Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-389/2024 25.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-X3, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə ünvan 1i ünvanında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs X1 qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Sumqayıt şəhəri, 17-ci mkr ərazisində yerləşən Səda store mağazası ilə üzbəüz yerləşən köşkün yaxınlığında X5 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu yumruqla vuraraq ona sol göz qapaqları və gözaltı nahiyyənin qançır-şişkinliyi və həmin gözün ağlı qişasının qansızması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, əvvəllər məhkum olunmamış, ruhi-əsəb, narkaloji və ya başqa bir xəstəliyi yoxdur. Onun Abşeron rayonu Saray qəsəbə sakini kimi tanıdığı Şahid1 10 manat pul borcu olmuş, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o, tanışı Şahid2la Sumqayıt şəhəri 17-ci mkr ərazisində yerləşən Səda store mağazası ilə üzbəüz yerləşən köşkün yaxınlığında dayanmış, bu zaman Elman ona yaxınlaşaraq, ondan pulunu istəmiş, o da pulunun olmadığını, sonra verəcəyini demişdir. Bu zaman Elmanla onun arasında sözlə mübahisə düşmüş, həmin vaxt Zaman sərxoş vəziyyətdə onlara yaxınlaşmış və Elmanla onun söhbətinə müdaxilə etmiş, o da Zamana kənara çəkilməsini bildirmişdir. Lakin Zaman kənara çəkilməmiş, bu səbəbdən Zamanla onun arasında mübahisə yaranmışdır. Həmin vaxt Zaman yumruqla onun sinəsinə vurmuş, o da yumruqla Zamanın gözünün üzərinə vurmuş, Elmanla Pərviz onları aralamış, sonra Pərvizlə o, oradan uzaqlaşmışdır. Daha sonra polislərin Zamanla Elmanı apardıqlarını eşidib Pərvizlə o da, 1-ci PB-nə gəlmişdir. Hadisə təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt ətrafda kənar şəxslər olmadığından hadisə yerinə kimsə gəlməmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmişlə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Zaman Abdulrəhmanov ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs X5 25 iyun 2024-cü il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayəti və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş, zərərçəkmiş şəxs X3 ilkin təhqiqat dövründə vermiş olduğu ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri 17ci mkr ərazisində yerləşən Səda store mağazasının yaxınlığında olan, adını bilmədiyi kafedə oturub təxminən 1,5 litir pivə içmiş, həmin vaxt Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 606 №-li avtoyuma mərkəzində bir yerdə işlədiyi Şahid1 ona zəng edərək 17-ci mkr ərazisində yerləşən Sədastor mağazasının qarşısında olan köşkün yanında onu gözlədiyini, bir yerdə evlərinə getmələrini demişdir. O kafedən çıxaraq Elmanın ona dediyi yerə gəlmiş və həmin yerə yaxınlaşdıqda Aqillə Elmanın sözlə mübahisə etdiyini görmüşdür. O, Aqil və Elmana yaxınlaşıb «nə baş verir nə üçün mübahisə edirsiniz» deyən zaman Aqildə ona “sənlik deyil, kənara çəkil” demiş, lakin o, çəkilməmişdir. Bu səbəbdən Aqillə onun arasında mübahisə olmuş, o yumruqla Aqilin sinəsindən, Aqildə yumruqla onun gözünün üzərinə vurmuşdur. O gözündən xəsarət almış, sonra Pərvizlə Aqil oradan uzaqlaşmışlar. Həmin vaxt polis əməkdaşları Elmanla ona yaxınlaşıb və gözündən xəsarət aldığını görüb, onları PB-nə aparmışlar. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə vaxtı ətrafda kənar şəxslər olmamışdır. Hazırda Aqilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonunuya qarşı şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X9 xx.xx.2024-cü il tarixli, 474 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zaman Abdulrəhmanovun bədəni üzərində aşağıdakı xəsarət vardır: sol göz qapaqları və gözaltı nahiyyənin qançır-şişkinliyi və həmin gözün ağlı qişasının qansızması.Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti müayinədən bir gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. (i.v.15-17). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X9 xx.xx.2024-cü il tarixli, 475 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. (i.v.18-20). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Zaman Abdulrəhmanov şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.21-22) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v.62) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (i.v. 58) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 18 (on səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 108 (yüz səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-389/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-389/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver