Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-387/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs oğlunun, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1984-cü il təvəllüdlü, Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İMA QSC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İbtidai istintaq zamanı elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD 19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra, 02.04.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanını tərk edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından, həmin gün saat 1820 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon 51 saylı binanın qarşısındakı mərasim evinin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 24.03.2021-ci il tarixdə verdiyi testlə bağlı 26.03.2021-ci il tarixdə saat 12:53-də istifadəsində olan ********** saylı mobil nömrəsinə Covid 19 virusuna yoluxmağı və bununla bağlı yaşadığı evi tərk etməməsi barədə sms daxil olmuşdur. Sms.lə tanış olduğu müddətdən yaşadığı evdə müalicə almağa başlamışdır. 02.04.2021-ci il tarixdək yaşadığı evi tərk etməmişdir. 02.04.2021-ci il tarixdə səhər saatlarında həkim məsləhəti ilə qəbul etdiyi “Erqoferon” adlı həbi qurtardığı üçün həmin gün saat 17:50 radələrində yaşadığı evdən çıxıb Sumqayıt şəhəri 9-cu mkr.da yerləşən “Gənclik” marketin yanındakı aptekə getmişdir. O, aptekə daxil olanda içəridə bir nəfər müştəri olmuşdur. Satıcıdan ona lazım olan həbi aldıqdan sonra apteki tərk edib yaşadığı ev istiqamətində piyada yola düşmüşdür. Saat 18:00-da yaşadığı 51 saylı binanın qarşısındakı mərasim evinin yaxınlığında keçən zaman ona polis geyim formasında olan sonradan adının Şahid2 olduğunu bildiyi Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi yaxınlaşaraq xidməti vəsiqəsini göstərmişdir. Daha sonra onun şəxsiyyətinin yoxlanılması zərurəti olduğunu bildirib şəxsiyyət vəsiqəsini tələb etmişdir. O, ünvan 2 ünvanında yaşadığını, Təqsirləndirilən şəxs olduğunu deyərək şəxsiyyət vəsiqəsi polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı mobil telelfonundakı mobil axtarış portal sistemində onun şəxsiyyət vəsiqəsini yoxladıqda ekranda “bu şəxs koronovirus xəstəsidir. Fiziki təmasdan çəkinin. Hərəkəti qəti qadağan edilmişdir!, Aktiv icazə tapılmadı” ifadəsi görünmüşdür. Ondan hara getdiyini soruşanda aptekə gedib qayıdacağını bildirmişdir. Ona “sizin hərəkətiniz qadağandır” deyəndə koronovisus xəstəsi olmasını bildiyini, səhhəti ilə bağlı aptekə getmək zərurəti yarandığı üçün icazəsi olmamasına baxmayaraq evdən çıxdığını demişdir. Daha sonra polis əməkdaşının tələbi üzrə könüllü razılığı ilə mobil telefonunu təqdim etmişdir. Telefonundakı ona gəlmiş xəbərdarlıq mesajı skreen edilmişdir. Olduğu yerə çağırılmış xüsusi geyimdə olan briqadanın müşaiyyəti ilə yaşadığı evə yola salınmışdır. Daha sonra barəsində raport tərtib edilməsindən məlumatı olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də sahə rəisi vəzifəsində polis leytenantı rütbəsində işləyir. Xidməti zərurətlə bağlı olaraq ona təhkim olunmuş ərazilərdə nəzarət etməyi üçün Covid 19 xəstəliyinə yoluxmuş şəxslərin adlı siyahısı hər gün yenilənmiş cədvəl formasında ona təqdim edilir. O, həmin şəxslərin yaşadığı evlərindən çıxmaması üçün müvafiq profilaktik tədbirlər görürmüş. 02.04.2021-ci il tarixdə ona qərəzsiz mənbədən xidməti ərazisi olan ünvan 3 ünvanında yaşayan, Covid 19 virusuna yoluxmuş Mürvət adlı şəxsin yaşadığı evi tərk etməsi barədə məlumat daxil olmuşdur. O, əvvəlcə Mürvət adlı şəxsin adının ona təqdim edilmiş siyahıda olub-olmamasını yoxlamışdır. Siyahıda Təqsirləndirilən şəxs adında şəxsin 23.03.2021-ci il tarixdə yoluxması barədə məlumat olmouşdur. Dərhal Sumqayıt şəhəri 9-cu mkr-da yerləşən 51 saylı binanın yanına getmişdir. Saat 18:20-də 51 saylı binadan bir qədər aralıda yerləşən adsız mərasim evinin yaxınlığında Mürvət adlı şəxsin əlamətlərinə uyğun bir nəfər şəxsin tək dayandığını görüb ona ara məsafəsi saxlamaqla yaxınlaşıb özünü təqdim edərək ondan da özünü təqdim etməsini tələb etmişdir. Həmin şəxs ünvan 2 ünvanında yaşadığını, Təqsirləndirilən şəxs olduğunu deyərək şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, DİN tərəfindən təhkim olunmuş mobil telelfondakı mobil axtarış portal sistemində Mürvətin şəxsiyyət vəsiqəsini yoxladıqda ekranda “bu şəxs koronovirus xəstəsidir. Fiziki təmasdan çəkinin. Hərəkəti qəti qadağan edilmişdir!, Aktiv icazə tapılmadı” ifadəsi görünmüşdür. O, dərhal bu barədə əməliyyat qrupuna və həkim briqadasına məlumat vermişdir. Məlumatı üzrə hadisə yerinə əvvəlcə əməliyyat qrupu gəlmişdir. Qrup rəhbəri təhiqatçı polis kapitanı X1 hara getdiyini soruşanda Mürvət əvvəlcə aptekə gedib-qayıtdığını, daha sonra isə hava almaq üçün həyətə düşdüyünü bildirmişdir. Mürvətə “sizin hərəkətiniz qadağandır” deyəndə koronovisus xəstəsi olduğunu bildiyini, səhhəti ilə bağlı aptekə getmək zərurəti yarandığı üçün icazəsi olmamasına baxmayaraq evdən çıxmasını demişdir. Mürvətdən mobil telefon nömrəsinə xəbərdaredici məzmunda sms gəlib-gəlmədiyini soruşanda Mürvət, 24.03.2021-ci il tarixdə yoluxması və yaşadığı evindən çıxmaması barədə xəbərdaredici məzmunda sms aldığını bildirmişdir. Göstərişləri üzrə Mürvət həmin sms məzmununu skreen formatında fotoşəkilini çəkib vhatsapp sosial şəbəkəsi vasitəsilə təhqiqatçının mobil nömrəsinə göndərmişdir. Bundan başqa təhqiqatçı gələcəkdə sübut növü kimi qiymətləndirilməsi üçün Təqsirləndirilən şəxs videogörüntüsünü qeydə almışdır. Hadisə yerinə gəlmiş həkim briqadasının avtomobilinə Təqsirləndirilən şəxs ələşdirilmişdir. Daha sonra onlarında müşaiyyəti ilə Təqsirləndirilən şəxs yaşadığı evinə yerləşdirilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də əməliyyat müvəkkili vəzifəsində, kapitan rütbəsində xidmət edir. 02 aprel 2021-ci il tarixində əməliyyat qrupunda növbədə olduğunu və 3-cü polis bölməsinin sahə rəisi Şahid2 tərəfindən covid xəstəsinin evdən çıxmasına dair çağırış daxil olduğunu, çağırış əsasında 9-cu mikrorayon ərazisinə 51-ci binanın qarşısına gəldiklərini və təhqiqatçı Rəşad Behbudov orada dayanmış şəxsdən hara getdiyini soruşduqda o aptekə dərman almağa düşdüyünü və daha sonra isə hava almaq istədiyini bildirmişdir.Həmçinin həmin şəxs ondan xəstə oluğ-olmaması soruşulduqda sonuncu covid xəstəsi olduğunu və 26 mart 2021-ci il tarixdə ona sms gəldiyini bildirmişdir.Göstərişləri üzrə Mürvət həmin sms məzmununu skreen formatında fotoşəkilini çəkib vhatsapp sosial şəbəkəsi vasitəsilə təhqiqatçının mobil nömrəsinə göndərmişdir. Bundan başqa təhqiqatçı gələcəkdə sübut növü kimi qiymətləndirilməsi üçün Təqsirləndirilən şəxs videogörüntüsünü qeydə almışdır. Hadisə yerinə gəlmiş həkim briqadasının avtomobilinə Təqsirləndirilən şəxs ələşdirilmişdir. Daha sonra onlarında müşaiyyəti ilə Təqsirləndirilən şəxs yaşadığı evinə yerləşdirilmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, o, da Şahid2 və Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan CD diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs mərasim evinin qarşısında saxlanıldığı, polis əməkdaşlarının sakinləri həmin ərazidən uzaqlaşdırdıqları, hadisə yerində TTYX-nə məxsus avtomobilin gəldiyi, həkimlərin müşaiyyəti ilə Təqsirləndirilən şəxs TTYX-nə məxsus avtomobilə əyləşdirildiyi və yaşadığı evinə aparıldığı müəyyən edilmişdir. İş üzrə 01 ədəd CD disk maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus “mobil telelfonun mesaj bölməsinə gəlmiş sms mətninə baxış keçirilmiş və baxış zamanı İTS.GOV.AZ-dan 26.03.2021-ci il tarixdə saat 12:53-də aşağıdakı məzmunda “Hörmətli Təqsirləndirilən şəxs. Sizin 24.03.2021-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, siz və aile üzvlərinizi yashayish yerinizi terk etmeyesiniz. Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasinin İnzibati Xetalar və Cinayet Mecellesində nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz” mesajın gəlməsi müəyyən edilmişdir. Baxış zamanı mesaj mətnləri skreen edilib fotoşəkillə işə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsindən daxil olmuş 28.04.2021-ci il tarixli 506 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun 27.03.2021-ci il tarixdə “COVİD 19” virusuna görə “PZR” müayinəsindən keçdiyi, nəticə pozitiv olduğu üçün 09.04.2021-ci il tarixədək ambulator şəraitdə müalicə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013 və 2017-ci il təvəllüdlü iki azyaşlı və 2010-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı vardır. DİN BƏSİİ-dən verilmiş 05.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 14 saylı MKS-dan verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixində Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun himayəsində iki azyaşlı uşağının olması, CM-nin 59.2-ci maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması və törətdiyi əməldən səmimi peşman olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 28.05.2021-ci il tarixli (iş № 1(060)-387/2021) qərarını icra edərək, 28.05. 2021-ci il tarixli 577 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxx» ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» ASC Sumqayıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-387/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-387/2021
21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver