Məhkəmə qərarları › İş №1(060)-388/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-388/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-388/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səməd Vurğun küçəsi, “Star Beton” zavodunun qarşısındakı ağaclıq ərazidə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu döyərək ona sağ mil-bilək oynağı şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, təxminən bir ildir ki, əmək müqaviləsi əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin nəznində olan Sumqayıt şəhərindən H.Zeynalabdin qəsbəsi, Xəzri yaşayış massivinədək işləyən 55 saylı marşurut üzrə «İsuzi» markalı, **-AE-*** dövlət nömrə-nişanlı avtobusda növbəli olaraq sürücü, Tərlan isə Sumqayıt şəhərində H.Zeynalabdin qəsəbəsinə işləyən 30 nömrəli marşurutda pul yığan işləyir. Təxminən 4-5 aydır ki, Tərlanın işlədiyi marşurut avtobusu ilə onun idarə etdiyi marşurut avtobusu yolda qarşı-qarşıya gəldikdə Tərlanın onu görən kimi barmağı ilə işarə edərək onu ələ salır, o, isə hər dəfə ona fikir vermir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Tərlan yenə ona barmaq işarəsi etdiyi üçün o, növbəni başqa sürücüyə təhvil verdikdən sonra Tərlanla əlaqə saxlayaraq onunla görüşmək istədiyini bildirmiş, Tərlan hal-hazırda H.Zeynalabdin qəsəbəsindən 30 nömrəli marşurutla üzü Sumqayıt şəhəri istiqamətinə çıxdığını bildirmişdir. Bundan sonra o, həmin günü Sumqayıt şəhərindən qəsəbəyə gələrək, yolda Səməd Vurğun küçəsində, «Star Beton» zavodunun qarşısında düşüb Tərlanı gözləmişdir. Tərlanın pul yığan işlədiyi avtobusun xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində H.Zeynalabdin qəsəbəsindən üzü Sumqayıt şəhəri istiqamətində gəldiyini görüb avtobusu «Star Beton» zavodunun qarşısında saxlatdırmış, avtobus saxladıqda Tərlana onunla bir dəqiqəlik işi olduğunu, avtobusda 2-3 nəfər sərnişin olduğu üçün onları heç kim görməsin deyə Tərlanla yolun kənarındakı ağaclıq tərəfə çəkilmişlər. Orada olan zaman Tərlana nə üçün onu ələ saldığını və ona barmaq işarəsi göstərdiyini soruşduqda Tərlan gülməyə başlayaraq guya ona deyil, dostu ilə zarafat edirmiş demişdir. O, Tərlanın bu sözünə əsəbləşərək bir dəfə sol əlinin yumruğu ilə Tərlanın sağ qulaq nahiyyəsinə zərbə ilə vurmuş, Tərlan avtobusa tərəf qaçmaq istədikdə onun sağ əlinin bilək nahiyyəsindən tutub buraraq onu saxlamaq istədikdə Tərlan biləyini tutaraq çığırdığı üçün onu buraxmış, bundan sonra Tərlan avtobusa əyləşib getmişdir. Tərlanı yumruqla vuraraq biləyini burarkən avtobusda olan sərnişinlər və sürücü onları görməmiş, həmin vaxt hadisə yerində onlardan başqa heç kimin olmamış, Tərlanı döyməyi və aralarında baş verən mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmişlə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsla barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs 02 aprel 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ilkin təhqiqat dövründə verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxsla barışdığını, dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan olunmuş, Zərərçəkmiş şəxs ilkin təhqiqat dövründə vermiş olduğu ifadəsindən görünür ki,Zeynalabdin rayon Mənzil İstismar sahəsində gözətçi vəzifəsində, istirahət vaxtında ailəsinə çörək pulu qazanmaq üçün Sumqayıt şəhərindən H.Zeynalabdin qəsəbəsinə işləyən 30 nömrəli marşurutda pul yığan işləyir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında H.Zeynalabdin qəsəbəsindən 30 nömrəli marşurutla üzü Sumqayıt şəhəri istiqamətinə hərəkət edərkən saat təxminən 11:00 radələrində Səməd Vurğun küçəsində, «Star Beton» zavodunun qarşısında 55 nömrəli marşurutda sürücü işləyən Pərvizin yolun kənarında dayandığını və onun olduğu avtobusa əl edib saxlatdırdığını görmüş, o, avtobusdan yerə düşdükdə Pərviz onu yolun kənarındakı ağaclığa çəkərək onunla bir dəqiqəlik işi olduğunu demiş, o, etiraz etməmiş və Pərvizlə kənara çəkilib söhbət etməyə başlamışlar. Söhbət əsnasında Pərviz nə üçün onu ələ saldığını, ona barmaq işarəsi göstərdiyini irad tutmuş, o, Pərvizin bu sözünə gülərək ona barmaqla işarə etmədiyini, bir dəfə avtobusda olan dostuna barmağını silkələdiyini dedikdə Pərviz bir dəfə sol əlinin yumruğu ilə onun sağ qulaq nahiyyəsindən zərbə ilə vurmuşdur. Pərvizin zərbəsi nəticəsində o, müvazinətini itirmiş və avtobusa tərəf getmək istədikdə Pərviz sağ əlinin bilək nahiyyəsindən tutub burduqda biləyi bərk ağrıdığı üçün qışqıraraq burax demişdir. Pərviz onun qolunu buraxdıqdan sonra o,qolunu tutub avtobusa əyləşib getmiş, əvvəl şikayət etmək istəməmiş, lakin Pərviz ona etdiklərinə görə üzr istəmədiyi üçün, biləyində və başında ağrıları olduğu üçün xx.xx.2024- cü il tarixdə ərizə ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə müraciət etmişdir. Pərviz onu döyən vaxt avtobusda olan sərnişinlər və sürücü onları görməmiş, həmin vaxt hadisə yerində onlardan başqa heç kimin olmamış, aralarında mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X4 xx.xx.2024-cü il tarixli, 480 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: sağ mil-bilək oynağı şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 3-5 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. (i.v.11-14). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.15-16) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v.23) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (i.v. 40) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Ələsgər Məmmədov 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar