəxsdən 55 manata aldığını bildirdiyini, hal-hazırda mənbənin, Ramin adlı şəxsin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirildiyini, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatı olmadığını, Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması barədə onda əməliyyat məlumatı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 də Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin və metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Səyyad Hacıəhədov tərəfindən, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid1, Şahid2 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmağa başlanıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf siqaret sellofanına bükülmüş 04 ədəd, ikisi qara rəngli siqaret kağızına, ikisi isə şəffaf sellofana bükülmüş bükümləri təqdim edərək üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının yan və arxa ciblərinə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməyir. Bundan sonra Fəhrad Avdırahman oğlunun üzərindən aşkar olan dörd büküm təhqiqatçı tərəfindən açılır və qara rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddə, digər qara rəngli siqaret kağızına bükülmüş bükümün içərisindən qəhvəyi rəngli tozşəkilli maddə, şəffaf sellofana bükülmüş gümüşü rəngli siqaret kağızının içərisində qəhvəyi rəngli tozşəkilli maddə, bir ədəd şəffaf rəngli siqaret sellofanına bükülmüş qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunur. Daha sonra təhqiqatçı ilk olaraq qara rəngli siqaret kağızına bükülmüş kristalşəkilli maddəni elektron tərəzi vasitəsilə ölçür, tərəzinin ekranında 0,15 qram yazılır, ikinci siqaretin şəffaf rəngli sellofanına bükülmüş qəhvəyi rəngli heroinə bənzər maddəni çəkdikdə tərəzinin ekranında 1,77, üçüncü gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddəni tərəzidə çəkdikdə tərəzinin ekranında 0,52, dördüncü qara rəngli bükülünün içərisində qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddəni tərəzidə çəkdikdə tərəzinin ekranında 0,32 qram olması müəyyən edildi. Daha sonra qəhvəyi rəngli tozşəkilli heroinə bənzər kütlələr olan üç büküm birlikdə elektron tərəzi vasitəsilə çəkilir və tərəzinin ekranında 2,60 qram yazılır. Həmin bükümlər içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən götürlüdü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, təqdim etdiyi bükümlərin içərisində olan qəhvəyi rəngli tozşəkilli maddənin “kokos” heroin, kristalşəkilli maddənin isə “şüşə” metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, Bağlar ərazisində Ramin adlı şəxsdən şəxsi istifadəsi üçün 55 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01.05.2021-ci il tarixli, 6/1751 №li rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №128” möhür əksi “vət Təqsirləndirilən şəxs...” və s. yazılar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz şəkiləri 0,040 qram; 0,104 qram; 0,952 qram; ümumi təmiz çəkiləri 1,096 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 0,018 qram ağ rəngli, kristal kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Herionin təmiz çəkisi – 1,096 qram, tədqiqata sərf edildi – 0,09 qram, qalıq – 1,006 qram. Metamfetaminin təmiz çəkisi – 0,018 qram, tədqiqata sərf edildi – 0,01 qram, qalıq – 0,008 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05.05.2021-ci il tarixli, 1387 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,096 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,006 qram heroin, 0,018 qram metamfetamindən təqdidatdan sonra qalıq qalmiş 0,008 qram metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 30.04.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 02.05.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclaslarından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-557/2021 saylı, 22.12.2021-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin ***-**** saylı, 26.01.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26.01.2022-ci il tarixdə tutulmuş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin hökmündən surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-315/2021 saylı, 02.09.2021-ci il tarixli hökmü ilə 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. AzərbaycanRespublikası CM-nin 83.3.3-cü maddəsində isə qeyd olunmuşdur ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluğu ödənilmiş şəxs hesab olunurlar. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-365/2021 saylı, 30.12.2021-ci il tarixli qərarından görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-315/2021 saylı, 02.09.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 239150/21 saylı, 18.02.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 315/2021 saylı, 02.09.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 26.01.2022-ci il tarixədək cəzasının 01 (bir) il 03 (üç) ay 21 (iyirmi bir) gününü çəkmiş və hazırda 01 (bir) ay 13 (on üç) gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan 12 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi” haqqında 22.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Məmmədov X2 Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat vaxt sərf etmişdir. Ona görə də 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-315/2021 saylı, 02.09.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) ay 13 (on üç) gün azadlığın məhdudlaşdırılması cəzası 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30.04.2021-ci il tarixdən 02.05.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 26.01.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,096 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,006 qram heroin, 0,018 qram metamfetamindən təqdidatdan sonra qalıq qalmiş 0,008 qram metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-315/2021 saylı, 02.09.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) ay 13 (on üç) azadlığın məhdudlaşdırılması cəzası 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 10 (on) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30.04.2021-ci il tarixdən 02.05.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,006 qram çəkidə narkotik vasitə heroin və 0,008 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-38/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-38/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver