Məhkəmə qərarları › İş №1(060)-383/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-383/2021

21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-383/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi: Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni bir ədəd bükümdə qəhvəyi rəngli, təmiz çəkisi 1,458 qram narkotik vasitə heroini əldə edərək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin X3 Regional Şöbənin H.Z.Tağıyev sərhəd nəzarəti bölməsinin xidməti ərazisində sahildən 4-5 mil aralıda Xəzər dənizində bort nömrəsi 1508, reyestr nömrəsi 508 və seriyası ABB olan “Bayda” tipli üzmə vasitəsi ilə hərəkətdə olarkən qayığın oturacağının altında qanunsuz olaraq saxlamış, 07 dekabr 2020-ci il tarixdə saat 20 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılaraq “Bayda” tipli üzmə vasitəsinə baxış keçirilərkən oturacağın altında qanunsuz olaraq saxladığı qəhvəyi rəngli kustar üsulla hazırlanmış 1,458 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2 ilə yaxındır ki, narkotik maddə qəbul edir. 1995-ci ildən balıqçılıq fəaliyyəti ilə məşğul olur, 2020-ci ilin noyabr ayının əvvəllərində Neftçala rayonundan tanıdığı Elmir adlı şəxs ona zəng edib təklif etmişdir ki, “Bayda” tipli qayıqla birlikdə Xəzər dənizinə çıxıb balıq tutaraq pul qazansınlar. O, Elmirin təklifi ilə razılaşıb qonşusu Şahid4 da onlarla getməsini təklif etmişdir. Əbil onunla razılaşmışdır. 05 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə ayrı-ayrı gəlib Elmirlə görüşmüşlər. Elmir onlara “Bayda” tipli qayığın sahibi barədə heç nə deməmişdir və qayığın kimə məxsus olmasından məlumatları olmamışdır, lakin Elmir narahat olmamalarını, pullarını vaxtında verəcəyini bildirmişdir. Onlar “Bayda” tipli qayıqla Xəzər dənizinə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində Elmir və Əbil ilə birlikdə çıxmışlar. “Bayda” tipli qayığı Elmir idarə edirmiş. Onlar “Bayda” ilə təxminən 8 saat, 200 kilometr yol gedib torları dənizə səpmişlər. Təxminən 70-80 ədəd nərə cinsli balıq tutduqdan sonra 10 noyabr 2020-ci il tarixdə sahilə dənizə çıxdıqları yerə geri qayıtmışlar və balıqları Elmir bir nəfər tanımadıqları şəxsə təhvil vermişdir. Hava qaranlıq olduğundan həmin şəxsin kim olduğunu bilməmiş və görməmişlər. Elmir sahildən ərzaq və yanacaq götürüb yenidən Xəzər dənizinə çıxıb həmin ekipaj üzvləri ilə birlikdə əvvəl getdikləri istiqamətdə hərəkət etmişlər. Təxminən 25 km dənizin dərinliyinə getmişlər. Hava şəraiti pis olduğundan “Bayda” tipli qayığı lövbərləmişlər və bir neçə gün Xəzər dənizində qalmışlar. Hava düzəldikdən sonra təxminən 28 noyabr 2020-ci il tarixdə yenidən əvvəl getdikləri marşrut üzrə qayıqla hərəkət etmişlər. Təxminən 3-4 gün getdikləri yerdə dənzidə qalıb bu dəfə 50 ədəd nərə cinsli balıq tutmuşlar. Sonra yenidən sahilə qayıdıb həmin balıqları Elmir gecə vaxtı tanımadıqları şəxsə vermişdir. Yenidən ərzaq və yanacaq götürüb dənizə çıxmışlar. Bu zaman Elmirin nənəsi vəfat etdiyi üçün sahildə “Bayda” tipli qayıqdan enmiş və onlar ilə birlikdə dənizə çıxmamışdır. O, Əbil ilə 3-cü dəfə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətində Xəzər dənizinə çıxmışdır və bir neçə kilometr hərəkət etdikdən sonra hava pis olduğundan dənizdə havanın düzəlməyini gözləməyə başlamışlar. Təxminən 2-3 gün sahilə yaxın yerdə “Bayda” tipli qayığı lövbərləmişlər. 07 dekabr 2020-ci il tarixdə saat 20 radələrində DSX-nin Sahil Mühafizəsinin gəmisi onlara yaxınlaşıb “Bayda” tipli qayığı saxlamışlar. Bu dəfə “Bayda” tipli qayığı Şahid4 idarə edirmiş. Qayığı saxladıqdan sonra DSX-nin əməkdaşları onların iştirakı ilə video kamera vasitəsi ilə qayığa baxış keçirtmişlər. Baxış keçirilən zaman “Bayda” tipli qayığın oturacağının alt hissəsində ona məxsus 1 ədəd göy rəngli sellofanın içərisində 2 ədəd şpris, 1 ədəd şəffaf sellofana bükülmüş bükülüdə narkotik vasitə heroin və 1 ədəd şəffaf sellofanda olan qurudulmuş südü sərhədçilər aşkar edib götürmüşlər. Sorğu zamanı sərhədçilərə bildirmişdir ki, həmin narkotik vasitə heroin, 2 ədəd şpris və qurudulmuş süd olan kütlə ona məxsusdur, narkotik vasitənin istifadəçisidir. Narkotik vasitə olan heroini 05 noyabr 2020-ci il tarixdə Salyan rayonundan Sumqayıt şəhərinə gələrkən taksi sürücüsündən 40 manat müqabilində aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və qayıqda olarkən oturacağın altında saxladığını bildirmişdir. “Bayda” tipli qayıqdan aşkar olunaraq götürülmüş ona məxsus bir bükümdə olan heroin, 2 ədəd birdəfəlik şpris və 1 ədəd sellofanda olan qurudulmuş süd Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən götürülmüş, zərfə qoyularaq qablaşdırılmışdır. Həmin narkotik vasitə heroindən heç kimin məlumatı olmamışdır və heç kimə verməmiş və belə niyyəti olmamışdır. Hazırda əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid4 göstərdi ki, 2020-ci ilin noyabr ayının əvvəllərində “Bayda” tipli qayıqla Xəzər dənizinə çıxıb balıq tutub pul qazanmağını Təqsirləndirilən şəxs ona təklif etmişdir. 05 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə ayrı-ayrı gəlib tanımadığı Elmir adlı şəxs ilə görüşmüşdür. Elmir onlara “Bayda” tipli qayığın sahibi barədə heç nə deməmiş və onlar qayığın kimə məxsus olmasından məlumatları olmamışdır. Sonra Xəzər dənizinə çıxıb 05.11.2020-ci il tarixdən 07.12.2020-ci il tarixinədək olan müddət ərzində Xəzər dənizində bir dəfə 70-80 ədəd, bir dəfə isə 50 ədəd nərə cinsli balıq tutmuşlar. Tutduqları balıqları Elmir sahildə tanımadığı şəxsə vermişdir və o, Habil ilə birlikdə yenidən dənizə çıxmışdır. Elmir isə sahildə qayıqdan enib getmişdir. Üçüncü dəfə Xəzər dənizinə çıxan zaman 07 dekabr 2020-ci il tarixdə saat 20 radələrində DSX-nin Sahil Mühafizəsinin gəmisi onlara yaxınlaşıb idarə etdiyi “Bayda” tipli qayığı saxlamışdır. Qayığı saxladıqdan sonra DSX-nin əməkdaşları Habil ilə onun iştirakı ilə video kamera vasitəsi ilə qayığa baxış keçirtmişdir. Baxış keçirilən zaman “Bayda” tipli qayığın oturacağının alt hissəsində Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli sellofanın içərisində 2 ədəd şpris, 1 ədəd şəffaf sellofana bükülmüş bükülüdə narkotik vasitə heroinə oxşar maddə və 1 ədəd şəffaf sellofanda olan qurudulmuş süd sərhədçilər tərəfindən aşkar edilib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs sərhədçilərə bildirmişdir ki, həmin narkotik vasitə heroin, 2 ədəd şpris və qurudulmuş süd olan kütlə ona məxsusdur. İstintaq zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizənin bosman koku işləyən Şahid5 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DSX-nin SM-nin 302-ci Sərhəd gözətci gəmisi tərəfindən dövlət sərhədinin mühafizəsi üzrə xidmət təşkil olunarkən 07.12.2020-ci il tarixdə saat 19:15-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətində Xəzər dənizində “Toplite” müşahidə kamerası vasitəsi ilə P-160, M-2,9 mil məsafədə bort nömrəsiz, 2 nəfər heyəti olan, bayda tipli üzmə vasitəsi aşkar edilmişdir. Aşkar edilmiş üzmə vasitəsinin tanınması və saxlanılması məqsədi ilə saat 19:32-də baxış qrupu tam tərkibdə 4 nəfərdən ibarət olmaqla gəminin itisürətli katerinə keçmiş və saat 19:35-də kater gəminin bortundan ayrılaraq hədəf istiqamətində hərəkətə başlamışdır. Saat 19:37-də aşkar edilmiş hədəf baxış qrupu heyətinin qanuni tələblərinə və dayan komandasına məhəl qoymayaraq, ərazidən uzaqlaşmaq məqsədi ilə Sumqayıt şəhəri sahil itiqamətində sürətlə hərəkətə başlamışdır. Lakin gəmi və itisürətli kater vasitəsi ilə müxtəlif manevrlər edilməsi nəticəsində hədəf 19:47-də saxlanılmışdır. Saxlanılmış bayda tipli üzmə vasitəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, heyət üzvləri Azərbaycan Respublikası vətəndaşları Neftçala rayon, Bankə qəsəbə sakinləri Təqsirləndirilən şəxs və Şahid4dur. Daha sonra heyət üzvlərinin iştirakı ilə saxlanılmış üzmə vasitəsi olan “Baydaya” video kamera vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı gəminin oturacağının altında göy rəngli sellofanın içərisində 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə içərisində quru südə oxşar maddə və 2 ədəd şpris aşkar olunaraq götürülmüşdür. Həmin 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə içərisində quru südə oxşar maddə və 2 ədəd şpris ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs baydanın oturacağının altından aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə açıq qəhvəyi rəngli maddənin heroin olduğunu, həmin heroinin şəxsi istifadəsi üçün Salyan rayonunda tanımadığı taksi sürücüsündən aldığını, üzərində saxladığını və Xəzər dənizinə çıxanda gəminin oturacağının altında gizlətdiyini bildirmişdir. Aşkar olunmuş 2 ədəd şprisin də ona məxsus olduğunu bildirmişdir. Bundan başqa gəmidə ərzaqlar, əşyalara, içkilər, geyim paltarları, və yorğan dəstinin olması müəyyən edilmişdir. Qeyd olunan ərzaq və əşyalardan 2 ədəd “Garmin”, 1 ədəd “Thurava” markalı GPS, 3 ədəd qidalandırıcı, 1 ədəd qidalandırıcı altlığı, 1 ədədə “Samsung” markalı və 1 ədəd “Huavey” markalı mobil telefonlar, 2 ədəd “Yamaha-250” markalı mühərriklə, 5 ədəd 150- 200 litr həcmində olan yanacaq çənləri və 2 ədəd akkumulyator ilə təchiz edilmiş “Bayda” tipli gəmi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar özlərinə qaytarılmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş DSX-nin Sahil Mühafizəsinin döyüş hissəsinin komandiri Şahid2, zabiti, baş leytenant Şahid3, gəmi komandirinin baş köməkcisi Şahid1 eyni məzmunlu ifadələr verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “Kiçik həcmli qayığın saxlanılması” haqqında 07.12.2020-ci il tarixli 302/112 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 olduğu “Bayda” tipli qayıq təyin olunmamış vaxtda icazəsiz dənizə çıxdıqlarına görə 07.12.2020-ci il tarixdə saat 19:47 dəqiqədə saxlanılmışdır.(i.v 4, İ cild) İş materiallarında olan “Baxış keçirmə və götürmə haqqında” 07.12.2020-ci il tarixli protokoldan görünür ki, 07.12.2020-ci il tarixdə saat 19:47-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində sahildən 4-5 mil aralıda Xəzər dənizində saxlanılmış “Bayda” tipli üzmə vasitəsinə videokamera vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı qayığın oturacağının altında göy rəngli sellofanın içərisində 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə içərisində quru südə oxşar maddə və 2 ədəd şpris aşkar olunaraq götürülmüşdür... Baxış zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, qayıqda aşkar olunmuş 1 ədəd bükümün içində narkotik vasitə heroin və 2 ədəd şpris ona məxsusdur. Həmin narkotiki Salyan rayonunda tanımadığ şəxsdən almışdır. Bundan başqa baxış zamanı qayığın heç bir sənədinin və bort nömrəsinin olmadığı, həmçinin qayığın kustar üsulla istehsal olunması müəyyən edilmişdir. Baxışın nəticəsi olaraq videogörüntü DVD diskə köçürülərək protokola əlavə edildi.(i.v 5-6, İ cild) İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 6/2684 saylı 09.12.2020ci tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Arayışlar üçün № 52” dairəvi möhür əksləri olan üç ədəd kağız bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 1,458 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir. İki ədəd birdəfəlik şprisin tərkibində narkotik vasitə heroinə məxsus izlər vardır. Bir ədəd sellofan torbada təmiz çəkisi 33,562 qram olan ağ rəngli tozşəkilli maddənin tərkibində narkotik, psixotrop maddə komponentləri aşkar edilməmişdir.(i.v 41-43, İ cild) İş materiallarında olan Neftçala rayonu İHB-nın Bankə qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mübət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 57, İ cild) İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 08.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v 71, İ cild) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 16.02.2021-ci il tarixli tələbnaməsindən və Salyan Rayon Məhkəməsinin 7(006)-1/2011 saylı 13.01.2011-ci tarixli qərarının surətindən görünür ki, Hüseynov X2 Rayon Məhkəməsinin 05.07.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.01.2011-ci il tarixdə Salyan Rayon Məhkəməsinin 13.01.2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuşdur.(i.v 108-109, İ cild) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 2070 saylı 12.03.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır.(i.v 186, İ cild) İş materiallarında olan “Əşyanın maddi sübut kimi tanınması haqqında” 01.04.2021ci il tarixli qərardan görünür ki, bir ədəd bükümdə təmiz çəkisi 1,458 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən qalıq qalmış 1,358 qram hissəsi və 2 ədəd şpris cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, təmiz çəkisi 33,562 qram olan ağ rəngli tozşəkilli maddə, heroinin aparılmış tədqiqatlardan sonra qalıq almış 1,358 qram hissəsi və 2 ədəd şpris saxlanması üçün Su NPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir.(i.v 219-220, İ cild) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkloji X4 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 691 nömrəli 04.03.2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 48-49 İİ cild) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 01.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd bükümdə təmiz çəkisi 1,458 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd şpris maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatında sonra qalıq qalmış 1,358 qram narkotik vasitə heroin və 2 ədəd şpris saxlanılması üçün Su NPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məxsus bir ədəd sellofan torbada təmiz çəkisi 33,562 qram olan ağ rəngli tozşəkilli maddə iş üzrə əhəmiyyət kəsb etmədiyindən sübutların siyahısından çıxarılmışdır. (i.v 72-83 İİ cild) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,458 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir uşağı (2011-ci il təvəllüdlü) olmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 263,64 (iki yüz altmış üç manat altmış dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Su NPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,358 qram narkotik vasitə heroin və 2 ədəd şpris məhv edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 09 (doqquz) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 54 (əlli dörd) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Neftçala rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Neftçala rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsi, V.Ağayev küçəsi, ev 36 ünvanını tərk etməmək, Neftçala rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 263,64 (iki yüz altmış üç manat altmış dörd qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Su NPİ-nin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,358 qram narkotik vasitə heroin və 2 ədəd şpris məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar