Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-380/2021 24.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 16-cı mikrorayon, Musa Nağıyev küçəsi, ev 52 A-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15.10.2020-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinin arxasında Zərərçəkmiş şəxs, Şahid4, Şahid3 bir az əvvəl kafenin içərisində olarkən hansı səbəbdən ona pis baxmalarını irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə yumruqla vuraraq, burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun sümüyünün sınığından ibarət xəsarətlər yetirməklə sonuncuya dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Rövşən və Namid onun yeznələridir. Elnur Əliyevi uzun müddətdir ki, tanıyır, onların yaxşı münasibətləri var. 15.10.2020-ci il tarixdə saat 19 radələrində o yeznələri Rövşən, Namid və tanışı Elnur Əliyevlə birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gedərək bir masa arxasında əyləşib çay içmişlər, onlardan aralıda digər masa arxasında sonradan adlarını bildiyi Fərid, Emin və Elgün adlı tanışları ilə birlikdə əyləşib pivə içmişlər. Bu zaman Fərid və onunla üzbə-üz əyləşən Elgünlə bir-birlərinə baxışmışlar. Saat 19:45 radələrində yeznələri Rövşən, Namid və tanışı Elnur Əliyev kafedən çölə çıxmışlar. Özü isə tək qalıb çay pulunu vermişdir. O pulu verib çıxan zaman onlara yaxınlaşıb nə üçün ona belə pis baxdıqlarını soruşmuşdur. Fərid və onunla üzbə-üz əyləşən Elgün ona «kim sənə baxırdı» sözünü demiş, o da onlara «siz baxırdınız» sözünü demişdir. Bu səbəbdən aralarında narazılıq yaranmış, bu məsələyə aydınlıq gətirmək üçün Fərid və yanında olan Elgün onu çölə çağırmışlar və onlar kafenin arxasına keçmişlər. Onların arxasınca Emin gəlmişdir. Orada o Fəridin yanında olan Ergünlə tutaşmışlar, yəni bir-birinin yaxasından tutmuşlar. Fərid də ona yaxınlaşıb onu tutmaq istəyəndə, həmin vaxt yeznələri onlara yaxınlaşıb ayırmışlar və onlar qayıdıb kafeyə keçmişlər, özləri isə çöldə dayanıb söhbət etmişlər. Bir neçə dəqiqə sonra, yəni saat 20 radələrində onlar kafedən çölə çıxıb ona yaxınlaşıb Fərid, Elgün və Emin demişlər ki, keçək kafenin arxa tərəfinə danışaq. O da onlarla birlikdə kafenin arxasına keçmişdir. Yeznələri və tanışı Elnur isə kafenin qarşısında dayanmışlar. Yeznələrindən biri, yəni Rövşən getmişdir ki, maşını götürüb yanına gətirsin. Həmin vaxt Fərid onun üstünə düşərək onun yaxasından tutmuş, o da onun yaxasından tutmuşdur. Fəridin yanında olan Emin və Elgün isə yumruqla bir neçə dəfə onun sifət nahiyəsinə vurmuşlar. Sonra isə Fərid onun sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Onun yumruğunun təsiri nəticəsində o özünü saxlaya bilməyib yerə yıxılmışdır. Həmin vaxt kafenin yanında olan başqa tanımadığı təxminən 8-10 nəfər şəxs onların dalaşdıqlarını görüb onlar da yaxınlaşaraq Fəridgilə qoşulub onu yumruq təpiklə vurmağa başlamışlar. Bu zaman kənarda dayanan tanımadığı şəxslər onlara yaxınlaşıb onu onların əlindən alıb kənara çəkmişlər. Rövşən də yanına gəlib onu öz avtomobilinə əyləşdirib evə aparmış və növbəti gün yəni 16.10.2020-ci il tarixdə axşam saatlarında o almış olduğu xəsarətlə bağlı tibbi yardım almaq üçün Sumqayıt şəhər TTYX-na getmişdir. Onların onu döymələri təxminən yarım saat davam etmişdir. Hadisə vaxtı o içkili olmamış, Emini, ümumiyyətlə heç kimi vurmamış, döyməmiş, heç kimə bədən xəsarəti yetirməmişdir. Əksinə Emin, Fərid və Elgünlə birlikdə onu döymüşlər. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Şahid3 tanıyır, onlar dostdurlar. Elgün adlı oğlanı da tanıyır, o, Fəridin dostudur. 15.10.2020-ci il tarixdə saat 19:30 radələrində o dostu Şahid3la və Fəridin dostu Elgün adlı oğlanla Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gəlib bir masa arxasında əyləşib çay içmişlər. Həmin masanın qarşısında pərdə olduğu üçün onlar pərdəni örtmüşlər ki, onları heç kim görməsin. Onlardan aralıda sonradan adını bildiyi İsmayıl adlı oğlan başqa tanımadığı 5 nəfər şəxslərlə digər masa arxasında əyləşmişlər. Onların masalarının üzərində çay var idi. Saat 19:45 radələrində onlar masa arxasında olarkən İsmayıl onlara yaxınlaşıb pərdəni çəkib Fəridə demişdir ki, niyə ona «zloy-zloy» baxır. Fərid də ona «mən sənə baxmamışam, pərdə də bağlıdır, pərdəni açan sən olmusan, sənə necə baxa bilərəm» sözünü demişdir. İsmayıl ayaq üstə dura bilmirdi, içkili idi. Həmin vaxt yanında olan Elgün ayağa qalxıb üzünü İsmayıla tutub demişdir ki, Fəridin böyük qardaşı kimi onunla yox, özü ilə söhbət etsin. İsmayıl da Elgünün qolundan tutaraq demişdir ki, gəlsin çıxıb çöldə söhbət etsinlər. Onlar birlikdə çölə çıxmışlar və kafenin qarşısında söhbət etmişlər. Həmin vaxt söhbət əsnasında o, Elgün və Fərid bir daha ona demişlər ki, pərdəni o açıbdır, pərdə bağlı olduğu halda ona necə baxa bilərlər. Həmin vaxt onun yanında olan tanımadığı şəxslər də İsmayılı sakitləşdirirdi. Kafenin sahibi olan Pərvin adlı şəxs onlara yaxınlaşıb «keçin içəriyə çayınızı için» sözünü demişdir. Onlar içəriyə keçəndə İsmayıl onlara kinayə və lağ mənasında demişdir ki, uşağ yığını gəlib onunla söhbət edir. Onlar da heç nə demədən içəriyə keçib həmin masa arxasında əyləşmişlər. Komendant saatı yaxınlaşdığı üçün saat 20:30 radələrində onlar kafedən çölə çıxanda görmüşlər ki, İsmayıl tək dayanıbdır, arxasında da həmin 5 nəfər tanımadığı şəxslər var. İsmayıl Fəridə yaxınlaşaraq əlini onun çiyninə ataraq gəzə-gəzə söhbət edə–edə kafenin arxa tərəfinə keçmişlər. Onlar da arxalarınca getmişlər. İsmayıl həmin vaxt Fəridi söyərək ona yavaşca başının arxa nahiyəsindən sillə ilə bir dəfə vurmuşdur. Fərid də İsmayılı sinəsindən bir dəfə yumruqla vuraraq ona çıxıb getməsini demişdir. İsmayıl da Fəridə fənd atıb yerə yıxmış, o və Elgün, eləcə də İsmayılın yanında olan tanımadığı şəxslər bunu görüb onlara yaxınlaşmışlar ki, ayırsınlar. O İsmayılın qarın nahiyəsdən tutaraq ayırmaq istədikdə İsmayıl geriyə çönərək bir dəfə yumruqla onun burun nahiyəsinə möhkəm vurmuş, onun burnu qanamış, onun gözü qaralmış, başı gicəllənmişdir. İsmayılın ardınca ona bir neçə dəfə təpiklə qarın nahiyəsinə və qarnının aşağıya nahiyəsinə təpiklə vurmuşlar. Gözü qaraldığı üçün onu kimin vurduğunu dəqiq görə bilməmişdir. Özünə gəldikdən sonra görmüşdür ki, başqa tanımadığı şəxslər də onlara yaxınlaşaraq onları ayırırlar. Sonra ara sakitləşmiş, onlar çıxıb getmişlər. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Namid onun bacanağıdır. X11 görə tanıyır, o İsmayılın qohumudur. Şahid3 təxminən 5 ildir ki, tanıyır. 15.10.2020-ci il tarixdə saat 19 radələrində o qaynı İsmayıl, bacanağı Namid və İsmayılın qohumu Elnur Əliyevlə birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gedərək bir masa arxasında əyləşib çay içmişlər. Onlardan aralıda digər masa arxasında tanışı Şahid3, sonradan adını bildiyi Emin adlı şəxs və başqa tanımadığı şəxs əyləşmişlər. Saat 19:45 radələrində o, Namid və Elnur Əliyev kafedən çölə çıxmışlar. İsmayıl isə qalıb çay pulunu vermişdir. Bir neçə dəqiqədən sonra o görmüşdür ki, İsmayıl həmin 3 nəfər şəxslərlə birlikdə kafedən çıxıb arxa tərəfə keçmişlər. Onlar da onların yanına getmişlər. Orada Fəridin yanındakı Eminlə İsmayıl tutaşmışlar, yəni bir-birinin yaxasından tutmuşlar. Fərid də İsmayıla yaxınlaşıb onun tutmaq istəyəndə, onlara yaxınlaşıb ayırmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, kafedə olarkən Fəridgil İsmayıla sərt baxışla baxdığından bu məsələ İsmayılın xoşuna gəlməmiş və buna görə aralarında mübahisə düşmüşdür. Onlar qayıdıb kafeyə keçmişlər, özləri isə çöldə dayanıb söhbət etmişlər. Bir neçə dəqiqə sonra, yəni saat 20 radələrində onlar yəni Fərid, Emin və yanındakı başqa tanımadığı 01 nəfər oğlan kafedən çölə çıxıb İsmayıla yaxınlaşmışlar. Onlar kafenin arxasına keçmişlər. O Namid və Elnurla birlikdə kafenin qarşısında dayanmışlar. Həmin vaxt o, maşınını götürüb onları gəlib aparmaqdan ötrü çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra o yenidən İsmayılgilin yanına qayıtdıqda görmüşdür ki, Fərid, Emin və onun yanında olan başqa tanımadığı 01 nəfər oğlan üçü də İsmayılın üstünə düşmüşlər, Fərid İsmayılın yaxasından tutmuş, İsmayıl da onun yaxasından tutmuşdur. Fəridin yanında olan Emin və başqa tanımadığı şəxs bir neçə dəfə İsmayılın sifət nahiyəsindən yumruqla vurmuşlar. Fərid də İsmayılı sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. O onlara yaxınlaşıb ayırmağa çalışmışdır. Həmin vaxt kafenin yanında olan başqa tanımadığı təxminən 8-10 nəfər şəxs onların dalaşdıqlarını görüb onlarda yaxınlaşaraq onlara qoşulub İsmayılı yumruq təpiklə vurmağa başlamışlar. Həmin vaxt İsmayılı digər şəxslərdən ayırarkən İsmayıla atılan zərbələrdən bir neçəsi onun baş nahiyəsinə dəymişdir. Namid əməliyyatdan təzə çıxdığından kənarda dayanmışdır. Elnur isə müdaxilə etməmiş, kənarda dayanmışdır. Bu zaman kənarda dayanan tanımadığı şəxslər onlara yaxınlaşıb İsmayılı onların əlindən alıb kənara çəkmişlər. O da İsmayılın yanına gəlib onu öz avtomobilinə əyləşdirib evə aparmışdır. Daha sonra özü də evə getmişdir. O başına dəyən zərbələrə görə ekspertizadan keçməkdən imtina etmişdir. Onun həmin hadisə ilə bağlı heç kimə qarşı heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə olmayacaqdır. Təqsirləndirilən şəxs ifadəsində hadisə vaxtı onu 4 nəfər şəxsin döyməsi barədə göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, o hadisə vaxtı İsmayılı həmin şəxslərdən ayırarkən İsmayıla atılan zərbələrdən bir neçəsi onun baş nahiyəsinə dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynı, Rövşən isə bacanağıdır. X11 görə tanıyır, o İsmayılın qohumudur. 15.10.2020-ci il tarixdə saat 19 radələrində o qaynı İsmayıl, bacanağı Rövşən və İsmayılın qohumu Elnur Əliyevlə birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gedərək bir masa arxasında əyləşib çay içmişlər. Onlardan aralıda digər masa arxasında sonradan adını bildiyi Fərid və digər tanımadığı 02 nəfər şəxslər əyləşmişlər. Saat 19:45 radələrində o, Rövşən və Elnur Əliyev kafedən çölə çıxmışlar. İsmayıl isə qalıb çay pulunu vermişdir. Bir neçə dəqiqədən sonra görmüşdür ki, İsmayıl həmin 3 nəfər şəxslərlə birlikdə kafedən çıxıb arxa tərəfə keçmişlər. Onlar da onların yanına getmişlər. Orada Fəridin yanındakı Eminlə İsmayıl tutaşmışlar, yəni birbirinin yaxasından tutmuşlar. Fərid də İsmayıla yaxınlaşıb onun tutmaq istəyəndə, onlara yaxınlaşıb ayırmışlar. Onlar qayıdıb kafeyə keçmişlər, özləri isə çöldə dayanıb söhbət etmişlər. Bir neçə dəqiqə sonra, yəni saat 20 radələrində onlar yəni Fərid və başqa tanımadığı 02 nəfər şəxslər çölə çıxıb İsmayıla yaxınlaşmışlar. Onlar kafenin arxasına keçmişlər. O, Rövşən və Elnurla birlikdə kafenin qarşısında dayanmışlar. Həmin vaxt Rövşən maşınını götürüb onları gəlib aparmaqdan ötrü çıxıb getmişdir. O özü əməliyyatdan təzə çıxdığı üçün Elnurla birlikdə kənarda dayanmışlar. Rövşən yanına qayıtdıqdan sonra o onun maşınına əyləşmişdir. Həmin vaxt maşından görmüşdür ki, İsmayılgil Fəridgillə tutaşıb, dalaşırlar, Fərid və onun yanında olan 2 nəfər tanımadığı şəxslər İsmayılı yumruqla vururlar, Rövşən onlara yaxınlaşıb ayırmağa çalışarkən kənarda dayanan təxminən 8-10 nəfər adam onlara yaxınlaşmış, onlar da İsmayılı vurmağa başlamışlar. Rövşən onların arasına girib ayırmaq istəyərkən İsmayıla atılan zərbələr Rövşənə dəymişdir. Həmin vaxt kənarda dayanan başqa tanımadığı şəxslər onlara yaxınlaşıb Rövşənlə birlikdə İsmayılı onların əlindən alıb kənara çəkmişlər. Rövşən İsmayılı gətirib avtomobilinə əyləşdirmiş və onlar onu evə aparmışlar. Daha sonra özü də oradan evə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 3-4 aydır ki, tanıyır və onun dostudur. Şahid1 4 ildir ki, tanıyır. Onlar əvvəllər bir yerdə işləmişlər. 15.10.2020-ci il tarixdə saat 19:30 radələrində o dostu Zərərçəkmiş şəxs və Elgün adlı oğlanla birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gəlib bir masa arxasında əyləşib çay imişlər. Həmin masanın qarşısında pərdə olduğu üçün onlar pərdəni örtmüşlər ki, onları heç kim görməsin. Onlardan aralıda Rövşən adlı şəxs başqa tanımadığı 5 nəfər şəxslərlə digər masa arxasında əyləşmişlər. Onların masalarının üzərində çay var idi. Saat 19:45 radələrində ona masa arxasında olarkən Rövşən onlara yaxınlaşıb ondan hal-əhval tutmuş, daha sonra çıxıb getmişdir. Həmin vaxt görmüşdür ki, Rövşənin əyləşdiyi masa arxasında olan digər şəxslər də masa arxasında yoxdurlar, onlarla əyləşən sonradan adını və soyadını bildiyi İsmayıl adlı şəxs qalıbdır. O da onlara yaxınlaşıb pərdəni çəkib ona «niyə mənə «zloy-zloy» baxırsan» sözünü demişdir. Emin də ona «kim sənə baxırdı» sözünü demişdir. Həmin şəxs də onlara «siz baxırdınız» cavabını vermişdir. O da ona «mən sənə baxmamışam, pərdə də bağlıdır, pərdəni açan sən olmusan, sənə necə baxa bilərəm» sözünü demişdir. İsmayıl ayaq üstə dura bilmirdi, içkili idi. Həmin vaxt yanında olan Elgün ayağa qalxıb üzünü İsmayıla tutub «mənim böyük qardaşım kimi mənimlə yox, onunla söhbət et» sözünü demişdir. İsmayıl da Elgünün qolundan tutaraq çölə çıxıb söhbət etməsini bildirmişdir. Onlar da birlikdə çölə çıxmışlar və kafenin qarşısında söhbət etmişlər. Həmin vaxt söhbət əsnasında o, Elgün və Emin bir daha ona «pərdəni sən açmısan, pərdə bağlı olduğu halda biz sənə necə baxa bilərik» sözünü demişlər. Həmin vaxt onun yanında olan Rövşən və digər tanımadığı şəxslər də İsmayılı sakitləşdirmişdir. Kafenin sahibi olan Pərvin adlı şəxs də onlara yaxınlaşıb içəriyə keçib çaylarını içəməsini dediyi üçün onlar içəriyə keçəndə İsmayıl onlara kinayə və lağ mənasında demişdir ki, uşağ yığını gəlib onunla söhbət edir. Onlar da heç nə deməyib içəriyə keçib bir az əvvəl əyləşdikləri masa arxasında əyləşmişlər. Komendant saatı yaxınlaşdığı üçün saat 20:30 radələrində onlar kafedən çölə çıxanda görmüşlər ki, İsmayıl tək dayanmış dır, arxasında da Rövşən və digər 4 nəfər tanımadığı şəxslər var. İsmayıl ona yaxınlaşaraq əlini çiyninə ataraq gəzə-gəzə söhbət edə–edə kafenin arxa tərəfinə keçmişlər. Emin, Elgün də onların arxasınca gəlmişlər. İsmayıl həmin vaxt onun ünvanına alçaldıcı sözlər söyərək yavaşca başının arxa nahiyəsindən alçaldıcı və özünü hamıdan üstün göstərərcəsinə sillə ilə bir neçə dəfə vurmuşdur. O da ona belə hərəkət etməməsini və əlini çəkməsini bildirsə də, o onun sözünə əhəmiyyət verməyərək öz hərəkətini davam edirmişdir. O da hərəkətinin qarşısını almaq üçün İsmayılı sinəsindən bir dəfə yumruqla vuraraq ona çıxıb getməsini demişdir. İsmayıl da ona fənd atıb yerə yıxmışdır. Emin və Elgün, eləcə də İsmayılın yanında olan Rövşən və digər tanımadığı şəxslər bunu görüb onlar yaxınlaşmışlar ki, ayırsınlar. Emin İsmayılın qarın nahiyəsdən tutaraq ayırmaq istədikdə İsmayıl geriyə çönərək bir dəfə yumruqla onun burun nahiyəsinə möhkəm vurmuş, onun burnu qanamışdır. Həmin vaxt o yerdə olmuşdur. O yerdən qalxıb onun vurmaması üçün sinəsindən tutmuş və onlar tutaşmışlar, tutaşan zaman İsmayıl onun sağ və sol qarın nahiyələrindən yumruqla vurmuş, o da əsəbləşərək ona qarşılıqlıq göstərərək onun üzündən və qarın nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. İsmayıl onu vursa da, o heç bir xəsarət almamışdır. Ona görə də məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Daha sonra görmüşdür ki, başqa tanımadığı şəxslər də onlara yaxınlaşaraq ayırmışlar. Sonra ara sakitləşmiş, onlar çıxıb getmişlər. İlkin izahatında hadisə zamanı kənarda olan məhlə uşaqları Fuad, Zakir, Vəli və Asim adlı şəxslərin müdaxilə etdiklərini, aranın qarışdığını hər kəsin bir-birini vurmağa başladığını, onlardan nisbətən çox olduqları üçün onlara güc gəlib onları döymələri barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, o hadisənin təsirində olduğu üçün belə izahat verdiyini xatırlamamış, həmin şəxsləri tanımamışdır. Hadisə vaxtı kənardan tanımadığı şəxslər onlara yaxınlaşıb ayırmışlar. Elgün və Emin ümumiyyətlə heç kimi vurmamış, döyməmişdir, onlar ayırmışlar. İsmayılı ancaq özü vurmuş, İsmayıldan başqa o heç kimi döyməmiş, vurmamışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 3-4 aydır, Zərərçəkmiş şəxs təxminən 2 aydır ki, tanıyır. 15.10.2020-ci il tarixdə saat 19:30 radələrində o dostu Şahid3, onun tanışı Eminlə birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gəlib bir masa arxasında əyləşib çay içmişlər. Həmin masanın qarşısında pərdə olduğu üçün onlar pərdəni örtmüşlər ki, onları heç kim görməsin. Onlardan aralıda Fəridin tanışı Rövşən adlı şəxs də başqa tanımadığı 5 nəfər şəxslərlə digər masa arxasında əyləşmişlər. Onların masalarının üzərində çay var idi. Saat 19:45 radələrində onlar masa arxasında olarkən Rövşən onlara yaxınlaşıb Fəriddən hal-əhval tutmuş, daha sonra çıxıb getmişdir. Həmin vaxt görmüşdür ki, Rövşənin əyləşdiyi masa arxasında olan digər şəxslərdə masa arxasında yoxdurlar, onlarla əyləşən sonradan adını və soyadını bildiyi İsmayıl adlı şəxs qalıbdır. O da onlara yaxınlaşıb pərdəni çəkib Fəridə «niyə mənə «zloy-zloy» baxırsan» sözünü demişdir. Emin də ona «kim sənə baxırdı» sözünü demişdir. Həmin şəxs də onlara «siz baxırdınız» sözünü demişdir. Fərid də ona «mən sənə baxmamışam, pərdə də bağlıdır, pərdəni açan sən olmusan, sənə necə baxa bilərəm» sözünü demişdir. İsmayıl ayaq üstə dura bilmirdi, içkili idi. Həmin vaxt o ayağa qalxıb üzünü İsmayıla tutub demişdir ki, Fəridin böyük qardaşı kimi Fəridlə yox, onunla söhbət etsin. İsmayıl da onun qolundan tutaraq çölə çıxıb söhbət etməsini dediyi üçün onlar çölə çıxıb kafenin qarşısında söhbət etmişlər. Həmin vaxt söhbət əsnasında o, Fərid və Emin bir daha ona «pərdəni sən açmısan, pərdə bağlı olduğu halda biz sənə necə baxa bilərik» sözünü demişlər. Həmin vaxt İsmayılın yanında olan Rövşən və digər tanımadığı şəxslər də İsmayılı sakitləşdirmişlər. Kafenin sahibi olan Pərvin adlı şəxs də onlara yaxınlaşıb içəriyə keçib çaylarını içməsini dediyi üçün onlar içəriyə keçəndə İsmayıl onlara kinayə və lağ mənasında demişdir ki, uşağ yığını gəlib onunla söhbət edir. Onlar da heç nə deməmişlər, içəriyə keçib bir az əvvəl əyləşdikləri masa arxasında əyləşmişlər. Komendant saatı yaxınlaşdığı üçün saat 20:30 radələrində onlar kafedən çölə çıxanda görmüşlər ki, İsmayıl tək dayanmışdır, arxasında da Rövşən və digər 4 nəfər tanımadığı şəxslər var. İsmayıl Fəridə yaxınlaşaraq əlini çiyninə ataraq gəzə-gəzə söhbət edə–edə kafenin arxa tərəfinə keçmişlər. Emin və o da onların arxasınca getmişlər. İsmayıl həmin vaxt Fəridin ünvanına alçaldıcı sözlər söyərək yavaşca başının arxa nahiyəsindən alçaldıcı və özünü hamıdan üstün göstərərcəsinə sillə ilə bir neçə dəfə vurmuşdur. Fərid ona belə hərəkət etməməsini və əlini çəkməsini bildirsə də, İsmayıl onun sözünə əhəmiyyət verməyərək öz hərəkətini davam edirmişdir. Fərid də İsmayılın hərəkətinin qarşısını almaq üçün İsmayılı sinəsindən bir dəfə yumruqla vuraraq ona çıxıb getməsini demişdir. İsmayıl da Fəridə fənd atıb yerə yıxmışdır. O, Emin eləcə də İsmayılın yanında olan Rövşən və digər tanımadığı şəxslər bunu görüb onlara yaxınlaşmışlar ki, ayırsınlar. Emin İsmayılın qarın nahiyəsindən tutaraq ayırmaq istədikdə İsmayıl geriyə çönərək bir dəfə yumruqla onun burun nahiyəsinə möhkəm vurmuş, onun burnu qanamışdır. Həmin vaxt o tez «Bravo» kafesinin içrəisinə keçib oradan masanın üzərindən solfetka götürüb gətirib tez Eminin burnunu silmiş və onu götürüb kənara aparmışdır. Həmin vaxt görmüşdür ki, Fərid yerdən duraraq İsmayılla tutaşmışlar. Tutaşan zaman İsmayıl Fəridin sağ və sol qarın nahiyələrindən yumruqla vurmuş, İsmayıl da ona qarşılıq göstərərək onun üzündən və qarın nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Daha sonra görmüşdür ki, başqa tanımadığı şəxslər də onlara yaxınlaşaraq onları ayırmışlar. Sonra ara sakitləşmiş, onlar çıxıb getmişlər. Hadisə vaxtı o heç kimi vurmamış, döyməmiş, onu da heç kim vurmamış, döyməmişdir. İsmayılı ancaq Fərid vurmuş, Rövşəni də hadisə vaxtı kiminsə döydüyünü görməmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesini icarəyə götürüb işlədir. 15.10.2020-ci il tarixdə saat 19:00 radələrində tanımadığı 5 nəfər müştəri «Bravo» kafesinə gələrək bir masa arxasında əyləşib çay içməyə başlamışlar. Onlardan təxminən yarım saat sonra isə, yəni saat 19:30 radələrində 3 nəfər tanımadığı şəxs də kafeyə gəlib başqa masa arxasında əyləmişlər. Həmin vaxt o kafedə olarkən görmüşdür ki, həmin 5 nəfər tanımadığı şəxslərdən 4-ü çölə çıxmış, 1-i isə çay pulunu vermiş, lakin o, çölə çıxmamışdan əvvəl digər masada əyləşən 3 nəfər tanımadığı şəsxlərə yaxınlaşıb onlara niyə ona pis baxdığını soruşmuş, onlar da ona baxmadıqlarını demişlər, daha sonra isə hamı çölə çıxmışdır. O kafedə olarkən eşitmişdir ki, çöldə onların səsi gəlir, çölə çıxdıqda görmüşdür ki, həmin 5 nəfər tanımadığı şəxslərdən 1-i digər 3 nəfər oğlanla mübahisə edir, 2-si tutaşıbdır. O çölə çıxıb onları ayırmış, dalaşmağa qoymamış, üç nəfər tanımadığı oğlanları içəriyə dəvət etmişdir ki, çaylarını içsinlər, çünki onlar çaylarını yarımçıq qoymuşlar və çayın pulunu verməmişlər. Həmin vaxt həmin şəxs onlara demişdir ki, uşağ yığını gəlib onunla söhbət edir. Lakin 3 nəfər oğlan isə ona heç nə deməyərək onunla birlikdə içəriyə keçmişlər. Həmin 5 nəfər şəxs isə içəriyə keçməmişdir. Komendant saatı yaxınlaşdığı üçün saat 20:30 radələrində həmin 3 nəfər oğlan da çay pulunu verib çölə çıxmışlar. O kafedə olarkən yenədə səs–küy eşidib kafedən çölə çıxdıqda, görmüşdür ki, kafenin arxa tərəfində təxminən 10-15 nəfər tanımadığı şəxslər yığışmışlar, bir az əvvəl söhbətləri düşmüş 1 nəfər şəxslə 3 nəfər oğlanları dalaşdıqları üçün ayırırlar. O onlara yaxınlaşmamışdır. Orada konkret olaraq kimin-kimi vurduğunu görməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 tibbi ekspert vəzifəsində işləyir. Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Əmrah Rüstəmovun 01.12.2020-ci il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs barəsində məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Zərərçəkmiş şəxs deməsinə görə 15.10.2020-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Bravo” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs onun burnuna yumruq vurmuş, nəticədə onun burnu sınmışdır. Həmin vaxt tibb müəssisəsinə müraciət etməmişdir. Onun burnunda olan xəsarətləri müəyyən etmək üçün Zərərçəkmiş şəxs onun tərəfindən rentgenoloq və LOR həkimlərinə yönləndirilmişdir. Həkim rentgenoloqun və LOR həkiminin müayinələrinə əsasən onun tərəfindən 01.12.2020-ci il tarixli, 1461 saylı rəy verilmişdir. Həmin rəy ilə Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun sümüyünün sınığı xəsarəti müəyyən olunmuş, həmin xəsarət 15.10.2020ci il tarixdə yumruqla yetirilən zərbənin təsiri nəticəsində əmələ gəlməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, rentgen şəkilinə baxış keçirilərək Zərərçəkmiş şəxs burun sümüyünün sınığı xəsarəti müəyyən olunmuşdur. Sınıq təzədir, çünki təzə sınıqda döyənəkləşmə olur. Köhnə sınıq isə sümüyün rəngini alır. Müəyyən olunmuş xəsarət 1 və ya 2 ay əvvələ uyğun gəlir. Lakin sınığın dəqiq vaxtını müəyyən etmək mümkün deyildir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 15 oktyabr 2020-ci il tarixdə hadisə baş vermişdir. Haisədən 45 gün sonra Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nə müraciət etmiş, 51 gün sonra isə İsmayıla cinayət işi açılmışdır. O, ərizə ilə Sumqayıt ŞPİ-nə müraciət etmiş, 1 ay təhqiqatçı Şahin müəllim tərəfindən araşdırılma aparılsa da, həmin vaxt Eminin adı çəkilməmişdir. Zərərçəkmiş şəxs İsmayıl tərəfindən heç bir xəsarət yetirilməmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 01.12.2020-ci il tarixli, 1461 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun sümüyünün sınığından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 15.10.2020-ci il tarixdə yumruqla yetirilən zərbənin təsiri nəticəsində əmələ gəlməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Ekspertin rəyi işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04.05.2021-ci il tarixdə tutulmuş, 06.05.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosununhesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosununhesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə vuraraq sağlamlığına az ağır bədən xəsarəti yetirməməsi ilə bağlı verdiyi ifadəsini məhkəmə inandırıcı hesab etmir və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 127.2.3cü maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat zamanı 04.05.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04.05.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 04 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-380/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-380/2021
24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver