Məhkəmə qərarları › İş №1(060)-38/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-38/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-38/2024 09.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1982-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə dostu Şahid vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək ona bank gecikmələri olduğu halda kredit verilməsini təşkil edəcəyini vədd verib aldadaraq sonuncunun onun istifadəsində olan, “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2081 2234 0721 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə saat 13:26 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, Hafiz Baxış küçəsində yerləşən “Portağal Store 2”də quraşdırılmış “eManat” terminalı vasitəsi ilə göndərdiyi 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanışı Elnur vasitəsilə tanımış və onunla yalnız telefon vasitəsilə danışmışlar. Belə ki, əvvəllər Elnura bankda işləyən qohumları olduğunu və onların vasitəsilə kredit verilməsini təşkil edə biləcəyini demişdir. 2022-ci ilin avqust ayında Elnur ona zəng edərək, yenə də bankdan kredit verilməsini təşkil edə bilib-bilməməyini soruşmuş və o, Elnura köməklik edə biləcəyini və "xxxx" ASC-də tanışı olduğunu, lakin ona başqa bir bankda işləyən xanım tanışı vasitəsilə köməklik edə biləcəyini bildirmişdir. Sonradan tanımadığı nömrədən ona zəng gəlmiş və cavab verdikdə zəng edən şəxs Elnurun hərbiçi tanışı Dünyamin olduğunu demişdir. O, təcili bankdan pul götürmək istədiyini, lakin götürə bilmədiyini və ona köməklik etməyini xahiş etmişdir. Ona gecikmələri olub-olmadığını soruşduqda o, gecikməsi olduğunu və buna görə də kredit götürə bilmədiyini demişdir. Elə buna görə də, Dünyamin adlı şəxsə bunun üçün bir qədər xərci çıxacağını və pul lazımı yerlərə çatdıqda sistemdə gecikmə görünməyəcəyini və kredit götürə biləcəyini demişdir. O, buna razı olmuş və Dünyamin 700 (yeddi yüz) manat pul verdikdə o, vədd etdiyi kimi onun kredit götürməsinə köməklik edəcəyinə razılaşmışlar. O, xx.xx.2022-cİ il tarixdə saat 13:00 radələrində yenidən zəng edərək, razılaşdıqları kimi 700 (yeddi yüz) manat pulu ona göndərmək istədiyini demiş və inanmaq üçün əvvəlcə şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. Buna etiraz etməmiş, şəxsiyyət vəsiqəsinin şəklini ona atmış, bir qədər sonra o, kart kömrəsi istəmiş və Dünyaminə özündə olan tanışı Nuranə adlı şəxsə məxsus bank kartının şəklini atmışdır. Bir qədər sonra Dünyamin zəng edərək, həmin 700 (yeddi yüz) manat pulu göndərdiyini dedimiş və ona tezliklə kredit götürə biləcəyini bildirmişdir. Lakin Nuranə pulu ona verməmiş və öz ehtiyacları üçün xərcləmişdir. Gələcəkdə pulu geri qaytaracağını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ildə müxtəlif banklarda adına kredit borcları yığıldığı üçün və yenidən bankda kredit verilmədiyi üçün bankdan kredit götürmək və bütün borclarını cəmləşdirmək qərara gəlmişdir. Buna görə də, ətrafında olan insanlarla bu barədə məsləhətləşib köməklik edə biləcək birini axtarmışdır. Həmin vaxtlar əvvəlcədən tanıdığı və onun işlədiyi hərbi hissənin yaxınlığında işləyən Elnur adlı hərbi qulluqçu ilə də bu barədə söhbəti olmuş və o, cavabında belə birini tanıdığını, həmin şəxsin ona köməklik edə biləcəyini bildirmişdir. Buna görə də, Elnurdan sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin mobil nömrəsini almış və həmin şəxslə telefonda danışmışlar. O, "xxxx" ASC-də tanışının olduğunu, lakin başqa bir bankda işləyən xanım tanışı vasitəsilə köməklik edə biləcəyini demişdir. Onunla telefonda danışıb razılaşmış və o, bu işin həlli üçün həmin xanıma 700 (yeddi yüz) manat pul verilməli olduğunu demişdir. Onunla görüşmədiyi üçün üzdən tanımadığına görə öz şəxsiyyət vəsiqəsinin şəklini göndərməsini istəmişdir. Azər şəxsiyyət vəsiqəsinin şəklini göndərmiş və həmin şəkili Elnura göndərib həqiqətən də Təqsirləndirilən şəxs kimi tanıdığı şəxsin şəkildəki şəxs olub olmadığını soruşduqda o, şəkildəki şəxsin tanışı Azər olduğunu demişdir. Elnur həmin şəxsə pul göndərəcəyini bildikdə pula cavabdeh olmadığını bildirmişdir. Həmin vaxtlar bank borcları onu sıxdığı üçün Azərin təklifi ilə razılaşmış və o ona “ABB”ın 4127 2081 2234 0721 nömrəli kart nömrəsi göndərmiş və həmin kart hesabına 700 (yeddi yüz) manat göndərməyini, həmin pulun Mərkəzi Bankda işləyən xanım tanışına çatdıqdan bir həftə sonra məsələnin həll olunacağını demişdir. Onun dediyi kimi də etmiş, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Portağal” marketdə olan E-Manat terminalı vasitəsilə Təqsirləndirilən şəxs dediyi hesaba 700 (yeddi yüz) manat pul göndərmiş və Azərə bu barədə məlumat vermişdir. Azərin dediyi vaxt çatsa da, vədd etdiyi kimi kredit götürməyi ilə bağlı məsələ həll olunmamışdır. Azərə dəfələrlə bu barədə zəng etdikdə o, qısa zamanda həll olunacağını, gecikmələr olduğunu demiş və uzun müddət keçdikdən sonra başa düşmüşdür ki, Azər onu aldadır. Buna görə də, ərizə ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə müraciət etmişdir. Təqsirləndirilən şəxsla görüşməmişdir, ona göndərdiyi pulun qəbzi onda qalır, bundan başqa səs yazıları da vardır. Ona 700 (yeddi yüz) manat maddi ziyan dəymişdir, bu təqdim etdiyi qəbzin surətində də əks olunmuşdur. Həmin məsələnin həlli ilə bağlı başqa hər hansısa şəxslə telefonla və ya görüşərək danışmamış, görüşməmiş, pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Şıxəli oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onun müraciətində qeyd etdikləri düzgündür. Belə ki, Azər İsmayılovu təxminən 2-3 ildir Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində yerləşən kafelərdən birində tanımışdır. Bundan sonra Azərlə bir neçə dəfə görüşmüş, söhbət etdikləri zaman ona bankdan pul götürmək istədiyini demiş və o, qohumunun bankda yaxşı vəzifədə işlədiyini, lazım olsa köməklik edə biləcəyini demişdir. Sonradan o, öz sənədlərinin şəklini Azərə göndərmiş və o, cavabında zamin lazım olduğunu demişdir. Sonradan elə olmuşdur ki, kompaniya olmuş zaminsiz götürdüyündən Azərin köməkliyinə ehtiyacı olmamışdır. 2022-ci ilin avqust ayında tanışı Dünyamin ilə görüşüb söhbət etdikləri zaman o, bəzi problemləri olduğunu və bankdan pul götürmək istəsə də, gecikmələri olduğundan pul götürə bilmədiyini demişdir. Həmin vaxt o, ona Azər adlı tanışının olduğunu və bankda qohumunun işlədiyini, ona köməklik edə biləcəyini demiş və Azərin mobil nömrəsini ona vermişdir. Sonradan Dünyamin ilə Azər öz aralarında danışmış və Dünyamin ona zəng edərək, Azərin köməklik etmək üçün ondan 700 (yeddi yüz) manat əvvəlcədən pul istədiyini demişdir. O, Dünymanə “vermə de düzəltsin sonra lap 900 (doqquz yüz) manat verərəm” deməsini bildirmişdir. Bir gün sonra Dünyamin zəng edərək, Azərə 700 (yeddi yüz) manat pul göndərdiyini demişdir. O, Dünyaminə “sənə demişdim atma da birdən düzəldə bilməz" demişdir. Bir müddət keçdikdən sonra artıq Dünyamin pulu ondan tələb etməyə başlamış və o, Azər ilə telefonla danışdıqda Azər iki günə Bakıya gələrək pulu qaytaracağını demişdir. Bundan sonra bir neçə dəfə də Azərə zəng etsə də o, hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışdır. Daha sonralar isə Azər onun zənglərinə cavab verməmişdir. Azər adlı şəxs Dünyamin ilə danışmazdan əvvəl nə o, nə də ki, Azər bir birlərinə zəng etməmişlər. İş materiallarında olan şəxsin şübhəli şəxs qismində tanınması, axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan ona axtarış elan edilmiş və tutulduqda Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və Sumqayıt ŞPİ-nin 5-ci PB-nə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-764/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-764/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədova küçəsində yerləşən "xxxx" ASC-nin filialının qarşısında olan bankomatı göstərərək, Zərərçəkmiş şəxs göndərdiyi 700 (yeddi yüz) manat pulu həmin bankomatdan götürdüyünü bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini tam təsdiq edərək xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla telefonda danışaraq onun göndərdiyi kart hesabına 700 (yeddi yüz) manat pul göndərdiyini, Təqsirləndirilən şəxs isə dələduzluq yolu ilə pulu ələ keçirdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun üzünə qarşı dediklərinə cavab olaraq, xx.xx.2022-ci il tarixdə həqiqətən də, bankdan pul götürməyə köməklik edəcəyini vəd verərək, Zərərçəkmiş şəxs 700 (yeddi yüz) manat pulunu ələ keçirdiyini bildirmişdir. İş materiallarında olan Beyləqan rayon İHB-nın Dünyamalılar kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid Şıxəli oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilməməsi və məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakteri daşıyır, onun törətdiyi əməl zərərçəkmiş şəxslə üzləşmə zamanı xx.xx.2022-ci il tarixdə həqiqətən də, bankdan pul götürməyə köməklik edəcəyini vəd verərək Zərərçəkmiş şəxs 700 (yeddi yüz) manat pulunu ələ keçirdiyini bildirməsi və şahid ifadəsi, iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək və xx.xx.2023-cü il tarixdə tutulduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək və xx.xx.2023-cü il tarixdə tutulduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edil Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar