Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-381/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, tərcüməçi X2 və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki,Təqsirləndirilən şəxs 02.01.2021-ci il tarixdə saat 02 radələrində Şahid3 məxsus ünvan 3 ünvanının birinci mərtəbəsində yerləşən zirzəminin taxta qapısını açaraq ora daxil olmaqla oradan, Zərərçəkmiş şəxs məxsus 350 (üç yüz əlli) manat dəyərində “Bosch” markalı perferator və 300 ( üç yüz) manat dəyərində “Nivelir Leica” tarazlıq ölçən cihazın başlıq hissəsini gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 650 ( altı yüz əlli) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında tərcüməçi X1 iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs azərbaycan dilində sərbəst oxuyub yazdığını və başa düşdüyünü bildirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Azərbaycan Respublikası vətəndaşıdır, Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində, 15 nömrəli məktəbdə təhsil almış, Azərbaycan dilini mükəmməl bilir. Hal-hazıradək heç bir yerdə işləməmiş və buna görə də maddi vəziyyəti yaxşı deyil. 02.01.2021-ci il tarixdə pulu olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. Buna görə də öz yaşadığı Xəzər bağları adlanan ərazidə boş ev axtarmağı və oğurluq etməyi qərarlaşdırmışdır. 02.01.2021-ci il tarixdə oğurluq etmək məqsədi ilə Sumqayıt şəhəri, Xəzər bağları adlanan ərazidə yerləşən ərazidə öz yaşadığı evdən bir qədər irəlidə, bir neçə məhəllə kənarda yerləşən məhəllədə bir evin işığının yanmadığını görmüş, evin ətrafında hasar kiçik olduğundan bir qədər dayanıb baxdıqdan sonra ətrafda heç kimin olmadığından əmin olaraq həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həyətə daxil olub, iki mərtəbəli evə yaxınlaşmış, evin birinci mərtəbəsində zirzəmi olduğunu görmüşdür. Zirzəminin qapısı taxtadan olmuş, örtülü olsa da kilidli olmamışdır. Ətrafda heç kimin olmadığından əmin olduqdan sonra oraya daxil olmuş, zirzəmidə sarı qutu və perferator olduğunu görmüş və həmin sarı qutu və perferatoru oradan götürüb çölə çıxaraq uzaqlaşaraq və öz yaşadığı evə getmişdir. Həmin gün səhər saatlarında məhəllələrinə dəmir almağa gələn ağ rəngli qaz-31 markalı avtomaşınla gəlmiş dəmir alan şəxsə 50 manata satmışdır. Digər sarı rəngli qutuda “vinoka” bənzər alətin nə üçün olduğunu başa düşmədiyinə görə özündə saxlamışdır ki, dəqiqləşdirib satsın. Sonradan polis əməkdaşları onun oğurluq etdiyini müəyyənləşdirdikdə oğurluq etdiyini etiraf etmiş və həmin ünvandan oğurladığı bir ədəd tarazlıq ölçən cihazı polis əməkdaşlarına təqdim etmişdir. Oğurluq hadisəsini tək törətmişdir. Perferatoru satdığı avtomaşının dövlət nömrə nişanın xatırlamır, ağ rəng olmuş, sürücü orta yaşlı bir nəfər olmuşdur. Bundan başqa oğurluq hadisəsi törətməmişdir, daxil olduğu zirzəmidən başqa hər hansısa əmlak oğurlamamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Odur ki, Məhkəmə tərəfindən ona daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Archiko” şirkətində inzibatçı vəzifəsində işləyir, işləri kanalizasiya xətlərinin çəkilməsi və yenilənməsindən ibarətdir. Təxminən 2020-ci ilin dekabr ayında Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində işləyir və iş zamanı bəzi təmir tikinti alətlərindən istifadə edir. Özünə məxsus saxlanc yeri olmadığından gündəlik istifadədə olan alətləri və digər ləvazimatları yaxınlıqda yaşayan sakinlərdən icazə almaqla onların həyətlərində saxlayır. Belə ki, iş zamanı istifadə etiyim özünə məxsus "Nivilir" aləti yəni tarazlıq ölçən aparat və bir ədəd beton dağıdıcı prefarator vardır ki, digər işçilər kimi o da həmin avadanlıqları yaxınlıqda yaşayan Şahid3 evinin alt hissəsində olan zirzəmidə saxlayır. Həmişəki kimi sonuncu dəfə 30.12.2020-ci il tarixdə iş yekunlaşdırdıqdan sonra Nivilir alətini və perfaratoru Fəqan adlı şəxsin yaşadığı evin zirzəmisinə qoymuş və və bayram ilə əlaqədar olaraq Qusar rayonuna getmişdir. Rayondan 05.01.2021-ci il tarixdə qayıtmış və təxminən saat 09 radələrində iş yerinə çatmış və alətləri qoyduğu yerdən götürmək üçün getdiyi zaman Ədalət adlı şəxsin evinin zirzəmisinə qoyduğu bir ədəd “Leica” markalı Nivilir alətinin başlıq hissəsini və “Bosch” markalı perferatorun orada olmadığını görərək əvvəlcə ev sahibinə bu barədə məlumat vermiş və o, oğurlandığını düşündüyünü bildirdikdə DİNnin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. “Leica” markalı Nivilir, yəni tarazlıq ölçən cihazı təxminən 3 il əvvəl, Ağdaş rayonunda "Tap.az" səifəsi vasitəsilə bir nəfərdən işlənmiş vəziyyətdə 450 manata, “Bosch” markalı perferatoru 250 manata almışdır. “Leica” markalı Nivilir alətinin üzərində NA 324 yazılmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə 700 manat maddi ziyan dəymişdir.Ona dəymiş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 4 aydır ki, “Archiko” şirkətində fəhlə vəzifəsində işləyir, işləri kanalizasiya xətlərinin çəkilməsi və yenilənməsindən ibarətdir. 2020-ci ilin dekabr ayında Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində işləmişlər və iş zamanı bəzi təmir tikinti alətlərindən istifadə etdikləri üçün, iş icraçısı Xalidin tapşırığına əsasən saxlanc yeri olmadığından gündəlik istifadədə olan alətləri və digər ləvazimatları yaxınlıqda yaşayan sakinlərdən icazə almaqla onların həyətlərində saxlamışlar. Belə ki, Xalidin iş zamanı istifadə etiyi özünə məxsus "Nivilir" aləti yəni tarazlıq ölçən aparat və bir ədəd beton dağıdıcı prefarator vardır ki, işdən sonra həmin avadanlıqları yaxınlıqda yaşayan Şahid3 evinin alt hissəsində olan zirzəmidə saxlayırlar. Həmişəki kimi sonuncu dəfə 30.12.2020-ci il tarixdə işləri yekunlaşdırdıqdan sonra Xalid həmin Nivilir alətini və perfaratoru Fəqan adlı şəxsin yaşadığı evin zirzəmisinə qoymuş və taxta qapını örtərək oradan getmişlər. Bayramla əlaqədar beş gün işləməyərək, 05.01.2021-ci il tarixdə saat 09 radələrində iş yerinə çatmış və alətləri qoyduqları yerdən götürmək üçün getdikləri zaman Ədalət adlı şəxsin evinin zirzəmisinə qoyduqları bir ədəd “Leica” markalı Nivilir alətinin başlıq hissəsinin və “Bosch” markalı perferatorun orada olmadığını görmüş və buna görə əvvəlcə ev sahibinə bu barədə məlumat vermiş və ev sahibi olan Ədalət adlı şəxs DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Oğurlanmış əmlaklar “Leica” markalı Nivilir, yəni tarazlıq ölçən cihaz və “Bosch” markalı perferator Xalid adlı şəxsə məxsusdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, 2020-ci ilin sonları "Archiko" şirkəti onların evinin yaxınlığında kanalizasiya xətlərinin yenilənməsi işləri görür və şirkət əməkdaşları ondan xahiş etmişlər ki, iş zamanı istifadə etdikləri bazi alətləri onun yaşadığı evin zirzəmisində saxlasınlar. O, buna etiraz etməmişdir. Sonuncu dəfə 30.12.2020-ci il tarixdə saat 16 radələrində şirkət əməkdaşları alətlıri onun yaşadığı evin zirzəmisinə yığmış və 05.01.2020-ci il tarixədək işləməmişlər. 05.01.2021-ci il tarixdə şirkət əməkdaşları geri qayıtdıqda məlum olmuşdur ki, onun evinin zirzəmisinə qoyulmuş bir ədə tarazlıq ölçən cihaz və perferator naməlum şəxslər tərəfindən oğurlanmışdır. Onun özünə məxsus heç bir əmlak oğurlanmamışdır, zirzəminin qapısı sındırılmamışdır, qapıda qıfıl olsa da kilidli olmamışdır. Baş vermiş oğurluq hadisəsi ilə bağlı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə bir neçə ildir ki, dostluq edir. Emilin sağlamlığında problemlər olduğundan 2020-ci ilin dekabr ayında onun evinə gedərək, ona kömək etmişdir. Təxminən 02.01.2021-ci il tarixdə Emil pulunun qurtardığını deyərək, ondan pul istəmiş, o, pulu olmadığını demişdir. Bundan sonra, Emil ona oğurluq edəcəyini demiş və o da belə bir əməl tutmamasını deyib ondan ayrılmışdır. Daha sonra, öyrənmişdir ki, Emil oğurluq hadisəsini törətmişdir. Hadisədə iştirakı olmamışdır. 02.01.2021-ci il tarixdə gecə saatlarında öz yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, üzümçülük ərazisində yerləşən fərdi evdə olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli ərizədən görünür ki. təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən şikayətçi deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04.04.2021-ci il tarixli 9/205 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, aparılmış tədqiqat nəticəsində, ekspertizaya təqdim edilmiş 01 ədəd "Leica" markalı, "NA324" modelli tarazlıq ölçən cihazının istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 300.00 manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29.03.2021-ci il tarixli 9/1030 nömrəli rəyində qeyd olunmuşdur ki, 1 ədəd 2019-cu ildə alınmış "Bosch" markalı 9 kq-lıq, 1800 vatt gücündə olan perferatorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 350 manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş 09.01.2021 tarixli könüllü təqdimetmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus oğurladığı1 ədəd "Leica" markalı, "NA324" modelli tarazlıq ölçən cihazının təqdim etmişdir. Cinayət işinin materiallarından görünür ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 05.01.2021-ci il tarxdə Zərərçəkmiş şəxs məxsus əmlakın oğurlandığı zirzəmiyə baxış keçirilərək, müvafiq protokol və fotocədvəl tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, Şahid3 məxsus fərdi yaşayış evinin həyətinə haradan daxil olduğunu, zirzəmiyəharadan yaxınlaşdığını, qapını necə açdığını və əmlakları necə oğurladığını göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 26.04.2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə 1 ədəd "Leica" markalı, "NA324" modelli tarazlıq ölçən cihazı maddi sübut kimi nanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 20.02.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 02 il azadlıqdan məhrum etmə və 01 il şərti sınaq müddəti cəzası təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, CPM-nin 40.2.1 və 40.2.2-ci maddələrinə əsasın cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkum olunmamış şəxs hesab olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 1(012)-106/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Cəzaçəkmə müddətinin əvvəlinin 20 avqust 2021-ci il tarixindən hesablanması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli göstərişindən (hakim Vaqif Həsənov) görünür ki,Abşeron rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 1(012)-106/2021 saylı hökmü qanuni qüvvəsini almışdır. Həmçinin Abşeron rayon Məhkəməsinin Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 1(012)-106/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 20 may 2021ci il tarixində törətmişdir və 21 may 2021-ci il tarixdə qeyd olunan cinayətin törədilməsində şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 18 fevral 2021-ci il tarixində Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində başlanmışdır. Cinayət işinin materiallarında olan 05 yanvar 2021-ci il tarixli Şahid3 ərizəsindən görünür ki,ona məxsus X6 küçəsi ev 220 ünvanının zirzəmisindən oğurluq edilsə də ona məxsus heç bir əmlak oğurlanmamışdır. Bu səbəbdən də şikayətçi deyildir. Cinayət işinin materiallarından görünür ki. Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixdə saat 21:55-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. 10 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə 02 (iki) ay 10 (on) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 24 aprel 2021ci il tarixli qərardan görünür ki. Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmasına dair 24 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini hansı ardıcıllıqla törətməsini hadisə yerində göstərmişdir. Sumqayıt şəhər Məhkəməsinin 15 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 18 may 2021-ci il tarixindən hesablanmaqla 15 gün müddətinə uzadılmışdır. Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının 02 iyun 2021-ci il tarixli qərarından görünür ki. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. AzərbaycanRespublikası CPM-nin8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur.Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini,törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərəalır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsidir.Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda tətbiq olunur ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 1(012)-106/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Cəzaçəkmə müddətinin əvvəlinin 20 avqust 2021-ci il tarixindən hesablanması müəyyən edilmişdir.Həmçinin həmin hökmdən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini 20 may 2021-ci il tarixində törətmişdir.Hazırki cinayət işi üzrə isə Təqsirləndirilən şəxs oğurluq cinayətini 2021-ci ilin yanvar ayının 02-də yəni, barəsindəki Abşeron rayon Məhkəməsində olan cinayət işi üzrə məhkəmə hökmü çıxmamış törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə almaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Abşeron rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə ona təyin olunmuş cəza ilə qismən tplanmaqla qəti cəza təyin olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən yəni 08 mart 2021-ci il tarixindən hesablanmalı.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi tanınmış 01 ədəd LEİCA markalı NA 324 modelli tarazlıq öloçən cihazın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (yüz manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli (iş № 1(060)-381/2021) qərarını icra edərək, 22 may 2021-ci il tarixli 524 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun Turanbank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 1 (060)-106/2021 saylı hökmü ilə ona təyin olunmuş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ona hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. 08 mart 2021-ci il tarixindən hazıradək həbsdə olduğu 07 (yeddi) ay 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2021-ci il tarixindən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 01 ədəd LEİCA markalı NA 324 modelli tarazlıq ölçən cihazın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (yüz manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğundan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-381/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-381/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver