Məhkəmə qərarları › İş №1(060)-384/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-384/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-384/2022 30.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 42-ci maddəsi tətbiq edilməklə hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış, Tərtər Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 243 maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 42-ci maddəsi tətbiq edilməklə hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış, Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 334.1, 125, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 67.1-ci maddələrinə əsasən 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 10 il 09 aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ayını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Saatlı rayonu, Sarıcalar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Novxanı Bağlar massivi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 19 sentyabr 2021-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 631 saylı fərdi evin həyətinə hasardan aşaraq qanunsuz daxil olub evin açıq olan pəncərəsinin nəfəsliyini çıxardaraq otaqda stulun ayağına keçirilmiş 02 il əvvəl alınmış, 25 manat dəyərində Türkiyə istehsalı olan "Pull Bear" firmasına məxsus qara rəngli çantanı, həmin çantanın içərisindəki 06 ay əvvəl alınmış, 01 ədəd 15 manat dəyərində "Michael Kors" firmasına məxsus qəhvəyi rəngli pul qabını, çantanın içərisindəki 130 (yüz otuz) manat pulu və bağ evinin həyətindəki 15 il əvvəl alınmış təxminən 07 litr su tutumlu, xarici nikel, içərisi mis materialdan olan 120 manat dəyərində odun samovarı gizli yolla talayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 290 (iki yüz doxsan) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayının əvvəllərində işləmək üçün Sumqayıt şəhəri, Novxanı bağları massivindəki yaşayan qardaşı Familgilə gəlmişdir. Orada olan zaman həm fəhlə kimi evlərdə işləmiş, həm də qoyunlarını Novxanı bağları ərazisində örüşə aparmışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində qoyunları otaran zaman Sumqayıt şəhəri, Novxanı bağlar massivində qardaşı Familin fərdi bağ sahəsinin yaxınlığında yerləşən tanımadığı fərdi yaşayış evinin həyətindəki somavarı görmüş və maddi vəziyyəti pis olduğuna və pula ehtiyacı olduğundan həyətə girərək onu oğurlamaq qərarına gəlmişdir. 19 sentyabr 2021-ci il tarixdə, saat 02:00 radələrində həmin fərdi yaşayış evinə getmiş, evin hasarından həyətə daxil olmuşdur. Evin şüşəli hissəsindəki nəfəsliyi çıxardaraq evə daxil olmuşdur. Otaqda stulun ayağına keçirilmiş qara rəngli çantanı görmüş və onu götürərək evdən çıxmışdır. Həyətdə çantanı açıb içərisinə baxan zaman qəhvəyi rəngli balaca pul qabı və çantanın içərisində pulun olduğunu görmüşdür. Daha sonra, itlər hürdüyünə görə tez həyətdə olan manqalın yanındakı somavarın suyunu boşaltmış və onu götürüb yenidən hasarı aşaraq oradan uzaqlaşmışdır. Həyəcanlanıb qaçdığı üçün ayağında olan bir cüt qara rəngli idman ayyaqabısı həmin həyətdə qalmışdır. Çölə çıxarkən çantanın içərisindən 130 manata yaxın pulu götürdükdən sonra çantanı və pul qabını elə həmin həyətin yaxınlığına atmışdır. Həmin günün səhəri somavarı Sumqayıt şəhəri, “Kolxoz” bazarı aldandırılan yerdə, Seyid adlı şəxsə 50 manata satmış və oğurluq nəticəsində əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Evindən oğurluq etdiyi Zərərçəkmiş şəxs əvvəlcədən tanımamış, oğurluq hadisəsini törədən zaman orada tək olmuş, çantanın iç cibində tam olaraq xatırlamadığı sayda 1 manatlıq, 5 manatlıq, 10 manatlıq, 20 manatlıq əskinaslar və 10 ABŞ dolları olmuş, həmçinin çantada 130 manata yaxın pul olmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müracitə edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncunun barəsində yüngül cəza təyin olunmasını və məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 1 631 fərdi ev ünvanında ailəsi ilə birlikdə yaşayır. 19 sentyabr 2021-ci il tarixdə, saat 08:30 radələrində yuxudan oyanan zaman həyətdə olan təxminən 10 litr tutumlu mis materialdan olan somavarın və həmçinin evdə otaqda olan stulun ayağına keçirilmiş içərisində 130 manat pul və pul qabı olan 170 manat dəyərində əl çantasının oğurlandığını aşkar etmişdir. Həyətə baxan zaman oğurluq edən şəxsin somavarın suyunu həyətə boşaltdığını, həmçinin həmin şəxsə məxsus 01 cüt qara rəngli idman ayaqqabısının həyətində olduğunu görmüşdür. Bu baradə DİN-nin 102 xidmətinə müraciət etmiş və 30 dəqiqə müddətində 1-ci PB-nin polis əməkdaşları evə gələrək hadisə yerindən əl-barmaq izləri, hadisə yerində qalmış 1 cüt idman ayaqqabını və yerdə olan çörək qırıntısını sənədləşdirərək götürmüşlər. Eləcə də, o, ifadəsində 19 sentyabr 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edən zaman evindən içərisində sənədlər və 20 manat pul olan iki ədəd qadın çantasının, 150 manat dəyərində somavarın oğurlanması, sonradan ərizə və izahatında çantaların içərisində sənədlərin olmadığını və ona məxsus olan 130 manat pulun oğurlanması ilə bağlı sözlərindəki ziddiyyətlərə cavab olaraq evindən oğurluq hadisəsi olduğu üçün həyəcanlı olduğunu və 102 xidmətinə zəng edən zaman məlumatları düzgün qeyd etmədiyini, oğurluq hadisəsi zamanı evindən 150 manat dəyərində 01 ədəd təxminən 10 litr tutumlu mis somavarın, ümumi dəyərləri 170 manat olan qara rəngli qadın çantasının, içərisində qəhvəyi rəngli pul qabı və içərisindəki 130 manat nağd pulun oğurlandığını, evindən oğurlanmış qadın çantasının istifadə olunmadığını və daimi olaraq stulun ayağında asılı vəziyyətdə qaldığını, pulların bir qismini ora qoyduğunu, çantanın iç cibində tam olaraq xatırlamadığı sayda 1 manatlıq, 5 manatlıq, 10 manatlıq, 20 manatlıq əskinaslar və 10 ABŞ dolları ümumilikdə 130 manat pul olduğunu, samovarı 15 il bundan əvvəl 150 manata, qara rəngli “Pull Bear” firmasına məxsus çantanı 02 il bundan əvvəl 170 manata, “Michael Kors” firmasına məxsus qəhvəyi rəngli pul qabmnı 06 ay bundan əvvəl 25 manata aldığını göstərmişdir. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “Kolxoz” adlanan bazarda məişət əşyalarının alqı-satqısı və təmiri ilə məşğul olur. 20 sentyabr 2021-ci il tarixdə tanımadığı, özünü Zaur kimi təqdim edən bir nəfər şəxs ona yaxınlaşaraq təxminən 10 litr həcmində mis somavarı olduğunu, təmir etdirmək istədiyini bildirmişdir. O, somavarı 35 manata təmir edəcəyini demiş və həmin şəxs onunla razılaşmamışdır. Daha sonra somavarı satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən əvvəlcə şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini itirdiyini demiş və daha sonra həmin şəxsdən somavarı 50 manata almışdır. Somavarı aldıqdan bir müddət sonra polis əməkdaşları işlədiyi yerə samovarı ona satan Zaur adlı şəxslə birlikdə gələrək somavarın oğurluq olduğunu bildirmişlər və ondan samovarın harada olduğunu soruşmuşlar. O, samovarın oğurluq olmasından məlumatının olmadığını və həmin samovarı tanımadığı müştərilərdən birinə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs tanımamış, Zauru ilk dəfə samovarı ona satarkən görmüş, ikinci dəfə polis əməkdaşları Zaurla onun iş yerinə gələrkən görmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 19 yanvar 2022-ci il tarixli, 9/341 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların istifadə olması nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 160 müəyyən olunur: -15 il əvvəl alınmış təxminən 07 litr su tutumlu, xarici nikel, içərisi mis materialdan olan 120 manat dəyərində odun samovar -02 il bundan əvvəl alınmış, 25 manat dəyərində Türkiyə istehsalı olan "Pull Bear" firmasına məxsus qara rəngli çanta -06 ay bundan əvvəl alınmış, 01 ədəd 15 manat dəyərində "Michael Kors" firmasına məxsus qəhvəyi rəngli pul qabı. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in KTİ-nin xx.xx.2021-ci il tarixli, 011-11231-1221 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Sarıqaya bağlan, ev 631 fərdi evdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 cüt ayaqqabı üzərində olan bioloji nümunələr Təqsirləndirilən şəxs(xx.xx.1978-ci il) məxsusdur. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 631 fərdi evdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş üzərindəki bioloji nümunələrin Təqsirləndirilən şəxs (xx.xx.1978-ci il) məxsus olduğu 01 cüt ayaqqabı saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan hökmlərin, qərarın surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 243 maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 42-ci maddəsi tətbiq edilməklə hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış, Tərtər Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 243 maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 42-ci maddəsi tətbiq edilməklə hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış, Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 334.1, 125, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 67.1-ci maddələrinə əsasən 11 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 10 il 09 aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ayını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, hazırkı cinayəti törədən zaman məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs bu vaxta qədər, o cümlədən hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi əməli səmimi olaraq etiraf etməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixli qərarla CMnin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək xx.xx.2021-ci il tarixli qərarlarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seilərək MSY-dən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə nəzərə alınmalı və ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli məktubundan və 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasıını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 22 iyun 2022-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 631 fərdi evdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş üzərindəki bioloji nümunələrin Təqsirləndirilən şəxs (xx.xx.1978-ci il) məxsus olduğu 01 cüt ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 18 mart 2022-ci il tarixli (iş № 1(060)-384/2022) qərarını icra edərək, 30 mart 2022-ci il tarixli 565/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 631 fərdi evdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş üzərindəki bioloji nümunələrin Təqsirləndirilən şəxs (xx.xx.1978-ci il) məxsus olduğu 01 cüt ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdikləri 15 saat hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar