Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-384/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə gecəqonduda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 noyabr 2022ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə, yaşayış sahəsinin həyətinə hasardan atdanaraq qanunsuz daxil olduqdan sonra həyətdən tapdığı çapacaq ilə yaşayış sahəsinin həyətində yerləşən evin giriş qapısının kilitinə fiziki təsir göstərib açaraq qanunsuz daxil olub, oradan hər biri işlənmiş vəziyyətdə olmaqla qiyməti 200 manat olan Rusiya istehsalı 01 ədəd od samovarı, qiyməti 60 manat olan Türkiyə istehsalı, üzərində “iltimat” yazısı olan 01 ədəd soba, qiyməti 25 manat olan Çin istehsalı, üzərində “Pioner” yazısı olan 01 cüt səsgücləndirici dəst, qiyməti 60 manat olan Çin istehsalı, üzərində “HP” yazısı olan 01 ədəd printer, qiyməti 20 manat olan Çin istehsalı 01 ədəd qəlyan aparatı, qiyməti 40 manat olan Çin istehsalı, üzərində “Katomo” yazısı olan 01 ədəd tozsoran olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 405 manat dəyərində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olaraq gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret kağızı tükümündə təmiz çəkisi -0,957 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən 10 dekabr 2022-ci il tarixdə, saat 21:50 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri rəticəsində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, P.Babayev küçəsində yerləşən “Pərvin” marketin yaxınlığında saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5-6 ildir ki, narkotik vasitə aludəçisidir, narkotik vasitə heroindən çəkməklə istifadə edir. Belə ki, o, heç bir yerdə işləmədiyindən şəxsi təlabatını ödəməkdən ötrü qazanc əldə edib xərcləyə bilmirdi və oğurluq edərək qazanc əldə etmək qərarına gəlmişdir. Buna uyğun olaraq Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin işıqlarının yanılı olmadığını və fərdi yaşayış evinə girib-çıxan kiminsə olmadığını müşahidə etmişdir. Növbəti gün də evdə kiminsə olmadığını müşahidə etdikdən sonra oradan oğurluq etmək məqsədi ilə 02 noyabr 2022-ci il tarixdə saat 02 radələrində fərdi yaşayış evinin hasarının qarşısına gəlmişdir, işıqlar sönülü olmuşdur və evdən hər hansı bir səsin gəlmədiyini müşahidə edib oradan heç kimin olmayacağını fikirləşərək hasardan atlanaraq fərdi yaşayış evinin həyətinə daxil olmuşdur, həyətdə satıb qazanc əldə edəcəyi bir şey tapmadığından, daha sonra həyətdə tapdığı çapacaq ilə yaşayış sahəsində yerləşən evin giriş qapısının kilitinə fiziki təzyiqlər göstərərək kilitdən açıb evə daxil olmuşdur və evə daxil olduqdan sonra növbəli ilə oradan tapdığı əşyaları götürüb hissə-hissə yaşayış sahəsinin hasarının yaxınlığına gətirmişdir. Belə ki, evdən 01 ədəd od samovarı, 01 ədəd üzərində iltimat yazısı olan soba, 01 ədəd qəlyan aparatı, 01 ədəd tozsoran, 01 ədəd üzərində pioner yazısı olan səsgücləndirici dəst və 01 ədəd printer götürərək yaşayış sahəsinin hasarının yaxınlığına yığmışdır. Daha sonra həyətdəki stoldan istifadə edib üzərinə çıxaraq evdən götürdüyü əşyaları bir-bir hasarın üzərindən həyətdən çölə çıxarmışdır, daha sonra isə hissə-hissə olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl ərazisində yerləşən yaşadığı gecəqondu sayılan fərdi evə aparmışdır. Həmin tarixdə səhər açıldıqdan sonra əvvəllər yaşadığı və tanışlarının olduğu Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisinə getmişdir, məhəllə ərazisində qarşılaşdığı bir neçə şəxsə yaşadığı ünvanda özünə məxsus əşyaları maddi imkansızlıq səbəbindən satdığını deyib, ucuz qiymətə ala biləcəklərini demişdir, həmin tarixdə günorta saatlarında hal-hazırda işlətmədiyi, həmin zaman istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əvvəllər ailəvi tanışlıqları olan Şahid4 istifadəsindəki mobil nömrəyə zəng edib heç bir yerdə işləmədiyindən maddi imkanının yaxşı olmadığını, bu səbəblə də ona vəfat etmiş anasından yadigar qalmış əşyaları satmaq istədiyini deyib, həqiqəti ondan gizlətmişdir. Şahid4 hansı əşyaları ucuz qiymətə satdığını dedikdə, o oğurladığı əşyaları ona demişdir. Kamran yaşadığı ev üçün od samovarı almaq istədiyini və samovarı ondan ala biləcəyini demişdir. Onlar samovarın alğı-satqısı barədə 25 manata razılaşıblar, Kamran işləri ilə əlaqədar Bakı şəhərində olduğunu, axşam saatlarında gələ biləcəyini demişdir. Onlar 02 noyabr 2022-ci il tarixdə yaşadığı ünvanda Şahid4 ilə görüşmüşdür. Kamran ondan 25 manata od samovarını götürdükdə, o, digər əşyaları da ucuz qiymətə sata biləcəyini demişdir. Kamran 25 manatdan artıq pulunun olmadığını dedikdə pulun geri qalanını daha sonra verə biləcəyini demişdir. Bununla da o, Şahid4 ilə 01 ədəd sobanın, 01 ədəd səsgücləndirici dəstinin və 01 ədəd od samovarının 50 manat qarşılığında alğısatqısı barədə razılaşmışdır. Kamran ona ilk əvvəl 25 manat pul vermişdir, geri qalanını bir neçə gün sonra verəcəkdir. O, növbəti gün pula ehtiyacının olduğunu deyib, geri qalan 25 manat pulu da verməsini istəmişdir. Növbəti gün, yəni 03 noyabr 2022-ci il tarixdə səhər saatlarında Kamranın yaşadığı, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evində onunla görüşüb 25 manatı da götürmüşdür. Kamran həmin əşyaların oğurluq yolu ilə tərəfindən əldə olunmasından məlumatlı olmamışdır. Digər əşyaları isə satmağa müştəri tapa bilmədiyindən yaşadığı ünvanda saxlamışdır. Daha sonra polis əməkdaşları sözügedən oğurluq əməlinin tərəfindən törədilməsində şübhəli olduğunu dedikdən sonra oğurladığı və yaşadığı ünvanda saxladığı əşyaları polis bölməsinə təqdim etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, P.Babayev küçəsi, Pərvin marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim ediblər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə dəvət ediblər. O, etiraz etməmişdir, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə gəlmişdir. Bölmənin xidməti otaqlarının birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildiriblər, o, buna etiraz etməmişdir, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif ediblər. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılan zaman bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik üzərindən aşkar edilmiş maddənin kakos olduğunu, həmin maddəni bu gün axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt təqdim etdiyi bükümdə olan qəhvəyi rəngli spesifik iyə malik olan maddə tərəziyə qoyularaq çəkilmişdir, həmin büküm qablaşdırılmış. Bu barədə protokol tərtib olunmuş, tərəflərindən imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin ona məxsusdur, öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 3 ünvanda oğlu ilə birlikdə yaşayır. Həmçinin Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evi də vardır. Həmin ünvanda ilin əksərən yay iylarında yaşayıb, digər müddətlərdə isə bir neçə gündən bir nəzarət məqsədi ilə getmişdir, həmin ünvanda yerləşən əşyaların bir qismi əri tərəfindən miras qalmaqla hər biri ona nəxsusdur. Belə ki, son olaraq 02 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən sözügedən fərdi yaşayış evinə getdikdə, yaşayış sahəsinin həyətinin giriş qapısına hər hansı bir müdaxilə olunmasa da, yaşayış sahəsindəki evin giriş qapısının kilitinə müdaxilə olunaraq açıldığını görmüşdür. Evin giriş qapısının açarı yalnız onda olduğundan kənar şəxsin evə daxil olduğunu bilib, içəri daxil olmuşdur və evdən ilk əvvəl od samovarının və elektrik sobasının oğurlandığını müşahidə edərək dərhal Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə gedərək sözügedən yaşayış sahəsindən oğurluq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Kimyaçılar qəsəbəsində yerləşən yaşayış sahəsinə gedib baxış keçirdikdən sonra hər biri işlənmiş vəziyyətdə olan 01 ədəd Rusiya Federasiyası istehsalı, 8 litrlik od samovarının, 01 ədəd Türkiyə Respublikası istehsalı “İtimat” markalı sobadan başqa 01 ədəd Çin Xalq Respublikası istehsalı “Pioner” markalı səsgücləndirici dəstinin, 01 ədəd “HP” markalı, Çin Xalq Respublikası istehsalı printerin, 01 ədəd Çin Xalq Respublikası istehsalı qəlyan aparatının və 01 ədəd Çin Xalq Respublikası istehsalı, “Katomo” markalı tozsoranın oğurlandığı ona məlum olmuşdur. Bu səbəblə də, o, polis bölməsinə vermiş olduğu izahatında ərizəsində göstərdiklərindən başqa, qeyd etdiyi digər əşyalarında oğurlandığını göstərib təxmini qiymətlərini bildirmişdir. Daha sonra polis bölməsi tərəfindən sözügedən oğurluq əməlinin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyi ona deyilmişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və ələbi yoxdur. Bunların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər tam ödənilmişdir, bu səbədən də ona qarşı hər hansı şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə iclasında Şahid4 göstərdi ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Nizami rayonunda "xxxx" MMC-də təxminən 3-4 ildir ki, elektrik-mühəndis işləyir. 02 noyabr 2022-ci il tarixdə günorta saatlarında uzun müddətə tanışlıq münasibətləri olmuş və əvvəllər qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs halhazırda xatırlamadığı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib əlaqə saxlayaraq vəfat etmiş anasından ona yadigar qalmış və yaşadığı evdə olan 01 ədəd samovarı satmaq istədiyini deyib, almaq istəyib-istəmədiyini soruşmuşdur. O, özü yaşadığı ünvan üçün samovar almağı fikirləşdiyindən Təqsirləndirilən şəxs samovarı ala biləcəyini demişdir, lakin həmin zaman Bakı şəhərində işdə olduğundan axşam saatlarında Sumqayıt şəhərinə gələ biləcəyini demişdir və onlar Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə görüşmək barədə razılaşıblar. Həmin tarixdə, yəni 02 noyabr 2022-ci il tarixdə, axşam saatlarında o, həmin ünvanda Təqsirləndirilən şəxsla görüşmüşdür. Ceyhun yaşadığı ünvandakı 01 ədəd 8 litr həcmli samovarı ona göstərib satmaq istədiyi samovarın bu olduğunu demişdir. Onlar ilk əvvəl təxminən 25 manat qarşılığında samovarın alğı-satqısı barədə razılaşdıqdan sonra Ceyhun maddi imkansızlıq səbəbindən evdəki "İtimat” markalı sobanı və “Pioner” markalı səsgücləndirici setini də satmaq istədiyini demişdir. O, üzərində həmin əşyaları da almaq üçün pulunun olmadığını dedikdə, Təqsirləndirilən şəxs ucuz qiymətə ona sata biləcəyini demişdir və 01 ədəd samovarın, 01 ədəd sobanın, 01 dəst səsgücləndiricinin alğı-satqısı barədə ümumilikdə 50 manata razılaşıblar, razılığa əsasən o, 25 manatı ilk əvvəl Təqsirləndirilən şəxs vermişdir, geri qalan 25 manatı isə daha sonra ona verəcəkdir. Növbəti gün Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq maddi imkanı yaxşı olmadığından geri qalan 25 manatı da həmin gün ona verməyini istəmişdir və həmin tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi məhəlləyə gəlib onunla görüşdüyü zaman 25 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs həmin əşyaların özünə məxsus olduğunu demişdir. Yaşadığı ünvanda həmin əşyalar olmadığından və Təqsirləndirilən şəxs ucuz qiymətə satdığından həmin əşyaları ondan almışdır. Həmin əşyaların orta bazar qiymətini bilmədiyindən və Təqsirləndirilən şəxsla münasibəti olduğundan əşyaların qanunsuz yolla əldə edilməsində və ya başqa şəxslərə məxsus olması barədə hər hansı bir şübhə yaranmamışdır. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. İcraatına Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuş, əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyуataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. 10 dekabr 2022-ci il tarixdə, saat 21:50 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, P.Babayev küçəsində yerləşən "Pərvin” marketin yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim ediblər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində, barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildiriblər və onu polis bölməsinə dəvət ediblər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümünü çıxardıb təqdim etmişdir və təqdim etdiyi bükümün içinə baxıldıqda təhqiqatçı tərəfindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür, kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 1,19 qram olduğu müəyyən edilmişdir, həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənmişdir. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını, aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu, içində "kakos” olduğunu və şəxsi istiladəsi üçün tanımadığı şəxsdən Sumqayıt şəhəri, Corat qəsəbəsində əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini və şikayətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə dəqiq məlumatlar daxil olsa da onun narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitəni konkret olaraq haradan və ya kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında iş üzrə Şahid3 Şahid1la eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da Şahid1la eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:50-də Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, P.Babayev küçəsi, Pərvin marketin yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə saat 21:50 dəqiqədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, P.Babayev küçəsində yerləşən “Pərvin” marketin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş və elektron tərəzidə çəkilərək çəkisi 1,19 qram müəyyən edilmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şifahi sorğu zamanı olaraq narkotik vasitə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunaraq götürülmüş və narkotik vasitənin özünə məxsus oİduğunu və Sumqayıt şəhəri, Corat qəsəbəsində 20 manata tanımadığı şəxsdən şəxsi istifadəsi i çün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və göstərilənlər öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/6993 saylı, xx.xx.2022-ci il tarixli rəyindn görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs Nəcəfah oğlunun üzərindən...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,957 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs Nəcəfah oğlu narkotik vasitələrin istifadəçisidir və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsindən oğurluq etmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir, yaşayış sahəsinin həyəti hasarla əhatə olunmuşdur, həyətində ev vardır, ev iki otaqdan ibarətdir, qapı, pəncərəsi plastik materialdandır və üzərlərinə dəmir parmaqlıq qoyulmuşdur, giriş qapısının kilitinə müdaxilə olunmuş, oraya daxil olunaraq oğurluq edilmişdir. İş materiallarında olan “Təqdimetmə və ya götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd tozsoran, 1 ədəd qəlyan aparatı, 1 ədəd printer götürülmüşdür. İş materiallarında olan “Təqdimetmə və ya götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 1 ədəd soba, 1 ədəd samovar, 1 cüt səsgücləndirici təhvil alınmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8210 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, hər biri işlənmiş vəziyyətdə 8 litrlik Rusiya istehsalı 01 ədəd od samovarının qiyməti 200 manat, qara rəngli Türkiyə istehsalı, üzərində “iltimat” yazısı olan 01 ədəd soba qiyməti 60 manat, 01 ədəd Çin istehsalı, üzərində “Pioner” yazısı olan 01 cüt səsgücləndirici dəstin qiyməti 25 manat, 01 ədəd Çin istehsalı, üzərində “HP” yazısı olan 01 ədəd printerin qiyməti 60 manat, 01 ədəd Çin istehsalı 01 ədəd qəlyan aparatının qiyməti 20 manat, 01 ədəd ağ rəngli Çin istehsalı, üzərində “Katomo” yazısı olan 01 ədəd tozsoranın qiyməti 40 manat olmaqla 06 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 405,00 manat müəyyən edilir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1, 69.3-cü maddələri ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, o Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3. 69.3, 67.1-ci maddəsi isə 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən çəkilməyən 01 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 08 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə "8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış, cəza müddətinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması rəzərə alınaraq cəza çəkməkdən azad edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14 dekabr 2022-ci il tarixli 7589 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Nəcəfah oğlunda Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 1 saylı MKS-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı təqdim edilməklə götürülmüş 01 ədəd Rusiya istehsalı od samovarı, 01 ədəd Türkiyə istehsalı, üzərində “İltimat” yazısı olan soba, 01 cüt Çin istehsalı, üzərində “Pioner” yazısı olan səsgücləndirici dəst, 01 ədəd Çin istehsalı, üzərində “HP” yazısı olan printer, 01 ədəd Çin istehsalı qəlyan aparatı, 01 ədəd Çin istehsalı üzərində “Katomo” yazısı olan tozsoran, həmçinin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə tədqiqatdan sonra qalıq qalmış 0,907 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. X2 barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. araşdırma zamanı təqdim edilməklə götürülmüş 01 ədəd Rusiya istehsalı od samovarı, 01 ədəd Türkiyə istehsalı, üzərində “İltimat” yazısı olan soba, 01 cüt Çin istehsalı, üzərində “Pioner” yazısı olan səsgücləndirici dəst, 01 ədəd Çin istehsalı, üzərində “HP” yazısı olan printer, 01 ədəd Çin istehsalı qəlyan aparatı, 01 ədəd Çin istehsalı üzərində “Katomo” yazısı olan tozsoran, həmçinin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə tədqiqatdan sonra qalıq qalmış 0,907 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt ŞPİnin məsul saxlanışına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,907 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd Rusiya istehsalı od samovarı, 01 ədəd Türkiyə istehsalı, üzərində “İltimat” yazısı olan soba, 01 cüt Çin istehsalı, üzərində “Pioner” yazısı olan səsgücləndirici dəst, 01 ədəd Çin istehsalı, üzərində “HP” yazısı olan printer, 01 ədəd Çin istehsalı qəlyan aparatı, 01 ədəd Çin istehsalı üzərində “Katomo” yazısı olan tozsoran zərərçəkmiş şəxsə qaytarılmış hesab olunmalı və istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk cinayət işinin istintaq materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 131 (bir yüz otuz bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi ) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək tutularaq saxlanmış və azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək utulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 131 (bir yüz otuz bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış-Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt ŞPİnin məsul saxlanışına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,907 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 ədəd Rusiya istehsalı od samovarı, 01 ədəd Türkiyə istehsalı, üzərində “İltimat” yazısı olan soba, 01 cüt Çin istehsalı, üzərində “Pioner” yazısı olan səsgücləndirici dəst, 01 ədəd Çin istehsalı, üzərində “HP” yazısı olan printer, 01 ədəd Çin istehsalı qəlyan aparatı, 01 ədəd Çin istehsalı üzərində “Katomo” yazısı olan tozsoran zərərçəkmiş şəxsə qaytarılmış hesab olunsun və istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk cinayət işinin istintaq materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-384/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-384/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver