Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-385/2025 03.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işələməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 15, mənzil 8 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,623 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 04 mart 2025-ci il tarixdə, saat 15:11də həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq, orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə 1,623 qram çəkidə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında şəxsi işi ilə bağlı Sumqayıt şəhəri, Corat qəsəbəsinə olan zaman təsadüfən rastlaşdığı, əvvəllər tanıdığı şəxslə görüşüb söhbət edən zaman narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin şəxsin də narkotik vasitə istifadəçisi olduğunu görüb narkotik vasitə olan “heroin” verməsini xahiş etmişdir. Həmin şəxs də ona 20 manat pul müqabilində 01 ədəd bükümdə narkotik vasitə “heroin” vermiş, həmin heroini alıb əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibinə qoymuşdur. Növbəti gün saat 15:00 radələrində Sumqayıt şəhəri, Corat qəsbəsində küçə ilə piyada hərəkət edən zaman 3 nəfər, biri qadın olmaqla mülki geyimli şəxslər küçədə ona yaxınlaşıb saxlamışlar, polis əməkdaşları olduqlarını deyib, onun üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Həmin polis əməkdaşlarından biri saxlanıldığı andan əlində mobil telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. O, üzərində narkotik vasitə olan “heroin” bükümü olduğunu demiş, əynində olan qara rəngli qış gödəkçəsinin cibindən 01 ədəd bükümü çıxarıb polis əməkdaşına təqdim etmişdir. Bundan sonra qadın polis əməkdaşı tərəfindən üst-başı yoxlanılmış, lakin üzərindən əlavə olaraq heç bir qanunsuz əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə bükümünü xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 manat pul müqabilində alıb üzərində saxladığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş 01 ədəd büküm tərəzi ilə ölçülmüş, çəkisinin 1,94 qram olması müəyyən olunmuş, həmin büküm zərfə qoyulmuş, zərf isə əməliyyatçılar və onun tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşları sənədləşmə aparılması üçün tutulduğu yerdən birbaşa Sumqayıt şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinə aparmışlar. 1-ci PB-yə çatdıqdan sonra xidməti otaqların birində ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuş, müdafiəçinin iştirakı ilə yenidən video çəkiliş aparılmalqa üzərindən aşkar olunmuş büküm olan zərfi polis əməkdaşı təhqiqatçıya təqdim etmiş, orada da həmin bükümün ona məxsus olduğunu bildirmişdir. Ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Üzərindən aşkar olunan 01 bükümdə narkotik vasitə heroini özü istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərinizdə mobil telefon olmayıb. Daha sonra Təqsirləndirilən şəxs subay olsa da, bacısının uşağının faktiki olaraq onun himayəsində olduğunu, əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək ünvan 3 ünvanının yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. 04 mart 2025-ci il tarixdə, saat 15:11-də Təqsirləndirilən şəxs həmin yerdə tək piyada hərəkətdə olduğunu görmüş, sonra videokamera vasitəsilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs bir neçə dəqiqə müşahidə etdikdən sonra sonuncuya yaxınlaşaraq saxlamışlar və özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, həmin bükümə baxış keçirilən zaman içərisində spesifik iyə malik narkotik maddə heroinə bənzər maddənin olması aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin heroin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılmış və qablaşdırmanın üzəri imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçıya təqdim olunduqdan sonra polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri imzalanmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və Şahid2 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onlar məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:11 dəqiqədə ünvan 4 ünvanının qarşısında saxlanılmış, saat 15:35-dən saat 16:00-dək onun üstünün yoxlanılması istintaq hərəkəti həyata keçirilmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Sellofana baxış zamanı sellofanın içərisində tünd qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra miqdarı müəyyən olunub qablaşdırılmış, saxlanılan şəxs, imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs həmin sellofanda olan kütləni tanımadığı şəxsdən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində dünən yəni, xx.xx.2025-ci il tarixdə axşam saatlarında 20 manata əldə etdiyini bildirmişdir. Ondan nə məqsədlə həmin kütləni üzərində gəzdirdiyi soruşulduqda isə, şəxsi istifadəsi üçün bunu etdiyini bildirmişdir. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. (i.v. 6-7) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:11 dəqiqədə ünvan 2 ünvanının qarşısında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19-20) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokol və baxış keçirilmə zamanı qeydə alınmış videogörüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin tarixdə saat 16:45-dən saat 16:53-dək təqdim edilən əşyaya baxış və götürmə aparılmış, təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar olan zərf təhqiqatçı tərəfindən cırılaraq açılmış, zərfin içərisində 01 (bir) ədəd büküm aşkar edilmiş, həmin bükümdə tünd qəhvəyi rəngli kəskin spesifik iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, həmin narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, onun çəkisi 1,89 qram olmuşdur. Təqdim edilmiş 01 (bir) ədəd DVD-dəki video materiala müdaxilə edilməsi mümkün olmadığından ayrıca baxış keçirilmişdir. DVD “HP” markalı kompüterin disk oxuyucusuna daxil edilmiş və ona baxış keçirilmişdir. Həmin DVD-də olan görüntülərdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar olunması və qablaşdırılması öz əksini tapmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün özünə məxsus olduğunu, onu xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində özü üçün istifadə etmək məqsədilə aldığını və üzərində saxladığını bildirmişdir. Baxış zamanı əhəmiyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə və 1 (bir) ədəd DVD götürülərək qablaşdırılmışdır. Daha sonra müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi və ya fiziki təsir edilmədiyini, narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. (i.v.29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/11 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, AR DİN “Zərflər üçün №125” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə; İştirakçılar: 1.Şahid1/imza/; 2.Ə.Asudə /imza/; 3.N.İmranlı/imza/; 4.A.Qasımlı/ imza/; 5.A.lskəndərzadə/imza/ əl yazıları olan zərfdəki 01 ədəd bağlamada təmiz çəkisi: 1,623 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edildi: 1,623 qram, 0,05 qram nümunə götürüldü, 1,573 qram kütlə geri qaytarıldı. Ekspertiza təqdqiqatının dəyəri 60 (altmış) manat müəyyən edilmişdir (i.v.37-40) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə saat 10:00-da ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 54-55) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin ambulator-məcburi X6nın xx.xx.2025-ci il tarixli, 1345 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.64-65) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. (i.v.66-67) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.68-71) Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 72-73) Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən 04 mart 2025-ci il tarixdə aşkar olunmuş narkotik vasitə hesab edilən, təmiz çəkisi 1,623 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı çəkisi 1,573 qram qalmış heroin təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında xx.xx.2025-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 02 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v 75-76) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 04 mart 2025-ciil tarixdə aşkar olunmuş narkotik vasitə hesab edilən, təmiz çəkisi 1,623 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı çəkisi 1,573 qram qalıq qalmış heroin təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilməsi, 02 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması qərara alınmış, Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, şəxsi-axtarış və götürmə aparılması, digər istintaq hərəkəti protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekapertizalarının rəyləri və istintaq zamanı toplanmış digər sənədlər iş üzrə mötəbər sübut kimi qiymətləndirilmişdir. (i.v.109-113) Sumqayıt şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, hazırda məhkəmə baxışında olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ibtidai istintaq olunmuş ********* nömrəli cinayət işi materiallarında texniki səbəblərdən Təqsirləndirilən şəxs soyadının sonluğu “ova” kimi qeyd edilmiş, eyni zamanda onun 5 avqust 1992-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmasının nəzərə alınması xahiş edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməklə özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, narkotik vasitənin növünü və miqdarını, cəzanı yüngülləşdirən halı, yəni əməlini səmimi etiraf etməklə təqsirini boynuna almasını, cəzanı ağırlaşlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün qəbul edildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1345 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1345 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,573 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmədə iclaslarında iştirakı və işlə tanış olduğu müddətə görə xidmət haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,573 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş heroin məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 187 (bir yüz səksən yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-385/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-385/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver