Məhkəmə qərarları › İş №1(060)-389/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-389/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-389/2022 15.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Tərtər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2016-cı il tarixdən 05 iyul 2016-cı il tarixədək həbsdə olduğu 2 ay 19 gün müddətin 1 günü islah işləri cəzasının 3 gününə bərabər hesablanmaqla üzərində qəti olaraq qazancının 20% miqdarında pul dövlət nəfinə tutulmaqla 10 ay 3 gün müddətə islah işləri cəzası saxlanılmış, Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 il müddətə azaldılmış, Ağdam rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olan və Ağdam rayonu, Bənövşələr qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən “Xalq Bank” bankında ABŞ dollarına çevirmək üçün aldığı 20.000 manat pulu “Xalq Bank” bankında 1 ABŞ dollarını 1,7025 manat kursu ilə dəyişərək cəmi 11.700 ABŞ dollar əldə edib bankın inzibati binasından çıxdıqdan sonra tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə pulu Zərərçəkmiş şəxs qaytarmadan sonuncunun gözü qarşısında qaçaraq oradan uzaqlaşmaqla xeyli miqdarda-20.000 manat pulu açıq talamaq istərkən həmin vaxt bunu görən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arxasınca qaçaraq qışqırıb yaxınlıqda olan Sumqayıt ŞPİ-nin PPXT-nm 2-ci bölüyünün əməkdaşlarını köməyə çağırması ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəbdən niyyətini başa çatdıra biməyərək soyğunçuluğa cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 24 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhərində olarkən yeznəsi Aqşin ona zəng vuraraq bir nəfər şəxsin bankdan pul dəyişmək üçün 20 manat pul verdiyini, özü və arvadı Rufanənin artıq həmin şəxs üçün bankdan pul dəyişdiklərini, üçüncü adamın lazım olduğunu bildirib təcili Sumqayıt şəhərinə gəlməsini xahiş etmişdir. Həmin vaxt Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yanında olduğundan taksiyə minib 30 dəqiqə ərzində Sumqayıt şəhərinə Aqşinin dediyi “Yelo Bank” Bankının qarşısına gəlmişdir. Orada Aqşin onu qarşılayıb, yolun o biri tərəfinə keçirib ilk dəfə gördüyü Fəxrəddin adlı şəxslə tanış etmiş və Fəxrəddin adlı şəxsə müxtəlif adamların adından bankdan milli pulu ABŞ dollarına çevirmək lazım olduğunu, o və Rufanənin artıq hərəyə 20.000 manat pulu ABŞ dollarına çevirdiyini, onun da kömək etməsinin lazım olduğunu bildirib əvəzində Fəxrəddinin ona 20 manat pul verəcəyini bildirmişdir. O, razılaşmış, Fəxrəddin ona artıq “Yelo Bankın’ bağlandığını, bu səbəbdən “Xalq Bankdan” pul dəyişmək lazım olduğunu bildirmiş və Aqşinlə birlikdə Fəxrəddinə məxsus Mersedes markalı avtomaşına oturaraq Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən “Xalq Bank” bankının qarşısına gəlmişlər. Avtomaşında o, Aqşin və Fəxrəddindən başqa daha iki nəfər şəxs olmuş, Fəxrəddin avtomaşının içində 100 ədəd yüzlik və 200 ədəd 50 manatlıq əskinaslar olmaqla 20.000 manat pulu Aqşin vasitəsi ilə ona verib həmin pulu banka girib ABŞ dollarına çevirib ona gətirib vermək lazım olduğunu bildirmişdir. 20.000 manat pulu alıb bankın içərisnə girmiş və kassada oturan şəxsə yaxınlaşıb 20.000 manat pulu ABŞ dollarına çevirmək istədiyini bildirmişdir. Kassada 1 ABŞ dollarının 1,7025 manata dəyişildiyini bildirib 19919 manat müqabilində 11.700 ABŞ dolları pul vermiş və 81 manat pul artıq qalmışdır. Həmin pulları cibinə qoymuş və bankdan çölə çıxdıqda ani vaxtda həmin pulları ələ keçirmək qərarına gəlmiş və bankdan çıxıb əks istiqamətdə qaçmağa başlamışdır. Onun qaçdığını görən Fəxrəddin və yanında olan şəxslər qışqıraraq dalınca qaçmağa başlamış, bu zaman üzbəüz bir neçə polis əməkdaşı ilə rastlaşıb istiqamətini dəyişmiş və həmin polis əməkdaşları da onun arxasınca qaçmağa başlamışlar. Polis əməkdaşlarından biri onun dalınca qaçarkən yerə yıxılmış, bir qədər sonra polis əməkdaşları onu yaxalayaraq 3-cü PB-nə gətirmiş və PB-də üstündə olan 11.700 ABŞ dolları və 81 manat pul ondan rəsmi qaydada götürülmüşdür. Onun pulu ələ keçirmək niyyətindən Aqşinin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində 3 azyaşlı uşağının olduğunu və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, məhkəmədən qeyd olunan halların nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən mənzilini sataraq hələ özünə ev tapmadığından pulun inflyasiya olacağından qorxaraq pulunu ABŞ dollarına çevirmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Qanunvericiliyinə görə Azərbaycan Respublikası vətəndaşına il ərzində cəmi 11.700 ABŞ dolları əldə etmək hüququ verildiyindən və özü pulun 20.000 manatını 11.700 ABŞ dollarına çevirdiyindən qalan pulu öz adından çevirməyə adam axtarmış, bu səbəbdən tanışı Balabəyə müraciət edərək ondan pulu dəyişmək üçün 3 adam tapmasını xahiş etmişdir. Balabəy özünün sənədlərinin qaydasında olmadığını bildirib ona 3 nəfər şəxs tapacağına söz vermiş, o isə əvəzində həmin şəxslərin hər birinə 15 manat mükafat verəcəyini qeyd etmişdir. 24 dekabr 2021-ci il tarixdə günorta saatlarında Balabəy ilk dəfə gördüyü, adını Aqşin kimi təqdim edən şəxsi onun yanına gətirərək həmin şəxsi razı saldığını bildirmiş, Aqşinə yaxınlıqdakı “Exspressbankdan” 20.000 manat pulu öz adından ABŞ dollarına çevirməyi təklif edib əvəzində ona 15 manat pul verəcəyini bildirmişdir. Həmin şəxs razılaşmış və “Exspressbank” bankının binasına girib bir neçə dəqiqədən sonra 11.700 ABŞ dolları və qalıq qalan manatlarla bilrikdə qayıdıb həmin pulları ona vermiş və əvəzində Aqşin adlı şəxsə 15 manat pul vermişdir. Daha sonra ondan pul dəyişmək üçün başqa adam tapmağı xahiş etdikdə Aqşin zəng vurub arvadı Rüfanə adlı qadını çağırmış və artıq “Exspressbankda” dollar qurtardığından onlarla birlikdə yaxınlıqda olan “Yelobank” bankının qarşısına gedib Rüfanəyə 20.000 manat pul verib bankdan gedib ABŞ dollarına çevirməsini xahiş etmişdir. Rüfanə banka girərək bir neçə dəqiqə ərzində verdiyi 20.000 manatı 11.700 ABŞ dollarına çevirib qalıq 81 manatla birlikdə gətirib ona qaytarmış və onun xırdası olmadığından Rüfanəyə 20 manat vermişdir. Aqşinə daha bir nəfər adam lazım olmasını bildirdikdə o, qaynı Ağasif adlı şəxsə zəng vuraraq təcili “Yelobank” bankının qarşısına gəlməsini xahiş etmiş, təxminən 30 dəqiqə sonra, yəni saat artıq 16-30 radələrində ilk dəfə gördüyü adının sonradan Ağasif olduğunu öyrəndiyi şəxs onlara yaxınlaşmış, həmin vaxt artıq ”Yelobank” bağlanmaq üzrə olduğundan onlara “Xalq bank” bankına getməyi təklif etmiş və birlikdə ona məxsus “Mersedes” markalı **-FV-*** nömrə nişanlı avtomaşına oturub 5-ci mikrorayon ərazisində yerləşən “Xalq bank” bankının qarşısına gəlmişlər. Avtomaşındaca 20.000 manat pulu sayıb Aqşinə, Aqşin isə həmin pulu Ağasəf adlı şəxsə verərək banka girib həmin 20.000 manatı ABŞ dollarına çevirməyi tapşırmış, həmin Ağasif adlı şəxs pulu götürərək bankın binasına girmişdir. Aqşin artıq onun işinin qurtardığını bildirib onlarla sağollaşıb getmiş, o isə avtomaşında tanışı Şahid3 və Aqşinlə birlikdə gəlmiş, Balabəylə qalmışdır. Təxminən 10-15 dəqiqədən sonra Ağasif bankın binasından çıxaraq onun avtomaşını istiqamətində gəlmiş, lakin maşına çatanda “Şəhidlər xiyabanı” istiqamətində qaçmağa başlamışdır. Cəld avtomaşından düşüb onun dalınca qaçmağa və “Onu tutun” deyə qışqırmağa başlamış, həmin vaxt bunu görən və “Şəhidlər Xiyabanında” xidmətdə olan bir neçə polis əməkdaşı Ağasifin dalınca qaçaraq bir qədər aralıda onu yaxalamış və daha sonra ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. 3-cü PB-də baş vermiş hadisə ilə əlaqədar şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, pulunun tam şəkildə özünə qaytarıldığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Şahid3 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verərək göstərilənləri təsdiq etmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Ağasəf Abdullayev onun qaynıdır, belə ki, onun bacısı Rüfanə ilə 2012-ci ildə ailə qurmuş və birgə nigahlarından bir qız övladları vardır. 24 dekabr 2021-ci il tarixdə günorta saatlarında qonşusu Baloğlan arvadı Rufanəyə bir nəfər pul dəyişən Fəxrəddin adlı şəxs üçün bankdan manat əvəzinə dolları dəyişmək müqabilində 15 manat pul verdiyini, onun bir neçə dəqiqə bundan əvvəl pul dəyişərək Fəxrəddindən 15 manat aldığını bildirib onlara da Fəxrəddinə kömək etməyi təklif etdikdə o, Baloğlanla birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, “Kolxoz bazarı” yaxınlığında yerləşən “Exspressbankın” yanında Fəxrəddinlə görüşmüş, Fəxrəddin ona manatı dollara çevirməyi xahiş edərək əvəzində 15 manat pul verəcəyini bildirmişdir. Fəxrəddinə etiraz etməyərək razılaşmış və ondan 20.000 manat pulu götürüb Ekspresbanka girmiş və 20.000 manat pulu 11.700 ABŞ dollarına çevirib, qalıq olaraq 81 manat pulla bankdan çıxmış və pulu sayıb Fəxrəddinə vermişdir. Buna görə Fəxrəddin ona 15 manat pul verərək, başqa yaxınlarından kim varsa onları da dəvət etməyi təklif etmişdir. Bu səbəbdən evə zəng vuraraq həyat yoldaşı Rüfanəni ora çağırmış, Rüfanə gəldikdə Fəxrəddin öz avtomobilinə əyləşib Sumqayıt şəhəri, 5-ci mkr ərazisindəki “Yapıbank” bankına gəlmələrini bildirmişdir. Rüfanə ilə birlikdə qeyd edilən ünvana yaxınlaşmış, orada Rüfanə 20.000 manat pulu Fəxrəddindən sayıb götürərək “YapıBanka” daxil olmuş və oradan 11700 ABŞ dolan və az miqdarda manatlığı götürüb bankdan çıxaraq puları Fəxrəddinə vermişdir. Fəxrəddin əvəzində 20 manat pulu Rüfanəyə vermiş və yenə ona adam tapmağı təklif etdikdə qaynı Ağasifə zəng vuraraq Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisindəki Yapıbanka gəlməsini xahiş etmişdir. Ağasif Bakı şəhərində olduğundan təxminən 30 dəqiqə ərzində deyilən ünvana gəlmiş və Yapıbankda pul olmadığı üçün Fəxrəddinə məxsus avtomobilə əyləşib Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən “Xalqbank” bankının qarşısına getmişlər. “Xalqbank” bankının qarşısına çatdıqda Fəxrəddin 20000 manat pulu sayıb ona vermiş, o isə pulu Ağasifə verib bankdan manatı dollara çevirib Fəxrəddinə verməyi tapşırmışdır. Ağasif 20.000 manat pulu alıb banka girmiş, özü isə arvadı və qızı onu Yapıbankın yanında gözlədiyi üçün Fəxrəddinə evə gedəcəyini bildirmiş və onlardan ayrılıb Rüfanəgilin onu gözlədikləri yerə getmişdir. Lakin bundan təxminən 15 dəqiqə sonra Fəxrəddin ona zəng vuraraq Ağasifin bankdan çıxaraq pullarla birlikdə qaçdığını, polis əməkdaşlarının onu yaxalayıb 3-cü PB-nə apardığını bildirdikdə 3-cü PB-nə getmiş və orada ona məlum olmuşdur ki, Ağasif bankda dəyişdiyi pulu ələ keçirdiyi üçün yaxalanıb. Ağasifin pulu ələ keçirməsi niyyətindən xəbəri olmamış, Ağasifi Fəxrəddinlə görüşdürdükdən sonra özü oradan uzaqlaşmışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə Şahid6 ifadəsində göstərdi ki, 2005-ci ildən DİO-da, 2009-cu ildən Sumqayıt ŞPİ-nin PPXT-nm polis nəfəri vəzifəsində çalışır. 24 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən “Şəhidlər Xiyabanında” polis əməkdaşları Şahid4 və Şahid3la birlikdə xidmətdə olarkən bu zaman bir nəfər şəxsin onlardan təxminən 100-150 metr aralıdan qışqıraraq “Qoymayın, pulumu götürüb qaçdı” dediyini eşidib həmin istiqamətə baxdıqda yolun əks tərəfində təxminən 150 metr aralıda yerləşən “Xalq Bank” istiqamətindən yolu keçib bir nəfər şəxsin qaçdığını, onun arxasınca isə “Pulumu götürüb qaçdı” deyən şəxs qaçdığını görmüş, həmin vaxt Şahid4 onun yanında, Şahid3 isə onlardan təxminən 20-30 metr aralıda olmuş, o, Ramin və Elşad eyni vaxtda həmin şəxsə tərəf qaçmağa başlamışlar. Cinayəti törətmiş və sonradan adının Ağasif olduğunu öyrəndiyi şəxsə çatmağa təxminən 2-3 metr qalmış ayağı büdrəyərək yerə yıxılmış və sağ qol nahiyyəsindən xəsarət almış, buna baxmayaraq cəld ayağa qalxıb yoluna davam edərək həmin Ağasif adlı şəxsi yaxalamış və eyni vaxtda Elşad və Ramin də həmin yerə çataraq Ağasifi yaxalamışlar. Bu zaman pulun sahibi, sonradan adının Fəxrəddin olduğunu öyrəndikləri şəxs də təngənəfəs gəlib ora çatmış və Ağasif adlı şəxsi göstərərək ona məxsus 11.700 ABŞ dolları pulunu alıb qaçdığını bildirmişdir. Həmin Ağasif adlı şəxs cibindən 11.700 ABŞ dolları pulu onlara təqdim edərək həmin pulu ələ keçirib qaçmaq istədiyini bildirmiş, bundan sonra Ağasif adlı şəxs xidməti avtomaşına oturdub 3-cü PB-nə aparmışlar. PB-də baş vermiş hadisə barədə bölmə rəisinin adına raport tərtib edərək Ağasifin ona təqdim etdiyi cəmi 117 ədəd yüzlük ABŞ dolları əskinaslarını raporta əlavə etmiş, daha sonra pulu ələ keçirilmiş Fəxrəddin adlı şəxs də bölməyə gələrək şikayət ərizəsi yazmış və təhqiqatçı tərəfindən təqdim olunan pullara baxış keçirilərək rəsmi qaydada götürülməklə qablaşdırılmış və protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona və ya digər polis əməkdaşlarına qarşı hər hansı bir zor və ya müqavimət göstərilməmişdir. Məhkəmə iclasında Şahid5 oğlu Şahid6 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maddi sübut kimi tanınma barədə qərarın surətindən görünür ki, 117 ədəd yüzlük ABŞ dolları əskinaslar sözügedən əşyalar maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş qəbzin surətindən görünür ki, maddi sübut kimi tanınmış 117 ədəd yüzlük ABŞ dolları xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə 11 mart 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.5-ci maddəsindən 29,180.2.5-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə ittiham elan edilməsi rədd olunmuş və Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180-ci maddəsi ilə ittiham elan edilməsi rədd olunmuşdur. İş materiallarına olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən), hökmlərin və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2016-cı il tarixdən 05 iyul 2016-cı il tarixədək həbsdə olduğu 2 ay 19 gün müddətin 1 günü islah işləri cəzasının 3 gününə bərabər hesablanmaqla üzərində qəti olaraq qazancının 20% miqdarında pul dövlət nəfinə tutulmaqla 10 ay 3 gün müddətə islah işləri cəzası saxlanılmış, 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsini xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 il müddətə azaldılmış, Ağdam rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsini xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 11 ay 28 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 24 dekabr 2021-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, eyni məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və həmin məhkəmənin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 24 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş 117 ədəd yüzlük ABŞ dolları Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli (iş № 1(060)-389/2022) qərarını icra edərək, 01 aprel 2022-ci il tarixli 379 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.5-ci maddəsi ilə təqsirli bilinsin və o, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 11 ay 28 günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş 117 ədəd yüzlük ABŞ dolları Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar