Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-389/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə 18:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 40A binanın yaxınlığında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 əlindən içərisində 17 manat və üzərində 04 manat dəyərində olan ***-***-**-**, 04 manat dəyərində olan ***-***-**-** saylı gsm mobil nömrələri olan 92 manat dəyərində Çin istehsalı 128 GB tutumlu «Xiaomi Redmi Note9S» markalı, M2003J6A1G modeli mobil telefonu olan 20 manat dəyərində olan tünd qırmızı rəngdə, üzəri dəri əvəzindən ibarət olan əl çantasını götürüb açıq talamaqla, sonuncuya ümumilikdə 137 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən “Buta” xonça evinin qarşısında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs2 sağ əlindən içərisində 30 (otuz) manat pul, 145 manat dəyərində olan Çin istehsalı, 128 GB yaddaş tutumlu «Xiaomi Redmel3 C» markalı, 23108RN04Y modeli mobil telefon, 10 manat dəyərində olan pul qabısını götürüb açıq talamaqla, sonuncuya ümumilikdə 185 manat maddi ziyan vurmaqla, soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə elan olunan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, verilmiş iki epizoddan ikincisi üzrə özünü təqsirli bilsə də, digər epizod üzrə özünü təqsirli bilmir. Bölmədə də, eyni zamanda burda da qeyd edir ki, o xəsarət almışdır. Onun boynuna qoyublar. Əslində o telefonu satmışdır. Özünü təqsirli bildiyi epizod üzrə içkili olduğundan hadisəni törətmişdir. Haradasa axşam saatları olardı. 12-ci mikrorayondan gedən zaman xanımın əlindən telefonu götürmüşdü, həmin telefon da pul qabının içərisində idi. Sonradan pul qabını qaytarmışdır. İçkili olduğundan çox şeyi xatırlamır. Həmin epizod üzrə istintaqda verdiyi ifadəsini təsdiq edir. Həsənov Abas ona verilmiş suallara cavab olaraq bildirdi ki, onu birinci bölmədə döymüş, burnunu sındırmışlar. Amma ekspert rəyində qeyd olunub ki, guya o yıxılmışdır. Döyülməsi ilə bağlı ilə bağlı prokurorluğa şikayət etmiş, rəy onun guya yıxılması ilə bağlı verilmişdir. 13-cü mkrn-da baş vermiş hadisə ilə bağlı demək istəyir ki, həmin telefonu götürdüyü gün tapmışdır. Həmin epizod üzrə özünü təqsirli bilmir. Sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməl ilə bağlı əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini və sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən Araz marketdən 01 ədəd araq, spirtli içki alıb piyada qarşı tərəfə yollanmış və tanımadığı binanın həyətində oturub həmin arağı içib sərxoş olub siqaret çəkməyə başlamışdır. Həmin gün axşam saat təxminən 18:00 radələrində piyada olaraq Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən «Buta» xonça evinin qarşısı ilə piyada hərəkət edərkən, həmin vaxt xeyli sərxoş olmuş, hava qaranlıq olmuş, qabaqda 02 nəfər azyaşlı uşaqla birlikdə yaşlı qadın gedirmiş, o çox sərxoş olduğundan özündən asılı olmayaraq arxadan qaçaraq həmin qadının əlində olan pul qabısını qəflətən əlindən alıb qaçmış, həmin vaxt qadına heç bir xəsarət yetirməmişdir. Həmin cinayəti törədərkən ətrafda heç kim olmamışdır. Pul qabının içinə baxdıqda orada təxminən 30 manat pul və markasını bilmədiyi mobil telefon olmuşdur. Məhlələrinə çatanda o, içərisində 30 manat pul olan pul qabını orada harasa tullamış, mobil telefonu isə özü ilə götürmüş və evə gəlmişdir. Həmin günün səhərisi, yəni xx.xx.2025-ci il tarixdə polis əməkdaşları evinə gələrək ona ötən günü qadının əlindən çantasını alıb qaçmaqda şübhəli bilindiyini bildirdikdə, o könülü olaraq həmin cinayəti törətdiyini onlara etiraf etmiş və 02 ədəd mobil telefonu onlara təqdim etmişdir. Polis əməkdaşları onu döyə-döyə evdən Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirmişlər, həmin bölmədə də onu döymüşlər. Belə ki, Bölmədə adını bilmədiyi polis əməkdaşı onu dizi ilə, daha sonra təpiklə sinəsinə vurmuşdur. O polis əməkdaşana sifətinə vurmamasını dedikdə, kapitan rütbəsində olan həmin polis əməkdaşı ona məhəl qoymayaraq sifət nahiyəsinə vurmuşdur. Bununla bağlı o məhkəmə-tibbi ekspertizadan keçmişdir. Həmin təqdim etdiyi mobil telefonlardan birini, yəni «Redmi Note9S» markalı mobil telefonu o hadisədən təxminən 01 gün əvvəl yerdən tapmış və gətirib digər ələ keçirtdiyi mobil telefonla birlikdə evdə saxlamış, hansı ki, sonra polis əməkdaşlarına təqdim etmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 həmin Bölmənin rəisi Sadiq Heydərova yazdığı xx.xx.2025-ci il tarixli raportda polis əməkdaşlarının onu təhqiqata təmin etmək üçün yaşadığı ünvandan PB-yə gətirdikləri zaman onun yayınmağa çalışarkən yıxıhb burun və baş nahiyəsindən müxtəlif bədən xəsarətləri alması barədə qeyd olunanlar barədə bildirmişdir ki, raportda göstərilən yalandır. O onların əlindən yayınmamış, yerə yıxılmamışdır. Hadisədən sonra polis əməkdaşları onu evdən gəlib döyə-döyə 1-ci PB-yə aparıb, orada da onu döymüşlər. Həmin cinayətdən savayı o başqa heç bir cinayət törətməmişdir. Təhqiqat zamanı izahatında xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində əsgər yoldaşı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən kafelərin birində əyləşib yeyib-içdikdən sonra saat 17:30 radələrində kafedən çıxıb taksi ilə Sumqayıt şəhərindəki evinə getmək üçün yola düşməsi, həmin gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 18 mikrorayon ərazisində yerləşən «Elmar» marketin dairəsində düşüb siqaret ahb piyada evinə tərəf gedərkən, kafedə oturan zaman spirtli içki qəbul etdiyindən sərxoş olduqları üçün «Qold Qayalı» Marketin arxasında olan küçədə piyada hərəkətdə olarkən qarşınıza çıxan bir qadının əlindən çantanı alıb üzü yola tərəf qaçması, sonra oradan da yolu keçib üzü 13-cü mikrorayon tərəfə getməsi, qaranlıq bir küçədə çantanın açıb içərisində olan arxası mavi rəngli mobil telefonu götürüb çantanı orada harasa tullaması, sonra isə oradan birbaşa evə gətməsi barədə göstərdiyi xüsusatları təkzib edərək, bildirmişdir ki, təhqiqat zamanı həmin izahatı təhqiqatçı tərəfindən alındıqdan sonra ona imzalatdırarkən, izahatını oxumadan qol çəkmişmişdir. İzahatda göstərilən həqiqəti əks elətdirməmişdir. O «Redmi Note9S» markalı mobil telefonu yerdən tapmış, həmin telefonun sahibini tapıb qaytarmaq istəmiş, lakin başı xəstə atasına qarışdığına görə, o telefonu sahibinə qaytara bilməmişdir. Zərərçəkmiş şəxslərə dəyən maddi ziyan onun tərəfindən tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə axşam saat 18:00 radələrində 5 və 7 yaşlı iki nəvəsi ilə birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən kitab mağazasına nəvələrinə kitab almaq üçün daxil olmuşlar, orada istədikləri kitab olmadığı üçün mağazadan çıxıb nəvələri ilə birgə evə tərəf yollanmışlar. Yaşadığı binaya tərəf gedərkən qaranlıq yolda tanımadığı naməlum şəxs arxadan gələrək əlində olan pul qabını qəflətən əlindən dartıb almış və sürətlə qaçmağa başlamış, həmin vaxt bu şəxs ona heç bir xəsarət yetirməmiş, sadəcə pul qabını əlindən alıb qaçmışdır. O həmin şəxsin üzünü görməmiş, orta boylu olmuş, başına gödəkçəsinin papağını örtmüşdür. Təxminən 10 il əvvəl 10 manata aldığı pul qabının içində 30 manat pul və 2024-cü ilin iyul ayında 250 manata aldığı ona məxsus olan Çin istehsalı olan, 128 GB yaddaş tutumlu «Xiaomi Redmel3 C» markalı, 23108RN04Y modeli mobil telefon olmuşdur. Həmin şəxs pul qabını əlindən dartaraq alıb qaçandan sonra arxasıyca qaçsa da, onu tapa bilməmiş, ətrafda heç kim olmamışdır. O hadisə vaxtı qışqırmağa başlamış və 1-2 nəfər səsini eşidib marketdən küçəyə çıxmış, lakin həmin oğlanı tapa bilməmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında videogörüntü vasitəsi ilə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Həsənov Abası kaşloku əlindən alıb qaçdığına görə tanıyır. Yolnan gələn zaman Abas onun kaşlokunu əlindən alıb qaçdı. Hadisə Qayalı market tərəfdən düz evinə gedən zaman hadisə baş vermişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, sumkasının içərisində açarı, kaşloku, 17 manat pul və telefonu olmuşdu. Telefonun markasının nə olduğunu bilmir. Həsənov Abası əvvəllər tanımamışdır. Sumqayıt polisində olan zaman Abası orada görmüşdür. Əlindən alıb qaçan zaman görmüş, sonra polis əməkdaşları Abasın şəkilini ona göstərəndə Abas olduğunu tanımışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli teleqramından görünür ki, 1(060)-389/2025 saylı iş üzrə keçiriləcək məhkəmədə zərərçəkmiş şəxs qismində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, ona dəymiş ziyan tam ödənilmiş, şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:10 radələrində o, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, baş leytenantı Şahid3, polis serjantı Şahid4lə birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş vermiş soyğunçuluq hadisəsində şübhəli bilinən ünvan 2 ünvanında yaşayan, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təhqiqata təmin etmək üçün sonuncunun evinə getmişlər. Həmin şəxsə özlərini təqdim edib bir gün əvvəl Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş vermiş soyğunçuluq hadisəsində şübhəli bilindiyini, həmin hadisəni onun törədib-törətmədiyini soruşmuşlar. O da könüllü olaraq həmin cinayəti törətdiyini onlara etiraf edib, hadisə vaxtı ələ keçirtdiyi 02 ədəd mobil telefonları onlara təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində soyğunçuluq hadisəsinə şübhəli bilinən Həsənov Abası videogörüntülərə baxıb müəyən etmişlər, evinə gedib həmin şəxsi bölməyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirdi ki, 8 yanvar tarixində daxil olmuş məlumat əsasında 12-ci mkrn ərazisində baş vermiş soyğunçuluq hadisəsi ilə əlaqədar şübhəli bilinən X5 evinə getmişlər. Ona hadisə barədə məlumat vermiş, o da evində olan 02 ədəd mobil telefonu onlara təqdim etmişdi. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, ola bilər ki, polis bölməsinə gedən zaman onlara müqavimət göstərərək qaçmaq istədiyindən yerə yıxılmış, xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Sumqayıt şəhəri, 12-ci mkrn ərzisində baş vermiş soyğunçuluq hadisəsi ilə əlaqədar onun evinə getmişlər. Özü iki ədəd telefonun evdə olduğunu bildirdi. Həmin gün əməlini etiraf etdi. Telefonu yerdən tapması ilə bağlı heçnə demədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisi, Koroğlu küçəsi, Buta xonça evinin qarşısıdır. Həmin ərazidə şikayətçi Zərərçəkmiş şəxs2 deməsinə görə arxadan gələn tanımadığı bir oğlan onun əlində olan pul qabını götürərək, yəni onun əlindən qəflətən dartıb alaraq qaçmışdır. Ətraf ərazidə yaşıllıq, ağaclar, binanın qarşısında piyada yolu, avtomobil yolu və marketlər yerləşir. Naməlum şəxs Zərərçəkmiş şəxs2 əlindən pul qabını alıb qaçandan sonra binaların arasında gözdən itmişdir. - xx.xx.2025-ci il tarixli “Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 9, mənzil 39 ünvanına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 9, mənzil 39 ünvanına baxış keçirilir. Baxış aydın havada, təbii işıqda yuxarıda qeyd olunan ünvanda keçirilir. Qapıdan mənzilə daxil olunur, Təqsirləndirilən şəxs yataq otağında döşəyin altında olan telefonları göstərib onlardan birinin dünən xx.xx.2025-ci il tarixdə axşam saatlarında şəhərin 12-ci mikrorayon ərazisi tərəfdə tanımadığı qadının əlində olan pul qabını əlindən qəflətən alıb qaçmış və həmin pul qabının içərisindən 15 manat pul və həmin “Redmi” markalı, arxası tünd göy rəngli mobil telefon alıb qaçmışdır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs2 azyaşlı nəvələri ilə mağazaya daxil olmuş, soyğunçuluq əməlini törədən Təqsirləndirilən şəxs onları izləyir, sonuncunun əynində qara rəngli şalvar, gödəkçə, başında isə göy rəngli papaq var, Abbas yolun kənarında dayanıb Fəridəni gözləyir. Daha sonra yolun əks tərəfinə qaranlıq olan yerə keçir və hadisə də orada baş verir, lakin hadisənin baş verdiyi həmin görüntülər kamera tərəfindən çəkilmir. - xx.xx.2025-ci il tarixli “təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ələ keçirtdiyi 02 ədəd mobil telefonları təqdim etmişdir. - Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən “Buta” xonça evinin qarşısında cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-13/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli “şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2025-ci il tarixli “şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Sumqayıt şəhər Prokurorluğuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi barədə 3 saylı İstintaq Təcridxanasının məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı onun Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən zorakılığa məcbur qalması xüsusatı təsdiqini tapmadığından material üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs bədəni üzərində olan dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı hissədə əlavə araşdırma aparılmasının təmin edilməsi üçün materialın surəti Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. - Sumqayıt şəhər MTE və PA şöbəsinin 25 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: burun belinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, burun belinin, qaşarası nahiyyənin sıyrıqlar, sol gözaltı nahiyyənin qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYXnın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən şəraitdə və qaydada yəni, öz boyu hündürlüyündən yerə yıxılması nəticəsində xx.xx.2025ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. - məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 mart 2025-ci il tarixli, 9/1476 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd olunan malların orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2025-ci ilin yanvar ayına olan bazar qiyməti ilə ümuii dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - Zərərçəkmiş şəxs2 qızma məxsus 01 adda mal - 145 manat dəyərində olan Çin istehsallı, 128 GB yaddaş tutumlu «Xiaomi Redmel3 C» markalı, 23108RN04Y modeli mobil telefon; - 01 ədəd 10 il əvvəl ahnmış pul qabı haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. - Zərərçəkmiş şəxs1 qızma məxsus 03 adda mallar - 04 manat dəyərində olan ***-***-**-** gsm nömrə, 04 manat dəyərində olan ***-***-**-** gsm nömrə, 92 manat dəyərində olan Çin istehsallı 128 GB tutumlu «Xiaomi Redmi Note9S» markalı, M2003J6A1G modeli mobil telefon. 01 ədəd tünd qırmızı rəngdə, üzəri dəri əvəzindən ibarət olan əl çantası haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. - xx.xx.2025-ci il tarixli “fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 oğlu ona təqdim olunmuş fotoşəkillərdən xx.xx.2025-ci il tarixdə ona qarşı soyğunçuluq etmiş Təqsirləndirilən şəxs tanımışdır. - xx.xx.2025-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu da onun dediklərini təkzib etmişdir. - xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd «Xiaomi Redmi 13 C» markalı mobil telefon saxlanılması üçün Zərərçəkmiş şəxs2, 01 ədəd «Redmi Note9S» markalı mobil telefon saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmış, 01 ədəd disk cinayət işinin istintaq materiallarında saxlanılır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177, 178, 181 və 182-ci maddələrinin tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş və bununla bağlı material ayrılaraq Sumqayıt şəhər Prokurorluğuna göndərilmiş, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin əməkdaşları tərəfindən zorakılığa məcbur qalması xüsusatı təsdiqini tapmadığından material üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1n mobil telefonunun yerdən tapması ilə bağlı ifadəsi sübut əhəmiyyətli hesab olunmamış, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Xiaomi Redmi 13C” markalı və Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Redmi Note 9S” markalı mobil telefonlar, eləcə də, 01 ədəd maddi disk maddi sübut kimi tanınmış, 01 ədəd “Xiaomi Redmi 13C” markalı mobil telefon saxlanılması üçün Zərərçəkmiş şəxs2, 01 ədəd “Redmi Note 9S” markalı mobil telefon isə saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmış, 01 ədəd disk cinayət işinin istintaq materiallarında saxlanılmışdır. - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərsə də, istintaq sübutları ilə onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi, təqdim etmə və götürmə, fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi, üzləşdirmənin keçirilməsi haqqında protokollar, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı təqsirini qismən etiraf etməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əməlini qismən etiraf edərək, Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq hərəkəti etməməsini, telefonu yerdən tapması məzmununda ifadə vermişdir. Halbuki ibtidai istintaq dövründə üzləşdirmə istintaq hərəkəti aparılan zaman, eyni zamanda zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı dindirilərkən telefonunun oğurlanmadığını, bir nəfər şəxsin sumkasını əlindən alıb qaçdığını, həmin şəxsin də X4 bildirmişdir ki, bu ifadələrin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, cinayət işinin materiallarında olan sübutlarla (zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, üzləşmə protokolları, təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokol və iş üzrə digər bir-biri ilə ziddiyyət təşkil etməyən sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bununla bağlı 3 saylı İstintaq Təcridxanasının məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı onun Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən zorakılığa məcbur qalması xüsusatı təsdiqini tapmadığından material üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bununla bağlı məhkəmə vurğulayır ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” - 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” - 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” - 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” - 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növü olan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törədilmiş əməldə rolunu və əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. - 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. - 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi və onların şikayətlərinin olmaması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Xiaomi Redmi 13C” markalı və Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Redmi Note 9S” markalı mobil telefonların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-389/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 805 saylı orderə əsasən Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 110 (bir yüz on) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Xiaomi Redmi 13C” markalı və Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Redmi Note 9S” markalı mobil telefonların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-389/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-389/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver