Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-386/2023 19.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Ağsu ray., Cəfərli kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri BTZ bağları ərazisində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində küçədə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs qəsdən vuraraq ona az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 5 ildir Sumqayıt şəhəri BTZ bağları ərazisində ailəsinə aid olan evdə əri və övladları ilə birlikdə yaşayır. Günel adlı qadın da həmin ərazidə onunla eyni küçədə qonşu yaşayır. Onunla qonşusu Zərərçəkmiş şəxs arasında həyətlərindən keçən kanalizasiya xətdində yaranmış nasazlıqlar səbəbindən 1-2 dəfə mübahisə yaranmışdır. Belə ki, ərazidə yerləşən evlərin kanalizasiya xətti onların həyətindən keçir. Son günlər Günel əsassız yerə onunla mübahisələr yaratmış, onun ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin ailə üzvlərinə şər atmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 16:30 radələrində küçədə olarkən Günel də öz qapısının qarşısında olmuş və onun eşidəcəyi tərzdə nalayiq ifadələr işlətməyə başlamışdır. O, buna görə Günelə yaxınlaşıb öz iradını bildirmiş, lakin Günel öz hərəkətlərinə davam etmiş, onun ailə üzvlərini xüsusən də qızını təhqir etmiş bundan əsəbiləşərək Günelin saçından tutmuş və aralarında mübahisə yaranmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs sol əlindən tutaraq burmuş və aşağı əymişdir. Həmin vaxt səsə qonşusu Radə adlı qadın çıxmış, onları aralamağa çalışsa da aralaya bilməmiş, digər qonşuları gedib köməyə çağırmış və gələn qonşular onları ayırmışdır. Radə və digər qonşuların hadisəni, yəni Günelin əlindən tutaraq arxaya sıxmasını tam görüb görmədiyini bilmir. Qonşuları onları aralaşdırdıqdan sonra hər biri öz evinə getmişdir. Sonradan ona məlum omuşdur ki, Günel bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Onun Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmək niyyəti olmamışdır. Sadəcə ilk olaraq qonşusu Günel üzünə cırmaq atdığı üçün, ona qarşılıq vermişdir. Ehtimal edir ki, o, Günelin əlindən tutaraq aşağıya doğru əydiyi zaman sonuncuya xəsarət yetirmişdir. Əməlindən peşmandır. Ailəli olmasını, bir azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 4-5 aydır Sumqayıt şəhəri BTZ bağları ərazisində özünə aid olan evdə tək yaşayır. Günay adlı qadın da həmin ərazidə onunla eyni küçədə qonşu yaşayır. Həmin yerdə yaşadığı müddətdə həyətlərindən keçən kanalizasiya xətti tutulduğuna görə onunla Təqsirləndirilən şəxs arasında bir neçə dəfə mübahisə yaranmışdır. Kanalizasiya xətti yenidən tutulmuş bu səbəbdən xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində küçəyə çıxmış və küçədə Günayın digər qonşuları Leylaya onun evindən gedən kanalizasiya xəttini ləğv etdirəcəyini və yararsız vəziyyətə salacağını demiş, o da bunu eşidib onlara yaxınlaşmış və aralarında söz mübahisəsi olmuşdur. Mübahisə zamanı Günay ona onların həyətinə icazəsiz keçdiyini demiş, ardınca da o Günaya həyat yoldaşı Vüqarın 3-4 dəfə onun həyətinə hasardan keçdiyini demişdir. Ertəsi gün yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 16:30 radələrində evdə olan zaman qapı döyülmüş və o, küçəyə çıxmışdır. Qapını döyən Günay olmuş, sonuncu ona dünən nə üçün onun həyat yoldaşı haqqında ifadələr işlətdiyini demiş, o, Günaya Vüqarın ondan borc aldığını demişdir. Buna görə aralarında münaqişə yaranmış və Günay ərini qısqandığı üçün onun üzərinə hücum etmiş, saçından tutmuş, sonra sol əlinin 2-ci barmağını burub arxaya tərəf sıxmışdır. Həmin vaxt küçədə və yaxınlıqda olan qonşuları Radə adlı qadın səsə gəlib onları ayırmağa çalışmış, lakin onları ayıra bilməmiş, digər qonşuları gedib köməyə çağırmış, digər qonşular gəldikdən sonra onları aralaşdırmışdır. Həmin Radə və digər qonşular hadisənin görüb görmədiyini bilməmişdir. Sonra Günay öz evlərinə getmiş və o da baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, onun həbs edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, təxminən 9 il olar ki, Sumqayıt şəhəri BTZ bağları ərazisində fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Belə ki, Günay və Günel onunla eyni küçədə qalır və qonşudurlar. Özü səhhəti ilə əlaqədar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xəstəxanada olmuş və xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində yaşadığı evə gəlmişdir. Saat təxminən 16:30 radələrində səsə küçəyə çıxmış və küçədə qonşuları Günayın digər qonşuları Günelin saçından tutduğunu görmüşdür. O, Günay və Günelin aralamağa gücü çatmadığı üçün qonşuları köməyə çağırmaq üçün oradan getmişdir. Günelin bədəni üzərində xəsarətlərin onun digər qonşuları çağırmaq üçün getdiyi zaman yarana biləcəyi ehtimal edir, lakin özü şəxsən həmin anı görməmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 252 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir-sol əlin İV barmağının proksimal falanqasının çəp yerdəyişən sınığı, sol əlin İV barmağının, sol əlin ovuc səthinin İV-V əl-daraq sümüyü proksiyasının qançırları, sol əlin arxa səthinin İV-V əl-daraq sümüyü proyeksiyasının dərialtı hematoması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “Az Ağır” zərəvurmaya aiddir. ( i.v. 13-16) İş materiallarında olan DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.27) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v.24) İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Günəş Piriyeva adlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, sonuncunun özünü müdafiə ilə bağlı ifadələrində göstərdiyi digər xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, zərərçəkmiş şəxs, şahid ifadəsi, ekspert rəyi istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə hesab edir ki, bu Təqsirləndirilən şəxs kimi Qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmaq istəyir. Təqsirləndirilən şəxs bəraət verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Beləliklə, işdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işi cəzası təyin edilməsini dəha məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-386/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-386/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver