Məhkəmə qərarları › İş №1(060)-381/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-381/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-381/2025 27.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz qəsəbəsi, X3, fərdi yaşayış evində yaşamış, xx.xx.2025-ci il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs məxsus 4098-5844-5837-7874 saylı “Leobank” bankı tərəfindən emissiya edilmiş plastik bank kartı hesabından 30 noyabr 2024-cü il tarixdə, saat 14:25-də 1300 manat məbləğində pul vəsaitini sonuncuya məxsus plastik kartın 16 rəqəmli nömrəsini, bitmə tarixini, “CVC” kodunu Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən fərdi yaşayış evində olduğu zaman əldə etməyə nail olduqdan sonra elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq əvvəlcə ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “m10” hesabına, oradan isə ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “m10” hesabına köçürməklə gizli yolla talayıb Zərərçəkmiş şəxs 1300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin olaraq özünü qismən təqsirli bilərək ittihamı qəbul etməmiş, Zərərçəkmiş şəxs məxsus bank kartına daxil olmadığını, Zərərçəkmiş şəxs tərəfindən 1300 manat pulun dələduzluq yolu ilə ələ keçirdiyini, 1300 manat pulu kredit veriləcəyi adi ilə sonuncudan komissiya adı ilə aldığını bildirmişdir. Növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs sonradan ifadəsini dəyişərək özünü təqsirli bilmiş, ittihamı qəbul etmiş, 1300 manat pulu Zərərçəkmiş şəxs bank hesabına qanunsuz daxil olaraq ələ keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilərək tədqiq edir. O ifadəsində göstərmişdir ki, işsiz olduğundan və maddi imkanı yaxşı olmadığına görə “Tik Tok” sosial şəbəkəsində “günay.bank4” səhifəsində tək şəxsiyyət vəsiqəsilə pul krediti verilməsi barədə elan yerləşdirmiş və kredit götürmək istəyən şəxslərin onunla əlaqə saxlamaları üçün elanda ***-***-**-** mobil telefon nömrəsini yerləşdirmişdir. Həmin səhifəni açmaqda məqsədi müraciət edəcək şəxs və ya şəxsləri aldadaraq bank karlarının məlumatlarını ələ keçirib kartlarında olan pulu oğurlamaq olmuşdur. Adının Zərərçəkmiş şəxs olduğunu sonradan bildiyi şəxs “whatsap” tətbiqi vasitəsilə onunla əlaqə saxlayıb kredit şərtləri ilə maraqlandığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 14:00 radələrində yaşadığı X2 yerləşən fərdi yaşayış evində olduğu zaman həmin qadınla əlaqə saxlayıb 3000 manat kreditlə pul verilə biləcəyini bildirmiş və şəxsiyyət vəsiqəsinin fotoşəkilini, kreditin köçürüləcəyi bank kartının nömrəsini istəmişdir. Zərərçəkmiş şəxs da şəxsiyyət vəsiqəsinin şəklini və istifadəsində olan “Leobank” kartının 4098 5844 5837 7874 hesab nömrəsini ona göndərmişdir. Zərərçəkmiş şəxs bank kartında pulun olubolmadığına əmin olmaq üçün aldadaraq kredit verilməsi üçün bank kartının hesabında pul olmalı olduğunu bildirmiş və hesabında olan pulun məbləğinin şəklini göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs bank kartının hesabında 1400 manat pul olmasının fotoşəkilini ona gödərmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs bank kartının CVV kodunu ələ keçirmək məqsədi ilə ***-***-**-** nömrəsi ilə “whatsapp” vasitəsilə əlaqə saxlayıb sonuncunu aldadaraq həmin bankın əməkdaşı olduğunu bildirib kreditin bank kartına köçürülməsi üçün kartının CVV kodunu istəmişdir. Zərərçəkmiş şəxs da özünə məxsus bank kartının 3 rəqəmli CVV kodunu ona göndərmişdir. Bundan sonra o, informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs “Leobank” bank kartının hesabından 1300 manat pulu oğurlayıb əvvəlcə ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi "M10" hesabına, daha sonra isə həmin pulu oradan ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi "M 10" hesabına köçürmüşdür. Sonradan isə həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Cinayət əməlini tək törətmiş, heç bir şəxs bu cinayət əməlini törətməkdə ona köməklik etməmiş, onunla əlbir olmamışdır. Məhkəmədən əməlindən peşman olmasını, zərərçəkmişə dəymiş ziyanı ödəməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün cinayəti etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. İfadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Ceyranbatan bağları, fərdi yaşayış evində yaşayır. 2024-cü il noyabr ayının ikinci yarısı “TikTok” sosial şəbəkəsində «günay.bank4» səhifəsində tək şəxsiyyət vəsiqəsilə pul krediti verilməsi barədə elanı görüb elanda olan ***-***-**-** nömrəsi ilə “whatsapp” vasitəsilə əlaqə saxlayıb kredit şərtləri ilə maraqlanmaq istəmiş, lakın ona həmin vaxt cavab verilməmiş və xx.xx.2024-cü il tarixdə təxminən saat 14:00 radələrində yaşadığı Ceyranbatan bağları ərazisindəki evdə olduğu zaman həmin nömrədən ona cavab verilmişdir. Həmin nömrə ilə ona 3000 manat kreditlə pul verilə biləcəyini bildirmişlər və onunla əlaqə saxlayan tanımadığı şəxs onun şəxsiyyət vəsiqəsinin fotoşəkilini və kreditin köçürüləcəyi bank kartının nömrəsini istəmişdir. O, şəxsiyyət vəsiqəsinin şəklini və istifadəsində olan “Leobank” kartının 4098 5844 5837 7874 nömrəsini həmin şəxsə göndərmişdir. Bundan sonra həmin şəxs ona kredit verilməsi üçün bank kartının hesabında pul olmalı olduğunu bildirmiş və hesabında olan pulun məbləğinin şəklini göndərməsini istəmişdir. O, da bank kartının hesabında 1400 manat pul olmasının fotoşəkilim həmin şəxsə göndərmişdir. Daha sonra ***-***-**-** nömrəsi ilə “whatsapp” vasitəsilə onunla əlaqə saxlayan şəxs “Günay” bankın əməkdaşı olduğunu bildirib kreditin bank kartına köçürülməsi üçün bank kartının CVV kodunu deməsini istəmişdir. O. da bank kartının 3 rəqəmli CVV kodunu həmin şəxsə göndərmişdir. Bundan sonra “Leobank” kartından 1300 manat pul çıxarılması ilə bağlı ona mesaj gəlmişdir. O. mobil telefonunda olan “Leobank” tətbiqinə daxil olan zaman ona məlum olmuşdur ki, ona məxsus 4098 5844 5837 7874 nömrəli “Leobank" bank kartından xx.xx.2024-cü il tarixdə, saat 14:25-də 1300 AZN məbləğində pul çıxarılaraq «M 10» hesabına köçürülmüş, həmçinin 15 manat 94 qəpik məbləğində komissiya faizi tutulmuşdur. Aldadılaraq pulunun oğurlandığını başa düşdüyündən Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, sonuncuya qarşı tələb və şikayətinin olmamasını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs qızma məxsus 4098 5844 5837 7874 nömrəli “Leobank” kartından 30 noyabr 2024cü il tarixdə naməlum şəxs və ya şəxslərin 1300 manat pulu oğurlamaları barədə icraatına əməliyyat tapşırığı daxil olmuşdur. Həmin tapşırıqla əlaqədar olaraq keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs 1300 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq ***-***-**-** nömrə ilə qeydiyyatdan keçdiyi “m 10" hesabına köçürülərək ələ keçirilməsi müəyyən edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və 16 fevral 2025-ci il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində yerləşən “Star Baku" gecə klubunda saxlanılaraq Sumqayıt ŞPİ- nin MSY-nə təhvil verilmişdir. Şifahi sorğu zamanı da Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək Zərərçəkmiş şəxs məxsus 1300 manat məbləğində pulu “m 10” hesabına köçürməklə oğurladığını etiraf etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 44-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri vasitəsilə müəyyən edilərək istintaq orqanına təqdim edilənədək cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 49-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 05:00-da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin 50-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaq davam etdirilmişdir. Cinayət işinin 82-86-cı vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 26-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 37-38-ci vərəqəsində olan "xxxx" MMC-dən göndərilmiş məktubdan görünür ki, ***-***-**-** nömrə ilə qeydiyyatdan keçən “m 10" hesabına ***-***-**-** nömrə ilə qeydiyyatdan keçən “m 10" hesabına 1300 manat köçürülmüşdür. Cinayət işinin 37-40 və 43-cü vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:25:37-də 409858******7874 nömrəli bank kartından 1300 manat pulun ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçilmiş “m 10” hesabına, həmin “m 10” hesabından isə 070- ***-**-** mobil telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçilmiş “m 10” hesabına köçürülməsi aşkar olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs tərəfindən ***-***-**-** nömrəli və ***-***-**-** nömrəli “m 10” hesabların açılması müəyyən olunmuşdur. Cinayət işinin 67-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-120/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək, 23 yanvar 2024-cü il tarixdən 23 aprel 2024-cü il tarixədək, 30 may 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 08 (səkkiz) ay 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 102-104-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli 1(011)-120/2025 nömrəli Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarından görünür ki, CM-in 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 118-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, iddia və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 119-123-cü vərəqələrində olan 14 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, PashaPay MMC-dən əldə edilmiş 04 vərəqədə çıxarışlar maddi sübut kimi tanınmışdır. xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri sübut kimi qiymətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-120/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək, 23 yanvar 2024-cü il tarixdən 23 aprel 2024-cü il tarixədək, 30 may 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 08 (səkkiz) ay 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 140-143-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin 4(060)-101/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün uzadılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxsnun məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasıarına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-cü maddəsinə əsasən oğurluq, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-1-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə iş üzrə maddi sübut kimi tanınmış PashaPay MMC-dən əldə edilmiş 04 vərəqədə çıxarışlar cinayət işi materiallarından saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin Azərbaycan Republikasının Cinayət Məcəlləsinin 66.5-ci madddəsinə əsasən Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 1(bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaq yolu ilə ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2023-cü ildən 03 avqust 2023-cü il tarixədək, 23 yanvar 2024-cü il tarixdən 23 aprel 2024-cü il tarixədək, 30 may 2024-cü ildən 30 oktyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 8 (səkkiz) ay 2 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. PashaPay MMC-dən əldə edilmiş 04 vərəqədə çıxarışlar cinayət işi materiallarından saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar