Məhkəmə qərarları › İş №1(060)-383/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-383/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-383/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Qubadlı rayonu Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 12ci mikrorayon, yataqxana, ev 9, mənzil 42-də daimi qeydiyyatda olmaqla Sumqayıt şəhəri X11 Kanalbatan adlanan ərazidə fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 21 dekabr 2023-cü il tarixdə saat 19:30-da, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi “Esmira” şadlıq sarayının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirilmiş və bölmədə olan xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən təmiz çəkisi 1,664 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 26 dekabr 2023-cü il tarixdə saat 16:20-də, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 22-ci məhəllə, H.Əliyev prospekti 37 ünvanında yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilmiş və bölmədə olan xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən təmiz çəkisi 0,476 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi “Esmira” şadlıq sarayının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Qanunsuz olaraq narkotik maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər və onu 2-ci PB-nə aparmışlar. PB-də vəkil dəvət olunmuş, otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoşəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlayanda, özü əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən narkotik vasitə olan “heroin”ə bənzər maddənin olmasını bildirmiş və bükümü təqdim edərək, bükümün içərisindəki narkotik vasitə olan “kakos” olduğunu, tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Büküm elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisi təxminən 1,8 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuşdur. Həmin əmələ görə iki gün saxlanılmış və sonra polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və o saxlanıldığı Müvəqqəti saxlama yerindən azadlığa buraxılmışdır. O, yenidən narkotik vasitə istifadə etməyə başlamış və xx.xx.2023-cü il tarixdə təxminən saat 16:30 radələrində Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin qarşısında olan zaman Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları onu saxlayıb 4-cü PB-nə gətirmişlər. Ona hüquq və vəzifələr izah edilmiş, vəkil təqdim olunmuş və videoçəkişliş aparılan zaman o, könüllü şəkildə əynində olan boz rəngli şalvarının sağ yan cibindən psixotrop maddə olan “metamfetamin”i təqdim etmişdir. Həmin metafetamini Novxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata almışdır. Bükümün çəkisi təxminən 0,6 qram olmuşdur. Saxlanılan hər ikisində ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Yekun qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitənin qəbulu, üzərində gəzdirməsi və saxlaması ilə məşğul olması barədə qərəzsiz mənbədən şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu olaraq tədbir keçirmişlər və 21 dekabr 2023-cü il tarixdə təxminən saat 12 radələrində Asəfi Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayının qarşısında piyada hərəkət etdiyi zaman saxlamışlar. Asəfə özlərini təqdim edib üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 2-ci PB-ə aparılacağını ona bildirmişlər. Polis Bölməsində baş təhqiqatçı Mətləb Abbasov tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah etmiş, müdafiəçi ilə təmin edilmiş və videokamera çəkişilişi aparılmaqla təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü surətdə verməsi təklif etmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd kağız bükümdə qəhvəyi rəngli maddəni təqdim edib narkotik vasitə olan "kakos" olduğunu, şəxsi istifadəsi üçün Bakı şəhəri 20 Yanvar metrostaniyası yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra bükümdə olan qəhvəyi rəngli kütləni elektron tərəzidə çəkərkən çəkisi təxminən 1,8- 1,9 qram olması müəyyən edilmişdir. Sonradan həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq etmiş, iş üçün əhəmiyyət kəsb edəcək yeni bir hal göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitənin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında 26 dekabr 2023-cü il tarixdə əməliyyataxtarış tədbiri keçirilmiş və təxminən saat 16 radələrində Asəfi Sumqayıt şəhəri, 22-ci məhəllə Dövlət Texniki Kollecinin qarşısında piyada hərəkət etdiyi zaman saxlamışlar. Sonra özlərini Asəfə təqdim edib üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 4-cü PB-ə aparılacağını ona bildirmişlər. Polis Bölməsində təhqiqatçı Röyal Rəcəbli tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunmuş və bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümdə ağ rəngli kristalik maddəni təqdim edib psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin psixotrop maddəni səhər saatlarında Novxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. 1 ədəd bükümdə ağ rəngli kristallik kütlə elektron tərəzidə çəkərkən çəkisi təxminən 0,6-0,7 qram olduğu müəyyən edilmişdir. Sonradan həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 ifadəsində Şahid3 göstərdiyi xüsusatları təsdiq etmiş, iş üçün əhəmiyyət kəsb edəcək yeni bir hal göstərməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayının qarşısında xx.xx.2023-cü il tarixdə saat 19:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və özünün seçdiyi hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı gümüşü rəngli siqaret kağıza bükülmüş 1 büküm narkotik vasitəyə bənzər maddə təqdim etdi, üzərində başqa hər hansı bir əşya olmadığını bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin «kakos», olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm içərisindəki qəhvəyi rəngli maddə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün çəkisinin “1.89” qram olduğu müəyyən edildi və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürləndi. Bundan sonra tərəfimdən də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddi sübüt aşkar olunmadı. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/6523 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqiqata təqim edilmiş, üzərində AR DİN “Arayışlar üçün №126” möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..” və s. sözlər, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,664 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 1,564 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, video görüntüyə baxdıqda müəyyən edilir ki, 21 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhərində Asəf adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 19:30-da Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-ə gətirilmiş və bölmədə xidməti otaqların birində Sumqayıt ŞPİnin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs təhqiqatçı Mətləb Abbasov özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirib Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edirlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Mətləb Abbasov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Kərimxan Əsədov təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olub, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olubolmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Sorğu zamanı o, aşkar olunan bükümün içərisində olan maddənin “kakos” olduğunu bildirmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Bakı şəhəri 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və üstündə gəzdirdiyini bildirir. Həmin vaxt üzərindən aşkar olunmuş narkotik vasitə tərəzidə çəkilərək qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,664 qram narkotik vasitə heroinin qalıq çəkisi 1,564 qramı cinayət işi üzrə maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatı nəticəsində qalıq qalmış 1,564 qram narktotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 22-ci məhəllə, Sumqayıt Dövlət Texniki Kollecin qarşısında xx.xx.2023-cü il tarixdə saat 16:20-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra PB-də xidməti otaqların birində nspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun növbətçilik cədvəli təqdim edildi. Vətəndaş Təqsirləndirilən şəxs özü həmin siyahıdan hüquqlarının müdafiəsi üçün vəkil X1. Təqsirləndirilən şəxs vəkilə heç bir etiraz etmədi, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünü təqdim etdi. Həmin büküm açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metanfetaminəbənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metanfetaminəbənzər maddənin "patı" olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminəbənzər maddə olan qızılı rəngli siqaret kağızı bükümü tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin siqaret kağızı ilə birlikdə 0.66 qram olduğu müəyyən edildi, daha sonra həmin maddə xüsusi qaydada qablaşdırılıb, Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz zəngli şalvarın sol .an cibindən çıxardıb təqdim etdiyi bir ədəd salfetka və kiçik ölçülü sellofan paket əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarıldı. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/6558 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqiqata təqim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 128 dairəvi möhür əksi, «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,476 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,426 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, video görüntüyə baxdıqda müəyyən edilir ki, 26 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhərində Asəf adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 16:20-də Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində yerləşən Dövlət Texniki Kollecinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-ə gətirilmiş və bölmədə xidməti otaqların birində Sumqayıt ŞPİ- nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs təhqiqatçı Röyal Rəcəbli özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirib. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edirlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Röyal Rəcəbli tərəfindən ona :üquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Tahir Abbasov təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olub, əkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi .xtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olubolmamasını, müsbət .alda onu təqdim etməsi təklif olunur. O, da əynində əynində olan boz şalvarının sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümü təqdim etmişdir. Sorğu zamanı o aşkar olunan bükümün içərisində olan maddənin “patı” olduğunu bildirmişdir. Həmin psoxotrop maddəni vasitəni şəxsi istifadəsi üçün Novxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və üstündə gəzdirdiyini bildirir. Həmin vaxt üzərindən aşkar olunmuş narkotik vasitə tərəzidə çəkilərək qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 2076 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,476 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,426 qramı cinayət işi üzrə maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,426 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı MKS tərəfindən verilmiş 2236 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi atası-xx.xx.1959-cu il təvəllüdlü Orucov Mehrac İmamverdi oğlu, anasıxx.xx.1959-cu il təvəllüdlü X7, həyat yoldaşı-xx.xx.1981-ci il təvəllüdlü X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş 1 nömrəli BŞX-nin Poliklinika şöbəsinin 10 avqust 2024cü il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxs Orucov Mehrac İmamverdi oğlunun arvadı X8 hamiləliyin 12 həftəsindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 99 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik sitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, şıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-383/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-383/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs arvadı X3 hamilə olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,564 qram narkotik vasitə heroin və 0,426 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 190,00 (110 və 80) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-383/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 423 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,564 qram narkotik vasitə heroin və 0,426 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 190,00 (bir yüz doxsan) (110 və 80) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar