Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-385/2022 29.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Abşeron Rayon Məhkəməsinin 1(012)-116/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardığı üçün xx.xx.2021ci ildə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 28-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 360 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 18:20-də Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, Yataqxana 2 ünvanının yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol qoltuq hissəsindən 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 360 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, təxminən 10 ildir ki, fasilələrlə narkotik vasitə qurudulmuş marixuana qəbul edir. xx.xx.2022-ci il tarixdə günortadan sonra yaşadığı binanın yaxınlığında yerləşən zibilliyə metal tullantıları yığmağa getmiş, orada olan zaman zibil tullantılarının arasında göy rəngli sellofan torbanın içərisindəki şəffaf sellofan torbada qurudulmuş marixuana tapmış, özü istifadə etmək məqsədilə həmin marixuananı əynində olan qara rəngli gödəkçəsinin yaxasını açıb sol qoltuq hissəsində saxlamış, düşünmüşdür ki, istəyən zaman qəbul edər. Saat 18:20 radələrində yaşadığı binanın qarşısında olan zaman ona bir nəfər mülki və bir nəfər polis geyimində olan şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün 3-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə 3-cü polis bölməsinə getmişlər. Bölmədə xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet vardırsa təqdim etməyi təklif olunduqda əynində olan qara rəngli plaş materiallı gödəkçəsinin yaxasını açaraq sol qoltuq hissəsində saxladığı üzərində "Levis" sözü yazılmış göy rəngli sellofan bağlamanı təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bağlamanın içərisinə baxılanda şəffaf sellofan torbanın içərisində qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 4 manat pulu çıxardıb təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli heç bir predmet, əşya aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş içində qurudulmuş marixuana olan 1 ədəd sellofan bağlama elektron tərəzidə çəkilmiş, çəkisi 375 qram olmuşdur. Həmin maddə göy rəngli sellofan bağlamada yapışqan lentlə bükülüb möhürlənərək qablaşdırılmış, üzərindən aşkar olunmuş 4 manat pul özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş sellofan bağlamada olan qurudulmuş marixuana özünə məxsusdur, özü qəbul etmək məqsədilə üzərində saxlamışdır. Saxlanılarkən, polis bölməsinə aparılarkən və polis bölməsində ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Narkotik vasitə-marixuananı üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə bərabər şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid2 oğlu göstərdi ki, cinayət baş verən vaxt Sumqayıt ŞPİnin 3-cü PB-nin polis sahə rəisi işləmişdir, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün həmin vaxt Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməliyyat müvəkkili işləyən mərhum Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə 28 yanvar 2022-ci il tarixdə, saat 18:20 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, Yataqxana 2 ünvanının yaxınlığında Şahid1 və onun tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməkdə şübhəli olduğuna görə saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə 3-cü PB-yə getdikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Mustafa Mustafazadə və onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmiş, hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçisi Sumqayıt regional vəkil bürosunun vəkili X2 təqdim edildikdə müdafiəçiyə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş əşya, predmet varsa təqdim etməyi təklif edilən zaman əynindəki qara rəngli gödəkçənin sol qoltuq hissəsindən bir ədəd göy rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin göy rəngli sellofan torbanın içərisindən bir ədəd şəffaf sellofan torba aşkar edilmişdir. Həmin torbanın içərisinə baxış keçirildikdə içərisindən yaşıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq narkotik vasitəqurudulmuş marixuanaya bənzər bitki kütləsini yaşadığı binanın yaxınlığında yerləşən zibillik ərazidə metal tullantıları yığarkən tapdığını, öz istifadəsi üçün üzərində olan qara rəngli gödəkçənin sol qoltuq hissəsində saxladığını bildirmişdir. Aşkar edilmiş bitki kütləsi sellofanla birlikdə tərəzidə çəkildikdə çəkisinin 0,375 kq olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş bitki kütləsi qablaşdırılaraq götürülmüşdür. Videoçəkiliş yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. Məhkəmə iclasında istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmiş şahid, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sabiq əməliyyat müvəkkili mərhum Şahid1 ifadəsində Şahid2 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:20-də Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 2-nin yaxınlığında tutulmuşdur.(i.v 18) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-64/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o dərhal məhkəmə iclas zalından azad olunmuşdur.(i.v 68-69) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v 70) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli, “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona narkotik vasitələrin istifadəsində, saxlanmasında şübhəli bilindiyi üçün saxlanıldığı bildirilmiş, daha sonra isə hüquq və vəzifələr barədə bildiriş, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunmuş və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli plaş materiallı gödəkçəsinin yaxasını açaraq sol qoltuq hissəsində saxladığı üzərində “Levis” sözü yazılmış göy rəngli sellofan bağlamanı təqdim edib içərisində qurudlumuş marixuana olduğunu bildirmişdir. Həmin bağlamanın içərisinə baxılanda şəffaf sellofan torbanın içərisində kəskin iyli, yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 4 manat pulu çıxardaraq təqdim etmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş qurudulmuş marixuananı həmin gün günorta saatlarında yaşadığı məhəllədə yerləşən zibillikdə metal tullantıları yığan zaman oradan tapmış və öz istifadəsi üçün üzərində gəzdirərək saxlamışdır. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş içində qurudulmuş marixuanaya bənzər maddə olan 1 ədəd sellofan bağlama tərəzidə çəkilmiş, çəkisi 0,375 kq olmuşdur. Həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün olduğu göy rəngli sellofan bağlamada yapışqan lentlə bükülüb möhürlənərək qablaşdırılmış və DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir.(i.v 26-27, 79-80) Məhkəmə iclasında diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan 7/84 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən....” yazısı və imzalar olan polietilen bağlamadakı 01 ədəd sellofan paketdə təmiz çəkisi 360 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(i.v 33-36) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd sellofan paketdə təmiz çəkisi 360 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 359,9 qram qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 74-75) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Abşeron Rayon Məhkəməsinin 1(012)-116/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Rəcəbov X4 Rayon Məhkəməsinin 1(012)-116/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 05 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 23 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 08 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.(i.v 92-98) İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 1020 nömrəli məktubdan görünür ki, Rəcəbov X4 Rayon Məhkəməsinin 1(012)-116/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş cəzasını çəkib qurtardığı üçün xx.xx.2021-ci ildə qeydiyyatdan çıxarılmışdır.(i.v 107) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022- ci il tarixli, 815 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Əfqar oğlunda kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 102-103) İş materiallarında olan 22 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 106) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd sellofan paketdə təmiz çəkisi 360 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 359,9 qram qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, bir ədəd disk maddi sübut kimi tanınmışdır.(i.v 108-113) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)- 385/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx/xx-4104 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)- 385/2022 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirlədirilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 360 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan məlumatlara əsasən Təqsirləndirilən şəxs ödənilməyən məhkumluğu azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza ilə bağlıdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 359,9 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti aıtına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdən 30 yanvar 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 29 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 359,9 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-385/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-385/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver